Sosial Təmsillər: Xüsusiyyətlər, nəzəriyyə və nümunələr
-Buna da şükür elə, kiri, danışma.
Təmsillər
Azərbaycan yazılı ədəbiyyatında N.Gəncəvi, A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir və başqaları xalqdan təmsilləri alaraq nəzmə çəkmişlər və hər təmsilin sonunda özlərinin şəxsi subyektiv nəticələrini vermişlər. Bu isə xalq ədəbiyyatında təmsillərin cuzi bir hissəsini təşkil edir. Lakin ağız ədəbiyyatında təmsillər şifahi halda yaşayır və hər əsrdə yeni çalarlar qəbul edir, forma və məzmunca zənginləşir.
Mən bir folklorşünas kimi 50 ildən artıqdır ki, Azərbaycan ağız ədəbiyyatını araşdırır, toplanmış janrları yığıb nəşr etdirməklə məşğulam. Əsatir və əfsanələrimizlə yanaşı, xalq rəvayətlərini və söyləmələrini toplayıb nəşr etdirmişəm.
Epik janra məxsus təmsilləri ayrı-ayrı zamanlarda yığıb “Azərbaycan xalq söyləmələri” (2009-cu il), “Eldən-obadan eşitdiklərim” (2005-ci il), folklor toplularında nəşr etdirmişəm. Təmsillər ilk dəfə “Azərbaycan folklorunda gülüş” monoqrafiyamda tədqiqata cəlb olunmuşdur.
Kitab “Azərbaycan ağız ədəbiyyatında təmsillər” adlanır. Əminəm ki, bu kitab rəğbətlə qarşılanacaq və gələcəkdə onun həcmi artacaqdır.
EL03 _____0031______ qrifli nəşr.
Ön söz
Folklor janrları içərisində ən qədimi təmsillərdir. Ali təhsilə hazırlıq kurslarının dinləyiciləri üçün dərs vəsaiti kimi nəşr olunan Möhsün Nağısoylunun və Rəhman Quliyevin müəllifləri olduğu “Ədəbiyyat” kitabının “Ədəbi növlər və janrlar” bölməsində təmsillərdən də bəhs edilir. Onların elmi mülahizələrinin bəzi cəhətləri düzgün mövqedən izah olunmur, bəziləri isə natamam görünür. Onlar doğru qeyd edirlər ki, təmsil epik növün ən qədim janrlarından biridir. Təmsil həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik mövzuda olmasıdır. Həmin müəlliflərin fikrindəki yanlışlıq ondan ibarətdir ki, guya təmsil təkcə nəzmlə yazılır. Onlar fikirlərini, elmi mülahizələrini əsaslandırmaq üçün yazırlar ki, ədəbiyyatımızda təmsilin ilk nümunələrinə N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasında rast gəlirik. A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani və M.Ə.Sabir də qələmlərini təmsil janrında sınamışlar. Qələm sahibləri nəzərə almalıdırlar ki, folklor daxilində təmsil epik növ kimi nəsrlə yaradılır. Yuxarıda adı çəkilən şairlər təmsil mövzularını folklordan alıb nəzmə çəkmişlər. Cəsarətlə qeyd etmək olar ki, şairlər tərəfindən qələmə alınan təmsillərin mövzu dairəsi xeyli kiçilmiş, bi qədər də xalq deyimlərindən uzaqlaşaraq şəxsi subyektdə verilmişdir. Lakin, burada əhəmiyyətli cəhət odur ki, hər bir təmsil yazan şair sonda öz qənaətlərini və nəticələrini ifadə edir ki, bunlar da təmsilin əxlaqi-tərbiyəvi təsir gücünü ifadə edir.
Müəlliflərin təmsil janrının xalq ədəbiyyatı daxilində bu qədər geniş yayılmasından bəhs etmələri onunla bağlıdır ki, təmsillər vaxtında toplanılıb nəşr edilməmişdir.
Xalq təmsillərini xalqdan alıb yenidən nəzmə çəkmiş Q.Zakir hər məsələni olduğu kimi açıqlayır. O, “Xain yoldaşlar haqqında” təmsilin sonunda yazır:
Müşküldü nəzm etmək hər belə nəsri,
Əhv eyləsin arif gər olsa kəsri.
Hətta, Q. Zakir “Dəvə və eşşək”, “Aslan, qurd və çaqqal” təmsillərini başqa bir nüsxədən, yəni yazıya alınmış nümunələrdən götürüldüyünü qeyd edir. A.Bakıxanov Krılovun təmsillərindən birini- “Eşşək və bülbül”ü tərcümə etməsəydi, bəlkə də təmsil janrına müraciət etməzdi. Onun tərcümələrindən ancaq “Eşşək və bülbül” təmsili bizə gəlib çatmışdır. Mütərcim Krılovun təmsilini Azərbaycan dilinə sərbəst tərcümə etmişdir.
O, bu tərcüməsi ilə Azərbaycan ədəbiyyatı tarixində təmsil tərcüməçiliyini, bununla da Rus və Azərbaycan ədəbiyyatı arasında qarşılıqlı əlaqəni inkişaf etdirmişdir. Ondan sonra A.Bakıxanov, Q.Zakir başlayan yeni təmsilçiliyi S.Ə.Şirvani davam etdirmiş və müasir tərbiyə ilə bağlı bir neçə təmsil yazmışdır.
Quşla, ilanla əlaqədar elə əfsanələr var ki, mahiyyətində təmsil dayanır. Professor Sədnik Paşa Pirsultanlı 1985-ci ildə çap etdirdiyi “Azərbaycan xalq əfsanələri” kitabında verilmiş “İlan məhəbbəti” və “Qu quşu” əfsanələri daha çox təmsillə bağlıdır. Bu tədqiqat bir məsələni də üzə çıxarır. Quşlarla, ilanlarla və başqa canlılarla bağlı olan əfsanələrin təmsillərlə bağlılığı çox maraqlıdır. “İlan məhəbbəti” əfsanəsində deyilir ki, ilan Tuti adlı bir qıza vurulur. Gecələr onun saçlarının ətrini ala-ala hörükləri arasında qıvrılıb yatır. Həddi-büluğa çatmış Tutini ərə vermək üçün ilanı tiryəklə məst edirlər, qızı uzaq kəndə ərə verirlər. İlan ayılıb Titini yerində görmür, izinə düşüb qonşu kəndə gedir. Artıq qız başqasının arvadı idi. Qısqanclıq ilanı çaşdırır, həm oğlanı, həm də qızı vurub öldürür. Lakin bu ay-rılığa, hicrana, həsrətə dözməyən ilan qayanın başına çıxıb özünü daşlara vurub parça-parça edir.
İlanın insan kimi şəxslənmiş obrazı onu təmsilə çevirir. Bundan sonra da tədqiqatçılar əfsanələr arasında olan belə təmsilləri arayıb-axtarmalı, təhlilə cəlb etməlidirlər.
“Qu quşu əfsanəsi” də təmsilə yaxındır. Ana xəstələnir, dörd övladının birinə bir qab su gətizdirə bilmir. İlahidən rica edir ki, onu quşa döndərsin. Arzusu yerinə yetən Qu quşu göyə qalxır, qanad çalıb uçur. Balaları nə qədər onun dalınca qaçırlarsa çata bilmirlər. Qu quşu o gündən sularda yaşayır. Demək olar ki, o, bala məhəbbətini itirir. O gündən bala çıxartmayan Qu quşu başqa quşların yuvasında yumurtlayır. Övladlarının nankorluğu ananın qəlbindən bala məhəbbətini çıxarıb atır. Doğrudan da, burada nankor övladların anaya münasibəti, ananın qəzəbi insan kimi şəxsləndirilmişdir.
“Tülkü və insan” təmsili daha xarakterikdir. Bu insana təmsildən çox nağıl təsiri bağışlayır. Tülkü elə bir arzuya düşür ki, o, öləndən sonra insan kimi kəfənlənib dəfn edilsin. O, bir kasıb kişini tapıb deyir: mən sənə böyük xəzinələr yeri deyərəm, varlanarsan, firəvan yaşayarsan. Bu şərtlə ki, mən öləndə məni insan kimi kəfənləyib dəfn edəsən. Kişi tülkünün sayəsində böyük var-dövlət sahibi olur. Kənddən-şəhərdən kənar bir yerdə kişi tülkü ilə şirin söhbət edə-edə gəlirmişlər. Qəflətən tülkü yıxılıb ölür. Kişi o tərəfə baxır, bu tərəfə baxır və öz-özünə deyir ki, tülkü nə biləcək ki, mən onu dəfn etmədim. Onu sürüyüb yaxındakı barının o biri tərəfinə atmaq istəyir. Tülkü barının üstündə dikəlib deyir:
-Eh, bəni-insan, bəni-insan, heç zaman sənə etibar etmək olmaz.
Kişi qəmli-qəmli yol ilə gedir. Birdən bir əfi ilan atılıb onun sinəsinin üstünə çıxır və deyir:
– Səni harandan vurum?
Çıxılmaz vəziyyətdə qalan kişi deyir:
-Gəl yol ilə gedək və qarşımıza çıxan ilk canlıdan soruşaq. O harasından vur desə, ordan da vurarsan. İlan razılaşır. Bir az getdikdən sonra həmin tülküylə rastlaşırlar. Kişi deyir ki, ay aman, indi deyəcək onu gözlərindən vur. Tülküdən soruşduqda tülkü ilana deyir:
– Mən inanmıram ki, sən atlanıb insanın sinəsinə çıxa biləsən. İlan çox and-aman edir. Tülkü inanmır. Axırda əlacsız qalan ilan deyir ki, inanmırsan bax. Bunu deyib ilan yerə düşür. Tülkü tez kişiyə işarə ilə ilanın başını daşla əzməsini məsləhət görür və bununla da kişini ölümdən xilas edir. Kişi tülküyə deyir ki, sən yenə məni xilas etdin, gəl dostluğumuzu davam etdirək. Tülkü isə ona deyir, indidən belə mən sənə yüz belə yaxşılıq etsəm də xeyri yoxdur. Sən bəni-insansan ki, bəni-insan olaraq da qalacaqsan.
İnsanın rəzilliyi, etibarzıslığı açıq surətdə tülküyə də əyan olur.
Hər bir təmsildə insan idrakından doğan tərbiyəvi bir cəhət özünə yer alır. Folklorşünaslıqda təmsillərin indiyə qədər toplanmaması, tədqiqata tamlıqla cəlb edilməməsi təəssüf doğurur. XIX əsrdən sonra demək olar ki, yazılı ədəbiyyatda xalq yaradıcılığından gələn təmsillərə toxunulmamışdır. Düzdür, sonralar Hikmət Ziya təmsil yazmışdır. Amma, bunu folklorda olan təmsillərlə müqayisə etmək olmaz. Nizami kimi dahilərin bəhrələndiyi təmsillərdən, folklordan müasir yazarların da faydalanması onların ən ümdə vəzifələrindəndir.
“Çöl xoruzu və tülkü” təmsilində deyilir ki, tülkü meşə xoruzuna rast gəlir. O, kök meşə xoruzunu yemək üçün hiyləyə əl atır. Xoruzun qonduğu budağın altında dayanır və ah, of çəkir. Xoruz soruşur ki, tülkü, nə çox ah, of çəkirsən?
Tülkü cavab verir:
– Bundan sonra işimiz fənadır. Padşah fərman verib ki, heç bir canlı başqa canlıya toxuna bilməz. Buna inanan xoruz tülkünün yanına gəlir. Bu vaxt böyürdən pələng çıxır. Tülkü qaçır, nə qaçır. Xoruz səslənir:
-Ey tülkü, niyə qaçırsan, padşahın fərmanı var, pələng sənə neyniyə bilər?
– Heç bəlkə pələngin o fərmandan xəbəri yoxdur. Fərmanı oxuyanacan məni basıb yeyəcək.
Hələ təmsilə vaxtilə Nizami Gəncəvi də müraciət etmişdir. Nizami Gəncəvi çoxsaylı, müxtəlif, rəngarəng əfsanələrlə yanaşı, ona çox yaxın olan təmsillərdən də ustalıqla istifadə etmiş, onların məna və məzmununu bir, iki beytdə ifadə edə bilmişdir. Məsələn:
Qızılquş bir ördəyə dedi: – Səhra gözəldir.
Ördək söylədi ki, səhvsən, ancaq dərya gözəldir.
Yaxud başqa bir misal:
Kəklik qarışqanı dimdikləyərək,
Onu dimdiyinə sıxırdı bərk-bərk.
Qarışqa kəkliyə gülərək bu an,
Dedi ki, “sən gülmək bacarmayırsan”.
“Bu mənim peşəmdi” söylədi kəklik.
Sonra qəhqəhəylə o güldü birdən,
Saldı qarışqanı öz dimdiyindən.
Hər kim bu dünyada gülərsə artıq,
Ondan uzaqlaşar məncə xoşbəxtlik.
Bu parçalarda şifahi xalq yaradıcılığından bacarıqla istifadə edilmişdir.
“Bülbül ilə qızılquş” dastanı da təmsildir. Həm də ictimai məzmunu daha güclüdür. Bu təmsilin əsas məzmununu istehza təşkil edir. Nizami daxilən acıyır, kədərlənir, zahirən istehza edir. Adama elə gəlir ki, Nizami də susmağı üstün tutur. Lakin əsərin ictimai məzmunu hər şeyi açır, əsl həqiqəti üzə çıxarır. Bizcə buradakı bülbül şairin özüdür və ya zəmanəsinin daha başqa gözü açıq, düşünən bir şəxsiyyətidir.
O, gecə-gündüz xalqının eşqilə bülbül kimi ötür, nəsibi isə arpa çörəyindən başqa bir şey deyildir. Qızılquş isə saraylarda yaşayıb-yaradan, naz-nemət içində xumarlanan məddah şairləri təmsil edir. Onlar ağızlarına su alıb otursalar da, günləri eyş-işrətlə keçir. Nizami bu təzadlı vəziyyəti təhlil və müqayisə edərək, Bülbül və Qızılquşun rəmzi surətlərini yaradır. Bülbülün dilindən deyilən aşağıdakı etiraz dolu misralar həmin fikri təsdiq etməkdədir:
“. Nə müddətdir, dünyaya gəlib alırsan nəfəs,
Səndən eşitməyibdir, bir şirin nəğmə heç kəs.
Səncər dəstigahıdır, sənin mənzilin hər an,
Dağ kəkliyi döşüdür xörəyin, bilir cahan.
Bir göz açıb yumunca çıxarıram sinədən,
Yüzlərcə mirvarilər, yüzlərlə şux gövhər mən.
Bəs, nədən qurd quşlardır, mənim yediyim xörək,
Nədən tikanlıqlardır, mənim evim, de görək”.
Qızılquş “yüz iş görüb birin açmadığı” halda, “xörəyi kəklik döşü, mənzili şahın əlinin üstü” olmuşdur.
Nizaminin dövrü elədir ki, çoxları qızılquş kimi susmağı üstün tuturlar. Bülbül kimi ötməyin, nəğmə deməyin xeyri yoxdur. Şair öz ürək ağrısını bir beytlə tamamlayır:
Gəl nəzmin şöhrətini qaldırıb etmə bayraq,
Ta sən də Nizamitək olmayasan bir dustaq.
Məlumdur ki, Nizami hər oxuyub öyrəndiyini, hər eşidib bildiyini olduğu kimi öz poeziyasına gətirməmiş, əksinə bunları saf-çürük etmiş, ağıl süzgəcindən keçirmiş, “ağlabatan” şəklə salmış, xalq ədəbiyyatının öz üslubuna uyğun tərzdə istifadə etmişdir.
Folklorşünas-alim Sədnik Paşa Pirsultanlının uzun illərdən bəri xalqdan topladığı təmsillər “Azərnəşr” tərəfindən 1992-ci ildə nəşr edilmiş, “Azərbaycan xalq söyləmələri” kitabına daxil edilmişdir.
Kitaba daxil edilmiş təmsillərin üzərində zamanın möhürü vardır. Burada ayrı-ayrı heyvanlar, bitkilər və digər canlılar insan kimi şəxsiyyətləndirilib danışdırılır və onların timsalında cəmiyyətdə yaramaz insanların eyibləri müxtəlif hərəkət və danışıqlar vasitəsilə özünü göstərir. Burada tülkü hiyləgər, ayı axmaq, canavar sadəlövh, çaqqal arada vurnuxan, dəvə, at müdrik və s. şəkildə şəxsiyyətləndirilir.
“Ayı və tülkü” təmsilində deyilir:
İki dağın arasında olan uçurumun kənarı ilə Ayı və Tülkü üzüyuxarı çıxırlar. Hər ikisi acdır. Tülkü hiss edir ki, Ayı aclığa tab gətirməyib onu parçalayacaqdır. Odur ki hiyləyə əl atır, yalandan hönkürə-hönkürə ağlamağa başlayır. Ayı soruşur:
– Tülkü, niyə ağlayırsan?
- Mənim Tülkü atam, sənin atan Ayı əmim və mən bu yerlə üzüyuxarı gedirdik. Acdığımızı görüb, Ayı əmim bu dağdan o dağa hoppanıb elə ov ovladı ki, hər üçümüz doyunca yedik.
-Bundan ötrü ağlamağa dəyməz, mən də hoppanaram.
Bunu deyib uzaq məsafəyə doğru hoppandı, lakin yerə düşüb xırdu-xəşil oldu. Hiyləsi baş tutan Tülkü ayıya dedi:
– Mən sevinirəm ki, əmim oğlu gözüm baxa-baxa mənim yolumda canını fəda etdi. Deyirəm, əmioğlu, sən ölürsən, daha mən niyə ölüm?
Tülkü Ayının ayaq tərəfindən cəmdəyini söküb yeməyə başladı. Ayı onun hiyləsini gec də olsa başa düşüb dedi:
– Döşüm daha yağlıdır.
Ayı istəyirdi ki, döşünə yaxın gələndə Tülkünün başını ağzına alıb qoparsın və ondan intiqam alsın. Tülkü dilləndi:
– Əmi oğlu, sən narahat olma, cəmdəyini aşağıdan sökə-sökə döşünə də gəlib çatacam.
Tülkünün hiylələri heç də həmişə qələbə ilə nəticələnmir. Bəzən, özü-öz hiyləsinin toruna düşür. “Şir, tülkü və çaqqal” təmsilində olduğu kimi:
Şirlə tülkü böyük bir ormanlıqda gəzirdilər. Tülkü dərindən ah çəkdi, bunu eşidən şir soruşdu:
– Sən niyə ah çəkdin, ay tülkü lələ?
– Eh mənə bəxtəvərlik verirlər ki, şirlə gəzir. Amma bilmirlər ki, yediyim sür-sümük və bağırsaqdır.
– Bəs könlündən nə keçir?
– Bu meşədə vəhşi qulanlar (atlar) yaşayır.
– Onun birini döşləyib qənşərimə gətir. Mən o vaxta qədər gərdiş edəcəm ki, quyruğum düpbədüz duracaq, gözlərimi tamam qan tutacaq. Bu əlamətlər yaranan kimi qulanın belini basıb qıracağam.
Şir dediyinə əməl etdi. Tülkü yenə də ah çəkdi. Şir dedi:
– Bəs bu ikinci ah nədən ötrüydü?
– Sənin zəhmindən boğazımdan bir tikə keçmir. Bu qulanı mənə ver, sərbəst yeyim.
Şir meşənin yamacına çəkildi. Tülkü qulanın ətindən yeyib şelləndi. Elə bu vaxt çaqqal gəlib çıxdı. Tülkü öyünə-öyünə dedi:
– Bu qulanı özüm ovlamışam, necədi?
Çaqqal yalvarmağa başladı:
– Nə olar, mənim üçün də bir qulan ovla.
Çaqqal bir qulanı qova-qova Tülkünün bərabərinə gətirdi. Tülkü dedi:
– Mən gərdiş eləyəcəm, quyruğum düpbədüz duranda mənə de.
Tülkü gərdiş etməyə başladı. Çaqqaldan quyruğunun düz durub-durmadığını soruşdu. Çaqqal baxıb güldü:
– Allah sənin şələ quyruğunu vursun, yernən sürünür.
– Bax gör, gözlərim tamam qandırmı?
– Yalansa gözlərin kor olsun.
Tülkü ona bildirdi ki, sən bilməzsən, quyruğum düpbədüz durur, gözlərim də tamam qandır, mən ova başlayıram.
Tülkü bunu deyib Şir kimi qulanın üzərinə hoppandı, vəhşi qulan onun qulağının dibindən bir təpik vurub öldürdü. Çaqqal tülküyə baxıb dedi:
Чаггал тцлкцйя бахыб деди:
– Bax, sən deyən əlamətlər indi yarandı. Quyruğun düpbədüz, gözlərin də tamam qandı, arxan da öz-özünə çalxalanır.
Xalq bununla onu deyir k, şir şirdir, tülkü də tülkü. Şirin ovunu tülkü edə bilməz.
“Kömbə” təmsilində deyilir:
Tülkü, Canavar, At və Dəvə bir kömbə tapırlar. Lakin bu kömbəni bölməkdə çətinlik çəkirlər. Belə qərara gəlirlər ki, kimin yaşı daha çoxdursa, kömbəni o yesin. Hərə bir yaş söyləyir. At bildirir ki, mənim yaşım yadımda deyil. Amma atam mənim yaş kağızımı nalın içinə qoyub. Tülkü deyir:
– Mənim savadım yoxdur, odur ki, oxuya bilmərəm.
Canavar bildirir ki, yüksək təhsil sahibiyəm. Arxaya keçir ki, məktubu oxusun. At təpiklə elə vurur ki, Canavar ordaca ölür. Tülkü bir daşın üstünə çıxıb deyir:
– Qurbanın olum, ay ata, nə yaxşı ki, məni oxutmamısan.
“Şuxluq edirdim” adlı təmsildə deyilir: “Qarğılıqdan heç bir heyvanın səsinə bənzəməyən bir səs gəldi. Bu əcaib səsi eşidən bütün heyvanlar meşəni tərk edib qaçmağa başladılar. Şir qorxusundan yolu-izi batırdı, sonra öz-özünə dedi:
– Meşədə başqa heyvanlar mənim gücsüzlüyümü görüb itaətimdə durmayacaqlar.
Şir gücünü toplayıb qarğılığa hücum çəkdi. Baxdı ki, bu tülküdü, qəribə səslər çıxarır. O, tülküdən soruşdu:
– Bu nə qəribəlikdir?
Şir onun boğazından tutub yerə çırpdı:
– Bütün heyvanlar meşəni tərk etdi, mən yolu-izi batırdım, sən hələ şuxluq edirsən?
Çoz yerdə tülkünün çoxbilmişliyi və tamahı başına bəlalar gətirir.
Hətta, Sovet imperiyası dövründə də təmsillər yaranmışdır. “Xoruz və tülkü” təmsilində deyilir: “Bir gün xoruz tulaya müraciət edir ki, tülkünün əlindən kənddə toyuq qalmadı. Gəl mən bir iş qurum, tülkünün dərsini ver. Xoruz onu bir ağacın altında gizlədir. Hündür bir ağacın üstünə çıxıb banlayır. Tülkü yüyürə-yüyürə bu səsə tərəf gəlir. O, Xoruza müraciətlə deyir:
– Ey Xoruz, o qədər həsrətini çəkmişəm. Kənddə it-pişik qoymur ki, doyunca danışaq.
– Talaya xoş niyyətlə gəlmişəm. Burada yeni kənd salınacaq. Mən carçıyam, xəbər edirəm ki, hər kəs gəlib özünə həyətyanı yer seçsin.
– Qurban olum, Xoruz, düş aşağı, mənə yer ver, qoy mən bu kəndin ilk sakini olum.
Xoruz bildirdi ki, mənim vəzifəm car çəkməkdir. Yeri ölçüb verən isə, bax, o ağacın dibində dincəlir. Tülkü bərk yüyürür, elə başa düşür ki, o da bu Xoruzun o biri tayıdır. Tülkü ora çatan kimi Tula onun quyruğunu üzür, qanına qəltan edir. Tülkü birtəhər canını qurtarıb hündür bir daşın üstə çıxır. Elə bu vaxt Xoruz bir də banlayır. Tülkü deyir:
– Nədi, nə qışqırırsan? Neçə ki, sənin yer paylayanın o Tuladır, burda nə kənd olacaq, nə də qəsəbə”.
Bu təmsildə Tülkünün, Tulanın və Xoruzun timsalında cəmiyyətin yanlış tənzimlənməsində əsas rol oynayan kəslərin cəmiyyətdəki mövqeləri səciyyələndirilir.
Təmsildəki obrazlar təkcə Şirdən, Tülküdən, Çaqqaldan, Xoruzdan, Tuladan ibarət deyildir. Bəzən iddia edirlər ki, təmsil yaradıcıları mövcud cəmiyyətdən qorxaraq nöqsanları heyvanların dili ilə də söyləyirlər. Qətiyyən belə deyil. Təmsillər ən maraqlı, ən ürəyəyatımlı, uzun müddət yaddaşlarda qalan folklor janrıdır. Təmsillər rəngarəng, poetik dillə söylənən mövzulara malikdir. “Qızılquş və gürzə” təmsilində deyilir:
Qızılquş şehli çəməndə gəzirdi. O, birdən uçub səmada dövrə vurdu, bir qayanın abşına qondu və yenidən çəmənliyə endi. Gürzə başını qaldırıb qızılquşa dedi:
Gürzənin süddən ağ buxağı Qızılquşun xoşuna gəlmişdi. Lakin, gürzə koğa kimi əyri dururdu. Qızılquş dedi:
-Düz dur, səninlə dost olum.
Gürzə bildirdi ki, bu olan şey deyil, mən yaranandan əyri yaranmışam.
Qızılquş ondan soruşdu:
– Mənlə dost olmaqda təmənnan nədir?
Gürzə bildirdi ki, mən də göylərdən yerə doyunca baxmaq istəyirəm?
Qızılquş onu caynağına alıb göylərin ənginliklərinə qaldırdı və baxdı ki, gürzə onun tükünü aralayıb onu çalmaq istəyir. Qızılquş deyir:
– Sənin o süd kimi ağ buxağın xoşuma gəlir. Ayın işığında yuxarı tut baxım.
Qızılquş onu dimdiyi ilə vurub sal daşların üstünə saldı və yerə endi. Baxıb gördü ki, Gürzə ölüb, özü də dümdüz durur. Qızılquş istehza ilə dedi:
– Bax, səni dostluqda beləcə düz görmək istəyirdim.
Təmsillər mövzu müxtəlifliyinə və obraz qalereyasına görə deyil, psixoloji, fəlsəfi anlamlara və düşüncələrə görə də fərqlənirlər.
“Dovşan” təmsilində deyilir: Dovşanlar dəstə-dəstə qaçışırdılar. Dovşanın birindən soruşurlar ki, niyə qaçırsınız? O, cavab verir ki, kimin üç qulağı varsa birini kəsirlər.
Müsahibi bildirir ki, axı sizin iki qulağınız var.
– Bəli, lakin bəla burasındadır ki, əvvəlcə qulağı kəsirlər, sonra sayırlar.
Bu təmsil cəmiyyətdəki ədalətsizliyə və məntiqsizliyə cavab olaraq yaradılmışdır.
“Dovşanla kirpinin yarışması” da çox maraqlıdır: Dovşan bir taxıl zəmisini göstərib deyir:
– Gəl, hərəmiz zəminin bir tərəfindən qaçaq, görək kim birinci çatacaq.
Kirpi ekiz bacısının birini gətirib taxıl güllüyünün başında qoyur, özü isə ayağında dayanır. Dovşan güllüyün başına çatanda Kirpinin biri deyir:
Ayağa çatanda o biri deyir:
Dovşan hirsli-hirsli güllüyün o başına, bu başına o qədər qaçır ki, ürəyi partlayıb ölür.
Bu o deməkdir ki, dovşanın sürətlə qaçmaq qabiliyyəti çoxdursa, düşüncəsi dayazdır. Ekiz bacıları fərqləndirə bilmir. O, düşünmür ki, Kirpidə qaçan ayaq yoxdur. Təmsildən çıxan ümumi məntiqi nəticə budur ki, çoxları sadəlövhlüyündən məhv olur.
“Qurbağa və siçan” təmsilində isə deyilir ki, Qurbağa ilə Siçan dost olur. Bir-birindən xəbər tutmaq üçün ayaqlarına ip bağlayırlar. Bir vəhşi quş Siçanı caynağına alıb havaya qaldırır. Bu zaman Qurbağa Siçanın yedəyində gedir. Görənlər soruşurlar:
– Ay Qurbağa, sən ki, su heyvanısan, bu nə haldır?
– Bənd olmayın, dost zibilinə düşüb gedirəm.
Təmsil yaradıcısı onu demək istəyir ki, dost olarkən sabahı da düşünməlisən. Nəticədə olmasın ki, Siçanın yedəyində gedib məhv olasan.
“Dovşan” təmsilində isə yenə də dovşanlar belə qərara gəlirlər ki, indi ki, biz hər şeydən qorxuruq, özümüzü gölə tökək məhv edək. Dovşanlar gölə yaxınlaşar-yaxınlaşmaz qurbağalar özlərini partapartla gölə atırlar.
Dovşanlardan biri deyir:
– Yox özümüzü məhv etməyək, bizdən də qurxanlar var.
Bu təmsildə sadəlövh lük, hiyləgərlik, qorxaqlıq, düşüncə bir xətt boyunca hərəkət edir və bir vəhdətdə verilir.
Bəzən təmsillərdə gülüş mövzusu təmsilin məzmunundan çıxır. Bəzilərində isə göz önündə obrazın karikaturası yaranır. Məsələn: “Tülkü öz quyruğunu yatmış Dəvənin quyruğuna bağlayır. Dəvə nə qədər o yan, bu yana qaçırsa Tülkü onun quyruğundan qopmur. Çarəsiz qalan Dəvə böyük bazarın içinə girir. Adamlar qışqırırlar:
– Tülküyə baxın, Dəvənin quyruğundan sallaşıb.
Tülkü göz vurub deyir:
– Mən ölüm, üstünü vurmayın, böyüklərlə gəzirəm.
Doğrudan da, həyatda belə Tülküyə bənzər adamlar var ki, şöhrət xatirinə öz müstəqilliyini itirib kiminsə quyruğunda gəzməklə öyünürlər.
“Bu ki, Tülkü imiş” təmsilində deyilir ki, səhrada su tapmayan Tülkü gecə şəhərə girir. Boyaqçının bacasından baxanda rəngli su ilə dolu çənləri bulağa və gölməçəyə oxşadır. Suyu içməli olmadığından özünü çəndən-çənə atır və yeddi rəng alır. Səhər boyaqxananın qapısını açan şagirdi heyrət götürür. Qapını örtmək yadından çıxır. Tülkü fürsət tapıb səhraya qaçır. Heyvanlar pələngə bildirirlər:
– Bir heyvan meydana gəlib ki, onun zolaqları yanında sənin zolaqların heç nədir.
– Doğrudan da məndən gözəl olsa, onu hökmdar seçərik. Mən də xidmətçi olaram.
Pələng yeddi rəngli heyvanı şah seçir. Yazın leysanları başlayır. Yavaş-yavaş Tülkünün boyaları yoxa çıxır. Pələng onun Tülkü olduğunu anlayır və deyir:
– Mən heyfsilənmirəm ki, sən Tülkü bir neçə ay hökmdar oldun, bircə özümü bağışlaya bilmirən ki, mən Tülküyə xidmətçi olmuşam. Təcrübə göstərir ki, ağlı, düşüncəsi olmayan, Tülkü və Tülkü xasiyyətli adamlar bəzən libasını, rəngini dəyişərək yüksək mərtəbələrə ucala bilirlər. Lakin, zərbə altında qalan aqillər olur. Təmsillərin gücü ondadır ki, həyatın mənasını, mahiyyətini aça bilirlər. Bəzən mövcud cəmiyyətdə tənqid etməkdən çəkindikləri çatışmamazlıqları heyvanların dili ilə çatdırırlar. Əksinə şifahi xalq ədəbiyyatında təmsillər böyük təsir gücü ilə ürəklərə, beyinlərə daha çox təsir edir. Uzun illər yaddaşlardan silinmir.
“Yonca əhvalatı” təmsilində deyilir ki, bir tövlənin bir tərəfində quzulara yonca verib kökəldirlər, o biri tərəfində eşşəklə balası qırcla (heyvanların ayağının altına tökülən ot qırıntıları) qidalanırlar. Həmin eşşəyin balası hərdən bir qaçıb quzularla yonca yeyirdi.
– Bala, yoncaya meyl etmə. Gəl, dədə-babadan yediyimiz qırca qane ol. Yoxsa xəta çəkərsən.
Bir gün gecəyarı quzuları kəsməyə apardılar. Qoduq da onlarla getdi. Quzuları kəsdikcə onların xırıltısı qoduğu vahiməyə saldı. Qoduğu kəsmək istədikdə qulaqları qəssabı şübhəyə saldı. Onu anasının yanına qaytardılar. Qoduq dedi:
– Ana, sənə inanmırdım. Elə yonca yeməyin belə də xırıltısı olurmuş.
Məntiqi nəticə budur ki, hər kəsin həyatda öz mövqeyi var. Əgər adam özünü tənzimləməyi bacarmazsa nəticədə öz nəfsinin qurbanı olar.
“Canavar və Qoyun” təmsilində olduqca həyati bir hadisəyə toxunulmuşdur. Bu mövzuya A.Bakıxanov da öz yaradıcılığında ötəri şəkildə toxunmuşdur. Bu təmsil şifahi xalq ədəbiyyatı daxilində daha böyük təkamül yolu keçmişdir.
“Andın iki başı olur” təmsilində deyilir:
Sürülər yaylaqdan arana enərkən ayağı sınmış qoyun yaddan çıxıb arxacda qalır. Onu tək görən Canavar uzaq məsafədən qaça-qaça gəlir. Elə bu vaxt Bozdarın yadına düşür ki, qoyunun biri arxacda qalıb. Dərhal onun dalınca qaçır. Bozdar yanına çatan kimi qoyun onu bir çalada gizlədib üzərinə çırpı yığır. Elə bu vaxt Canavar gəlib yetişir:
Mənim, yurdumda nə gəzirsən?
Qoyun ona deyir:
-Gəl bu yaylaqda bir canlı tapaq. O, desə bu yaylaq sənindir, məni ye.
Elə bu vaxt Tülkü gəlir. Tülkü deyir:
– Dünya binnət olanda mənim Binnət adlı bir qardaşım olub. Qardaşım deyirdi ki, bu yurd Canavarın yurdudur.
– İndi ki, elədi o çırpıya and iç ki, yalan deyirəmsə o çırpı kimi qırılım.
Tülkü çırpıya yaxınlaşanda görür ki, Bozdarın gözləri alaf-alaf yanır. Tülkü üzünü Canavara tutub deyir:
– Mən and içə bilmərəm, andın iki başı olur.
İşi belə görən Canavar hirslə:
– Özüm and içəcəyəm deyib çırpının yanına gəlir.
Bozdar Canavarın boğazını üzür. Tülkü gülə-gülə onu süzür:
– Sənə demədimmi, andın iki başı olur.
Bununla xalq demək istəyir ki, bəzən də məqam olur ki, orada mənəm-mənəmliyə, çoxbilmişliyə yer qalmır. Səbr və təmkin hər şeyə qalib gəlir.
Əlbəttə, Sədnik Paşa Pirsultanlının toplayıb nəşr etdirdiyi “Azərbaycan xalq söyləmələri” kitabına daxil edilən təmsilləri təhlilə cəlb etsək başqa gülüş qaynaqları olan janrlara yer qalmaz.
Bəzən belə izah edirlər ki, təmsil ozaman yaranır ki, mövcud ictimai-siyasi vəziyyət insanları qorxu içində saxlayır. Ona görə də, insanlar öz fikirlərini gizli formada heyvanların dili ilə söyləyir. Bu doğru deyildir. Bizə görə hər bir janrın özünəməxsus yeri vardır. Bu alleqorik əsərlər təkcə heyvanların, bitkilərin, ağacların bir-biri ilə danışığı şəklində verilmir. Əksinə, bəzən onlara insan da müdaxilə edir. Və yaxud da heyvanlar təmsillərdə tam şəxsləndirilir. Məhz, “İki meymunun söhbəti” təmsilində deyilir ki, böyük bir ormanlığın, meşəliyin sahibi iki meymun imiş. Yəni, bu meyvəli meşəliyin sərvəti iki meymuna baxırmış. Meymunlar bu ormanlığın meyvəsini yeyir, suyunu içib, havasını udub kef edirlər. Meymunların biri o birisinə deyir:
– Bizim bu meşənin ayağında Fatı qarı ilə onun kədisi (pişiyi) yaşayırlar. Onların arasında ciddi ziddiyyət var. Gəl gedək, onları barışdıraq. Onların davası meşəyə və bizə zərər yetirər.
Meymunun biri çox təkəbbürlü imiş, o deyir:
– Fatı da ölsün, onun kədisi də.
Kədi quyruğunu dolayıb Fatının qatıq qazanını ağzı üstə çevirir. Fatı da eləmir tənbəllik lampanın neftini pişiyin üstünə səpir, kibrit çəkib onu alışdırır. Yanmaqda olan kədi özünü meşəyə verir. Bütün meşə yanıb kül olur. İki meymun dalı qızara-qızara qorun içərisində yazıq görkəmdə qalır. Meymunun biri o birinə deyir:
– Sənə demədimmi ki, gəl Fatı ilə kədisini barışdıraq. Ondan bizə zərər gələr. Sən əhəmiyyət vermədin.
Bu “Fatı, kədi və meymun” təmsilində böyük mətləb gizlənib. Bəzən kiçik ölkələr, dövlətlər böyük dövlətlərin gözünə kiçik görünür. Onlara əhəmiyyət vermirlər. Nəticədə, böyük ölkələr də onun oduna düşüb yanır. Hər bir təmsildə böyük məntiqi nəticələr yaşayır.
“Canavar və qaz” təmsilində deyilir ki, Canavar böyük bir qoyun cəmdəyini yeyərkən boğazında sümük qalır. Heç kəs o sümüyü çıxara bilmir. Canavar yemək yeyə bilmir, taqətdən düşür. Elan edir ki, kim sümüyü boğazımdan çıxartsa oni mükafat gözləyir. Bu xəbəri eşidən qaz Canavarın yanına gəlir və deyir ki, ağzını aç, dimdiyini uzadıb Canavarın boğazından sümüyü çıxardır. Canavardan heç bir mükafat almayan qaz, canavarın dalınca dağa çıxır, dərəyə enəndə isə qaz da yanını basa-basa dərəyə enir. Canavar soruşur:
– Ay qaz, dağa çıxıram, dağa çıxırsan, dərəyə enirəm, dərəyə enirsən, xeyir ola?
– Sizin vəd etdiyiniz mükafatı istəyirəm.
Canavar gülür və deyir:
– Sənin qaz boğazın mənim canavar ağzımdan salamat çıxıb, daha bundan böyük nə mükafat istəyirsən?
Təmsilin məntiqi mənası budur ki, “böyüklərin” qəzəbinə rast gəlməməyin özü həyatda ən böyük mükafatdır. Atalar deyib ki, “oda çox yaxın durma səni yandırar, çox uzaq durma üşüyərsən, arada müəyyən məsafə saxla”. Heç bir təmsil elə-belə yaradılmayıb. Onların hər birinin özünəməxsus tərbiyəvi əhəmiyyəti vardır.
“Azərbaycan folklorunda gülüş” mövzusu işlənilərkən təmsil, lətifə, qaravəlli, meydan tamaşaları və digər folklor janrlarından örnəklər burada təhlilə cəlb edilmişdir. Ancaq bizim tədqiqat üçün əsas gülüş mənbəyi olan təmsillər və lətifələr tədqiqatın özəyi kimi götürülmüşdür. Təmsillər alleqorik şəkildə olmaqla, ən qədim janrdır. Ayrı-ayrı şairlərimiz tərəfindən təmsillər nəzmə çəkilərək, yenidən işlənmiş və bunlara onların subyektiv mülahizələri əlavə edilmişdir. Yazılı ədəbiyyatda işlənmiş təmsillər tədqiqata cəlb edilsə də, xüsusi inkişaf yolu ilə tarixə yoldaşlıq edən ağız ədəbiyyatında yaşayan təmsillər son zamanlara qədər toplanmamış, nəşr edilməmiş və tədqiq olunmamış qalmışdır. İlk dəfə olaraq həmin bədii nümunələr tədqiqata cəlb edilir və münasibət bildirilir. Əlbəttə, folklorda əsas gülüş mənbəyi təmsillər və lətifələrdir. Məhz əsər təmsillər və lətifələr üzərində qurulmuşdur.
Sovet dönəmində yaranmış müasir təmsil nümunələri, nəinki nəşr edilmiş, hətta, yaddaşlarda belə qorxa-qorxa müəyyən həvəskarlar tərəfindən qorunub saxlanmış və müstəqillik əldə edildikdən sonra həmin nümunələr toplanılmağa başlanılmışdır. Sovet dönəmində yaranan təmsilləri oxuyanda insanı heyrət bürüyür. Xalq necə də qormazdır. O, hər bir hadisəyə vaxtında öz münasibətini bildirir, olmuş hadisələri bədii əsərə çevirir, pünhan şəkildə olsa da, xalq arasında yayır. Bununla kifayətlənmək olmaz ki, xalq arasında adını çəkdiyimiz elə bu təmsillər mövcuddur. Əksinə, yurdumuzu gəzərkən, təmsil axtarışına çıxarkən yəqin ki, daha gözəl nümunələrə rast gəlinəcəkdir. Bəri başdan deyirəm ki, buna böyük ehtiyac vardır. Bunlar uşaqlarımızın tərbiyəsi üçün, maraq dairələrini artırmaq üçün böyük əhəmiyyət kəsb edəcəkdir.
Bu əsərin əsasını təmsillərin tədqiqi təşkil edir. Ona görə də təmsillərin mövqeyindən, ictimai məzmunundan və dəyərindən söz açacağıq. Təmsillər haqqında müxtəsər olaraq aşağıdakıları demək olar:
Təmsilin tarixi obrazlı sözün tarixi qədər qədimdir. Təmsil həm Şərq, həm də Qərb ədəbiyyatında, həm şifahi, həm də yazılı bədii nümunələrdə, həm ən qədim dövrlərdə, həm də bizim günlərdə mövcud olan ciddi, kəskin, fəal və və böyük ictimai-əxlaqi təsirə malik ədəbi formadır. Bir ədəbi forma, bir janr kimi təmsilin müəyyənləşmiş poetikası, üslubu, tələbləri, normaları, spesifik tematikası, üslubu və surətlər aləmi, dünyaca məşhur nümayəndələri vardır. Təmsil janrının ayrıca bir ədəbi janr kimi formalaşıb, xüsusi mövqe qazanmasında şifahi təmsil təcrübəsi, yazılı ədəbiyyatla müştərək əlaqə nəticəsində təmsil janrı güclü bir dünyəvi ədəbi forma kimi kamala çatmışdır. Qeyd edilməlidir ki, təmsil janr olaraq bir zərurət kimi meydana gəlmişdir.
Təmsillər yurdumuzun hər yerində yox, daha çox Ucar və Kürdəmirin Şilyan kəndlərində, Gədəbəyin ayrı-ayrı kəndlərində və başqa bölgələrdə yayılmışdır. Onu da qeyd etmək lazımdır ki, təmsillərə nisbətən lətifələr daha kütləvi janrdır və o, xalq arasında daha geniş yayılmışdır.
Sədnik Paşa Pirsultanlı,
filologiya elmləri doktoru, professor.
Elə yeməyin
Elə də xırıldamağı olur
Uzun tövlənin bir başına qızıl inək qızıl danası ilə, digər başına qumral quzusu ilə, qapının ağzı tərəfə isə çal qoduğu ilə bağlanmışdı. Qapı taxtalarının arasından ilan kimi sazaq-soyuq bu ana –balanı həmişə üşüdürdü, bu azmış kimi sahibləri tayadan yabalayıb gətirdiyi güllü otu həmişə qızıl inəklə qızıl dananın, qumral qoyunla qumral quzunun axuruna basırdı, çal qoduqla zığlı-zımırıqlı gircini qoyurdu.
Bir gün qoduq anasından soruşdu:
-Otu daşıyan bizik. Sahibimiz bizi yükləməkdən belimiz yağır olub. Niyə o boyda tayadan bizə qıymır, yaxşısını xeyirsiz-bəhərsiz inəklə danaya, qoyunla quzuya yedirdir?
Çal eşşək çal balasının boynundan aşağı basdı, pıçıldadı:
-Buna da şükür elə, kiri, danışma.
Aradan həftələr ötdü, aylar dolandı, həyətdə papaqlı kişilər göründülər. Mağar qurdular. Yeyib yatmaqdan içini piy almış dananı, quzunu kəsdilər. Qoduq anasına dedi:
- Sən haqlısan, buna şükür eləmək lazımdır.
Qarğa və bülbül
Qırğı qartalın qızını almışdı, ona görə də onun qabağına duran yox idi, bir sözü iki olmurdu, Qartal hökmdar məmləkətin ağalığını ona etibar etmişdi.
Qarğa gördü qartalın quruca adı qalıb, hakimi-mütləqlik Qırğının ixtiyarındadır, o, kəsdiyi başa sorğu-sual yoxdur, onun qızını alıb qohum oldu. Baxdı ki, bu qaynayıb-qarışmadan sonra da Bülbül onu həmişə kölgədə qoyur,axşam-səhər elə oxuyur, elə nəğmələr bəstələyir, hətta Qırğının özü də onu saraya apartdırır, hərdən qurdurduğu, Qartal hökmdarın da başda əyləşdiyi eyş-işrət məclislərində cəh-cəh vurdurub ləzzət alır.
Qarğa bir gün Qırğıya dedi:
-Mən ondan da yaxşı şərqilər bəstələyirəm. Ürəyim götürmür Bülbülün sizin ali işrətlərinizdə boşboğazlıq eləyib hərənizdən br ənam almağını, sonra da öz xanəsində sizi aldatdığına xısın-xısın güldüyünü. Bülbüllərin hamısı müftəxordur, hiyləgərdir, camaatın başına kələk aça-aça dolanırlar. Bir dəfə onların öz aralarında danışdıqlarını eşitdim. Böyükləri, balacaları öyrədirdi ki, hər səhər bulaq suyunda çimiş, onda tükləriniz al-yaşıl çalacaq, camaat sizin gözəlliyinizə müştaq olub nə oxuduğunuza fikir verməyəcək. Ey əlahəzrət, olmazmı öz xeyrimiz özümüzə çata, öz varlığımız öz cibimizdən çıxsa da bu cibimizə girə, bu cibimizdə qala? Biz də sənin kəsiyin deyilikmi? Bizimkilər səninki sayılmırmı?
Qırğı Qarğa kürəkəninin dediklərinə inandı, amma bülbülü birdən-birə məclis-mərəkələrdən uzaq salmağı da öz şəninə sığışdırmadı, fikirləşdi ki onda camaat deyəcək “özününkünü ikiəlli tutur”.
Qırğı ona “qohumbazlıq elədi” adı qoyulmasın deyə çalıb-oxumaq bilicilərini-Ayını, Şiri, Pələngi, Eşşəyi hüzuruna çağırtdırdı, Eşşəyi də bu dəstənin axırıncı söz deyib, son qərar verəni təyin etdi. Qarğa ilə Bülbülü də gətirdilər. Bu yığışmanın məqsəd-məramını onların hamısına bildirəndən sonra sözü Bülbülə verdi.
Bülbül işi başa düşmüşdü, ona görə də elə oxudu, elə cəhcəh vurdu ki, onun ah-naləsinə Allahın qanmaz Ayısı da ağladı.
Sonra meydana Qarğa çıxdı. Qar-qar qırıldadı. Onun səsindən Bülbülün özü də zara gəlib qulaqlarını tutdu.
Qarğa susandan sonra Şir ləzzətlə yırğalandı. Pələng də ona baxıb, həzz almış kimi ləngərləndi, özünü bu feyzdən hələ də doymayan təki göstərən Eşşəyin gözlərini açmağı uzun çəkdi.
Onlar bildirdilər ki, Qarğa Qırğının kürəkənidir. Odur ki, Qarğanı tərifləməyə başladılar.
Eşşək deyilənlərə yekun vurdu:
-Belə müğənnisi olan ölkə bəxtiyardır.
Bülbül o vaxtdan didərgin düşüb, insandan qaçır, dərdini həmişə güllərə danışır, adamlar isə onu ürəyinə vurduğu yara sızıltılarını eşitmək istəyirlər.
Sosial Təmsillər: Xüsusiyyətlər, nəzəriyyə və nümunələr
The sosial nümayəndəliklər Bunlar mənaları cəmləşdirən və insanların baş verənləri təfsir edərək onlara məna verməsi üçün bir istinad çərçivəsi kimi fəaliyyət göstərən sistemlər olaraq təyin edilə bilər. Sosial nümayəndəliklər vasitəsi ilə insanlar günlərini günə istiqamətləndirə bilərlər.
Eyni zamanda, fərdlərin batdığı sosial dünyadakı vəziyyətləri, fenomenləri və digər insanları da anlamaq mümkündür. Yəni sosial təmsilçiliyin fərdlər arasındakı ünsiyyət çərçivəsində kollektiv şəkildə işlənildiyi deyilir.
Sosial nümayəndəliklər şəxsi təcrübələr, dünya məlumatları və digər mənbələr arasında mədəniyyət, təhsil və ünsiyyət (yeni texnologiyalar daxil olmaqla) vasitəsilə əldə edilən məlumatlar sayəsində öz-özünə formalaşır.
Sosial təmsilçilik nəzəriyyəsi sosial psixologiya sahəsində öyrənilir və əvvəlcə Serge Moscovici tərəfindən təklif edilmişdir.
Sosial təmsilçilik nəzəriyyəsi
Bu nəzəriyyə, Moskovici tərəfindən 1961-ci ildə Durkheim və Lévi-Bruhlun konsepsiyalarına əsaslanaraq irəli sürülmüşdür.
Yamaclar
Daha sonra bu nəzəriyyə iki cəhətə bölündü: prosessual aspekt və struktur aspekt.
Moscovici’nin prosedur cəhəti həm də keyfiyyət olaraq da bilinir və nümayəndəliklərin kollektiv şəkildə işlənməsi üçün davamlı olaraq yenidən şərh edildiyi qarşılıqlı əlaqəni vurğulayır.
Bu baxımdan, sosial təmsilçiliyin öyrənilməsinin, insanların məna və dil yaradanlar kimi anlayışını ilk yerə qoyaraq, hermenevtik bir yanaşmadan aparılması lazım olduğu düşünülür.
Digər tərəfdən, struktur cəhəti Jean Claude Abric təmsil edir. Bu baxımdan, nümayəndəliklərin bəzi cəhətlərinin keyfiyyət və kəmiyyət qiymətləndirilməsinə vurğu edilir.
xüsusiyyətləri
Moscovici, yalnız hər hansı bir mövzu və ya fenomenin bir qrup daxilində sosial bir təmsil yarada bilməyəcəyini təklif etdi.
Bir obyektin sosial bir nümayəndəlik yaratması üçün, obyekt və qrup arasındakı əlaqələri əhəmiyyətli dərəcədə təyin etməlidir.
Buna görə, obyekt qrupdakı insanlar üçün bir şəkildə vacib olmalıdır. Bu baş verə bilər, çünki obyekt:
– Dünyanı və insanları görmək yolunda inqilabi bir dəyişiklik yaradır.
– Qrupu bu şəkildə təsir edən dramatik və şok hadisələri əhatə edir.
– Qrupun sosial həyatı və qarşılıqlı əlaqəsi üçün əsas olan prosesləri əhatə edir.
Digər tərəfdən, bir qrupun sosial nümayəndəliklər yaratması üçün, öz üzvləri qrupa mənsub olduqlarını bildikləri və kimin ona aid olub olmadığını bilə biləcəkləri üçün xarakterizə edilməlidir.
Buna əlavə olaraq, sosial təmsilçilik haqqında bilik, örtük olsa da, qrup daxilində dolaşmalı və üzvlərin gündəlik həyatına inteqrasiya olunmalıdır.
Proseslər
Sosial təmsilçiliyin meydana gəlməsi və təşkilatçılığının asılı olduğu iki əsas prosesi var: obyektləşdirmə və demirləmə.
Objektivləşmə sosial təmsilçilik elementlərinin konkret təcrübələrə çevrilməsidir. Bu proses seçmə quruluş, quruluş sxemləşdirmə və təbiiləşdirmə mərhələlərindən ibarətdir.
Çapa qoymaq, yeni obyektin qrupun əvvəlki istinad dairəsinə inteqrasiyası, qrupun reallığını dəyişdirərək gündəlik istifadə edilməsidir.
Ankraj prosesi bir sıra modallara malikdir: məna təyin etmə, biliklərin alətləşdirilməsi, lövbərlə inteqrasiya və obyektivləşdirmə və düşüncə sistemində kök atma.
Təşkilat
Nümayəndələr mərkəzi bir düyün və periferik sistem ətrafında təşkil edilmişdir. Birincisi, mərkəzi düyün məna verən və qrupdakı hadisələrlə əlaqəli sistemdir (tarixində, sosioloji və ideoloji baxımından).
Bu düyün sabit və davamlıdır və bu səbəbdən nümayəndəlik qrup daxilində qalıcıdır.
İkincisi, periferik sistem fərdi hissəyə uyğundur və hər bir insanın konkret kontekstlərindəki təcrübələrə və yeni təcrübələrə və məlumatlara əsaslanır.
Bu səbəbdən periferik sistem daha yumşaq və qeyri-sabit olan elementlərdən ibarətdir.
Moscovici’ye görə konsepsiya
Moscovici, Fransadakı fərqli qruplarda psixoanalizin təmsilçiliyinin öyrənilməsindən sosial təmsilçilik konsepsiyasını ifşa etdi.
Bu araşdırma yolu ilə bu nümayəndəliklərin sosial olaraq necə qurulduğunu təhlil edə və bu qrupların gündəlik gerçəkliyində bir məna qura bildi.
Moscovici-yə görə sosial nümayəndəliklər kollektiv elm nəzəriyyələrindən gerçəkliyin təfsirinə qədər olan dinamik dəstlərdir.
Bu sosial təmsilçiliklər qrupun paylaşdığı ünsiyyətləri, dəyərləri və fikirləri və arzu olunan və ya qəbul edilmiş davranışları müəyyənləşdirir.
Denise Jodeletə görə konsepsiya
Denise Jodelet, Moscovici’nin Fransa xaricində sosial nümayəndəlik nəzəriyyəsini götürməkdən məsul olan və Moscovici’nin işini formalaşdırmaq, dərinləşdirmək və populyarlaşdırmaqdan məsul olan bir tələbə və iş birliyidir.
Jodelet, xüsusilə sağlamlıq və fiziki və zehni xəstəlik sahələri ilə əlaqəli sosial təmsilləri öyrənmişdir.
Onun sözlərinə görə, sosial nümayəndəliklər, yalnız sosial deyil, həm də maddi və ideal olan ünsiyyət, ətraf mühitin anlaşılması və mənimsənilməsi sahələrinə yönələn spesifik sosial düşüncə növüdür.
Jodeletin ən böyük töhfələrindən biri, mədəniyyətin sosial nümayəndəliklərin meydana gəldiyi bir məkan rolunu necə vurğulaması idi. Bundan əlavə, o, sosial təmsilçiliyin parçalanmış şəkildə deyil, bütövlükdə öyrənilməsini dəstəkləyir.
Bir icmada sosial təmsilçilik nümunəsi
20. əsrdə Meksikada minlərlə yeniyetmə və gəncdə aparılan bir araşdırma, HİV / AİDS haqqında mövcud məlumatlarla gənclərin bu infeksiyadan qorunmaq üçün davranışları arasında necə bir uyğunsuzluğun olduğunu göstərdi (Valensiya, 1998).
Bir tərəfdən, prezervativlərin istifadəsi, HİV / AİDS və yoluxma yolları barədə məlumatları var idi; lakin riskli davranışlar həyata keçirirdilər.
Tədqiqatda bu əhalinin HİV / AİDS epidemiyasına cavab verməyə imkan verən bir prosesi necə həyata keçirdiyini müşahidə etmək mümkün olmuşdur.
Bu şəkildə, xəstəliyi özlərinə yad hesab etdikləri və damğalanan müəyyən spesifik qruplarla əlaqələndirdilər: homoseksuallar, narkomanlar və fahişələr.
Beləliklə, qrupdakı bu “bilik”, gündəlik olaraq qərar vermələrini təmin edən bir gerçəkliyə çevrilənə qədər təbiiləşdi.
Məsələn, gənclər risk qrupuna daxil olmadıqları üçün HİV / AİDS-ə yoluxmayacaqlarını düşünürdülər.
Bu səbəbdən,% 85 cinsi partnyorun sevdiyi, sağlamlıq vəziyyətinin yaxşı olduğu və ya məlum olduğu təqdirdə prezervativdən istifadə etməyəcəklərini söylədi.
İstinadlar
- Castorina, JA, Barreiro, A. ve Clement F. (2005). Piagetian düşüncəsinin sosial nümayəndəlik nəzəriyyəsi üzərindəki izi. J.A.-da Castorina (Ed.), Konseptual tikinti və sosial nümayəndəliklər (səh. 149-176). Madrid: Miño və Davila.
- Esparza, S. L. L. (2003). Denise Jodelet ilə reportaj: 24 oktyabr 2002-ci ildə Óscar Rodríguez Cerda tərəfindən aparıldı. Əlaqələr, 24 (93), s. 115-134.
- Jodelet, D. (1991). Dəlilik və Sosial Təmsillər. London: Harvester / Wheatsheaf.
- Muñoz, G. F. J. (2005). Qrup psixologiyasının əsas elementləri. Huelva Redaksiya Universiteti.
- Quintero Vergara, M. (2008). Sosial nümayəndəliklərin təbiəti. Latın Amerikası Sosial Elmlər Jurnalı, Uşaqlar və Gənclər, 6 (1), səh. 55-80.
- Rodríguez Salazar, T. və García Curiel, M. (2007)). Sosial nümayəndəliklər: nəzəriyyə və tədqiqat. Guadalajara: Redaksiya CUCSH-UDG.
- Valensiya, S. (1998). Niyə gənclər özlərini QİÇS-dən çəkindirmirlər? Psixososyal perspektiv. F. Mercado Martínez və L. Robles Silva (Eds.), Sağlamlıqda keyfiyyətli araşdırma. Meksikanın qərbindən perspektivlər. Guadalajara: Guadalajara Universiteti.
Təmsil
Təmsil — epik növün ən qədim janrlarından biridir. Təmsil həcmcə kiçik olur, lakin dərin məna ifadə edir. Təmsilin əsas xüsusiyyəti tənqidi və satirik məzmunda olmasıdır. Sənətkar insanlara xas olan nöqsanları, eyibləri ayrı-ayrı əşya, bitki və heyvanların timsalında əks etdirir. Təmsildə təbiət cismləri və heyvanlar şəxsləndirilir – insan kimi danışdırılır. Ədəbiyyatşünaslıqda buna təşxis deyilir.
Qazlara keşik çəkən pişik. E.ə. 1120-ci il. Misir
Təmsil əxlaqi-tərbiyəvi və nəsihətli səciyyə daşıyır. Adətən, təmsilin sonunda müəllif öz fikrini kiçik nəsihət şəklində bildirir. Məsələn:M.Ə.Sabir “Qarğa və tülkü” təmsilinin sonunda belə bir əxlaqi-tərbiyəvi fikir bildirir:
Olmasaydı cahanda sarsaqlar,
Ac qalardı yəqin ki, yaltaqlar.
Təmsil əsasən nəzmlə yazılır. Dünya ədəbiyyatında nəsrlə yazılmış təmsillər də vardır.Unutmayın təmsil bitki və heyvanların insanların xüsusiyyətlərinə bənzədilməsidir.
Epik növün ibtidai formalarından biri olan təmsil hələ qədim yunan ədəbiyyatında mövcud idi. XVII-XVIII əsrlərdə yüksək inkişaf səviyyəsinə çatmışdır. Qədim Romada Fadr (I əsr), Qədim Yunanıstanda Ezop (e.ə.VI-V əsrlər) nəsrlə yazdığı təmsilləri ilə məşhur idi. Hindistanda III əsrə aid təmsillər toplusu “Pançatantra” məlumdur. Yeni dövrün ən məşhur təmsil yazanlarından biri fransız şairi Jan Lafonten (XVII əsr) olmuşdur.
Rusiyada təmsilin inkişafı XVIII əsrin sonu XIX əsrin əvvəllərinə aiddir. Həmin dövrün ən məşhur təmsilçiləri A.P.Sumarokov, İ.İ.Xemnitser, A.E.İzmaylov, İ.İ.Dmitriyevdir. Rusiya ədəbiyyatında təmsil janrının kulminasiyası İ.A.Krılovun yaradıcılığı hesab olunur. Onun əsərləri dünyanın bir çox dillərinə, o cümlədən Azərbaycan dilinə də tərcümə olunmuşdur.Onun “Eşşək və bülbül” təmsili buna misal ola bilər.Bu təmsili A.A.Bakıxanov tərcümə edib.
Azərbaycan ədəbiyyatında təmsilin ilk nümunələrinə N.Gəncəvinin “Sirlər xəzinəsi” poemasında rast gəlirik. A.Bakıxanov, Q.Zakir, S.Ə.Şirvani, M.Ə.Sabir, Abbas Səhhət, Abdulla Şaiq kimi şairlərimizin təmsilləri məşhurdur.
Ən məşhur təmsil yazıçıları
- Ezop
- Jan de Lafonten
- İvan Krılov
- Demyan Bednı
- Olesiya Yemelyanova
- Fadr
- Avian
- Barbiy
- Sergey Mixalkov
- Lüdviq Xolberq
- Lev Tolstoy
- M.Ə.Sabir
- A.Bakıxanov
- S.Ə.Şirvani
- A.Səhhət
- A.Şaiq
- Q.Zakir
- H.Ziya
İstinadlar
Avqust 12, 2021
Ən son məqalələr
Nəcəfzadə
Nəcəfəli sultan Əşrəfi
Nəcəfəlidizə
Nəbati ornamentlər
Nəbatilər
Nəbatilər dövləti
Nəbahat Çehrə
Nəbi Hüseynov
Nəbi Həsənoğlu
Nəbi Məmmədov
Ən çox oxunan
Vaşinqton (şəhər)
Vaşinqton Delaveri keçir
Vaşinqton Uizards
Vaşinqton Universiteti
Vaşinqton abidəsi
təmsil, epik, növün, qədim, janrlarından, biridir, həcmcə, kiçik, olur, lakin, dərin, məna, ifadə, edir, əsas, xüsusiyyəti, tənqidi, satirik, məzmunda, olmasıdır, sənətkar, insanlara, olan, nöqsanları, eyibləri, ayrı, ayrı, əşya, bitki, heyvanların, timsalında. Temsil epik novun en qedim janrlarindan biridir Temsil hecmce kicik olur lakin derin mena ifade edir Temsilin esas xususiyyeti tenqidi ve satirik mezmunda olmasidir Senetkar insanlara xas olan noqsanlari eyibleri ayri ayri esya bitki ve heyvanlarin timsalinda eks etdirir Temsilde tebiet cismleri ve heyvanlar sexslendirilir insan kimi danisdirilir Edebiyyatsunasliqda buna tesxis deyilir Qazlara kesik ceken pisik E e 1120 ci il Misir Temsil exlaqi terbiyevi ve nesihetli seciyye dasiyir Adeten temsilin sonunda muellif oz fikrini kicik nesihet seklinde bildirir Meselen M E Sabir Qarga ve tulku temsilinin sonunda bele bir exlaqi terbiyevi fikir bildirir Olmasaydi cahanda sarsaqlar Ac qalardi yeqin ki yaltaqlar Temsil esasen nezmle yazilir Dunya edebiyyatinda nesrle yazilmis temsiller de vardir Unutmayin temsil bitki ve heyvanlarin insanlarin xususiyyetlerine benzedilmesidir Tarixi RedakteEpik novun ibtidai formalarindan biri olan temsil hele qedim yunan edebiyyatinda movcud idi XVII XVIII esrlerde yuksek inkisaf seviyyesine catmisdir Qedim Romada Fadr I esr Qedim Yunanistanda Ezop e e VI V esrler nesrle yazdigi temsilleri ile meshur idi Hindistanda III esre aid temsiller toplusu Pancatantra melumdur Yeni dovrun en meshur temsil yazanlarindan biri fransiz sairi Jan Lafonten XVII esr olmusdur Rusiyada temsilin inkisafi XVIII esrin sonu XIX esrin evvellerine aiddir Hemin dovrun en meshur temsilcileri A P Sumarokov I I Xemnitser A E Izmaylov I I Dmitriyevdir Rusiya edebiyyatinda temsil janrinin kulminasiyasi I A Krilovun yaradiciligi hesab olunur Onun eserleri dunyanin bir cox dillerine o cumleden Azerbaycan diline de tercume olunmusdur Onun Essek ve bulbul temsili buna misal ola biler Bu temsili A A Bakixanov tercume edib Azerbaycan edebiyyatinda temsilin ilk numunelerine N Gencevinin Sirler xezinesi poemasinda rast gelirik A Bakixanov Q Zakir S E Sirvani M E Sabir Abbas Sehhet Abdulla Saiq kimi sairlerimizin temsilleri meshurdur En meshur temsil yazicilari RedakteEzop Jan de Lafonten Ivan Krilov Demyan Bedni Olesiya Yemelyanova Fadr Avian Barbiy Sergey Mixalkov Ludviq Xolberq Lev Tolstoy M E Sabir A Bakixanov S E Sirvani A Sehhet A Saiq Q Zakir H ZiyaIstinadlar RedakteMenbe https az wikipedia org w index php title Temsil amp oldid 5895499, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Comments are closed, but trackbacks and pingbacks are open.