Press "Enter" to skip to content

Tərəfdaşlıq və əməkdaşlıq sazişi 1996

1996-cı ildə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından da vacib əhəmiyyət daşımışdır. Saziş çərçivəsində Avropa Birliyinin Azərbaycanda bazar münasibətlərinin inkişaf etdirilməsi məqsədilə bəzi struktur islahatlarının aparılmasına, özəlləşdirmə proqramına, infrastruktur layihələrinin reallaşmasına maddi və texniki yardımları nəzərdə tutulmuşdur. Təkcə bu proqram çərçivəsində birlik Azərbaycana 100 milyon avrodan çox vəsait ayırmışdır. Həmin sazişin bəzi maddələri Azərbaycan Respublikasının Milli Məclisi ilə Avropa Parlamenti arasında əməkdaşlığı nəzərdə tutur və ötən müddətdə bu sahədə də uğurlu işlər görülmüşdür. Tərəflər Parlament Əməkdaşlığı Komitəsinin yaradılması və fəaliyyət mexanizmləri barədə də razılığa gəlmişlər.

Tərəfdaşlıq və əməkdaşlıq sazişi 1996

Avropa İttifaqı Prezident İlham Əliyevin regional liderliyini qəbul edir, ölkəmizlə əməkdaşlığı Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür

Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında qarşılıqlı hörmət və maraq prinsipləri əsasında münasibətlərin yeni inkişaf səviyyəsinə yüksəldilməsi Azərbaycanın xarici siyasətinin prioritetlərindəndir. Avropa İttifaqı da Azərbaycanın müəyyənləşdirdiyi siyasi mövqeyi dərk edir, mövcud reallıqları qəbul edir, milli maraqlarımızı nəzərə alır. Çünki Azərbaycanla münasibətlərin gücləndirilməsi Avropa İttifaqı üçün regional əlaqələrin genişləndirilməsi ba­xımından mühüm önəm daşıyır.

Azərbaycan müstəqilliyini bərpa edəndən Avropa ilə əlaqələri genişləndirməyə üstünlük verib

Ölkəmiz üçün bir çox sahələrdə olduğu kimi, Avropa İttifaqı ilə münasibətlərin inkişafı məsələsində də əsas dönüş nöqtəsi ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra olmuşdur. Ümummilli Liderimiz Avropa İttifaqı ilə münasibətlərin inkişaf etdirilməsinə xüsusi diqqət yetirmişdir. 1996-cı ildə Azərbaycanla Aİ arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi imzalanmışdır. 1999-cu ildə qüvvəyə minən bu saziş siyasi dialoq, sərmayə, qanunvericilik, elm, mədəniyyət, eləcə də ticarət sahələrini əhatə etmiş, münasibətlərin yeni mərhələyə keçməsinə zəmin yaratmış­dır. Qeyd edək ki, Azərbaycanla Avropa İttifaqı arasında mövcud olan bugünkü münasibətlər həmin sazişə əsaslanır. Daha sonrakı mərhələdə iki tərəf arasında qarşılıqlı faydalı əməkdaşlığa əsaslanan, əsas sektorlar üzrə siyasi dialoqu gücləndirmək, eləcə də ticarəti stimullaşdırmaq üçün nəzərdə tutulan yeni proqram üzrə inkişaf prosesi davam etdirilmişdir.

Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi­nin qüvvəyə minməsindən bir il əvvəl Avropa İttifaqı ölkəmizə xüsusi elçi təyin etmiş, 2000-ci ildə isə Azərbaycanın Aİ yanında nümayəndəliyi yaradılmışdır. Bu addımlar münasibətlərin inkişafı üçün imzalanan saziş çərçivəsində həyata keçiriləcək layihələrin daha səmərəli şəkildə reallaşması üçün önəmli hadisələrdən hesab edilir. 2004-cü il Azərbaycanla Avropa İttifaqı arasındakı münasibətlərin inkişafı baxımından ikinci dönüş nöqtəsi oldu. Belə ki, həmin il Azərbaycan Avropa İttifaqı Qonşuluq Siyasətinə (AQS) daxil edildi. Qarşılıqlı əlaqələrin inkişafı üçün çox mühüm əhəmiyyəti kəsb edən bu hadisədən sonra Azərbaycanda iqtisadi, siyasi, hüquqi və inzibati sahələr üzrə islahatlar keçirilməsi üçün yeni imkan­lar yaranmışdır. Avropa İttifaqı həmin islahatların keçirilməsi üçün ölkəmizə maddi-texniki dəstək göstərmişdir. 2006-cı ildə tərəflər arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi, təhlükəsizlik və sa­bitliyin, o cümlədən əhalinin rifah səviyyəsinin dəstəklənməsi baxımından “Avropa İttifaqı–Azərbaycan Fəaliyyət Planı” adlı növbəti sənəd imzalan­mışdır. 2009-cu ildə isə respublikamız Aİ-nin Şərq Tərəfdaşlığı (ŞT) proqramına daxil edilmişdir.

Əlbəttə ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlər, aparılan danışıqlar, imzalanan sənədlər ikitərəfli əməkdaşlığın formalaşmasında və inkişafında mühüm rol oynayıb. Bu günə kimi tərəflər arasında imzalanan Tərəfdaşlıq və Əməkdaşlıq, Viza Sadələşdirilməsi və Readmissiya sazişləri, Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə, Avropa Qonşuluq Siyasəti çərçivəsində Fəaliyyət Planı, Enerji sahəsində strateji tərəfdaşlıq üzrə Anlaşma Memorandumu və bu kimi digər mühüm sənədlər çoxşaxəli əməkdaşlığın əsaslarını müəyyənləşdirib.

Azərbaycan ilə Avropa İttifaqı arasında 2018-ci il iyulun 11-də “Tərəfdaşlıq prioritetləri” sənədinin paraflanması isə tərəflərin qarşılıqlı hörmətə, bərabər səviyyəli əməkdaşlığa əsaslanan əməkdaşlığın inkişafında maraqlı olduqlarını əyani şəkildə nümayiş etdirmiş oldu. Həmin sənəddə yer alan ən mühüm məqamlardan biri isə tərəflərin ölkələrin ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi ilə yanaşı, dövlətlərin beynəlxalq sərhədlərin toxunulmazlığının dəstəklənməsinə sadiqliyinin ifadə olunması idi.

Azərbaycan, həmçinin Avropa İttifaqına üzv ölkələrlə də münasibətlərin inkişafına böyük önəm verir. Azərbaycanın İttifaqa üzv ölkələrin doqquzu ilə strateji tərəfdaşlıq əlaqələrinə malik olması bunun əyani göstəricisidir. İttifaqa üzv ölkələrin üçdəbirinin Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinə malik olması, müxtəlif sahələrdə bərabərsəviyyəli əməkdaşlığın qurulması da ölkəmizin Aİ ilə münasibətlərinin inkişafında mühüm rola malikdir.

Avropa İttifaqı Azərbaycanın əsas ticarət tərəfdaşıdır. Nəzərə almaq lazımdır ki, hazırda ticarətimizin 40 faizi məhz Avropa İttifaqı ilə aparılır. Eyni zamanda, İttifaqa üzv dövlətlərin 1700-dən çox şirkəti Azərbaycanda fəaliyyət göstərir. Bütün bunlar ikitərəfli iqtisadi əməkdaşlığın miqyasını nümayiş etdirir. Təbii ki, bu, Azərbaycanın əlverişli investisiya və biznes mühitinə malik olduğunun əyani təsdiqidir.

Uzun illərdir ki, məhz Azərbaycan Avropa İttifaqı ilə birlikdə Cənub Qaz Dəhlizi Məşvərət Şurasına sədrlik edir və Şura bu iki tərəfin rəhbərliyi ilə layihənin uğurla həyata keçirilməsində önəmli rola malik olub. Onu da qeyd etmək lazımdır ki, uzun illərdir Avropanın enerji təhlükəsizliyində mühüm rola malik Azərbaycanın təşəbbüsü ilə bu layihənin reallığa çevrilməsi şirkətlər və beynəlxalq maliyyə institutları arasında əməkdaşlığın nadir təcrübəsi kimi də tarixə düşdü.

Azərbaycan Avropa üçün yeganə yeni enerji mənbəyidir. Azərbaycan enerji diplomatiyası vasitəsilə bütövlükdə dünyanın böyük dövlətlərinə, eləcə də Avropa İttifaqı ölkələrinə mehriban dostluq və əməkdaşlıq münasibətlərini nümayiş etdirir. Bu münasibətlər dövlətlərarası əlaqələrin inkişafına möhkəm zəmin yaradır. Azərbaycan Avropa ilə Asiyanı dəmir yolu ilə birləşdirən ölkəyə çevrilib. Enerji və nəqliyyat təhlükəsizliyini, iqtisadi tərəqqini prioritet hesab edən ölkəmiz Asiya ilə Avropanı birləşdirən, iki qitə arasında yeni nəqliyyat əlaqəsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolunu bütün maneə və çətinliklərə baxmayaraq uğurla reallaşdırdı.

Avropa İttifaqı ölkəmizin müəllifi olduğu yeni geosiyasi reallığı qəbul edir

Tarixi Zəfərimizdən sonra Avropa İttifaqının yeni müstəvidə ölkəmizlə qurduğu münasibətlər, müharibənin nəticələrinin aradan qaldırılması, bölgədə uzunmüddətli sülh naminə birgə çalışmaq üçün Qarabağ münaqişəsinin postkonflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi Bakı ilə müzakirələr aparmağa, bölgədə dayanıqlı sülhün və təhlükəsizliyin təmin edilməsinə hazır olduğunu bildirməsi, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə iki dəfə üçtərəfli görüşün keçirilməsi və sair kimi mühüm addımlar postmünaqişə dövrünün əsas reallıqlarındandır. Aprelin 6-da Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəvəti ilə Brüsseldə işgüzar səfərdə olan dövlət başçısı İlham Əliyevin Şarl Mişellə ikitərəfli, həmçinin onun da iştirakı ilə Ermənistanın baş naziri ilə ikinci dəfə üçtərəfli formatda görüşü keçirilib. Xatırladaq ki, İlk üçtərəfli görüş 2021-ci il dekabrın 14-də olmuşdu. Bununla da Prezident İlham Əliyev və Şarl Mişel tərəfindən Brüssel sülh gündəliyinin əsası qoyulub. Bunun davamı olaraq tərəflər arasında intensiv təmaslar aparılıb, telefon danışıqları baş tutub.

Aprelin 6-da baş tutmuş görüşün nəticəsi olaraq Şarl Mişe­lin verdiyi bəyanatda təsbit edildi ki, Ermənistanla Azərbaycan arasında Sülh müqaviləsi üzrə danışıqlar başlayır. İki ölkənin Xarici İşlər nazirliklərinə uyğun təlimatlar verildi. Bu, məhz Azərbaycan Respublikasının irəli sürdüyü məlum 5 maddəlik təklifin qəbulu və bunun əsasında danışıqların aparılmasını ifadə edir. Və sənəddə bizim üçün ən əsas məqam ölkəmizin ərazi bütövlüyü, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət təklif və bunun əsasında predmet­li danışıqların aparılmasıdır. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlaması barədə razılıq əldə olunub. Avropa İttifaqının minalardan təmizləmə, itkin düşmüş şəxslərin tapılması, eləcə də quruculuq işlərində Azərbaycana dəstək göstərməsi də razılaşmada öz əksini tapıb. Nəqliyyat-kommunikasiya xətlərinin bərpası və qurulması, dəmir yolu və avtomobil yolu­nun çəkilməsi, İqtisadi Məşvərət Şurası mexanizminin yaradılması qərara alınıb. Sənəddə “Dağlıq Qarabağ” ifadəsi və haqlı olaraq “keçmişin qalığı” sayılan “Minsk qrupu həmsədrlik institutu”na birmənalı istinad yoxdur.

Qarabağın təhlükəsizlik, sabitlik və sülh şəraitində inkişafı məsələlərinin müzakirəsinə həsr olunan görüşdə ölkəmizin suveren hüquqlarının təsbit olunması siyasətinin əsas prinsipləri növbəti dəfə rəsmiləşdi. Aİ-nin dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan Brüssel görüşü bölgədə sülh və təhlükəsizliyin yaranmasında mühüm platforma kimi dəyərləndirildi.

Bütün bunlar onu göstərir ki, Avropa İttifaqı 44 günlük müharibədən sonra yaranmış yeni geosiyasi reallığı qəbul edir və öz mövqeyində bu reallığa əsaslanır. Həmçinin münaqişə həll olunduğu­na görə artıq Minsk qrupu lazımsız təsisata çevrilib, Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə tutan yeni mexanizm və format yaranıb.

Ümumiyyətlə, Aİ ilə Azərbaycan arasında mövcud olan münasibətlərin davamlı surətdə inkişaf etməsi, gündəlikdə duran məsələlərin həlli baxımından ortaq maraqların birləşdirilməsi onu deməyə əsas verir ki, əlaqələrimiz bundan sonra daha da möhkəmlənəcək və müttəfiqlik səviyyəsinə yüksələcək.

Yaqut Ağaşahqızı, “İki sahil”

Tərəfdaşlıq və əməkdaşlıq sazişi 1996

Azərbaycan Respublikası beynəlxalq təşkilatların işində fəal iştirak edərək milli maraqlarını qlobal siyasətdə müdafiə edir. Müxtəlif maraqların toqquşduğu Cənubi Qafqaz regionunda balanslaşdırılımş xarici siyasət xətti yürüdən rəsmi Bakı bütün beynəlxalq və regional məsələlərə münasibətdə beynəlxalq norma və prinsiplərə əsaslanaraq ayrı-ayrı dövlətlər və təşkilatlarla bərabərhüquqlu və qarşılıqlı hörmətə əsaslanan əlaqələrə üstünlük verir. Azərbaycanın belə əməkdaşlığın inkişafına böyük önəm verdiyi nüfuzlu təşkilatlardan biri də Avropa İttifaqıdır (Aİ).

Avropa və Asiyanın kəsişmə nöqtəsində yerləşən Azərbaycanın strateji mövqeyi Avropa İttifaqına üzv dövlətlərlə siyasi və iqtisadi münasibətləri inkişaf etdirməkdir. Avropa İttifaqı tərəfindən irəli sürülmüş Vahid Avropa Birliyi formulu Azərbaycan üçün çox önəmlidir. Bu model region dövlətlərlə nüfuzlu qurum arasında əməkdaşlığın ən müxtəlif istiqamətlərdə möhkəmləndirilməsinə yönəlib. Təşkilatla 1993-cü ildə əsası qoyulmuş diplomatik münasibətlər son 28 ildə qarşılıqlı maraqlar əsasında yüksələn xətlə inkişaf etmişdir.

Avropa İttifaqı ilə çoxşaxəli əməkdaşlıq Azərbaycanın xarici siyasət doktrinasında mühüm istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Rəsmi Bakı Avropa İttifaqı ilə bir sıra hüquqi sazişlər imzalamaqla azad bazar iqtisadiyyatının tam bərqərar olması, insan hüquqlarına və milli azlıqların hüquqlarına riayət edilməsi məsələlərinə dair təşkilata nəzarət-yoxlama səlahiyyətləri vermiş, əvəzində qurumdan ölkəmizə qarşı hər hansı diskriminasiya xarakterli qərarın qəbul olunmayacağına təminat almışdır.

1996-cı ildə Azərbaycan və Avropa İttifaqı arasında “Tərəfdaşlıq və əməkdaşlıq haqqında” sazişin imzalanması ikitərəfli münasibətlərin hüquqi bazasının formalaşdırılması baxımından da vacib əhəmiyyət daşımışdır. Saziş çərçivəsində Avropa Birliyinin Azərbaycanda bazar münasibətlərinin inkişaf etdirilməsi məqsədilə bəzi struktur islahatlarının aparılmasına, özəlləşdirmə proqramına, infrastruktur layihələrinin reallaşmasına maddi və texniki yardımları nəzərdə tutulmuşdur. Təkcə bu proqram çərçivəsində birlik Azərbaycana 100 milyon avrodan çox vəsait ayırmışdır. Həmin sazişin bəzi maddələri Azərbaycan Respublikasının Milli Məclisi ilə Avropa Parlamenti arasında əməkdaşlığı nəzərdə tutur və ötən müddətdə bu sahədə də uğurlu işlər görülmüşdür. Tərəflər Parlament Əməkdaşlığı Komitəsinin yaradılması və fəaliyyət mexanizmləri barədə də razılığa gəlmişlər.

Azərbaycan Aİ-nin enerji sahəsində strateji tərəfdaşıdır. Azərbaycan həmçinin Xəzər dənizinin qaz resurslarının Cənub Qaz Dəhlizi vasitəsilə Aİ bazarına çatdırılmasında həlledici rol oynayır.

2006-cı ildə imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq üzrə Anlaşma Memorandumu müvafiq sahədə ikitərəfli əməkdaşlığın bünövrəsini qoymuşdur. Sözügedən Memorandum 4 əməkdaşlıq sahəsini müəyyənləşdirmişdir: qanunvericiliyin uyğunlaşdırılması, təchizat və tranzit sistemlərinin gücləndirilməsi, enerji səmərəliliyi, texniki əməkdaşlıq və təcrübə mübadiləsi.

Azərbaycan-Aİ enerji əməkdaşlığı sadəcə Anlaşma Memorandumu ilə məhdudlaşmır. 2011-ci ilin yanvar ayında Avropa Komissiyasının sabiq prezidenti Xose Manuel Barrozu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhərində Cənub Qaz Dəhlizi üzrə Birgə Bəyannamə imzalamışdır. Cənub Qaz Dəhlizi Xəzər dənizi, Mərkəzi Asiya və Orta Şərq qaz resurslarını Avropa bazarına gətirə biləcək və Aİ-nin enerji təhlükəsizliyinin şaxələndirilməsində rol oynayan strateji təşəbbüsdür. Xəzər hövzəsindən, xüsusən Şah Dəniz-2 yatağından təbii qazın nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizinin infrastrukturu Cənubi Qafqaz boru kəmərinin genişləndirilməsi, Trans-Anadolu və Trans-Adriatik boru xəttinin inşasını əhatə edir. Nəticə etibarı ilə Azərbaycan qazı Gürcüstan və Türkiyə üzərindən Bolqarıstan, Yunanıstan və İtaliyaya çatdırırır. Nəhəng Şah Dəniz-2 yatağı ilkin mərhələdə Türkiyəyə 6 milyard kubmetr Avropa ölkələrinə isə 10 milyard kubmetr qaz nəql edir.

18 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel birgə mətbuat konfransı keçiriblər.Prezident İlham Əliyev qeyd edib ki, Avropa İttifaqı bizimlə yaxın strateji tərəfdaşdır.

Həmçinin qeyd edildi ki, enerji təhlükəsizliyinin təmin olunması əməkdaşlığın əsas istiqamətlərindən biridir. Enerji təhlükəsizliyinin təmin olunmasında tarixi nailiyyətlər əldə olunub. Burada xüsusilə Cənub Qaz Dəhlizi layihəsinin tamamlanması qeyd olunmalıdır. Ötən ilin sonuncu günündə həqiqətən də tarixi əhəmiyyət kəsb edən hadisə baş verdi. Cənub Qaz Dəhlizinin sonuncu – dördüncü seqmenti olan Trans-Adriatik kəməri artıq istismara verilib. Yanvarın 1-dən bu günədək Azərbaycandan Avropa İttifaqına üzv dövlətlərə, xüsusilə İtaliya, Yunanıstan və Bolqarıstana 3 milyard kubmetrdən çox təbii qaz ixrac olunub. Əlbəttə ki, Avropa bazarına ixrac olunacaq təbii qazın həcmi artacaq.

Nəhəng nəqliyyat infrastruktur layihələri Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlığın strateji əhəmiyyətindən xəbər verir. İkinci Qarabağ müharibəsindən sonra ötən il 10 noyabr tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb və bütün kommunikasiyaların açılması münaqişədən sonrakı nizamlanmada mühüm məsələdir. Mövcud müasir infrastruktur və nəqliyyat Azərbaycana öz ərazilərində layihələri nisbətən qısa zamanda həyata keçirməyə imkan verəcəkdir. Çünki bu gün biz artıq şaxələndirilmiş nəqliyyat şəbəkəsinə malikik. Azərbaycan açıq dənizə çıxışı olmayan ölkədir. Lakin buna baxmayaraq, biz Avrasiyada mühüm nəqliyyat və logistik hablardan birini yaratmağa nail olmuşuq. Biz qonşularımızla birlikdə Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisini tamamlamağa nail olmuşuq, o, 2017-ci ildə açılaraq Şərq-Qərb nəqliyyat dəhlizinə böyük töhfə verib. Eyni zamanda, biz Azərbaycanda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasına investisiya yatırmışıq. Artıq bu yaxınlarda Finlandiyadan Hindistana ilk yüklər Azərbaycan ərazisindən çatdırılıb. Sözsüz ki, istər Şərq-Qərb, istərsə də Şimal-Cənub nəqliyyat dəhlizləri ilə Azərbaycan vasitəsilə daşınacaq yüklərin həcmi artacaqdır.

Hümbət Hüseynov,

M.Ə.Rəsulzadə bələdiyyəsinin və

Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri

Comments are closed, but trackbacks and pingbacks are open.