Yabanı tərəvəz bitkiləri və onların əhəmiyyəti
Dünyada geniş yayılan yoluxucu xəstəliklərə qarşı spesifik müalicə, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermək virusa qarşı mübarizədə ən doğru yoldur. Bəzən insanlar çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi şəkildə qəbul etmək lazımdır. İmmuniteti gücləndirməyin ən asan yolu isə sağlam həyat tərzi və düzgün qidalanmaqdır.
Çiçəkli bitkilərlə ümumi tanışlıq
§1. Biologiya canlılar haqqında elmdir. Təbiətdə, xalq təsərrüfatında və insan həyatında bitkilərin əhəmiyyəti. Hissə 1.
Test ID – 61892
Müəllif: zahrafiregirl123 (Əlavə edilib: 12.01.2014)
Tərəvəz bitkiləri:
kartof buğda çovdar |
alma armud gavalı üzüm |
kələm kartof yerkökü pomidor |
zeytun pambıq zəfəran kələm |
pomidor kətan günəbaxan yerkökü |
CAVAB DÜZDÜR!
Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.
CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin
Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.
Çiçəkli bitkilərdə hansı orqanlar qidalanma orqanıdır?
Çiçək, meyvə
Tumurcuq, yarpaq
Kök, yarpaq
Meyvə, tumurcuq
Aşağıdakılardan hansı ot bitkiləridir?
Çinar, qoz, palıd, armud
Nar, fındıq, çaytikanı, zirinc
Gicitkən, günəbaxan, qarğıdalı
Qoz, fındıq, zirinc
Bitki orqanı nəyə deyilir?
Fotosintez prosesinin başqa bir adı orqandır
Bitki orqanizminin müəyyən funksiyasını yerinə yetirən hissəsinə orqan deyilir.
Orqan müstəqil yaşaya bilən canlı varlıqdır
Yarpaqlarda fotosintez prosesini yaradan maddəyə orqan deyilir
Oturaq yarpaq nəyə deyilir?
Uzun saplağı olan yarpağa
Saplağı olan yarpağa
Qısa saplağı olan yarpağa
Saplağı olmayan yarpağa
Dəriciyin yarpaq üçün əhəmiyyəti nədir?
Zədələnməkdən və qurumaqdan qoruyur.
Günəş işığından qoruyur.
Yarpağın dəriciyi olmur.
Yalnız zədələnməkdən qoruyur.
Hansı bitkinin floema liflərindən həsir toxuyurlar?
Elektron mikroskoplar əşyanı necə dəfə boyudur?
10000-100000 dəfə
Yaşıl hüceyrələrdə gedən proses hansı prosesdir?
Transpirasiya
Fotosintez
Palıd ağacının yoğunluğu hansı sırada düz verilmişdir?
Sorucu (əmici) tellər harada yerləşir?
Böyümə zonasında
Ötürücü zonada
Sorucu zonada
Örtücü zonada
Küpəli bitkilər üçün deyilən fikirlərdən biri səhvdir?
Hündürlüyü 35 sm olan bitkidir.
Gövdəsinin diametri 8 mm olan bitkidir.
Küpələr şirə ifraz edir.
Kökü olmur.
Bitki orqanı deyilir:
Bitki orqanizmininoxşar hüceyrələr qrupu
Bir neçə funksiya yerinə yetirən hissəsi
Oxşar quruluşa və formaya malik olub, bir neçə funksiyanı yerinə yetirən
Bitkini qida maddələri ilə təmin edən hissəsi
Qələm calağının neçə növü var?
Nektarla zəngin olan bitkilər hansılardır?
Ərik ağacı, reyhan, nanə, palıd ağacı
Cökə, ağ akasiya, yonca, qaratikan
Qarğıdalı, fındıq, qoz, qovaq
İt burnu, andız, alma ağacı, çinar
Səbət çiçək qrupuna aid olanı göstərin?
Çiçəkli bitkilər nədən təşkil olunur?
ötürücü, əsas, örtücü, mexaniki toxumadan
meyvədən toxumdan
ləçək yarpaq
oduncaqdan
Cansız amillər hansılardır?
bitkilər, heyvanlar, işıq
Su, Işıq, hava, istilik, torpaq, mineral duzlar
bakteriyalar, su, Işıq
göbələklər, torpaq, mineral duzlar
Üzvü maddələr gövdənin hansı hissəsi ilə hərəkət edirlər?
Özək şüaları
Soyuğa davamlı bitkilər hansılardır?
Darı, xiyar
Boranı, banan
Vələmir, soğan
Boranı, xiyar
Bitki yağları nədən alınır?
Zülalı çox olan bitkilərin toxumlarından
Yağı çox olan bitkilərin toxumlarından
Nişastası çox olan bitkilərin toxumlarından
Mineral duzları çox olan bitkilərin toxumlarından
Çiçəyin əsas orqanları hansılardır?
Erkəkcik və dişicik
Çiçək yanlığı
Hansı mikroskopun mexaniki hissəsi deyil?
əşya kürsüsü
hamısı mexaniki hissədir
Bitkilərin nektarı hansı toxumanın məhsuludur?
Ötürücü toxuma
Örtücü toxuma
Mexaniki toxuma
əsas toxuma
İfrazat toxuması
Qarğıdalı bitkisinin sorucu zonasında 18 kvadrat mm əraziyə nə qədər sorucu tel düşür?
800-ə qədər
700-ə qədər
600-ə qədər
1000-ə qədər
1500-ə qədər
2 ilə qədər ömür sürən bitki
Lobya toxumunda rüşeym nədən təşkil olunmuşdur?
Yalnız tumurcuqdan
Tumurcuq, gövdəcik, kökcük və iki ləpədən
Yalnız iki ləpədən
Endosperm və tumurcuqdan
Çiçəkləri ikicinslidir:
Portağalın əsl adi nədir?
Yapon əzgili
Çin alması
Hindistan limonu
Santa armudu
Generativ orqanlar hansılardır?
çiçək toxum meyvə
yumurtacıq
Üçyarpaq yoncanın 5 mürəkkəb yarpağın neçə yarpaqcıq var?
Haqqımızda
Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.
Əlaqə
- Azərbaycan, Bakı şəhəri
- +994 50 686 86 44
- sbabanli@yahoo.com
Abunə
Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)
© Bütün hüquqlar qorunur.
Yabanı tərəvəz bitkiləri və onların əhəmiyyəti
Dünyada geniş yayılan yoluxucu xəstəliklərə qarşı spesifik müalicə, onu yox edən dərman vasitəsi olmasa da, immuniteti gücləndirən qidalara üstünlük vermək virusa qarşı mübarizədə ən doğru yoldur. Bəzən insanlar çox qida qəbul etməklə orqanizmin müqavimətini artırmağı düşünürlər. Lakin bu, doğru deyil. İmmuniteti gücləndirmək üçün vitaminlərlə zəngin qidaları balanslı və mütəmadi şəkildə qəbul etmək lazımdır. İmmuniteti gücləndirməyin ən asan yolu isə sağlam həyat tərzi və düzgün qidalanmaqdır.
Orqanizmin bakteriya və viruslara, qarşı davamlı olması üçün immun sisteminin güclü olması olduqca vacibdir. Güclü immun sistemi hüceyrələri, orqanizmə daxil olan mikroorqanizmləri asanlıqla fərqləndirir və dərhal müvafiq cavab reaksiyası formalaşdırır.
Qida rasionunda mikroelementlər, vitamin və mineralların azlığı orqanizmdə müəyyən infeksiyalara yol açır. Yabanı tərəvəz bitkiləri də bu elementlərlə zəngindir. Onların tərkibində gündəlik qida rasionuna daxil olan C, A, E, B qrupu vitaminləri, fol turşusu, sink, dəmir, mis, selen var.
Yabanı tərəvəz bitkilərinin qədim dövrlərdən istifadəsi haqqında bir sıra əsərlər yazılıb. Bunların əksəriyyəti şifahi etnobotanik sorğular və dildən-dilə olan məlumatlardır. Bu gün də yabanı tərəvəz bitkiləri əhali tərəfindən təzə, qurudulmuş, duza qoyulmuş və bişirilmiş halda istifadə olunur.
Əhalinin saf, keyfiyyətli ərzaq məhsullarına tələbatını ödəmək üçün yerli imkanlardan daha səmərəli istifadə etməyə böyük ehtiyac vardır. Bu imkanlardan biri də qida tələbatının bir hissəsinin yabanı flora hesabına ödəməkdən ibarətdir.
1. Orta cincilim
Tərəvəz bitkisi kimi o digər bitkilərlə – quşəppəyi, əvəlik, quzuqulağı və s. ilə birlikdə istifadə olunur. Cincilimdən yerli əhali müxtəlif xörəklər- buğlama, şorba, kükü, sıyıq, qutab, dovğa, salat, göy borş və s. hazırlayır. Bundan əlavə onun ətli qovurması və südlə bişirilməsi dadlı olur. Tərəvəz kimi aprel-may aylarında toplamaq lazımdır. Baharın erkən gəlişi ilə əlaqədar mart ayında da yığmaq mümkündür. Bu bitkinin əkinə yaramayan sahələrdə əkilib-becərilməsi vacibdir. O, kökümsovları və toxumları ilə sürətlə artır. İlk yazda və payızda toplanmış toxumları səpildikdə 6-12 gündən sonra cücərir.
Tibbi əhəmiyyəti. Çiçək açan dövrdə yerüstü hissələri toplanaraq qurudulur. Xalq təbabətində qurudulmuş bitkinin çay kimi dəmləməsi qara ciyər xəstəliklərində, sinə ağrılarında, qanlı bəlğəm və qusma xəstəliyində içilir. Sulu cövhərindən ağrıkəsici vasitə kimi və mədə-bağırsaq xəstəliklərinin müalicəsində istifadə olunur.
2. Ağımtıl tərə
Sinonimləri: unnuca, salmanca.
Cavan yarpaq və zoğları yeməklərdə ispanaq və qulançar kimi istifadə edilir. Bəzi ölkələrdə körpə, təzə yarpaqlarından salat və borş hazırlanmasında yararlıdır. Yarpaqları spanaq kimi istifadə olunur. Unnucadan dovğa, qovurma, buğlama və s. xörəklər hazırlanır. Onu təzə halda yığıb, odunlaşıb bərkiməmiş budaqlardan təmizləyirlər. Qaynar suda 2- 3 dəqiqə pörtlətdikdən sonra süzüb sıxır, yağ-soğanda qızardırlar. Sarımsaqlı qatıqla çox ləzzətli yeyilir. Cavan zoğlarından püre, kətə və s. hazırlanır. Yaşıl yarpaqlarından qida kimi mart ayından başlamış dekabra qədər istifadə etmək olar. Cavan zoğlarını qurudaraq qışda istifadə üçün saxlayırlar. Tərələri istifadə üçün aprel-may aylarında toplayırlar. Fransa, Almaniya və İngiltərədə tərəvəz və toxum əldə etmək üçün əkilib becərilir.
Tibbi əhəmiyyəti. Çin, Hind və Tibet təbabətində qədimdən istifadə edilirdi. İstifadə orqanları kök və yarpaqlarıdır. Xalq təbabətində işlədici, ağrıkəsici, sidikqovucu, bəlğəmgətirici vasitə kimi işlədilir. İflic, vərəm, həzm orqanları xəstəliklərinin müalicəsində tətbiq olunur. Dəmləmə və cövhəri qarqara, yaraların yuyulmasında, dəri xəstəliklərində qəbul edilir
3. Dörderkəkcikli ispanaq
Sinonimləri: şomu, somun, çöl ispanağı.
Bitkinin yerüstü hissələrinin tərkibində A, B, C, D, K vitaminləri, selikli maddələr, üzvi turşular və onların törəmələri, fenol birləşmələri və fitoaleksinlərə rast gəlinir. Bitkinin tərkibində vitamin və zülallarla yanaşı, kalsium və flor elementlərinin birləşmələri də vardır.
Ondan qovurma, sıxma, dovğa, qutab və s. hazırlanır. Adətən bişirilmiş halda istifadə edilir. Əvəliklərlə birlikdə borş, sup və müxtəlif tərəvəz yeməklərinin hazırlanmasında istifadə olunur. Qurudulmuş ispanaq tərkibində olan zülalın miqdarına görə ətdən azacıq geri qalır. İspanaq nəinki təzə nalda, hətta konservləşdirilmiş və dondurulmuş şəkildə də istifadə olunur ki, bu zaman tərkibindəki bioloji aktiv maddələr dəyişmir. Aprel-may aylarında, havalar mülayim keçən illərdə martın axırıncı ongünlüyündə də toplanıla bilir.
4. Qarağat rəvəndi
Sinonimləri: uşqun, qabalaq.
İstifadəsi. Qədim zamanlardan Ərəbistan və İranda qida və dərman bitkisi kimi istifadə edilirdi. Yoğun çiçək saplaqlarının qabığı soyularaq çiy halda yeyilir. Cavan zoğları yazda əhali tərəfindən yığılaraq bazarlarda satılır. Zoğlarından sup, sıyıq, kükü, komport, piroq, mürəbbə, marmelad, şirələr və s. hazırlanır. Eyni zamanda zoğları qurudularaq qışda istifadə edilir.
Yerüstü orqanları böyrək xəstəliklərində, qadın xəstəliklərində, limfangit və frunkulyoz xəstəliklərində istifadə olunur. Rəvəndı az dozada tətbiq etdikdə büzücü, yüksək dozada isə işlədici təsir edir. Başlıca olaraq güclü sakitləşdirici, iltihabsorucu, antiseptik, ödqovucu və möhkəmləndirici təsir göstərir. Orqanizmdə maddələr mübadiləsinin gedişinə müsbət təsir göstərir. Onun kök hissəsində antra və tannoqlükozid maddələri olduğuna görə ondan cövhər, dəmləmə hazırlayıb, bir sıra bağırsaq, sidik kisəsi və böyrək xəstəliklərini müalicə edirlər. Kökündən müalicə məqsədləri üçün beş min il bundan əvvəl istifadə olunması haqqında məlumatlara Çin tarixi mənbələrində rast gəlinir.
5. Hündür tuşməzə
Turşməzənin yarpaq və zoğları turşməzə olub, təzə halda yeyilir. Yarpaqlarından qədim zamanlardan müxtəlif xörəklərin hazırlanmasında istifadə edilir. Dovğa, şorba, buğlama və s. xörəklərə quzuqulağı əlavə etdikdə çox ləzzətli olur. Yerli əhali onu yığıb qurudur, qış üçün tədarük edir. İstifadə üçün aprel-iyun aylarında toplanır.
Tibbi əhəmiyyəti. İstifadə orqanı yarpaq və zoğlarıdır. Dişlərin iltihabına və sinqa xəstəliinə qarşı istifadə edilir.
6. Turşəngvari əvəlik
Sinonimləri: Çöl quzuqulağısı.
Bitkinin yarpaqları və gövdəsindən salat hazırlanır, vitaminli aş və kətə bişirilir. Cavan zoğları və yarpaqları çiy halda yeyilir. Turş dada malikdir. Qurudularaq qışda xörəklərə əlavə edilir. Təzə halda müxtəlif salatlar hazırlanır. Cavan zoğları duza qoyulub qışda istifadə üçün saxlanılır.
Tibbi əhəmiyyəti. Bitkinin yerüstü hissələri şişlərdə, qeyri spesifik poliartritdə və yarasağaldıcı vasitə kimi istifadə olunur. Zoğ və yarpaqlarından hazırlanmış dəmləmələrdən diş qanaxmalarında, sidik tutulmalarında, bəd xassəli şişlərin müalicəsində, dizenteriyada, babasil, vərəm və digər xəstəliklərin müalicəsində istifadə edilir.
7. Adi əvəlik
Sinonimləri: Ev əvəliyi, iri qoyunqulağı.
Yerli əhali bu bitkiləri çiçəkləməmişdən əvvəl may – iyun aylarında yığır və saç kimi hörüb, quradaraq qışa tədarük edirlər. Yarpaqları tərəvəz kimi istifadə olunur. Qurudulmuş əvəlikdən qış vaxtı müxtəlif xörəklər hazırlanır: əvəlikli aş, əvəlikli umac, əvəlikli qındı, əvəlikli sıyıq və s. Xörəklər dadlı qida olmaqla yanaşı, müalicəvi əhəmiyyətə malikdir.
Bitkinin yerüstü hissələrindən qeyri spesifik poliartritdə, infeksion xəstəliklərdə, yaraların sağaldılmasında istifadə olunur. Bitkinin yerüstü hissələrindən alınmış şirə ödqovucu xüsusiyyətə malikdir. Yerüstü hissələrindən hazırlanmış dəmləmələr daxili qanaxmalarda, sarğı kimi dəri xəstəliklərində, şişlərin müalicəsində, sidik tutulmalarında işlədilir. Yaşıl hissələrinin şirəsindən qızdırma, sinqa, qaşınma, revmatizm əleyhinə istifadə edilir. Meyvəsindən alınan cövhər büzüşdürücü, qankəsici vasitə kimi işlədilir.
8. Quş qırxbuğumu
Kimyəvi tərkibi. Bitkinin tərkibi efiryağları, vitaminlərlə zəngindir. Bitkinin yerüstü orqanlarında karbohidratlar, efir yağları, C, E vitamini, karotin, fenol karbon turşuları, kumarin, flavonoid və antraxinon vardır. Təkibində bir sıra müalicəvi əhəmiyyətli maddələr: flavonoid qlikozidi, aşı maddələri, suda həll olan silisium turşusu, karotin, şəkər,qatran, zülali birləşmələr və s. vardır.
Dərman məqsədilə yerüstü hissəsindən istifadə olunur. Bitki çiçəkləyən dövrdə toplanıb, havası dəyişdirilən binalarda qurudulur. Xalq təbabətində qırxbuğum otundan hazırlanmış dəmləmə və cövhərlər mədə-bağırsaq xəstəliklərinin müalicəsində, ağrıkəsici və iltihabgötürücü vasitə kimi istifadə edilir. Onun yarpaqlarından çıxıq və sınıqlara, çiban tipli yaralara təpitmə qoyulur. Ondan hazırlanmış preparatlardan qızdırma, şiş və vərəm xəstəliklərinə qarşı istifadə olunur. Elmi təbabətdə qurudulmuş otundan daxili qanaxmalarda qankəsici kimi, ekstraktı isə sidikqovucu dərman kimi işlədilir.
9. Adi quşəppəyi-
Sinonimləri: quşəppəyi, çoban çantası
Kimyəvi tərkibi. Quşəppəyin yarpağında 198 mq% C vitamini vardır. Eyni zamanda tərkibində A, B2, K, D vitaminləri, efir yağları, mikro və makroelementlər vardır.
Dərman məqsədi ilə bitki çiçəkləyən dövrdə yerüstü hissələri toplanıb, açıq havada qurudulur. Elmi təbabətdə qurudulmuş otundan spirtli ekstrakt və dəmləmə hazırlanır ki, o da uşaqlıq qanaxmalarında qankəsici vasitə kimi işlədilir. Quşəppəyindən həmçinin mədə-bağırsaq, böyrək və ağciyər qanaxmalarında istifadə olunur. Onda olan bu xüsusiyyət tərkibindəki K vitamini ilə əlaqədardır. Dəmləməsi başlıca olaraq mədə-bağırsaq traktı, ishal, öd, böyrəkdaşı və maddələr mübadiləsi pozğunluğu xəstəliklərində işlədilir. Quşəppəyi əsasən yaxşı qankəsici kimi də tətbiq edilir.
10. İkievli gicitkan
Kimyəvi tərkibi. Yarpaqlarında vitamin K, C, B2, karotinoidlər, pantoten turşusu, aşı maddələri, qarışqa turşusu, sterinlər və s. müalicəvi əhəmiyyətli maddələr vardır. Gicitkənin tərkibində dəmir, miss, manqan, bor, titan və digər mikroelementlər, yağ, protein, sellüloza, azotsuz birləşmələr vardır. Onun yarpaqları vitaminlərlə zəngindir. Bundan əlavə bitkinin tərkibində fenolkarbon turşuları, lektinlər, azotlu birləşmələr, ali yağ turşuları, flavonoidlər və digər birləşmələrə rast gəlinir.
Tibbi əhəmiyyəti. Yerüstü hissələrindən hazırlanmış dəmləmə və duru ekstrakt elmi təbabətdə qankəsici vasitə kimi ağciyər, babasil, böyrək, bağırsaq və uşaqlıq qanaxmalarında istifadə edilir. Təzə dərilmiş yarpaqlarının şirəsindən, qurudulmuş yarpaqların dəmlənməsindən skorbut və başqa avitaminoz hipovitaminozlarda polivitaminli xammal kimi istifadə olunur. Yarpaqlarının çayından qanazlığında, ümumi zəiflikdə, aterosklerozda, mədənin həzm prosesinin yaxşılaşdırılmasında, ödqovucu kimi iltihaba qarşı işlədilir. Xalq təbabətində quru yarpağın çayı şəkərli diabetdə, eləcə də babasildə qankəsici dərman kimi içilir. Quru yarpaq tozu ağız və burun qanaxmalarında, tozun kərə yağı ilə hazırlanan məlhəmindən açıq və irinli yaraların, ekzemanın, yanıqların müalicəsində istifadə olunur. Gicitkənin yarpaqlarını böyük at pıtrağının kökləri ilə qarışdırıb, sulu bişirmə hazırlayır və saçların tökülməsinin qarşısı alınır.
11. Qızılı cacıq
Sinonimləri: cacıq, cacıx, ağca.
Kimyəvi tərkibi. Bitkinin tərkibində vitamin C, kumarinlərdən umbelliferon, yüksək alifatik karbohidratlardan tetrakozan, köklərində 0,05% efir yağı, liqnanlardan kerofillin, makulatin, yerüstü hissələrində 0,087% efir yağı, vitamin C, flavonoidlər və s. maddələr vardır.
12. Adi qazayağı
Kimyəvi tərkibi. Bitkinin tərkibi tsiklotollarla, efir yağları, vitaminlər, flavonoidlər və kumarinlərlə zəngindir. Tərkibində poliasetilen birləşmələrindən falkarinon, falkarinol, üzvi turşulardan asetat turşusu, efir yağları, vitamin C, karotin, fenolkarbon turşuları,onun törəmələri və digər maddələr vardır.
Tibbi əhəmiyyəti. Yerüstü hissələrindən hazırlanmış dəmləmə və cövhər böyrək xəstəlikləri və soyuqdəymələr zamanı istifadə edilir.
13. Enliyarpaq təkəsaqqalı
Sinonimləri: keçiyemliyi, yemlik.
Tibbi əhəmiyyəti. Bitkinin köklərindən istifadə edilir. Qədimdə kökündən hazırlanan məlhəmlə ilan sancmaları müalicə olunurmuş. Tərkibində insulin maddəsi olduğundan şəkər xəstəliyinə qarşı tətbiq edilir. Kök boğazından kəsildikdə sıxan südəbənzər maddədən alınan saqqız diş diblərinin möhkəmləndirilməsi və qanaxmaların dayandırılmasına müsbət təsir edir.
14. Zirehli yemlik.
Kimyəvi tərkibi. Tərkibində kauçuk, flavonoidlərdən ornentin,izoornentin, luteolin, izoviteksin, tsiklitollardan izonnazit, karbohidratlardan D-mannit, triterpenoidlər və yüksək alifatik spirtlər vardır.
Tibbi əhəmiyyəti. Bitkinin köklərindən istifadə edilir. Qədimdə kökündən hazırlanan məlhəmlə ilan sancmaları müalicə olunurmuş. Tərkibində insulin maddəsi olduğundan şəkər xəstəliyinə qarşı tətbiq edilir. Kök boğazından kəsildikdə sıxan südəbənzər maddədən alınan saqqız diş diblərinin möhkəmləndirilməsi və qanaxmaların dayandırılmasına müsbət təsir edir.
15. Adi dəvədabanı
Sinonimləri: əzmə-büzmə, ögey ana.
Bitkinin istifadə orqanı yarpaq və çiçəkləridir. Tərkibində iltihabsorucu, öskürəkkəsici, büzücü, sidik və tərqovucu maddələr vardır. Dəvədabanı bitkisi kəskin və xroniki yuxarı tənəffüs yolları xəstəliklərinin və qripin müalicəsində tətbiq edilir. Keyfiyyətli bəlğəmgətirici və ödqovucudur. Xalq təbabətində qurudulmuş yarpaqlarını yandırıb, tüstüsündən quru öskürəyə və asmaya tutulmuş xəstələri inqalyasiya edirlər. Təzə dərilmiş yarpaqları, müxtəlif mənşəli yolxucu dəri xəstəliklərinin müalicəsində işlədirlər.
16. Uzunyarpaq yarpız
Sinonimləri: yarpız, nanə.
Kimyəvi tərkibi. Bitkinin tərkibində steroidlərdən β-sitosterin, flavonoidlərdən luteolin, gövdə və yarpaqlarında fenol və törəmələrindən evgenol qlikozod və başqaları vardır.
Tibbi əhəmiyyəti. Dəmləməsi və həlimi ürək-damar xəstəlilərində istifadə olunur. Bitkinin ekstraktı antibakterial, efir yağı antifunqal aktivliyə malikdir.
17. Görkəmli çiriş.
Tibbi əhəmiyyəti. Çiriş tozu bal ilə birlikdə qaynadılır və qatılaşana yaxın götürülür. Sonra ondan xüsusi məlhəm hazırlanır. Bu məlhəm çıxıq, sınıq, çiban, dolama tipli yaraların müalicəsində işlədilir.
18. Pont quşsüdü
İstifadəsi. Ponti quşsüdü (Xıncalaus). Soğanaqları yarpaqlarla birgə yağda soğanla birlikdə qızardılır. Eyni zamanda soğanaqlardan tutma qoyulur.
Yuxarıda qeyd edilən bitkilər Naxçıvan MR biomüxtəlifliyində yabanı tərəvəz bitkilərini tam əks etdirmir. Gələcək təqdiqatlarımızda digər yabanı tərəvəz bitkilərinin kompleks şəkildə öyrənilməsinə çalışacayıq.
Daşqın Qənbərov
Botanika kafedrasının müdiri, biologiya üzrə elmlər doktoru
Hilal Qasımov
Botanika kafedrasının dosenti
Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.
Comments are closed, but trackbacks and pingbacks are open.