Press "Enter" to skip to content

1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri

M e h r ib a n Ə k b ə ro v a
TƏSVİRİ SƏNƏT VƏ
ONUN TƏDRİSİ
METODİKASI
(Dərslik)
Azərbaycan Respublikas Təhsil
Nazirinin 24.12.2012-ci il tarixli,
2339 Neli əmrinə əsasən təsdiq
edilmişdir.
B A K I – 2012

M e h r ib a n Ə k b ə ro V a TƏSVİRİ SƏNƏt və onun təDRİSİ metodikasi (Dərslik)

M e h r ib a n Ə k b ə ro v a
TƏSVİRİ SƏNƏT VƏ
ONUN TƏDRİSİ
METODİKASI
(Dərslik)
Azərbaycan Respublikas Təhsil
Nazirinin 24.12.2012-ci il tarixli,
2339 Neli əmrinə əsasən təsdiq
edilmişdir.
B A K I – 2012

M üəllif:
Əkbərova Mehriban
Redaktor:
Bakı sosial pedaqoji kollecin müəllimi,
“Təsviri incəsənət və əmək ləlimi”fənn
birləşməsinin sədri
Əliyeva. M
Bakı sosial pedaqoji kollecin müəllimi,
“Təsviri incəsənət və onun tədrisi
metodikası “fənn müəllimi
Rəyçilər:
At ay ev. S
“Təsviri İncəsənət Rəsimxəi və onların tədrisi
metodikası” kafedrasının müdiri dosent
İbrahimov. Ə
Bakı sosial pedaqoji kollecin qiyabi şöbə üzrə
direktor müavini
Nəzərli. Z
Bakı sosial pedaqoji kollecin müəllimi
“Metodika”fənn birləşməsinin sədri
Əkbərova Mehriban. Təsviri sənət və onun tədrisi metodikası.
Bakı, “Avanqard E.H.’1 MMC, 2012, 240 səh.
ISBN 978-9952-8205-8-4
C; Azərbaycan Respublikası Təhsil Nazirliyi, 2012

ÖN SÖZ
“Məktəbəqədər tol im vo torbiyo” vo “Ailo vo ev torbiyosi”
ixtisasları üzrə keçirilən Tədris planında “Təsviri sənət və onun
tədrisi metodikası” fənninə “Məktəbəqədər təlim və tərbiyə”
ixtisası üzrə 120 saat, “Ailə və ev tərbiyəsi” ixtisası üzrə 90 saat
ayrılmışdır.
Tədris planına əsasən tərtib olunmuş tədris proqramına
dərslik yazılmışdır.
Məktəbəqədər yaşlı uşaqlarda gözəllik hissini tərbiyə et­
mək, əsrlər boyu həyatın sınağından çıxmış, lakin son dövrlər
modernləşməyə məruz qalaraq unudulmuş tətbiqi sənət nümunə­
ləri vasitəsi ilə uşaqları həyata hazırlamaq, indi Azərbaycan pe­
daqoji elminin mühüm vəzifələrindəndir. Məhz uşaq bağçala­
rında keçirilən ardıcıl, sistemli məşğələlər yolu ilə uşaq ətraf
aləmin dərk olunmasının spesifik formaları ilə tanış olur və hə­
yatı bədii obrazlarla, rənglərlə dərketməyə istiqamətləndirilir.
Onların estetik zövqü, yaradıcı taxəyülü. mənəvi hissləri tərbiyə
olunur, formalaşır vo bununla da gələcək inkişafın əlverişli tə­
məli qoyulur. Təlim yolu ilə uşaqlarda estetik mədəniyyətin in­
kişafı təsviri sənət məşğələlərinin təşkili və quruluşundan,
öyrədiləcək materialın məzmun vo xarakterindən, uşaqların yaş,
bilik və hazırlıq səviyyəsindən, eləcə də. tətbiq olunan usul və
vasitələrin pedaqoji səmərəsindən asılıdır.
Məhz bu səbəbdən məktəbəqədər təhsil sistemində təsvir­
çilik sənətinin təlim tərbiyə funksiyası müasir tələblərə uyğun­
laşdırılmalı, yeni təlim üsulları ilə xarakterizə olunmalıdır.
Təsviri sənətin və onun tədrisi metodikasına dair məqalə,
metodik göstəriş və tədqiqatlar mövciid olsa da təsviri sənətin
tədrisi metodikasına dair lazımi dərslik vo dərs vəsaitləri olma­
dığından fənnin tədrisini müasir tələblər səvviyəsində qurmaq
müəyyən çətinliklər yaradır.
3

Təsvın sənət və onun tədrisi metodikası
Məktəbəqədər təlim sistemində, ixtisasçılardan birinci
növbədə, məktəbəqədər yaşlı uşaqların psixologiyasını bilmək
tələb olunur. Əsl ixtisasçı. uşağın inkişafının ümumi qanunauy­
ğunluqlarını başa düşməli, müxtəlif fəaliyyət növlərində, həm­
çinin təsvirçilik sənətində dolğun, psixi inkişaf imkanlarını mə­
nimsəməlidir.
Hazırkı dərslikdə, uşaqlarda yaradıcılığın inkişafı və təs­
virçilik sənətinin təlimi zamanı tətbiq edilən iş metodları, təlim
məsələlərinin mənimsodilmosi yolları göstərilir.
Kitabda məktəbəqədər təhsil sistemində çalışan ixtisasçı
tədqiqatçıların apardıqları araşdırmalar nəticəsində gəldikləri nə­
ticələr, uşaqlarda təsvirçilik sənətinin inkişafı, tərbiyəçinin məq­
sədyönlü rəhbərliyi sayəsində miivvəlTəqiyətli həlli yolları ay­
dınlaşdırılır. Belə rəhbərlik yalnız o zanıaıı mümkündür ki,
tərbiyəçi özü təsvirçilik sənətinin bilik və bacarığına yiyələnmiş
və incəsənət sahəsində müəyyən hazırlığı olmuş olsun.
Məktəbəqədər uşaqların təsvirçilik sənəti bədii fəaliyyətin
bir növü kimi emosional yaradıcı xarakter daşıyır. Ətraf mühitin
emosional, obrazlı qavranılması üçün uşaq təffəkür və təsəvvü­
rün obrazlı inkişafını, həmçinin bədii həllini verməklə təsvirin
yaranma üsullarını mənimsəməlidir.
Dərslikdə uşaq bağçasında keçirilən rəsm, yapma, applika-
siya məşğələlərinə aid bütün suallara ətraflı cavablar açıqlanır.
Uşaqlarda təsviri yaradıcılığın inkişafı, təlim prosesinin
istiqamətləri haqqında fikirlər bütünlüklə bu dərslikdə həllini
tapır.
Uşaqlara təklif olunan hər tapşırıq, onları potensial yaradı­
cı imkanın inkişafına yönəldir. Məşğələdə uşağın müsbət emo­
sional münasibəti onun yaradıcılığının inkişafı üçün mütləq
əsasdır. Gələcəyin tərbiyəçisi bunu heç vaxt unutmamalı və
uşaqlarda baş verən bu prosesə ciddi yanaşaraq, uşağın yaradıcı­
lığını fəal surətdə istiqamətləndirməlidir.
Tərbiyəçinin rəhbərliyi altında, uşağın yaradıcılığı daha
yeni xüsusiyyətlər əldə edir. Bu zaman, tədbiq edilən inkişafet-
4

Təsvın sənət və onun tədrisi metodikası
dirici, fəallaşdırıcı tol im üsullarının əhəmiyyəti daha höyükdür.
Tərbiyəçi uşağın marağım nəzərə almalı və elə mövzular seçmə­
lidir ki, hər uşaqda verilmiş tapşırığa müsbət emosional münasi­
bət yaransın və nəticədə uşaq yaradıcılığı olsun.
Dərslik, üç hissədən ibarətdir. Yeni standartlara uyğun
proqram əsasında tərtib edilmişdir. Mövzu ilə əlaqədar, qabaqcıl
bağçalarda aparılmış axtarışların nəticəsi təqdim edilmişdir.
Dərslik nəzəri və təcrübi hissədən ibarətdir.
Nəzəri hissədə:
❖ «Tosviri incəsənətin yaranma tarixi. növləri»;
❖ «Təsviri incəsənət təliminin pedaqoji əsasları»;
❖ «Uşaq bağçasında yaradıcı təsviri sənətin təliıni» təşkil edir.
Təcrübi hissədə:
❖ Təsviri sənət üzrə uşaq bağçasında keçirilən nümunə və
icmallar verilmişdir.
S.Atayev
5

1. Təsviri sənət və onun xüsusi məktəblərdə tədrisi metodikası fənninin məzmunu,məqsədi və xüsusi təhsildə yeri

Təsviri sənət incəsənətin bir növüdür.Xalq arasında incəsənət sözünün mənası bacarıq, ustalıq deməkdir.Təsviri sənət hər hansı bir əşyanı fəzada düzgün qeyd etmək və yaxud fikrindən keçəni təsvir etmək bacarığıdı.Təsviri sənət deyəndə insanın bədii yaradıcılığı nəzərdə tutulur.Təsviri sənətə daxildir:

– dekorativ tətbiqi sənət;

Xüsusi təhsil müəssisələri sağlamlıq imkanları məhdud olan şəxslərin təlim-tərbiyəsi, peşə hazırlığı, sağlamlığının mühafizəsi və bərpası üçün müvafiq şərait yaratmaq məqsədi ilətəşkil edilir.

Xüsusi təhsil müəssisələrinin açılması, tipinin dəyişdirilməsi, fəaliyyətinin dayandırılması və nümunəvi ştatları Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə həyata keçirilir.

Xüsusi təhsil müəssisələri müvafiq kadr potensialı, maddi-texniki və pedaqoji-metodiki baza nəzərə alınmaqla, sağlamlıq imkanları məhdud olan şəxslərin sayı 100 nəfər və daha çox olduğu halda yaradılır.

Məktəb təlimindətədris fəaliyyəti elementlərinin formalaşmasının böyük əhəmiyyəti vardır. Məşğələ prosesində müəllimi dinləmək, verilmiş tapşırığı yerinə yetirmək, müəllimin tapşırığını başa düşmək və qarşıya qoyulmuş məsələləri həll etmək – uşaqların təlimə hazırlanmasında böyük rol oynayır. Uşağa hər hansı bir təsviri yaratmaq, tikintini qurmaq üçün müəyyən üsul və vasitələrin tapılması və tədbiqi vacibdir. Yalnız bu zaman düzgün təsvir yaranır. Məsələn, hər hansı bir təsviri çəkməzdən əvvəl müəllim oyuncağın baxılmasını təşkil etməli, bu vaxt əsas diqqəti əşyanın formasına, düzülüşünə, hissələrin böyüklüyünə və onların bir-birinə olan nisbətinə və oyııi zamanda təsvirin çəkilməsi metodikasına yönəltməlidir. Analizetmə və məşğələnin həlli iiçiin lazımi üsul və vasitənin seçilməsi təlim prosesinin əsas komponentlərindən biridir.

Hər şeydən əvvəl müəllim, uşaqlarda incəsənət əsərlərinə maraq və diqqəti artırmalı, tədricən o, estetik tərbiyənin xüsusiyyətini formalaşdırmalıdır. Rəsm əsərlərinə və heykəllərə baxarkən, uşaqlar təsvir olunanlarla maraqlanır, əvvəllər görmədikləri əşya və hadisələri mənimsəyirlər.

Uşaqlarda estetik qavrayışı inkişaf etdirmək onların diqqətini nəinki əsərlərin məzmununa, həmçinin obrazın ifadə formasına, obrazı ifadə edən təsvir üsullarına yönəltmək lazımdır. İncəsənət əsərləri vasitəsi ilə uşaq nəinki sadəcə həyat hadisələri ilə tanış olur, həmçinin həyatı estetik səviyyədə mənimsəməyə kömək edir. Estetik qiymət keyfiyyəti aşılanarkən, yaxşı və pisi düzgün qiymətləndirmək bacarığı inkişaf edir.

Estetik qavrayışın mənimsənilməsi, əks etdirilən həyat hadisələrinə marağın artması ilə xarakterizə olunur. İncəsənət əsərlərində təsvir olunan həyat hadisələrinin ifadəliliyinə, insan və heyvan təsvirlərindəki xarakterik detalların zənginliyinə, diqqətin yönəldilməsi zamanı, uşaqlarda elementar qiymətləndirmə bacarığı məniınsədilir.

Təsviri başa düşmək, qiymətləndirmək üçün uşaqlarda müəyyən bilik, bacanq və vərdişlərin, zövq və marağın forma­ laşdırılması tələb olunur. Bu bilik, bacarıq və vərdişlər uşaqların yaş səviyyəsindən asılı olaraq sadədən mürəkkəbə doğnı. ardıcıl, sistemli və şüurlu təlim yolu ilə mənimsədilir. Estetik əşyaların mənimsədilməsi və qiymətləndirilməsi, estetik zövq və hisslərin inkişafına təkan verir.

Təsviri səııat məşğələlərində tədricən estetik hisslər: formanın. rəngin, ritmin. hissi kompozisiyanın, hissə münasibəti­ nin. bədii zövqün hissi inkişaf edir.

Təsviri sənətin proqramı onun xüsusiyyətinə görə 4 yerə bölünür:

1. Əşyanin düzgün təsviri üçün lazım olan bilik, bacarıq və vərdişlər;

2. Təsvirin rabitoli məzmunda verilməsi üçün lazım olan bilik, bacarıq və vərdişlər;

3. Dekorativ fəaliyyətdə (şəklin və applikasiyaııın bəzodil- məsində, naxışların tərkibində) lazım olan bilik, baca­ rıq və vərdişlər;

4. Vəsaitlərdən istifadə texnologiyasının mənimsənilmə­ sində lazım olan bilik, bacarıq və vərdişlər.

Proqram aşağıdakı prinsiplərə əsaslanır:

İnıkanlılıq prinsipi —uşaqların yaş xüsusiyyətinə uyğun tədris materialına əsasən əks etdirilir.

Dərk edilınə prinsipi – uşaqlarda mexaniki deyil, maraqla düşünərək, uşaqlar tərəfindən dərk edilmiş bilik və bacarıqların mənimsənilməsini nəzərdə tutur.

Sistematiklik və ardıcıllıq prinsipi —didaktikanın əsas prinsipidir və təlim prosesini elə qurmağı öyrədir ki. tərbiyə işi­ nin bütün tərəfləri ilə əhatə olunmuş olsun və əvvəllər əldə edil­ miş bilik və bacarıqlara əsaslanaraq yeni bilik və bacarıqların əldə edilməsi imkanına malik olsun.

Əyanilik prinsipi —tərbiyəçi tərəfindən apanlan düzgün və aydın izahla birləşir.

Təsviri sənətin tədrisi, kollektiv məşğələlərdə keçirilir, yə­ ni bütün qrup yeganə proqram əsasında təlim prosesi keçir.

Məşğələ prosesində uşaqlara fərdi yanaşma da həyata keçirilir.

Təlim prosesində insan gözəlliyinə emosional münasibət, cə­ miyyət və təbiət hadisələri, gördüklərini dərindən və tez qavraması, təsvir xüsusiyyəti, prosesin sözlə və oyunla müşahidəsi, işin yerinə yetirilməsi tempi, təsəvvürlərin aktivliyi həyata keçirilir.

Öncə uşaqlar məşğələlərdə düzgün otunış və vəsaitlərdən istifadə qaydalarını (masanın üzərinə əyilməmək, sağ əldə qələmi tutaraq sol əllə kağızı saxlamaq və s.) mənimsəyirlər. Tədricən tərbiyəçi digər tərbiyəvi məsələləri həyata keçirir (tərbiyəçini dinləmək, yoldaşlarına mane olmamaq, və s.).

Şərait və vəziyyətindən asılı olaraq tərbiyəçi il ərzində uşaqların yerini bir neçə dəfə dəyişə bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.