Press "Enter" to skip to content

Лучшие книги Уильяма Голдинга

Английский писатель Уильям Джеральд Голдинг создавал произведения, которые, в основном, базировались на крайне пессимистическом отношении к природе человека и перспективах его эволюции. У Голдинга было несчастливое детство. Согласно биографии Джона Кэри, он «рос робким, сверхчувствительным, пугливым мальчиком», мальчик немыслемо страдал от одиночества и отчужденности.

Uilyam Qoldinq – “Milçəklər kralı”

“İnsanların bir-birlərinə nələr edə biləcəyini biləndən sonra həyatım boyu dəfələrlə sarsılmışam, az qalıb ağlım başımdan çıxsın. Bəşəriyyətin xəstə olduğuna şübhəm qalmır. Mən o xəstəliyi axtarmışam. Axtaranda onu ən yaxın yerdə – özümdə tapıram. Bununla da insan təbiətinin anlamalı olduğumuz ümumi cəhətlərinə bələd oluram. Çünki onu dərk etməsək, nəzarətdə saxlamaq mümkün olmayacaq. Bax buna görə də qadir olduğum bütün ehtirasımla yazıram”. Uilyam Qoldinq “Milçəklər kralı”nın mövzusu elədir ki, müəllifin qeyd etdiyi kimi, sarsılmamaq mümkün deyil. İlk dəfə bu sarsıntını “Karamazovlar qardaşları” əsərində, məktəblilərin şüursuz qəddarlıq səhnələrini oxuyarkən keçirmişdim. Uilyam Qoldinqə dünya şöhrəti gətirən “Milçəklər kralı” və ya “Milçəklər tanrısı” romanı 1954-cü ildə çap olunub. İkinci Dünya müharibəsinin dəhşətlərinə şahid olmuş Qoldinq etiraf edib ki, onu yazmağa vadar edən səbəb müharibə olub. İnsanlara çatdırmağa çalışırdı ki, bəşəriyyət hansısa xəstəliyə yoluxub, o xəstəliyin əlamətlərini hər yerdə, hətta özündə də görürdü. İyirmi bir nəşriyyat romanı nəşr etməkdən imtina etmişdi, səbəb romanın ilk hissəsində nüvə müharibəsi dəhşətlərindən bir neçə təsvirin qaldırılması tələbiylə bağlıydı. Qoldinq əsərdə həmin hissələri çıxarmağa məcbur olmuşdu. Romanın işıq üzü görməsindən sonra isə çox sayda ədəbiyyatşünas əsərə xəbərdarlıq işarəsi kimi baxıblar, alman faşist ideologiyasına bağlılığın qalması düşüncəsilə sivilizasiya qarşısında təhlükə hiss ediblər. “Qoldinq “Milçəklər kralı” əsərində sözün dar mənasında, belə suala cavab vermək istəyir: “Yüksək mədəniyətə malik olan qədim xalq (Alman xalqı nəzərdə tutulur) necə olub ki, başçı adlanan bir nəfərin (Hitler nəzərdə tutulur) əmriylə öldürməyə, yandırıb, dağıtmağa, hər şeyi məhv etməyə hazır olan vəhşilər qəbiləsinə çevrildi və bu hadisə illər boyu davam edirdi?” Sözün geniş mənasındasa, “Milçəklər kralı” fəlsəfi pritçasında Qoldinq immanet insan bədxahlığı fenomenini tənqid edir. Amma bu heç də o demək deyil ki, Qoldinq insanda yalnız bədxahlıq görür. Hesab edir ki, insan ikili xarakterə malik, geniş əhatəli paradoksal varlıqdır, həm qəhramandır, həm də xəstə” (Ramiz Abbaslı). Yazıçı Uilyam Qoldinqin uşaqlığı xoşbəxt keçməyib. Həddindən artıq həssas, qorxaq uşaq kimi böyüyüb. Tənhalıqdan və uzaqlaşmadan əziyyət çəkib. Yazıçının uşaqlığının psixoloji problemləri həm də intellektual cəhətdən əldən düşmüş atasının işlədiyi məktəb atmosferiylə də müəyyən qədər əlaqəlidir. Malbrov kolleci şagirdləri Qoldinqi xarici görünüşünə görə ələ salır, onu özünü “çirkli və alçaldılmış” hiss etməyə məcbur edirdilər. Ədəbi uğura can atması həm də “İntiqam təşnəsi”nə bağlı idi. Sonralar Nobel laureatı etiraf edirdi: “Düzünü desəm, qəlbimin dərinliyində malbrovçulara dərs vermək arzusu vardı”. Qoldinqin bioqrafiyasını yazmış Con Kerriyə görə, uşaqlığında köhnədən qalma hansısa “qorxunc” epizod varmış və bu, başqalarıyçün gizliymiş. Qoldinqin anası qəribə psixi pozğunluqdan əziyyət çəkirdi. “Qaranlığın düşməsiylə ana təhlükəli manyaka çevrilir, əlinə nə keçsə, bıçaq, güzgü qəlpələri, qaynar çaydanı Uilyama tullayırdı”. Bu səbəbdən yazıçı özünə nifrət edirdi və bu hissin kökləri çox dərindi. Yazıçı haqqında bu məlumatları öyrəndikdən sonra şüuraltında hansı “material”ların yığılıb qalmasını təxmin etmək çətin deyil, bu cür ruh halıyla belə əsər yazmasına təəccüblənməmək lazımdır. Nəzərə alsaq ki, XX əsrdə psixologiya sahəsində uşaq fenomeninə yeni yanaşma Ziqmund Freydin kəşflərinə, Karl Yunqun uşaq psixoloji arxetipi nəzəriyyəsinə, iki böyük müharibəyə bağlıydı, şübhəsiz, bütün bunlar onsuz da ağır uşaqlıq keçirmiş Qoldinqin yaradıcılığına təsirsiz keçə bilməzdi. Ədəbiyyatda uşaqların təsvirinin yeni ənənəsini bəzi ədəbiyyatşünaslar onun adına bağlasalar da, hələ XIX əsrdə Fyodor Dostoyevskinin “Karamazov qardaşları”nda bu mövzuya İlyuşanın ətrafında cərəyan edən hadisələrdə artıq toxunulmuşdu. Əsəri oxuyanlar Dostoyevskinin bu yanaşmasını xatırlayacaqlar: “Məktəb uşaqları çox qəddar olurlar: ayrı-ayrılıqda mələkdirlər, amma bir yerə gəldiklərində fəlakətdirlər”. Ancaq təbii ki, dünya müharibəsinin iştirakçısı, həm də o dövrün məktəblisi kimi Qoldinqin uşaq psixologiyasına daha dərin realistliklə yanaşması onun köhnə mifləri yıxıb yerlə-yeksan etməsini bir daha gözümüz önünə qoyur. “Milçəklər kralı”nı oxuduqca əsər boyu müəllifin sanki bir deyil, bir neçə mövzuya ümumilkdə toxunması və oxucuları məsələyə hər tərəfdən baxmağa məcbur etməsi düşüncəsi hakim kəsilir. İngilis məktəblilərinin evakuasiya zamanı naməlum adaya düşməsini sanki yazıçı bir neçə mifoloji hadisəylə qarşılaşdırıb, ümümdünya daşqını, Odisseyin üzməsi, robinzonadalar və s. Nüvə silahının atılmasından sonra Adəm övladının ən yaxşı hissəsi – uşaqların xilas olması Avropa sivilizasiyasının gələcəyinin xilas olması tamamilə ənənəvi motivlərə bağlıdır. Yalnız burda gördüyümüz ironiya bundan ibarətdir: möhtəşəm, gözəl, insan ayağı dəyməmiş tropik adada ingilis uşaqları heç də Robert Maykl Ballantinenin “Mərcan adası”, Robert Luis Stevensonun “Dəfinələr adası”ndakı qəhrəmanlar kimi özlərinin yaxşı cəhətlərini göstərmirlər. Əksinə, təbii başlanğıcla birləşdikdən sonra instinktlər oyanır, tədricən deqradasiyayla nəticələnir. Russo konsepsiyasına söykənərək Qoldinq təbiət həyatını işıq və qaranlığın, isti və soyuğun, su və daşın daimi qarşıdurması kimi göstərir: “Onlar açılan səhərdən zövq alırdılar: parlaq günəş, ucsuz-bucaqsız dəniz və təmiz hava, – oynamaq və əylənmək vaxtıydı, həyat gözəlliklə doluydu və ümid heç lazım da deyildi, hətta unudulmuşdu. . Nisbətən sərin olan başqa bir məqam gəlirdi ki, onu da qarşıdan gələn qaranlıq təhlükəsi korlayırdı. Günəş batan kimi adaya qaranlıq elə çökürdü, sanki, yanğınsöndürənin ağzından püskürürdü, tezliklə uzaq ulduzların altındakı daxmalara narahatlıq və qorxu dolurdu” (səh.43).
Bu təbii hadisələrin əsarətinə düşmüş uşaqlar özlərini tamamilə köməksiz hiss edir, rasional düşüncə onlara özlərini müəyyən etməkdə və xaos içərisində özlərini görməkdə kömək edə bilmir. İzaholunmaz ətraf mühitin verdiyi dəhşət hissini başqaları üzərində şiddətlə kompensasiya edirlər. Adaya düşdükdən sonra uşaqlar fəaliyyətlərinə oyun kimi baxırlar. “Zamanlarını yaxşı keçirmək” üçün müxtəlif rollara girirlər. Lakin bu oyunlar Simonun qətlinə qədər qədim yəhudi və xristian dinlərində şeytanla eyniləşdirilmiş “Milçəklər kralı”nın hakimiyyəti altında daha canfəşanlıqla davam edir. Simonun ölümü, Piqqinin eynəyinin oğurlanmasından sarsılan Ralf oyundan imtina edir, baş verənlərdə hər birinin məsuliyyət hissini xatırladır: “Çünki hər şeydən əvvəl biz vəhşi deyilik və xilas olmaq da oyun-oyuncaq deyil” (səh.136). Romanın finalında müəllif oxucunu iki təəssürat qarşısında qoyur. Bir tərəfdən qəhrəmanlar xilas olur, adanı hərbi kreyserlə tərk edib sivilizasiyaya qayıdırlar. Digər tərəfdən, bəs “böyüklərin gəmisini kim xilas edəcək?”

Лучшие книги Уильяма Голдинга

Роман был задуман как иронический комментарий к «Коралловому острову» Р. М. Баллантайна — приключенческой истории в жанре робинзонады, где воспеваются оптимистические имперские представления викторианской Англии. Путь в свет у романа был труден. Рукопись отверг двадцать один издатель, прежде чем издательство «Faber & Faber» согласилось выпустить его в свет с условием, по которому автор убрал первые несколько страниц, описывающих ужасы ядерной войны. Вследствие этого в романе не говорится, во время какой войны происходит действие, а также не указываются причины авиакатастрофы. Сразу после выхода роман не привлёк к себе внимания (в США в…

Год издания: 2004
Издательство: СиДиКом, Элитайл
Язык: Русский

Священник, отец Джослин, одержим идеей возвести над кафедральным собором города шпиль, подобного которому не будет во всей Англии. Однако и природа, и люди противостоят его честолюбивому замыслу: проседает фундамент храма, гнутся опоры, в страхе

Год издания: 2008

На первый взгляд кажется, что «Пирамида» — это очередная книга о подростковой любви, неотесанной чувственности и запретах родителей. Или о выборе — между музыкой и Оксфордом. Но не все так просто. В романе описана жизнь провинциального городка, построенная по иерархическим законам. Герои Голдинга одиноки и бесприютны. Они ищут любви и внимания. И каждый добивается этого по-своему… Сила художественного дарования Голдинга неоспорима, философия его страшна. «Жизнь — возмутительный фарс, поставленный при этом плохим режиссером. ». Так говорит один из героев романа.

Год издания: 2009

Английский писатель Уильям Джеральд Голдинг создавал произведения, которые, в основном, базировались на крайне пессимистическом отношении к природе человека и перспективах его эволюции. У Голдинга было несчастливое детство. Согласно биографии Джона Кэри, он «рос робким, сверхчувствительным, пугливым мальчиком», мальчик немыслемо страдал от одиночества и отчужденности.

Издательство: Аудиокитаб ООО
Язык: Азербайджанский
Издательство: Аудиокитаб ООО
Язык: Азербайджанский

Uilyam Jerarld Qoldinq 19 sentyabr 1910-cu ildə Sent-Kolamb Maynor kəndində Aleka Qoldinqa ailəsində d?nyaya gəlmişdir. Hələ sağlığında ikən ədəbiyyat klassiki zirvəsinə y?ksələn Uilyam Qoldinq «Mil?əklər kralı», «Varislər», «Piramida», «Kağız adamcıqlar», «Yaxın qonşuluq», «İkili dil» və s. romanları ilə d?nya oxucusunun rəğbətini qazanıb. İngilis yazı?ısı Uliyam Qoldinq 1983-c? ildə “aydın və realist təhkiyə dili, ?oxcəhətli yaradıcılıq bacarığı və universal mif yaratmaq ustalığı ilə insanın m?asir d?nyadakı varlığını y?ksək səviyyədə təsvir edə bildiyi . n «Nobel m?kafatı»na layiq g?r?l?b. Yazı?ı 1993-c? ilin 19 iyun tarixində Kornulda…

Издательство: Аудиокитаб ООО
Язык: Азербайджанский

1955—ci ildə yazılmış “Varislər” romanını Qoldinq ?z? “tarixəqədərki roman” adlandırmışdı. Romanı yazmaqda məqsəd he? də insanın lap qədim d?vrlərdə yaşamış əcdadlarının obrazını yaratmaq deyil. Bəşər tarixini ?yrənən elmi konsepsiyalardan birinə g?rə, inkişaf d?z xətt boyunca dayanmadan ibtidaidən aliyə, heyvandan insana doğru gedən proses olmuşdur. “Varislər” əsərində Qoldinq g?stərmək istəyir ki, inkişaf xəttində bəzən qırılmalar baş verib, inkişafın hər yeni mərhələsində neqativ elementlər olub, hətta inkişaf ləngiyibdir. “Varislər” romanında Qoldinq neandertal insanın məişəti, odu necə əldə etməsi və qoruyub saxlaması, fərdlərin…

Comments are closed, but trackbacks and pingbacks are open.