Umumi menecment haqqinda kitab
Ceyms Uatt (James Watt)
Matteus Bulton (Matthew Boulton) Soxo, İngiltərə (Soho, England)
Umumi menecment haqqinda kitab
“Biznes İdarəçiliyi” 3-cü kitabımdır. Bundan əvvəl 2011-ci ildə “Biznes və menecmentin əsasları”, 2015-ci ildə isə “Biznes nə istəyir?” kitabım çap olunmuşdu. Həmin kitablarda da biznesin idarə olunmasına xüsusi yer verilsə də, qərara aldım ki, sırf idarəçilikdən bəhs edən kitabımız olsun.
Kitabın tam adı belədir: “Biznes idarəçiliyi – Anar Bayramov ilə”. Adın bu cür seçilməsi onunla bağlıdır ki, biznesin idarə olunması mənim baxış bucağımdan təqdim olunur.
Kitabda “idarəetmə” deyil, əsasən “idarəçilik” sözündən istifadə olunur. Bu, onunla bağlıdır ki, bir peşə, məslək adı olaraq “idarəçilik”i daha uyğun hesab edirəm. Amma bütün hallarda “idarəetmə” də doğrudur və o cür də istifadə oluna bilər.
Kitabda idarəçilik təcrübəmdə rastlaşdığım, effektivliyinə inandığım idarəçilik texnikalarını, alətlərini sizinlə bölüşürəm.
Kitab biznesdə çalışan menecerlər, sahibkarlar, bu sahə ilə maraqlanan hər kəs üçün nəzərdə tutulmuşdur.
Kitab ümumilikdə 9 fəsildən ibarətdir.
Kitabın strukturuna nəzər salsaq, 1-ci fəsil giriş əhəmiyyəti daşıyır. İdarəçilik haqda ümumi məlumatlar təqdim olunur. “Yaxşı idarəçilik necə olur?” sualına ümumi olaraq cavab axtarılır.
“Menecerin işi” adlanan 2-ci fəsildə isə “idarəçi necə olmalıdır?”, “idarəçidən nə tələb olunur?” suallarına cavab axtarılır.
3-cü fəsil liderlik, motivasiya, ideal iş mühiti yartamaqdan bəhs edir. Motivasiyanın kökü, iş mühitinin yaxşılaşdırılmasına sistemli yanaşma söhbət mövzusudur.
4-cü fəsil biznesin strategiyasının hazırlanması haqdadır. Strategiyanın hazırlanma prosesi addım-addım göstərilir, Strategiyanın uğurlu olması üçün tələb olunan şərtlər praktiki misallarla izah olunur.
5-ci fəsildə isə performans menecment sisteminin tətbiqi, üstünlükləri, faydaları haqda ətraflı məlumat verilir, KPI-ların müəyyən olunması, satış planlaması haqda praktiki misallar göstərilir.
6-cı fəsil bütünlüklə ən aktual idarəçilik mövzularından olan “dəyişikliyin idarə olunması” haqdadır. Biznesdə ən radikal dəyişiklik aktı olan “Turnaround prosesi” ətraflı şəkildə təsvir olunur.
7-ci fəsil “Sistem, sistem, sistem. ” adlanır. Biznesdə sistemin əhəmiyyəti, sistemli işləməyin biznesdə yaratdığı fərq əsas mövzudur.
8-ci fəsil bu kitabı yazmağım üçün əsas səbəbimdir. 2017-ci ildə Azgranata şirkətinə yenidən dəvət olunmağımdan sonra etdiklərimizi az qala “gündəlik təqvim” kimi təsvir etmişəm. Komandamızla yaşadığımız həyəcanı, uğurları oxuculara da ötürməyə çalışmışam. Real praktikanı paylaşmışam. Yüzlərlə işçimiz şahiddir. Təcrübəmiz kimlərəsə faydalı olacaqsa, böyük fəxr olar bizim üçün. Yazmasam olmaz, şirkətə yenidən dəvət olunandan sonra özümə söz vermişdim ki, bu çətin hədəflərin öhdəsindən gəlib bu haqda kitab yazmalıyam. Həmin kitabı sizlərə təqdim etməyimdən çox şadam.
Sonuncu fəsil olan 9-cu fəslin mövzusu ən effektiv, populyar hesab olunan idarəçilik alətləridir.
Menecmentin tarixi
Sistem və standartların zəruriliyinin qəbul edilməsi. İxtisaslaşma prinsipinin qəbul edilməsi. Planlaşdırma, rəhbərlik və təşkiletmənin zəruriliyinin qəbul edilməsi.
Menecmentin universallığı prinsipinin formalaşdırılması
Ksilofon (Xenophon) Kir (Cyrus)
Məharətin əsas forması kimi menecmentin qəbul edilməsi. İnsanlar arasında əlaqənin, motivasiya tədqiqatlarının aparılmasının, materialların işlənməsinin və planların tərtibinin zəruriliyinin qəbul edilməsi.
Yunanlar (Greeks) Platon (Plato)
Elmi metodlardan istifadə. Əmək metodlarının və iş ahənginin öyrənilməsi. İxtisaslaşma prinsipinin formalaşdırılması
Böyük Aleksandr (Alexandes the Great)
İş sıyahısının istifadəsi
iş spesifikasından istifadə
BIZIM ERA
Isa Məsih (Jesus Christ)
Təkhakimiyyətlilik. qızıl qayda. İnsani münasibətlər
Rəhbərə tələblə çıxış etmək
Menecerə tələblə çıxış etmək
L.Paçoli (L.Paccili) Genuyalılar (Genoese)
Fransisko De Marko (Francisko Di Marko)
İstehsal xərclərinin uçotu
Soranso Qardaşları (Soranzo Brothers)
Gəlirlər jurnalının qross mühasibatda istifadəsi
Sahibkarlığın təşkili formaları; Statistik hesabatların işlənməsi
Venesiya Arsenalı (Arsenal of Venece) Venesiyalılar(Venetians)
İstehsal xərclərinin uçotu; nəzarət üçün çek və balanslar; inventarizasiya zamanı nömrələrin mənimsənilməsi; konveyer metodunun istifadəsi; kadrlardan istifadənin idarə edilməsi; detalların bir-birini qarşılıqlı əvəz etməsi və standartlaşdırılması; məhsul ehtiyatlarına nəzarət; maya dəyərinə nəzarət
Ser Tomas Mor (Sir Thomas More)
İxtisaslaşmanın gücləndirilməsinə çağırış; rəhbğərlik və zəif menecmentin nöqsanlarının təhlili
Nikollo Makivelli (Niccolo Machiavelli)
Kütləvi razılıq prinsipinin dərk edilməsi; təşkiletmədə məqsədyönümlüyün zəruriliyinin dərk edilməsi; rəhbərin keyfiyyətlərinin müəyyən edilməsi
Ser Ceyms Stüart (Sir James Steuart)
Hakimiyyət nəzəriyyəsinin mənbəyi; avtomatlaşdırmaya təsirin tədqiqi
Adam Smit (Adam Smith)
Sənaye işçilərinə ixtisaslaşma prinsipinin tətbiqi; nəzarət konsepsiyası; əməyin ödənilməsinin hesablanması
Tomas Ceferson (Thomas Jefferson)
Hissələrin bir-birini qarşılıqlı əvəz etməsi konsepsiyasına diqqət yetirdi
Eli Uitni (Eli Whitaey)
Elmi metodlar; maya dəyərinin hesablanılması metodlarından istifadə; keyfiyyətə nəzarət; hissələrin. bir-birini qarşılıqlı əvəz etməsi konsepsiyası; menecment intervalının qəbul edilməsi
Ceyms Uatt (James Watt)
Matteus Bulton (Matthew Boulton) Soxo, İngiltərə (Soho, England)
Standart əməliyyatlar; ixtisaslaşma; iş metodlan; planlaşdırma; əmək haqqı vasitəsilə stimullaşdırma; standart vaxt? standart məlumatlar; qulluqçular üçün bayramların təşkili; bayram hədiyyələri; qulluqçuların sığorta cəmiyyətləri, balans və hesabatın təftişi
Robert Ouen (Robert Owen Nyu-Lanark, New Lanark, Şotlandiya Scotland)
Şəxsi təcrübədən istifadə; işçilərin hazırlanması ilə bağlı məsuliyyət; işçilərə hər cür şəraiti olan evlərin tikilməsi
Jeyms Mill (James Mill)
İnsan motivasiyasının ümumiləşdirilməsi və təhlili
Çarlz Bebbic (Charles Babbage)
Elmi yanaşmaya əsaslanma; ixtisaslaşmanın xüsusi vacibliyinin qəbul edilməsi; əmək bölgüsü; iş hərəkətlərinin və vaxt itkisinin tədqiqi; müxtəlif amillərin əməyin effektliyinə təsiri; maya dəyərinin hesablanması
Marşal Loqlin və başqalan (Marshall Laughlin et.al.)
Menecment funksiyalarının nisbi vacibliyinin qəbul edilməsi
Mill və başqaları (Mill. Et. Al.)
Nəzarət intervalı; təkhakimiyyətlilik; əmək və materiallara nəzarət; ixtisaslaşma – əmək bölgüsü, əmək haqqı vasitəsilə stimullaşdırma
Qenri Pu (Henry Poor)
Təşkiletmə prinsipləri; əlaqə və informasiyanın dəmir yolunda tətbiqi
Daniel K. Man-Kalluni (Daniel C. Me-Callum)
Menecmentin strukturunu nümayiş etdirmək üçün təşkilati sxemlərin istifadəsi.
Dəniz yolu nəqliyyatında sistematik menecmentin tətbiqi
Təcrübədə motivasiya tədqiqatlarından istifadə etmişdir; müxtəlif alətlərin işçiyə təsirini öyrənmişdir; yorğunlugu tədqiq etmişdir.
Cozef Varton (Joseph Wharton)
Kollec üçün sahibkarlıq menecment kursunu işləyib hazırlamışdır.
Qenri K.Metkalf (Henry C.Mefcalfu) Qenri P.Taun (Henry P.Tawne)
Menecment sənəti; idarəetmə elmi.
Fredik Xalsi (Frederik Halsey)
Əmək haqqının mükafatlar vasitəsilə ödənilməsi planı
Frederik V.Teylor (Frederick W.Taylor)
Elmi menecment, sistemli yanaşma; kadr menecmenti; əməklə menecment arasında kooperasiyanm zəruriliyi; yüksək əmək haqqı; əməklə menecment arasında bərabərlik; funksional təşkiletmə; sexlərə tətbiq zamanı müstəsnalıq prinsipi; maya dəyərirıin qiymətləndirilməsi sistemi; metodik tədqiqatlar; iş saatının tədqiqi; elmi menecmentin müəyyənləşməsi; menecmentin işinə arxalanmaq; tədqiqatlar; standartlar; planlaşdırma; nəzarət və kooperasiyaya arxalanmaq
Frenk B.Qİlbret (Frank B.Gilbreth)
Motivasiyalı tədqiqatlar elmi
Qenri L.Qannt (Henry L.Gantt)
Mükafatlandırmanın vəzifə və sistemi; əməyə humanist yanaşma; Qanttın sxcmi; işçilərin hazırlanması ilə bağlı menecerlərin məsuliyyəti
Xyuqi Münsterberq (Huqo Munsterberg) Xarrinqton Emerson (Harrinqton Emerson)
Menecmentdə və işdə psixologiyadan istifadə effektiv injirinq, effektivliyinin prinsipləri
Xarlou S.Person (Harlow S.Permon)
ABŞ-da menecment üzrə ilk elmi konfransı təşkıl edilməsi; menecmentin elmi cəhətdən qəbul edilməsi
Kolleclər üçün menecmentin ilk dərsliyi
X.B.Druri H.B.Drury)
R.F.Xoksi (R.F.Hokie)
F.V.Xarris
(F.W.Harris)
Tomas A.Edison
(Thomas A.Edison)
Elmi menecmentin tənqidi-ilkin ideyaların qəbul edilməsi; elmi menecmentin tənqidi-ilkin ideyaların qəbul edilməsi; məhsul partiyalarının qənaətcil modeli; sualtı qayıqların müəyyən edilməsi və məhv edilməsi üçün hərbi manevr planın işlənib hazırlanması
Anri Fayol (Henry Fayol)
Menecmentin ilkin tam nəzəriyyəsi; menecmentin funksiyaları; menecmentin prinsipləri; tədris müəssisələrində menecmentin bir fənn kimi tədris edilməsi zəruriliyinin qəbul edilməsi
Aleksandr (Alexander)
Q.Çerç (H.Church)
A.K.Erlanq (A.K.Erlanq)
Menecmentin funksional konsepsiyası; Menecmentə vahid kompleks kimi baxan amerikalı Növbəlilik nəzəriyyəsini qabaqcadan görmüşdür.
Elmi menecmenti müəssisələrdə tətbiq etmişdir
K.K.Parsons (C.C.Parsons) Ordvey Tud (Ordway Tead)
Elmi menecmentin müəssisələrdə istifadəsinin müəssisələrdə istifadənin zəruriliyini qəbul etmişdir. Sənayedə psixologiyanın tətbiqi
Morris L.Kuk (Morris L.Cooke)
Elmi menecmentin müxtəlif istifadə sahələri
Valter D.Skott (Walter D.Scott)
Reklam işi və kadrlarla işə psixoloji bilikləri gətirmişdir
Oliver Şeldon (Oliver Sheldon)
Menecment fəlsəfəsini inkişaf etdirmiş; menecmentin prinsipləri
Q.F.Dodj (H.F.Dodge)
Q.Q.Pomiq
(H.G.Roniq)
U.A.Şuxart
(W.A.Shewhart)
Statistik vasitələrdən istifadə etməklə, təftış aparılması və keyfiyyətə nəzarət etmək üçün statistik nəticələrdən və ehtimal nəzəriyyəsindən istifadə
Ronald A.Fişer (Ronald A.Fisher)
Beysov statistikası, sınaq nəzəriyyəsi və eksperimentlərin işlənib hazırlanması daxil olmaqla müxtəlif müasir statistik metodlardan istifadə
Elton Meyo (Elton Mayo)
Qrup səylərində sosioloji konsepsiya
Xidmət nəzəriyyəsinin statistik əsasları
Meri P.Follet (Mary P.Follet)
Fərdi motivasiyaya əsaslanmış menecment fəlsəfəsi. Menecment probleminin həllinə qrup yanaşması
Ceyms D.Muni (James D.Moony)
Təşkiletmə prinsiplərinin universallığının qəbul edilməsi
Çester Barnard (Crester Barnard)
Təşkiletmə nəzəriyyəsi; menecmentin sosioloji aspektləri; kommunikasiyanın zəruriliyi
Lindell Urvik (Dyndall Urwick)
Menecment prinsiplərinin bir araya gətirilməsi və korrelyasiyası
Maks Veber (Max
Weber)
Rensis Likert
(Rensis Linkert)
Kris Arqiris (Chris
Arqyris)
Təşkiletmə nəzəriyyəsində insani münasibətlər tədqiqatına, sosialoji-psixologiyaya və ümumi psixologiyaya əsaslanır
Norbet Viner (Norbet Wiener)
Klod Şennon (Clouda Shannon)
Menecmentdə informasiya nəzəriyyəsi və sistem təhlilinə əsaslanmışdılar
Frenk Abrams (Frank Abrams)
Benjamin M.Selekman
(Benjamin
M.Selekman)
Idarəetmə sənətini menecerlərin düşüncələrinə gətirmişdir
Qerbert Saymon (Herbert Simon) Qarold C.Levitt (Harold J.Lewitt) Robert Şlyafer (Robert Schalifer)
Qərar qəbul edərkən insanların davranışına xüsusi diqqət yetirmişlər hansı ki, onlar tərəfindən bütün bunlar eynilik, müşahidə və yoxlama prosesi kimi baxılırdı; menecment fəlsəfəsinə daha çox yer ayırırdılar
Duqlas Mak – Qreqor (Douqlas Mc Gregor)
Menecerlərin tabeçilikdə olanlara münasibətini, onların davranışına və təşkilatdakı iş mühitinə əhəmiyyətli dərəcədə təsirini sübut etmişdir. «x nəzəriyyəsində nəzarətdən menecerə» prioritet yer verilir. «Y» nəzəriyyəsində isə məsuliyyətin bölgüsü prinsipi mühüm yer tutur.
İqor Ansoff (İqor Ansoff)
Uzunmüddətli planlaşdırmanın əvvəlki metodlarına şübhə ilə yanaşmış və strateji planlaşdırma modelini təklif etmişdir. Daha sonra bu yanaşma öz əksini «strateji menecment» kitabında tapmışdır
Fred Fidler (Fred Fiedler)
Orientasiyaya, vəzifələrə və münasibətlərə müvafiq olan rəhbərlik nəzəriyyəsinin işləyib hazırlanmasını davam etdirmişdir
Cems Tompson (James Thompson) Cey Qelbrayt (Jay Galbraith) P.Lorens (P.Lawrence) C.Lorşe (J.Lorshe)
Fəaliyyətin təşkilinin vahid, daha yaxşı yolunun olmasını qeyd etmişlər; təşkilati quruluşun situasiyalı aspektlərinin tədqiqini davam etdirmişdir
Karl Veyk (Karl Werck)
Təşkilati bir şərh edilən sıstem kımı tədqıq etmişdir
Vilyam Ouçi (William Ouchi)
Firma nəzəriyyəsinin inkişafı. Bazarın qeyri təkmilliyi-firmaların fəaliyyət səbəbləri
Qenri Minsberq (Henry Mintzberq)
Təşkilati struktura maşınlı bürokratiyadan «adxok»- kartiyaya qədər baxmışdır
Qerald Salançik (Gerald Salanchik) Cefferi Pfetter (Geoffery Pfetter) Mişel Kurazye (Michael Crousier)
Təşkilatlararası hakimiyyət strukturu nəzəriyyəsi
Rozmari Stuart (Rosemary Stewart)
Menecer fəaliyyətinin müxtəlif situasiyalarda alternativ və məhdudiyyətləri, ayrı-ayrı idarəetmə vəzifələri arasındakı fərqləri tədqiq etmişdir
Maykl Porter (Michael Porter)
Nisbi rəqabət strategiyası, rəqabət qabiliyyəti haqqında yeni ideyalar irəli sürmüşdür
Con Kofter (John Kofter)
Con Qabarqo (John Gabarro)
Yuxan səviyyəli rəhbərlərin işinin tədqiq edilməsi; müxtəlif xarakteristikalar və onların vaxtında qəbul edilməsi
Terens Dil (Terence Deal)
Alan Kennedi (Alan Kennedy)
«Təşkilati davranış» və korporativ inkişafa təsir edə biləcək korporativ mədəniyyət konsepsiyasını yaratmışlar
Tom Peters (Tom Peters)
İstehlakçılara olan münasibəti insanlara olan münasibət kimi, təşkilatın heyətinə olan münasibət isə biznesin inkişafının vacib resursu kimi öyrənmişdir.
Mənbə Menecment kitabı,2005
Kitabın müəllifləri K.A.Şahbazov, M.H.Məmmədov, H.S.Həsənov
Hazırladı: təpəgöz
- Teqlər:
- menecment
- , menecmentin tarixi
- , management
Comments are closed, but trackbacks and pingbacks are open.