Uzaq şərqə pay-torpaq sistemi
Torpaq sahəsinin plan və ölçüsünün verilməsi
VERGİLƏR
Müəssisələrin torpaq vergisi hesabatlarını təqdim etməsi müddətinə az qalır. Bu mövzuda maraq doğuran məsələləri maliyyə mütəxəssisi Vüqar Mirheydərov şərh edir.
Torpaq vergisinin ödəyiciləri Azərbaycan Respublikasının ərazisində, mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələrdir. Burada bir məqama xüsusi diqqət yetirilməlidir ki, mülkiyyətində bina və ya binanın bir hissəsi olan şəxslər də torpaq vergisi ödəyicisi hesab edilir. Çünki bina hansısa torpaq sahəsi üzərində dayanır və beləliklə əmlakın sahibi həmin torpaq sahəsinin istifadəçisinə çevrilir.
Kənd təsərrüfatı torpaqları üçün torpaq vergisi dərəcəsi hər 100 kvadratmetr üçün 2 manat müəyyən edilib. Təyinatı üzrə istifadə olunan kənd təsərrüfatı torpaqları və ya suvarma, meliorasiya və ya digər aqrotexniki səbəblərdən istifadəsi mümkün olmayan ərazilərə verginin hesablanması 1 şərti nöqtə üçün 0,06 manat nisbətində hesablanır. Bu bəndlər, eləcə də bu növ torpaqların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənir.
Bütün digər hallarda, torpaq vergisi Vergi Məcəlləsinin 206.3 maddəsində qeyd olunmuş cədvələ əsasən hesablanır. Məsələn, Bakı şəhərinin ərazisində yerləşən 65 kvadratmetr bağ sahəsi olan torpaq üçün vergi məbləği bu cədvələ əsasən 65:100×0.60 AZN = 0.39 AZN təşkil edəcək.
Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.
Tutaq ki, “Payçı” şirkəti Bakı şəhərində 20.000 kvadratmetr ərazidə yerləşən beşmərtəbəli ofis binasının birinci mərtəbəsinin sahibidir. Bu şirkətin nə qədər torpaq vergisi ödəməli olduğunu hesablamaq üçün əvvəlcə binanın tutduğu ərazinin ümumi torpaq vergisini hesablayırıq. Yuxarıdakı cədvəldən göründüyü kimi, bu binanın sahəsinin 10.000 kvadratmetrə qədəri üçün torpaq vergisi hər 100 kvadratmetr üçün 10 manat dərəcəsi ilə, 10.000 kvadratmetrdən artıq sahəsi üçün isə hər 100 kvadratmetr üçün 20 manat dərəcəsi ilə hesablanmalıdır.
10.000:100 x 10 + 10.000:100×20 = 3000 kvadratmetr.
Bununla birlikdə, “Payçı” şirkəti binanın hamısına sahib olmadığı üçün verginin hamısını onun ödəməsi tələb olunmur. Dövlət reyestrindən binanın, məsələn, 18.000 kvadratmetrinin bu şirkətə aid olduğu barədə məlumat alırıq. Bundan sonra tikintinin aparıcısından və ya əmlakı şirkətə satan şəxsdən binanın ümumi sahəsi haqqında məlumat əldə etməliyik (bunu binanın yerləşdiyi sahə ilə qarışdırmaq olmaz!). Tutaq ki, binanın ümumi sahəsi 104.000 kvadratmetrdir. Deməli, “Payçı” şirkəti üçün torpaq vergisinin məbləği
18.000:104.000×3.000 = 519.23 manat olacaq.
Torpaq vergisi bəyannamələri müəssisələr tərəfindən hər il may ayının 15-dək illik təqdim edilir, 15 avqust və 15 noyabr tarixlərinə qədər bərabər hissələrlə ödənilir.
Fiziki şəxslər üçün torpaq vergisinin hesablanması iyulun 1-dən əvvəl yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir və bu barədə avqustun 1-dək fiziki şəxsə məlumat verilir. Nəhayət, fiziki şəxsin torpaq vergisi üzrə xərcləri gəlir vergisi bəyannaməsinə (gəlir) gəlirdən çıxılan xərc kimi daxil edilə bilər.
Fəxriyyə İKRAMQIZI
Uzaq şərqə pay-torpaq sistemi
Notarial qaydada təsdiq edilmiş müqavilə və ya vərəsəlik şəhadətnamələri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər:
ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə notarial qaydada təsdiqlənmiş müvafiq etibarnamə (hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir);
alqı-satqı, bağışlama, dəyişmə, renta müqaviləsi, vərəsəlik şəhadətnaməsi, ər-arvadın ümumi əmakındakı paya mülkiyyət hüququ haqqında şəhadətnamə və s;
daşınmaz əmlak hissələrlə özgəninkiləşdirildikdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş bölgü sxemi;
dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış çıxarışı olan torpaq sahələrinin hərrac vasitəsilə əldə edildiyi halarda torpaq üzərində mülkiyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər:
ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
hüquq əldə edənin adından başqa şəxs ərizəni verirsə notarial qaydada təsdiqlənmiş müvafiq etibarnamə (hüquqi şəxsin ərizəsi və onu təqdim edən nümayəndəsinə verilmiş etibarnamə həmin hüquqi şəxsin möhürü ilə təsdiqlənməlidir);
qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol;
dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Torpaq sahəsinin plan və ölçüsünün verilməsi
Torpaq sahəsinin plan və ölçüsü aşağıdakı sənədlər əsasında verilir:
ərizə verən şəxsin şəxsiyyətini təsdiq edən sənəd;
mülkiyyət hüququnu təsdiq edən sənəd;
daşınmaz əmlakın texniki göstəricilərinə dair texniki sənədlər (olduğu halda);
dövlət rüsumunun ödənilməsi barədə sənəd.
Torpaq üzərində mülkiyət hüquqlarının dövlət qeydiyyatı hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir.
Dövlət rüsumunun məbləği
Torpaq üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması, o cümlədən vərəsəlik nəticəsində əldə edilmiş hüquqların dövlət qeydiyyatına alınması barədə elektron çıxarışların verilməsi
(10 iş gününə verildikdə 30 manat x/h, Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 7 iş gününə verildikdə 45 manat x/h, 3 iş gününə verildikdə 60 manat x/h, 1 iş gününə verildikdə 90 manat x/h, digər şəhər və rayonlarda 10 iş gününə verildikdə 30 manat x/h, 7 iş gününə verildikdə 39 manat x/h, 3 iş gününə verildikdə 45 manat x/h, 1 iş gününə verildikdə 90 manat x/h)
Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi üzrə dövlət rüsumundan azadolmalar:
Dövlətə öz əmlakını bağışlayan vətəndaşlardan, müəssisələrdən və təşkilatlardan dövlət rüsumu tutulmur.
Daşınmaz dövlət əmlakının bələdiyyə mülkiyyətinə keçməsi ilə əlaqədar mülkiyyət şəhadətnaməsinin verilməsi üçün dövlət rüsumu tutulmur.
Alınmanın nəticəsi ilə bağlı hüquqların dövlət qeydiyyatı üçün dövlət rüsumu “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ödənilən kompensasiyanın məbləğinə daxil edilmədikdə, alınmanın təsirinə məruz qalan şəxsdən dövlət rüsumu tutulmur.
Torpaq sahəsinin plan və ölçüsünün verilməsi
– Torpaq sahəsinin plan və ölçüsünün verilməsi üçün – 75 manat
(15 iş gününə verildikdə 50 manat x/h, Bakı, Gəncə, Sumqayıt və Xırdalan şəhərlərində 10 iş gününə verildikdə 75 manat x/h, 5 iş gününə verildikdə 100 manat x/h, digər şəhər və rayonlarda 10 iş gününə verildikdə 65 manat x/h, 5 iş gününə verildikdə 75 manat x/h)
Qeyd
Daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması ilə əlaqədar daşınmaz əmlak üzərində hüquqların qeydiyyat müddəti qeydiyyat orqanı tərəfindən 5 iş gününədək uzadıla bilər.
Daşınmaz əmlakın dövlət reyestrində məlumatların yoxlanılması, müqayisə edilməsi və əmlak barədə məlumatların reyestrə daxil edilməsinə görə 30 manat x/h tutulur.
Daşınmaz əmlakın təkrar texniki inventarlaşdırılması zamanı xidmət haqqı I bölmənin müvafiq tariflərinə 0,2 əmsal tətbiq edilməklə, lakin minimum məbləğ 20 manatdan az olmamaqla hesablanır (baş vermiş dəyişikliklər 30 %-dən çox olduğu hal istisna olmaqla).
Comments are closed, but trackbacks and pingbacks are open.