Вагиф Самедоглы
Yenə tapılmadı payız gəlincə
O uzaq günlərin itmiş açarı…
Vaqif smdoğlu haqqında
“Qafqazinfo” bu münasibətlə şairin bir neçə şeirini “Kitab evi”nin oxucularına təqdim edir:
Allaha müraciət…
Allah, nə var, nə yox?
Məndən nə xəbər var?
Gecələri özüm sayaram,
Üzümə açılacaq neçə səhər var?
Bəndəni hansı gözlə görəcəksən?
Ya kimisə göndərəcəksən?
Günaha batmağım gəlib, ay Allah…
Günaha batmağım gəlib, ay Allah,
Cəsarət dəmidir, saxlama məni,
Sənə inamdan da gözəl bir qız var,
Xəyanət dəmidir, saxlama məni.
Nə millət uğrunda, nə yurd uğrunda,
Nə türklük uğrunda, boz qurd uğrunda,
Sevdalı faciə, xoş dərd uğrunda
Fəlakət dəmidir, saxlama məni.
Özün bax, gör dünya nələrlə dolmuş.
Gör nələr olacaq, gör nələr olmuş,
Yalanla, şərabla, qəmlə yoğrulmuş
Həqiqət dəmidir, saxlama məni.
Qoy artsın dirimə, ölümə söyən.
Halıma ağlayıb dizinə döyən,
Baxtın şahə qalxan atı kişnəyən
Səadət dəmidir, saxlama məni.
Dəymə, qoy qəlbimə girsin bu ilan,
Onun zəhərinə indi can qurban,
Bütün qanunlara meydan oxuyan
Cinayət dəmidir, saxlama məni.
Qoy bu gün sevinim, utanım sabah
Yarımçıq çıxmasın sinəmdən bu ah,
Günaha batmağım gəlib, ay Allah,
Məhəbbət dəmidir, saxlama məni!
Salam, ata…
Salam, ata, salam.
Məzarından cəmi əlli-altmış
addım bu yanda dayanıb
sənin yanına gələnə qədər
Ömür bu imiş, ata?
Biz yox, Allah inanmır bizə…
Allah inanmır bizə.
İnanmır əlimiz qana batanda,
insan insana daş atanda.
uşaq təbəssümü kimi görünəndə gözə,
insan “Dünya gözəldir” deyəndə
üzünü tutub dənizə.
Allah inanır bizə.
İçən günlərimi sayır.
İçən günlərimi sayır
yenə də barmaqların.
Sənə ömrüm əzab verir
mənə də barmaqların.
Günlərimin çoxu gedib,
daha sayma heç nəyi.
Bir şeyə söykənməlidir
axı insan ürəyi.
Səbəblərin hamısı boş,
səbəblər yalnız səbəb.
Hər şey bəhanədir, gülüm,
Ömür, ölüm, qəm, əsəb.
Hələ içkidə batmayıb
insan kədəri, dərdi.
Batsaydı insan dərdindən
Allah özü içərdi.
İçən günlərimi sayır
yenə də barmaqların.
Sənə sərxoş gözüm baxır,
mənə də barmaqların.
Son xəbərlər
- 09:42 | Millimiz seçmə mərhələdə ilk oyununa çıxır – AVRO-2024
- 09:30 | Neftimiz 4 dollar bahalaşdı
- 09:15 | Misirli həmkarı İlham Əliyevə zəng etdi
- 09:01 | İrandakı zəlzələ Naxçıvanı da silkələdi
- 23.03.2023 23:41 | Mahsun Kırmızıgül 18 il öncəni təkrarlayacaq
- 23.03.2023 23:27 | Fəlakətdən 45 gün sonra.
- 23.03.2023 23:09 | Rusiya “Soyuz” raketini kosmosa göndərdi
- 23.03.2023 22:43 | Ukrayna Baş Qərargahı təkzib verdi
- 23.03.2023 22:22 | Qərbi Azərbaycan icmasından Paşinyanın ittihamlarına – Cavab
- 23.03.2023 21:58 | Şamaxıda ağır qəza oldu, ölən var
- 23.03.2023 21:51 | Vaksinasiya ilə bağlı son vəziyyət
- 23.03.2023 21:46 | Yoluxanların sayı açıqlandı
- 23.03.2023 21:45 | “Rəqibin üstün və zəif cəhətlərini bilirik” – Emin Mahmudov
- 23.03.2023 21:41 | Ramazan ayının ikinci gününün duası – İmsak və iftar vaxtı
- 23.03.2023 21:22 | Dünyada dəqiq elmlər üzrə ən çox istinad edilən alimlərimiz – Siyahı
- 23.03.2023 21:11 | “Uğurlu seriyanı davam etdirmək istəyirik” – De Byazi
- 23.03.2023 20:55 | “Azərbaycan millisinə mütləq qalib gəlməliyik” – Zabitser
- 23.03.2023 20:33 | Leyla Əliyeva Ramazan ayı ilə bağlı paylaşım etdi – Foto
- 23.03.2023 20:28 | Kürdəmirdə 3 otaqlı ev yandı – Video
- 23.03.2023 20:12 | “Azarkeşlər Azərbaycanı məğlub etməyimizi gözləyirlər” – Ranqnik
- 23.03.2023 19:37 | Slovakiya Ukraynaya bu qədər qırıcı verdi
- 23.03.2023 19:11 | Tətildə 30 mindən çox ağac əkildi – Fotolar
- 23.03.2023 18:56 | TBMM Finlandiyanın NATO-ya üzvlüyünü dəstəklədi
- 23.03.2023 18:40 | London küçələrində ilk dəfə Ramazan ayı belə qarşılandı – Fotolar
- 23.03.2023 18:21 | Beş futbolçu Niderland yığmasının düşərgəsini tərk etdi
- 23.03.2023 18:14 | “Səfirimiz Niderland XİN-ə çağırılmayıb”
- 23.03.2023 17:57 | “Paşinyan təcavüzkar ritorikadan imtina etməlidir”
- 23.03.2023 17:44 | Nyu-Yorkda Azərbaycanla FAO arasında meşələrin mühafizəsi müzakirə olundu
- 23.03.2023 17:39 | Azərbaycan XİN-dən Paşinyana cavab
- 23.03.2023 17:31 | Vətən müharibəsi şəhidinin atası vəfat etdi
- 23.03.2023 17:26 | Bayramda milyonlar qazanacaq türkiyəli məşhurların – Adları
- 23.03.2023 17:17 | Sabirabadda növbəti ting paylama aksiyası keçirildi
- 23.03.2023 16:46 | “Ermənistan regionda əhalisinin 99%-i bir etno-konfessional qrupdan ibarət yeganə dövlətdir”
- 23.03.2023 16:20 | Ronaldo müsəlmanları təbrik etdi – Foto
- 23.03.2023 16:16 | “Moskva Rusiya-İran-Azərbaycan formatında görüşün mümkün olacağına ümid edir”
- 23.03.2023 15:51 | Azərbaycan Pakistanı təbrik etdi
- 23.03.2023 15:34 | Qurban Qurbanov “Qalatasaray”la oyundan öncə mətbuat konfransı keçirəcək
- 23.03.2023 15:16 | “Rusiyanın Baxmutda gücü tükənir”
- 23.03.2023 14:47 | AÇ-2024-ün seçmə mərhələsi başlayır
- 23.03.2023 14:36 | Elçin Əlibəyli qardaşının ölümündən danışdı
- 23.03.2023 14:25 | UNEC və ADU dünyanın ən yaxşı universitetləri arasında
- 23.03.2023 14:15 | “Qarabağ” – “Qalatasaray” oyununu “Haber Global” yayımlayacaq
- 23.03.2023 13:36 | Oqtay Əliyev dəfn olundu – Fotolar+Yenilənib
- 23.03.2023 13:32 | İspaniyanın Baş naziri Çinə gedəcək
- 23.03.2023 13:13 | İranda yaşayan soydaşlarımız aksiyalar keçirir
- 23.03.2023 12:50 | Vida mərasimində Dilarə Əliyevanın halı pisləşdi – Fotolar+Video
- 23.03.2023 12:28 | 101 metrdən qol vurdu – Video
- 23.03.2023 12:25 | Sabahın havası açıqlandı
- 23.03.2023 12:03 | “Azəriqaz” İB-nin “Başdan ayağa” aksiyası davam edir – Video
- 23.03.2023 11:48 | Xanım boksçumuz dünya çempionatının yarımfinalında
Вагиф Самедоглы
Родился 5 июня 1939 года в Баку в семье народного поэта Азербайджана, Самеда Вургуна.
Сценарист, поэт, драматург.
Настоящая фамилия – Векилов.
Окончил музыкальную школу имени Бюльбюля, затем Азербайджанскую государственную консерваторию имени У. Гаджибекова.
В начале 1960-х г.г. выходит его первый литературный сборник. Успешные сборники стихов выходят 1990-е годы.
Заслуженный деятель искусств Азербайджана.
Ушёл из жизни 28 января 2015 года.
призы и награды
Лауреат премии “Хумай”.
Ордена “Честь” (“Шараф”), “Слава” (“Шохрет”) за активное участие в культурной и общественно-политической жизни Азербайджана.
Орден “Независимость”, 2014
последнее обновление информации: 09.03.17
дополнительная информация >>
Если Вы располагаете дополнительной информацией, то, пожалуйста, напишите письмо по этому адресу или оставьте сообщение для администрации сайта в гостевой книге.
Будем очень признательны за помощь.
Vaqif Səmədoğlu şeirləri
1️⃣ Deyərmi şeiri
Quşlar bağça-bağa girməzdən qabaq,
Bağbana elçilər heç göndərərmi?
Bənövşələr dağda boyun bükəndə,
Dumana elçilər heç göndərərmi?
Göy çəmənə yağış yağanda səhər,
Otlara, güllərə yağım deyərmi?
Ay işığı al yanağa düşəndə,
Qara gözlərinə baxım deyərmi?
Qışı əridəndə hər yanda günəş,
Gəlim, ya gəlməyim soruşmaz bahar.
Çiçək nəfəsiylə, körpə səsiylə
Gülüm, ya gülməyim soruşmaz bahar…
2️⃣ Nələr yaratmadı kişi şeiri
Nələr yaratmadı kişi
qadından ötrü ?
Xalqlar,dillər,
qəbilələr, ölkələr.
Sərhədlər çəkib,
müharibəni qoydu
onların keşiyində.
Bu bir qadın uğrunda
gedən savaşda
udduğumuz
bir şeir,bir musiqi oldu…
Bir şeir yaz mənim yerimə
gün işığı.
Qafiyəm ol,
uşaq təbəssümü.
Bir nəhəng
sevincə dön, keçmişim,
sən də
bir nağıl danış o keçmişdən,
gələcəyim…
4️⃣ Mən sənin yuxularına şeiri
Mən sənin yuxularına
uzaq, lap uzaq
ya tropik, ya buz bağlamış
torpaqlarda girmək istəyirəm.
Mən səhər tezdən,
saat təxminən dörddə
girmək istəyirəm yuxuna.
Taiti adalarından
balıqçı qayıqları
okeana çıxan vaxt.
Ora vaxtıyla, duman içində…
5️⃣
Bakıya duman gəlib,
Deyəsən, yaman gəlib,
heç kəsə demə…
Bu dumana qapımdan,
çıxan kimi azmışam
yenə şeir yazmışam,
heç kəsə demə…
Daş evlər arasında
neyləyər duman mənə?
Gülüm, diriyəm yenə,
heç kəsə demə…
Bir axşam taksidən düşüb payıza
Bilmədik haraya, hayana gedək
Bahar həsrətiylə payız axşamı
Yenə həzin-həzin titrədi ürək
Yağışın əlindən qaçıb bir küncə
Dayandıq üzümüz dənizə sarı
Yenə tapılmadı payız gəlincə
O uzaq günlərin itmiş açarı…
7️⃣ Kölgə qadın şeiri
Salam
qaranlıqda rastlaşdığım,
ədalarından çaşdığım
qadın,
İri,
zövqsüz saatın
gündüzlər kölgə saldığı yerdə
dayanmışdım.
Kölgə qadın.
kölgə insan,
Yadındamı?
Yadındamı əlini sıxdığım o gecənin adı?
Sarılma həvəsi,
taksi,
konyak qoxuyan insan nəfəsi.
8️⃣Azadlıq həsrəti var şeiri
Azadlıq həsrəti var
Yenə titrək səsində.
Neçə quş dustaq qalıb
Köksünün qəfəsində,
Burda yurd salma, gülüm,
Bura vətən yeridir.
Üfüqə gedənlərin,
Gözdən itən yeridir.
9️⃣
Bu payız da başlandı,
Bu yağış da…
Ölülərim,
Dirilərim dolanır içimdə,
Xatirələr səyriyir gecəmdə,
Təkliyimi minib at tək
Yanır
sönür
ötür ömrüm…
Ekspreslər dayanmayan
Kiçik stansiyalar tək
Comments are closed, but trackbacks and pingbacks are open.