Press "Enter" to skip to content

Vaxtın idarə edilməsi – vaxtın idarə edilməsi

Hazırladı: Fidan Aslanova

VAXTIN DÜZGÜN İDARƏ EDİLMƏSİ

Qərarsızlıq, nə istədiyini bilməmək, internet asılılığı, sosial şəbəkə asılılığı, məsuliyyətsizlik, tənbəllik, ərincəklik, düşünməyə vaxt ayırmamaq, televizora bağlılıq… Bu və bu kimi bir sıra şeylər, vaxtı düzgün idarə edə bilməməyimizə səbəb olur. Çox deyilən bir sözdür: Zaman, həyatdır. Bəli, deməli, zamanı düzgün idarə edə bilməmək, həyatımızı düzgün idarə edə bilməməkdir ki, bu da ən böyük itkidir. Bəs yaxşı ,vaxtı düzgün idarə edə bilmək üçün nə etmək lazımdır? Bu yolda atılacaq ilk addım, bunu nə üçün etməli olduğumuzu dərk etməkdir. Bayaq da qeyd etdiyim kimi vaxtla bağlı uğursuzluq, həyatla bağlı uğursuzluqdur. Vaxtı düzgün idarə etmək, onun, məqsədlər, məsuliyyətlər, zövqlər və xobbilər arasında balanslı bir şəkildə paylaşdırılaraq özəl həyat, ailə həyatı, iş həyatı, sosial həyat ilə bağlı fəaliyyətlərin təsirli və məhsuldar bir şəkildə planlanması və gerçəkləşdirilməsi deməkdir.

Vaxtı düzgün idarə edə bilmək üçün gündəlik tutmaq çox işimizə yarayacaq. Gündəlik tutmaq və plan qurmaq. Planlı olmamaq günün axarına qapılıb getməyimizə və günü itirməyimizə səbəb olur. Səhərlər, günə başlamazdan əvvəl gündəliyimizə həmin gün edəcəklərimizi, hansı saatlarda və nə qədər nə ilə məşğul olacağımızı qeyd etmək əla fikirdir. Bunları sözsüz ki, beynimizdə də planlaşdıra bilərik. Amma bunların göz qabağında olması, nizamlılıqdır, beyin üçün rahatlıqdır. Qeyd etdiyiniz işləri gördükdən sonra qeyd edilənin üstündən “yerinə yetirildi “ deyə xətt çəkməyin zövqünü mütləq dadmalısınız. Amma çalışın, planınıza sadiq qalın. Davamlı olaraq plan qurub buna əməl etməmək, psixoloji olaraq insana pis təsir edir. “Özümə sadiq deyiləm”, “Özümə verdiyim sözləri tutmuram”, “Tənbələm” və s. bu kimi fikirlərlə depressiyaya kimi belə sürüklənə bilərsiniz. İradəmiz xaricində olan şeylər səbəbilə planın pozulması problem deyil, qaldığımız yerdən davam edə bilərik. Lakin bilərək yayınmaq mənfidir. “Yox” deməyi bacarmaq, vaxtın düzgün idarə edilməsi məsələsində çox önəmlidir. “Yox” demək deyəndə, bir çox insan, sadəcə kiməsə yox deməyin nəzərdə tutulduğunu düşünür. Halbuki, bu ən çox fəaliyyətlərə “yox” demək mənasındadır. Hansı ki, bu fəaliyyətlər lazımsızdır. Fikirləşərək yaşayın. Bir şeyi etməzdən öncə, özünüzə sual verin: “ Mən bunu niyə edirəm?”, “Bunun mənə gətirəcəyi faydalar nələrdir?”, “Bunları etməklə həyatım hansı vəziyyətdədir?”, “Nələri etməklə nələr qazanıb, nələr itirə bilərəm?” Mütləq bu suallarla yaşayın. Zaman keçdikdən sonra peşman olmayın. Əlbəttə, gündəlik tutmaq və plan qurmaq üçün də edəcəklərimizi bilmək lazımdır. Zaman, etmək istədiklərimiz və etmək məcburiyyətində olduğumuz fəaliyyətləri özündə birləşdirir.

Ortalama olaraq bir insanın vaxtını nəyə xərclədiyinə baxaq:

Yatmaq, yemək, şəxsi təmizlik, TV, internet, təhsil, iş yerimizdəki işimiz və s. bu kimi.

Qalan vaxtda nələrə zaman ayrıla biləcəyinə baxaq:

İdman, kitab oxumaq, mədəni fəaliyyətlər (kino, teatr, konsert, bu sahədə hansısa bir fəaliyyət və s. bu kimi) , ailənizə ayrılan zaman, dostlara ayrılan zaman, fərdi inkişaf, xobbiləriniz, dincəlmə, istirahət, musiqi, səyahət etmək və s. bu kimi..

Həyatınızın fərqində ol un və onun ehtiva etdiyi bütün fəaliyyətlərinizi müəyyən edib gündəliyə yazın. Qeyd etdiyim kimi, ola bilsin ki, çoxumuz bu fəaliyyətlərdən xəbərdarıq amma bunların göz önündə olması daha effektivdir.

Yatmaq vaxtımızı almasın! Özünüzü tanıyın və neçə saatlıq bir yuxunun sizə kifayət etdiyini öyrənin. Vaxt itirməmək üçün nə çox yatın, nə də vaxt qazanmaq üçün az yatın. Hər gün eyni saatda yatıb eyni saatda oyanmağa alışdırın, özünüzü. Bir müddət sonra bədən buna alışacaq. Bu həm sağlamlığınız, həm də rahat oyana bilməyiniz üçün çox faydalıdır. Yatmaq insan orqanizmi üçün çox önəmlidir. Fiziki, psixoloji və mənəvi sağlamlıqda rolu böyükdür. Yatmaq üçün mütləq vaxt ayırın!

Saata bağlı olun. Onu gözdən kənara qoymaq, vaxtı gözdən kənar qoymaq deməkdir ki, bu da yenə də günün axarına qapılıb getməyimizə səbəb olur. Fasiləyə əhəmiyyət verin! Planlı yaşamağın sıxıcı olacağını düşünməyin. Bəzən plansızlığı seçə bilərsiniz. Bəzi hallarda planı pozmaq məcburiyyətində də qala bilərsiniz. Amma planlı yaşamağın həyatınızın ana xətti olmaqdan çıxmasına icazə verməyərək.

Etdiyiniz hər bir şeyi niyə etdiyinizi fikirləşin. Hansı işlərinizin daha önəmli olduğunu müəyyən edin. Çətin olan işləri əvvəlcə edin. Təxirə salmaq xəstəliyindən bir dəfəlik xilas olun. Tələsməyin, səbrli olun, eyni vaxtda bir neçə şeylə məşğul olmayın, vaxt ayıraraq məşğul olun. Saat 4-də beyninizi, saat 5-ə təyin etdiyiniz iş haqqında düşünməklə məşğul etməyin, hər şeyə, vaxtı gələndə diqqətinizi verin. Gərəksiz olan hər şeyi həyatınızdan çıxarın. Bəzi işlərinizi uyğun vaxtlarda aradan çıxarmağı bacarın. Məsələn, kitab oxumağa vaxtınız yoxdur? Avtobusda, metroda, avtomobilinizlə tıxacda olanda və ya hansısa bir gözləmələr zamanı bunu yaxşı mənada aradan çıxara bilərsiniz. Həyatınız, günün sonunu gətirə bilməyə çalışmaqla keçməsin! Etmək istədiyiniz şeylərə vaxt ayırın!

Önəmli olan həyatımızın fərqində olmaq, onu düzgün idarə etməli olduğumuzun fərqində olmaqdır. Bu, bizi, vaxtı idarə etmək işində üsullar tətbiq etməyə yönəldəcək, onsuz da. Həyatdan nə qədər zövq aldığınız, zamanınızı necə idarə etdiyinizlə birbaşa bağlıdır. Bəlkə də xoşbəxt olmamağımızın yeganə səbəbi budur: “Vaxtı düzgün idarə edə bilməmək!” Elə günü bu gündən vaxtınızı düzgün idarə etməklə məşğul olmağa başlayın və bununla da həyatınıza müsbət dəyişiklikləri dəvət edin!

Unutmayın! Vaxtınızı düzgün idarə etməklə, həyatınızın idarəsini öz öhdənizə götürmüş olursunuz! Əks halda isə, sizi və həyatınızı, siz yox, başqaları və başqa şeylər idarə edir. Gözünüzü açıb, bunu görməyi bacarın.

Hazırladı: Fidan Aslanova

Vaxtın idarə edilməsi – vaxtın idarə edilməsi

Çoxları sürətli və xaotik bir ritm yaşayır. Bu həyat tərzi nəticəsində yorğunluq və apatiya meydana gəlir. Bir nevroz qurbanı olmamaq üçün zamanın idarə edilməsini və ya vaxtının idarə edilməsini necə öyrənmək vacibdir.

Vaxtın idarə edilməsi əsasları

  1. Motivasiya . Bu maddə olmadan heç bir şey etmək çətindir. Heç bir öz-özünə təşviq olmadıqda, bütün sonrakı metodlar faydasız olacaqdır. O və ya digər çətinlikləri aradan qaldırmaq istədiyi üçün bunu etmək lazımdır. Bunu etmək üçün xəyalları təyin etməli və məqsədləri təyin etməlisiniz. Bu vəzifə başa çatdıqdan sonra daxili yanğın çıxacaq.
  2. Planlaşdırma . Zamanın idarə edilməsi bu üsul ən vacibdir. Ən məhsuldarlığa nail olmaq üçün hər gün planlaşdırmaq vacibdir. Əvvəlcə beş il, sonra bir il, altı ay, üç ay, bir ay, bir həftə və bir gün üçün məqsədlərinizi planlaşdırmalısınız. Vəzifələri aradan qaldırmaqla, şəxs daha yaxşı hiss edəcək və əsas məqsədə nail olmaq üçün bir addım daha yaxınlaşdığını başa düşür.
  3. Zamanın yeyənləri . Bir çox insanlar poçt, xəbərlər, sosial mesajlar baxaraq, çox vaxt sərf edirlər. şəbəkələr və s. Bu vərdişlərdən qurtulmaq üçün xüsusi bir təsdiqi yazmaq və onu ən çox görünən yerlərdən birinə yerləşdirmək lazımdır. O daim yandırıcıları sizə xatırlatdıracaq. Onlar üçün müəyyən bir vaxt ayıra bilərsiniz.
  4. Kompleks problemlərin həlli . Faktiki olaraq bütün insanlar zaman zaman istəmədikləri işlə məşğul olmalıdırlar. Ən çətin şeylər çox səhərdən etibarən edilməlidir ki, onlar bütün günləri xatırlatmırlar və emosional gərginlik yaratmırlar. Vəzifə çox çətin olsa, onu parçalamaq və istirahət etmək üçün vaxt vermək lazımdır.
  5. Gündüzlər . Dincinizi əsla laqeyd yanaşmayın. Bu faktor effektiv vaxt idarə olunması üçün çox vacibdir. Bir adam ayaqlarını yorğunluqdan qurtarsa, keyfiyyətcə bir şey edə bilmədi. Sağ istirahət, bir elementdə ifadə olunan eyni zamanda idarə olunur .

Zamanın əsas idarə vasitələrini tətbiq edən bir şəxs həyatın hər anından zövq alaraq həyatlarını effektiv idarə etmək üçün necə öyrənə biləcəkdir. Ən vacibi isə, yaradılmış plana görə mütəmadi olaraq hərəkət etmək üçün özünüzü hazırlamaqdır. Sonra həyat parlaq rənglər qazanacaq, harmoniya ilə dolacaq və daha çox maraqlı olacaq!

Related Articles

Aydınlanma bir mif və ya həqiqətdir?

Psixologiya və münasibətlər

Time management: vaxtın idarə edilməsinin sadə yolları

Çoxumuzun yaşadığı ritmi sakit və düzgün adlandırmaq olmaz. Vaxt çatışmazlığı və ağır iş kimi sınaqların öhdəsindən hər kəs gələ bilmir. Emosional gərginlik məhsuldarlığı aşağı salır, tez yorulmaya və apatiyaya gətirib çıxarır. Buna görə də, stress və ya xroniki yorğunluğun qurbanı olmamaq üçün, vaxtın idarə edilməsi və ya time management ilə məşğul olaq.

Bütün uğurlu insanlar bunu edir

Bütün uğurlu insanlar çox məhsuldardırlar. Onlar çox işləyirlər və bir çox işi çatdırırlar, bu isə eyni şey deyil. Məhsuldarlıq dedikdə, ilk növbədə, proses deyil nəticə nəzərdə tutulur. Məhsuldarlığınızı artırmaq niyyətindəsinizsə, bunu mütləq şəkildə edin. İnsanlar məhsuldarlığını artırmağa qərar vermədikləri üçün vaxtlarını boşa sərf edirlər.

Planlaşdırma vaxt qazandırır

Həyatlarında uğur əldə edənlər planlaşdırmaya çox vaxt ayırırlar. Gündəlik planlaşdırma məhsuldarlığı artırmaq və vaxtın səmərəli idarəedilməsi üçün çox önəmlidir.

Planlaşdırma və düşüncə həmişə kağız üzərində olmalıdır. Məqsədlər kağız üzərində deyilsə, o zaman onlar mövcud deyil. Vəzifələrin siyahısı sanki nəzərdə tutulan məqsədə çatmaq üçün yolunuzu itirməyə imkan verməyən bir xəritədir.

Ən əsası vacib olanı müəyyən etməkdir

Time management-in vəzifəsi əsas işi vaxtında müəyyən etməkdən ibarətdir. Prioritetlərin müəyyən edilməsi planlaşdırılan işlərin siyahısını effektiv şəkildə idarə etməyə və hər bir məsələni vaciblik dərəcəsinə görə müəyyən etməyə imkan verir. Vacib məsələni müəyyən etdikdən sonra, o yerinə yetirildikdə və ya yetirilmədikdə qarşılaşacağınız nəticələri qiymətləndirin. Vacib məsələ vaxtında yerinə yetirilmədikdə ciddi nəticələrə səbəb olur.

Məcburi effektivlik qanunu

Vaxtın idarə olunmasının əsas sirri konsentrasiya və məqsədəuyğunluqdur. Ən vacib məsələlərin həllindən başlayın və hər şeyi ardıcıl olaraq edin, yəni müəyyən vaxt ərzində bir məsələnin həlli ilə məşğul olun. Bir işi yarıda qoyaraq və ona təkrar-təkrar qayıdaraq, effektivliyinizi 5 dəfə azaldırsınız.

“Qurbağanı yemək” nə deməkdir?

Uğurlu biznes-konsultant Brayan Treysi qurbağanı gün ərzində etməli olduğunuz ən xoşagəlməz və vacib iş ilə müqayisə edir. Onu sonraya saxlayaraq, lazımsız emosional gərginlik və istənməyən nəticələr yaradırsınız. Çox tərəddüd etmədən və gecikmədən hərəkət etmək lazımdır – sadəcə götürün və edin. Bu sizə gün ərzində gümrahlıq bəxş edəcək.

“Yox” sözü vaxta qənaət edir

Vaxtınızı təşkil etmək üçün ən vacib söz nəzakətli “yox”-dur. Seçdiyiniz prioritetlər arasında olmayan işlərdən imtina etməyi və onlara “yox” deməyi öyrənin. Nəzakətli olun və elə imtina edin ki, insan ondan deyil, onun işindən imtina etdiyinizi başa düşsün.

Zibil vedrəsi nəyə qadirdir?

Yaxşı nəticə göstərən insanlar təmiz stol arxasında işləyirlər. Məhsuldar olmayan və işini planlaşdıra bilmyən insanların stolunun üstundə xaos olur. Sənədləri vaxtında seçmək, lazımsız olanları tullamaq və təmiz stol arxasında işləməyi vərdişə çevirin. İş vaxtının 30%-i lazımi kağızın axtarışlarına sərf olunur.

Balans prinsipi

Getdikcə artan iş həcmini görəndə panikaya düşməməyin ən sadə yolu dərindən nəfəs alıb “Mən yalnız bacardığımı edə bilərəm” deyib, sakitcə siyahı tərtib etməyə başlamaqdır. Qarşınızdakı işləri gördükdə anlayacaqsınız ki, vacib məsələri həll etməyə vaxtınız çatacaq. Həyatınızda balansın olduğundan əmin olun.

Comments are closed, but trackbacks and pingbacks are open.