Press "Enter" to skip to content

Viktor hüqo səfillər

Yolçu başını aşağı saldı və çantasını götürüb çıxdı. Qəmgin və yorğun bir halda yola düzəldi. Bu zaman o, arxaya baxsaydı, mehmanxana sahibinin yoldan keçənlərə hərarətlə nəsə dediyini, barmağı ilə onu göstərdiyini görərdi.

Виктор Мари Гюго
Səfillər

Dünya ədəbiyyatından seçmələr
Dünya ədəbiyyatında çox nadir əsərlər vardır ki, “Səfillər”dəki kimi zəngin obrazlar qalereyasına sahib olsun, oxucunu təsirli, düşündürücü hadisələr burulğanına salsın. Bu kitabı oxuduqca siz də bu yazdıqlarımızla razılaşacaqsınız.

1815-ci ilin oktyabrında axşamüstü Din şəhərinin küçələri ilə qərib bir yolçu addımlayırdı. Hamı ona təşvişlə baxırdı. Ortaboylu, enlikürək, qüvvətli bir adam idi. Qırx altı-qırx yeddi yaşı olardı. Üzü günəşdən qaralmışdı. Kətan köynəyinin yaxasından gümüş lövbər nişanı asılmışdı. Şalvarının bir dizi yırtılmışdı. Çiynində əsgər çantası, əlində ağac vardı.

Şəhərdə “Kolbas xaçı” adlı kiçik bir mehmanxana vardı. Yolçu oraya yönəldi. Mehmanxana sahibi:

– Nə istəyirsiniz, cənab? – deyə soruşdu.

– Yemək və yatmaq.

– Olar – dedi və əlavə etdi: – Əlbəttə, pulla.

Yolçu köynəyinin cibindən dəri pul kisəsini çıxararaq:

– Pulum var, – dedi.

Yolçu əyləşdi. Mehmanxana sahibi altdan-altdan ona baxırdı. Yolçu arxası ona tərəf oturmuşdu. Sahib qulluqçunu çağırıb qulağına nəsə dedi. Uşaq getdi və tezcə qayıtdı. Mehmanxana sahibi onun gətirdiyi kağızı açıb baxdı və yolçuya yaxınlaşaraq:

– Cənab, – dedi, – siz buranı tərk etməlisiniz.

– Nə üçün? Yoxsa qorxursunuz ki, pul vermərəm?

– Artıq söz lazım deyil. İstəyirsiniz, adınızı deyim? Jan Valjan. Gedin buradan.

Yolçu başını aşağı saldı və çantasını götürüb çıxdı. Qəmgin və yorğun bir halda yola düzəldi. Bu zaman o, arxaya baxsaydı, mehmanxana sahibinin yoldan keçənlərə hərarətlə nəsə dediyini, barmağı ilə onu göstərdiyini görərdi.

Gecə yaxınlaşırdı. Yolçu bağlarla əhatə olunmuş dar küçə ilə gedirdi. O, bərk acmışdı. Uzaqda işıq gələn kiçik bir ev gördü. Yaxınlaşıb pəncərədən içəri baxdı. Otağın ortasında süfrə hazırlanmışdı. Masanın yanında qırx yaşlarında, ağbənizli, gülərüz bir kişi oturmuşdu. Bir uşağı atıb-tuturdu. Yanında oturmuş cavan bir qadın o biri uşağa süd verirdi.

Yolçu yavaşca pəncərəni döydü. Kişi ayağa qalxıb lampanı götürdü və pəncərəyə yaxınlaşdı. Yolçu:

– Bağışlayın, cənab, – dedi. – Mənə bir boşqab şorba və yatmaq üçün otağın bir küncünü verərsinizmi? Pulunu ödəyərəm.

Ev sahibi soruşdu:

– Nə üçün mehmanxanaya getmirsiniz?

– Getmişdim, ancaq məni oraya buraxmadılar.

Ev sahibinin üzündə bir şübhə göründü:

– Yoxsa siz həmin adamsınız?

Ev sahibi arxaya çəkildi, lampanı masanın üstünə qoyub otağın küncündəki qoşalüləni götürdü.

– Allah xatirinə, heç olmasa, bir stəkan su…

– Rədd ol, yoxsa alnına bir güllə sıxaram!

Yolçu pəncərədən uzaqlaşdı.

Yenə tanımadığı küçələrdən keçib-gedirdi. Gəlib kilsənin qarşısındakı meydana çıxdı. Meydanın tinindəki daş skamyada uzandı. Bu zaman kilsədən qoca bir qadın çıxdı. Qaranlıqda skamyada uzanan adamı görüncə xəbər aldı:

– Sizin yatmağa yeriniz yoxdur?

– Yox. Mən bütün qapıları döymüşəm. Hər yerdən qovdular.

Mərhəmətli qadın meydançanın o biri tərəfindəki alçaq evi göstərərək:

– O qapını da döydünüz?

O axşam Din şəhərinin 75 yaşlı yepiskopu cənab Miriel qonaq otağında oturmuşdu. Qulluqçu qadın axşam yeməyinə hazırlıq görürdü. O, dükana gedəndə qorxulu xəbərlər eşitmişdi. Şübhəli bir sərsəri haqqında danışırdılar. Deyirdilər ki, bu gecə hər kəs ayıq olmalı, qapıları içəridən bağlamalıdır. Qulluqçu şəhərdə eşitdiklərini danışırdı:

– Adamlar onu şər qarışanda şəhərdə görüblər. Zahirən quldura bənzəyir. Bizim evin qapısı isə həmişə açıq olur. Monsenyor, – deyə o, yepiskopa müraciət etdi. – Sizin adətinizdir, gecəyarısı da qapını döyən olsa, “buyurun” deyirsiniz. Bəlkə, qapının cəftəsini, heç olmasa, bu gecəliyə bağlayaq.

Bu zaman kim isə qapını bərk döydü. Yepiskop:

İçəriyə bir adam girdi. Bu, gecələmək üçün yer axtaran adam idi. Baxışından sərtlik, cəsarət, kin və yorğunluq yağırdı. Bu adamda nəsə qorxunc bir şey vardı.

Qulluqçu qorxusundan titrədi və yerindəcə donub qaldı. Yepiskop içəri girən adama diqqətlə və sakitcə baxırdı. Yolçu qocaya baxıb uca səslə danışmağa başladı:

– Mənim adım Jan Valjandır. Katorqadan gəlirəm. Orada 19 il qalmışam. Dörd gün əvvəl azad ediblər. Bu gün 12 lyö[1 – Lyö – qədim fransız uzunluq vahidi] yol gəlmişəm. Məni mehmanxanalardan da, evlərdən də qovurlar. Kilsənin qarşısında mərhəmətli bir qadın sizin evinizi göstərib “o qapını döy” dedi. Bura nədir? Karvansaradır? Mənim pulum var.

Yepiskop qulluqçuya dedi:

Viktor hüqo səfillər

Viktor Hüqo – “Səfillər” romanının qısa məzmunu Romanın əsas obrazı olan Jan Valjan bacısının övladı acından ölməsin deyə oğurluq edib həbs olunan gəncdir. 5 il cəza alan Jan bir neçə dəfə həbsxanadan qaçmağa cəhd etdiyinə görə cəzasını 19 il çəkməli olmuşdu. Həbsxanadan çıxıb azadlığa qovuşan Valjan artıq çox fərqli bir insandı. Yenidən həyata tutunmağa çalışsa da, keçmiş məhkum olduğundan cəmiyyət tərəfindən qəbul olunmur. Nə qarnını doydura biləcək çörək, nə də soyuq günlərdə qala biləcək yer tapır. Daha sonra bir yepiskopla qarşılaşan Valjan bir qədər ümidlənir. Yepiskop ona qalmağa yer və yemək verir. Fəqət həbsxanada yaşadıqları və azadlığa çıxandan sonra cəmiyyətin rəftarı onun bütün hiss və duyğularını itirməsinə səbəb olur. Valjan yepiskopun sahib olduğu bütün gümüş və qiymətli əşyaları oğurlayıb qaçır. Lakin bu qədər yüklə yaxalanması uzun sürmür. Qiymətli əşyaları ilə birlikdə yepiskopun hüzuruna gətirilən Jan gözləmədiyi hadisə ilə qarşılaşır. Yepiskop bu əşyaların hədiyyə olduğunu və oğurlanmadığını deyir və Valjanın sərbəst qalmasına yardım edir. Daha sonra yepiskop ona daha iki gümüş şamdan verir və bir tək şey: bütün bu gümüşləri yaxşı insan olmaq yolunda xərcləməyi istəyir. Bu hadisə Jan Valjanın yox olan duyğularını yenidən geri qaytarır. İllər sonra Jan Valjan saxta kimlik sənədi ilə iş həyatına başlayır və uğur qazanır. O artıq zəngindir və qəsəbənin ən sevilən insanlarından biridi. Amma keçmişi onu daim təqib edir. Onun əslində kim olduğundan sadəcə bir polis məmuru Javer şüphələnsə də, əlindən heç bir şey gəlmir. Daha sonra Jan Valjanın həyatına ciddi təsir edə biləcək bir qadın girəcək. Fantina Valjanın fabrikində çalışan və kiçik qızı olan kasıb bir qadındı. Zamanının əxlaq anlayışı atası bəlli olmayan uşaq anasına bir o qədər də müsbət baxmadığından işini itirən bu qadın qızı üçün hər cür fədakarlığa hazırdı. Günlərin birində həbs olunma təhlükəsi ilə qarşılaşan Fantinanı Jan Valjan xilas edir və onu xəstəxanaya yatırır. Lakin Fantina yaşadığı əzablara dözməyərək ölür. Jan Valjandan qızına sahib çıxmasını istəyir. Jan da öz növbəsində ona söz verir. Jan Valjanın həyatı yenidən dəyişimə məruz qalır. Özünə oxşayan və Jan Valjan iddiası ilə günahsız biri həbs olunur. Öz yerinə başqasının tutulmasını vicdanına sığdırmayan Valjan əslində kim olduğunu açıqlamaq qərarına gəlir. Amma Fantinaya verdiyi söz onu bu addımı atmasına mane olur. Onun qızı Kozettanı himayəsinə götürür və yeni həyata başlayır. İllər keçir Kozetta artıq böyümüş və gözəl bir qız olmuşdu. Jan Valjan saxta kimlikli həyatına davam etsə də polis müfəttişi Javer onun izini buraxmır. Bu sırada Kozetta Marius adlı bir gəncə aşiq olur. Amma Javer Valjanın, əslində, kim olduğunu tapır və gənc sevgililər ayrılmaq məcburiyyətində qalırlar. Hadisələrin gedişatı bu cür davam edən anda qiyam baş verir. Kozettanın sevgilisi və polis məmuru Javer qiyamçılar sırasında olurlar. Onlara edam cəzası verilir. Bu sırada Jan Valjan yenidən ortaya çıxır və edam etmə vəzifəsi ona verilir. Lakin Jan polis məmurunun qaçması üçün şərait yaradır. Bu sırada qarşıdurmalar yenidən başlayır və Marius ağır yaralanır. Onun həyatını xilas edən Jan Valjan Mariusu xəstəxanaya aparır. Daha sonra Marius sağalır və Kozetta ilə evlənir. Jan Valjan da bir müddət sonra həyatdan köçür. Bir zamanlar yepiskopun ona verdiyi iki gümüş şamdanı heç vaxt yanından ayırmır və sonda da məzarının başına qoyulur. P.S. Əsərlərin, xüsusən də, bu tip romanların tək qısa məzmununu oxumaqla kifayətlənsəniz, çox şey itirmiş olarsınız. Kitab ilə qısa məzmun müqayisə olunmayacaq dərəcədə fərqlidi. Biz sadəcə sizi kitabı oxumağa yönləndiririk. Qeyd etmədiyim o qədər hadisələr var ki. H.Ü

Комментарии 7
28 янв 2017
Teşekkürler dost. Sen çox yaxşı iş görürsen.
Поделиться 0
28 янв 2017
——-u—— ——u——— ответила M –
sizede tesekkurki diqqet edirsiz.
Поделиться 0
28 янв 2017

Sefiller haqqinda bele bir soz var butun kullu edebiyyat yansada bir Sefiller qalsa demek edebiyyata hecne olmayib

Поделиться 0
28 янв 2017

3 cild 5 hisseden ibaret tercumesini oxumusham . Sonda Jan Valjanin ölumu aglatdi meni chox tesirlidi

Поделиться 0
28 янв 2017
Свободный Дух ответил ГРУ
Biraz reklam var bu sözde
Поделиться 0
28 янв 2017
Eser haqda onu deye bilerem ki , oxuyanlarin yaddaśinda mütleq iz qoyacaq
Поделиться 0
28 янв 2017
——-u—— ——u——— ответила Свободному
Men o cumleyle umumiyyetle razi deyilem
Поделиться 0
Новые комментарии
Для того чтобы оставить комментарий, войдите или зарегистрируйтесь
Сервисы VK
добавлена вчера в 18:30

“İndi onlar qardaşlıq andı içirlər (daha doğrusu, evlənirlər)!” “Molla Nəsrəddin” jurnalının bəhsi keçən dövrdə coğrafiyamızda geniş rast gəlinən və yetkinlik yaşına çatmayan oğlan uşaqlarının istismarına yol açan “oğlancılıq” (pederastiya) adətinin tənqidinə həsr olunmuş 9 may 1910-cu il tarixli nəşrindən.

Səfillər

Dahi Hüqonun ölməz əsəri: “Səfillər”. Başqa bir dahi – Lev Tolstoy onu “fransız ədəbiyyatının ən yaxşı romanı” adlandırmışdı. Bu şah əsər ədibin sahilsiz kədərinin ayrılmaz parçasıdır. Demək olar, bütün dünya dillərinə tərcümə olunaraq müəllifinə əbədi şöhrət qazandırıb. Hamı üçün yazılıb “Səfillər”. O bu gün də qapıları ərklə döyür. Çün-
ki istənilən insana mənəvi zənginlik qazandırmaq qüdrətinə malikdir. Əgər “Səfillər” olmasaydı, dünya ədəbiyyatı həqiqətən də xeyli yoxsul görünərdi.

Oxşar kitablar

Pələng dərisi geymiş cəngavər

Şota Rustaveli

Cild : Yumşaq

Hərb və Sülh (1- ci cild)

Lev Tolstoy

Cild : Yumşaq

Stokda yoxdur

Yalquzaq

Herman Hesse

Cild : Yumşaq

İqlimlər

Andre Morua

Cild : Yumşaq

Başsız atlı

Mayn Rid

Cild : Yumşaq

Cenni Herhardt

Teodor Drayzer

Cild : Yumşaq

Dorian Qreyin portreti

Oskar Uayld

Cild : Qalın

Qafqaz səfəri

Aleksandr Düma

Cild : Yumşaq

Üç yoldaş

Erix Mariya Remark

Cild : Yumşaq

Cek Reymond

Etel Lilian Voyniç

Cild : Yumşaq

Gülən adam

Viktor Hüqo

Cild : Yumşaq

Ürəkbulanma

Jan Pol Sartr

Cild : Yumşaq

Cinayət və cəza

Fyodor Dostoyevski

Cild : Yumşaq

Tufanlı Yoxuşlar

Emili Bronte

Cild : Yumşaq

Ovod

Etel Lilian Voyniç

Cild : Yumşaq

Stokda yoxdur

Tikanlıqda şərqi deyənlər

Kolin Makkalou

Cild : Yumşaq

Ölü evdən qeydlər

Fyodor Dostoyevski

Cild : Yumşaq

Muncuq oyunu

Herman Hesse

Cild : Yumşaq

Spartak

Rafaello Covanyoli

Cild : Yumşaq

Qulaq Arxipelaqı 1918-1956 II cild (3-cü və 4-cü hissələr)

Aleksandr Soljenitsın

Cild : Yumşaq

Tereza Raken

Emil Zolya

Cild : Yumşaq

Stoik

Teodor Drayzer

Cild : Yumşaq

Paris Notr-Dam kilsəsi

Viktor Hüqo

Cild : Yumşaq

Yeniyetmə

Fyodor Dostoyevski

Cild : Yumşaq

Rəylər

@Kh bir cilddir. Hamısı birində.

Kh 4 April 2021

Farid 2 December 2020

Rəy yaz

Ünvan: Bakı, Tbilisi prospekti, 76

Abunə olmaqla hər həftə kitablardan və kitab dünyasında baş verən yeniliklərdən xəbərdar ola bilərsiniz.

Comments are closed, but trackbacks and pingbacks are open.