İnsan və heyvan fiziologiyası II hissə
. Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Səhiyyə sahəsində Azərbaycan Respublikası . ? A) 80 hs B) 90 hs C) 70 hs D) 60 hs E) 50 hs Ədəbiyyat: A.A. . kompleks planı harada təsdiq olunur ? A) Respublika GEM-də B) Səhiyyə Nazirliyində C) Şəhər .
Vliyev sadlinski insan anatomiyasi ve fiziologiyasi
Barcha fanlardan o’zbek tilida referatlar mega to’plami, arxiv mutlaqo bepul.
Yurak qon – tomirlar tizimi anatomiyasi, fiziologiyasi va funksiyalari.
Подробности Автор: AIM EDITOR Родительская категория: Рефераты Категория: Медицина (Рефераты) Опубликовано: 21 Июнь 2017 Просмотров: 14949
3.9545454545455 1 1 1 1 1 1 1 1 1 1 Rating 3.95 (33 Votes)
Yurak qon – tomirlar tizimi anatomiyasi, fiziologiyasi va funksiyalari.
- 1. Qon tomirlar anatomiyasi va fiziologiyasi.
- 2. Katta qon aylanish doirasi haqida ma’lumot.
- 3. Kichik qon aylanish doirasi haqida ma’lumot.
- 4. Yurakning anatomiyasi va fiziologiyasi
Скачать Файл:
Ushbu ma’lumotni yuklab olish uchun ro’yxatdan o’ting. Ma’lumotlar mutlaqo bepul. Чтобы скачать этот файл зарегистрируйтесь или войдите на сайт.
Please register or login to download this file.
İnsan və heyvan fiziologiyası II hissə
Dərslikdə insan və heyvan fiziologiyasının aşağıda adları verilmiş əsas bölmələrinə aid müasir məlumatlar verilmişdir.
Bakalavr pilləsində oxuyan tələbələr üçün biologiyanın əsas bölmələrindən biri hesab edilən «lnsan və heyvan fıziologiyası» üzrə nəzərdə tutulan mühazirə materialları ikicildlik dərslik kimi təqdim edilir. Dərsliyin ikinci hissəsində fiziologiya sahəsində son nailiyyətlər Avropa standartları nəzərə alınmaqla qan, ürək-damar, qan dövranı, tənəffüs, həzm, sidik-ifrazat, maddələr və enerji mübadiləsi, bədən temperaturu və tənzimi, əməyin fiziologiyası, ekoloji fiziologiya, qocalıq və qocalma, ali sinir fəaliyyəti bəhsləri və fizioloji göstərici, termin göstəricisi, müəllif arayışı, kafedranın tanınmış alimləri, terminlər lüğəti, testlər verilmişdir.
Dərsliyin əsas üstün cəhəti odur ki, ayrı-ayrı fəsillərdə orqanizmin orqan və toxumalarının fəaliyyət mexanizminin Avropa təhsil standartlarına uyğun şəkildə izah edilməsi və əvvəlki dərsliklərdən fərqli olaraq burada hüceyrə fiziologiyası (birinci kitabda), əmək və ekoloji fiziologiya, qocalma və qocalıq, bioloji qocalma haqqında ilk dəfə məlumat verilməsidir.
Proqrama uyğun yazılmış dərslik dövlət universitetlərinin bakalavr pilləsində təhsil alan tələbələri, eləcə də fizioloq magistrantlar, nəzəri və təcrübi biologiyanın müxtəlif sahələrində çalışan bioloqlar üçün faydalı ola bilər.
Aşağıdakı düyməyə vuraraq resursu yükləyə bilərsiniz.
AZƏrbaycan respublikasi təHSİl naziRLİYİ
Uşaq anatomiyası (yunanca anatenmo-yarıram deməkdir) uşaq orqanizminin və onun ayrı-ayrı orqanlarının, toxumalarının, hüuceyrələrinin quruluşunu və formasını öyrənir.
Uşaq fiziologiyası (fiziologiya phisis-təbiət, loqos –elm sözlərindən götürülmüşdür) ontogenezin müxtəlif dövrlərində orqanların, orqanlar sistemi və orqanizmdə böyümə və inkişaf zamanı gedən həyatı prosesləri – funksiyaları, bu funksiyaların yaş dövrlərində özünəməxsusluğunu öyrənir.
Gigiyena (yunanca gigienos-sağlam) insanın sağlamldığını qorumaq və möhkəmlətmək üçün əlverişli şərait yaratmaq, onun əməyini və istirahətini düzgün təşkil etmək, xəstəliklərin qarşısını qabaqcadan almaq üçün profilaktik tədbirlər görmək haqqında elmdir. Hər bir uşağın müxtəlif yaş dövrü özünün xüsusiyyətlərinə malikdir. Mövcud olan gigiyena normaları və təklifləri uşağın dünyaya gəlməsi anından onun gigiyenik baxımdan tərbiyələndirilməsinə kömək edir. Buna uyğun olaraq uşaq gigiyenasının tədqiqat obyekti uşaq və yeniyetmə yaşlarının xüsusiyyətləri, sağlamlığı və xəstəliklərin profilaktikası, sinir sisteminin və ayrı-ayrı orqanların (görmə, tənəffüs, həzm və s.) gigiyenası, fiziki tərbiyə, sümük-əzələ sisteminin möhkəmləndirilməsi, düzgün qamətin tərbiyələndirilməsi, orqanizmin möhkəmləndirilməsi, qidalanmanın gigiyenik əsasları, valideynlərin sanitar savadının möhkəmləndirilməsindən ibarətdir.
Hazırda insan anatomiyası və fiziologiyası elmlərində çoxlu faktiki mə’lumatlar toplanıb və bunların hər biri ayrıca fənn kimi tibb tədris müəssisələrində tədris olunur. Tədricən bu fənlərin qolları differensiyallaşmağa başladı ki, bunlardan biri də uşaq anatomiyası və yaş fiziologiyası elmidir. Bu elmin qarşısına qoyduğu vəzifə uşaq orqanizminin həyat fəaliyyətinin qanunauyğunluqlarını öyrənmək və onu idarə etməkdən ibarətdir. Uşaq anatomiyası və fiziologiyası elminin predmeti böyüməkdə olan sağlam orqanizmin özü və ondakı ayrı-ayrı fizioloci proseslərdir.
Mə’lumdur ki, orqanizmin ümumi quruluş və funksiyasını, onun orqanları, toxumaları və hüceyrələrinin quruluşunu bilmədən öyrənmək mümkün deyil. Ona görə də uşaq anatomiyası və fiziologiyası elmi makroskopik və mikroskopik anatomiya, embriologiya, histologiya, sitologiya, biokimya və s. elmlərlə üzvi surətdə əlaqədardır.
Canlılarda gedən həyati proseslər tarixi inkişafda dəyişilmiş və mürəkkəbləşmişdir. Hər bir orqanizmin quruluş və fizioloci proseslərini öyrənmək üçün həmin orqanizmin tarixi inkişafını – filogenezini də bilmək vacibdir. Uşaq anatomiyası və fiziologiyasını öyrənərkən təkamül tə’liminin elementlərindən (prinsiplərindən) geniş istifadə olunur ki, bu da onun müqayisəli anatomiya və təkamül fiziologiyası ilə əlaqəsini göstərir. Uşaq anatomiyası və fiziologiyası elmi bütün bioloji və tibbi elmlərlə yanaşı pedoqogika, psixologiya, fiziki tərbiyə (bədən tərbiyəsi) elmləri ilə də çox sıx əlaqədardır.
Uşaq anatomiyası və fiziologiyası elmi öncə pedoqoji əhəmiyyət daşıyır. Bu predmetin öyrənilməsi müəllimlərə imkan verir ki, inkişaf etməkdə olan uşaqları müxtəlif yaş dövrlərində düzgün istiqamətləndirsin, fiziki cəhətcə sağlam böyüməsinə şərait yaratsın. Bu elm şagirdlərdə tə’lim-tərbiyə işinin normal fizioloci-gigiyenik əsasda aparılmasına, fiziki tərbiyə və istirahətin düzgün recimlə qurulmasına köməklik edir. Uşaq anatomiyası və fiziologiyası elmi pedaqogika və psixologiya elmlərilə birlikdə müəllimlərdə yeni dünya görüşünün formalaşmasına, məktəblilərin tə’lim tərbiyəsinin elmi əsaslarla qurulmasına gətirib çıxarır, pedoqoci təhsil sistemində təbiət elmlərinin əsas ünsürlərindən birinə çevirilir.
Ona görə də hər bir pedaqoq – ibtidai sinif müəllimi uşaq orqanizminin quruluşu, onda gedən ayrı-ayrı fizioloci proseslər haqqında elementar biliyə malik olmalıdır. Təsadüfü deyil ki, bu predmetə dünyanın bir çox görkəmli pedaqoqları, psixoloqları, həkim və bioloqları xüsusi əhəmiyyət vermişlər və verirlər. N.K.Krupskaya yazırdı: “Pedaqoq hər şeydən əvvəl nəyi bilməlidir – insan orqanizminin quruluşu və funksiyasını, onun anatomiyasını, fiziologiyasını və inkişafını. Bunları bilməyən yaxşı pedaqoq olmaz, uşaqları düzgün böyüdüb tərbiyə edə bilməz”.
Beləliklə uşaq orqanizminin anatomiyasını, fiziologiyasını və gigiyenasını lazımi səviyyədə bilən tərbiyəçi – pedaqoqlar onların zehni və fiziki qabiliyyətlərini sağlam və yaxşı inkişaf etdirə bilər.
Uşaq ANATOMİYASI, FİZİOLOGİYASI və gigiyenası ELMİNİN İNKİŞAF TARİXİ
İnsan orqanizminin quruluşu və onda gedən proseslər haqqında ilkin mə”lumatlar bizim eradan əvvəl yaşayıb yaratmış, təbabətin atası sayılan Hippokratın (b.e.ə. 384-322-ci illər) əsərlərində rast gəlinir. Kəllə sümükləri, arteriyalar, vətərlər və sinirlər haqqında mə’lumat verməklə o bildirirdi ki, arteriyaların içərisində hava olur, cinsi hüceyrələr beyində hazırlanır və onurğa beyni vasitəsilə cinsiyyət orqanlarına keçir və s.
Yunanıstanın digər məhşur alimi Aristotel ürəyin quruluşu, onun damarlarla əlaqəsi, sümüyü qidalandıran damarlar, yuxarı və aşağı boş venalar, sinirlər və vətərlər haqqında öz dövrü üçün müfəssəl mə’lumatlar vermişdir. O, ürəkdən çıxan iri aorta damarının vahidliyini, kiçik damarları isə onun şaxələri olduğunu göstərirdi. Sonralar İsgəndəriyyə şəhərinin anatomları Herofil (b.e.ə. 304 anadan olmuşdur) və Erazistrat (b.e.ə.300-250-ci illər) bu elmin inkişafına xeyli yardımçı olmuşlar. Herofil onikibarmaq bağırsağı və prostat vəzisini ilk dəfə tapmış, baş beyin və onurğa beyin qişalarını, venoz cibləri, hissi və hərəki sinirləri, duyğu orqanlarını və damar sistemini, Erazistrat isə ürək qapaqlarını ilk dəfə tapmış, beyində mədəciklərin, sinirlə beyin arasındakı əlaqəni, beyin səthində çoxlu qırışların olmasını təsvir etmişdir.
Bizim eranın II əsrində yaşamış italyan alimi G.Qalen (130-201-ci illər) anatomiya kurslarından mühazirə oxumuş, heyvan meyidlərini yarıb göstərmiş, sümüklərin formasını, inkişafını, daxili quruluşunu, onurğa beyin sinirlərini nahiyyələrə görə təsvirini vermişdir. O, arteriyalarda hava yox (Hipokratdan fərqli olaraq) qan olduğunu sübut etmişdir. Orta əsrlərdə yaşamış böyük tacik alimi, həkimi və mütəfəkkiri Əli İbn Sinanın (980-1037-ci illər) yazdığı “Təbabət qanunu” adlı ensiklopedik əsərində təbabətin digər sahələrində olduğu kimi tibbin nəzəri əsası olan anatomiya haqqında da geniş mə’lumatlar vermişdir. XV-XVI əsrlərdə yaşamış italyan rəssamı və alimi Leonardo da Vinçi , Belçika alimi Andrey Vezalinin də anatomiya və fiziologiyanın inkişafında xidmətləri çox olmuşdur. Leonardo da Vinçi plastik anatomiyanın əsasını qoymuş, ürək arakəsmələrini kəşf etmiş gözün və bə”zi daxili orqanların quruluşunu vermiş, A.Vazeli isə ilk dəfə olaraq insanın bədən quruluşunu sistematik olaraq öyrənərək “İnsanın bədəninin quruluşu haqqında yeddi kitab” əsərini yazmışdır.
Ərəb alimi İbn-əl Nafiz XII əsrdə kiçik qan dövranını, Bartolomeo Yevstaxi (1520-1574) orta və daxili qulağı öyrənmiş, Fallopi uşaqlıq borusunu, yumurtalığı, Varolis isə beyin körpüsünü təsvir etmişdir.
XVII əsrdə ingilis alimi Harvey (1578-1657) böyük qan dövranını kəşf etmiş, italyan alimi Azello (1581-1626) limfa sistemini öyrənmiş, Malpiki (1628-1694) kapilyar və böyrək kapsullarını kəşf etmişdir.
XVII əsrdə fransız alimi Bişa (1771-1802) toxumaların elmi təsnifatını, orqanizmin toxumalardan əmələ gəlməsini, XIX əsrdə isə alman alimləri Şvan və Şleyden orqanizmin hüceyrələrdən təşkil olunmasını (hüceyrə nəzəriyyəsini) kəşf etdilər. Rusiyada anatomiya və fiziologiya elminin inkişafında A.İ.Şumlyanski, P.A.Zaqorski, P.V.Buyalski, N.İ.Piraqov, P.F.Lesqaft, V.T.Vorobyov, İ.P.Pavlov, İ.M.Seçenov, V.V.Parin, A.A.Uxtomski, P.K.Anoxin və s. Azərbaycanda isə M.Topçubaşov, M. Mirqasımov, Ə.Əliyev, K.Balakişiyev, Ə.Qarayev, Q.Qəhrəmanov və B.Şadlinski kimi alimlərin rolu çox böyük olmuşdur.
K.Balakişiyev ana dilində müfəssəl tibbi və anatomik terminlərin ilk yaradıcısı, unikal anatomiya muzeyinin təşkiledicisi, «İnsanın normal anatomiyası» adlı 4 cildlik oricinal dərsliyin müəllifi, həmçinin böyük pedaqoq və görkəmli alim kimi tanınır. O, 50-yə qədər iri həcmli dərslik, dərs vəsaiti, elmi məqalə çap etdirmişdir.
Azərbaycanda fiziologiya elminin inkişafında akademik A.İ.Qarayevin xidmətləri böyükdür. A.Qarayevin əsas elmi tədqiqat işləri müxtəlif daxili orqanlara mexaniki və kimyəvi təsirlər zamanı qanın mübadilə göstəricilərinin və bioelektrik hadisələrinin öyrənilməsinə həsr edilmişdir. Naftalan neftinin müalicəvi təsir mexanizmləri və interoseptik mübadilə reflekslərinin tədqiq olunmasında da xidmətləri böyükdür. Bu tədqiqatların nəticələri müəllifin «İnteroreseptorlar və maddələr mübadiləsi» monoqrafiyasında toplanmışdır. Qarayev bir çox dərs vəsaitlərinin və 300-dən çox elmi əsərin müəllifi olmuşdur. Akademik A.İ.Qarayev Azərbaycanda böyük fizioloci məktəb yaradaraq, yüksək ixtisaslı milli fizioloqlar hazırlanmasında xüsusi rol oynamışdır.
Qeyd etməliyik ki, uşaq anatomiyası və fiziologiyası elmi ümumi anatomiya və fiziologiya elminin tərkib hissəsi olmaqla ondan müəyyən mə”nada fərqlənir. Yə”ni bu elm sahəsi ümumi anatomiya və fiziologiyaya nisbətən cavan elmdir. Bu elm sərbəst bir elm kimi XVIII və XIX əsrdə formalaşmağa başlamışdır. Onun əsasını qoyanlardan biri də rus alimi N.P.Qundobin olmuşdur. O özünün “Uşaq böyüməsinin xüsusiyyətləri” monoqrafiyasında uşaq orqanizminin sistem və orqanlarının anatomik-fizioloci xüsusuiyyətlərini hərtərəfli şərh etmişdir. Sovetlər birliyi dövründə isə rus alimləri və uşaq həkimlərindən Q.S.Medovikov, M.S.Maslov, Q.N.Speranski, A.Q.Xripkova, N.N.Leonteva , macar alimi A.Andronesku , ingilis alimi R.Last , alman alimi A.Valdeev , Azərbaycan alimi Ə.Qarayev və başqalarının bu elmin inkişafında çox böyük xidmətləri olmuşdur.
1. Obreimova N.İ., Petruxin A.S. Osnovı anatomii, fizioloqii i qiqienı detey i podrostkov, 2-e izdanie, M. izd. «Akademiə», 2007.
2. Əliyev Ə.H., Cəfərov F.İ., Fərəcov Ə.N. biologiya (İnsan), Çaşıoğlu, 2004.
3. Nəcəfov C.Ə., Zeyniyev N.R., quliyev S.M. Uşaq anatomiyası və fiziologiyası. “Müəllim” nəşriyyatı, Bakı, 2005.4. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası. I və II cildlər,
“Müəllim” nəşriyyatı, Bakı, 2007.
5. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsymov N.T. İnsan anatomiyası, Atlas, Bakı, 1988.
MÖVZU 2. HÜCEYRƏ, ONUN QURULUŞU, KİMYƏVİ TƏRKİBİ, ƏSAS HƏYAT
XASSƏLƏRİ, BÖLÜNMƏ TİPLƏRİNİN BİOLOjİ ƏHƏMİYYƏTİ
- Hüceyrə, onun quruluşu, kimyəvi tərkibi, əsas həyat xassələri, bölünmə
ƏSAS HƏYAT XASSƏLƏRİ, BÖLÜNMƏ TİPLƏRİNİN BİOLOjİ ƏHƏMİYYƏTİ
- Ümumi əhəmiyyətli orqanoidlər. Bu orqanoidlər hüceyrələrin böyük əksəriyyətində rast gəlinir. Bunlara aşağıdakılar aiddir: mitoxondri, ribosom, lizosom, hüceyrə mərkəzi, Holci aparatı, endoplazmatik şəbəkə.
- Xüsusi əhəmiyyətli orqanoidlər. Yalnız xüsusi qrup hüceyrələrdə və yaxud simplastlarda rast gəlinir. Bunlara aşağıdakılar aiddir: neyrofibrillər – sinir hüceyrələri olan neyronlarda, miofibrillər-simplastik quruluşlu əzələ liflərində.
- Xarici sekresiya vəziləri. Bunlar hazırladığı bioloci fəal maddələri xüsusi axacaqları vasitəsilə ya bədəndəki orqanların boşluqlarına (məs: mədəaltı vəzilərin hazırladıqları fermentlər 12 barmaq bağırsaq boşluğuna axır), ya dəri səthinə (tər vəziləri), ya da ümumən xaricə (cinsiyyət vəziləri) buraxırlar. Bunlara tər, göz yaşı, ağız suyu, mə’də, qaraciyər, cinsiyyət vəzilər və s. daxildir.
- Daxili sekresiya vəziləri. Xüsusi axacaqları olmayan və hazırladığı hormonlarını birbaşa qana ifraz edən vəzilərdir. Hipofiz, epifiz, qalxanabənzər, çəngələbənzər, böyrəküstü vəziləri bu qrupa aiddir.
- Qarışıq vəzilər. Bu vəzilərin hormonları qana (bir qrupu), digər fəal maddələri isə axacaqla xaricə çıxarıldığından belə adlanır. Mə’dəaltı, cinsiyyət vəziləri bura aiddir.
MÜNDƏRİCAT 1. Çoxalma və inkişaf. Uşaq orqanizminin böyümə və fərdi inkişafının qanunauyğunluqları ————————————————————————- 3 2. Canlıların çoxalma yolları——————————————————————- 3 3. Cinsi çoxalmanın qeyri-cinsi çoxalmaya nisbətən üstün cəhətləri—————- 4 4. Orqanizmin inkişaf prosesinin mərhələləri ——————————————- 4 5. Ədəbiyyat————————————————————————————— 7 MÖVZU 5. ÇOXALMA VƏ İNKİŞAF. Uşaq ORQANİZMİNİN BÖYÜMƏ və FƏRDİ İNKİŞAFININ QANUNAUYĞUNLUQLARI Yer planetində canlıların növ sayının sabit qalmasının səbəbi onların özlərinə oxşar yeni nəslin törətmələridir. Çoxalma bütün canlılara xas olan fizioloji prolsesdir. Canlıların çoxalma yolları Canlılar əsasən iki yolla çoxalırlır: 1. qeyri-cinsi və 2. cinsi yolla. Qeyri-cinsi yolla çoxalan zaman yeni orqşanizm bir hüceyrədən və ya hüceyrə qrupundan əmələ gəlir. Qeyri-cinsiyyətli yolla çoxalma bakteriyalara, maya göbələyinə, bir çox bitkilərə, heyvanlardan isə amöbə, infuzor tərliyə, hidraya, mərcan poliplərinə və s. xasdır. Cinsi yolla çoxalma zamanı isə yeni orqanizmin əmələ gəlməsində meyoz bölünmə nəticəsində əmələ gələn haploid xromosom sayına malik olan həm ananın, həm də atanın cinsi hüceyrələri iştirak edir. Mayalanmadan sonra diploid xromosom sayına malik bir hüceyrə – ziqot əmələ gəlir. Qadın və kişi cinsi hüceyrələrinin birləşməsindən əmələ gələn ziqot bölünərək çoxalır və nəticədə çoxhüceyrəli yeni orqanizmə başlanğıc verir. Əmələ gələn yeni orqanizm həm erkək, həm də dişi orqanizmin salamat qalmaq üçün təkamüldə qazandıqları üstün genetik valideyn əlamətlərini irsən alır, lakin sonra özü də onlardan fərqlənir. Ziqotun bölünməsindən əmələ gələn rüşeym əvvəlcə bölünməkdə olan hüceyrələrdən – blastomerlərdən ibarət olur. Daha sonra blastomerlər çoxalaraq orqanizmin gələcək üzvlərinə başlanğıc verən rüşeym vərəqlərini – ektoderma, entoderma və mezodermanı əmələ gətirir. Bildiyimiz kimi çoxhüceyrəli heyvanlardan hidra ömrünün sonunadək qastrula mərhələsində qalır. Lakin digər daha mürəkkəb quruluşlu çoxhüceyrəli heyvanlarda isə rüşeym öz inkişafını davam etdirərək mezoderma əmələ gətirir. Sonda həmin rüşeym təbəqələrindən müxtəlif orqanlar başlanğıc götürürlər. Nəticədə, bütöv orqanizm formalaşır. Belə ki, rüşeymin xarici qatından – ektodermadan epiteli hüceyrələri, duyğu üzvləri və sinir sistemi inkişaf edir. Rüşeymin daxili entoderma qatından xorda,bağırsaq epitelisi, ağciyərlər və mədə – bağırsaq sisteminin vəziləri, orta mezoderma qatından isə birləşdirici toxuma (sümük və qığırdaq toxuması, qan və limfa), əzələ, ifrazat, çoxalma üzvləri epitelisi, qan damarları inkişaf edir. Orqanizmin orqan və toxumaları ayrı-ayrı rüşeym vərəqlərindən inkişaf edir:
Ektodermadan əmələ gələn toxumalar | Endodermadan əmələ gələn toxumalar | Mezodermadan əmələ gələn toxumalar |
1. Sinir sistemi 2. Sinir sistemi ilə əlaqədar olan orqanlar (görmə, eşit-mə, digər duyğu orqanları) 3. Orqanizmin xarici örtüyü (dərinin epidermis qatı) 4. Dəri törəmələri (tük, lələk, dırnaqlar, buynuz) 5. Dəri vəziləri 6. Tüpürcək vəziləri 7. Həzm borusu girəcəkləri (ağız boşluğu və anal dəliyinin epitelisi) 8. Dişlərin mina qatı | 1. Xorda 2. Həzm vəzilərinin daxili divarı, o cümlədən, bağırsaq epitelisi 3. Bağırsaq borusu divarının çıxıntıları (mədə, qaraciyər, öd kisəsi, həzm sisteminin digər orqanları, ağciyərlər) 4. Ektoderma və endoder-manın təmas etdiyi yerlərdə bədənin ön hissəsində yan tərəflərdə qəlsəmə yarıqları əmələ gəlir. 5. İlk bağırsaqdan mezo-derma ayrılır; | 1. Mezodermanın ayrılmasın-dan əmələ gələn boşluq 2-ci bədən boşluğuna – seloma çevrilir 2. Əzələlər 3. Skeletin bütün qığırdaq və sümük elementləri 4. Qan-damar və limfa sistemi 5. İfrazat sistemi 6. Cinsiyyət orqanları (toxum-luqlar, yumurtalıqlar) 7. Dişlərin dentin qatı 8. Bağırsağın birləşdirci toxuması (xarici qatı) və əzələ toxuması (orta qatı) 9. Dərinin alt qatı (piy toxuması) |
Cinsi çoxalmanın qeyri-cinsi çoxalmaya nisbətən üstün cəhətləri Əgər onurğalı heyvanların çoxalmasınqın təkamülü ilə tanış olsaq, aydın olar ki, cinsi çoxalma qeyri-cinsi çoxalmaya nisbətən xeyli üstün cəhətlərə malikdir. Balıqlar və amfibilərın çoxalması suda gedir. Mayalanmadan sonra əmələ gələn körpələrin çoxunu digər heyvanlar yeyir, salamat qalanlar isə çoxalaraq nəsillərini davam etdirirlər. Sürünənlər və quşlar isə quruda çoxalırlar. Onlarda mayalanma daxildə gedir. Dişilər qidalı maddələrlə zəngin olan yumurta sarısı və qurumamaq üçün üzərində sərt qabığı olan mayalanmış yumurta qoyurlar. Yumurtadan tam formalaşmış fərdlər çıxır. Lakin onlarda da yumurtanın çoxunu digər heyvanlar yeyərək məhv edir və ya yumurtalar əlverişsiz mühitin təsiri altında tələf olur. Təkamüldə daha yüksək pillədə duran onurğalıların ali sinfi olan məməli heyvanlarda mayalanma quşlarda və sürünənlərdə olduğu kimi daxildə gedir. Lakin onlardan fərqli olaraq rüşeymin inkişafı da daxildə – ana orqanizmində başa çatır. Ana bətni yeni orqanizmi xarici mühitin əlverişsiz şəraitindən qoruyur və onurğalıların digər siniflərinə nisbətən rüşeymlərinin salamat qalma imkanı çox olur. İnsanın və onurğalı heyvanların inkişaf etməkdə olan rüşeymləri bir-birinə çox oxşayırlar. Lakin inkişafının son mərhələsində bir –birindən fərqləndirən növə məxsus əlamətlə meydana çıxır.(Şəkil 1) Şəkil 1. İnsan və heyvanların növə məxsus əlamətlərinin son mərhələsini əşstərən sxem. Orqanizmin inkişaf prosesi nin mərhələ ləri Dünyaya gəlmiş uşaq onu əhatə edən ətrafdakı adamların qayğısı sayəsində böyüməkdə və inkişaf etməkdə davam edir. İnsana bu cür çoxalma çox üstünlük verir. İnsan nəslinin bir-birini əvəz etməsi məhz bu çoxalma nəticəsində mümkün olur. Göründüyü kimi insanın da böyümə və inkişafı yumurta hüceyrəsinin normal mayalanmasından başlayır. İnsanın inkişafı bütün həyatı boyu fasiləsiz olaraq davam edir. İnkişaf prosesi dalğavari, müəyyən mərhələlərlə gedir, bu zaman orqanizmdə ciddi kəmiyyət və keyfiyyət dəyişmələri baş verir. Uşaq orqanizminin inkişafı zamanı onun quruluş səviyyəsi yüksəlir və orqanlar sistemi arasındakı qarşılıqlı əlaqə möhkəmlənir. Orqanizmin inkişafı prosesi üç əsas mərhələdən ibarətdir: 1. böyümə, 2. toxuma və orqanların differensasiyası və 3. formalaşma. Bu proseslər bir-birilə üzvi surətdə əlaqədar və biri digərindən asılıdır. Uşaq orqanizmini yaşlıların orqanizmindən fərqləndirən əsas anotomik-fizioloci göstəricilərdən biri də onların böyüməsidir. Başqa sözlə, normal uşaq orqanizminin kütləsi fasiləsiz olaraq artır ki, bu da hüceyrələrin sayının və ölçülərinin dəyişilməsi – çoxalması hesabına baş verir. Bə’zi orqanlarda, məsələn, ağciyərdə, sümüklərdə böyümə hüceyrələrin bölünüb çoxalması hesabına olduğu halda, əzələ və sinir toxumasında isə böyümə hüceyrələrin ölçülərinin artması hesabına olur. Bədən kütləsinin artması ilə gedən böyümə orqanizmin piylənməsi, müəyyən nahiyələrdə suyun toplanması və eyni zamanda ümumi zülal kütləsinin və sümük ölçülərinin artması hesabına da olur. Uşaq orqanizminin böyümə və inkişaf qanunauyğunluqlarına bu prosesin fasiləsizliyi və qeyri-bərabərliyi, hetoroxroniya – yə’ni həyati əhəmiyyəti olan funksional sistemlərin vaxtından əvvəl yetkinləşməsi –formalaşması və akselerasiya aiddir. Orqanizmin böyümə və inkişafı haqqında Ç.A.Arşavski ‘’skelet əzələsinin energetik qaydası’’ tə’limini, P.K.Anoxin isə hetoroxroniya-(funksional sistemlərin qeyri bərabər yetkinləşməsi), sonra isə bunun əsasında sistemogenez tə’limini yaratdılar. Ç.A.Arşavskiyə görə müxtəlif yaş dövrlərində orqanizmin energetik proseslərinin xüsusiyyətləri, həmçinin ontogenezdə tənəffüs və qan-damar sistemlərinin fəaliyyətinin dəyişilmələri müvafiq skelet əzələlərinin inkişafından asılıdır. P.K.Anoxinə görə isə konkret vaxtda son uyğunlaşma effektinin alınması üçün lokalizə olunmuş müxtəlif strukturların (orqanlar sisteminin) birgə fəaliyyəti vacibdir. Məsələn, tənəffüs sisteminin funksional sistemi müəyyən sahədə orqanizmin hərəkətini – fəaliyyətini tə’min edir. Yeni orqanizmin ontogenezi – fərdi inkişafı mayalanma baş tutduğu andan başlayır və 2 dövrü əhatə edir: 1. Orqanizmin fərdi inkişafının embrional və ya bətndaxili inkişaf dövrü. Bu dövr mayalanma baş tutan andan anadan olana qədər davam edir və 10 mamalıq ayı və ya 270-280 gün çəkir. Embrional inkişaf dövrü də bir-birindən fərqli olan iki dövrü əhatə edir: a) bətndaxili inkişafın rüşeym və ya embrion dövrü; b) bətndaxili inkişafın döl dövrü. 2. Orqanizxmin fərdi inkişafının postembrional dövrü. Bu dövr anadan olandan sonrakı dövrü əhatə edir. Bu dövr doğuşdan sonra göbək ciyəsinin kəsilməsi və ağciyərlərin tənəffüsə başlaması il və ömrün sonuna qədər davam edir. Normal doğulmuş körpənin inkişafını alimlər müxtəlif dövrlərə – mərhələlərə bölürlər. Ən çox maraq doğuranı və pedaqoci-psixoloci baxımdan əhəmiyyətlisi isə uşaqlıq dövrüdür. Uşaqlıq dövrü uşaq anadan olandan cinsi yetkinliyə çatanadək olan vaxtı əhatə edir və üç böyük mərhələyə bölünür. I mərhələ – 0-3 yaşadək olan vaxtı əhatə edir. Bu mərhələ ilk uşaqlıq adlanır və öz növbəsində dörd yaş dövrünə bölünür: 1. doğulandan sonrakı ilk 7 gün; 2. çağalıq dövrü – 7-30 gün; 3. südəmərlik dövrü – 30 gündən 12 ayadək, yəni 1 yaşa qədər olan dövr; 4. körpəlik dövrü – 1-3 yaş dövrü; II mərhələ – məktəbəqədər və yaxud ikinci uşaqlıq dövrü adlanır və 3-6 yaşadək olan vaxtı əhatə edir. III mərhələ – məktəbli və yaxud üçüncü uşaqlıq dövrü adlanır və 6 -7 yaşından 17-18 yaşına qədər dövrlərini əhatə edir. Bu yaş dövrlərində orqanizm böyüyür və inkişaf edir. Bədənin çəkisi və səthi artır, toxumalar, orqanlar, orqanlar sistemi inkişaf edir və onların funksiyası təkmilləşir. Uşağın anadan olandan bir yaşa çatanadək olan dövrü onunla səciyyələnqir ki, orqanizm ümumilikdə yaxşı inkişaf edir, çəkisi sürətlə artır, süd dişləri çıxır. 1 yaşından 3 yaşadək süd dişlərinin sayı artır, baş beyin qabığı inkişaf edir, hərəki aktivlik meydana çıxır. Orqanizmin hər bir seqmentinin inkişaf tempi müxtəlifdir. İnkişaf tempindəki bu müxtəliflik baş, ətraflar və gövdə arasındakı müəyyən mütənasibliyin əmələ gəlməsinə səbəb olur ki, o da uşaq orqanizminin xarici görünüşünü dəyişir. 3 yaşından 7 yaşınadək olan dövrdə böyümə tempi bir qədər zəifləyir, ancaq daimi eyni səviyyədə qalır. Üçüncü dövrdə isə (təqribən 7-12 yaşlarda ), əvvəlcə, böyümə tempi əhəmiyyətli dərəcədə zəifləyir, lakin sonda güclü artır. Əsasən boyun uzanması daha aydın görünür. Boyun uzanması isə başlıca olaraq aşağı ətrafların böyüməsi hesabına olur. Uşaq orqanizminin böyümə prosesinin xüsusiyyətlərindən biri onun qeyri-bərabər və yaxud hetoroxronlu və dalğavari olmasıdır. Güclü böyümə zəif böyümə ilə və əksinə daim əvəz olunur. Uşaq orqanizminin böyüməsində sıçrayışlar ayırd edilir; ilk sıçrayış anadan olandan cinsi yetkinliyədək olan böyümədə rast gəlinir. Əgər uşaq anadan olanda boyu 50 sm olarsa, birinci ilin sonunda onun boyu 75-80, başqa sözlə ümumi boyun 50 faizi qədəridək böyüyür. Kütləsi isə təxminən üç dəfə artır: anadan olanda çəkisi 3,0-3,2 kq, ilin sonunda isə 9,5-10,0 kq olur. Sonrakı illərdə isə, yə’ni cinsi yetkinliyədək böyümə nisbətən aşağı düşür və illik artım boyun uzanması üçün 4-5 sm, kütlə üçün isə 1,5-2,0 kq-a bərabər olur. Böyümənin ikinci sıçrayışı cinsi yetkinliklə əlaqədar olur. Bu zaman uşaq il ərzində 7-8, bə’zi hallarda isə 10 sm-ə qədər böyüyür. Nəzərə almaq lazımdır ki, 11-12 yaşında qızların böyüməsi oğlanlara nisbətən sür’ətli olur. 13-14 yaşında isə oğlanların böyüməsi sürəti qızların böyüməsindən artıq olur. Sonuncu yaş göstəricisindən sonra oğlanlar həmişə qızlardan daha sür’ətlə böyüyürlər. Anadan olandan cinsi yetkinliyədək olan dövrdə bədənin uzunluğu 3,5 dəfə, gövdəninki 3 dəfə, yuxarı ətraflarınkı 4 dəfə, aşağı ətraflarınkı isə 5 dəfə böyüyür. Bədən hissələrinin nisbəti də yaşla əlaqədar olaraq kəskin dəyişir. Belə ki, anadan olmuş uşaqlar baş və bədənlərinin ətraflara nisbətən iri olması ilə səciyyələnir. Çağalarda başın hündürlüyə uzunluğu ümumi bədən ölçüsünün 1/4, iki yaşlı uşaqda – 1/5, altı yaşlılarda – 1/6, yaşlılarda isə 1/8 hissəsini təşkil edir. Göründüyü kimi yaşla əlaqədar olaraq başın böyüməsi sürəti azalır, ətrafların böyüməsi isə sürətlənir (şəkil 2). Cinsi yetkinliyə çatanadək bədəndə ölçü fərqləri bədənin ayrı-ayrı hissələrində o qədər də əks olunmur, ancaq cinsi yetkinlik dövründə oğlanların ətrafları qızlarla müqayisədə daha uzun olur. Şəkil 2. Böyümə ilə əlaqədar bədən hissələrinin dəyişilməsi. 1 – bir yaş, 2 – iki yaş, 3 – altı yaş, 4 – on iki yaş, 5 – iyirmi beş yaş. Qeyd etməliyik ki, təkcə bədən hissələrində deyil, həmçinin ayrı-ayrı orqanların böyüməsində də heteroxroniyaya rast gəlinir. Məsələn, cinsi orqanların sürətlə böyüməsi cinsi yetkinlik dövründə baş verdiyi halda, limfa toxumalarının böyüməsi bu dövrdə artıq başa çatmış olur. Cinsi yetkinlik dövründə orqanizmin ümumi intensiv böyüməsi ilə yanaşı cinsi əlamətlər də formalaşır. Fizioloci sistemlərin ayrı-ayrı hissələrinin yetkinləşməsi də yaşla əlaqədardır. Sinir sistemi şö’bələrinin inkişaf və böyüməsi də müxtəlif templə gedir. Məsələn, qıcığı bədənin periferik hissəsindən mərkəzə aparan sinir sisteminin mərkəzəqaçan və yaxud afferent şö’bəsi uşaq anadan olanda artıq formalaşmış olur, 6-7 yaşında isə tam yetkinləşir. Lakin qıcığı mərkəzdən işçi orqanlara və vəzilərə aparan mərkəzdənqaçan – efferent şö’bə isə 23-25 yaşda tam formalaşır. Böyümənin qeyri-bərabərliyi tarixi inkişafda qazanılmış uyğunlaşma əlamətidir. Qeyd etməliyik ki, canlı sistemlərdə böyümə ilə differensasiya bir-biri ilə əks münasibətdə olur. Bu qanunauyğunluq uşaq orqanizminə də aiddir. Güclü differensasiya böyümənin zəifləməsinə səbəb olur və əksinə. Baş beyin və onurğa beyinin böyüməsi 8-10 yaşadək davam edir və bu yaşda isə demək olar ki, yaşlı adamlardakı beyni xatırladır. Lakin sinir sisteminin funksional ixtisaslaşması uzun müddət davam edir. Hərəki analizatorların yetkinləşməsi əsasən 13-14 yaşından başlayır. İnkişafda heteroxroniya o quruluşda sür’ətli və seçici böyüməyə səbəb olur ki, həmin orqan ontogenezin konkret mövcud mərhələsində orqanizmə daha çox vacibdir. Ə D Ə B İ YYAT 1. Obreimova N.İ., Petruxin A.S. Osnovı anatomii, fizioloqii i qiqienı detey i podrostkov, 2-e izdanie, M. izd. «Akademiə», 2007. 2. Əliyev Ə.H., Cəfərov F.İ., Fərəcov Ə.N. biologiya (İnsan), Çaşıoğlu, 2004. 3. Nəcəfov C.Ə., Zeyniyev N.R., quliyev S.M. Uşaq anatomiyası və fiziologiyası. “Müəllim” nəşriyyatı, Bakı, 2005. 4. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası. I və II cildlər, “Müəllim” nəşriyyatı, Bakı, 2007. 5. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsymov N.T. İnsan anatomiyası, Atlas, Bakı, 1988. MÖVZU 6. BÖYÜMƏ TEMPİ VƏ ONA TƏ’SİR EDƏN AMİLLƏR. AKSELERASİYA. MÜNDƏRİCAT 1. Böyümə tempi və ona təsir edən amillər. Akselerasiya————————— 3 2. Böyümə prosesinin qanunauyğunluqları———————————————- 3 3. Böyümə və inkişafa təsir edən amillər————————————————- 4 4. Akselerasiya——————————————————————————— 4 5. Ədəbiyyat————————————————————————————- 5 İnsan orqanizminin fiziki inkişafı, çəki və boy artımı, eyni zamanda bə’dən hissələrinin bir-birinə olan nisbəti kəmiyyət və keyfiyyət dəyişmələri ilə xarakterizə olunur. Uşağın anadan olandan cinsi yetkinliyə çatanadək böyüməsi dalğavari gedir, yə’ni böyümə sür’əti (tempi) ayrı-ayrı mərhələlərdə kəskin dəyişir. Belə ki, anadan olandan 3 yaşadək, 5 yaşdan 7 yaşadək və 12-14 (cinsi yetkinlik dövründə) yaşlar arasında böyümə tempi daha yüksək olur. Uşaq orqanlarının böyüməsini aşağıdakı dörd qrupa bölmək olar: 1. Uşaq anadan olandan sonra birinci il və cinsi yetkinlik dövründə daha yüksək böyümə tempinə malik olan orqanlar. Bunlara dayaq-hərəkət aparatı, tənəffüs, həzm, sidik ifrazı sistemi və böyük qan döövranı damarları aiddir. 2. Birinci il ya tam, ya da nisbi son formalaşma mərhələsinə çatan orqanlar. Bunlara mərkəzi sinir sistemi, görmə analizatoru, daxili qulaq aiddir. 3. Cinsi yetkinlik dövründə intensiv böyüyən orqanla. Bunlara cinsi orqanları misal göstərmək olar. 4. 10-12 yaş dövründə yüksək böyümə tempinə malik olan orqanlar. Sonrakı illərdə isə proses əksinə gedir. Məsələn, limfa smstemi orqanları və çəngələbənzər vəzi. Böyümə prosesinin qanunauyğunluqları Böyümə prosesi bir çox ümumi qanunlara tabedir, bunlardan aşağıdakıları göstərmək olar: 1. Növbələşmə qanunu: Bu qanuna görə borulu sümüklər növbə ilə gah uzununa, gah da eninə daha sürətlə böyüyür. Eyni ətrafın bir sümüyü uzununa böyüdüyü halda, digər sümüyü eninə böyüyür. Məsələn, yuxarı ətrafın çiyin sümüyü uzununa böyüdüyü zaman, mil və dirsək sümükləri eninə böyüyürlər. Beləliklə, uşaq orqanizminin ayrı-ayrı hissələrinin böyüməsi növbə ilə gedir və bu proses böyümənin sonunadək davam edir. 2. Tənasüblük qanunu: Bu qanuna görə uşaq orqanizminin uzununa ölçüsünün eninə olan nisbəti üç dövrdə dəyişir: 4 yaşdan 6 yaşadək, 6-15 yaşlarında və 15 yaşdan yetkinlik yaşınadək olan dövrlərdə. Uşaq anadan olandan yetkin yaşa çatanadək orqanizmin hər bir seqmentinin onun ümumi uzunluğuna nisbəti özünəməxsusdur. Bu faktları bilmək hər şeydən əvvəl tibbi-ekspertiza və antropoloci tədqiqatlar üçün daha vacibdir. Əgər bədənin hansısa bir seqmentinin böyüməsi adi halda olduğuna nisbətən güclü gedirsə, onda ona qonşu olan seqmentlərin böyüməsi uyğun olaraq azalır, daha doğrusu normal ölçüsünə çatmır. 3. Cinsi yetkinlik dövründə fəaliyyət göstərən qanun: Bu qanuna görə cinsi yetkinlik dövrünədək ümumi böyümə aşağı ətrafların böyüməsi hesabına baş verir, cinsi yetkinlik dövründə isə gövdənin böyüməsi hesabına orqanizm uzununa böyüyür. Cinsi yetkinlik dövrünədək orqanizmdə sümüklərin uzununa böyüməsi üstünlük təşkil edir, cinsi yetkinlik dövründə isə sümüklərin eninə böyüməsi baş verir. Cinsi yetkinliyədək olan dövrdə başlıca olaraq sümüklər böyüyür, cinsi yetkinlik dövründə isə əzələ sistemi yaxşı böyüyür. 4. Assimmetriya qanunu: Bu qanun yetkinlik dövrünə çatmış adamlarda özünü doğruldur. Belə ki, cüt orqanlarda funksional assimmetriya mövcuddur. Məsələn, sağ əli yaxşı inkişaf etmiş adamlarda sol əl nisbətən balacadır, solaxaylarda isə əksinə olur. Cüt orqanların normal assimmetriyası yaşla əlaqədar olaraq inkişaf edir və onun funksiyasından asılı olur. Böyümə və inkişafa təsir edən amillər: Uşaq orqanizminin böyümə və inkişafına mühit amilləri daim öz tə’sirini göstərir və inkişafı bu və ya digər istiqamətə yönəldir. Bunlara aşağıdakılar aiddir: 1. Hamiləlik müddəti. Hamiləlik nə qədər çox çəkərsə, yeni doğulmuşun çəkisi və boyu bir o qədər çox olur. 2. Ananın yaşı. Ana 40 yaşınadək olduqda yeni doğulmuş uşaqların çəkisi və uzunluğu artır, daha yaşlı qadınlarda isə göstəricilər aşağı düşür. 3. Hamiləliyin sayı. Q adınların ikinci uşaqlarının çəkisi və boyu birinci uşağa nisbətən iri olur. Hətta yeni doğulmuşlarda boyu eyni olduqda belə çəkisi ananın hamiləlik sayından asılı olaraq dəyişir. 4. Mensturasiyanın başlanma vaxtı . Qız vaxtında menstruasiyası tez başlamış qadınlarda yenid doğulmuş uşaqlar boyca və çəkicə iri olur. 5. Ananın fiziki quruluşu. Ananın bədəninin morfoloci quruluşu, xüsusilə, çanağın quruluşu mühüm əhəmiyyət daşıyır. Enli çanağı olan qadınların iri uşaqları olur. Adətən ağ irqə malik olan qadınlar qara irqli qadınlara nisbətən iri çanaq quruluşuna malik olurlar. 6. Konstitusional amil . Konstitusional amil dedikdə valideyindən uşağa keçən normal və yaxud potoloci dəyişmələr nəzərdə tutulur. 7. Sosial amillər. Bir sıra mənbələrə görə göstərmək olar ki, az təminatlı ailələrin uşaqların böyümə və inkişafı zəif gedir. 8. Qida, onun tərkibi. Uşaq anadan olandan sonra onun böyümə və inkişafına yuxarıda qeyd etdiyimiz amillərlə yanaşı qidalanma da öz tə’sirini göstərir. Qidanın tərkibindəki yağlar, zülallar və sulu karbonlar, mineral duzlar, vitaminlərvə s. uşağın böyümə və inkişafına böyük təsir göstərir. 9. İqlim amilləri. İqlim amillərinin uşağın böyüməsi və inkişafına, eyni zamanda cinsi yetkinləşməsinə çox böyük təsiri göstərir. Belə ki, dağlıq şəraitdə və soyuq iqlimdə yaşayanlarda yeni doğulmuş uşaqların çəkisi və boyu aşağı olur, cinsi yetkinliyə isə gec çatırlar. İlin ayrı-ayrı fəsilləri də uşaq orqanizmlərinin böyümə və inkişafına dolayı yolla da olsa öz tə’sirini göstərir. Çəki artımına yayın axırı və payızda, orta artıma qışda, çəkinin aşağı düşməsinə və yaxud geri qalmasına isə yazda və yayın əvvəlində təsadüf edilir. Boyun maksimum artması yazda və yayın əvvəlində, orta böyümə tempi qışda və nisbətən zəif böyümə yayın axırı və payızda müşahidə edilir. Akselerasiyüa XIX əsrin sonu XX əsrin əvvəllərində bir çox ölkələrdə uşaqların sür’ətli böyüməsi müşahidə olunurdu. Nəhayət 1935-ci ildə E,Kox ilk dəfə olaraq uşaqların fiziki inkişafını sür’ətli getməsini akselerasiya adlandırmışdı. O dövrdə akselerasiya məvhumu uşaqların bədən ölçülərinin artması və cinsi yetkinliyə vaxtından tez çatması kimi başa düşülürdü. Fiziki inkişafın əsas göstəricisi kimi isə bədənin uzunluğu, döş qəfəsinin tutumu və bədən kütləsinin artması nəzərdə tutulurdu. Lakin orqanizmin morfoloci xüsusiyyətləri ilə funksional fəaliyyəti arasındakı sıx əlaqəsini nəzərə alan alimlərin bir qrupu fiziki inkişafın əsas əlamətini ağ ciyərlərin həyat tutumunda, bə’zi əzələ qruplarının iş qüvvəsində, skeletin sümükləşmə dərəcəsində, dişlərin çıxması və dəyişməsində, cinsi yetkinləşmədə görürdülər. Hazırda “akselerasiya”ya çox geniş bir anlayış kimi yanaşılır. Ona əsrin tendensiyası anlayışı kimi də baxılır. Bir əsrdə orqanizmin bətndaxili inkişaf dövründən yetkin vəziyyətədək fiziki inkişafının sür’ətlə getməsi kimi başa düşülür. Yeni doğulmuş körpələr üzərində aparılan tədqiqatlar göstərir ki, son 50-60 il ərzində onların bədən uzunluğu 0,5-10 sm, kütləsi isə 100-150 q artmışdır. Bu isə o deməkdir ki, böyümənin sür’ətlənməsi bətndaxili inkişaf zamanı da olur. Uşağın bədən kütləsi dörd aylığında iki dəfə artır, halbuki belə artıma əvvəllki aylıqda rast gəlinmirdi. 75-95 il bundan qabaqkı uşaqlara nisbətən hazırki bir yaşlı uşaqlarda bədən uzunluğu orta hesabla 5 sm, kütləsi isə 1,5-2,0 kq artmışdır. Akselerasiya bağça yaşlı və məktəbəqədər yaşlı körpələrdə daha aydın müşahidə olunurdu. Məsələn, Polşanın Varşava şəhərində yaşayan 1,5-3 yaşlı körpələrin bədən uzunluğu 1881-ci ildən 1961-ci ilədək orta hesabla 10-12 sm artdığı halda, 1924-cü ildən 1961-ci ilədək təxminən 4 sm artmışdır. Şimali Amerikada, İngiltərədə, İsveçdə, Polşada 1800-cü ildən 1950-ci ilədək 5-7 yaşlı uşaqlarda hər onillikdə bədən uzunluğu 1,5 sm, kütləsi isə 0,5 kq artmış, daimi dişləri isə bir il tez çıxmışdır (A.Q.Xripkova, 1978). Akselerasiyaya başqa bir misal: Moskvada son 50 ildə kişilərin boyu 10sm, qadınların boyu 6 sm artmışdır. 1880-1963-ü illərdə 11 yaşında olan uşaqların boyu 10 sm, 15 yaşında olan uşaqların boyu isə 13 sm artmışdır. Bədən çəkiləri isə 7-14kq artmışdır. Lakin gələcək ana akselerasiyanın müsbət və mənfi təsirlərini nəzərə alıb özünə elə qulluq etməlidir ki, doğulan uşaq 3-3,5 kq-dan çox olmasın. Akselerasiya ömrün uzanmasına, psixi göstəricilərə müsbət təsir etməklə bərabər döl çox iri olduğu hallarda onun ölü doğulmasına səbəb ola bilər. Böyümənin sür’ətlə getməsi ilə yanaşı olaraq cinsi yetkinlik dövrü də tez başlayır. Məsələn, Sank-Peterburq şəhərinin qızlarında ilk menstruasiya 1927-1930-cu illərdə 14 yaş 2 aylığında olduğu halda, 1959-cu ildə bu proses 12 yaş 11 aylığında başlamışdır. Qeyd etməliyik ki, akselerasiyaya səbəb olan amillər haqqında ümumiləşdirilmiş vahid bir fikir yoxdur. Çoxlu nəzəriyyələr, fikirlər var ki, onlardan bir neçəsinin üzərində dayanaq. Alimlərin çoxu belə güman edirlər ki, inkişafdakı bütün irəliləyişin əsasında qida amili durur. Hər adama düşən yüksək keyfiyyətli zülalın və təbii yağın-piyin əhalinin təlabatı baxımından artması ilə əlaqələndirilir. Bura həmçinin bütün il boyu meyvə tərəvəzin mütəmadi olaraq istifadə olunması, ana və uşaq orqanizminin vitaminlə yaxşı tə’min olunması və s. aiddir. Heliogen nəzəriyyəyə görə akselerasiyada başlıca rolu uşaq orqanizminə günəş şüalarının tə’siri oynayır. Bu nəzəriyyənin tərəfdarlarının fikirincə hazırda uşaqlar daha çox təbii şüalanmalara (radiasiyaların təsirinə) mə’ruz qalırlar. Bu fikir o qədər inandırıcı deyil, ona görə ki, yer kürəsinin şimal qütbündə akselerasiya prosesi heç də cənub qütbünə nisbətən aşağı templə getmir. Akselerasiyaya səbəb kimi maqnit sahəsinin endokrin vəzilərinə msbət təsirini, texniki tərəqqini, insanların daha çox idmanla məşğul olmalarını və s. göstərmək olar. Bir qrup alimlər isə akselerasiya prosesini iqlim dəyişmələri ilə əlaqələndirirlər. Onlar belə güman edirlər ki, rütubətli və isti iqlim isə orqanizmin istilik itirilməsinə səbəb olur və ona görə də guya boyatma stimullaşdırılır. ƏDƏBİYYAT 1. Obreimova N.İ., Petruxin A.S. Osnovı anatomii, fizioloqii i qiqienı detey i podrostkov, 2-e izdanie, M. izd. «Akademiə», 2007. 2. Əliyev Ə.H., Cəfərov F.İ., Fərəcov Ə.N. biologiya (İnsan), Çaşıoğlu, 2004. 3. Nəcəfov C.Ə., Zeyniyev N.R., quliyev S.M. Uşaq anatomiyası və fiziologiyası. “Müəllim” nəşriyyatı, Bakı, 2005. 4. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsümov N.T. İnsan anatomiyası. I və II cildlər, “Müəllim” nəşriyyatı, Bakı, 2007. 5. Şadlinski V.B., Qasımov Ş.İ., Mövsymov N.T. İnsan anatomiyası, Atlas, Bakı, 1988.
Похожие документы:
MÖvzu: Azərbaycan Respublikasında sığorta işinin təşkili və onun təkmilləşdirilməsi
Документ
. haqqında» Azərbaycan Respublikasının Qanunu; «Məhkəmə və hüquq . Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının Prezidentinin fərmanları, sərəncamları və Azərbaycan Respublikasının Nazirl . ortası sistemi ittifaq-respublika əhəmiyyətli .
Fəaliyyətinin yaxşılaşdırılması haqqında
Документ
. Nazirliyi Azərbaycanda kitabxanaların fəaliyyətinin yaxşılaşdırılması haqqında AZƏRBAYCAN RESPUBLIKASI PREZ . etsin. 3. Azərbaycan Respublikasının Təhsil Nazirliyi məktəb kitabxanalarının maddi-texniki bazasının möhkəml .
Азярбайъан Милли Елмляр Академийасы Фялсяфя, Сосиолоэийа вя Щцгуг Институту
Документ
. dövlətlərin mədəniyyət nazirlərinin konfransında Azərbaycan Respublikasının Prezidenti cənab . əsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun qərarı /18 .
Sanitar feldşer ixtisası üzrə test suallarının nümunələri
Документ
. Ədəbiyyat: Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Səhiyyə sahəsində Azərbaycan Respublikası . ? A) 80 hs B) 90 hs C) 70 hs D) 60 hs E) 50 hs Ədəbiyyat: A.A. . kompleks planı harada təsdiq olunur ? A) Respublika GEM-də B) Səhiyyə Nazirliyində C) Şəhər .
Tibb bacısı ixtisası üzrə nümunəvi test suallarının toplusu
Документ
. ndə 2 dəfə, səhər işin əvvəlində və axşam iş qurtaranda E) Həftədə 1 dəfə Ədəbiyyat . olur? A) 75 hs B) 5 hs C) 15 hs D) 50 hs E) 120 hs Ədəbiyyat: И.В. Лукомский . olunan sınıqlar zamanı repozisiyanın vaxtı hansıdır? . Respublika Fövqəladə Hallar Nazirliyi .
- Правообладателям
- Написать нам
Comments are closed, but trackbacks and pingbacks are open.