Hədəf Nəşrləri (rəsmi bloq)
AZƏRBAYCAN RESPUBLİKASININ
TƏHSİL KOMPASI
CƏHƏTİNİZİ BİZİMLƏ MÜƏYYƏN EDİN , TƏHSİLƏ AİD REKLAM BLOGU VƏ ONLAYN KİTABLAR , DƏRSLİKLƏR , KURİKULUM TESTLƏRİ , MƏNTİQ TESTLƏRİ , İNFOMATİKA TESTLƏRİ , ABİTURİENT , blogreklamedu , HAZIRLIQ KURSLARI , 2017-2020
SON YAZILAR
Post Top Ad
- AZƏRBAYCAN DİLİ
- BİOLOGİYA
- COĞRAFİYA
- FİZİKA
- İBTİDAİ SİNİF
- İNFORMATİKA
- İNGİLİS DİLİ
- KİMYA
- RİYAZİYYAT
- TARİX
- MƏNTİQ
- KURİKULUM
- DÖVLƏT QULLUĞU
- MÜƏLLİMLƏRİN İŞƏ QƏBULU
- HAZIRLIQ KURSLARI
- REPİTİTORLAR
- DƏRSLİKLƏR
- BƏDİİ ƏDƏBİYYAT -PDF
- BƏDİİ ƏDƏBİYYAT PDF 2
- HÜQUQ ƏDƏBİYYATI -PDF, Yüklə
- ONLAYN KİTABLAR VƏ DƏRSLİKLƏR – YÜKLƏ – PDF
- KİTAB GÖNDƏR
- XƏBƏR
- ARAŞDIRMA
- MARAQLI
- BLOG YAZILARI
- DÜNYA TƏHSİLİ
- SƏNƏDLİ FİLMLƏR
- FORUM
- Haqqımızda
- KSQ , BSQ , TESTLƏR
Home Dövlət qulluğu Dövlət qulluğu sualları Online Testlər DÖVLƏT QULLUĞUNA AİD TESTLƏR – Müxtəlif mövzulara aid
DÖVLƏT QULLUĞUNA AİD TESTLƏR – Müxtəlif mövzulara aid
Hədəf Nəşrləri (rəsmi bloq)
kitabı keyfiyyətli nəşrdən oxumaq oxucunun haqqıdır
Qanunvericilik. Dövlət qulluğuna hazırlıq (testlər toplusu)
Tarix: Noyabr 2, 2013 Müəllif: umidlerinizi
AZƏRBAYCAN RESPUBLİKASININ
KONSTİTUSİYASI
1. Aşağıda göstərilən məsələlərdən hansı yalnız referendum yolu ilə həll olunur?
A) Vergilər və dövlət büdcəsi
B) Azəbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi
C) Aministiya və əf etmə
D) Konstitusiya qanunlarının qəbul edilməsi
2. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlətin ali məqsədidir?
A) Azərbaycan Respublikasının dövlət sərhədlərinin qorunması
B) Azərbaycan Respublikasının iqtisadiyatının inkışafi
C) İnsan və vətəndaş hüquqlarının və azadliqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi
D) Mülkiyyət hüququnun qorunması
3. Azərbaycan Respublikasında məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatçısı kimdir?
A) Milli Məclisin sədri
C) Konstitusiya Məhkəməsinin sədri
4. Azərbaycan Respublikasının Konstitusiyasına görə hansı hərəkət xalqa qarşı ən ağır cinayət sayılır?
A) Dövlətə qarsı qiyam
B) Dövlət cevrilişinə cəhd
C) Hakimiyyətin mənimsənilməsi
D) Vergilərdən yayinma
5. Azərbaycan Respublikasının Konstitusiyası nəvaxt qəbul edilib?
A) 12 dekabr 1994-cü il
B) 12 noyabr 1995-ci il
C) 15 noyabr 1995-ci il
D) 12 sentyabr 1995-ci il
6. AzərbaycanRespulikasının Konstitusiyasına görə dovlətçiliyinin varisliyini kim təmin edir?
D) Konstitusiya Məhkəməsi
7. Hansı normativ hüquqi akt Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir?
8. Azərbaycan Respublikası başqa dövlətlərlə münasibətlərini hansı prinsiplər əsasında qurur?
A) BMT-nin nizmnaməsinə əsasən
B) Azərbaycan Respublikasının qanunlarına əsasən
C) Hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında
D) Azərbaycan Respublikasının dövlətlər arası müqavilələriylə
9. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən mülkiyyətin hansı növləri vardır?
1. dövlət
2. paylı
3. bələdiyyə
4. birgə
5. Xüsusi
A) 1, 3, 4 B) 1, 3, 5 C) 2, 3, 5 D) 1, 4, 5
10. Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı mülkiyyətin hansı növünə əsaslanır?
A) Bazar iqtisadiyatına əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir
B) Sosial yönümlü iqtisadiyyata əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir
C) müxtəlif mülkiyyət növünə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir
D) Kapitalist iqtisadiyyata əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir
Vəkilliyə hazırlıq testləri
Vəkil olmaq üçün namizədlər:
– ali hüquq təhsilli olmalı;
– hüquqşünas ixtisası üzrə üç ildən az olmayaraq iş stajına malik olmalı və ya elmi və pedaqoji təhsil müəssisələrində hüquq sahəsində üç ildən az olmayan müddətdə fəaliyyət göstərmiş olmalı;
– İxtisas Komissiyası tərəfindən peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə keçirilən yazılı testdən və şifahi müsahibədən ibarət olan ixtisas imtahanını müvəffəqiyyətlə verməli;
– müvafiq icra hakimiyyəti orqanının tədris-elm müəssisəsində icbari təlimi müvəffəqiyyətlə bitirməlidir.
Aşağıdakı şəxslər vəkil ola bilməzlər:
– ikili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan şəxslər;
– qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunmuş şəxslər;
– qanunvericiliklə müəyyən edilmiş qaydada alınan tibbi rəyə əsasən əqli qüsurlarına görə vəkillik fəaliyyətini həyata keçirməyə qadir olmayan şəxslər;
– qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkumluğu ödənilməmiş və ya götürülməmiş şəxslər;
– barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı olan şəxslər.
• Əvvəllər vəkil (intizam qaydasında vəkillik fəaliyyətinə xitam verilmiş şəxslər istisna olmaqla) və ya hakim olmuş şəxslər yazılı testi vermədən və icbari təlimə cəlb olunmadan, şifahi müsahibədən keçdikdən sonra vəkil ola bilərlər.
• Hüquq elmləri doktoru elmi dərəcəsi olan şəxslər, habelə əvvəllər Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin sədri vəzifəsində işləmiş şəxslər yazılı testi vermədən, şifahi müsahibədən keçmədən və icbari təlimə cəlb olunmadan vəkil ola bilərlər.
TƏLƏB OLUNAN SƏNƏDLƏR
İXTİSAS İMTAHANININ YAZILI TEST MƏRHƏLƏSİNDƏ İŞTİRAK ÜÇÜN MÜRACİƏT QAYDASI
Vəkillər Kollegiyası üzvlüyünə qəbul olmaq üçün qanunvericiliklə müəyyən olunmuş tələblərə cavab verən şəxslər müvafiq ərizə-anket formasını doldurmalı və imtahanda iştirak üçün nəzərdə tutulmuş ödənişi (200 azn) keçiddəki bank rekvizitləri vasitəsilə ödəməlidirlər. Doldurulmuş ərizə-anket formasını və ödəniş qəbzini Sənəd Qəbulu Komissiyasına təqdim etməklə və ya onlayn formada müvafiq sənədlərin skan surətlərini orkhan.babayev@barassociation.az elektron poçt ünvanına göndərməklə Vəkillər Kollegiyasının Rəyasət Heyətinə müraciət edə bilərlər.
Qeyd: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 17 mart 2018-ci il tarixli qərarı ilə imtahanda iştirak üçün nəzərdə tutulmuş məbləğ 200 manat məbləğində müəyyən edilmişdir. Şəhid ailələri, müharibə veteranları, Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş şəxslər üçün bu ödəniş 100 manat məbləğində müəyyən edilmişdir.
İXTİSAS İMTAHANININ ŞİFAHİ MÜSAHİBƏ MƏRHƏLƏSİNDƏ İŞTİRAKI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR
İxtisas imtahanlarının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş namizədlər aşağıda qeyd edilən sənədləri Sənəd Qəbulu Komissiyasına təqdim etməlidirlər:
– Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş formada ərizə (forma);
– Şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
– Ali hüquq təhsili barədə diplomun notariat qaydada təsdiq edilmiş surəti;
– Əmək kitabçasının notarial qaydada və ya iş yerində təsdiq edilmiş surəti;
– Əqli cəhətdən sağlamlıq barədə tibbi arayış (nümunə);
– 3×4 sm və 4×6 sm ölçüdə, ağ fonda çəkilmiş 4 ədəd rəngli fotoşəkil;
– Kadrların şəxsi məlumat vərəqəsi (A3 formatda) (forma);
– Tərcümeyi hal (A3 formatda) (forma).
HAZIRLIQ PROQRAMI
Vəkilliyə namizədlərin test imtahanına hazırlaşmalarına köməklik etmək məqsədilə Vəkillərin İxtisas Komissiyası vəkilliyə qəbula dair aşağıdakı imtahan proqramını namizədlərin diqqətinə təqdim edir:
1. Xüsusilə diqqət yetirilməli olan qanunvericilik aktları: Azərbaycan Respublikasının Konstitusiyası, Mülki, Mülki Prosessual, Cinayət, Cinayət Prosessual, İnzibati Prosessual, İnzibati Xətalar, Ailə, Əmək və Cəzaların İcrası məcəllələri, həmçinin “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” qanunlar.
2. Diqqət yetirilməli olan digər qanunvericilik aktları: Mənzil, Şəhərsalma və Tikinti, Vergi, Torpaq və Seçki məcəllələri, “Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu, Naxçıvan Muxtar Respublikasının Konstitusiyası, “Mediasiya haqqında”, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası, “İcra haqqında” Qanun, “Notariat haqqında” Qanun, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanun, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun, “Məhkəmə-Hüquq Şurası haqqında” Qanun, “Prokurorluq haqqında” Qanun, “Polis haqqında” Qanun, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Qanun, “Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında” Qanun və “İnzibati icraat haqqında” Qanun.
Test nümunələri
1. Cinayət Məcəlləsinin 143-cü (“təhlükədə qoyma”) maddəsinə əsasən, həyat və sağlamlığı üçün təhlükəli vəziyyətdə olan və özünü qorumaq üçün tədbir görmək imkanından məhrum olan şəxsi bilə-bilə köməksiz qoyma müəyyən şərtlər daxilində cinayət məsuliyyətinə səbəb olur. Aşağıdakılardan hansı həmin şərtlərə aid deyildir?
A) Köməksiz qoyanın tibb işçisi olması
B) Köməksiz qoyanın zərərçəkmiş şəxsə kömək göstərmək imkanının olmaması
C) Köməksiz qoyanın özünün zərərçəkmiş şəxsi onun həyat və sağlamlığı üçün təhlükəli vəziyyətə salması
D) Həmin şəxsi köməksi qoyanın onun qayğısına qalmalı olması
2. Hüquqi şəxsin hüquq qabiliyyəti nə vaxtdan yaranır?
A) Dövlət qeydiyyatına alındığı vaxtdan
B) Bankda hesablaşma hesabının açıldığı vaxtdan
C) Onun yaradılması barədə təsis sənədlərinin imzalandığı vaxtdan
D) Nizamnaməsinin qəbul edildiyi vaxtdan
3. Aşağıdakılardan kimlərə heç bir halda ictimai işlər növündə inzibati tənbeh tətbiq edilə bilməz?
A) Hərbi qulluqçulara
B) Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına
C) 18 yaşına çatmayan şəxslərə
D) Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə
4. Azərbaycan Respublikasının Konstitusiyasına əsasən, təcili elan olunan qanun layihəsi qəbul edildikdən sonra hansı müddətdə imzalanmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim edilir?
A) 24 saat ərzində
B) 6 saat müddətində
C) 48 saat ərzində
D) 3 gün müddətində
Comments are closed, but trackbacks and pingbacks are open.