Vətəndaşların müraciətləri haqqında qanunu 2015
1.1.5. həmin Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
Vətəndaşların müraciətləri haqqında qanunu 2015
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının
2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində:
1.1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.2. həmin Qanunun pozulmasına görə məsuliyyət müəyyən edən qanun layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.3. həmin Qanunun 7.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.4. həmin Qanunun 13.2-ci maddəsinə uyğun olaraq, dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında kargüzarlığın aparılmasına nəzarətin həyata keçirilməsi qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.1.5. həmin Qanunun 5.8-ci maddəsinə uyğun olaraq, ictimai əhəmiyyətli funksiyaları yerinə yetirən hüquqi şəxslərin siyahısını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.6. həmin Qanunun 15.3-cü maddəsinə uyğun olaraq telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;
1.1.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin:
1.2. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
2.1. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.2-ci, 12.7-ci və 13.2-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;
2.2. həmin Qanunun 5.8-ci və 15.3-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
2.3. həmin Qanunun 13.1-ci maddəsində nəzərdə tutulmuş səlahiyyətləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası həyata keçirir.
3. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 12.7-ci maddəsində nəzərdə tutulmuş məlumata dövlət orqanının qanunazidd qərarları və onun vəzifəli şəxsinin qanunazidd hərəkətləri (hərəkətsizliyi) barədə məlumatlar da daxil edilir.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 noyabr 2015-ci il.
© 2010-2023 Azərbaycan Respublikası Prezidentinin rəsmi internet saytı. Müəllif hüquqları qorunur.
Saytın idarəetməsi Azərbaycan Respublikası Prezidentinin Mətbuat Katibinin xidməti və Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsi tərəfindən həyata keçirilir.
- FAQ
- Sayt haqqında
- 2007-2010-cu illərin materialları
Vətəndaşların müraciətləri haqqında qanunu 2015
“Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanununun icrası ilə bağlı irəli gələn vəzifələr Nəsimi Rayon İcra Hakimiyyətində geniş müzakirə olunmuşdur.
Yığıncaqda rayon İcra Hakimiyyətinin, sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin, mərkəzi icra orqanlarının yerli strukturlarının rəhbərləri və dövlət qulluqçuları, bələdiyyə qulluqçuları, rayon kommunal və xidmət sahələrinin nümayəndələri iştirak etmişdir. Yığıncağa sədrlik edən rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov qeyd etmişdir ki, Azərbaycan xalqının rifahının artırılmasına və ölkəmizin qüdrətinin yüksəlməsinə yönəlmiş çoxşaxəli tədbirlərin tərkib hissəsi olaraq, yeni imzalanmış “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu qanunvericiliyin təkmilləşdirilməsinin, insanların hüquq və azadlıqlarının təmin edilməsinin bariz nümunəsidir. Bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin tapşırığı və tövsiyələrinə uyğun olaraq vətəndaşlara qayğı və diqqət gündən-günə artırılır, onların Konstitutsiya hüquqlarını daha yaxşı təmin etmək müstəqillik illərində formalaşmış qanunvericilik bazası mütəmadi təkmilləşdirilir. Ulu öndər Heydər Əliyevin demokratik hüquqi dövlətimizin əsaslarını yaratmaq üçün başladığı böyük işlər onun ideyalarını əzmlə həyata keçirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov tərəfindən “Azərbaycan” qəzetində yeni Qanunun əsas müddəalarına şərh verilmiş və vurğulanmışdır ki, yeni Qanunun qəbul edilməsində əsas məqsəd vətəndaş müraciətlərinə baxılmasını tənzimləyən norma və qaydaların 1997-ci ildən sonra qəbul edilmiş digər normativ hüququ aktların tələblərinə uyğunlaşdırılması, eləcə də cəmiyyətin sürətli inkişafı nəticəsində formalaşmış yeni münasibətlərin əks etdirilməsi, ilk növbədə, vətəndaşlara daha yüksək qayğının təmin edilməsi, müraciətlərə baxılması və onlara cavab verilməsi üçün daha konkret müddətlər müəyyən edilməsi, hər bir dövlət orqanında, müraciətə baxan subyektlərdə bu sahədə məsuliyyətin daha da yüksəlməsidir.
Yığıncaqda çıxış edən struktur bölmələrin rəhbərləri yeni imzalanmış Qanunun həm vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsində, həm də müraciətlərə baxılması sahəsində mühüm əhəmiyyət kəsb etdiyini qeyd edərək, ölkə başçısının vətəndaşların müraciətlərinə maksimum diqqət və qayğı göstərilməsi barədə tapşırıqları ilə bağlı üzərilərinə düşən vəzifələrin layiqincə yerinə yetiriləcəyini bildirdilər.
Yığıncağın yekununda rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov sakinlərin müraciətləri əsasında Nəsimi rayonunda abadlıq və quruculuq işlərinin aparıldığını, yaşayış binalarının, məhəllələrin, yolların, park və istirahət yerlərinin, kommunikasiya xəttlərinin əsaslı təmir olunduğunu və yenidən qurulduğunu, vüssət almış bu yeniliklərə görə vətəndaşların Respublika Prezidenti cənab İlham Əliyevə minnətdarlıq bildirdiklərini, Yeni Qanunun müddəalarından irəli gələn vəzifələrlə bağlı dövlət qulluqçularının, xidmət sahələrində çalışan məsul şəxsələrin məsuliyyətinin artığını, vətəndaşların müraciətlərinə baxılmasının, onların qəbulunun və sənədlərlə işin daha da yaxşılaşdırılmasının ümdə vəzifə olduğunu qeyd etdi və aidiyyəti üzrə tapşırıqlar verildi.
Ölkə.az
Vətəndaşların müraciətləri haqqında qanunu 2015
Maddə 57. Müraciət etmək hüququ I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən
Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinə və 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq, Azərbaycan Respublikası vətəndaşlarının müraciət etmək hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, vəzifəli
“Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq,
“Telefon müraciət xidməti vasitəsilə şifahi müraciətlərin edilməsi, qəbulu, qeydiyyatı və cavablandırılması Qaydası”nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30
- Vətəndaşların müraciətlərinə dair qanunvericilik
- Qəbul günləri
- Əlaqə
Comments are closed, but trackbacks and pingbacks are open.