Vətəndaşların müraciətlərinə baxılması qaydaları dəyişdirilir
Maddə 6. Vətəndaşların qəbul edilmə qaydası
Отправить сообщение
AZƏRBAYCAN RESPUBLİKASI FÖVQƏLADƏ HALLAR NAZİRLİYİNİN ÜNVANINA ELEKTRON FORMADA MÜRACİƏT GÖNDƏRMƏZDƏN ƏVVƏL, XAHİŞ EDİRİK QAYDALARLA TANIŞ OLUN:
- Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsi vasitəsi ilə elektron formada göndərilmiş müraciətlər Nazirliyinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinə daxil olur və ”Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997-ci il 10 iyun tarixli 314-IQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 29 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”na uyğun olaraq qeydiyyata alınır və baxılır.
- Göndərilən electron məktublara Fövqəladə Hallar Nazirliyinin səlahiyyətində olan məsələlərlə bağlı olduqda baxıla bilər(qəbul olunacaq)
- Məktubda müraciət edən vətəndaşın adı, soyadı, atasının adı, poçt və ya email ünvanı qeyd olunmalıdır .
- Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.
- Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.
- Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.
- Müraciət edərkən etika qaydaları gözlənilməlidir. Nəzakətsiz ifadələr işlədildikdə və ya müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.
- Zəruriyyət yaranarsa Nazirliyin məsul əməkdaşları müraciət edən vətəndaş haqqında məlumat əldə etməyə ixtiyarı var.
- Vətəndaşların elektron müraciətlərinə cavab yalnız qeyd edilən poçt ünvanına göndəriləcək.
- Şəxsi məlumatlar barədə qanunvericiliyə uyğun olaraq müraciət edən vətəndaşın şəxsi məlumatları saxlanılır və təhlil edilir.
- Elektron müraciətin mətni 1000 işarədən çox olmamalıdır.
- Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Fövqəladə Hallar Nazirliyinin E-mail: info@fhn.gov.az ünvanına və ya adi poçtla bu ünvana göndərilməlidir:
Министерство по Чрезвычайным Ситуациям Азербайджанской Республики
AZ1073, город Баку, улица М. Мушвига 501
Аппарат
- +994 12 512 00 61
- +994 12 512 00 61
- info@fhn.gov.az
Отдел приема и обращений граждан
- +994 12 512 00 28
- +994 12 512 00 46
Aппеляционный совет
- +994 12 512 02 98
- +994 12 512 00 46
- apellyasiya@fhn.gov.az
Управление связи с общественностью
- +994 12 512 01 80
- +994 12 512 00 10
Официальный информационный портал Министерства Чрезвычайных ситуаций Азербайджанской Республики
2011-2023 ©
- Учреждения министерства
- Региональные центры
- Государственная Служба Пожарной Охраны
- Государственная Служба Пожарного Надзора
- Государственной Агентство по Надзору за Безопасностью в Строительстве
- Государственное Агентство по Безопасному Ведению Промышленных Работ и Горно-промысловому Надзору
- Государственное Агентство по Регулированию Ядерной и Радиологической Деятельности
- Государственная инспекция по маломерным судам
- Служба Спасения Особого Риска
- Каспийская Бассейновая Аварийно-Спасательная Служба
- Центр Управления в Кризисных Ситуациях
- Академия Министерства по Чрезвычайным Ситуациям
- Медицинская служба
- Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyi
- Бакинский региональный центр
- Sumqayıt Regional Mərkəzi
- Şimal-Qərb Regional Mərkəzi
- Şimal Regional Mərkəzi
- Gəncə Regional Mərkəzi
- Aran Regional Mərkəzi
- Muğan Regional Mərkəzi
- Qarabağ Regional Mərkəzi
- Cənub Regional Mərkəzi
Vətəndaşların müraciətlərinə baxılması qaydaları dəyişdirilir
Azərbaycanda “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Trend-i buradan izləyin
Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycanda “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.
Trend-in məlumatına görə, qanun layihəsi barədə məlumat verən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova qeyd edib ki, “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsi insan və vətəndaşın öz hüquq və azadlıqlarından istifadə edərək, konstitusion hüququ olan müraciət hüququnun həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləmək, vəzifəli şəxslər tərəfindən müraciətlərə baxılma qaydalarını müəyyən etmək məqsədi daşıyır.
R.Aslanova vurğulayıb ki, hazırda vətəndaşların müraciətlərinə baxılma qaydaları 10 iyun 1997-ci ildə qəbul olunmuş “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” qanunla tənzimlənir və “Vətəndaşların müraciətləri haqqında” qanun layihəsinin qəbul olunacağı təqdirdə həmin Qanun ləğv ediləcək: “Bütün bu illər ərzində həyatımızda baş verən dəyişikliklər, vətəndaş-dövlət arasında çox effektli əks əlaqənin güclənməsi yeni Qanunun qəbul edilməsini zərurətə çevirir. Bu iki sənəd arasında müqayisəli təhlil yeni sənədin əhatə dairəsinin nə qədər geniş olduğunu sübut edir”.
Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında
Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında Azərbaycan Respublikasının Qanunu
Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir.
Maddə 1. Müraciət etmək hüququ
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə hərbi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. Hər bir müraciətə qanunla müəyyən edilmiş qaydada və müddətlərdə yazılı cavab verilməlidir.
Maddə 2. Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik
Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında qanunvericilik Azərbaycan Respublikası Konstitusiyasından, bu Qanundan və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından ibarətdir.
Maddə 3. Əsas anlayışlar
Təklif – dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elm, texniki, hüquq, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciət.
Ərizə – vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət.
Şikayət – dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpası tələbi barədə müraciət.
Maddə 4. Bu Qanuna aid olmayan sahələr
Bu Qanunun qüvvəsi məhkəmə icraatı çərçivəsində vətəndaşların etdiyi müraciətlərin baxılmasına şamil edilmir. Hərbi qulluqçuların xidmətlə əlaqədar müraciətlərinə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsinə və intizam nizamnaməsinə uyğun olaraq baxılır.Referendumun keçirilməsi ilə əlaqədar müraciətlərə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə uyğun olaraq baxılır. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) tərəfindən vətəndaşların müraciətlərinə baxılması qaydası müvafiq Qanunla tənzimlənir.
Maddə 5. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin vəzifələri
Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr Azərbaycan Respublikası Konstitusiyası və qanunları ilə müəyyən edilən və təminat verilən qaydada Azərbaycan Respublikası vətəndaşlarının yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata keçirilməsi üçün zəruri şərait yaradılmasını təmin etməlidirlər. Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar müəssisələr, onların rəhbərləri, digər vəzifəli şəxslər vətəndaşların təkliflərini, ərizə və şikayətlərini qəbul etməyə və özlərinin səlahiyyətinə uyğun olaraq bu Qanunla müəyyən edilmiş qaydada və müddətlərdə baxmağa, lazımi tədbirlər görməyə və onlara cavab verməyə borcludurlar. Dövlət hakimiyyəti orqanlarının, idarələrin, təşkilatların, müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri təkliflərə, ərizə və şikayətlərə baxarkən: onların mahiyyətini diqqətlə öyrənməli, zəruri olduqda lazımi sənədləri tələb etməli və məsələnin həlli üçün başqa tədbirlər görməlidirlər; təkliflərin, ərizə və şikayətlərin baxılmasının nəticəsi haqqında vətəndaşlara yazılı şəkildə məlumat verməli, onlar təmin edilmədikdə bunun səbəblərini göstərməli, şikayət vermək qaydasını izah etməlidirlər; təklif, ərizə və şikayətlər barəsində əsaslandırılmış qərarların qəbul edilməsini və bu qərarların vaxtında və düzgün yerinə yetirilməsini təmin etməlidirlər. Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr vətəndaşların müraciətlərinə baxılması vəziyyətini müntəzəm olaraq yoxlamalı və qanunla mühafizə olunan mənafelərinin pozulması ilə əlaqədar təkrar ərizə və şikayətlərin verilməsi ilə nəticələnən sənədlərin aradan qaldırılması üçün tədbirlər görməlidir.
Maddə 6. Vətəndaşların qəbul edilmə qaydası
Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşların qəbul edilməsinin təşkilini təmin etməlidirlər. Vətəndaşlar əvvəlcədən məlumat verilən günlərdə və saatlarda qəbul edilməlidirlər. Zəruri hallarda dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri və digər vəzifəli şəxsləri vətəndaşları dərhal qəbul etməlidirlər.
Maddə 7. Müraciətə baxılması qaydası
Vətəndaşlar təklifləri və ərizələri həmin məsələni bilavasitə həll etməli olan dövlət hakimiyyəti orqanlarına, idarələrə, təşkilatlara, müəssisələrə və ya vəzifəli şəxslərə verirlər. Dövlət hakimiyyəti orqanları, idarələr, təşkilatlar, müəssisələr, onların rəhbərləri və digər vəzifəli şəxsləri müraciətdə irəli sürülən məsələlərin həlli, onların səlahiyyətinə aid olmadıqda, bunları beş gündən gec olmayaraq müvafiq təşkilata göndərir və bu barədə müraciət edənə məlumat verir, şəxsi qəbul zamanı isə hara müraciət etmək lazım olduğunu izah edir. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Dövlət hakimiyyəti orqanı başqa orqanlara, idarələrə, təşkilatlara, müəssisələrə vətəndaşların müraciətlərini aiddiyyəti üzrə baxılması üçün göndərdikdə və həmin müraciətin baxılması nəzarətdə saxlandıqda isə həmin orqanlar, idarələr, təşkilatlar müəssisələr müraciətlə bağlı dövlət hakimiyyəti orqanına əsaslandırılmış və bu Qanunda nəzərdə tutulmuş müddətdə cavab verməlidir. Dövlət hakimiyyəti orqanına müraciətlə bağlı cavab məktubu müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri tərəfindən imzalanmalıdır. Müraciəti qəbul etməkdən imtina qadağandır. Məlumatın verilməsi barədə müraciət baxılmağa qəbul olunarkən müraciət edəndən həmin məlumatın əldə edilməsinin zəruriliyini əsaslandırmağı tələb etmək qadağandır. Yazılı müraciət vətəndaş tərəfindən imzalanmalı, vətəndaşın adı, atasının adı, soyadı, ünvanı, yaxud işlədiyi yer göstərilməlidir. Müraciətdə həmin məlumatlar göstərilmədikdə onlar anonim sayılır. Anonim müraciətlərə baxılmır. Vətəndaşların şikayətlərini baxılmaq üçün qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilən orqanlara və ya vəzifəli şəxslərə göndərmək qadağandır.
Maddə 8. Müraciətlə bağlı kargüzarlığın aparılma qaydası
Vətəndaşların təklif, ərizə və şikayətləri mütləq kargüzarlıqda qeydiyyatdan keçirilir. Sənədlərə daxil olma tarixini və nömrəsini göstərən ştamp vurulur. Vətəndaşların tələbi ilə təklifin, ərizənin və şikayətin qeydə alınma nömrəsi və tarixi ona bildirilir. Vətəndaşların müraciətləri ilə bağlı aparılan kargüzarlıq işini orqanın rəhbəri təmin edir. Kargüzarlıq müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qaydada aparılır.
Maddə 9. Qərardan şikayət etmək hüququ
Öz təklifi, ərizəsi, şikayəti barəsində qəbul edilmiş qərarla razılaşmayan vətəndaş bu qərarı qəbul etmiş orqanın, idarənin, təşkilatın, müəssisənin və ya vəzifəli şəxsin bilavasitə tabe olduqları orqana və ya vəzifəli şəxsə həmin qərar barəsində şikayət etmək hüququna malikdir. Şikayətlər qanunvericilikdə nəzərdə tutulan qaydada məhkəməyə verilə bilər.
Maddə 10. Müraciətə baxılma müddəti
Qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla müraciətə qanunvericiliklə başqa müddət nəzərdə tutulmamışdırsa, bir ay müddətinədək, əlavə öyrənilməsi və yoxlanılması tələb edilməyən müraciətə ən geci 15 gün ərzində baxılmalıdır. Müraciətə baxılmaq üçün xüsusi yoxlama keçirmək, əlavə materiallar tələb etmək, yaxud başqa tədbirlər görmək lazım gəldiyi hallarda müvafiq orqanın, idarənin, təşkilatın, müəssisənin rəhbəri və ya onun müavini müraciətə baxılma müddətini müstəsna hallarda ən çoxu bir ay uzada bilər. Bu barədə müraciət edən vətəndaşa, müraciətin baxılması dövlət hakimiyyəti orqanı tərəfindən nəzarətdə saxlandıqda isə dövlət hakimiyyəti orqanına məlumat verilməlidir. Hərbi qulluqçuların və onların ailə üzvlərinin müraciəti daxil olduğu gündən etibarən ən geci 15 gün ərzində baxılır. Dövlət tərəfindən müdafiə olunan məhkəmə və hüquq mühafizə orqanları işçilərinin təhlükəsizliyini təmin edən səlahiyyətli dövlət orqanlarının və vəzifəli şəxslərin qanunsuz qərarlarına və hərəkətlərinə dair müraciətlərə dərhal baxılmalıdır. Əgər məlumatın verilməsi barədə müraciətə yuxarıda göstərilən müddətlərdə baxılması nəticəsində lazım olan məlumat öz əhəmiyyətini itirə bilərsə, həmin müraciətə dərhal, bu mümkün olmadıqda isə, 24 saatdan gec olmayaraq baxılmalıdır.
Maddə 11. Bu Qanunun pozulmasına görə məsuliyyət
Dövlət hakimiyyəti orqanları, idarə, təşkilat və müəssisələrin rəhbərləri vətəndaşların təkliflərinin, ərizə və şikayətlərinin qəbul edilməsinin və onlara baxılmasının təşkili üçün məsuliyyət daşıyırlar. Vətəndaşların təklif, ərizə və şikayətlərinə baxılması üçün müəyyən edilmiş qaydanı pozmaqda, habelə təkliflər, şikayətlər verməklə əlaqədar olaraq, yaxud onlardakı tənqidə görə vətəndaşları təqib etməkdə təqsiri olan vəzifəli şəxslər qanunvericiliyə müvafiq olaraq intizam, mülki-hüquq və cinayət məsuliyyəti daşıyırlar. Vətəndaş böhtan məqsədilə ərizə və ya şikayət verdikdə, qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyır.
Maddə 12. Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması qaydası
Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin müraciətlərinə baxılması Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr ilə başqa qayda nəzərdə tutulmayıbsa, bu Qanunla tənzimlənir.
Azərbaycan Respublikasının Prezidenti Heydər ƏLİYEV
Bakı şəhəri, 10 iyun 1997-ci il
- Polis uşaq bloku
- Çox soruşulan suallar
- DİO-da xidmətə qəbul qaydaları
- Mülki silahın əldə olunması
- Yol hərəkətinin təhlükəsizliyi
- Cinayətin şahidi oldunsa
- Tapıntılar bürosu
Comments are closed, but trackbacks and pingbacks are open.