Kitablarin Elektron Versiyasi
Pəri və Abdulla, atalarıyla Kabul çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taleydən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.
“Çərpələng uçuran”-ın müəllifi Xalid Hüseyni haqqında…
Xalid Hüseyni 1965-ci ildə Kabulda anadan olub. Xalid Hüseyninin atası diplomat olmuşdur. Kabulda olan daxili qeyri-sabitliyin hökm sürdüyü bir vaxt atasının diplomat olduğu üçün Xalidin ailəsinə ABŞ-da siyasi sığınacaq verilir.
Xalid Hüseyni Amerikada Kaliforniya Universitetində tibb sahəsində təhsil alıb. Baxmayaraq ki, Xalid Hüseyni ölkəsində baş verən çətinliklərin birbaşa şahidi olmayıb, onu hər zaman həmyerlilərinin acı həyatı, ölkəsinin mürəkkəb siyasi vəziyyəti narahat edib. Elə buradan da yazıçının həkim olmaq istəyi meydana gəlib. İnsanlara kömək etmək, xeyir göstərmək istəyi…
Vətənindən, doğmalarından ayrılıq yazıçının gələcək ədəbi həyatına təsir edir və zamanla yazıçı öz daxili həyacan və intizarını vərəqə köçürür.
Xalid Hüseyninin ilk müəllifi olduğu əsər “Çərpələng uçuran” adlanır. Tənqidçilər və oxucu auditoriyası bu romanı böyük zövq və maraqla qarşıladılar. Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. “Çərpaləng uçuran” bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciyə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür…
Tezliklə kitabın motivləri əsasında film çəkilir, lakin Əfqanıstan hakimiyyət orqanları filmin ölkədə yayımlanmasını qadağan edir. Bu hadisə Xalid Hüseynini bir qədər sarsıtsa da, onu ümüdini kəsmir və yazıçı fəaliyyətinə daha çox təşəbbüs ayıraraq yazıçılığa davam edir.
2007-ci ildə Xalid Hüseyninin ikinci əsəri oxucu auditoriyasına təqdim edilir. Həmin əsər “Min möhtəşəm günəş” adlanır və tezliklə bütün ingilis dilli ölkələrin kitab köşklərində qabaqcıl cərgələrdə durur.
Roman Əfqanıstanı darmadağın edən müharibənin qurbanı olmuş iki əfqan qadınının həyatından bəhs edir: əfqanlı zəngin birisinin nikahdan kənar qızı, uşaqlıqdan ailə sevgisindən məhrum olmuş Məryəm və mehriban ailənin sevimli qızı, maraqlı və rəngarəng həyat arzusunda olan Leyla.
Onların arasında ümumi heç nə yoxdur, ayrı-ayrı dünyalarda yaşayırlar, amma müharibə onların həyat yolunu birləşdirir. Özləri də bilmir onlar kimdir – rəqib, rəfiqə, yoxsa bacı. Təklikdə orta əsr desportizminə, amansızlığa qarşı dura bilməyəcəklərini başa düşüb birlikdə mübarizə aparırlar, ağır sınaqlardan keçirlər.
“Min möhtəşəm günəş” güclü, dramatik, lirik romandır – oxucu qəlbini riqqətə gətirən ağrısı, sevinci ilə, nəcib məqsədi, sonsuz lütfü ilə.
Yazıçının ən son fəaliyyət nümunəsi 2013-cü ildə “Və dağlardan səda gəldi” əsəri olmuşdur. İlk iki əsər kimi də bu əsər də əsasən Əfqanıstan və oradakı insanların həyatı haqqında bəhs edir. Romanda Abdulla və bacısı Pəri 1952-ci ilin Əfqanistanının Şadbag adlı kiçik bir kəndində ataları və ögey analarıyla birlikdə yaşayırlar. Ataları Sabur davamlı iş axtarmaqda, yoxsulluq və çətin qış şərtləriylə mübarizə aparmaqdadır.
Adı kimi gözəl və yaxşı xasiyyəti olan Pəri, qardaşı Abdullanın hər şeyidir. Bacısına qardaşdan çox valideyn olan Abdulla onun uğrunda hətta qurban getməyə hazırdır. Onun üçün etməyəcəyi heç bir şey yoxdur. Hətta qardaşı, Pərinin kolleksiyasına əlavə etmək istədiyi ən dəyərli lələyi əldə etmək üçün yeqanə ayaqqabılarından da keçməyə razıdır və gecələr bir tək çarpayını paylaşmaq məcburiyyətindədirlər.
Pəri və Abdulla, atalarıyla Kabul çölünə tərəf yola çıxanda onları gözləyən, həyatlarını bir-birindən qoparacaq taleydən xəbərsizdirlər: Bəzən bir əli qurtarmaq üçün bir barmağından keçməlisən.
Nəsillərdən və qitələrdən keçərək bizi Kabuldan başlayıb Paris, San-Fransisko və Tinosun Yunan adalarına tərəf səfərə çıxaran Xalid Hüseyninin yeni romanında, həyatımız boyunca etdiyimiz seçimləri, ən yaxınlarımız tərəfindən məruz qaldığımız ümidsizlikləri, bizi təsvir edən və həyatımızı şəkilləndirən ölçüləri sonsuz müdriklik, mərhəmət hissi və həvəslə izah edir.
Kitablarin Elektron Versiyasi
Əfqanıstanın paytaxtı Kabildə bir diplomat ailəsində anadan olub. Yazıçının ailəsi 1980-ci ildə ABŞ-dan siyasi sığınacaq alıb və Amerikaya köçüb. Gənc yaşlarından Amerikanın Koliforniya Ştatında məskunlaşan Xalid hazırda Şimali Koliforniyada yaşayır.
Xalid Hüseyninin ilk romanı “Çərpələng ovçusu” romanıdır. 2004-cü ildə Amerikada çap olunan bu əsər qısa zamanda rekord sayda oxucu taparaq, müasir dünya ədəbiyyatının ən gözəl nümunələrindən birinə çevrilib.
Onun 2003-cü ildə nəşr olunan “The Kite Runner” adlı əsəri dünyada 12 milyondan çox satılıb. “The Kite Runner” uşaq vaxtı başına gələn dəhşətli hadisəni unutmağa və atası ilə dil tapmağa çalışan gənc oğlan Əmirin tarixçəsidir. Romandakı hadisələr monarxiyanın çökməsindən bəhs edir və Taliban hərəkatının dağılmasına qədər Əfqanıstanda, sonra isə Kaliforniyada baş verir. Kitabın başqa bir mövzusu Əfqanıstanda olan etnik qruplar – xəzərlər və puştunlar arasındakı fikir ayrılıqları, eləcə də Əmirin və onun atasının emiqrant həyatından bəhs edir. 2005-ci ildə roman ABŞ-da bestsellerlər arasında 3-cü yeri tutub. 2007-ci ildə kitab əsasında eyniadlı film çəkilib
————————–——-
Filmi – Online baxmaq ucun klikle
————————–——-
Kitabi yukle :
Turkce – Bu linke klikle
Ingilisce – Bu linke klikle
Rusca – Bu linke klikle
“Çərpələng uçuran”ın müəllifi: “Əfqanıstan xalqı buna layiq deyil”
Əfqan əsilli məşhur amerikan yazıçı Xalid Hüseyni “Taliban” hərəkatının Əfqanıstanın bütün ərazisində vəziyyətə tam nəzarəti ələ keçirməsinə münasibət bildirib.
“Yeni Gündəm” xəbər verir ki, X. Hüseyni bu barədə rəsmi tvitter hesabında yazıb.
“Əfqanıstan xalqı buna layiq deyil”, – deyə yazıçı vurğulayıb.
Qeyd edək ki, Xalid Hüseyni dünyanın ən çox oxunan kitabların müəlliflərindən biridir. Onun “Çərpələng uçuran”, “Min möhtəşəm günəş”, “Və dağlardan səda gəldi”, “Dəniz duası” kimi kitabları dünyada kütləvi tirajlarla satılıb.
Məhz Hüseyninin əsərləri Əfqanıstanda qadın və uşaq hüquqlarının vəziyyətindən, terrorla bağlı yaranmış çətinliklərdən, problemlərdən dünyanı agah edib.
Yazıçı həmçinin BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının sülhməramlı səfiri, Əfqanıstan əhalisinə humanitar yardım göstərən “Xalid Hüseyni” qeyri-kommersiya fondunun təsisçisidir.
Comments are closed, but trackbacks and pingbacks are open.