Press "Enter" to skip to content

Faiq Kərimoğlu

1. Viktor Hüqo- “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Quran-i Kərim
4. Qabriel Qarsia Markes-“Yüz ilin tənhalığı”
5. Xalid Hüseyn- “Çərpələng uçuran”
6. Kitabi Dədə-Qorqud dastanı
7. Teodor Drayzer- “Dahi”
8. Cek London -“Martin İden”
9. Etel Lilian Voyniç- “Ovod”
10. İncil

“Çərpələng Uçuran” – Xalid Hüseyni . 2 ci hissə. Roman. Dünya ədəbiyyatı. Sesli dinle.

Xalid Hüseyninin bu debüt romanını artıq yeni əsrin baş romanı, müəllifini isə canlı klassik hesab eləyirlər. ‘Çərpaləng uçuran’ bu an yaşanan müstəmləkəçilik sonrası yeni müstəmləkəçilik (neokolonial), qloballaşma, mədəniyyətlərarası savaş, vətəndaş müharibəsi və miqrasiya kimi mövzulara bədii baxış açısı gətirir. Bundan əlavə, müəllif xatirələr, aydınlatma, cinsi ilişkilər kimi qavrayışlara da toxunur. Kitab sözün əsl mənasında dostluq, sədaqət, xəyanət, günahlardan arınma haqqındadır və Xalid Hüseyninin bu incə, canayaxın, ironik və sözün yaxşı mənasında sentimental romanı doymadan və göz çəkə bilmədən baxdıqca baxılan möhtəşəm bir rəsm əsərinə bənzəyir. Müəllif, əsərin adından da göründüyü kimi, Əfqan uşaqlarının çərpələng uçurmaq əyləncəsini yada salır. Bu yarışlardan birində əsərin qəhrəmanlarından biri – Həzara (Xəzər) oğlu Həsənin başına dəhşətli hadisə gəlir, o bu hadisəyə dostu bildiyi Əmirin naminə razı olur, ancaq onu kədərləndirmək haqda düşünmür. Həmin dost isə, bu dəhşəti kənardan görür, lakin gizlənib səsini çıxarmır. Bununla da faciə böyüyür, getdikcə davam edir. Öz qorxaqlığından çıldıran Əmir ayılanda artıq gec olduğunu düşünür. Haçansa gec olurmu?

Комментарии отсутствуют

Çərpələng uçuran | Xalid Hüseyni

Kiatabları sevirəm, amma hər kitabı da yox. Təsirli kitabları daha çox sevirəm. Kafka kimi desəm, gərək kitab mənə “başıma vurulan zərbə” kimi təsir etsin. (Əgər oxuduğumuz kitab bizi başımıza vurulan zərbə kimi sarsıtmırsa, niyə oxumağa vaxt sərf edək ki? F.Kafka)

Oxuduğum kitablar arasında təsirlilərindən biri də Xalid Hüseyninin məşhur əsəri “Çərpələng uçuran”dı. Əsər bestseller də olub, amma nə yalan deyim, əsəri sırf bestsellerdi deyə oxumaq düzgün deyil, məncə. Çünki, elə bestsellerlər var ki, onlar elə də maraqlı deyil. Mənə görə, o kitablar şans əsəri “Gangnam style” kimi məşhurlaşıblar. ��

Əsərin müəllifi Xalid Hüseyni əfqan əsilli Amerika yazıçısıdır, əsas peşəsi həkimlikdir. “Çərpələng uçuran” onun ilk və ən uğurlu romanıdı.(bildiyim qədəri ilə digər romanı da”Min möhtəşəm günəş”di) Düzünü etiraf etsəm, əsərin türkcə adı daha çox xoşuma gəldi-“Uçurtma avcısı”

Əsər 2003-cü ildə nəşr olunub, dilimizə 2011-ci ildə tərcümə olunub. Dünyada 12 milyondan çox satılıb. 2005-ci ildə roman ABŞ-da bestsellerlər siyahısında üçüncü yeri tutub. 2007-ci ildə isə kitab əsasında eyniadlı film çəkilib.
Kitabı birinci oxumaq məsləhətdi, film də pis alınmayıb, amma kitab qədər təsirli deyil və normal olaraq təhriflər çoxdu. Çünki, o boyda əsəri 2 saatlıq filmə sığdırmaq elə də asan iş deyil. Bütün bunları nəzərə alsaq, film də maraqlıdı.

Demək olar ki, romanda çox mövzuya toxunulub: dostluq, sevgi, fədakarlıq, vətən həsrəti, xəyanət, nifrət…
Əsərin baş qəhrəmanları iki dost- Həsən və Əmirdir.

Əmir-Varlı ailənin övladı. Gözünü açandan həmişə cah-cəlal içində böyümüş bir uşaq. Həyatda çətinliklərlə rastlaşmayıb və təbiətən də zəiflik hiss olunur bu obrazda. Tək sadiq dostu isə qulluqçularının oğlu Həsəndir.

Həsən- Qulluqçu, Həzəra uşağı(Həzəra-Xəzər Türkləridir).Əmirin həqiqi və ən sadiq tək dostu. Əmirdən kiçik olmasına baxmayaraq mərd, dürüst, cəsur və sadiqdir Həsən.

Əsərdə bütün hadisələr Əmirin dilindən nəql edilir. Bir gün Kabildə olduqca məşhur olan Çərpələng uçurtma yarışmasından sonra baş verən hadisə hər şeyi dəyişir. Daha orda nə baş verir, onu yazmıram, oxumaq istəyənlər üçün maraqlı olsun.
Əsərdə həmçinin Əfqanıstanın vəziyyəti yazıçının dili ilə daha aydın çatdırılır. İki Əfqanıstan görürük: müharibədən əvvəlki və sonrakı.
Əsər olduqca axıcıdı və insanı heç yormur, əksinə hər səhifə daha da maraq oyadır.
Bir sözlə, oxumağa dəyər.

Əsərdən aforizmə çevrilən və maraqlı olan hissələr:
● Bax, molla nə öyrədir öyrətsin, dünyada sadəcə bir günah var, bircə dənə. Bu da oğurluqdur.
Bütün başqa günahlar oğurluğun müxtəlif formalarıdır. Sən adam öldürəndə, onun həyatını oğurlayırsan. Arvadının ərli, uşaqlarının isə atalı yaşamaq haqqını oğurlayırsan. Yalan deyəndə başqasının həqiqət haqqını oğurlayırsan. Kələk gələndə, başqasının ədalət haqqını oğurlayırsan.
● Uşaqlar rəngləmə albomları deyil. Sən onları sevimli rənglərinlə rəngləyə bilməzsən.
● Özünü qorumağa cürəti çatmayan oğlan böyüyüb heç nəyə cürəti çatmayan bir kişiyə çevriləcək.
● Əfqanlar ənənələri sevir, qaydalara isə nifrət edirlər.
● Bu dəfə qarışqanın yerində Həsən, lupa ilə ona əziyyət verən isə mən idim.
● Ağlındakı ilə dilindəki bir olan insanlar elə bilir ki, başqalarında da bu cürdür.
● Rəhim xan: Onda Hüməyra və mən bütün dünyaya qarşı idik. Və sənə deyim ki, Əmircan, sonda həmişə dünya qalib gəlir. Dünyanın gərdişi belədir.
● “Az qala qalib gəlmək” olmur. Adam ya qalib olur, ya yox.
● Ancaq nəyinisə əlindən almaq istəyəndə sənə bu qədər xoşbəxt olmağa icazə verirlər…
● Uşaqlar qorxuyla belə mübarizə aparır- onlar yuxuya gedirlər.
● Həkim “ağrıtmayacaq” deyirsə, işin xarabdır…
● Nəyisə görüb itirmək, heç vaxt ona sahib olmamaqdan daha çətindir.
● Çərpələng o tərəf-bu tərəfə süzdükcə sənin fikirlərin də eyni dolanbacları keçir.
● Lənətə gəlmiş o qədər təmiz idi ki, adam onun yanında özünü təmiz qızılın yanında qoyulmuş qəlp pul kimi hiss edirdi.
● Səndən ötrü min yol!

Paylaş :

Bunu bəyən:

Bəyən Yüklənir.

Oxşar

  • Dərc edildi: Kitabxana

Bir cavab yazın Cavabı ləğv et

Faig Karimoghlu/ Journalist Blogger

1st European Games

Axtar

Stiv Cobs haqqında 5 maraqlı fakt

1. Stiv Cobs 1955-ci ilin 24 fevralında suriyalı aspirant Əbdulfəttah Candali və amerikalı Coan Şiblenin ailəsində dünyaya gəlib. Bundan sonra cütlük oğlan uşağını digər ailəyə övladlığa verib. Həmin vaxt ABŞ-da nikahdan kənar dünyaya gəlmiş uşaq valideynlər üçün rüsvayçılıq sayıldığından gənclər uşaqlarını başqqa ailəyə vermək məcburiyyətində qalıblar.
Kiçik Stiv Cobsu Pol və Klara Cobslar övladlığa götürüblər. Fermer ailəsində böyüyən Stiv əvvəlcə banka kredit borcunu vaxtında ödəməyən avtomobilləri sahiblərindən müsadirə etməklə məşğul imiş. Bir qədər böyüdükdən sonra Stiv bioloji valideynlərini axtararaq tapır. Məlum olur ki, cütlük Stivin övladlığa verilməsindən sonra ailə həyatı qurub. Stivin atası Əbdülfəttah isə politologiya üzrə professor elmi dərcəsinədək yüksəlib. Anası Cuan isə loqoped kimi fəaliyyət göstərir. Nikahdan artıq onların Mona adlı qız övladı da dünyaya gəlib. Yeri gəlmişkən Mona sonralar ABŞ-ın ən populyar yazıçılarından biri olub. Stiv 27 yaşında bacısı Mona ilə tanış olaraq onunla həyatının sonuna kimi dostluq edib. Stiv Cobs bir neçə dəfə anası ilə görüşsə də ömrünün axırına kimi atasını görməyib.

2. Stiv Cobs 1991-ci ilin martın 18-də özündən doqquz yaş kiçik Lorin Pauellə ailə həyatı qurub. Toy buddist adət-ənənələri ilə keçirilib. Toyu dzen (buddizm cərəyanıdır – red.) monaxı Kobun Çino Otoqava təşkil edib. Yeri gəlmişkən Cobs həmin monaxı özünə müəllim sayırdı. Stiv Cobsun Lorin Pauellə nikahından oğlu Rid, qızları Erin və Yeva dünyaya gəlib. Stiv Cobsun rəssam Kris-Enn Brennandan qız övladı Liza da doğulub. Stiv özünün övladlığa verilməsinə baxmayaraq uzun müddət qızını övladı kimi tanımayıb. Bu da onun dostlarının həmişə təəccübünə səbəb olub. Bununla yanaşı Stivin komandası yeni hazırladıqları kompüterin adını “Liza” qoyublar.

3. Ömrünün son günlərinədək Stiv Cobs qara St. Croix vodolaskası, göy Levi’s 501 cinsi və New Balance 991 krossovkaları geyinirdi. O, balıqla qidalansa da ət yeməklərindən imtina emişdi. Stiv Cobs gümüşü rəngdə 2006-cı il istehsalı olan Mercedes SL 55 AMG sürürdü. Dövlət nömrə nişanı yerinə avtomobildə ştrix-kod əks olunmuşdu.

4. 1986-cı ildə Cobs Corc Lukasdan “The Graphics Group” studiyasını satın alıb. Corc Lukas iflas olduğu üçün studiyanı real dəyərindən 10 milyon dollar ucuz satmışdı. Cobs studiyanın komputerlərə proqram yazmaq üçün istifadə edilməsini planlaşdırsa da sonralar hər şey dəyişib. Mümkün proqramların nümayişi üçün studiyada çəkilən cizgi filmləri müxtəlif mükafatlar almağa başlayandan sonra Cobs “Disney” kinostudiyası ilə müqavilə bağlamaq qərarına gəlir. Bundan sonra “Pixar” ilk tammetrajlı “Oyuncaqların tarixi” cizgi filmini ərsəyə gətirir. Bundan sonra “Flikin tarixi” (1998), “Oyuncaqların tarixi-2” (1999), “Montorların korporasiyası” (2001), “Nemonun axtarışında” (2003), “Super ailə” (2004), “Maşınlar” (2006), “Ratatuy” (2007), “VALL-İ” (2008), “Hündürlük” (2009) və “Oyuncaqların tarixi: böyük qaçış” (2010) cizgi filmləri çəkilir.
2005-ci ildə “Disney” Stiv Cobsdan “Pixar” studiyasını 7,4 milyard dollara alır. Cobs bundan sonra The Walt Disney Company-nin ən iri aksionerlərindən birinə çevrilərək idarə heyətinin üzvlüyünə daxil ola bilir.

5. “Apple” korporasiyasının uğurları artdıqdan sonra aksionerlər Stivə dəyəri 43,5 milyon dollar “Gulfstream” reaktiv təyyarəsini hədiyyə verirlər.

Nəyə görə şirkət məhz “Apple” adlandırılıb?
Bu sualın iki cavab versiyası var. İlk olaraq şirkətin qurucuları Stiv Cobs və Stiv Voznyakın bu adı birgə fikirləşdikləri ehtimal edilir. Deyilənə görə, yeni qurduqları şirkətə ad fikirləşərkən Stiv Cobs meyvə qabından alma götürərək dişləyib. Bundan sonra Vaznyak “bu ideyadır!” deyərək şirkətin adını “Apple” qoymağı təklif edib. Digər ehtimala görə isə oğlanlar ilk dəfə kompüterlə işlədikləri qarajın yaxınlığında alma bağı yerləşirmiş. “Apple” ideyası da elə buradan gəlib.

Ən son yazdıqlarım

  • Bakı “Chrystal Hall” 01/02/2014
  • Qadınların əsas fərqləri 16/11/2013
  • “Halal” qida standartına əməl olunurmu? (araşdırma) 26/10/2013
  • “Hər ətri bədənə vurmaq olmaz” 28/09/2013
  • Balakəndə xəstəlik müşahidə olunmayıb (Region xəbər) 10/09/2013
  • Tarik usta ilə üz-üzə – müsahibə-reportaj 31/08/2013

Xankəndi

Kafka haqlıdır, amma iş orasındadır ki, hər kitab oxucunu sarsıtmır, yenə elə Kafkanın dili ilə desək, oxucunun “içindəki donmuş dənizə balta kimi enmir”. Seçmək lazımdır. Hər oxucunun da özünün seçdiyi, onu sarsıdan və “bu əsəri gərək hamı oxusun” dediyi kitablar olur.

Biz də bu günün Dünya Kitab Günü olmağından istifadə edib, redaktorlar arasında sorğu keçirdik. Soruşduq ki, sizcə hamının oxumalı olduğu 10 kitab hansıdır?

APA holdinqin rəhbəri Vüsalə Mahirqızı məsləhət bildiyi 10 kitabı belə sıraladı:

1. Ernest Hemenquey- “Qoca və dəniz”
2. Cek London- “Həyat eşqi”
3. Teodor Drayzer- “Dahi”
4. Umberto Eko- “Gülün adı”
5. Murad Adji – “Qıpçaq çölünün yovşanı”
6. Elif Şafak -“Aşk”
7. Avesta
8. Ceyms Oldirç- ” Diplomat”
9. “Kitabi-Dədə Qorqud” dastanı
10. Qurban Səid -“Əli və Nino”

Xanım redaktor əlavə etdi ki, dini ədəbiyyatı da oxumaq lazımdır: “Məncə, “İncil”, “Tövrat”, “Qurani Kərim”i din və fəlsəfə haqqında fikir yürütmək istəyənlər mütləq oxumalıdılar”.

“Hafta.az” saytının redaktoru Səbinə Əvəzqızı deyir ki, oxuyarkən ən çox stress keçirdiyi kitab Corc Oruellin “1984” romanıdır. Onun məsləhət gördüyü onluq isə belədir:

1. Qabriel Qarsia Markes – “Yüz ilin tənhalığı”
2. Lev Tolstoy -“Anna Karenina”
3. Corc Oruell -“1984”
4. İohan Volfqanq Höte- “Gənc Verterin iztirabları”
5. Ceyms Coys – “Ulysess”
6. Viktor Hüqo -“Səfillər”
7. Lev Tolstoy- “Baldan sonra”
8. F.M. Dostoyevski -“İdiot”
9. Nizami Gəncəvi -“Xəmsə”
10. Füzuli- “Leyli və Məcnun”

“Qafqazinfo.az” saytının redaktoru Günel Əbilova daha çox dostlarının məsləhət gördüyü kitabları oxuduğunu deyir: “Oxuduğum, təsirləndiyim kitablar çoxdur. Mənim üçün o kitab dəyərlidir ki, sonuncu səhifəsinə çatanda məyus olursan və ondan ayrıldığına təəssüflənirsən. Ən əsası isə kitabı bağlayanda, “nəsə qazandım” deyirsənsə, deməli, alındı hər şey”.

1. Qavriil Nikolaeviç Troepolskiy -“Qaraqulaq, ağ Bim”
2. Elif Şafak – “İskender”
3. Xalid Hüseyni – “Çərpələng uçuran”
4. Xalid Hüseyni – “Min möhtəşəm günəş”
5. Etel Lilian Voyniç – “Ovod”
6. Bernhard Şlink – “Qiraətçi”
7. Viktor Hüqo – “Səfillər”
8. Paulo Koelyo – “On bir dəqiqə”
9. Nikolas Sparks – “Sevgili Con”
10. Orxan Kamal – “Yad qızı”

“Publika.az” saytının redaktoru Kənan Hacının da özünəməxsus 10-luğu var:

1. Homer – “İlliada” və “Odisseya”
2. “Kitabi – Dədə Qorqud” dastanı
3. Bokkaçio – “Dekameron”
4. Migel de Servantes – “Don Kixot”
5. Conatan Svift – “Qulliverin səyahəti”
6. Viktor Hüqo -“Səfillər”
7. F.M. Dostoyevski – “Cinayət və cəza”
8. Lev Tolstoy – “Dirilmə”
9. Mirzə Cəlil – “Danabaş kəndinin əhvalatları”
10. Milan Kundera – “Varlığın dözülməz yüngüllüyü”

“Virtualaz.org” saytının redaktoru Famil Cəfərli bu fikirdədir ki,

1. Quran
2. Karl Marks- “Kapital”
3. “Qabusnamə”
4. Çingiz Aytmatov -“Qiyamət”
5. Qabriel Qarsia Markes”-100 ilin tənhalığı”
6. Tarle. “İnqilablar tarixi”
7. “Dinlər tarixi”
8. “Ümumdünya tarixi”
(“Dinlər tarixi” və “Ümumdünya tarixi” adlı irihəcmli kitablar hər ikisi ruscadır və yazarlar kollektivinin qələminə məxsusdur. Məndən ötrü çox qiymətlidir – F.M.)
9. Heminquey- “Qoca və dəniz”
10. Məhəmmədhüseyn Şəhriyar- “Heydərbabaya salam”

“Gündəlik Teleqraf”qəzetinin redaktoru Dilqəm Əhmədin 10-luğunda birinci yeri “İncil” tutur:

1. İncil
2. Quran
3. Bhaqavat-Qita
4. Platon- “Dövlət”
5. Aristotel- “Politika”
6. Makiavelli- “Hökmdar”
7. Atatürk-“Nutuk”
8. Heredot- “Tarix”
9. Ömər Xəyyam-“Rübailər”
10. Mirzə Fətəli Axundov- “Kəmalüddövlə məktubları”

“Modern.az” saytının redaktoru, tərcüməçi Əziz Rzazadə deyir ki, mütaliəni uşaq vaxtı başlamaq lazımdır. Ona görə də, redaktorun siyahısı “Azərbaycan nağılları” ilə başlayır:

1. “Azərbaycan nağılları”
2. Robert Luis Stevenson- “Dəfinələr adası”
3. Mayn Rid- “Başsız atlı”
4. Jül Vern- “Klodius Bombarnak”
5. Onore de Balzak- “Şaqren dərisi”
6. Qoqol -“Viy”
7. Patrik Züskind- “Ətriyyatçı”
8. Qulamrza Saedi- “Bəyal əzadarları”
9. Xuan Rulfo-“Pedro Paramo”
10. “Kitabi Dədə Qorqud” dastanı

Ə.Rzazadə siyahısını bu fikirlə sonladırır: “Lap axırda da kitab rəfimi boşaldıb orada bircə nüsxə saxlayardım – Quran”.

“Qafqazinfo.az” saytının baş direktoru Elbrus Ərudun onluğunda isə birinci yeri əfqan əsilli yazıçı Xalid Hüseyninin “Çərpələng uçuran” romanı tutur:

1. Xalid Hüseyni- “Çərpələng uçuran”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Ana və oğul Vaxtinlər-“Muhammed”
4. Teodor Drayzer-“Dahi”
5. Əkrəm Əylislinin əsərləri
6. Nodar Dumbadzenin əsərləri
7. Cek London- “Martin İden”
8. Quran-i Kərim
9. Ramiz Rövşənin şeirləri
10. Nizami Gəncəvinin əsərləri

“Müstəqil İnformasiya Agentliyinin” rəhbəri Zaur Əhməd hesab edir ki, oxunması vacib olan kitablar çoxdur, amma bu, zövq məsələsidir:

1. Quran-i Kərim
2. İncil
3. Tövrat
4. Əkrəm Əylisli- “Gilənar çiçəyinə dediklərim”
5. Qustav le Bon- “Kütlə psixologiyası”
6. Çingiz Aytmatov- “Əsrə bərabər gün”
7. F.M.Dostoyevski- “Cinayət və cəza”
8. Viktor Hüqo- “Səfillər”
9. Qoqolun seçilmiş əsərləri
10. Lermontovun seçilmiş əsərləri

Redaktor vurğulayır ki, siyahını uzatmaq olsa klassik Azərbaycan poeziyası nümunələrini əlavə edə bilər.

“AzVision.az” saytının baş redaktoru Vüsal Məmmədovun hamıya oxumağı məsləhət gördüyü 10 kitab budur:

1. Viktor Hüqo “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Mixail Bulqakov- “Master və Marqarita”
4. Ziqmund Freyd- “Psixoanalizə giriş”
5. Ernest Heminquey- “Qoca və dəniz”
6. Antuan de Sent-Ekzüperi- “Balaca şahzadə”
7. Frans Kafka- “Çevrilmə”
8. Nassim Nikolas Taleb-“Qara sona”
9. Uilyam Arnts-“Biz, ümumiyyətlə, nə bilirik?”
10. Riçard Dokinz- “Allah illüziyası”

“Simsar.az” saytının redaktoru Elmar Hüseynov vurğulayır ki, belə kitabların siyahısını uzatmaq, 20-30 kitabın adını qeyd etmək olar. Hələlik isə onun 10-luğu belədir:

1. V.Hüqo- “Səfillər”
2. Onore de Balzak- “Qorio ata”
3. E. Voyniç- “Ovod”
4. Q.Markes- “Yüz ilin tənhalığı”
5. T.Drayzer- “Dahi”
6. C.London- “Martin İden”
7. F.Beqbeder- “Məhəbbət üç il yaşayır”
8. X.Hüseyn -“Çərpələng uçuran”
9. Dostoyevski- “Cinayət və Cəza”
10. Qoqol -“Ölü canlar”

Beləliklə, nəticələri ümumiləşdirəndə, redaktorların rəyinə əsasən, oxunmalı olan 10 kitabın siyahısı budur:

1. Viktor Hüqo- “Səfillər”
2. F.M.Dostoyevski- “Cinayət və cəza”
3. Quran-i Kərim
4. Qabriel Qarsia Markes-“Yüz ilin tənhalığı”
5. Xalid Hüseyn- “Çərpələng uçuran”
6. Kitabi Dədə-Qorqud dastanı
7. Teodor Drayzer- “Dahi”
8. Cek London -“Martin İden”
9. Etel Lilian Voyniç- “Ovod”
10. İncil

Fatimə Kərimli

Comments are closed, but trackbacks and pingbacks are open.