Press "Enter" to skip to content

Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi bölməsi ilk dəfə nümayiş etdirildi

Ötən gün prezident İlham Əliyevin imzaladığı fərmanla Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv edilərək əvəzində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Bu praktika dünyada çoxdan mövcud olsa da, ölkəmizdə bir ilkdir.

Xarici keçidlr

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Xarici Kəşfiyyat Xidmətində xidmət etmiş hərbi qulluqçular və onların ailə üzvlərinin əmək pensiyaları artırılacaq.

FED.az APA-ya istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” 2018-ci il 10 aprel tarixli 141-6 nömrəli Qərarında dəyişiklik edilməsi, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aparatının Xüsusi təyinatlı idarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” 2018-ci il 8 avqust tarixli 347-26 nömrəli, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 141-6 nömrəli Qərarında dəyişikliklər edilməsi haqqında” 2018-ci il 30 avqust tarixli 363-27 nömrəli, “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 141-6 nömrəli Qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 22 aprel tarixli 184-8 nömrəli və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 141-6 nömrəli və “Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aparatının Xüsusi təyinatlı idarəsinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 8 avqust tarixli 347-26 nömrəli qərarlarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 2 may tarixli 206-11 nömrəli qərarlarının ləğv edilməsi haqqında” və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğlərinin təsdiq edilməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularının (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları və kursantlar istisna olmaqla) aylıq pul təminatının, ərzaq payı əvəzinə pul kompensasiyasının və mülki işçilərinin əməkhaqlarının məbləğlərinin təsdiq edilməsi barədə” 2008-ci il 15 sentyabr tarixli 213-25 nömrəli, “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2018-ci il 17 iyul tarixli 305-23 nömrəli, “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 2019-cu il 2 may tarixli 205-10 nömrəli, “Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli qərarında dəyişikliklər edilməsi barədə” 2019-cu il 10 may tarixli 215-12 nömrəli və “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 10 aprel tarixli 142-7 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının aylıq vəzifə (tarif) maaşlarının məbləğləri”ndə dəyişikliklər edilməsi barədə” 2019-cu il 10 iyun tarixli 263 nömrəli qərarlarının ləğv edilməsi haqqında” qərarlarında əksini tapıb.

Qərarlara əsasən, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının və Dövlət Təhlükəsizliyi Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları, Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşları, o cümlədən Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının və Xarici Kəşfiyyat Xidmətinin dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları, Xarici Kəşfiyyat Xidmətinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşları artırılıb.

Bununla əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətində xidmət etmiş hərbi qulluqçular və onların ailə üzvlərinə əmək pensiyalarının qanunvericiliklə müəyyən edilmiş qaydada yenidən hesablanmasını və “Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında” 2018-ci il 30 noyabr tarixli qanununda bu məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına ödənilməsini təmin etmək tapşırılıb.

Hər iki qərar 2019-cu il sentyabrın 1-dən tətbiq edilir.

Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi bölməsi ilk dəfə nümayiş etdirildi

Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi bölməsi ilk dəfə nümayiş etdirildi Bu gün Azadlıq Meydanında Zəfər paradında Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi təyinatlılarını da müşahidə etmək mümkün olub.

10 Dekabr , 2020 14:48

https://static.report.az/photo/54345970-f86c-3668-8e96-4165a6a3392e.jpg

Bu gün Azadlıq Meydanında Zəfər paradında Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin YARASA xüsusi təyinatlılarını da müşahidə etmək mümkün olub. Bildiyimiz kimi, bu, Azərbaycan Silahlı Qüvvələrinin ən gizli xüsusi bölməsidir və Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının işğaldan azad edilməsində fəal iştirak edib. Üstəlik, bölmənin əsas fəaliyyəti düşmənin arxa cəbhəsində həyata keçirilib. Oxu.az-ın xəbərinə görə, YARASA döyüşçüləri müharibə dövründə Azərbaycanın yaşayış məntəqələrinin azad edilməsində iştirak ediblər. Onlar xüsusən də Qubadlıya ilk girənlərdən olublar. YARASA döyüşçüləri orden və medallarla təltif ediliblər. Onlar haqlı olaraq Azərbaycan ordusunun elit qüvvələri və qüruru sayılırlar.

Xankəndi

Ötən gün prezident İlham Əliyevin imzaladığı fərmanla Milli Təhlükəsizlik Nazirliyi (MTN) ləğv edilərək əvəzində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılıb. Bu praktika dünyada çoxdan mövcud olsa da, ölkəmizdə bir ilkdir.

Yeni yaradılan Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti nədən ibarət olacaq?

Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri, ləğv edilən MTN-in əks-kəşfiyyat idarəsinin keçmiş əməkdaşı Ərəstun Oruclu AzVision.az -a açıqlamasında bildirib ki, Xarici Kəşfiyyat Xidməti əsasən xarici dövlətlərin ərazisində, onların xüsusi xidmət orqanlarında, siyasi dairələrində dövlətin təhlükəsizliyini təmin etmək istiqamətində əməliyyat tədbirləri həyata keçirəcək.

Ekspertin sözlərinə görə, bu fəaliyyətə dövlət rəhbərliyinin məlumatlandırılması və tapşırığa uyğun olaraq müavfiq əməliyyatların həyata keçirilməsi də daxildir.

“Əsas məqsəd dövlətin təhlükəsizliyi üçün təhdid ola biləcək bu və ya digər addımların dövlətin ərazisindən kənarda, onların planlaşdırıldığı, hazırlandığı yerlərdə qarşısını almaqdır. Kəşfiyyatın başlıca vəzifəsi budur. Buradan da göründüyü kimi kəşfiyyatın fəaliyyəti əsasən ölkə hüdudlarından kənarda həyata keçiriləcək. Kəşfiyyat əsasən kənarda işləməlidir”.

Ə.Oruclu bildirib ki, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi yarandığı ilk gündən orada xüsusi kəşfiyyat idarəsi olub: “Kəşfiyyat idarəsinin məqsədi və vəzifələri Azərbaycan üçün prioritet istiqamətlərdən olan kəşfiyyat fəaliyyətini həyata keçirməkdir. Kəşfiyyat xüsusi xidmət orqanlarında məxfi qurumlar sayılır və onun fəaliyyəti hər an görünmür. Ona görə də bir sıra hallarda kəşfiyyatın fəaliyyəti haqqında cəmiyyətdə məlumat olmur. Kəşfiyyat idarəsi hər zaman olub, amma bundan sonra müstəqil şəkildə fəaliyyət göstərəcək. Bu qurum birbaşa dövlət rəhbərliyinə tabe olacaq”.

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Aydın Mirzəzadə hesab edir ki, Milli Təhlükəsizlik Nazirliyinin iki müstəqil təşkilata ayrılması, hər birinin qarşısına konkret məsələlərin qoyulması günün tələblərindən irəli gəlir: “Dövlət Təhlükəsizlik Xidməti sırf ölkə daxili təhlükəsizliyin təmin edilməsi, ölkə daxilində dövlətə təhdid yaradacaq bütün məsələlərin qarşısının alınması üzərində işləyəcək. Xarici Kəşfiyyat Xidməti isə Azərbaycan qarşı xaricdən olan və ya ola biləcək istənilən kəşfiyyat hərəkətlərinin qarşısının alınmasına xidmət edəcək. Hesab edirəm ki, təhlükəsizlik orqanlarının yenidən qurulması bir tərəfdən dünya təcrübəsinə əsaslanır, digər tərəfdən isə Azərbaycanın milli təhlükəsizliyinin təmin edilməsinin daha effektli və uğurlu olmasına imkan verəcək”.

Keçmiş MTN-çi, təhlükəsizlik üzrə ekspert Arzu Nağıyevin fikrincə, XTX-nin yaradılması təhlükəsizliyin güclənməsinə xidmət edəcək: “Azərbaycanda bu iki xidmətin yaradılması zamanının tələbidir. Bu, dünya praktikasında tətbiq olunan metodlardan biridir. Kəşfiyyat və əks-kəşfiyyatın ayrılması düzgün addımdır. Qurumun biri kəşfiyyatla, digəri isə əks-kəşfiyyatla məşğul olacaq. Bundan Azərbaycan qazanacaq, itirməyəcək”.

Qeyd edək ki, prezident İlham Əliyevin ötən gün imzaladığı fərmanla Milli Təhlükəsizlik Nazirliyi ləğv edilib. Ölkə başçısının fərmanı ilə MTN-nin əvəzində Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti yaradılıb.

Prezident İlham Əliyevin dekabrın 14-də imzaladığı sərəncamlara əsasən, Mədət Quliyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, Orxan Sultanov isə Xarici Kəşfiyyat Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər.

Anar Kəlbiyev

Comments are closed, but trackbacks and pingbacks are open.