Press "Enter" to skip to content

Xarici keçidlər

Bu yanaşmalar “milli iqtisadiyyat hansı iqtisadi quruluşa əsasən qurulmalıdır?” sualını aydınlaşdırmağa kömək edəcəkdir. Artıq bizdə yaranmış düşüncə ilə qətiyyətlə deyə bilərik ki, milli iqtisadiyyat bir iqtisadi quruluş deyil, içində bir və ya bir neçə quruluşu toplaya biləcək bir üstqurumdur. Bu üstqurumu formalaşdıran iqtisadi və qeyri-iqtisadi şərtlər dəyişkən olduğundan S.Vittenin qeyd etdiyimiz deyimində də deyildiyi kimi fərdi xüsusiyyətlərə əsaslanmalıdır. Bununla yanaşı konkret şəkildə onu deyə bilərik ki, milli iqtisadiyyat realist olmalıdır. Yəni kosmopolit məktəblər kimi insanlığa hələ uzaq görünən hədəfləri göstərməli deyil, insanlığa anın iqtisadiyyatını yaşadaraq şərtlərə uyğun irəliləməlidir.

Vikipediyada yazı yazmaq üçün şəkilli qısa təlimat

Vikipediyada məqalə yazmaq üçün şəxsi vikipediya hesabı açdıqdan sonra, yazmağa başlamaq arzuolunandır. Hesab açmaq üçün Vikipediya saytına daxil olduqdan sonra sağ yuxarı küncdə görünən Hesab yarat başlığına daxil olub, qeydiyyatdan keçmək lazımdır. Daha sonra yenidən sayta daxil olduqda, məqalələri öz hesabınızdan yazmaq üçün sağ yuxarı küncdə Daxil ol başlığından istifadə etməklə hesabınıza daxil ola bilərsiz.

İkinci mərhələyə keçməmişdən qabaq, Azərbaycan Vikipediyasında məqalə yazmaq üçün başlıca şərtlər kimi məqalənin Azərbaycan dilinin qaydalarına uyğun şəkildə yazılması, neytral olması, elmi üslubda yazılması, reklam xarakterli olmaması kimi əsas qaydaları bilmək lazımdır. Ensiklopedik şəxs olmadığınız halda Vikipediyada özünüz haqqında məqalə yaza bilmərsiniz. Yazsanız da, o məqalə silinəcək. İstifadəçi özü haqqında İstifadəçi hesabının səhifəsində məlumat verə bilər. Qaydalarla daha geniş şəkildə tanış olmaq üçün Beş əsas prinsip və Vikipediya qaydalarına daxil olmaq olar.

Vikipediyada məqalə yazmağa yeni başlayanlar yazmağı mənimsəyənə qədər özlərini sınamaları üçün Qaralama dəftəri başlığı nəzərdə tutulmuşdur. Bu başlıq Vikipediya saytına daxil olduqdan sonra solda yerləşən bölmədədir. Vikipediyada yazmaq, məqaləni başlıq, altbaşlıq kimi və s. hissələrə ayırmaq, məqalələrə şəkil əlavə etmək kimi öyrənəcəyiniz bütün Vikipediya redaktələrini Vikipediya məqalələrində tətbiq etməzdən əvvəl burada yoxlamağınız arzuolunandır. Bu yolla istəmədən də olsa, məqalələrə zərər vurmaq kimi mənfi halların qarşısını da almaq olar.

Vikipediyada məqalə yazmaq üçün ilk növbədə həmin məqalənin Vikipediyada olub-olmadığını müəyyənləşdirmək lazımdır. Bunun üçün Vikipediyada Axtar bölməsində yazacağınız məqalənin adını yazın. Məsələn, Saturnun halqaları başlığını yazaraq axtarın. Əgər axtarışın nəticəsində məqalə tapılmasa Vikipediya sizə birbaşa yeni məqaləni yaratmağı təklif edəcək. Əgər məqalə çıxarsa, məqalənin vəziyyəti ilə tanış olun. Məqalə sizi qane etməyəcək şəkildə olsa, onu redaktə edərək genişləndirə bilərsiz. Məqalənin bizim dilimizdə olmadığından əmin olmaq lazımdır. Bunun üçün yaxşı olardı ki, yazmaq istədiyiniz məqaləni, həmin məqalənin artıq mövcud olduğu xarici dildə axtarasız. Məsələn, Saturnun halqaları məqaləsinin bizim dilimizdə olmadığından əmin olmaq üçün İngilis Vikipediyasında Rings of Saturn axtarışını vermək lazımdır. İngilis dilində olan bu məqalədə sol tərəfdə yerləşən məqalənin digər dillərinə keçid bölməsində Azərbaycan dili yoxdursa, bu böyük ehtimalla məqalənin olmamasından xəbər verir. Bu cür dəqiqləşdirmə etməyin səbəbi odur ki, məsələn siz İstixana effekti başlığı ilə məqalə yazmaq istəyirsizsə, bu məqalə bizim dildə artıq Parnik effekti başlığı ilə də mövcud ola bilər və siz xəbəriniz olmadan eyni mövzu haqqında olan ikinci məqalənin yazılmasına səbəb olarsız. Bu dəqiqləşdirmədən sonra isə artıq yeni məqalə yazmaq üçün işə başlaya bilərsiz.

Artıq var olmadığından əmin olduğunuz məqaləni yazmağa başlayarkən, qeyd etdiyiniz ad üstəki şəkildə 1-lə işarələnmiş bölmədəki kimi görünəcəkdir və məqalə yazılandan sonra həmin adla mövcud olacaqdır.

Kursivin yanıb-söndüyü şəkildə işarələnmiş 2-ci bölmə yazının yazılacağı yerdir. Şəkildə işarələnmiş 3-cü bölmə yazının tünd qara və ya maili görünməsini təmin edir. Məsələn, bir sözün tünd qara rəngdə görünməsini istədiyinizi düşünək. Bunun üçün bu şəkildə görünməsini istədiyiniz sözü seçirsiz və 3-cü bölmədə görünən A işarəsinə vurursuz. Bundan sonra seçdiyiniz sözün ətrafında üç dırnaq görünəcək və redaktə yadda saxlandıqdan sonra söz tünd qara görünəcək. Aşağıdakı kimi:

”’Seçdiyiniz söz”’ redaktə yadda saxlandıqdan sonra Seçdiyiniz söz şəklində görünəcək.

Qalın hərflərlə görünmə Vikipediyada məqaləyə başlayarkən məqalənin ilk cümləsində başlığı fərqləndirmək üçün, maili hərflərlə görünmə isə cümlə içindəki sözü xüsusi fərqləndirmə zərurəti olduqda işlənilir. Aşağıdakı məqaləyə giriş cümlə nümunəsi kimi:

Saturnun halqaları – Saturn planetini əhatə edən qaya, toz və buz hissəciklərindən ibarət olan halqadır.

Üstdəki şəkildə görünən 4-lə işarələnmiş Ətraflı bölməsi sizə daha sonra ətraflı izah olunacaq bölmə başlıqlarının ölçülərini müəyyənləşdirmək, sıralanmış başlıqlara nömrələr vermək kimi qısa yolları özündə birləşdirir.

Şəkildə 5-lə işarələnmiş Xüsusi işarələr bölməsi yazınıza zərurət olduqda müxtəlif işarələrin əlavə olunmasını təmin edir. Bu işarələr ərəb, yunan, latın və s. əlifbaların hərfləri ilə yanaşı, müxtəlif düz xət, @ işarəsi və s. ola bilər.

Şəkildə 6 ilə işarələnmiş Kömək bölməsi sizə Vikipediyada məqalə yazarkən istifadə edəcəyiniz başlıq olçüsü müəyyənləşdirmək, şəkil əlavə etmək kimi qısa yollara çıxış imkanı yaradır. Kömək bölməsində istifadə edəcəyimiz qısa yollar yazının davamında ayrı-ayrılıqda izah olunacaq.

Məqalələrin strukturu

Vikipediyada məqalələr iki hissəyə ayrılır. Birinci hissəyə Giriş hissə daxildir. Bu hissə istənilən Vikipediya məqaləsinə daxil olduqda məqalə haqqında qısa məlumat verən giriş bölməsidir. İkinci hissəyə isə Başlıqlar və bu başlıqların daxilində yaradılacaq yarımbaşlıqlar daxildir. Bu bölmədə məqalənin ayrı-ayrı bölmələri haqqında məlumat verilir. Məsələn, Azərbaycan məqaləsinə nəzər salaq. Bu məqalədə mündəricata qədər olan hissə Giriş hissədir. Mündəricatda göstərilən hissələr isə məqalənin ayrıldığı bölmə və altbölmələri göstərir. Məqalədə başlıq bölmələrinin yaradılması üçün = işarəsindən istifadə olunur. Aşağıdakı kimi:

Sağdan və soldan iki mötərizə ilə əhatələnmiş başlıq yuxarıdakı Mündəricat şəklində 1.Etimologiya, 2. Tarixi bölmələrində göründüyü kimi əsas başlıqlar olacaq. Mötərizələrin sayı artdıqca görünən başlığın ölçüsü kiçiləcək və bir başlığın daxilindəki altbaşlıqlar kimi görünəcəklər.

Məqalənin Girişinin yazılması və Başlıqların necə yaradılması məsələsi aydın olduqdan sonra konkret bir məqalə nümunəsini misal göstərək. Fərz edək ki, siz redaktə bölməsində aşağıdakı kimi bir aşağıdakı şəkildəki kimi yazmısınız.

Bu görünüş redaktə yadda saxlandıqdan sonra aşağıdakı şəkildəki kimi görünəcəkdir:

Bundan sonra hər bölməni ayrı-ayrılıqda redaktə edərək zənginləşdirmək sizə daha asan olacaqdır. Bu cür quruluş yadda saxlandıqdan sonra məqaləni redaktə etmək üçün aşağıdakı şəkildə göstərilən bölmələrlə tanış olaq.

Şəkildə İbn Xəldun haqqında yazılmış məqaləni görürsüz. Burada 1-lə işarələnmiş Əsas redaktə bölməsinə vuraraq siz yenidən bütün məqalə üzərində işləmək və dəyişikliklər etmək imkanı əldə edirsiz. 2 ilə işarələnmiş Tarixçə bölməsi sizə məqalə üzərində daha əvvəllər (əgər varsa) redaktələr etmiş istifadəçiləri görmək və onların etdikləri redaktələrlə tanış olmaq imkanı verir. Tarixçə bölməsinin sağında yerləşən Daha bölməsinə gələrək məqalənin adını dəyişdirmək imkanı qazanırsız. Məqalənin adında səhvə yol verdikdə, səhv adlandırılmış məqalələr qarşınıza çıxdıqda bu bölməyə daxil olaraq adı dəyişdirmə səbəbinizi əsaslandırmaqla məqalənin adını dəyişdirə bilərsiniz. Şəkildə 3-lə işarələnmiş bölmə daha əvvəl də qeyd olunduğu kimi Mündəricatdır. Sizin yaratdığınız başlıqlar öz əksini mündəricatda tapır və məqalədən istifadə etmək istəyən istifadəçilər üçün rahatlıq imkanı yaradır. Siz məqaləni bütövlükdə yox sadəcə konkret bir bölməsini redaktə etmək istədikdə isə şəkildə gördüyünüz kimi 4-lə işarələnmiş əsas redaktə bölməsindən istifadə edirsiz. Məqalənin ayrı-ayrı boş bölmələrini yaradaraq mərhələ-mərhələ o bölmələri zənginləşdirmək, bir məqaləni bir dəfəyə yaratmaqdan daha asan və az yorucudur.

Məqaləni yazdığının bölmənin altında aşağıdakı şəkildə gördüyünüz bölmə var.

Burada 1-lə işarələnmiş Səhifəni qeyd et bölməsinə məqaləni yazdıqdan sonra vurduqda etdiyiniz dəyişikliklər qeyd olunur və məqalə artıq sizin yazdığınız kimi görünür. 2 ilə işarələnmiş Sınaq göstərişi bölməsi etdiyiniz düzəlişlərə yadda saxlamadan baxmaq imkanı verir. Düzəlişlərinizi yadda saxlamadan sınaq göstərişi bölməsinə vuraraq onun vəziyyətinə baxmaq arzuolunandır. Belə olduqda səhvlərinizi görə və onları yenidən düzəldə bilərsiz. 3-lə işarələnən Dəyişiklikləri göstər bölməsi isə sizə etdiyiniz son düzəlişlə, ondan əvvəlki düzəliş arasında müqayisə aparmaq və fərqləri görmək imkanı verir. 4-lə işarələnmiş Ləğv et bölməsi sizə düzəlişlərinizi yadda saxlamadan ləğv etmək imkanı verir. Bunun üçün sadəcə olaraq Səhifəni qeyd et bölməsinə vurmadan yazıdan çıxmaq da kifayətdir. 5-lə işarələnmiş Qısa məzmun bölməsində siz etdiyiniz dəyişikliyin mahiyyəti haqqında məlumat verməlisiz. Bunun üçün 6 ilə işarələnmiş hazır şablon sözlər olan təkmilləşdirmə, orfoqrafiya, yeniləmə və s. kimi sözlərdən istifadə edə biləcəyiniz kimi, burada olmayan özünəməxsus cavab da yaza bilərsiz. 7 ilə işarələnmiş Bu səhifəni izlə bölməsinin qarşısındakı xanaya işarə qoyduqda bu məqalədə sizdən sonra ediləcək dəyişikliklər haqqında e-mailinizə məktub gələcəkdir. İstəməsəz bu işarəni qoymaya da bilərsiz.

Səhifəni qeyd et bölməsinin altında isə siz aşağıdakı şəkildə görünən köməkçi simvol, şablon və s. qısa yolların olduğu bölmə görəcəksiz. Burada sizə lazım olacaq hazır başlıq mötərizələri, daha sonra tanış olacağımız mənbə yerləşdirmək, kateqoriya vermək kimi qısa yollar yerləşir.

Qeyd olunan kimi bölmələri redaktdə etdikdən və girişi yazdıqdan sonra yadda saxladığınız məqalə Son tamamlama işləri istisna olmaqla artıq istifadəyə hazırdır.

Məqalədə son tamamlama işləri

Məqalənin digər dillərlə əlaqələndirilməsi (İnterviki) – Bildiyiniz kimi Vikipediya Dünyanın müxtəlif dillərində mövcuddur. Azərbaycan Vikipediyasında yazmış olduğunuz yeni məqalənin digər dillərdəki vikipediyalarla əlaqələndirilməsi, həm məqalənin keyfiyyətini artırar, həm də məqalədən istifadə edən oxucular bildikləri halda digər dildəki eyni məqalə ilə tanış olaraq biliklərini dəqiqləşdirə və möhkəmləndirə bilər. Məqaləyə digər dilləri (Vikipediya termini ilə İnterviki) əlavə etmək üçün aşağıdakı şəkilə nəzər salaq:

Yeni yaradılmış və ya İnterviki əlavə olunmamış məqalələrdə Şəkildə qırmızı ilə işarələnmiş bölgədəki kimi Dillər bölməsinin altında Keçid əlavə et bölməsini görəcəksiz. Bura vurduqdan sonra qarşınıza Dil və Səhifə xanaları olan iki boşluq çıxacaq. Sizin yazdığınız məqalənin mövcud olduğu dilin viki kodunu (enwiki – ingilis vikipediyasının, trwiki – türk vikipediyasının, ruwiki – rus vikipediyasının və s.) Dil bölməsinin qarşısında yazırsınız. Səhifə bölməsinin qarşısında isə həmin məqalənin seçdiyiniz dildəki adını yazırsız. Məsələn bizim Saturnun halqaları məqaləsi üçün çıxacaq xanada Dil bölməsinin xanasına enwiki, Səhifə bölməsinin xanasına isə Rings of Saturn (həmin məqalənin ingilis dilindəki adı) yazırıq. Aşağıdakı şəkilə nəzər salaq:

Bundan sonra Səhifəyə keçid ver başlığına vururuq. Çıxan yeni xanada məqalənin olduğu digər bütün dillərin siyahısı gəlir və yeni xanadakı Təsdiq et bölməsinə vurduqdan sonra, çıxan pəncərədə Dialoqu bağla və səhifəni yeniləyə vurun. Artıq sizin məqalənizdə digər Vikipediya məqalələrində də müşahidə edə biləcəyiniz Digər dillər bölməsini görəcəksiz.

Daxili keçidlər – Daxili keçidlər Vikipediyada məqalələrin daxilində link kimi görünən və digər vikipediya məqaləsinə keçən xüsusi keçidlərdir. Məsələn, “Saturnun halqaları – Saturn planetini əhatə edən qaya, toz və buz hissəciklərindən ibarət olan halqadır” cümləsində Saturn planeti sözünə daxili keçid verməklə Saturnun halqaları məqaləsini oxuyan oxucuda Saturn planetinin nə olduğu sualı yarandıqda həmin keçidə vuraraq o məqaləyə keçə bilir. Bu cür daxili keçidlər yuxarıdakı İbn Xəldun şəklində 5-lə işarələnmiş kimi görünür. Bu daxili keçidləri vermək üçün məqalənin hər iki tərəfində kvardat mötərizələrdən istifadə olunur. Aşağıdakı kimi:

Bu kvadrat mötərizəni hazır şəkildə Səhifəni qeyd et bölməsindən aşağıda yerləşən qutudakı İşarələr bölməsindən istifadə etmək olar. Bunun üçün daxili keçid verilmək istənən söz seçilir və həmin işarənin üzərinə vurulur və söz avtomatik olaraq ikiqat kvadrat mötərizəyə alınır. Bu zaman diqqət etmək lazımdır ki, sizin Daxili keçid verdiyiniz söz haqqında Azərbaycan Vikipediyasında məqalə olsun. Əgər məqalə olmasa, onda sizin keçidiniz məqalədə qırmızı rəngdə görünəcək. Diqqət yetirilməsi zəruri olan başqa bir məqam isə sözün seçilən hissəsinin məqalənin adı olmasına diqqət yetirməkdir. Məsələn, siz Məqalədə yerləşən Saturndan sözünə keçid vermək istəyirsizsə, bunu redaktə bölməsində [[Saturn]]dan şəklində yazmaq lazımdır. [[Saturndan]] şəklində yazsanız sistem Saturndan başlıqlı məqaləyə keçid verdiyinizi göstərərək, belə bir məqalənin olmadığını göstərəcək (keçid qırmızı görünəcək). Bəzi hallarda isə fleksiya, şəkilçi əlavə olunması zamanı sözün son hərfinin dəyişməsi kimi hallar müşahidə olunur. Məsələn, mətnin içində keçən Qulağın sözünə keçid vermək istədiyinizi düşünək. Bu halda məqalənin Vikipediyadakı adı Qulaq şəklindədir və siz Daxili keçid verməni aşağıdakı qaydada həyata keçirirsiz:

Gördüyünüz yazılış qeyd olunan işarələr bölməsindəki ikiqat daxili mötərizənin sağında yerləşir. Burada mötərizədən sağda Qulağın, solda isə onun Vikipediya məqaləsi olan Qulaq sözününün adı yazılır. Bu şəkildə məqalə yadda saxlandıqda Qulağın sözündə daxili keçid əmələ gələcək və o sözə vurduqda Qulaq haqqında olan məqalə açılacaq.

Məqalədə daxili keçidlərin az olması, və ya çox olması arzuolunan hal deyil. Eyni bir sözə bir abzasda bir keçid verilməsi məqsədə uyğundur. Daxili keçidlərin olması sizin məqalənizin düşüncə çatdırma imkanlarını və keyfiyyətini artırmaqla, oxuculara qaranlıq qalan digər məsələlərə keçid imkanlarını təmin edəcəkdir.

Bu kimi başlıqların hazır variantlarına daha əvvəl haqqında danışılan Kömək bölməsində rast gəlmək olar. Bütün redaktə qaydalarını əzbərdən bilmək tələb olunmur. Tez-tez istifadə etdikcə bir sıra qaydaları Köməkdən istifadə etmədən də biləcəksiniz. Unutduğunuz halda isə, qısa və asan şəkildə orada izahlı şəkildə var.

Həmçinin bax, Xarici keçidlər və İstinadlar

Məqalənin məlumat xarakterli başlıqlarını yaratdıqdan sonra məqalədə aşağıdakı bölmələr yaradılmalıdır.

Həmçinin bax – Bu bölmə də yazdığının məqalənin məzmununa yaxın olan məqalənin adları yerləşir. Məsələn, Saturunun halqaları məqaləsində əgər Azərbaycan Vikipediyasında varsa, [[Günəş sistemi]], [[Saturn]], [[Yupiterin halqaları]] və s. yaxın məzmunlu məqalələrın adları yazılır. Bu zaman bölmə aşağıdakı kimi yaradılır.

Bölmə bu şəkildə hazırlandıqda aşağıdakı kimi görünəcək və müvafiq məqalələr daxili keçid qazanmış olacaq.

Həmçinin bax

  • Günəş sistemi
  • Saturn
  • Yupiterin halqaları

Göründüyü kimi redaktə bölməsində qarşıda qoyulan * işarəsi yadda saxlandıqdan sonra nöqtəyə çevrilir və səliqəli görünüş alınır. Əgər nöqtə kimi yox rəqəm kimi görünməyi istənilərsə bu zaman * əvəzinə # işarəsi qoyulmalıdır. (Həmçinin bax bölməsində *-dan istifadə olunsa da, #-dən istifadə məqalənin daxili bölmələrində sıralama tələb olunarsa istifadəyə əlverişlidir.

Xarici keçidlər – Bu bölmə məqalə ilə bağlı etibarlı saytların linklərini yerləşdirmək üçün nəzərdə tutulmuşdur. Etibarlı saytlar dedikdə Dünya əhəmiyyətli xəbər saytları, etibarlı pdf kitabların linkləri və s. akademik mənbələr nəzərdə tutulur. Burada belə bir şərt vardır ki, məqaləyə əlavə edəcəyiniz xarici keçidlərdəki linklər Reklam xarakterli məlumatlar və ya Spam linkləri olmasın. Spam xarakterli (müxtəlif virus və s. də ola bilər) linklər yoxlamada aşkar olunub pozulacaqdır və bu da hətta istifadəçi hesabınıza bloklama qoyulması ilə nəticələnə bilər.

Xarici keçidlər bölməsi hazırlanarkən əsas məsələ xarici linklərin əlavə olunmasıdır. Bunun qısa yolu Kömək bölməsində yerləşən Keçidlər yarımbölməsində yerləşir. Bu bölmədə olan aşağıdakı nümunəyə nəzər salaq:

[http://www.example.org Keçidin adı]

Burada birqat kvatdat mötərizənin içində olan solda yerləşən sayt linki və sağda yerləşən keçidin adı bölməsi vardır. Məsələn, link yerinə Adam Smitin “Xalqların sərvəti” əsərinin pdf linkini yerləşdirdiyinizi təsəvvür etsək, Keçidin adı sözü əvəzinə A.Smit “Xalqların sərvəti” yazsaz. Link şəklinə salıınmış A.Smit “Xalqların sərvəti” sözünü əldə etmiş olursunuz. Örnək olaraq yaradılmış aşağıdakı Xarici keçidlər bölməsi nümunəsinə nəzər salaq.

* [Hər hansı bir sayt linki-1 Keçidin adı-1]

* [Hər hansı bir sayt linki-2 Keçidin adı-2]

* [Hər hansı bir sayt linki-3 Keçidin adı-3]

Bu quruluş yadda saxlandıqdan sonra aşağıdakı kimi görünəcək.

Xarici keçidlər

İstinadlar – Məlumdur ki, Vikipediyada məqalə yazmağı bacaran hər kəs (hətta bacarmayanlar belə) burada düzəlişlər edə bilər. Bu zaman yazılan yazıların hansısa mənbəyə əsaslandırılması o yazıların keyfiyyətini və inamlılığını artırar. Belə bir istinadların olmaması, sizdə oxuduğunuz məqalənin kiminsə təxəyyülünün məhsulu ola biləcəyi düşüncəsini də yarada bilər. Əgər oxuduğunuz bir faktın sonunda sitatın və s. faktların konkret mənbəsi göstərilərsə, bu məqaləyə olan inamı artırar. Təbii ki, bu mənbələrin etibarlı olması lazımdır. Etibarlı anlayışına artıq xarici keçidlər bölməsində toxunmuşuq. İndi isə məqaləyə istinadların əlavə olunmasının iki mərhələli gedişatına nəzər salaq.

1-ci mərhələ. Əvvəlcə aşağıdakı kimi İstinadlar bölməsi hazırlanır və ora Səhifəni qeyd et bölməsindən aşağıda yerləşən İşarələr qutusunda yerləşən sözü əlavə olunur və yadda saxlaya vurulur:

2-ci mərhələ. Məqalədə istinad vermək istədiyiniz cümlənin sonuna İşarələr qutusunda yerləşən əlavə olunur. İstinad mətnini bura əlavə et hissəsində İstinad mətnini bura əlavə et bölməsinə əlavə etmək istədiyiniz mənbə yazılır. Məsələn A.Smitdən gətirdiyimiz bir ixtiyari “X” sitatının sonuna Adam Smit. “Xalqların sərvəti” yazıldıqda və yadda saxlandıqda 1-ci mərhələdə hazırladığımız və artıq mövcud olan İstinadlar bölməsində mənbə görünəcəkdir. Məqalədəki cümlənin sonunda isə, kiçik rəqəm peyda olacaqdır ki, onun üstünə gətirdikdə istinad görünəcəkdir.

Məqaləyə şəkil əlavə etmək

Məqalənin görünüşünü yaxşılaşdırmaq və yazılanları daha dolğun çatdırmaq üçün məqalələrə şəkillərin əlavə edilməsi arzuolunandır. Bu zaman Kömək bölməsində yerləşən Fayllar yarımbölməsinə baxsaq, orada şəkil əlavə etməyin hazır şablonunu görərik. Bu şablon aşağıdakı kimi görünür.

Məqaləyə şəkil əlavə edərkən, digər dillərdə uyğun vikipediya məqalələrinə daxil olaraq, oradakı şəkillərdən istifadə edə bilərik. Məsələn, Saturnun halqaları məqaləmiz üçün İngilis Vikipediyasında olan Rings of Saturn məqaləsinə müraciət edək. Orada olan ixtiyarı bir şəkilin üzərində CTRL düyməsini sıxaraq şəkilə vurduqda şəkilin pəncərəsi açılır. Burada yuxarıda şəkilin adının yazıldığını görürük (məsələn: File:PIA17172 Saturn eclipse mosaic bright crop.jpg) Burada yerləşən File:-dən sonra olan hissəni, yəni şəklin adını kopyalayaraq Hazır şablonumuzda yerləşən Example.png hissəsinin yerinə yazırıq. Aşağıdakı kimi:

[[Şəkil:PIA17172 Saturn eclipse mosaic bright crop.jpg|thumbnail|Caption text]]

Bu şablonda yerləşən Caption text mətninin yerinə isə şəkilə verəcəyimiz adı yazırıq. Bu ad məqalədə şəklin altında görünür. Aşağıdakı kimi:

[[Şəkil:PIA17172 Saturn eclipse mosaic bright crop.jpg|thumbnail|Saturnun halqalarının görünüşü.]]

Bu cür hazır şablonda istifadə etdikdə şəkil sağda və adətən standart ölçüdə görünür. Şəkili ekranın soluna keçirmək üçün aşağıdakı kimi edirik:

[[Şəkil:PIA17172 Saturn eclipse mosaic bright crop.jpg|thumbnail|left|Saturnun halqalarının görünüşü.]]

Göründüyü kimi thumbnail-dən sonra bir | işarəsi də əlavə olunaraq left sözü yazılmışdır. Bundan sonra artıq şəkil solda görünəcək. Əvvəlki halına qaytarmaq üçün left-i silməyiniz kifayətdir.

Şəkilin ölçüsünü tənzimləmək üçün isə left bölməsini hazırladığımız kimi yeni bir | işarəsi qoyuruq və yeni bölməyə rəqəm və ona bitişik olan px hərflərini yazırıq. (məsələn 100px, 150px, 200px, 250 px və s.) Şəkil məqaləyə yaraşan ölçüdə olduqdan sonra uyğun pikseli yadda saxlayırsız. Aşağıdakı kimi:

[[Şəkil:PIA17172 Saturn eclipse mosaic bright crop.jpg|thumbnail|left|250px|Saturnun halqalarının görünüşü.]]

Bu əməliyyatlardan sonra şəkil ekranın solunda və 250px ölçüsündə görünəcəkdir. Ölçünün çox böyük olması və ya əksinə çox kiçik olması arzu olunan deyil. Aşağıda şəkil yerləşdirilən bir bölmənin redaktədə necə görünəcəyinə nəzər salaq.

== Bölmə başlığının adı ==

[[Şəkil:PIA17172 Saturn eclipse mosaic bright crop.jpg|thumbnail|left|250px|Saturnun halqalarının görünüşü.]]

Bölməyə uyğun məqalənin mətni.

Unutmadan bir xırdalığı da qeyd edək ki, Vikipediyada məqalələrin abzasları arasında boşluğun olmasını istəyirsizsə yeni abzasda aşağı düşərkən Enter düyməsinə iki dəfə vurun. Aşağıdakı kimi:

Məqalənin birinci abzası.

arada qalan və heç nə yazılmayan boş hissə

Məqalənin ikinci abzası.

Bu boş hissələrə şəkillərin yuxarıda qeyd olunan şablonlarını əlavə edə bilərsiz. Aşağıdakı kimi:

Məqalənin birinci abzası.

Məqalənin ikinci abzası.

Məqalələrə şablonların əlavə edilməsi

Vikipediya məqalələrini oxuyarkən qarşınıza bu təlimatın əvvəlində olan İbn Xəldun şəklində 6 ilə işarə olunan şablonlar çıxacaqdır. Bu kimi şablonlar məqalənizin görünüşünü yaxşılaşdırır və kefiyyətini artırır. Vikipediyada istifadə olunan bu kimi şablonların siyahısına Kateqoriya:Şablonlar axtarışından istifadə etməklə baxa bilərsiniz. Bu cür hazır şablonları məqalələrə yerləşdirib bölmələrini doldurmaqla məqalənizə xoş görünüş verə bilərsiz. Şablonları haradan tapmalı olduğunuzu unutduqda isə, bunun daha sadə bir yolu da var ki, yazdığınız məqaləyə yaxın məqalələrə daxil olub, onların Əsas redaktələrinə daxil olmaqla şablonlarını kopyalayıb yeni məqalənizdə istifadə edə bilərsiz. Məsələn, futbolçu olan bir şəxs haqqında məqalə yazmaq istədiyiniz zaman bizim Vikipediyada mövcud olan digər futbolçuların birinin məqaləsinə daxil olaraq, onun şablonunu kopyalayın və yeni məqalənizə əlavə edin. Bundan sonra yeni məqalənizdə şablonun içindəki şəxs haqqında olan məlumatları silərək, haqqında yazmaq istədiyiniz şəxs haqqında olan məlumatları əlavə edin. Sadə və yadda qalan yol.

Kateqoriyalaşdırma

Hər bir məqalənin aid olduğu kateqoriyaları göstərmək üçün redaktə bölməsində məqalənin ən sonunda kateqoriyalar əlavə olunur. Bu digər istifadəçilərə və ya elə sizin özünüzə həmin məqalələrlə yaxın olan bütöv bölmələrə baxma imkanını yaradır. Məsələn Saturnun halqaları məqaləsi üçün Astronomiya kateqoriyasından istifadə etmək olar. Kateqoriyalar hazır məqalənin ən sonunda görünür və redaktə bölməsində əlavə edilməsi üçün [[Kateqoriya:]] şablonundan istifadə olunur. Burada qoşa nöqtədən sonra yazılacaq ad kateqoriyanın adıdır. Bir məqaləyə hansı kateqoriyaları əlavə edə biləcəyinizi müəyyənləşdirmək üçün həmin məqalə ilə yaxın olan digər kateqoriylı məqalələlərə baxın. Məsələn Saturn məqaləsinə kateqoriya axtarsaz. Yupiter məqaləsinə daxil olun. Sonda Kateqoriyalar kimi Astronomiya, Günəş sistemi, Planet və s. bu kimi başlıqlar görə bilərsiz. Bunlar redaktə bölməsində ən sonda yerləşdirilir və yadda saxlaya vurulur. Aşağıdakı kimi:

[[Kateqoriya:Astronomiya]] [[Kateqoriya:Günəş sistemi]] [[Kateqoriya:Planet]]

Son

Qeyd etdiyimiz bu məlumatlar sizə Azərbaycan Vikipediyasında fəaliyyət göstərmək üçün başlanğıc bilikləri öyrətməkdə köməkçi olacaqdır (və ya ən azından kömək olacağını ümid edirik ). Burada yazılanlar son deyil. Vikipediyada aktiv şəkildə fəaliyyət göstərdikcə qarşınıza yeni üsullar çıxacaqdır və təcrübəniz artdıqca bunların hər birini özünüz öyrənə biləcəksiz. Oxuduğunuz məqalələrdə maraqlı görünüşlər, şablonlar və s. qarşınıza çıxsa, həmin məqalələrin Əsas redaktə bölmələrinə baxaraq, həmin görünüşlərin necə yazıldığının “sirlərini” öyrənməyə çalışın.

Sonda Vikipediyaçı ənənələrinə sadiq olaraq, Redaktə etməyin daha fərqli təqdimatlarını göstərmək üçün Xarici keçidlər yazmaq istəyirik . Bunlara Youtube.com-da tapa biləcəyiniz aşağıdakı video-dərslər daxildir:

Azərbaycan Gənc Tərcüməçilər Assosiasiyasının Youtube kanalında yerləşən aşağıdakı video-dərslər:

  1. VikiDərs 1. Vikipediyada hesabın yaradılması/qeydiyyat
  2. VikiDərs 2. Vikipediyada məqalənin yaradılması.1-ci hissə
  3. VikiDərs 3. Vikipediyada məqalənin yaradılması.2-ci hissə
  4. VikiDərs 4. Mətnin vikiləşdirilməsi
  5. VikiDərs 5. Mətnə şəklin əlavə edilməsi
  6. Vikidərs 6. Mətnə şablonun əlavə edilməsi
  7. VikiDərs 7. Digər ümumi qaydalar. SON

Serkan Şentürk tərəfindən hazırlanan aşağıdakı video-dərslər:

  1. Vikipediyada məqalə necə yaradılır?
  2. Vikipediya redaktə sahəsi haqqında
  3. Vikipediyada məqaləyə şəkil necə necə yerləşdirilir?

Yazacağınız məqalələrdə sizə uğurlar!

Dəyişən iqtisadiyyat və milli maraqlar

İqtisadiyyat cəmiyyət həyatının əsasını təşkil edir. Hər bir cəmiyyətin özünəməxsus xüsusiyyətləri vardır. Bunu nəzərə alsaq, qeyd olunduğu kimi cəmiyyət həyatının əsasını təşkil edən iqtisdaiyyatların da milli olmasını tələb etmək heç də haqsız olmazdı. Burada isə iqtisadiyyatda millilik anlayışının tam olaraq nə demək olduğu sualı ilə qarşı-qarşıya qalırıq. Cəmiyyətin həyatı və maraqları anın tələbləri ilə hesablaşdığından dəyişkəndir. Dövlətlərin milli maraqlarını qorumaq üçün iqtisadiyyatda milliliyi inkar etməsi də, onu qəbul etməsi də millidir. Bunu daha dəqiq başa düşmək üçün Böyük Britaniyanın XVIII yüzillikdəki iqtisadi vəziyyətinə və Adam Smitə müraciət edək.

Bu dövrdə Böyük Britaniya dünyanın sənayecə ən qabaqcıl ölkəsi idi. Sənayeləşmiş iqtisadiyyatı özlərinin tələblərini ödəməklə yanaşı, ixrac üçün də yetərli məhsul istehsal edə biləcək qədər güclü idi. Bu şərtlərin yerinə yetirilə bilməsi üçünsə digər dövlətlərin gömrük əngəllərini aşmaq gərəkli idi. Bu dövrlərdə yaşamış olan Adam Smit və onun davamçılarının iqtisadiyyatda fridriterçiliyi, yəni azad ticarəti dəstəkləmələri normaldı. Böyük Britaniya və onun kimi qabaqcıl sənaye ölkələrində azad ticarət anlayışının önə çıxması, onlarla rəqabət etmək qabiliyyətinə sahib olmayan aqrar ölkələrin bazarlarında üstünlüyü ələ keçirmək üçün yarışa çevrilmişdi. Bu misaldan göründüyü kimi Böyük Britaniyanın iqtisadi liberalizmi təbliğ etməsi, yəni iqtisadiyyatda milliliyi inkar etməsi Böyük Britaniya üçün təhlükəli olmadığından millidir. Böyük Britaniyanın iqtisadi liberalizmi onların milli iqtisadiyyatıdır.

İzahın əvvəlində “dövlətlərin milli maraqlarını qorumaq üçün iqtisadiyyatda milliliyi inkar etməsi də, onu qəbul etməsi də millidir” düşüncəsini əsas gətirmişdik. Bu düşüncənin birinci tərəfi ilə tanış olduq, indi isə ikinci tərəfinə də nəzər salaq.

Böyük Britaniyanın zirvədə olduğu dövrlərdə almanlar hələ bir dövlətdə birləşməyi bacarmamış, sənayecə geridə qalmışdı. Alman iqtisadçısı Fridrix List bu çatışmazlığı görərək, alman dövlətlərinin xarici təzyiqə qarşı iqtisadi olaraq birləşməsi düşüncəsini müdafiə edirdi. Bunun üçün Fridrix List azad ticarət anlayışının əksi olan proteksionizmi dəstəkləyirdi. Proteksionizm mahiyyət etibarı ilə xarici mallara yüksək gömrük rüsumları qoyaraq, onların qiymətlərini qaldırmaq yolu ilə daxili istehsalın rəqabət qabiliyyətliyini təmin etməkdən ibarətdir. Fridrix List və Alman tarix məktəbinin digər nümayəndələrinin bu düşüncələri alman dövlətləri arasındakı iqtisadi (daha sonralar həm də siyasi) sərhədləri aradan qaldırmış və Almaniyanın sənayecə irəliləməsinə səbəb olmuşdur.

Hər iki fərqli misaldan da göründüyü kimi milli iqtisadiyyat qaçınılmazdır. Dövlətin hansı yolu tutmasından asılı olaraq, onun iqtisadiyyatı ya özünün, ya da başqa bir dövlətin milli iqtisadi maraqlarının hissəsi olur. Hər bir dövlətin milli həyatına əsaslanan öz milli iqtisadiyyatını qurmasının gərəkliliyi ilə tanış olduq. Bu barədə rus milli iqtisadiyyatının önəminə toxunan Sergey Vitte deyirdi:

“Rus həyatı rus torpağının fərdi xüsusiyyətlərinə əsaslanan öz milli iqtisadiyyatını işləyib hazırlamayıncayadək biz dəbdə olan müxtəlif təlimlər arasında var-gəl edəcək, növbə ilə gah birinə, gah da digərinə aludə olacağıq…”. (1)

Qeyd olunan bu düşüncə “milli iqtisadiyyat nədir?” sualına veriləcək yaxşı bir cavab mahiyyəti daşıması ilə yanaşı, həm də iqtisadi həyatın təkcə iqtisadi proseslər nəticəsində yaranmadığı gerçəkliyini də göstərir. İqtisadiyyatın milli olması da məhz bu qeyri-iqtisadi təsirlərlə bağlıdır. Bu qeyri-iqtisadi təsirlərə təbii, milli düşüncə, hüququ, əxlaq, siyasi və s. fərqlilikləri göstərmək olar. Bu təsirlərin olması həm iqtisadiyyatların milli təməllər üzərinə oturdulmasını gərəkli edir, həm də iqtisadi quruluşları dəyişkən edir. Əvvəlcə iqtisadi quruluşların dəyişkən olmasının nə demək olduğunu aydınlaşdıraq.

İnsan cəmiyyəti mövcud olduğu müddət ərzində müxtəlif iqtisadi quruluşlarda yaşamışdır. Hər bir quruluşun formalaşmasında başlıca səbəblərdən biri də dövrün tələbləridir. İqtisad elminin baş verən iqtisadi və qeyri-iqtisadi təsirlərə verdiyi cavablar uzunmüddətli və qısamüddətli dövrdə fərqli olur. Bu təsirlərin dəyişkənliyi iqtisadi quruluşları da dəyişkən və davamsız edir. Onlar dövrün tələbi ilə yaranır, təsirləri ilə formalaşır, dəyişir və sonda “öz ağırlığı” altında əzilərək, öz yerini başqa bir quruluşa verir. Burada məşhur fransız filosofu Jan Jak Russonun düşüncəsinə diqqət yetirmək yerinə düşərdi:

“Siyasi orqanizm insan orqanizmi kimi dağılmağa elə qurulduğu vaxtdan başlayır və mövcudluğu dövründə özünün ölüm səbəbini özündə daşıyır”.

Jan Jak Russonun bu düşüncəsindəki “siyasi orqanizmi” “iqtisadi orqanizm” ilə dəyişdirmək mümkündür. Bunu iqtisadi tarixə nəzər salmaqla başa düşmək olar. Məşhur iqtisadçı olan Adam Smit azad bazar iqtisadiyyatı düşüncəsini dəstəkləmişdir. Adam Smit Kapitalizmin hələ yeni-yeni möhkəmləndiyi bir dövrdə yaşadığından, onun dəstəklədiyi düşüncələr yaşadığı dövrə uyğundu. Bu dövrdə bazara mütləq təsir gücünə sahib olan firmalar hələ yoxdu. Bu səbəbdən də sağlam rəqabətə əsaslana biləcək və dövlətin bazara müdaxiləsinin arzu olunmadığı şərait vardı. Sonrakı dövrlərdə bazara təsir gücünə sahib olan iri firmaların yaranması və kapitalın onların əlində toplaşması İnhisarçı Kapitalizm mərhələsini meydana gətirmişdir. Bu mərhələdə isə artıq yeni anlayışlar və fərqli şərtlər olduğundan bazarın heç bir müdaxilə olmadan özünü tənzimləyə bilməyəcəyi aşkar olmuşdur. Ümumilikdə isə dövlətin bazara müdaxiləsinin səviyyəsi iqtisadi məktəblər arasında mübahisəli bir mövzudur. `

XX yüzilliyin əvvəllərində baş vermiş Böyük depressiya dünyanın qabaqcıl ölkələrinə ciddi zərərlər vurmuş və iqtisadiyyat geriləmişdir. Məşhur iqtisadçı olan Con Meynard Keyns bundan çıxış yolu kimi yeni konsepsiya hazırlamış və dövlətin iqtisadiyyata aktiv şəkildə müdaxiləsini dəstəkləmişdir. Bu çıxış yolları öz müsbət nəticələrini vermiş və iqtisadiyyatdakı geriləmələrin qarşısı alınmışdır. XX yüzilliyin 70-ci illərində isə Dünya iqtisadiyyatı yeni bir böhranla qarşı-qarşıya qalmışdır. Bu böhrandan çıxış yolu kimi isə Monetaristlər Keynsçiliyi tənqid edərək, onların dövlətin bazara aktiv müdaxiləsi düşüncəsinin artıq mənfi nəticələrə səbəb olduğunu bildirmişdilər. Monetaristlər dövlətin bazara məhdud şəkildə müdaxilə etməsini dəstəkləyərək, dövlətin bazarda pul emissiyası ilə kifayətlənməsi düşüncəsini müdafiə etmişdilər. Bu yanaşmalar isə XX yüzilliyin 70-ci illərində baş verən böhranı üstələməyə kömək olmuşdur.

Göründüyü kimi XX yüzilliyin 30-cu illərində böhrandan çıxış yolunu göstərən tənzimləmə, XX yüzilliyin 70-ci illərində böhranın “günahkarlarından” biri olaraq göstərilmişdir. Bunun səbəbi iqtisadiyyata təsir göstərən şərtlərin dəyişməsidir. Hər iki anlayış da öz dövrünə görə yaxşı olsa da, bu heç də onların əbədi və dəyişməz olacağı demək deyildir . İqtisadiyyat iqtisadi, siyasi, sosial, milli, təbii və s. dəyişikliklərdən ciddi şəkildə təsirlənir. Əvvəllər mövcud olmayan yeni anlayışların meydana çıxması onlara münasibət bildirməyi tələb edir. “Xalqların sərvəti” və “Kapital”dakı anlayışları meydana gətirən öz dövrünün tələbləridir. Adam Smit və Karl Marks Feodalizm quruluşunda yaşayaraq bu əsərlərini yazmış olsalardı, onları bir iqtisadçıdan çox öncəgörən kimi tanımış olardıq. Karl Marks öz tədqiqatlarında abstrakt metoddan geniş şəkildə istifadə etmişdir. Bu metod tədqiqatı asanlaşdırmaq üçün xırdalıqları kənara qoyaraq, hadisələrə təsir göstərən başlıca amilləri nəzərdən keçirməyə əsaslanır. Karl Marks iqtisadi proseslərdə oynadıqları qabaqcıl rollarına görə öz tədqiqatlarında sahibkar və fəhlə sinfi arasındakı münasibətləri qabağa çəkmişdir. İqtisadi həyatda bu iki sinifdən başqa siniflərin də olmasına baxmayaraq, məhz abstrakt metoda əsaslanaraq digərləri daha az təsirlərə sahib olduğu üçün gözardı edilmişdir. Gələcəkdə elmi texniki tərəqqinin inkişaf etməsi, istehsalın avtomatlaşdırılması artıq formalaşmaqda olan yüksək ixtisaslı texnokratiya sinfinin rolunun artmasına səbəb olacaqdır. Bu da eyni abstrakt yanaşmadan baxsaq, fəhlə sinfinin rolu və sayının azalması ilə nəticələnəcəkdir. Məsələyə ediləcək yeni yanaşmada isə artıq qabaqcıl tərəflər fərqli olacaqdır və tədqiqatın predmeti dəyişəcəkdir. Göründüyü kimi dövr və tələblər iqtisadiyyatda əbədi bir quruluşun mövcud olmasını mümkünsüz edir. Bütün bunlar isə dəyişkən iqtisadi vəziyyətdə bütün iqtisadi quruluşların bir “ölüm tarixlərinin” olduğunu göstərir.

İqtisadi şərtlərin dəyişməsinin nə olduğuna nəzər saldıq. İqtisadi dəyişkənlikdən çıxardığımız nəticə ilə məqaləmizin əvvəlindəki izahı birləşdirsək düşüncəmizdə milli iqtisadiyyatın nə olduğu düşüncəsi yarana bilər. Belə ki, əgər Fridrix List dövrünün Almaniyası proteksionizmi dəstəkləyirdisə, sonrakı illərdə Almaniya da sənayecə inkişaf etmiş olduğundan iqtisadi maraqlarını müdafiə yox, hücum xarakterli quracaqdı.

Bu yanaşmalar “milli iqtisadiyyat hansı iqtisadi quruluşa əsasən qurulmalıdır?” sualını aydınlaşdırmağa kömək edəcəkdir. Artıq bizdə yaranmış düşüncə ilə qətiyyətlə deyə bilərik ki, milli iqtisadiyyat bir iqtisadi quruluş deyil, içində bir və ya bir neçə quruluşu toplaya biləcək bir üstqurumdur. Bu üstqurumu formalaşdıran iqtisadi və qeyri-iqtisadi şərtlər dəyişkən olduğundan S.Vittenin qeyd etdiyimiz deyimində də deyildiyi kimi fərdi xüsusiyyətlərə əsaslanmalıdır. Bununla yanaşı konkret şəkildə onu deyə bilərik ki, milli iqtisadiyyat realist olmalıdır. Yəni kosmopolit məktəblər kimi insanlığa hələ uzaq görünən hədəfləri göstərməli deyil, insanlığa anın iqtisadiyyatını yaşadaraq şərtlərə uyğun irəliləməlidir.

Bu üstqurumu formalaşdıran iqtisadi şərtlərin bir hissəsi ilə tanış olduq. İndi isə qeyri-iqtisadi şərtlərə baxaq. Qeyd etdiyimiz kimi bu şərtlərə milli, düşüncə, təbii, hüquq, əxlaq, siyasi və s. amillər təsir edir. Bunlardan milli düşüncə, əxlaq, hüquq və siyasi amillərə insanlar təsir edə bilsə də, təbii amillər böyük ölçüdə bu təsirlərdən uzaqdır.

Təbii təsirlər dedikdə insanın düşüncəsi və iqtisadi həyatına təsir edən günəş fəallığı, iqlim, coğrafi şərait, ölkənin ictimai coğrafi mövqeyi kimi amillər daxildir. Bu amillər bizim xəbərimiz olmadan həyatımıza müdaxilə edir və eyni bölgələrdə yaşayan insanlar da oxşar təsirlərə məruz qaldığından millətləşmə prosesində də iştirak edir. Bu təsirlərdən biri olan günəş fəallığına nəzər salaq. İqtisadiyyatda baş verən böhranlar iqtisadi amillərlə yanaşı, həm də günəşin fəallığı ilə bağlıdır. Bu yanaşma iqtisadi ədəbiyyatlarda “Xarici amillər nəzəriyyəsi” adı ilə tanınır. Bu yanaşmanın əsasını iqtisadi dalğalanmaları günəş fəallığının 11 illik dövrü ilə bağlayan ingilis iqtisadçısı U.S.Cevons qoymuşdur. XIX yüzilliyin 70-ci illərində Cevons bir sıra əsərlərini çap etdirdi ki, bu əsərlərində o, günəş ləkələrinin məhsuldarlığa, buğdanın qiymətinə və ticarətə təsirlərini göstərmişdir. Ondan başqa X.M.Mor da günəş fəallığının ümumi iqtisadi nəzəriyyəsini işləyib hazırlamışdır. 1987-ci ildə yapon iqtisadçısı Simanaka Yudzi Yaponiyanın 1885-ci ildən 1984-cü ilə qədərki inkişafındakı dalğalanmaları tədqiq etmişdir. O, müəyyən etmişdir ki, bu dövrdə doqquz 11 illik günəş fəallığı dövrü olmuşdur və bu dövrlər Juqlar dalğalanmaları ilə üst-üstə düşür. Simaka həmçinin Kuznets dalğalanmalarının 2 günəş dövrünə (22 il), Kondratyev dalğalanmasının isə 5 günəş dövrünə (55 il) bərabər olduğunu müəyyən etmişdir. (2)

Bu, təbii təsirlərin həyatımıza necə təsir göstərdiyinə bir nümunədir. Təbii amillərdən başqa insanların təsir göstərə biləcəkləri şərtlər isə aralarındakı ayrılıqlara baxmayaraq bir nöqtədə, insan düşüncəsində toplaşırlar. Hər bir cəmiyyətin sahib olduğu mənəvi dəyərlər onların iqtisadi düşüncələrinin formalaşmasında iştirak edir. Əgər iqtisadiyyat yalnızca insanın rəqabətçi təbiətinə əsaslanaraq mərhəmət, xeyriyyəçilik, köməkləşmə və s. bu kimi hisləri bütünlüklə bir qırağa qoymuş olsaydı qarşılaşdığımız mənfi hallar nəzarətdən çıxacaq qədər genişmiqyaslı xarakter daşıyardı. Cəmiyyətin düzgün əsaslarda olması isə onun təhsilindən, milli irsindən, ədəbiyyatından və bu kimi amillərdən asılıdır. Hüseyn Cavid yazmış olduğu “Müharibə və ədəbiyyat” məqaləsində təhsilin, elmin, xüsusən də ədəbiyyatın tərəqqi üzərindəki təsirlərinə toxunurdu. (3)

İndiyə qədər yazmış olduğumuz düşüncələri bir araya toplamış olsaq milli iqtisadiyyatın önəmini və onu formalaşdıran təsirlərin nə olduğunu başa düşə bilərik. Ortaq iqtisadi məkanda cəmiyyətin hər bir üzvünün atacağı müsbət və ya mənfi addımın sonda yenidən özünə qarşı yönələcəyini nəzərə alsaq, bu milli iqtisadi üstqurumu yaratmaq və qorumaq üçün öhdəmizə düşənləri yerinə yetirməliyik.

Qaynaqlar:

  1. İqtisadi nəzəriyyə, Makroiqtisadiyyat 1,2. Q.P.Juravlyova. səhifə 11.
  2. İqtisadi nəzəriyyə, Makroiqtisadiyyat 1,2. Q.P.Juravlyova. səhifə 176-177.
  3. “Müharibə və ədəbiyyat” məqaləsi. “Dirilik nədir?” kitabı.

Pul məhdudlaşdırır

Pul dəniz suyuna bənzəyir. Nə qədər çox içsən o qədər çox susayarsan.

İnsan toplumun qalxınmasının bir pilləsində pulu “yaratmış” və onu günümüzə qədər gətirib çıxarmışdır. Pul yaranmazdan bir qədər əvvələ qədər insanlar tələblərini mübadilə yolu ilə həyata keçirirdilər. İnsanlar sahib olduqları artıq məhsulları, ehtiyyacı olan başqa bir məhsulla dəyişirdilər. Bu hal zamanla təkminləşərək ortaq mübadilə oluna biləcək bir vasitənin-pulun meydana gəlməsinə zəmin yaratdı. Pul da zamanla təkminləşərək günümüzdə anladığımız halına çatmışdır. Pula qədimdən indiyə qədər keçdiyi yolda gərəkli malları ala bilmək gücündə olan metal, kağız parçası kimi yanaşmaq olarmı?

Pul anlayışının kökündə dəyər anlayışı yatır. Dəyər sərhədsiz insan düşüncəsinin yaradıcılıq qabiliyyəti ilə yaranır. Dəyər sabit bir anlayış deyildir və dəyişkəndir. Dəyərin qədəri insanın dəyər verdiyi hər hansı bir anlayışın sayı ilə bir başa bağlıdır. Bu anlayışı marjinal dəyər anlayışı ilə eyniləşdirmək olar. Məsələn, səhrada susuz olan biri üçün bir stəkan su çox dəyərlidir. Həmin şəxs ilk növbədə o su ilə susuzluğunu yatıracaq. Əgər su daha çoxdursa daha az gərəkli olan digər tələbatlarını da ödəməyə çalışacaq. Bir qədərini özü ilə ehtiyyat götürəcək, sərinləmək üçün yuyunacaq və s. Göründüyü kimi su çoxaldıqca insanın susuzluq qorxusunu üstələyir və ilk stəkana nisbətən suyun dəyərini azaldır. Pulla bağlı da eyni yanaşmanı sərgiləmək olar. Pulun da qədəri dəyəri ilə tərs mütənasibdir. Pul əslində düşüncə ilə sıx bağlı olaraq meydana gəldiyindən ona ilk öncə maddi və qeyri-maddi olaraq yox, düşüncə kimi yanaşmaq lazımdır. Pulun nəyisə ala biləcəyi insan düşüncəsinin məhsuludur. Müəyyən ölçülərdə bir kağız hər hansı bir malı almaq gücünə sahibdir. Əvvəllər kağız pulun arxasında onun dəyərini qarşılaya biləcək qızıl dayanırdı. Başqa sözlə insan kağızını qızılla arxayınlaşdırmışdı. Onun düşüncəsində əslində hələ də dəyəri qarşılayan qızıldı. Hal hazırda əsasən kağız pulun arxasında onu qarşılaya biləcək qızıl yoxdur. Bu baxımdan bəzi alimlər artıq kağız pulun qızılın qarşılaya bildiyi dəyəri qarşılaya bilmədiyi yönündə düşüncələr irəli sürürlər. Əslində isə məsələyə düşüncə-dəyər yönündən yanaşdıqda isə qızılın da önəminin insan tərəfindən ona verildiyini görərik. Belə ki, biz qızılın daha dəyərli olduğunu düşünməsək onun misdən fərqi fiziki-kimyəvi keyfiyyətləri ilə müəyyən olunardı. Qızıl bu dəyərini daha aztapılan və bəzi bir sıra üstün göstəriciləri ilə zamanla qazanmış, insanın gözündə parlamışdır. Kağız pul metal pulları əvəz etdiyi kimi, hesablarda olan və alğı-satqının gedişində “uçuşan rəqəmlər” kimi hallandırıla bilməsi mümkün olan “gözəgörünməz” pul da kağız pulu əvəz etməkdədir. İnsanlar “kağıza inandıqları” kimi nisbətən yeni yaranan “gözəgörünməz” pullara da inanırlar. Bunun hansı səbəbdən baş verdiyinə qısaca nəzər salaq. Plastik kartla ödəməni edən alıcının aldığı mal qarşılığında müəyyən olunmuş məbləğ satıcının hesabına keçir. Satıcı isə öz növbəsində malı ona görə alıcıya satır ki, onun hesabına keçən “gözəgörünməz” pul davamlıdır, yəni o, bu alğı-satqını qəbul etdiyi kimi başqa satıcılar da onun hesabında olan bu pulu qəbul edəcək və o da öz tələbatını ödəyə biləcək. Bu ənənəvi əminlik hissi pulun görünən və görünməz olan hallarında bu “davamlılıq çarxını” dönən edir.

Pula olan düşüncə-dəyər yanaşması pulun ikinci planda olan məhdudlaşdırıcı funksiyasını üzə çıxarır. Pul ona az və ya çox sahib olmadan aslı olaraq insanın həyatına məhdudluq gətirir. Məsələn, iki adamın 10 manatlıq bir mala tələbi olduğunu düşünək. Onlardan biri yalnız 5 manata sahib olduğu üçün pul onun bu istəyini məhdudlaşdıracaq. Digəri isə bu qədər pula sahib olduğu üçün istəyini gerçəkləşdirə biləcək. Beləliklə, pul sonsuz tələbləri, istəkləri özünün yoxluğu ilə məhdudlaşdırır. Bəzi alimlər pulun yox olacağını, gərəkli olmayacağını, pulsuz toplumun əvvəllər yaşadığı kimi uyğun hal yaradılarsa yenə yaşaya biləcəyini irəli sürürlər. Məsələn Marksist məktəb kommunizmdə “ordusuz və pulsuz toplum” olacağı düşüncəsini irəli sürür. Bəs pul məhdudlaşdırmasa, insanlar gerçəkdən bərabər yaşaya bilərmi?

Pulsuz bir toplumun ola biləcəyini düşünək bu halda aşağıdakı hallarla qarşılaşa biləcəyimiz mümkündür:

• İnsanlar üstün bir bərabərlik düşüncəsinə sahibdir. Onlar insanın bərabərsizlik yarada biləcək bütün keyfiyyətlərini geridə qoymuşlar. İstehsal olunan məhsullardan ancaq ehtiyyacı olduğu qədərini əldə etməyə, qalan hissəni digərlərinə güzəştə getməyə könüldən razıdırlar.

• İlk halda olan düşüncələr olmadığı və ya yarımçıq olduğu halda isə pulun məhdudlaşdırıcı funksiyası olmadığı üçün insanlar istədikləri qədər mal götürməkdə sərbəstdir. Bu halda insani keyfiyyətlərin qabara biləcəyini görə bilərik, yəni bir insan ehtiyyacı olmadığı halda belə istehsal olunan malları alır, paxıllıq, hərislik kimi hislərinə qapılıb daha çoxunu arzulayır. Bu kimi sadalana biləcək hallar sonda bərabərsizliyə səbəb olur. Bu bərabərsizliyin kəskinləşməsi isə qurula biləcək ideal bərabər toplum anlayışı ilə uyğunluq əmələ gətirmir və yeni bir bərabərsizliyin olduğu toplum yaradır.

• Düşünsək ki, ikinci halda verilən halın qarşısını almaq üçün kartoçka(vərəqə) tətbiq olunur. İnsanların tələblərini məhdudlaşdıran bu vərəqələr məhdudlaşdırıcı rolunda çıxış etdiyi üçün əslində pulun funksiyasını daşıyır. Bu halda vərəqə pul kimi adlandırılmayan pula çevrilir. Nəzərə alsaq ki, müxtəlif malların, istəklərin yaratdığı vərəqə bolluğundan qurtulmaq üçün gələcəkdə islahat tətbiq olunaraq bütün vərəqələrin qarşılığı ola biləcək bir vərəqənin yaradılması tələbi meydana çıxacaqdır. Daha dəqiq desək pul yenidən başqa adla “diriləcəkdir”.

Son iki hala nəzər saldıqda görə bilərik ki, pul tarixən bu yolu keçmişdir. Birinci halınsa olacağına inanmaq milyardlarla fərqli düşüncənin olduğu yerə gerçək olmazdı. Bunu daha dəqiq aşağıdakı hal izah edər:

“Sosializmi elan edən və mərhələli şəkildə kommunizmə keçməyi hədəfləyən SSRİ-də uzun illər həyata keçirilən çoxillik planların ardından insanların kommunizmə nə dərəcədə hazır olduğunu öyrənmək üçün təcrübə keçirilmişdi. Moskvada bir meydana böyük həcmdə kibrit qutusu yığaraq onun pulsuz olduğunu və hər kəsin ehtiyacı olduğu qədər götürə biləcəyini elan etmişlər. Yaranan halsa çox maraqlı olmuşdu. Pulsuz kibritin sorağını eşidən insanlar ehtiyacı oldu-olmadı qucaq-qucaq kibrit qutusu götürməyə çalışmış, sıxlıq yaratmışlar. Bu təcrübədən sonra hələ kommunizmə düşüncə olaraq keçilmədiyi aşkar olmuşdu.”

İnsanların bir hissəsi bu düşüncəyə yiyələnsə belə bütün toplumu bu cür düşündürmək mümkünsüzdür. Zorakı yolla bu cür düşünməyənləri məhv edib, geridə qalanların yaranan bərabər toplumu davam etdirə biləcəyi düşüncəsi də mümkünsüzdür, çünki bərabərlik düşüncəsinə çatmaq irsən keçə bilən hal olmadığı üçün yeni nəslin necə yetişəcəyindən aslı olmayaraq fərqli düşüncələr yenə olacaqdır və yenidən toplu məhv etmələr qaçınılmaz olacaqdır. Bu halda “sülh toplumu” düşündükləri kimi düşünməyənləri məhv edən bir qəssabxanaya çevriləcəkdir. İnsanın istəkləri tükənməzdir. Bunu daha dəqiq bir hindu təmsili izah edir:

“Bir adam dərin hüznə qərq olmuş şəkildə otururdu. Bütün heyvanlar ona yaxınlaşıb belə dedilər:

“Səni belə hüznlü görmək xoşumuza gəlmir. Nə istəsən onu gətirərik”.

Adam dedi: “Yaxşı görə bilmək istəyirəm”.

Kərkəs dedi: “Mənim yaxşı görə bilmək bacarığımı ala bilərsən”.

Adam dedi: “Güclü olmaq istəyirəm”.

Yaquar dedi: “Mənim kimi güclü ola biləcəksən”.

Daha sonra adam dedi: “Dünyanın sirlərini öyrənmək istəyirəm”

İlan dedi: “Sənə onları göstərərəm”.

Digər heyvanlar da bu cür davam edərək özlərinin ən üstün keyfiyyətlərini adama verdilər. Adam onların verdiyi bütün hədiyyələrdən sonra oradan uzaqlaşdı. Bundan sonra bayquş o biri heyvanlara dedi:

“Adam artıq çox şey bilir və çox şeyə gücü çatır”.

Maral dedi: “Adam artıq istədiyi hər şeyə sahibdir. İndi onun kədəri olmayacaq”.

Bayquş dedi: “Yox. Adamın içində bir boşluq gördüm. Heç vaxt doymayacağı bir aclıq qədər dərin boşluq. Bu boşluq onu kədərli olmağa və istəməyə yönləndirir. İstəməyə və toplamağa davam edəcəkdir. Ta ki, günün birində Dünya ona “Tükəndim. Sənə verə biləcək heç nəyim qalmadı.” deyənə qədər.

Beləliklə pulun müxtəlif hallara və adlara düşərək varlığını davam etdirməsinin daha gerçək bir anlayış olduğunu görmək mümkündür.

Mənbə:

  • “Hindu təmsili” – Apokalipsis (film, 2006)

Kişmiş

Kişmiş — xüsusi üzüm növündən hazırlanan çərəz. Eləcə də bu üzüm növünün adı.

Mündəricat

  • 1 Hazırlanması
  • 2 İstifadəsi
  • 3 İstinadlar
  • 4 Xarici keçidlər

Hazırlanması [ redaktə ]

Kişmişin bir neçə hazırlanma üsulu var.

Kişmişi həm kölgədə (yəni isti və quru, ama gün düşməyən yerdə, məsələn damın altında, ilkin emaldan keçmiş üzüm salxımları ipdən asılırlar), həm də gün altında qurudurlar.

İstifadəsi [ redaktə ]

Kişmiş elə belə yeyilə biləcəyi kimi cemi və kompotu da edilə bilər. Ayrıca, bir çox şirin və keksin içinə də qatılır. Tumları alınıb qara bibərlə birlikdə yeyilsə böyrəklərə yaxşı gələr və böyrək qumlarını tökməyə köməkçi olar. Bəkməz ilə birlikdə qansızlığı aradan qaldırmağa köməkçi olar. Ayrıca, üzüm tumundan çıxarılan üzüm yağı ürək xəstəlikləri və xolesterolda faydalıdır.

İstinadlar [ redaktə ]

Xarici keçidlər [ redaktə ]

Azerbaycan Xarici Isler Nazirliyi – Wikipedia

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi — xarici ölkələr və beynəlxalq təşkilatlar sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikasının icraedici orqanı.

  • Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi

Mündəricat

  • 1 Tarixi
  • 2 Tabeliyindəki qurumlar
  • 3 Fəaliyyəti
  • 4 Nazirlər
  • 5 Həmçinin bax
  • 6 Xarici keçidlər

Minilliklər boyu dünya siyasətində mühüm yer tu

muş Azərbaycan diplomatiyasının tarixində XX əsr əsrin 1918–1920-ci illəri, yəni Azərbaycan Xalq Cümhuriyyəti dövrü xüsusi önəm daşıyır. Bu illərdə qurulan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan dövlətinin müstəqil xarici siyasətini həyata keçirmişdir. Cümhuriyyət dövründə Azərbaycan diplomatiya idarəsinin başçıları olmuş Məmmədhəsən Hacınski, Əlimərdan bəy Topçubaşov, Fətəli xan Xoyski, Məmmədyusif Cəfərov böyük dövlət xadimləri və diplomatlar kimi tarixdə özlərinə layiqli mövqe qazanmışlar.

1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyətinin bolşevik Rusiyasının təcavüzünə məruz qalması nəticəsində vətənimiz işğal edildikdən və dövlət müstəqilliyimiz itirildikdən sonra Xarici İşlər Nazirliyi ləğv edilərək yerində Azərbaycan SSR Xalq Xarici İşlər Komissarlığı (XXİK) yaradıldı. Elə bir ciddi səlahiyyətlərinin olmamasına baxmayaraq, Xalq Xarici İşlər Komissarlığı 1920–1922-ci illərdə xarici ölkələrlə müəyyən dərəcəli ikitərəfli əlaqələri həyata keçirmişdir. Sovet hakimiyyətinin ilk illərində Azərbaycanın xalq xarici işlər komissarları Nəriman Nərimanov və Mirzə Davud Hüseynov olmuşlar. Lakin tezliklə XXİK ləğv edildi. SSRİ yaradıldıqdan sonra Azərbaycanın müstəqil xarici siyasəti tamamilə dayandırıldı. Yalnız ikinci dünya müharibəsinin sonlarına yaxın yaranmış beynəlxalq şəraitdə sovet hökuməti öz maraqlarına uyğun olaraq 1944-cü ildə Azərbaycan SSR XXİK-i bərpa etdi. 1946-cı ildən XXİK Xarici İşlər Nazirliyinə çevrildi. Lakin XİN yenə də ciddi səlahiyyətləri olmayan qurum idi. Bu dövrdən başlayaraq Azərbaycanın xarici siyasəti idarəsinə Mahmud Əliyev, Tahirə Tahirova, Elmira Qafarova, Hüseynağa Sadıqov (həm də dövlət müstəqilliyinin yeddi ayında) başçılıq etmişlər. Bütün mürəkkəb və ziddiyyətli cəhətlərinə baxmayaraq, heç şübhəsiz, tariximizin maraqlı tərkib hissələrindən olan sovet dövründə də Azərbaycan mərkəzi hakimiyyət vasitəsi ilə ölkənin beynəlxalq əlaqələrində bu və ya başqa dərəcədə iştirak etmişdir. 50-ci illərin ortalarından etibarən canlanmağa başlayan beynəlxalq əlaqələr əvvəlki illərlə müqayisədə 70–80-ci illərdə xeyli geniş olmuşdur.

Uzun illər boyu müxtəlif formalarda sovet rejiminə qarşı apardığı mübarizə və 80-ci illərin sonu — 90-cı illərin əvvəllərində beynəlxalq aləmdə yaranmış əlverişli şərait nəticəsində Azərbaycan xalqı XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini bərpa edərək ikitərəfli və çoxtərəfli beynəlxalq əlaqələr qurmağa başladı. Dövlət müstəqilliyimiz dünyanın əksər dövləiləri tərəfindən tanındı və diplomatik münasibətlər quruldu. Azərbaycan beynəlxalq və regional təşkilatların üzvü və ya yaradıcılarından biri oldu. Müstəqillik illərində Azərbaycan Respublikasının xarici işlər nazirləri Tofiq Qasımov, Həsən Həsənov, Tofiq Zülfüqarov və Vilayət Quliyev oldular.

Tabeliyindəki qurumlar

  1. ADA Universiteti
  2. Azərbaycan Respublikası Beynəlxalq İnkişafa Yardım Agentliyi

Fəaliyyəti

  • Azərbaycan Respublikasını digər dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərdə təmsil edir;
  • Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının vahid sisteminə rəhbərlik edir;
  • ikitərəfli, çoxtərəfli və beynəlxalq problemlərin bütün kompleksi üzrə məlumatların araşdırılması əsasında Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətləri üzrə təkliflər hazırlayır və müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
  • Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin layihələrini hazırlayır, müqavilələrin bağlanması, icrası, ləğv edilməsi və qüvvəsinin dayandırılması barədə təklifləri hazırlayır və müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Prezidentinə baxılması üçün təqdim edir;
  • xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla danışıqlar aparır;
  • Azərbaycan Respublikasının beynəlxalq müqavilələrinin icrası üzərində ümumi müşahidəni həyata keçirir, Azərbaycan Respublikası qanunvericiliyinin onun beynəlxalq hüquq öhdəliklərinə uyğunlaşdırılması haqqında təkliflərin hazırlanmasında iştirak edir;
  • Azərbaycan Respublikası vətəndaşlarının hüquq və azadlıqlarının, onların müdafiəsi və təhlükəsizliyinin təmin edilməsi, habelə Azərbaycan Respublikasının xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla ticarət-iqtisadi və maliyyə əlaqələrinin, elmi-texniki, mədəni və digər mübadilələrinin genişləndirilməsi üzrə siyasətin və konkret tədbirlərin hazırlanmasında iştirak edir;
  • beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsi üzrə Azərbaycan Respublikasının səylərini diplomatik vasitələrlə həyata keçirir;
  • Azərbaycan Respublikasının ərazisində və xaricdə konsul işini təşkil edir;

Əsas məqalə: Azərbaycanın xarici işlər nazirləri
Həmçinin bax

  • Azərbaycanın xarici siyasəti
  • Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin arzuolunmaz şəxslərin siyahısı

Comments are closed, but trackbacks and pingbacks are open.