Xasiyytnam nümunsi.
Rektor Elçin Babayev Bilik yarışmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, cari ilin fevral-mart aylarında Riyaziyyat, Müəllimlik və İnformasiya Texnologiyaları üzrə keçirilən Bilik Yarışmasında məqsəd SABAH qruplarında təhsilin keyfiyyətini artırmaq, həmçinin, elmi potensialı, istedadı, yaradıcı təfəkkürü olan tələbələrin sağlam rəqabət şəraitində üzə çıxarılması və inkişafına təkan verməkdir. Təhsil, elm, bilik, savadın gələcəyə açılan qapı və məsuliyyət olduğunu deyən rektor Prezident İlham Əliyev tərəfindən imzalanan hər on sərəncamdan ən azı 2-3-nün məhz gənclərlə, onların təhsili, sosial həyatı ilə bağlı olduğunu deyərək bunu gənclərə göstərilən diqqət və qayğının bariz nümunsi kimi təqdim edib. Qeyd edib ki, tələbələr bundan düzgün şəkildə bəhrələnməli, gələcəyin layiqli vətəndaşı kimi yetişməli, ölkənin rihafı, davamlı inkişafı naminə çalışmalıdırlar. SABAH qrupları ilə bağlı danışan rektor onu kifayət qədər uğur qazanmış layihə kimi təqdim edib və bütün qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.
SABAH qruplarının BDU-nun 100 illik yubileyinə həsr etdiyi Bilik yarışmasının mükafatlandırma mərasimi keçirilib (FOTO)
Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində universitetin 100 illik yubileyinə həsr olunan Bilik yarışmasının mükafatlandırılma və bağlanış mərasimi keçirilib.
Trend-i buradan izləyin
Bakı Dövlət Universitetində Təhsil Nazirliyinin SABAH qrupları layihəsi çərçivəsində universitetin 100 illik yubileyinə həsr olunan Bilik yarışmasının mükafatlandırılma və bağlanış mərasimi keçirilib.
Trend-in məlumatına görə, dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə universitetin 100 illik yubileyi münasibətilə hazırlanmış videoçarx nümayiş etdirilib.
Rektor Elçin Babayev Bilik yarışmasının əhəmiyyətindən danışıb. Qeyd edib ki, cari ilin fevral-mart aylarında Riyaziyyat, Müəllimlik və İnformasiya Texnologiyaları üzrə keçirilən Bilik Yarışmasında məqsəd SABAH qruplarında təhsilin keyfiyyətini artırmaq, həmçinin, elmi potensialı, istedadı, yaradıcı təfəkkürü olan tələbələrin sağlam rəqabət şəraitində üzə çıxarılması və inkişafına təkan verməkdir. Təhsil, elm, bilik, savadın gələcəyə açılan qapı və məsuliyyət olduğunu deyən rektor Prezident İlham Əliyev tərəfindən imzalanan hər on sərəncamdan ən azı 2-3-nün məhz gənclərlə, onların təhsili, sosial həyatı ilə bağlı olduğunu deyərək bunu gənclərə göstərilən diqqət və qayğının bariz nümunsi kimi təqdim edib. Qeyd edib ki, tələbələr bundan düzgün şəkildə bəhrələnməli, gələcəyin layiqli vətəndaşı kimi yetişməli, ölkənin rihafı, davamlı inkişafı naminə çalışmalıdırlar. SABAH qrupları ilə bağlı danışan rektor onu kifayət qədər uğur qazanmış layihə kimi təqdim edib və bütün qalibləri təbrik edərək onlara uğurlar arzulayıb.
Təhsil nazirinin müavini Firudin Qurbanov bilik yarışını tələbələrin inkişafında, təlim və peşə hazırlığı üzrə biliklərinin dərinləşdirilməsində və peşəkar kadr kimi yetişməsində mühüm addım kimi dəyərləndirib. F.Qurbanov tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmaları üçün bilik, bacarıq və müvafiq vərdişləri daim inkişaf etdirməli olduqlarına da diqqət çəkib.
Bilik Yarışmasında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Dillər Universiteti, Bakı Slavyan Universieti, Azərbaycan Dövlət İqtisad Universiteti, Bakı Mühəndislik Universitetinin tələbələri iştirak edib. İştirakçıların sayı ötən illə müqayisədə 40% artıb və ümumilikdə 800-ə yaxın qeydiyyatdan keçən SABAH tələbəsini əhatə edib. Yarışmanın birinci mərhələsində 689, ikinci mərhələsində 161 tələbə iştirak edib, 28 tələbə final mərhələsinə vəsiqə alıb, onlardan hər nominasiya üzrə üç nəfər olmaqla 9 nəfər qalib olub.
Sonra qaliblər təltif edilib. Riyaziyyat üzrə bilik yarışmasında Süleyman Bağırov birinci, Rübabə Hüseynova ikinci, Aygül Bayramova isə üçüncü yerin qalibi olublar. Qalibləri hər üçü BDU-da təhsil alırlar.
Müəllimlik üzrə keçirilən bilik yarışmasında birinci yerə Mərziyyə Əzməmmədova (BDU), ikinci yerə Çərkəz Kazımova (ADPU), üçüncü yerə isə Flora Bayramova (BDU) layiq görülüblər.
İnformatika üzrə bilik yarışmasında birinci yerə Süleyman Bağırov (BDU), ikinci yerə Aygül Bayramova (BDU), üçüncü yerə isə Murad Qaraşov (ADİU) layiq görülüblər.
Tədbirdə Təhsil Nazirliyinin struktur rəhbərləri və əməkdaşları, Milli Məclisin üzvləri, müvafiq ali təhsil müəssisələrinin rektorları, təhsil ekspertləri, BDU-nun professor və müəllim heyəti, SABAH əməkdaşları, SABAH tələbələri və könüllüləri iştirak ediblər.
Qeyd edək ki, tədbir Bilik yarışlarının mahiyyətini və uğurlarını özündə əks etdirən videoçarxın nümayişi ilə başa çatıb.
Xasiyytnam nümunsi.
İlham Əliyevin təşəbbüsü türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz təcəssümü kimi qiymətləndirildi
Dostluq, qardaşlıq münasibətləri getdikcə daha da güclənən, mövcud əlaqələri və qarşılıqlı əməkdaşlıqları şaxələnən türkdilli dövlətlər martın 16-da dünyaya daha bir mesaj ünvanlayaraq sarsılmaz münasibətlərinin möhkəm təməl üzərində qurulduğunu bəyan etdilər.
İmzalanan Ankara Bəyannaməsində əksini tapan ifadələr və Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma isə bir daha təsdiq etdi ki, dost və qardaş ölkələr çətin gündə dərhal bir-birinə lazımi dəstək verəcək və bu istiqamətdə əlindən gələni əsirgəməyəcək.
Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib
Türk Dövlətləri Təşkilatının dövlət başçılarının Zirvə görüşünün mədəniyyətimizin paytaxtı Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Lakin Prezident İlham Əliyev Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar qardaş ölkəyə dəstək məqsədilə Zirvə görüşünün Ankarada keçirilməsi təklifi ilə çıxış etmişdi.
Azərbaycan Prezidentinin bu xoşməramlı təklifindən sonra digər iştirakçı ölkələrin rəhbərliyi ilə razılaşdırıldıqdan sonra bununla bağlı müvafiq qərar qəbul olunmuş və İlham Əliyevin təklifi dəstəklənmişdi.
Əlbəttə ki, bu, ilk növbədə bir daha Azərbaycan-Türkiyə qardaşlığının, türk dünyasında qarşılıqlı dəstəyin və hörmətin bariz nümunəsidir.
“Fəlakət-Fövqəladə halların idarə edilməsi və humanitar yardım” mövzusuna həsr olunan Zirvə görüşü Türkiyənin cənub və cənub-şərq bölgələrində baş verən zəlzələ nəticəsində yaranan fövqəladə vəziyyətlə bağlı məsələlərin ən yüksək səviyyədə müzakirə edildiyi platforma oldu. Liderlər fəlakətlərlə mübarizədə Türk Dövlətləri Təşkilatı daxilində çoxtərəfli əməkdaşlıq və koordinasiya mexanizmlərinin yaradılmasına diqqət çəkərək, regionda mövcud çağırışlarla bağlı məsləhətləşmələr apardılar.
İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsini Azərbaycanın xarici siyasətinin prioritetlərindən biri olduğunu bəyan edib. Ötən ilin noyabrında Türkdilli Dövlətlər Təşkilatının Səmərqənddə keçirilən IX Zirvə görüşündə dövlət başçısı vurğulayıb ki, Azərbaycan həmişə türkdilli dövlətlərin sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da türk dünyasının birliyi amallarına sadiq qalacaq.
Hər zaman olduğu kimi, bu məsələdə də İlham Əliyevin sözü ilə əməli üst-üstə düşdü. Belə ki, ötən ilin dekabrında Buxarestdə imzalanmış müqaviləyə əsasən, Azərbaycan Avropaya, o cümlədən Türk Dövlətləri Təşkilatında müşahidəçi statusa malik Macarıstana “yaşıl enerji” ötürəcək. Bundan başqa, Azərbaycan Prezidentinin yanvarda Macarıstana səfəri və səfər zamanı imzalanmış sənədlər ölkəmizin təşkilatın genişləndirilməsi işinə töhfələrindən biri kimi qiymətləndirilməlidir.
Azərbaycanla Türkiyə istər xoş, istərsə də çətin günlərdə bir-birinin yanındadır
Bu bir həqiqətdir ki, Azərbaycanın türk dünyası ilə əlaqələri kontekstində qardaş Türkiyə ilə münasibətlər xüsusi yer tutur. Azərbaycan və Türkiyə strateji müttəfiq ölkələr kimi bütün platformalarda bir-birini dəstəkləyir, istər xoş, istərsə də çətin günlərdə bir-birinin yanındadır.
İki ölkənin qardaşlıq nümunəsini İkinci Qarabağ müharibəsində, azad olunmuş torpaqlarımızda aparılan bərpa və yenidənqurma işlərində Türkiyənin ölkəmizə dəstəyində, eyni zamanda Azərbaycanın qardaş ölkədə baş vermiş meşə yanğınlarının söndürülməsi və zəlzələnin nəticələrinin aradan qaldırılması işlərində göstərilən “qardaş köməyi”ndə gördük. İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın liderlikləri ilə ölkələrimiz arasında formalaşan sıx münasibətlər digər türk dövlətləri arasındakı əlaqələrə də sirayət etməkdədir.
Ankarada keçirilən görüşdə çıxış edən Rəcəb Tayyib Ərdoğan Türkiyədə baş verən zəlzələdən sonra Fövqəladə Zirvə görüşünün keçirilməsi təşəbbüsünə görə Prezident İlham Əliyevə minnətdarlığını da ifadə etdi.
Türk İnvestisiya Fondunun yaradılması əməkdaşlığın inkişafına mühüm töhfə verəcək
Ankara Sammitində türkdilli ölkələr arasında iqtisadi əlaqələrin inkişafına mühüm töhfə verəcək qərarların qəbul olunduğunu vurğulayan Rəcəb Tayyib Ərdoğan bu baxımdan, Türk İnvestisiya Fondunun yaradılmasına dair qərarı xüsusi qeyd edib. Dövlət başçısı bu fondun üzv ölkələr arasında infrastruktur, nəqliyyat, kənd təsərrüfatı, turizm, alternativ enerji və digər sahələrdə əməkdaşlığın daha da inkişafına mühüm töhfə verəcəyini bildirib. Dövlət başçısı qeyd edib ki, Türk İnvestisiya Fondunun yaradılmasına dair razılaşma Zirvə görüşünün konkret nailiyyətlərindən biridir. Bu fond qardaş ölkələrin iqtisadi birliyinin möhkəmlənməsinə töhfə verəcək.
Mövcud və gələcəkdə yaşana biləcək çətinliklərin dəf edilməsi üçün üzv ölkələrin həmrəyliyinin gücləndirilməsinin önəmini vurğulayan Prezident Rəcəb Tayyib Ərdoğan bildirib ki, bunun üçün Türk Dövlətləri Təşkilatının imkanları artırılmalıdır. Tarixi, mədəni və humanitar dəyərlərə söykənməyən qurumların yerində saydığı bir dövrdə Türk Dövlətləri Təşkilatı yeni güc mərkəzinə çevrilməkdədir.
Qeyd edək ki, son illərdə Xəzər hövzəsində türk dünyası ölkələri neft, təbii qaz və elektrik enerjisi sahələrində irimiqyaslı layihələri birlikdə uğurla həyata keçirirlər. Bunun bariz nümunsi kimi Bakı-Tbilisi-Ceyhan boru kəmərinin 16 ildir Azərbaycan, Türkmənistan və Qazaxıstan neftinin dünya bazarlarına fasiləsiz çatdırıldığını göstərmək olar. “Cənub qaz dəhlizi” sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.
Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub
Zirvə görüşündə çıxış edən İlham Əliyev bildirib ki, Azərbaycan hökuməti və xalqı zəlzələ baş verən andan qardaş Türkiyəyə humanitar yardımlar etmək üçün səfərbər olublar. Azərbaycandan 940 nəfər, o cümlədən xilasedicilər, tibb personalı və könüllülər zəlzələ bölgəsinə göndəriliblər. Türkiyəyə göndərilən xilasedicilərin sayına görə Azərbaycan dünya ölkələri arasında birinci olub. Xilasedicilərimizin və həkimlərimizin səyi nəticəsində dağıntılar altından 53 nəfər sağ çıxarılıb. 780 nəfərin cəsədi dağıntılar altında aşkar edilib. Tibb personalımız ümumilikdə 3 mindən artıq şəxsə tibbi xidmət göstərib.
Bu günə qədər 45 milyon ABŞ dollarından artıq vəsait AFAD və digər humanitar qurumların bank hesablarına köçürülüb. Bununla yanaşı, qardaş Türkiyəyə 5320 ton humanitar yardım çatdırılıb.
İlham Əliyev Azərbaycan və Türkiyənin həm sevincli, həm də kədərli günlərdə bir-birinin yanında olduğunu və bundan sonra da belə olacağını vurğulayaraq əminliklə qeyd edib ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi sayəsində Türkiyə bu zəlzələnin nəticələrini uğurla aradan qaldıracaq.
Prezident 44 günlük Vətən müharibəsində qardaş ölkənin Azərbaycana dəstəyindən də söz açaraq Rəcəb Tayyib Ərdoğanın 2020-ci ildə İkinci Qarabağ müharibəsində ilk saatlardan başlayaraq son günə qədər Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyinin bizə əlavə güc verdiyini deyib.
2021-ci ilin iyun ayında Qarabağın tacı olan Şuşa şəhərində Türkiyə ilə Azərbaycan arasında imzalanmış Şuşa Bəyannaməsi isə əlaqələri rəsmən müttəfiqlik səviyyəsinə qaldırılıb.
İlham Əliyev şanlı zəfərimizdən sonra regionda yaranmış reallıqdan, Böyük qayıdış proqramının icrasına balanmasından, Qarabağ və Şərqi Zəngəzurda reallaşdırılan layihələrdən söz açıb və qeyd edib ki, işğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işlərində Türkiyə şirkətləri uğurlu işlər həyata keçirirlər: “Türkiyə şirkətləri ilə imzalanmış kontraktların dəyəri 3 milyard ABŞ dollarından çoxdur. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan azad edilmiş torpaqlara üç dəfə səfər edib, Şuşa, Füzuli, Zəngilan və Cəbrayıla gedib”.
Prezident işğaldan azad edilmiş Füzuli rayonunda Özbəkistan tərəfindən tikilən məktəbə və Qazaxıstan tərəfindən inşa olunan yaradıcılıq mərkəzinə görə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevə minnətdarlığımı bildirib, eyni zamanda qeyd edib ki, bu yaxınlarda Azərbaycan-Özbəkistan İnvestisiya Fondu və Azərbaycan-Qırğız İnkişaf Fondu yaradılıb.
Zirvə görüşündə Qazaxıstan TDT-nin X Zirvə görüşünə 2023-cü ilin oktyabr ayında bu ölkənin Türkistan şəhərində evsahibliyi etməyə hazır olduğunu təsdiq edib.
Budur qardaş dayağı, budur çətin günün sınağından çıxmaq. Düzdür, bu gün Türkiyə kimi güclü dövlətin Azərbacanla bir olması bəzi dövlətlərin qısqanclığına səbəb olsa da, bir şeyi anlamaq lazımdır ki, Azərbaycan-Türkiyə qardaşlığı illərin sınağından çıxaraq daha da möhkəmlənmişdir. Heç bir qüvvə bu birliyə xələl gətirə bilməz.
Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”
Xasiyytnam nümunsi.
Vətən müharibəsində qəhrəmanlıqlar göstərərək şəhidlik zirvəsinə ucalmış gizir Nəcəfov Fuad Taleh oğlu və kiçik gizir Musayev Ramil Aydın oğlunun ailəsinə ordenlər təqdim edilib. İlk olaraq İsmayıllının Qalınçaq kəndindən olan Taleh Nəcəfovun ailəsinə igid döyüşçünün təltif olunduğu “Qarabağ” ordeni təqdim edilib.
Təqdimetmə mərasimində İsmayıllı Rayon İcra Hakimiyyəti başçısı,RİH-nin məsul işçisi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi, şəhidin ailə üzvləri iştirak ediblər.
Rayonun rəhbəri 44 günlük Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini vurğulayaraq, bu möhtəşəm Qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini bildirib.
Məlumat üçün bildiririk ki, Vətən müharibəsinin iştirakçısı Taleh Nəcəfov 2020-ci il oktyabrın 7-də şəhid olub. Uğurlu döyüş yolu keçmiş Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik etdiyinə, hərbi qulluq vəzifəsini yerinə yetirərkən igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Qarabağ” ordeni ilə təltif edilib. İgid döyüşçü, həmçinin Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə də təltif edilib.
Daha sonra İsmayıllı rayonunda şəhid Musayev Ramil Aydın oğlunun ailəsi ilə görüş keçirilib. “Qarabağ” Ordeni şəhidin ailə üzvlərinin iştirakı ilə öz adını daşıdığı yeganə övladı Ramilə təqdim edilib.
Əlavə olaraq bildiririk ki, ölkəmizin ərazi bütövlüyünün bərpası, tarixi torpaqlarımızın azad edilməsi naminə başlanan “Dəmir Yumruq” əməliyyatının ilk günündən işğal altında olan yaşayış məntəqələrinin azad edilməsi uğrunda aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Silahlı Qüvvələrinin kiçik giziri Ramil Musayev mərdlik və igidlik nümunsi göstərdiyinə görə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Vətən uğrunda” medalı , “Füzulinin azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
“Qarabağ” Ordeni təqdim edilən hər iki şəhidin ailə üzvləri ölkəmizdə müharibə iştirakçılarına və onların ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə ediblər.
Comments are closed, but trackbacks and pingbacks are open.