Xlilzad f turistin n yaxşı bldçisi
Real Tibb Mərkəzi
Böyrəklərin TƏBİİ VASİTƏLƏRLƏ təmizlənməsi. 8 resept
Böyrəkləri sağlam saxlamaq üçün insan ilk növbədə düzgün və sağlam qidalanmalıdır. Acı, duzlu, qızarmış, çox yağlı, hisə verilmiş qidalar böyrəklər üçün ziyanlıdır.
Böyrəklərimiz meyvə-tərəvəz, süd məhsulları, yarmaları, təbii şirələri xoşlayır. Buna əks-göstərişlər yoxdursa, gün ərzində 2 l maye qəbul edin. Bu təmiz su, kompot, şirə, çay və s. ola bilər. Susuzlaşmaya yol verməyin. Susuzlaşma insanın orqanizminin bir çox funksiyalarını (o cümlədən, böyrəklərin funksiyasını) kəskin şəkildə pozur.
Böyrəklər istini sevir, soyuğu, nəmliyi isə xoşlamırlar. Tez-tez baş verən soyuqlamalar, soyuq və nəm otaqda yaşamaq, soyuq suda, yaş paltarda (məsələn, dənizdə dincəldiyi zaman) uzun müddət qalmaq hiss edilmədən böyrəklərin xroniki iltihabına səbəb ola bilər. Soyuq qış günlərində mümkün qədər isti geyinmək, bel nahiyəsini isti saxlamaq, uzun gödəkçələrə üstünlük vermək lazımdır.
Böyrəklər hərəkət sevir (bədən tərbiyəsi, idman). Hərəkət onaların qanla təchiz olunmasını yaxşılaşdırır. Bəzi yoqa mövqeləri var ki, onlar böyrəklərin fəaliyyətinin yaxşılaşmasına kömək edir. Lakin böyrəklər həddən artıq yükləmələri xoşlamır.
Böyrəklərdə duzlar, qum, daşlar yığıla bilər. Bunun qarşısını almaq üçün böyrəkləri təmizləyən vasitələrdən istifadə etmək lazımdır. Xalq təbabətində belə vasitələr çoxdur. Saglamolun.az sizi bu vasitələrlə tanış edir:
1. İtburnu ən tanınmış vasitədir. İtburnu meyvələrini əzin və axşamdan 1 l-lik termosda qaynar suda dəmləyin (1 xörək qaşığı itburnu + 1 stəkan qaynar su). Səhər dəmləməni bir neçə dəfə tənzifdən yaxşı süzün (itburnu meyvəsinin içərisində olan xırda tükcükləri dəmləməyə düşməməlidir) və gün ərzində için. Müalicə kursu – 1 həftə. Sonra 1 həftə fasilə verin və yenə 1 həftə itburnu dəmləməsini için.
2. Quru nanə, qarğıdalı saçaqları, çobanyastığı, ayıqulağı yarpağı hər otdan 1 xörək qaşığı olmaqla qarışdırılır və 1 l qaynar suda dəmlənilir. 1 saatdan sonra süzülür və gün ərzində içilir. 3 gün davam edin, 3 gün fasilə edin və yenə təkrarlayın.
3. Ağ turpun, balqabağın, çuğundurun şirələri çox yaxşı sidikqovucu sayılır. 1-2 həftə ərzində hər gün 2 stəkan şirə içmək olar (şirələri növbələşidirn).
4. Dəfnə yarpağı da yaxşı sidikqovucudur. 3-4 dəfnə yarpağı üzərinə 1 stəkan qaynar su əlavə olunur, 2-3 dəqiqə ərzində vam odda qaynadılır, 1 saatdan sonra süzülür və sonra gün ərzində içilir. 1 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə 1 həftə için.
5. Tozağacı tumurcuqları çox təsirli sidikqovucu vasitədir. 1 xörək qaşığı 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və sonra gün ərzində içilir. 1-2 həftə ərzində için, sonra 1 həftə fasilə verin və yenə için.
6. Limon, cəfəri və bal qarışığı böyrəkləri yaxşı təmizləyir. 2 dənə limon, 2 dəstə cəfəri, 2 xörək qaşığı bal götürün. Limonu qabıqlı şəkildə blenderdə xırdalayın, cəfəri xırda doğrayın və limonla cəfəri qarışdırın. Sonra bal əlavə edin və yenə qarışdırın. Hər gün acqarına bu vasitədən 1 xörək qaşığını yeyin.
7. 1/2 çay qaşığı dazıotu, 1/2 çay qaşığı kəklikotu, 1/2 çay qaşığı adaçayı 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənilir, süzülür və gün ərzində içilir (hər dəfə 1/3 stəkan olmaqla). 1 həftə davam edin, 1 həftə fasilə edin və yenə təkrarlayın.
8. Təmizlənməmiş yulaf böyrəkləri çox yaxşı təmizləyir. 1 xörək qaşığı yulaf götürün 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində qəbul edin.
İstənilən otları qəbul etdikdən əvvəl mütləq həkimlə məsləhətləşin. Böyrək daşı xəstəliyi zamanı bu vasitələrdən istifadə etmək olmaz.
Saglamolun.Az
Xlilzad f turistin n yaxşı bldçisi
Həqiqət №1. Prostat vəzinin yaşla bağlı xoşxassəli böyüməsinin – yəni adenomasının nə dərmanlarla, nə türkəçarə ilə, nə də cərrahi yolla birdəfəlik müalicəsi dünyanın heç bir ölkəsində, o cümlədən tibb sahəsidə elmi kəşflərə görə ən çox Nobel mükafatına sahib olan ABŞ-də belə hələ ki, mümkün deyil. Kiminsə “birdəfəlik prostat vəzini sağaldıram!” kimi qeyri-professional çağırışlarına inanmaq lazım deyil. Prostat vəzinin adenoması da şəkərli diabet, arterial hipertoniya (yüksək qan təzyiqi) və bir sıra başqa xəstəliklər kimi bütün ömür boyu nüalicə və diqqət tələb edir.
Həqiqət №2. Prostat vəzinin adenomasının nə dərmanlarla, nə türkəçarə ilə, nə də cərrahi yolla profilaktikası (qarşısinın alınması) mümkün deyil. Göstərilən üsullardan ən təhlükəlisi isə türkəçarədir. Bitkilərlə (və ya türkəçarə ilə) uzun müddət müalicə prostat adenomasının əsas simptomlarının üzə çıxmamasına səbəb olur, lakin onun böyüməsini əngəlləyə bilmir. Nəticədə xəstə o zaman həkimə müraciət edir ki, adenoma xeyli böyümüş olur və onun müalicəsi ya mümkün olmur, ya da bir çox həyati funksiyaları bərpa etmək mümkün olmur. Əksər Avropa və Amerika ölkələrində belə qeyri – elmi, xəstə üçün təhlükə yarada bilən müalicə ilə məşğul olanlar cinayət məsuliyyəti daşıyırlar.
Həqiqət № 3. Prostat vəzinin adenomasının əlamətlərinin (sidik ifrazı problemləri, cinsi zəiflik və s.) olmaması 50 yaşlı kişidə bu xəstəliyin olmaması demək deyildir! Tədqiqatlarla sübut edilmişdir ki, hələ 40 yaşında ikən kişilərin əksəriyyətində prostat vəzinin yaşla bağlı xoşxassəli böyüməsinin – yəni adenomasının mikroskopik əlamətləri mövcud olur. Lakin həmin əlamətlər hələ prostat vəzinin müayinəsi üçün ən qiymətli müayinə vasitəsi sayılan USM-lə (ultrasəs müayinə) ilə görünmür. Lakin 50 yaşı tamam olmuş kişilərin ən azı yarısında USM-lə prostat vəzinin yaşla bağlı xoşxassəli böyüməsini görmək mümkündür.
Və bir də unutmayın ki, tibb elmi ara söhbətlərinin deyil, iri həcmli tədqiqatlarla təsdiqlənmiş reseptlərin məcmuudur!
Bu gün prostat vəzi xəstəlikləri və kişilərin cinsi zəflik problemləri – haqqında ən çox danışilan tibbi problemlərdəndir. Belə ki, son illərdə həm prostat vəzi xəstəlikləri, həm də cinsi zəiflik problemləri ilə həkimə müraciətlərin sayı əvvəlki dövrlərlə müqayisədə xeyli artmışdır. Həm də bu sahədə tibb elminin əldə etdiyi uğurlar, Ultrasəs Müayinə (USM – UZİ) aparatlarının hamı üçün əl çatan olması, qeyri-cərrahi, yəni dərmanlarla müalicə imkanlarının artması buna rəvac vermişdir. Digər tərəfdən, bu gün prostat vəzi xəstəliklərindən danışmaq bir də ona görə vacibdir ki, nəinki bütün MDB ölkələrində və bizim ölkədə, eləcə də tibbin ən yüksək inkişaf etdiyi ölkələrdə də, cərrahi urologiyada əsaslandırılmamış cərrahi əməliyyatlar (yəni ziyanı faydasından çox olan əməliyyatlar) baş alıb gedir və xəstələr vaxtindan əvvəl həyat keyfiyyətinini itirir.
60 yaşını tamam etmiş bir kişi üçün “prostat vəzi” yeni bir söz deyil və əksəriyyəti artıq bir neçə dəfə həkimə baş vurmuş olduğu üçün həkimə çox suallar verməyə ehtiyacları da olmur. 50 yaşını tamam etmiş kişiyə isə dünyanın məşhur uroloqları bu əlamətdar ad günün (50 – yubiley yaşının) sabahı uroloqa baş çəkməyi məsləhət görürlər(. )
Bununla belə, illər ötdükcə əhali arasınada prostat vəzi ilə bağlı sualların məzmunu da dəyişir. Amma prostatla bağlı ən çox verilən bir çox suallar öz aktuallığını itirmir. Bu sualların verilməsi təbiidir və hər kəs bunları bilməlidir;
1. Prostat vəzi nədir?
2. Prostat adenoması nədir?
3. Prostat adenomasının cinsi zəifliklə əlaqəsi varmı?
4. Prostatitin (prostat vəzinin iltihabının) cinsi zəifliklə əlaqəsi varmı?
5. Prostat vəzi xəstəliklərinin əlamətləri hansılardır?
6. Məndəki əlamətlər prostat adenoması və ya iltihabı, və ya xərçəngi üçün şübhə yaradırmı?
7. Mən prostat vəzi xəstəlikləri ilə bağlı hansı müayinələrdən keçməliyəm?
8. . Mən prostat vəzi xəstəlikləri ilə bağlı müayinələrə necə hazırlanmalaşmalıyam?
9. Pprostat vəzi xəstəlikləri ilə bağlı müayinə və müalicələrin mənim sağlamlığım üçün mümkün faydası, riski, ağırlaşma ehtimalları barədə kimdən öyrənə bilərəm və s.
Bu kimi bir çox suallara bu VİDEO-da cavablar verilmişdir.
Kişilərdə cinsi zəiflik haqqında isə söhbət bir qədər başqadır. Cinsi zəiflik problemindən danışanda konkret bir yaş söyləmək mümkün deyil. Üstəlik, cinsi zəifliklə bağlı problemi olanların heç də hamısı həkimə baş vurmaq istəmir – inamsızlıq, utanc hissi, tibbi savadın olmaması buna mane olur. Məsələnin ən mürəkkəb cəhəti isə bu deyil. Prostat vəzi xəstəliklərinin müalicəsindən fərqli olaraq, cinsi zəifliyin müalicəsində bir çox hallarda həkimdən və onun məharətindən az şey asılı olur (cinsi zəifliklə bağlı pasientin şəxsi problemləri və psixiloji durumu müalicənin nəticəsinə daha çox təsir edir).
Kişi cinsi zəifliyinin ən çox rast gəlinən səbəbləri:
• Sidik-cinsiyyət sisteminin xəstəlikləri, o cümlədən prostat vəzinin xəstəlikləri: prostatitlər, prostat vəzinin xoşxassəli və bədxassəli böyüməsi (şişləri), xarici cinsiyyət üzvünün – penisin qan təchizatında qüsurlar və s.
• Hormonal pozuntular (testesteronun aşağı səviyyəsi) və ya endokrinoloji səbəbdən əmələ gələn cinsi zəiflik. Bu zaman təkcə cinsiyyət vəzilərinin deyil, digər vəzilərin də (məsələn, qalxanabənzər vəzinin) fəaliyyət pozuntuları da cinsi zəifliyə səbəb ola bilər.
• Şəkərli diabet xəstəliyi
• Ürək-damar xəstəlikləri: hipertoniya xəstəliyi, insult, infarkt və b.k
• Nevroloji xəstəliklər – baş və onurğa beynin zədələnmələri və xəstəlikləri.
• Psixoloji səbəblər – stress, depressiya, qorxu və həyəcanla bağlı vəziyyətlər.
• Dərman preparatlarının qəbulu. Müəyyən qrup dərmanlar da cinsi zəiflik əmələ gətirə bilər. Kişi cinsi hormonlarına təsir edən preparatlar, yüksəlmiş qan təzyiqinin müalicəsində işlənən dərmanlar, antihistaminlər, alkoqol və narkotik dərmanlar da bura aiddir.
• Sidik-cinsiyyət orqanları (prostat vəzi, sidik kisəsi) üzərində cərrahi əməliyyatlar
• Yaşlanma ilə bağlı problemlər: 60 yaşlı kişilərdə cinsi zəiflik halları 40 yaşa nisbətən 4 dəfə artıq olur.
• Prostat vəzinin tam xaric edilmə və ya şüalanma yolu ilə müalicəsi
• Onurğanın müxtəlif zədələnmələri
• Cinsiyyət üzvünün zədələnmələri
• Böyrəklərin ağır çatışmazlığı.
• Həyat tərzi: siqaret çəkməyin cinsi zəiflik törədə bilməsi sübut olunmuşdur: tütünün arterial spazm törətməsi cinsiyyət üzvünün qanla dolmasını əngəlləyir və nəticədə cinsi fəaliyyət zəifləyir. Alkohol isə cinsi həvəsi artırsa da ereksiyanı (bərkiməni) zəiflədir. Başqa sözlə; Spirtli içki həvəsi artırır, imkanı azaldır!
Cinsi zəifliklə bağlı daha ətraflı məlumat bu videoda:
Kişilərdə prostat xəstəlikləri və cinsi zəiflik haqqında əlavə məlumatlar almaq üçün Realtibb.com saytından yaxud “google” axtarış sitemidən istifadə etməklə aşağıdakı məqalələri oxuya bilərsiniz:
Prostat vəzi xəstəlikləri: Adenoma
Kişilərin cinsi zəiflik problemi
Kişilərin prostat vəzi problemi – Çıxış yolu
Prostat vəzi xəstəlikləri: miflər, həqiqətlər
Qadınlarda və ya uşaqlarda sidik sisteminin problemləri və müalicəsi haqda məlumatlar almaq üçün isə Realtibb.com saytından, yaxud “google” axtarış sitemidən istifadə etməklə aşağıdakı məqalələri oxuya bilərsiniz və ya bu videolara baxa bilərsiniz
Gecələr sidiyi saxlaya bilməmək –Gecə enurezi
ENUREZ – yuxuda sidikqaçırma
Qadinlarda sidik qaçirma problemi. Sistit
Doktor Süleyman Cəbrayılov
Real Tibb Mərkəzi
8 km, B.Nuriyev, 55.
(050) 501 60 70
(055) 519 91 84
Comments are closed, but trackbacks and pingbacks are open.