Press "Enter" to skip to content

Li Həsənov: “Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik”

“Əvvəlki illərdə bu kitabların məzmununu ayrı-ayrı ölkələrin jurnallarında, qəzetlərində, bu və ya digər formada nəşr etdirmişəm. Amma bunların kitab halına salınması, 8 dildə bu auditoriyaya və bundan sonra dünya ictimaiyyətinə təqdim olunması ayrıca iş, ayrıca təşəbbüsdür. Dünya ictimaiyyətinə azərbaycanlıların 200 ildən artıq müddətdə başına açılan oyunla bağlı demək istədiklərimizi bu kitablarda qeyd etmişik və demək istədiklərimizi təsdiq edən çox dəyərli sənədlər, materiallar toplanıb”.

Əli Həsənov: “İstəyirik ki, bütün bəşəriyyət Xocalı soyqırımını törədənlərə nifrət etsin” – YENİLƏNİB – FOTO

Fevralın 25-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimatı keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin, KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Kitabların müəllifi, Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov tədbirdə çıxışı zamanı bildirib ki, bu kitabların ərsəyə gəlməsi və bugünkü təqdimat Azərbaycan Prezidenti cənab İlham Əliyevin Xocalı soyqırımının 25-ci ildönümü haqqında imzaladığı sərəncama müvafiq olaraq həyata keçirilir:

“Bilirsiniz ki, bu sərəncam çərçivəsində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyev “Xocalı soyqırımının iyirmi beşinci ildönümünün keçirilməsinə dair tədbirlər planı” imzalayıb. Bu tədbirlər planında da Xocalı soyqırımının öyrənilməsi, təbliğatı, bizim beynəlxalq aləmə çatdırmaq istədiyimiz hədəflər və digər məsələlər müəyyən olunub”.

Ə.Həsənov qeyd edib ki, hər iki kitabın mətni yığcam şəkildə 30 səhifədən, yəni məqalələrdən ibarətdir:

“Əvvəlki illərdə bu kitabların məzmununu ayrı-ayrı ölkələrin jurnallarında, qəzetlərində, bu və ya digər formada nəşr etdirmişəm. Amma bunların kitab halına salınması, 8 dildə bu auditoriyaya və bundan sonra dünya ictimaiyyətinə təqdim olunması ayrıca iş, ayrıca təşəbbüsdür. Dünya ictimaiyyətinə azərbaycanlıların 200 ildən artıq müddətdə başına açılan oyunla bağlı demək istədiklərimizi bu kitablarda qeyd etmişik və demək istədiklərimizi təsdiq edən çox dəyərli sənədlər, materiallar toplanıb”.

Prezidentin köməkçisi deyib ki, 2000 tirajla nəşr edilən kitabların elektron variantı da buraxılacaq: “Əsas odur ki, biz demək istədiklərimizi yığcam, sistemli şəkildə butün dünya ictimaiyyətinə çatdırırıq. Bu məsələdə Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya təşəkkür edirəm. Onu yeni təyinatı münasibətilə bu zalda əyləşənlərin adından təbrik edirəm. Düşünürəm ki, bu təyinat Azərbaycan xalqına, dövlətinə çox xeyir gətirəcək. Qarşıdakı illərdə siz Azərbaycanda dövlət idarəçiliyindəki dinamizmi də müşahidə edəcəksiniz. Mehriban xanımın dinamik xarakterinin dövlət idarəçiliyinə də siyarət edəcəyinin şahidi olacaqsınız”.

Ə.Həsənov qeyd edib ki, ən əsası, bu kitab düşmənçilik, qısasçılıq aşılamır. Bu kitabda silahlanaraq Ermənistan xalqından qısas almaq barədə heç bir çağırış yoxdur: “Ermənistan xalqı özü bugünkü cinayətkar Ermənistan rejimindən az çəkməyib. Bəlkə bizdən daha çox onlar çəkib və çəkməkdə də davam edirlər. Bu gün Ermənistan xalqı bu cinayətkar rejimin qurbanına və girovuna çevrilib. Ona görə də bu kitabda bir sülh çağırışı var, eyni zamanda kitab həmin cinayətləri törədən insanları dünyaya tanıdır. Ona görə tanıdır ki, bu insanlar bir daha belə cinayət törətməyə cəhd etməsinlər, dünya ictimaiyyəti belə cinayətkarları tanısın və onların qarşısını zamanında alsın. Bu kitabda Cənubi Qafqaz xalqları arasında mehriban qonşuluğa bir çağırış siyasəti var. Eyni zamanda biz Xocalı soyqırımını, bu soyqırımda qətlə yetirilmiş günahsız insanların xatirəsini unuda bilmərik. İstəyirik ki, bütün bəşəriyyət bu insanların əzab-əziyyəti ilə tanış olsun, onu törədənlərə nifrət etsin”.

“Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədov tədbirdə çıxışı zamanı bildirib ki, kitablarda Azərbaycanın qədim ərazisi olan Xocalının işğal olunmasının səbəbləri və nəticələri haqqında kifayət qədər faktlar var.

Onun sözlərinə görə, kitablar çoxmilyonlu oxucu auditoriyası baxımından mühüm əhəmiyyət kəsb edəcək, eləcə də gələcək tədqiqatlarda mühüm mənbə bazası rolunu oynayacaq.

Millət vəkili Musa Qasımlı isə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, görkəmli elm adamı, professor Əli Həsənovun qələmindən çıxan hər iki kitabı Azərbaycanın siyasətşünaslıq elmində ciddi hadisə hesab edir:

“Kitablarda siyasi tarix ədəbiyyatımızda ilk dəfə olaraq ermənilərin Azərbaycan torpaqlarına gətirilməsi, yerləşdirilməsi, imkan qazandıqdan sonra azərbaycanlılara qarşı törətdikləri soyqırımlar çox sistemli şəkildə öz əksini tapıb. Bu bizim elm adamlarımıza bir istiqamət verir. Hesab edirəm ki, bu əsərlər bizim siyasi tarix elmimizdə hadisədir, cənab Prezident İlham Əliyevin hücum diplomatiyası takstikasını həyata keçirməkdə çox ciddi bir addımdır və bütün tarixçilərə, siyasi tarixlə məşğul olanlara, jurnalistlərə bir örnəkdir”.

Tədbirdə çıxış edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral bildirib ki, Dağlıq Qarabağ problemi Azərbaycanın həm xarici siyasətini müəyyənləşdirən, həm də daxili siyasətinin əsasını təşkil edən əsas məsələlərindən biridir.

“Xarici qüvvələr bizi hər zaman zəiflətməyə çalışıblar. Bunun ən zalım şəklini isə 25 il əvvəl Xocalıda gördük. Bizi soyqırımda ittiham edən şəxslər hələ də cinayətlərini gizlətməyə, Xocalıda baş verənlərin izlərini itirməyə çalışırlar. Dünya ictimaiyyətinin bütün bunlara göz yummaması hər şey edilib. Lakin Xocalı faciəsinin səbəbkarları hələ də azadlıqda, aramızda dolaşır, nazir səviyyəsinə yüksələrək Ermənistanda vəzifədə çalışır”.

Yeni nəşrlərdə xarici mənbələrdən və tarixi faktlardan istifadə olunmaqla, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin səbəb və nəticələri dolğun və sistemli şəkildə təhlil edilir, millətçi-şovinist siyasətin mahiyyəti yerli və xarici oxuculara çatdırılır.

Kitabların xüsusi əhəmiyyət kəsb etməsini şərtləndirən başlıca amillərdən biri də onların 8 dildə – Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və Çin dillərində nəşr olunmasıdır. Bu, təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından çox önəmlidir.

“Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı monoqrafiyada XX əsrin sonunda Ermənistanın Azərbaycana ərazi iddiaları və təcavüzkarlığı, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır. Xüsusilə XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilərək, bu soyqırımının tarixdə yaddaşlardan heç vaxt silinməyən Xatın, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmadığı diqqətə çatdırılır.

Kitabda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri ən ağır cinayət kimi araşdırılır. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin strateji əhəmiyyətini şərtləndirən səbəblər öyrənilir.

“Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlı kitabda isə erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. Monoqrafiyada erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı həyata keçirdikləri terror, etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur.

Nəşrdə 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsı elmi mənbələrə əsasən tədqiq edilir.

Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair sənədlər və xəritələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da yer alıb.

Hər iki kitabın buraxılışına məsul Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov, elmi redaktoru “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədovdur.

Hər iki kitab tarixçilər, xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin geniş oxucu auditoriyası üçün dəyərli mənbədir.

12:47

Fevralın 25-də Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun Xocalı soyqırımının 25-ci ildönümünə həsr olunmuş “Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” və “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” kitablarının təqdimatı keçirilib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, dövlət və hökumət rəsmilərinin, Milli Məclisin deputatlarının, tanınmış elm və mədəniyyət xadimlərinin, KİV təmsilçilərinin iştirak etdikləri tədbirdə torpaqlarımızın azadlığı uğrunda şəhid olan Vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Yeni nəşrlərdə xarici mənbələrdən və tarixi faktlardan istifadə olunmaqla, erməni millətçiləri tərəfindən Azərbaycan xalqına qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin səbəb və nəticələri dolğun və sistemli şəkildə təhlil edilir, millətçi-şovinist siyasətin mahiyyəti yerli və xarici oxuculara çatdırılır.

Kitabların xüsusi əhəmiyyət kəsb etməsini şərtləndirən başlıca amillərdən biri də onların 8 dildə – Azərbaycan, türk, rus, ingilis, fransız, alman, ərəb və çin dillərində nəşr olunmasıdır. Bu, təkcə tariximizin qanlı səhifələrinin öyrənilməsi və yaddaşlarda həkk olunması deyil, eləcə də Ermənistanın dövlət terrorizmi siyasətinin dünya ictimaiyyətinə daha geniş miqyasda çatdırılması və ifşa olunması baxımından çox önəmlidir.

“Xocalı soyqırımı: Səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” adlı monoqrafiyada XX əsrin sonunda Ermənistanın Azərbaycana ərazi iddiaları və təcavüzkarlığı, o cümlədən 1988-1993-cü illərdə azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti elmi mənbələrə əsasən araşdırılır. Xüsusilə XX əsrin sonunda ermənilərin Xocalıda törətdikləri soyqırımı aktı bəşəriyyətə qarşı ən ağır cinayətlərdən biri kimi qiymətləndirilərək, bu soyqırımının tarixdə yaddaşlardan heç vaxt silinməyən Xatın, Ruanda, Srebrenitsa və Holokost kimi dəhşətli faciələrdən heç də geri qalmadığı diqqətə çatdırılır.

Kitabda 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhərinin işğalı zamanı dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklər xarici mənbələrə əsasən geniş təhlil edilir. Xocalı soyqırımı ermənilərin azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirdikləri ən ağır cinayət kimi araşdırılır. Həmçinin Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərinin strateji əhəmiyyətini şərtləndirən səbəblər öyrənilir.

“Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri” adlı kitabda isə erməni millətçilərinin təcavüzkar siyasəti nəticəsində XX əsrdə azərbaycanlıların 4 dəfə – 1905-1906-cı, 1918-1920-ci, 1948-1953-cü və 1988-1993-cü illərdə soyqırımı və etnik təmizləmələrə məruz qalması mənbələrə əsasən təhlil edilir. Monoqrafiyada erməni millətçilərinin ərazi iddiaları, azərbaycanlılara qarşı həyata keçirdikləri terror, etnik təmizləmə və soyqırımı siyasətindən bəhs olunur.

Nəşrdə 1918-1920-ci illərdə ermənilər tərəfindən törədilmiş soyqırımlarının Bakı, Quba, Şamaxı ilə yanaşı, Şuşada, İrəvan quberniyası ərazisində, Zəngəzurda, Naxçıvanda, Şərurda, Ordubadda, Qarsda və başqa bölgələrdə davam etdirilməsi nəticəsində on minlərlə azərbaycanlının qətlə yetirilməsı elmi mənbələrə əsasən tədqiq edilir.

Kitabda xarici dillərdə Azərbaycan tarixinin ayrı-ayrı dövrlərinə dair sənədlər və xəritələr, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələr, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal olunmuş əraziləri haqqında məlumatlar və fotolar da yer alıb.

Hər iki kitabın buraxılışına məsul Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) baş direktoru Aslan Aslanov, elmi redaktoru “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri, Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi elmlər doktoru Elçin Əhmədovdur.

Hər iki kitab tarixçilər, xarici siyasət məsələləri ilə məşğul olan mütəxəssislər, həmçinin geniş oxucu auditoriyası üçün dəyərli mənbədir.

Milli.Az

Əli Həsənov: “Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik”

Əli Həsənov: “Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik” Professor “Xocalı soyqırımının səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” mövzusunda mühazirə oxuyub

24 Fevral , 2015 18:04

https://static.report.az/photo/1d10c4be-d9cd-4dce-9e00-f1b813bb791c.jpg

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası və “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin birgə təsis etdikləri Qarabağ Araşdırmalar Mərkəzində fevralın 24-də ali məktəb tələbələri üçün “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə növbəti qısamüddətli kurslara yekun vurulub. “Report” AzərTAc-a istinadən xəbər verir ki, sonuncu mühazirəni Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənov “Xocalı soyqırımının səbəbləri, nəticələri və beynəlxalq aləmdə tanınması” mövzusunda oxuyub. Professor Əli Həsənov qeyd edib ki, XX əsrin 80-ci illərinin ikinci yarısında ermənilər özlərinin xaricdəki himayədarlarının köməyi ilə “Böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair ərazi iddiaları irəli sürdülər. Bütün dövrlərdə olduğu kimi, ermənilərin həyata keçirdiyi bu işğalçılıq siyasəti də kütləvi qırğınlarla müşayiət olunub. Belə ki, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində 20000 azərbaycanlı həlak olub, 100 min nəfərdən çoxu yaralanıb, 50 mini isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olub. Eyni zamanda, 1988-1994-cü illərdə dövlət terrorizmi və soyqırımı siyasəti yeridən Ermənistan tərəfindən ümumilikdə müxtəlif səpkili 373 terror aktı törədilib ki, nəticədə 1200 nəfər həlak olub, 1705 nəfər yaralanıb. Əli Həsənov bildirib ki, ümummilli lider Heydər Əliyev 1993-cü ildə siyasi hakimiyyətə qayıtdıqdan sonra erməni millətçiləri tərəfindən xalqımıza qarşı həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasətinin əsl mahiyyəti açıqlanıb, bu hadisələrə siyasi-hüquqi qiymət verilib. Bununla yanaşı, azərbaycanlılara qarşı zaman-zaman törədilmiş soyqırımı ilə əlaqədar ulu öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı Fərmanla 31 Mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Azərbaycan Prezidenti İlham Əliyevin “Azərbaycanın ərazi bütövlüyü danışıqların mövzusu deyil, olmayıbdır və olmayacaqdır” fikrini dəfələrlə irəli sürməsi ölkəmizin milli mənafelərinin qorunması şərti ilə münaqişənin ədalətli şəkildə həll ediləcəyinə olan ümidləri daha da artırıb: “Biz də hər zaman olduğu kimi, dövlətimizin başçısı İlham Əliyevin apardığı bu siyasəti müdafiə edərək, Qarabağ həqiqətləri haqqında dünya ictimaiyyətinin məlumatlandırılması istiqamətində keçirilən tədbirlərin coğrafiyasını genişləndiririk. Xocalı soyqırımının tanıdılması və qətliama siyasi qiymət verilməsi istiqamətində görülən işlər artıq daha ciddi nəticələr verib və bu proses sürətlənməkdə davam edir. Heç şübhəsiz, bütün bunlar Azərbaycan dövlətinin apardığı səmərəli təbliğat işinin nəticəsidir və Ermənistanın ölkəmizə qarşı təcavüzünün dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”. Münaqişənin nizama salınması prosesində Ermənistanın təcavüzkar siyasətindən, qeyri-konstruktiv mövqeyindən danışan, Azərbaycanın diplomatik səylərini, son vaxtlar Azərbaycan dövlətinin hücum diplomatiyasına üstünlük verdiyini qeyd edən Əli Həsənov, eyni zamanda, dinləyicilərin nəzərinə çatdırıb ki, Prezident İlham Əliyev bu işğal, etnik təmizləmə siyasəti və ərazilərimizin müvəqqəti olaraq itirilməsi ilə heç vaxt barışmayacağını bildirməklə yanaşı, torpaqlarımızı azad etmək üçün tam əsasımızın olduğunu və bunun beynəlxalq hüquq normaları ilə təsdiq edildiyini vurğulayıb: “Bu səbəbdən biz Dağlıq Qarabağ uğrunda Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin yürütdüyü böyük siyasətə dəstək verməliyik. Ermənilərin Cənubi Qafqazda yürütdüyü təcavüz siyasətinə ağıl və intellektlə yanaşmaq lazımdır. Eyni zamanda, biz həm də güclü olmalıyıq. İqtisadi güc Azərbaycanın qurtuluş missiyasının əsasını təşkil edir. Əli Həsənov tələbələrin diqqətinə çatdırıb ki, biz dövlətimizin başçısının Azərbaycan vətəndaşları, ziyalıları, ictimaiyyəti qarşısında qoyduğu və dəfələrlə vurğuladığı missiyanı – hücum diplomatiyasını yaddan çıxarmamalı, təcavüzkar Ermənistanın bütün dünyada ifşa edilməsinə nail olmalıyıq”. Kurslarda “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin Qarabağ Araşdırmalar Mərkəzinin rəhbəri, Dövlət İdarəçilik Akademiyasının dosenti Elçin Əhmədov “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları və təcavüzkarlıq siyasətinin tarixi kökləri və mərhələləri”, AMEA Tarix İnstitutunun professoru, tarix elmləri doktoru Kərim Şükürov “Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi və onun nəticələri”, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının şöbə müdiri, AMEA Tarix İnstitutunun Qarabağ şöbəsinin böyük elmi işçisi Nazim Mustafa “XX əsrin əvvəllərində ermənilərin azərbaycanlılara qarşı təcavüzü (1905-1906)”, tarix elmləri doktoru, professor Solmaz Tohidi-Rüstəmova “Azərbaycanlıların soyqırımı (1918-1920-ci illər)”, Dövlət İdarəçilik Akademiyasının tarix kafedrasının müdiri, dosent Firdovsiyyə Əhmədova “Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları (1918-1923-cü illər)”, tarix elmləri doktoru, professor, Milli Məclisin deputatı Musa Qasımlı “Sovet dövründə Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti və onun nəticələri (1945-1985)”, “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi İdarə Heyətinin üzvü, Xocavənd Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov “Ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasəti. Qaradağlı soyqırımı” mövzularında proqram üzrə mühazirələr oxuyublar. Fevralın 4-dən-24-dək davam edən kursların budəfəki dinləyiciləri Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin tələbələri olublar. Kursların sonunda dinləyicilərə müvafiq sertifikatlar təqdim edilib.

Comments are closed, but trackbacks and pingbacks are open.