Xx əsrin əvvəllərində azərbaycan ədəbi dili
1862-ci ildə bütün sahil boyunca anbarların tikilməsi layihəsi tərtib edilmişdi. 1865-ci ildə sahil tərəfdən qala divarlarının sökülməsinə izn verilmişdi.
XX əsr milli təkamül ədəbiyyatı – Təhsin Mütəllimov
XX əsr Azərbaycan ədəbiyyatı dərsliyi kimi nəzərdə tutulmuş bu kitab indiyədək mövcud olan ali məktəb proqramlarına əsasən iyirmi illik bir zamanı əhatə edir. Lakin XX əsrin bu iyirmi illik ədəbiyyatı ideya-bədii dəyərinə görə əvvəlki mərhələlərdən heç də az əhəmiyyətli deyildir; hətta sonrakı, təxminən bir əsrlik dövrün də əsas istiqamətləndiricisidir.
Azərbaycan ədəbiyyatının bu az vaxtdakı son dərəcədə zəngin, eyni zamanda ziddiyyətli, ideya-estetik baxımdan çoxçalarlı, təlatümlü mərhələsi onun sonrakı taleyi üçün də çox həlledici və müqəddərat xarakterli olmuşdur. Tarixi milli intibah, özünüdərk azərbaycançılıq ideologiyasının formalaşmasına, təkamülünə də münbit zəmin yaradır və bütün bunlar, ilk növbədə, o zamankı bədii ədəbiyyatda öz təzahürünü tapmış olur. Məhz XX əsrin əvvəllərində (ilk 20 ildə) Azərbaycanda əsl vətəndaş ədəbiyyatı formalaşır.
Azərbaycan tənqidi-realizminin və romantizminin ədəbi cərəyan kimi əsl təkamülü, “Molla Nəsrəddin” və “Füyuzat” ədəbi məktəblərinin ictimai-estetik təsiri, müxtəlif əqidəli qəzet və jurnalların görünməmiş vüsətlə çoxcəhətli fəaliyyəti ədəbiyyatımızın bütün sonrakı taleyində həlledici olur.
Ədəbiyyat tarixinin hər bir mərhələsi əslində ölkənin siyasi və ictimai, mədəni və mənəvi vəziyyətinin, bir növ, bədii güzgüsüdür; xalqın tarixi taleyinin, mənəviyyatının obrazlı yadigarıdır. Sənət əsərlərinin tarixi yaddaşı tarix əsərlərindən daha müfəssəl və kamil ola bilir. Və ədəbiyyat tarixinin ardıcıl, mərhələli izlənilməsi eyni zamanda xalqın və ölkənin çoxcəhətli, hərtərəfli öyrənilməsinə əhəmiyyətli zəmin olur.
XIX əsrin ikinci yarısından vətən və xalq taleyinin ədəbiyyatda baş mövzuya çevrilməsi prosesi XX əsrin lap əvvəllərində xüsusi siyasi-ictimai kəskinlik kəsb edir və görünməmiş vətəndaşlıq pafosu qazanmış olur. Məhz bu zaman cəmiyyətdə uzun əsrlərin təvəkkül mürgüsündə uyuyan fanatik zehniyyətlə ayıq şüurlar toqquşur və istiqlal hardadır sualı günün ən vacib düşüncə probleminə çevrilir ki, bu da ilk növbədə ədəbiyyatda qüvvətli təzahürünü tapmış olur. Vətən, millət, ana dili mövzuları, millilik, xəlqilik, bəşərilik problemləri ədəbiyyatın əsas ideya xəttini təşkil edir. Xalq taleyinə, cəmiyyət həyatına belə uca ideallardan təhliledici baxış və “realistcəsinə” yanaşma bədii ədəbiyyatın da həqiqət gücünü artırır, realist inikasa görünməmiş vüsət verir. Bədii ədəbiyyat həqiqi mənada geniş xalq kütləsi ilə dərdləşmək vasitəsinə çevrilir. Şübhəsiz, XIX əsrin maarifçi-realist ənənələri də burada əhəmiyyətli zəmin olur. Maarifçi realizmdən kifayət qədər yaradıcılıq ənənəsi olan tənqidi realizm ədəbiyyatımızın aparıcı inikas metodu kimi tarixi magistral yolunu tapır… Heç vaxt bədii ədəbiyyat zəhmətkeş xalq kütləsi ilə belə məhrəm həmsöhbət olmamışdır! Bu realizmin əsas xəlqilik gücü, təsir, təlqin qüvvəsi isə xalqın bəlalı taleyinin dərdləri ilə yoğrulmuş tənqidi gülüşdə idi…
C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, Ə.Nəzmi kimi sənətkarlar bu “dərdli” realizmin əsas yaradıcıları idi. Böyük Mirzə Cəlil yaradıcılığı isə bu dövr ədəbiyyatının proqram əsərlərindən ibarət idi. Əslində bu vaxta qədərki sənətkarları da bu el yanğısı, el dərdi az düşündürməmişdir. Lakin XX əsr ədiblərinin böyüklüyü feodal-patriarxal Azərbaycandakı əsas ictimai dərdlərin bütün faciələrini görmək və göstərmək məharətində idi. Bu ədiblərin ən böyük xidməti ondadır ki, onlar bütün qüdrətli və zəif cəhətləri ilə xalqın özünü özünə tanıtdıra bildilər. Və milli intibaha böyük təkan vermiş oldular…
Məhz belə milli dərk və milli istiqlal axtarışları bədii ədəbiyyatın da mövzu və problemlərində, müvafiq ədəbi növ və janr seçimində, xüsusən bədii qəhrəman və bədii üslub axtarışlarında da təsirini göstərir. Bununla əlaqədar olaraq XIX əsrdən davam edən maarifçi realizm və bir neçə əsrlik ənənəsi olan romantik ədəbiyyat yeni mündəricəli inkişaf mərhələsinə qədəm qoyur.
XIX əsrin təzadlı ideyalar burulğanında maarifçilik ideologiyasına üstünlük verən və sonra tənqidi realizmə keçən görkəmli ədiblərin fədakar yaradıcılıq əzmi də ədəbiyyat tarixində yeni bir səhifə açmış olur. Bu cəhətdən S.S.Axundov, A.Şaiq, S.Qənizadə, R.Əfəndiyev, Y.V.Çəmənzəminli yaradıcılığı diqqəti cəlb edir.
Bu dövrdə xüsusilə romantik ədəbiyyat böyük inkişaf taparaq qüdrətli ədəbi cərəyana çevrilir. Dünya təcrübəsində nadir haldır ki, bir milli ədəbiyyatda həm realizmin, həm də romantizmin ədəbi cərəyan halında ən kamil mərhələsi təxminən eyni vaxta düşür. XX əsrin əvvəllərindəki realist ədəbiyyat isə ümumiyyətlə Azərbaycan realizminin ən uca zirvəsi oldu! Romantik ədəbiyyatımız da sonralar bir daha M.Hadi, H.Cavid romantizmi səviyyəsinə yetmədi…
Bütün bunlar göstərir ki, XX əsrin əvvəllərindəki təxminən iyirmi illik ədəbiyyatımız necə böyük ideya-bədii vüsətə, qüdrətə malik olmuşdur. Və məhz bu illərin bədii ənənələrinin ədəbiyyatımızın bütün sonrakı inkişafında istiqamətverici təsiri də danılmazdır.
Əslində XX əsrin 30-cu illəri də elə 20-ci illərin bir növ davamıdır. C.Məmmədquluzadə, Ə.Haqverdiyev, H.Cavid, Ə.Nəzmi, S.S.Axundov, Y.V.Çəmənzəminli kimi ədiblər sonralar yaradıcılıq mövzularını, problemlərini əsasən dəyişsələr də, tənqidi realist və ya romantik üslublarını davam etdirmişlər.
Bununla belə yeni siyasi rejimin yaratdığı ideoloji məhdudiyyətlər klassik ənənələrin lazımınca davamına imkan verməmişdir. Tərənnüm prinsiplərinə əsaslanan sosialist realizmi adlı ideoloji nəzəriyyənin təzyiqilə bədii ədəbiyyatda obyektiv təsvir və tənqidi subyektiv tərənnüm üstələyir. Böyük realistlərin zəngin ənənələri lazımınca davam etdirilmir. Poeziyada və nəsrdə satiranın qarşısı alınır, dramaturgiyada komediya zəifləyir, tragediyanın isə imkanları tam məhdudlaşır.
XX əsr ədəbiyyatı sayılan bu zəngin ədəbi irsin böyük bir qismi 30-cu illərin əvvəlindən başlayaraq siyasi qadağalara, repressiyaya da məruz qalmışdır. N.Nərimanov, M.Hadi, H.Cavid, Y.V.Çəmənzəminli kimi görkəmli ədiblərin bədii irsi, yaradıcılığı buna misal ola bilər. Həmin ədiblərin yaradıcılığı müəyyən dövrdə tədqiqatdan da kənarda qalmışdır.
Buna görə həmin dövrün ümumilikdə dərslik səviyyəsində tədrisi və təhlili müəyyən çətinliklər yarada bilər. Bu çətinliyin bir səbəbi də həmin zamana aid görkəmli ədiblərin yaradıcılığının tədqiqində və təbliğində uzun müddət siyasi maneələr, təhriflər, qadağalar olmasıdır. Və ədəbiyyat tarixini yazanlar müəyyən zamanda belə məhdudiyyətlərə tabe olmaq məcburiyyətində qalmışlar.
Bu dərsliyin əvvəlki nəşrlərinin yazılması həmin vaxtlara düşdüyündən bir sıra ədiblərin yaradıcılığı haqqındakı məlumatlarda bu məhdudiyyət özünü büruzə verməkdədir. Kitabda həmin ədiblərin böyük ədəbi irsi haqqında nisbətən qısa, yığcam məlumat verilməsi də bununla əlaqədardır.
Dərslik çapa hazırlanarkən keçmiş illərin ideoloji təzahürlərinin təmizlənməsi baxımından da yüngül redaktə işləri aparılmışdır. Həmçinin, bəzi ədiblərə aid müasir ədəbiyyatşünaslıq səviyyəsində sonralar çap olunmuş yeni elmi mənbələr ədəbiyyat göstəricisinə əlavə olunmuşdur.
Əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor Mir Cəlal Paşayevin və filologiya elmləri doktoru, professor Firidun Hüseynovun müəllifi olduqları “XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin dördüncü nəşri də ədəbiyyat tariximizin tədqiqində və tədrisində görkəmli alimlərin əsəri kimi böyük əhəmiyyət kəsb edir.
“XX əsr Azərbaycan ədəbiyyatı” dərsliyinin yeni nəşrində yaxından iştirak etmiş Bakı Dövlət Universitetinin Humanitar fakültələr üzrə rus dili kafedrasının müdiri, professor Ədibə Mir Cəlal qızı Paşayevaya və Azərbaycan ədəbiyyatı tarixi kafedrasının dosenti Jalə Firidun qızı Hüseynovaya minnətdarlıq bildiririk. Ümid edirik ki, unudulmaz müəllimlərimizin bu dərslik yadigarı lazımi maraqla qarşılanacaqdır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Xx əsrin əvvəllərində azərbaycan ədəbi dili
1796-cı ildə Azərbaycana yürüş edən rus qoşunlarının Bakını ələ keçirdikdən sonra Bakı qalasının möhkəmləndirilməsi planı hazırlanmışdı. 1797-ci ilin martında II Yekaterinanın ölümündən sonra çar qoşunları Bakını tərk etmiş və İçərişəhər qalasının cənub-qərb istiqamətində – köhnə “İnturist” mehmanxanası yerləşən əraziyə qədər genişlənirilməsi planı baş tutmamışdı.
Bakı Dumasının binası
1806-cı ildə Bakı Rusiya imperiyasının tərkibinə daxil oldu və bir il sonra şəhərin orta əsr qala divarlarından kənara genişləndirilməsinin yeni planı hazırlandı. Bu layihə üzrə, şəhərin kənarında, dəniz sahilində, geniş , düz və açıqlıqda qala tikmək nəzərdə tutulmuşdu. Lakin 1807-ci ildə tərtib edilmiş plan icra olunmadı.
Bakının 1822-ci il baş planı hazırlanmışdı və bu plan şəhərdə əlavə düzbucaqlı məhəllələrin salınmasına yol verirdi.
6 oktyabr 1835-ci ildə “Bakı qalasının planı, orada istehkam və Qalanın arxasında forştadtın (bayır şəhər, şəhər ətrafı) genişləndirilməsi” planı hazırlandı. Həmin layihənin reallaşdırılması üçün ilk öncə qalanın bütün sakinlərini köçürmək, güzəştli şərtlərlə onlara şəhər ətrafında tikili üçün sahələr vermək və bu məqsədlə xeyli vəsait ayırmaq lazım gəlirdi. Lakin bu plan da icra olunmadı.
Murtuza Muxtarovun evi. İndiki Səadət sarayı
Həmin dövrdə qalanın hüdudları kənarında əhalinin çoxdan yerləşdirilmiş şəhərətrafı – peşə və ticarət həyatı ilə sıx bağlı olan rabad var idi. Rabadın ərazisində həmçinin karvansaralar, məscidlər, hamamlar və digər tikililər inşa edilirdi. Həmçinin böyük yaşıl massiv – şəhərkənarı “Xan bağı” yaranmışdı.
1843-cü ildə Bakının qəza şəhəri olmasından sonra şəhərin növbəti baş planı hazırlandı və bu, şəhər inkişafının yeni mərhələsinin başlanğıcı oldu. XIX əsrin 50-ci illərində Bakının yeni rayonunda şəhərsalmada irəliləyişlər nəzərə çarpmağa başladı.
XVIII əsrin ikinci yarısından etibarən qala ilə rabad vəhdət şəklində inkişaf edirdi. 15-16 hektar sahəsi olan rabadın tikililəri Şamaxı yolu boyunca qaladan şimal tərəfdəki ərazini tuturdu. Qalanın ətrafında və rabadın sərhədində Abşeron bağları yerləşirdi.
Bakının 1854-cü il baş planında Şamaxı qapılarını forştadtın baş magistralı ilə birləşdirən xiyaban qeyd edilmişdi.
1855-ci ildə “Bakı limanı binalarının nəzərdə tutulan yerləşdirilməsinin baş planı” təsdiq edilmişdir. Liman üçün nəzərdə tutulan ərazi (sonralar Azneft adlanan ərazi) bir tərəfdən qalanın xəndəyinə, digər tərəfdən də dənizin içərilərinə kimi gedib çaxan Daş körpüyə birləşirdi.
1858-ci ildə Dəniz İdarəsi üçün ərazi Bibiheybət rayonu da daxil olmaqla 4 kv. km. sahəni tuturdu.
15 may 1859-cu ildə Şamaxıda baş vermiş zəlzələdən sonra quberniya mərkəzi Bakıya köçürüldü. Lakin quberniya idarəsi üçün binalar çatışmırdı. Qala divarlarının arasındakı sahənin 21,5 hektar olması mürəkkəb urbanizasiya probleminin həllinə mane olurdu. Forştadtda köhnə yaşayış evlərinin sökülməsinə, yerində dördmərtəbəli evlərin tikintisinə başlanılmışdı. Bütün bunlardan sonra əhalinin Bakıya kütləvi axını sürətlənmişdi. XIX əsrin 60-cı illərindən Bakı Cənubi Qafqazın iqtisadiyyatında aparıcı yer tutmağa başlamışdı.
1860-cı ildə şəhərin cəmi 3 su hövzəsi var idi – “Xan”, “Sisianov” və “Komendant” su hövzələri. 1867-ci ildə sahil küçəsinə su çəkilmiş, fəvvarə və digər tikinti qurğuları inşa edilmişdi. “Sisianov” su anbarının ətrafında sonralar kölgəli bağ salınmışdı.
1862-ci ildə bütün sahil boyunca anbarların tikilməsi layihəsi tərtib edilmişdi. 1865-ci ildə sahil tərəfdən qala divarlarının sökülməsinə izn verilmişdi.
Memar Qasım bəy Hacıbababəyov
Bakıda şəhərsalmanın bu mərhələsi Azərbaycanın ən böyük memarlarından biri olan Qasımbəy Hacıbababəyovun yaradıcılıq dövrü ilə üst-üstə düşür. “Parapet” adlandırılan və şəhər planlaşdırılmasının mühüm tərkib hissəsi olan forştadtın mərkəzi meydanının tikintisi də Qasımbəy tərəfindən həyata keçirilmişdi. 1868-ci ildə onun layihəsi əsasında böyük karvansara (sonralar Araz kinoteatrı) inşa edilmişdi. Karvansaranın qrafik layihələndirilməsi sonradan məşhur memar kimi tanınmış Məşədi Mirzə Qafar İsmayılov tərəfindən yerinə yetirilmişdi. Məşədi İsmayılov 30 il ərzində Bakıda binaların layihələndirilməsi və inşası ilə məşğul olmuş, özündən sonra böyük irs qoyub getmişdir.
1870-ci ilin əvvəllərində Bakıda çoxlu neft zavodları var idi və onlar səliqəsiz şəkildə şəhərin böyük ərazisini tuturdular.
1872-ci ildə neft sənayesində icarə sisteminin ləğv edilməsindən sonra Bakı sürətlə inkişaf etməyə başlamışdı.
1876-cı ildə neft zavodlarının Keşlə kəndinin otlaqlarında və yerli sakinlərin bağ-bostanlarının olduğu yerdə adını rəngi qaralmış zavod tikililərindən almış Qara şəhər meydana gəldi. 1874-cü ildə İsveç vətəndaşı Robert Nobel Bakıya gəldi və burada “Nobel qardaşları şirkəti”ni təsis etdi. 1889-cu ildə fransız sərmayədarı F. Rotşild tərəfindən “Kaspiy – Qara dəniz” şirkəti yaradılmışdı.
Qara şəhərin davamında inşa edilən “Kaspiy – Qara dəniz” cəmiyyətinin zavodlarının, Şibayevin kimya zavodunun, Nobel qardaşlarının yaşayış qəsəbəsi – Villa Petroleanın ərazi Ağ şəhər adlanırdı.
1878-ci ildə Təzə-Pir məscidi ətrafında böyük massiv yarandı. Çəmbərəkənd kəndi kortəbii şəkildə, heç bir tikinti qaydalarına əməl etmədən inkişaf edirdi.
1878-ci il planında şəhər bir-birinə bağlı olmayan üç inzibati-ərazidən ibarət idi: mərkəzdə Bakı, cənubda Bayıl admirallığı, şərqdə sənaye-zavod zonası Qara şəhər. Həmin vaxt Bakıda tikilən məhəllələrin sayı 120-yə, Bayılda 20-yə, Qara şəhərdə 30-a çatmışdı.
Dəmiryol vağzalı. XIX əsrin sonu
1880-ci ildə şəhərin şimal-şərq hissəsindəki məskunlaşma ərazisində və sənaye zonaları arasında dəmiryol vağzalının binası tikildi. 1883-cü ildə Bakı-Tiflis dəmiryol xətti istifadəyə verildi. 1870-1880-ci illərdə Bibiheybət neft mədənlərinin səylə işlədilməsindən sonra Şıxov kəndinə gedən yolun ətrafında ilk yaşayış məhəllələri yarandı.
Bayıl burnundan Ağ şəhərə qədər uzanan şəhərin sürətli tikintisi şəhərin yeni baş planının qəbul edilməsini şərtləndirirdi. 1898-ci ildə mühəndis N.A. fon der Nonnenin hazırladığı Bakının baş planı Duma üzvləri tərəfindən təsdiq edildi. Lakin planın memarlıq-planlaşdırma göstəriciləri bir o qədər də yüksək deyildi. Şəhərin rayonlarını bir-biri ilə birləşdirən magistral xətlər nəzərdə tutulmamışdı, yaşıllıqlar şəhərin ümumi planlaşdırma strukturuna uyğun yerləşdirilməmişdi və s.
Memar Fon der Nonne
Fon der Nonnenin sonradan Məmməd Həsən Hacınskinin redaktə etdiyi planı Bakının tikintisini nizamlayan yeganə sənəd idi.
XIX-XX əsrlərin qovşağında Bakı böyük və kifayət qədər abad şəhər hesab olunurdu. Bakının mərkəzindən pasajlar, böyük mağazalar, mehmanxanalar, məşhur ticarət və sənaye firmalarının kontorları və özəl bankların sıralandığı bəzəkli küçələr uzanırdı. Yerli milyonerlərin sarayları, varlı tacirlərin malikanələri, teatr və klublar, təhsil müəssisələri şəhərin mərkəzində yerləşirdi. Şəhərin ucqarlarına gəldikdə isə, onlar istər tikiliş, istərsə də həyat şəraitinin rahatlığı baxımından bir o qədər də cazibədar deyildilər.
Əhalinin, xüsusilə də gəlmələrin özbaşına hərəkətlərinin qarşısını almaq məqsədilə Şəhər duması boş torpaqlarda Müsəlman, Ermənikənd və Molokan qəsəbələrinin tikintisini həyata keçirməyə başladı. Qəsəbə sistemi torpaqların zəbt edilməsinin qarşısını aldı.
Bakı şəhərindən 190 kilometr məsafədən Şollar mənbə su kəmərinin çəkilməsi şəhərin təsərrüfat həyatını fəallaşdırdı.
M.H.Hacinski 1911-ci ildə şəhərin məskunlaşma və tikinti üçün daha perspektiv olan şimal və şimal-şərq rayonlarını layihələşdirmişdi.
1914-cü ildə Bakının ərazisi 4972,58 hektar sahəni əhatə edirdi. Bunun 2300 hektarı şəhər hissəsində idi. Bakının ərazisində cəmi 1018 məhəllə var idi. Onlardan 800-ü bütünlüklə və ya hissələrlə tikilmişdi. 1913-cü ildə şəhərdə 9388 mülk və sahə qeydə alınmışdı. 1855-1917-ci illərdə Bakının əhalisi 33,4 dəfə artmışdı. 1850-ci ildə şəhərin əhalisi 7,4 min nəfər idisə, 1918-ci ildə 248 min nəfəri keçmişdi.
100 il ərzində Bakı kiçik ucqar şəhərcikdən böyük sənaye mərkəzinə çevrilmişdi.
Rusiyada baş verən 1917-ci il fevral-burjua inqilabı nəticəsində bir sıra təsərrüfat məsələlərinin həlli təxirə salınmışdı. Azərbaycanda sovet hakimiyyətinin qurulmasınadək Bakıda xüsusi layihə-planlaşdırma işləri aparılmamışdı.
Memar Zivər bəy Əhmədbəyov
XIX əsrin sonu – XX əsrin əvvəllərində indiki Azərbaycan Milli İncəsənət Muzeyinin (1888-1890, memar N.A. fon der Nonne), AMEA Əlyazmalar İnstitutunun (1898-1900), Bakı Sovetinin (1900-1904; hər ikisinin memarı İ.V. Qoslavskidir) binaları, Təzəpir məscidi (1905-1914, memar Z. Əhmədbəyov), “İsmailliyyə” binası (indiki AMEA Rəsayət Heyətinin binası; 1908-1913, memar İ.K. Ploşko), Opera və Balet Teatrı (1911, memar N. Babayev), M. Muxtarovun evi (1911-1912, memar İ.K. Ploşko), göz xəstəxanası (1911-1912, memar Z. Əhmədbəyov), Filarmoniya (1911-1912) və s. binalar tikildi. Məşhur Bakı milyonçuları və mesenatlarından H.Z. Tağıyev, M. Nağıyev, M. Muxtarov, Ş. Əsədullayev və başqalarının vəsaiti ilə tikilən bu və digər binalar memarlıq həllinə görə həmin dövr Avropa memarlığının üslub xüsusiyyətlərini əks etdirirdi.
Azərbaycanı Xalq Cümhuriyyətinin (1918-1920) mövcud olduğu qısa zaman kəsiyində memarlıq sahəsində də müəyyən tədbirlər həyata keçirilmişdi. Erməni-daşnak quldurları tərəfindən Bakının 1918-ci ildə yandırılmış möhtəşəm binaları – H.Z.Tağıyevin qızlar məktəbi, “İsmailiyyə” Cümhuriyyət dövründə şəhərin baş memarı Z.Əhmədbəyovun layihələri əsasında bərpa olunmuşdu.
Bakıda XVIII əsr – XX əsrin əvvəllərinə aid 1500-dən artıq yaşayış evi və inzibatı bina mühafizə olunmuşdur.
Ədəbiyyat:
Fətullayev Şamil. Bakıda şəhərsalma XIX əsr və XX əsrin əvvəllərində. Bakı: Şərq-Qərb, 2013, s. 7-137.
Azərbaycan Milli Ensiklopediyası. 3-cü cild. Bakı: Azərbaycan Milli Ensiklopediyası Elmi Mərkəzi, 2011, “Bakı” məqaləsi, s. 64.
Шамиль Фатуллаев. Градостроительство и архитектура Азербайджана XIX – начала XX веков. Баку: Шарг-Гарб, 2013, с-7-137
Comments are closed, but trackbacks and pingbacks are open.