Elmi təfəkkürün imkanları, bədii mətnin həqiqətləri – Yaqub BABAYEV
Bu kitab bir daha sübut edir ki, Təyyar müəllim, hər şeydən əvvəl, Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsndə, elmi ictimaiyyətə çatdırılmasında, təqdimində yetərincə boşluqların, yanılmaların, nöqsanlı fikir və təhlillərin olduğunu duyur və görür.
Yaqub Babayev
Страна проживания: Азербайджан
Город: Баку
Родом из города: Baki
Высшее образование:
Вуз: UNEC (ADİU, АГЭУ (Нархоз)) , 2009 , Очное отделение , Выпускник (бакалавр)
Факультет: İqtisadiyyat və sənaye fakültəsi (Экономики и промышленности, бывш. Общеэкономический, Экономика производства и сферы обслуживания) (до 2016)
Кафедра: İqtisadiyyatın tənzimlənməsi (Регулирование экономики)
Среднее образование:
Школа: 162 saylı orta məktəb (Школа № 162) , 2005 Баку
1994 – 2005 (г)
Текущая деятельность: UNEC (ADİU, АГЭУ (Нархоз))
Yaqub Babayev
Страна проживания: Азербайджан
Город: Баку
Среднее образование:
Школа: Anadolu Özel Türk Lisesi Баку
Yaqub Babayev
Страна проживания: Азербайджан
Город: Баку
Высшее образование:
Вуз: Odlar Yurdu (Одлар Юрду) , 1993
Факультет: Hüquq və beynəlxalq münasibətlər (Факультет права и международных отношений)
Среднее образование:
Школа: 156 saylı orta məktəb (Школа № 156) , 1996 Баку (б)
Elmi təfəkkürün imkanları, bədii mətnin həqiqətləri – Yaqub BABAYEV
“Təyyar Salamoğlu” imzası elmi və ədəbi ictimaiyyətə yaxşı tanışdır. Bunun əsas səbəbi odur ki, onun yazılarında həmişə bir gözlənilməzlik, məsələlərə qeyri-adi yanaşma olur. Tədqiqat obyekti kimi seçdiyi problemlə bağlı əsaslı sözü yoxdursa, Təyyar Salamoğlu yazmır, yazırsa, deməli, araşdırdığı məsələni fərqli rakursdan, tamam fərqli elmi-nəzəri və metodoloji yanaşma əsasında həll edir. Lakin həqiqət naminə onu da demək lazımdır ki, belə bir yazı manerası, üslub aydınlığına o birdən-birə nail olmamışdır.
T.Salamoğlu 80-ci illərdə ədəbiyyatşünaslıq elminə gəlsə də, onun imzası 2000-ci illərin əvvəllərindən ədəbi mühitin diqqətini xüsusi şəkildə cəlb etmişdir. Yeni əsrin ilk onilliyində onun yaradıcılığı məhsuldar olmuşdur. Əsrin birinci onilliyində o, daha çox roman tədqiqatçısı kimi tanınmış, xüsusən 80-ci illər romanına dair konseptual araşdırmalar aparmış, çağdaş ədəbi prosesi də nəsrin hərəkəti istiqamətində izləmişdir.
Bu bir həqiqətdir ki, əsrin ikinci onilliyində Salamoğlunun tədqiqat dairəsi sovet dövrü Azərbaycan ədəbiyyatının müxtəlif mərhələlərinə, professional ədəbi tənqidimizin M.F.Axundzadədən başlayaraq bu günə qədər keçdiyi yola dair fundamental əsərlərlə xeyli genişlənmiş və zənginləşmişdir. Bu onillikdə o, ondan artıq monoqrafiya, ədəbi-nəzəri və tənqidi məqalələr toplusu, dərs vəsaitləri çap etdirmişdir. Ümumiyyətlə, bu onillik Təyyar Salamoğlu imzasının daha geniş potensiallarını ortaya qoymaq baxımından, deyərdik ki, çox səmərəli olmuşdur. 2010-cu illərdə Salamoğlu ədəbiyyatımızın XIX əsrin sonu, XX əsrin əvvəllərini əhatə edən çox mürəkkəb tarixi mərhələsi ilə bağlı son dərəcə polemik yönümlu, hətta ədəbi mühitdə sensasiya doğuran elmi-nəzəri və metodoloji xarakterli ciddi tədqiqatlara imza atmışdır. 2012-ci ildə nəşr edilən “Sabirin milli intibah idealı (“İctimai yuxarılar”a münasibət kontekstində)” məqaləsindən revanş götürən bu istiqamət az bir zaman kəsiyində “M.Ə.Sabirin milli intibah idealı” (2015) və “Azərbaycan tənqidi realizminin estetikası” (2018) monoqrafiyalarının nəşri ilə nəticələnmişdir. Artıq elitar elmi ictimaiyyət səviyyəsində belə, bu əsərlərdə T.Salamoğlunun XX əsr tənqidi realizminin estetikası, C.Məmmədquluzadə və M.Ə.Sabir kimi aparıcı nümayəndələrinin yaradıcılığı haqqında tam yeni bir söz dediyi qəbul olunmuşdur. “Azərbaycan tənqidi realizminin estetikası” monoqrafiyasının elmi redaktoru, akademik İ.Həbibbəylinin “Tənqidi realizmin estetikasına realist elmi baxış” adlı “ön söz”ündə oxuyuruq: “Professor Təyyar Salamoğlu böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin və görkəmli satirik şair Mirzə Ələkbər Sabirin simasında tənqidi realizm estetikası və ədəbiyyat məsələlərini yenidən tədqiq edib, ümumiləşdirilmiş şəkildə təqdim etmişdir. Bu məqsədlə hər iki qüdrətli sənətkarın yaradıcılığı yeni elmi təfəkkür işığında təhlildən keçirilərək dəyərləndirilmişdir”.
T.Salamoğlunun bu il “XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatının aktual problemləri” kitabı (Bakı, “Elm və təhsil”, 2021, s.664) ortaya çıxmışdır. Alim bu əsərində XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatını fərqli bir konsepsiya işığında araşdırır. Kitabı oxuyarkən qarşımıza tamam fərqli Sabir, Mirzə Cəlil, Haqverdiyev, Nərimanov, İ.Musabəyov, S.M.Qənizadə, A.Şaiq, C.Cabbarlı, Ə.Cavad çıxır və bizdə heç bir şübhə yeri qalmır ki, Salamoğlu adıcəkilən sənətkarların irsini ənənədən fərqli şəkildə “oxumağ”ı və dəyərləndirməyi bacarmışdır.
Görkəmli alimin 60 illik yubileyi günlərində ədəbi-elmi ictimaiyyətə bu kitabdan bir qədər geniş bəhs etməyi daha səmərəli hesab edirik.
Bu kitab bir daha sübut edir ki, Təyyar müəllim, hər şeydən əvvəl, Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsndə, elmi ictimaiyyətə çatdırılmasında, təqdimində yetərincə boşluqların, yanılmaların, nöqsanlı fikir və təhlillərin olduğunu duyur və görür.
“Aktual problemlər”də XIX-XX əsrlərin qovuşağında Azərbaycan ədəbi prosesində özünü büruzə verən ədəbi cərəyanlar – tənqidi realizm, maarifçi realizm və romantizmlə bağlı araşdırmalarla üzləşirik. Bundan əlavə, T.Salamoğlu cəsarət və cəfakeşliklə öz tədqiqatçı yükünü bir az da artıraraq XIX əsrin sonu, XX əsrin əvvəllərindəki ədəbi tənqidin əsas simalarının yaradıcılığına nəzər salmağı da unutmamışdır. Nəticədə mənzərə dolğunlaşmış, bütövləşmiş və bir-birini tamamlamışdır. Yəni kitabda dövrün həm ədəbi cərəyanlarının mahiyyəti və estetikası, onların aparıcı simalarının yaradıcılığının əsas məqamları, məfkurə yükü barədə, həm də o dövr ədəbi tənqidimizin ümumi mənzərəsi haqqında obyektiv elmi təhlillərlə qarşılaşırıq.
Salamoğlunun “aktual problem” kimi üzərində dayandığı nöqtələr çoxdur. Bunların hamısına bizim toxunmağımıza nə imkan, nə də lüzum yoxdur. Həmin problemlərlə tanışlıq üçün ən etibarlı qaynaq elə kitabın özüdür. Ancaq fikrimizin sübutu üçün bir-iki fakta (münasibət və təhlilə) toxunmaq yerinə düşər. Məsələn, bütün sovet dönəmində Mirzə Cəlilin ədəbiyyatşünaslıqda daim diqqət və dövriyyədə olan, barələrində sıx-sıx danışılan Novruzəli və Məmmədhəsən əmi obrazlarına alimin münasibəti, baxışı ənənəvi münasibət və baxışlardan tamamilə fərqlənir. Belə ki, ədəbiyyatşünaslığımızda ta 20-ci illərdən başlayaraq “qaranlıq dünya”nın bu zavallı insanlarına, “kiçik adamlar”ına, daha dəqiqi, yaddaqalan bədii obraz səviyyəsinə qaldırılmış tiplərinə, bir qayda olaraq, canlı meyit, çörək yeyən və danışan, lakin heç bir düşüncəsi, mühakiməsi, dərrakəsi olmayan alət kimi dəyər verilmişdir. Guya hər cür şüur, mühakimə, idrak və götür-qoy etmək qabiliyyətindən məhrum olan novruzəlilər, məmmədhəsən əmilər canlı cənazələrdir, cəhalət dünyasının ictimai robotlarıdırlar. T.Salamoğlu məsələni konkret qoyur: Bədii mətn bütün bu xarakteristikaları təsdiq etmir. O yazır: “İdeoloji resept Novruzəlini ancaq “qaranlıq dünya” adamı kimi təqdimə imkan verir. Buna görə də onun ictimai şüurunda dünyanın “qaranlığı”nı təsdiqləyə biləcək bütün potensial əlamətlər qabardılır, “qaranlığı” yarıb keçmənin əlamətləri kimi qəbul edilə biləcək bütün düşüncə və hərəkətlər mümkün qədər “zərərsizləşdirilərək” təqdim edilir”.
Sabir yaradıcılığına baxışda da tədqiqatçının fikirləri orijinal və təzə görünür. Doğrudur, çağdaş ədəbiyyatşünaslar içərisində bu baxışı qəbul etməyənlər (və ya qəbul etmək istəməyənlər), ona çiyin çəkənlər, dodaq büzənlər də vardır. Stereotiplərdən kənara çıxan yeni elmi mövqeyin bu cür qarşılanması da təbiidir, başa düşüləndir.
Kitabda diqqəti xüsusi olaraq cəlb edən zəruri bir məsələyə də toxunmaq lazım gəlir. Məlumdur ki, kommunist ideologiyası ateizmə əsaslanırdı. Dini qəbul etmir, istər dinə, istərsə də onun xadimlərinə, ruhanilərə düşmən münasibət bəsləyir, inkarçı mövqedən yanaşırdı. Belə bir tendensiya, hətta sosial-ideoloji mühitdə dinlə din xadimini eyniləşdirmək, onlara eyni prizmadan baxmaq kimi qeyri-obyektiv nəticəyə gətirib çıxarmışdı. Məsələ burasındadır ki, belə bir səhv, nimdaş və həqiqətdən kənar baxış bütünlüklə ədəbiyyatşünaslığı da öz ağuşuna almışdır. Təyyar müəllimin həssaslıqla, ayıq təfəkkürlə diqqət yetirdiyi “aktual problemlər”dən biri də budur. O, məsələni belə qoyur: XIX-XX əsrlərin qovuşağında yaşayıb fəaliyyət göstərmiş çoxlu sayda qələm və istedad sahiblərimiz hansı ədəbi cərəyana mənsubluğundan asılı olmayaraq dinə son dərəcə rəğbətlə, məhəbbətlə yanaşmış, onu vacib etiqad, inanc sistemi, bəşər övladında müsbət mənəvi-əxlaqi dəyərlər formalaşdırmağa stimul verən ən vacib vasitə kimi qiymətləndirmişlər. Onlar mürtəce, mühafizəkar, mənfəətpərəst din xadimlərini sıx-sıx, ardıcıl və kəskin şəkildə tənqid etmişlər. Deməli, bir sıra din xadimlərinin çirkin əməllərini, onların törətdikləri fəsadları dinin ayağına yazmaq ciddi yanlışlıqdır. Sovet ideoloji konsepsiyasına, onun ateist fəlsəfəsinə sərf etdiyindən siyasi rejim bu qüsurlu və həqiqətdən uzaq yükü ədəbiyyatşünaslığın da boynuna qoya bildi.
Kitabın II fəsli maarifçi realizm ədəbi cərəyanının nümayəndələrinə həsr olunmuşdur. Bu fəsildə Ə.Haqverdiyev, N.Nərimanov və İ.Musabəyov, S.M.Qənizadə kimi sənətkarların yaradıcılığında üzləşdiyimiz və maarifçi-realizmin estetikasına, ölçülərinə, tələblərinə uyğun gələn, lakin uzun illər boyunca fərqli, yayğın, qeyri-qənaətbəxş baxışlarla şərh olunan bir sıra “aktual problemlər” nəzərdən keçirilir. Həmin problemlərin çoxunun indiyə qədərki şərhi müasir tələblər baxımından, daha doğrusu, həqiqət baxımından mübahisə doğurur və yeni baxışa, yeni münasibətə ehtiyac vardır. Təyyar müəllimin mülahizələrində mübahisəli cəhətlərin varlığı işin ancaq uğurlu məziyyətlərindən sayıla bilər. Çünki həqiqət yalnız bu mübahisələrin gedişində üzə çıxa bilər. Filoloq alim bu məqamda müstəqillik dövrü ədəbiyyatşünaslığımızın bu yöndə qarşısında duran vəzifəni də xatırladır və haqlı olaraq yazır: “Müstəqillik dövrünün ədəbiyyatşünaslığının qarşısında duran vəzifə əsərdə dini dünyagörüşünün bədii ifadəsinə göz yummaq deyil, yaxud ateist mövqedən verilmiş şərhləri bir qədər də “tündləşdirmək, qəlizləşdirmək” deyil, bədii mətnə istinadla və bu gün müstəqilliyin bizə verdiyi imkanla yazıçı dünyagörüşünü bədii həqiqətə uyğun şəkildə şərh etmək, mövzunun ideya-estetik ifadəsində dini dünyagörüşünün yerini bərpa etməkdir”. Bu nöqteyi-nəzərdən alim “uçurum dərələr” probleminə də aydınlıq gətirməyi zəruri hesab edir. Deyilən məsləyə tədqiqatçı N.Nərimanovun “Bahadır və Sona” romanını analiz edərkən toxunur. T.Salamoğlu araşdırmasında “uçurum dərələr” probleminə “Uçurum dərələr hansı dərələrdir?” sualı kontekstində cavab axtarmışdır. Onun bu kontekstdə yürütdüyü mülahizələr, söylədiyi fikirlər orijinallığı ilə diqqəti cəlb edir.
Kitabda Azərbaycan romantizminin bəzi nümayəndələrinin yaradıcılıq irsinin müəyyən məqamları, bədii nümunələri üzərində araşdırma aparılır, Azərbaycan romantizminin bir sıra “aktual problemləri” nəzərdən keçirilir. Burada tədqiqatçı, əsasən, A.Şaiqin “Həpimiz bir günəşin zərrəsiyiz” şeiri, C.Cabbarlının dramaturgiyası, Ə.Cavad və Umgülsüm Sadıqzadənin yaradıcılıq yolları üzərində dayanır. Əvvəlki fəsillərdə olduğu kimi, buradakı baxış, elmi analiz və mühakimələrdə də bir təravət, orijinallıq vardır. Ancaq mübahisə doğuran, sağlam elmi polemikaya yol açan məqamlar da az deyil. Biz ortalığa qoyulan arqumentlərin tutarı əsasında tədqiqatçının mülahizələri, qənaətləri ilə razılaşmalı oluruq.
Sonda bir daha görkəmli alimimizi 60 yaşının tamam olması münasibətilə təbrik edir, ona bu tipli tədqiqatlarının dairəsini mümkün qədər genişləndirməyi arzu edirik.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
Comments are closed, but trackbacks and pingbacks are open.