Vaqif Səmədoğlu vəfat edib
Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000). Vaqif Səmədoğlu ədəbiyyatımızda özünəməxsus yeri olan qələm sahiblərindəndir. Bədii yaradıcılığa ötən əsrin altmışıncı illərində başlamışdır. Orijinal üslubu, poetik tapıntıları ilə fərqlənən poeziyası böyük maraqla qarşılanıb.
1968-ci ildə “Yoldan teleqramlar” adlı ilk kitabı nəşr edilib. Sonralar “Günün baxtı”, “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada” kitabları işıq üzü görüb. O, həm də istedadlı dramaturqdur. “Uca dağ başında”, “Lotereya”, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” adlı pyesləri səhnələşdirilib, onların bəzilərinin əsasında çəkilmiş bədii filim və televiziya tamaşaları böyük uğur qazanıb.
Xankəndi
Doğuldum 1939-da.
1937-də tutuldum.
48-də nənəm öldü,
ömrümdə ilk dəfə
ölüyə ağladım
Balıqlar saxladım
akvariumda.
Açıq qaldı pəncərəm
bir qış gecəsi.
Dondu balıqlar.
İndi 1965-in
yanvar gecəsidir.
Deyəsən yaşamaq istəyirəm
Bu gün Azərbaycanın Xalq şairi, tanınmış dramaturq Vaqif Səmədoğlunun doğum günüdür. Uzun müddətdir xəstəlikdən əziyyət çəkən publisistin 75 yaşı tamam olur.
AzVision.az xəbər verir ki, görkəmli sənətkar 1939-cu il iyunun 5-də Bakı şəhərində anadan olub. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür, Əməkdar İncəsənət Xadimi (1989), Azərbaycanın Xalq Şairi (1999) fəxri adlarına, “Şərəf” ordeninə layiq görülüb. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. Çaykovski adına Moskva Konservatoriyasında ixtisas kursu keçib. (1962-1963).
Sonra Azərbaycan Dövlət Konservatoriyasında fortepiano üzrə ixtisas müəllimi (1963-1971), Azərbaycan Sovet Ensiklopediyasında incəsənət redaksiyasının müdiri (1968-1971), C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında kino-aktyor teatrının ədəbi hissə müdiri vəzifəsində (1982-1985) işləyib. Poeziya, teatr və dramaturgiya sahəsində də ciddi fəaliyyət göstərib. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində çalışmışdır (1992-1994).
Azərbaycanın Milli Məclisinə deputat seçilib (2000). Vaqif Səmədoğlu ədəbiyyatımızda özünəməxsus yeri olan qələm sahiblərindəndir. Bədii yaradıcılığa ötən əsrin altmışıncı illərində başlamışdır. Orijinal üslubu, poetik tapıntıları ilə fərqlənən poeziyası böyük maraqla qarşılanıb.
1968-ci ildə “Yoldan teleqramlar” adlı ilk kitabı nəşr edilib. Sonralar “Günün baxtı”, “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada” kitabları işıq üzü görüb. O, həm də istedadlı dramaturqdur. “Uca dağ başında”, “Lotereya”, “Bəxt üzüyü”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam”, “Generalın son əmri”, “Mamoy kişinin yuxuları” adlı pyesləri səhnələşdirilib, onların bəzilərinin əsasında çəkilmiş bədii filim və televiziya tamaşaları böyük uğur qazanıb.
Qeyd edək ki, Xalq şairinin 75 illik yubileyi münasibəti ilə bu gün saat 19:00-da Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq şairi Vaqif Səmədoğlunun təntənəli yubiley tədbiri keçiriləcək.
Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bir çox elm, mədəniyyət xadimlərinin və müvafiq dövlət strukturlarının iştirak edəcəyi tədbirdə Vaqif Səmədoğlunun zəngin həyat yolu, fəaliyyəti və yaradıcılığından söhbət açılacaq.
Vaqif Səmədoğlu vəfat edib
Bakı. 28 yanvar. REPORT.AZ/ Azərbaycanın xalq şairi Vaqif Səmədoğlu dünyasını dəyişib. Bu barədə “Report”a şairin qızı Nigar Vəkilova məlumat verib. Şair bir neçə dəqiqə əvvəl vəfat edib. Vaqif Səmədoğlu 1939-cu il iyunun 5-də Bakı şəhərində, məşhur Azərbaycan şairi Səməd Vurğunun ailəsində anadan olub. Bülbül adına musiqi məktəbində, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında təhsil alıb. “Yeddi şeir” adlı ilk mətbu əsəri 1963-cü ildə “Azərbaycan” jurnalında dərc olunub. Bundan sonra dövri mətbuatda vaxtaşırı çıxış etmiş, “Oğuz eli” qəzetinin baş redaktoru vəzifəsində çalışıb. Vaqif Səmədoğlu “Yoldan teleqramlar”, “Günü baxtı”, “Mən burdayam, ilahi”, “Uzaq, yaşıl ada” kitablarının, “Bəxt üzüyü”, “Uca dağ başında”, “Yayda qartopu oyunu”, “Yaşıl eynəkli adam” “Mamoy kişinin yuxuları”, dram əsərlərinin müəllifidir. “Generalın son əmri” adlı dram əsəri Akademik Milli Dram Teatrında səhnəyə qoyulan son səhnə əsəridir. Şair 2000-2005-ci iləərdə Milli Məclisin deputatı olub. Qeyd edək ki, Vaqif Səmədoğlu uzun zamandır ağır xəstəlikdən əziyyət çəkirdi. Allah rəhmət eləsin!
Comments are closed, but trackbacks and pingbacks are open.