Yemişan haqqında əmtəşunaslıq
Qara yemişan çayı və onun faydaları
Yemişan dəmləməsi
Yemişanın müalicəvi xüsusiyyətləri həm xalq, həm də ənənəvi tibdə çox geniş istifadə olunur. Yemişanı «qoca ürəyin dərmanı» adlandırırlar. Lakin bu bitki tək yaşlılar üçün deyil, cavanlar üçün də çox faydalıdır.
Yemişan ürək əzələsini möhkəmləndirir, təzyiqi salır, damarları genişləndirir, damarlarda xolesterolun yığılmasına mane olur.
Bundan əlavə yemişan sinir sistemi üçün də olduqca faydalıdır — sakitləşdirir, əsəbiliyi və gərginliyi azaldır, stress və nevroz zamanı yaxşı kömək edir, meteohəssaslıqla bağlı olan pozulmaların azalmasına kömək edir.
Ürəyinizi və sinirlərinizi möhkəmləndirmək istəyirsinizsə hər gün belə faydalı dəmləmə hazırlayın:
1 x.q. yemişan meyvələrini bir qədər əzin, üzərinə 1 stəkan isti su tökün və termosda 1 saat ərzində dəmləyin. Sonra dəmləməni yaxşı süzün və gündə 2 dəfə yarım stəkan olmaqla için. Dəmləmənin dadını yaxşılaşdırmaq üçün bal əlavə edə bilərsiniz. Dəmləməni 2-3 həftə ərzində için, effektini görəcəksiniz.
Yemişan haqqında əmtəşunaslıq
Qara yemişan çayı və onun faydaları
Qara yemişanın yarpaq və meyvəsinin həm təzəsindən, həm də qurudulmuşundan hazırlanan çay eyni təsirə malikdir. Qara yemişan çayından il boyu istifadə etmək üçün onun meyvəsini və yarpaqlarını qurudub saxlamaq lazımdır. Bu çay adi çaya alternativ hesab edilə bilər, amma onun tərkibində kofein olmur. Qara yemişanın müalicə məqsədilə mürəbbəsindən də istifadə edilir. Qara yemişan və onun yarpaqları orqanizmə aşağıdakı təsirləri göstərir:
Qara yemişanın və onun yarpaqlarının tərkibində B1, C, PP vitaminləri , marqanes və fosfor var. Toxumlarının və yarpaqlarının tərkibi təbii turşular, efir yağları, karotin, dublin və pektinlə zəngindir.
Tibbdə qara yemişan çayından aşağıdakı məqsədlərlə istifadə edilir:
* görmənin yaxşılaşması
* şəkərin aşağı düşməsi
* sidikqovucu.
Qara yemişan çayı göz damarlarını genişdirməklə gözün qan dövranını yaxşılaşdırır və gözlərdəki yorğunluğu aradan qaldırır. Bu çay qanda şəkərin miqdarının normallşmasına səbəb olur, iltihab əleyhinə və sidikqovucu təsirə malikdir.
Çayın dəmlənməsi:
100 qram qurudulmuş qara yemişanın üzərinə 1 litr soyuq su tökülür və 10 dəqiqə qaynadılır. Yarpaqları isə adi çay dəmlənən kimi dəmlənir. Bu zaman yarpaqların üstünə qaynar su tökülür və dəmlənir. Qara yemişanın yarpaqlarını 15 dəqiqədən çox dəmləmək məsləhət görülmür.
Qara yemişanın meyvələrini və yarpaqlarını başqa bitki yarpaqları ilə qarışdırıb dəmləmək mümkündür. Onu ev şəraitində quruda və ya apteklərdən hazır şəkildə ala bilərsiniz.
Tarix: 25-12-2020, 17:48 / Baxış sayı: 1 278
Comments are closed, but trackbacks and pingbacks are open.