Press "Enter" to skip to content

İxtisasın (proqramın) şifri və adı: 040530 – Yol hərəkətinin təşkili baki 2014

6.4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

Azərbaycan Respublikası Prezidentinin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 23 fevral tarixli 1268 nömrəli, “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2018-ci il 6 iyul tarixli 181 nömrəli fərmanlarında və “Ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması haqqında” 2015-ci il 18 mart tarixli 1114 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1221-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

1. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 467-VQD nömrəli Qanununun tətbiqi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 fevral tarixli 1268 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 2, maddə 212) 2.2-ci bəndində “xəta haqqında elektron protokollar” sözləri “tənbeh vermə haqqında elektron qərarlar” sözləri ilə əvəz edilsin.

2. “Bakı şəhərində nəqliyyat vasitələri sahiblərinin dayanma, durma və parklanma qaydalarına riayət etməsinin təmin olunması və yol hərəkətinin təşkili sahəsində fəaliyyətin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 181 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1467) 1.1-ci bəndində “protokolların” sözü “qərarların” sözü ilə əvəz edilsin.

3. “Ümumi istifadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorunması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 18 mart tarixli 1114 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 3, maddə 309; 2018, № 8, maddə 1678) preambulasında “xəta haqqında elektron protokolun tərtibi” sözləri və 1.2-ci bəndində “xəta haqqında elektron protokolun tərtib edilməsi” sözləri “tənbeh vermə haqqında elektron qərarın çıxarılması” sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 aprel 2019-cu il.

İxtisasın (proqramın) şifri və adı: 040530 – Yol hərəkətinin təşkili baki 2014

İTP-nin mənimsənilməsinin normativ müddəti və məzunlara verilən ixtisas dərəcəsi:

  1. Məzunun ixtisas xarakteristikası və kompetensiyası
    1. Subbakalavrın ixtisas xarakteristikası.

    – mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq peşəsinə və ixtisas dərəcəsinə uyğun gələn istənilən istehsal sahələri, təşkilatlar, idarələr, müəssisələr, birliklər və s. işləyə bilər;

    – mövcud qaydalara riayət etməklə, istənilən təhsil müəssisəsində (ali və orta ixtisas təhsili müəssisələrində elmi və elmi-pedaqoji fəaliyyət istisna olmaqla) çalışa bilər.

      1. Proqramın mənimsənilməsi nəticəsində məzunun kompetensiyalarına qoyulan tələblər.
          1. Subbakalavr aşağıdakı ümummədəni kompetensiyalara (ÜK) yiyələnməlidir:
          • Azərbaycan tarixinin əsas mərhələlərini, tarixi şəxsiyyətləri və əsas tarixi hadisələrlə bağlı məlumata malik olmalı (ÜK-1);
          • Azərbaycan Respublikasının dövlət dilini sərbəst bilməli və fikrini düzgün ifadə etməli (ÜK-2);
          • ixtisasına dair xarici dildə olan ədəbiyyatlardan istifadə etməli (ÜK-3);
          • sosial-iqtisadi sahədə əsas təlimləri, sosial əhəmiyyətli problemlərin təhlilini aparmalı bacarmalı (ÜK-4);
          • fəal sosial mobillik (ÜK-5);
          • hüquqi biliklər və etik normalara malik olmalı (ÜK-6);
          • kollektivdə işləmək qabiliyyətinə malik olmalı (ÜK-7);
          • digər sahələrin mütəxəssisləri ilə ünsiyyət yaratmağı bacarmalı (ÜK-8);
          • beynəlxalq arenada işləmək qabiliyyəti (ÜK- 9);
          • ixtisasına uyğun yeni ideyalar irəli sürməyi bacarmalı (ÜK- 10);
          • müstəqil işləmək , təşəbbüskarlıq və liderlik bacarığı olmalı (ÜK-11);
          • işi təşkil etmək və planlaşdırmaq qabiliyyətinə malik olmalı (ÜK-12);
          • nəzəri biliklərlə təcrübənin əlaqəsini möhkəmləndirməyi bacarmalı (ÜK-13);
          • İKT-dən istifadə etməyi bacarmalı (ÜK-14);
          • öz inkişafına, peşəkarlığın artırlmasına çalışmalı (ÜK-15).
              1. Məzun aşağıdakı peşə kompetensiyalarına (PK) yiyələnməlidir:
              • peşə məsələlərini həll edərkən riyaziyyat, təbiət, humanitar və iqtisadiyyat qanun və metodlarını tətbiq etmək bacarığına malik olmalı (PK-1);
              • peşə fəaliyyəti dairəsində peşə təhlükəsizliyi mədəniyyətinə sahib olmalı, təhlükə mənbəyini və təhlükə dərəcəsini qiymətləndirmək bacarığına malik olmalı (PK-2);
              • peşə fəaliyyəti dairəsində ekoloji təsirin zərərli nəticələrini minimuma endirmək, əmək şəraitinin təhlükəsizliyini və yaxşılaşdırılmasını təmin etmək üçün peşə biliklərini tətbiq etməyə hazır olmalı (PK-3);
              • kompyuterlə işləmək və ümumi təyinatlı proqram təminatından istifadə etmək bacarığına malik olmalı (PK-4).

              İstehsalat-texnoloji xarakterli:

              – avtomobil nəqliyyatı sahəsində İKT-dən istifadə etmək (PK-5);

              • avtomobil nəqliyyatı sahəsində mövcud texniki işləmə və texnologiyalarının tətbiqi vərdişlərinə bələd olmaq (PK-6);
              • avtomobil nəqliyyatı vasitələrinin hərəkətinin təşkilində müasir texnologiyaları mənimsəmək (PK-7);
              • avtomobil nəqliyyatı vasitələrinin hərəkətinə nəzarət avadanlığının yoxlanmasında iştirak etmək (PK-8).
              • avtomobil nəqliyyatı vasitələrinin, onların aqreqat və mexanizmlərinin, texnoloji avadanlıq və komplekslərinin istisma­rının təşkilində iştirak etmək(PK-9);
              • avtomobil nəqliyyatı vasitələrinin, onların aqreqat və mexanizmlərinin, texnoloji avadanlıq və komplekslərinin istismarı zamanı texniki nəzarətin təşkilində iştirak etmək (PK-10);
              • avtomobil nəqliyyatı vasitələrinin infrastrukturu üzrə texniki və texnoloji sənədlərin işlənib hazırlanmasında, yol hərəkətinin təşkili və təhlükəsizliyinin təmin olunmasında iştirak etməyi bacarmaq(PK-11);
              • plan, proqram, layihə, smeta, sifariş, təlimat və digər texniki sənədlərin tərtib edilməsi üçün ilkin verilənlərin hazırlanmasında iştirak etməyi bacarmaq (PK-12);
              • qəza, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin ləğvi prosesində təşkilati tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etməyi bacarmaq (PK-13).

              3. Təhsilin məzmununa və səviyyəsinə qoyulan minimum tələblər
              3.1. Peşə fəaliyyətinin xarakteristikası.

              3.1.1. Peşə fəaliyyətinin əsas istiqamətləri:

              040530 – “Yol hərəkətinin təşkili ixtisası üzrə subbakalavrların peşə fəaliyyətinin əsas istiqamətləri:

              – təşkilati-inzibatçılıq və s.

                  1. Peşə fəaliyyəti üzrə hazırlıq səviyyəsinə qoyulan tələblər.
                  • müasir hesablama texnikasından və proqram təminatından istifadə etmək;
                  • avtomobil nəqliyyatı sahəsində fundamental texniki biliklərdən istifadə etmək;
                  • avtomobil nəqliyyatı vasitələrinin hərəkətinin təşkilində və idarə edilməsində müasir texnologiyalardan istifadə etmək;
                  • avtomobil nəqliyyatı üzrə standart və sertifikatlaşdırma sınaqlarında iştirak;
                  • yol hərəkətinin təşkili və təhlükəsizliyinin təmin olunmasında iştirak;
                  • avtomobil nəqliyyatı vasitələrinin texniki baxışının yerinə yetirilməsində iştirak etmək.

                  Təşkilati-inzibatçılıq sahəsi üzrə:

                  – istehsalatda kollektivlə işləməyi bacarmaq;

                  – avtomobil nəqliyyatı vasitələrinin, nəqliyyat-texnoloji komplekslərin və

                  avadanlı­ğın effektiv istismarını təşkil etmək;

                  – yol hərəkətinin təşkili ilə bağlı layihələrin texniki şərtlərinin, standartların və başqa texniki sənədlərin hazırlanmasında iştirak;

                  – avtomobil nəqliyyatı vasitələrinin, nəqliy­yat-texnoloji komplekslərin və avadanlığın sertifikatlaşdırılmasının yerinə yetiril­məsində iştirak etmək;

                  – qəza, fövqəladə hallar və təbii fəlakətlərin nəticələrinin ləğvi prosesində təşkilati tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək.

                  – yol hərəkətinin təşkili və təhlükəsizliyi ilə qəbul olunmuş qərarların nəticələrini kəmiyyət və keyfiyyətcə qiymətləndirmək.

                    1. İxtisas üzrə fənn bölümləri, fənlərin kreditləri, onların mənimsənilməsinin nəticələri (bilik, bacarıq və vərdişlər baxımından) və qazanılması nəzərdə tutulan kompetensiyaların kodları.

                    3.2.1. Ümumtəhsil fənlər bölümü

                    *Ümumtəhsil fənləri bölümünə daxil olan fənlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30.10.2006-cı il tarixli, 233 № li qərarı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumtəhsilin konsepsiyası (Milli Kurikulumu)”na uyğun müəyyənləşdirilir. Birinci kurslarda ümumtəhsil fənləri tədris olunduğu üçün kredit sisteminə daxil edilmir.

                    **Azərbaycan bölməsində təhsil müəssisəsinin bu saat hesabına ixtisasın profilinə uyğun müəyyənləşdirdiyi fənnlər tədris oluna bilər.

                    Humanitar fənlər bölümü * * *

                    Azərbaycan tarixi üzrə: Azə rbay can tarixinin əsas mərhələləri və xronologiyası barədə təsəvvürə, tarixi şəxsiyyətlər və əsas tarixi hadisələr haqqında məlumata malik olmalı ;
                    Xarici dil üzrə: xarici dillərin

                    birində danışığın və yazının məzmununu başa düşməli .
                    Azərbaycan dili üzrə :(təlim xarici dildə olanlar üçün) Azə rbaycan Res publikasının dövlət dilini (Azərbaycan dilini) sərbəst bilməli .

                    Seçmə yolu ilə öyrənilməsi

                    nəzərdə tutulan fənləri dinləməklə: sosial mühit və sosial varislik münasibətlərini, sosial inkişafda istiqamətin rolunu və mahiyyətini ;

                    Azərbaycan Respublikası hüquqi sisteminin və qanunvericiliyinin əsaslarını, tərbiyəvi-etik normaları bilməli;

                    gələcək peşə fəaliyyətinin mahiyyətini və ona dair normativ və hüquqi sənədlərin tərtibini və onlardan istifadə etməyi bacarmalı, pozulmuş hüquqların bərpa yollarını öyrənməlidir..

                    bacarmalıdır:

                    Azərbaycan tarixi üzrə :

                    qiymətləndirilməsinə dair öz mövqeyini əsaslandırmağı və fikrini ifadə etməyi;

                    Xarici di llər üzrə :

                    peşə səviyyəsinin artırılmasında mühüm əhəmiyyət kəsb edən və xarici dillərdə olan ədəbiyyat və mənbələrdən sərbəst istifadə etməyi, ixtisasına dair mətnləri oxumağı, tərcümə etməyi, annotasiya, referat, tezis, tərcümeyi-hal və s. yazmağı bacarmalı;

                    Azərbavcan dili üzrə : (təlim xarici dildə olanlar üçün)

                    Azərbaycan dilinin leksikonundan gündəlik və peşə fəaliyyətində istifadə etməyi; natiqlik qabiliyyətinə malik olmalı.

                    Secmə volu ilə ovrənilməsi nəzərdə tutulan fənləri dinləməklə :

                    gələcək peşə fəaliyyətlərini və onun mahiyyətini qiymətləndirməyi, istiqamət üzrə aldığı ilkin məlumatlardan ixtisas peşə hazırlığında məqsədyönlü istifadəni bacarmalıdır.

                    yiyələnməlidir:

                    Azərbaycan tarixinin mühüm məqamlarına; sosial – iqtisadi sahədə əsas təlimlərə; sosial əhəmiyyətli problemlərin təhlilini aparma qabiliyyətinə; istiqamətin inkişaf əsaslarının və müasir problemlərinin peşə hazırlığında, istehsalat və sosial fəaliyyətdə yerini dərk etmə qabiliyyətinə yiyələnməlidir.

                    HF–B02 Xarici dil

                    HF–B03 **** Azərbaycan dili (təlimi xarici dilində olanlar üçün

                    Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində subbakalavr-

                    -kompleks ədədlər, omların üzərində əməlləri, matrislər və onların üzərində əməlləri, determinatlar, onların hesablanma qaydalarını, düz xəttin tənliklərini, düz xətt və müstəvi arasında qarşılıqlı vəziyyətləri, diferensial tənlikləri, kombinatorika elementlərini;

                    bacarmalıdır:

                    -kompleks ədədlər üzərində əməllər aparmağı, onların köməyi ilə tətbiqi elektrotexniki məsələlərin həllini, matris və determinatların hesablanmasını, differensial tənliklərin həllini, onların ixtisasa uyğun məsələlərin qoyuluşu və həllində tətbiqini;

                    onların düzgün oxunmasını;ölçü alətlərindən düzgün istifadə etməyi, şriftlərin və xətlərin düzgün çəkilməsini və yazılmasını, proyeksiya olunmasını və ölçülərin yazılma qaydalarını; öyrənilmiş qaydalar əsasında çertyojların yerinə yetirilməsini və detalların formasının naturaya köçülməsini; qrafik təsvirlərin tərkibini təhlil etməyi; mürəkkəb olmayan əşyaların çertyojlarını, eskizlərini əyani təsvirləri oxumağı və yerinə yetirməyi; ixtisasa uyğun çertyoj və eskizlərin tərtib edilməsini;

                    bacarmalıdır:

                    – mexanikanın sadə məsələlərinin həllini, cismin sadə və mürəkkəb hərəkətinə aid məsələlərin həllini, konstruksiya elementlərinin hesabını;

                    Texniki mexanikanın əsasları

                    -Elektromaqnit hadisələrini, sabit, dəyişən cərəyan elektrik dövrələrini və onların hesablanmasını; elektrik enerjisinin istifadəsinin iqtisadi səmərəliliyinin artırılması üsullarını; elektron aparatlarının elementlərinin təyin edilməsini; verilmiş şərtlərlə sadə elektrik dövrələrini hesablamağı;

                    elektrik qurğu elementlərinin seçilməsini; nəzarət-ölçü cihazlarından istifadə etməyi; məlumat materiallarından istifadəni; sxemlər üzrə elektrik və elektron dövrələrini yığmağı;təhlükəsizlik texnikasının qaydalarına riayət etməyi;
                    bacarmalıdır:

                    -elektrik dövrəsinin parametrlərini hesablama, elektrik sxemlərini yığmağı və onların işini yoxlamağı, yarımkeçiricilərin tətbiqi ilə cihazların sadə sxemlərinin oxunuşu və yığmağı;

                    Elektrotexnika və elektronika

                    – qara və əlvan metalların metallurgiyasını; materialşünaslıq və texniki emalın əsaslarını,tökmə istehsalını,metalların təzyiqlə emalını; qaynaq istehsalını və konstruksiya materiallarını; əlvan metal və ərintiləri,polad və çuqun istehsalını,struktur quruluşunu və təsnifatını; metal və ərintilərin keyfiyyətinə nəzarət edilməsini, markalanmasını, tətbiq sahəsini; korroziya növlərini və korroziyadan mühafizə metodlarını; metalların təzyiqlə emalını, tökmə istehsalını; qeyri-qaynaq istehsalının təsnifatını; metal konstruksiya materiallarının tərkibini müəyyən etməyi;

                    bacarmalıdır:

                    -metalların markalarına görə onların növünü təyin etmək, qaynaq istehsalının texnologiyasını, konstruksiya materiallarından ixtisasına uyğun sahələrdə istifadəni, konstruksiya materiallarının tərkibinin müəyyən edilməsini, metalların korroziyadan qorunmasını;

                    Avtonəqliyyat vasitələrinin konstruksiyasını; avtomobil mühərrikləri və onların növlərini, quruluşunu, iş prinsipini; avtomobilin digər aqreqat və mexanizmlərin təyinatını quruluşunu və iş prinsipini; ixtisaslaşdırılmış hərəkət tərkiblərini; avtonəqliyyat vasitələrinin istismar xüsusiyyətlərini və nəzəriyyəsinin

                    bacarmalıdır:

                    -mühərrikin blok başlığının bərkitmə ardıcıllığını, mühərrikin sistem və mexanizmlərindəki nasazlıqları təyin etməyi və aradan qaldırmağı, ilişmə muftasının nizmlanmasıını, sükan idarəetmə sistemində lüftün dərəcəsini nizamlamağı, alışdırma bucağının qurulmasını, karbiratorun və injektor sisteminin nizamlanmasını, avtomobil sürət xarakteristikasını təyin etməyi, tormozlama keyfiyyət göstəricilərini hesablamağı, qabarid və çəki parametrlərini müəyyən etməyi, yaxınlaşma və razval bucağının nizamlanmasını;

                    Avtonəqliyyat vasitələrinin konstruksiyası və nəzəriyyəsi

                    – Nəqliyyat vasitələrinin konstruktiv təhlükəsizliyinə qoyulan tələbləri;

                    aktiv, passiv, qəzadan sonrakı, ekoloji və qaçırmaya qarşı təhlükəsizliyi; yol nəqliyyat hadisələrinin aradan qaldırılmasında nəqliyyat vasitələrinin rolunu; avtotexniki ekspertizanın aparılma ardıcıllığını; ekspertizanın aparılması üçün ilkin göstəriciləri və texnik parametrləri, müxtəlif növ yol nəqliyyat hadisələri zamanı avtotexniki ekspertizanın aparılmasını və ekspert tədqiqatını;
                    bacarmalıdır :

                    -avtotexniki ekspertizanın aparılma ardıcıllığı, ekspertizanın aparılması üçün ilkin göstəricilərin əldə olunmasını, nəqliyat vasitələrinin texniki vəziyyətinin ekspertizasını, məhkəmə avtotexniki ekspertizanın aparılma qaydalarını, piyada vuruluşunu, NV-nin toqquşmasının ekspert tədqiqatının aparılmasını;

                    Nəqliyyat vasitələrinin təhlükəsizliyi və avtotexniki ekspertiza

                    -Avtomatlaşdırıcı sistemlərinin köməyi ilə yol hərəkətinin idarə olunmasının texnologiyasının, strukturunun,texniki və riyazi təminatını, yol hərəkətinin idarə olunmasının, avtomatlaşdırılmasının prespektivlərini, avtomatlaşdırmanın strukturunun qurulmasını, texniki vasitələrini, hesablama konplekslərinin təşkilini, avtomotlaşdırmanın effektivliyini təmin edən faktorları, hərəkətin təhlükəsizliyinin təminini, böyük şəhərlərdə yol hərəkətinə nəzarət edən avtomotlaşdırma vasitələrini,yol hərəkətinin idarə vasitələrinin aqreqat sistemini; avtomotlaşdırmanın funksiyalarının genişləndirilməsini, avtomobillərin idarə olunması proseslərinin avtomotlaşdırılmasını;

                    bacarmalıdır:

                    – yol hərəkətinin təşkilində tətbiq olunan avtomatlaşdırlmış idarəetmə sistemləri işlətməyi, yol hərəkətinin avtomatik idarəolunmasını, böyük şəhərlərdə yol hərəkətinə nəzarət edən avtomatlaşdırma vasitələrini işlətməyi, hesablama komplekslərnin təşkilini;

                    Avtomobil nəqliyyatında avtomatlaşdırmanın əsasları

                    -Avtomobilin etibarlığı və uzun ömürlüyü anlayışlarını, istismar zamanı nəqliyyat vasitəsinin texniki vəziyyətinin dəyişməsinin, diaqnostikanın aparılması üçün lazım olan əməlyyatları; texniki diaqnostik avadanlıqların texniki xarakteristikalarını, mühərrikin texniki vəziyyətinin diaqnostik parametrlərini, qaz balon qurğulu mühərrikin və dizel mühərrikli avtomobillərin diaqnostikasını, transsmisiya aqreqatları və mexanizmlərinin diaqnostikasını, avtomobilin hərəkət hissəsindəki dəyişmələri, idarəetmə mexanizmlərinin diaqnostikasını, diaqnostika işlərinin planlaşdırlmasını;

                    bacarmalıdır:

                    -hərəkət tərkibinin texniki vəziyyətinin dəyişməsini təyin etməyi, nəqliyyat vasitəsinin ayrı-ayrı mexanizm və qovşaqlarının kompyuter diaqnostikası işlərinin aparılmasını;

                    Nəqliyyat vasitələrinin diaqnostikası

                    -Avtomobil daşımalarında istifadə olunan avtomobil nəqliyyatının hərəkət tərkibini; onlara verilən əsas tələbləri; hərəkət tərkibinin növləri və siniflərini; onların xarakteristikalarını; yüklər və onların növlərini; fiziki xüsusiyyətlərini,siniflərini, yük göndərən, tranzit və yük alan məntəqləri, daşıma həcmi və yük dövriyyəsini, avtonəqliyyat vasitələrinin və müəssisələrinin əsas texniki istismar göstəricilərinin hesabını; avtomobil nəqliyyatında yükləmə-boşaltma işlərini, marşurutlar və onların növlərini; avtomobilin hərəkət qrafikinin qurulmasını; nəqliyyat ekspedisiya və anbar işlərini; sərnişin avtomobil daşımalarını onların sinifləşdirilməsi və xarakteristikasını, sərnişin axını və sərnişin dövriyyəsini; sərnişin daşımalarında əsas texniki istismar göstəricilərinin hesablanmasını; yüngül minik avtomobilləri ilə sərnişin daşınmasını;

                    bacarmalıdır:

                    -avtomobil nəqliyyatı hərəkət tərkibnin sinifləşdirilməsini, hərəkət tərkibinin daşımaların növünə uyğun seçilməsini, yük və sərnişin axınının epürünün qurulmasını, əsas texniki istismar göstəricilərin hesablanmasını, daşımaların maya dəyərinin təyin edilməsini, avtomobillərin hərəkət qrafikinin qurulmasını, daşımaların müasir üsullarla təşkili qaydalarını;

                    Bu bölümə daxil olan fənlərin öyrənilməsi nəticəsində subbakalavr-

                    -yol hərəkətinin iştirakçılarının vəzifələrini; yol hərəkəti qaydalarını; yol nişanları və nişanlanmalarını; onların təyinatı və təsnifatını; yol nəqliyyat hadisələri zamanı xəsarət alana ilk tibbi yardımın göstərilməsi ardıcıllığını, hərəkətin təhlükəsizliyində avtomobilləşmənin rolunu; yol polisi və hərəkətin təhlükəsizlik xidmətləri haqqında ümumi məlumatı,yol nəqliyyat hadisələri və onların baş vermə səbəblərini; yol hərəkətinin və piyada hərəkətinin əsas xarakteristikalarını və tədqiqini; küçə yol şəbəkəsinin buraxma qabiliyyətini; yollarda mübahisəli nöqtələr və mübahisəli vəziyyətləri; yol hərəkətinin təşkilinin metodiki əsaslarını, xüsusi şəraitlərdə hərəkətin təşkili və təhlükəsziliyini;

                    bacarmalıdır:

                    Yol hərəkətinin təşkili və təhlükəsizliyi

                    Yol hərəkətinin təşkilinin texniki nizamlama vasitələri

                    -Avtomobil yolları haqqında ümumi məlumatı, onların təsnifatını, elementlərini, su ötürücü qurğuları; yerlərdə yol trassasının çəkilməsini, trassa istiqamətinin seçilməsini, torpaq qatının, yol örtüyü və onun kostruktiv qatlarını, yollarda hərəkət xidməti qurğularını, hərəkət şəraiti haqqında sürücülərinin məlumatlandırılmasını, xüsusi şəraitlərdə avtomobil yollarını avtomagistralları və şəhər küçələrini, avtomobil yollarının kəsişmələrini; avtomobil yollarında aparılan işləri;

                    bacarmalıdır:

                    -avtomobil yollarının təsnif edilməsini, yolun plan və profilinin qurulmasını, əyrilərin elementlərinin hesablanmasını, hərəkət şəraiti haqqında sürücülərin məlumatlandırma qaydalarını, yolun hərəkət istiqamətinə uyğun profilinin seçilməsini, uzununa mailliyin ölçülməsini, avtomobil yollarında aparılan təmiri xidməti işlərini;

                    hərəkətin təhlükəsizliyinin təmini dərəcəsinin qiymətləndirilməsini; təbii faktorların və avtomobillərin yolun örtüyünə təsirini, örtüyün hamarlığı və onun avtomobilin istismar göstəricələrinə təsiri; yol şəraitinin hərəkətinin təhlükəsizliyinə təsirini,örtüyün möhkəmliyini və buraxılabilən yüklənməni, avtomobil yollarının istismar etibarlılığını;

                    bacarmalıdır:

                    -yolların buraxma qabiliyyətinin qiymətləndirilməsini, avtomobil yollarında hərəkətin təhlükəsizliyinin təmini dərəcəsinin qiymətləndirilməsini, təbii iqlim amillərinin və avtomobillərin yol örütyünə təsirinin qiymətləndirilməyini, yol trassasının qəzalılıq və təhlükəsizlik əmsalına görə qiymətləndirilməsini, avtomobil yollarının istismar etibarlılığının qiymətləndirilməsini;

                    Avtomobil yollarının nəqliyyat istismar keyfiyyətləri

                    Bü bölümə aid olanların öyrə-nilməsi nəticəsində təhsil alan

                    nəqliyyatın cəmiyyətdəki rolunu, nəqliyyat sisteminin ümumi strukturunu, nəqliyyat vasitələrinin konstruktiv xüsusiyyətlərini, avtomobil yollarında hərəkət rejimlərini, yol hərəkətinin təşkili və təhlükəsizliyinə aid normativ sənədləri, hərəkətin təhlükəsizliyinə təsir edən nəqliyyat vasitələrinin istismar xüsusiyyətlərini, yol nəqliyyat hadisələrinin baş vermə səbəblərini, nəqliyyat vasitələrinin təhlükəsizliyini

                    bacarmalıdır:

                    nəqliyyatda yeni texnika və texnologiyaların tətbiqini, hərəkətinin idarə olunması və hərəkət təhlükəsizliyinin təmin olunmasını, yol nəqliyyat hadisələrinin tədqiqini, avtotexniki ekspertizanın aparılmasını, yol nəqliyyat hadisəsi zamanı dəymiş maddi ziyanın qiymətləndirilməsini, yol nəqliyyat hadisəsi zamanı texniki sənədləşməni.

                    Yekun dövlət attestasiyası

                    *** Humanitar fənlər bölümünə daxil olan “Azərbaycan dili”(xarici dildə təhsil alanlar üçün),”Azərbaycan tarixi”,”Xarici dil fənləri tam orta təhsil bazasından qəbul olunanlar üçün birinci,ümumi orta təhsil bazasından qəbul olunanlar üçün isə ikinci dərs ilindən başlayaraq tədris olunur.
                    **** Orta ixtisas məktəblərinin təklifləri əsasında Azərbaycan bölməsində təhsil alanlar öz arzuları ilə həmin saat həcmində ikinci xarici dili, Azərbaycan dili və nitq mədəniyyəti, etika və psixologiya fənnini seçə bilərlər.
                    ***** Seçmə fənlərə orta ixtisas məktəbi tərəfindən fəlsəfə,politalogiya,sosiologiya,milli əxlaq və ailə etikası,dövlət və vətən mədəniyyəti,hüququn əsasları və s. humanitar,sosial-iqtisadi fənlər daxil oluna bilər.
                    ******İxtisasın peşə hazırlığı bölümünün seçmə fənləri orta ixtisas məktəbi tərəfindən müəyyənləşdirilir.

                    ******* Fiziki tərbiyə idmanın növləri üzrə bolmələrdə keçirilir.

                      1. 040530 – “Yol hərəkətinin təşkili” ixtisası üzrə subbakalavr təhsil proqramının yerinə yetirilməsinin müddəti:

                      – ümumi orta təhsil bazasından – 198

                      – tam orta təhsil bazasından – 146

                      Nəzəri təlim üçün ayrılan həftələr:

                      – ümumi orta təhsil bazasından – 105

                      – tam orta təhsil bazasından – 75

                      Təcrübələr üçün ayrılan həftələr (tədris, istehsalat) – 16

                      İmtahan sessiyası üçün ayrılan həftələr

                      – ümumi orta təhsil bazasından – 35

                      – tam orta təhsil bazasından – 25

                      Tətillər üçün ayrılan həftələr – 38

                      Yekun dövlət imtahanına ayrılan həftələr – 4

                      1. Maddi-texniki, tədris bazası və kadr potensialı
                        1. Orta ixtisas təhsili müəssisəsinin 040530 – “Yol hərəkətinin təşkli” ixtisasının təhsil proqramına müvafiq hazırlanmış tədris planında nəzərdə tutulan fənlər üzrə dərslərin aparılması, təcrübələrin keçirilməsi üçün müvafiq İKT ilə təchiz olunmuş kabinet və laboratoriyalar, kompüter sinifləri, emalatxanalar və s. ilə təmin olunmuş maddi-texniki bazası olmalıdır. Təhsilalanların orta ixtisas təhsili müəssisəsinin lokal şəbəkəsinə, internetə, məlumat bazalarına, elektron kitabxanalarına, axtarış sistemlərinə çıxışı təmin edilməlidir.
                        2. Fənlərin tədrisi, bir qayda olaraq, ali təhsilli müəllim heyəti tərəfindən aparılır. Bu fəaliyyətə həmin şərtləri ödəyən digər müəssisə və təşkilatlarda çalışan şəxslər də cəlb oluna bilər.
                        1. Tədris prosesinin forma və metodları
                          1. Subbakalavr hazırlığı mühazirə, seminar məşğələ, laboratoriya, sərbəst iş, təcrübə və s. formalarda həyata keçirilir.
                          2. Subbakalavr hazırlığı üzrə tədris prosesində şifahi şərh, müsahibə, interaktiv təlim, müstəqil iş, diskussiya, dəyirmi masa, illüstrasiya, tədqiqatçılıq, laboratoriya və praktik iş və digər metodlardan istifadə edilə bilər.
                          3. 040530 – “Yol hərəkətinin təşkili” ixtisası üzrə subbakalavr hazırlığında tədris və istehsalat təcrübələri nəzərdə tutulur (təcrübələrin məqsəd və vəzifələri ixtisasdan asılı olaraq müəyyənləşdirilir). Təcrübələr növündən asılı olaraq müvafiq idarə və təşkilatlarda keçirilə bilər. Bunlardan başqa bu ixtisas üzrə hər tələbə üçün 60 saata qədər sürmə təlimi dərsləri nəzərdə tutulur.
                          1. Yekun dövlət attestasiyasına qoyulan tələblər və

                          6.2. Tədris planının bütün şərtlərini yerinə yetirmiş, o cümlədən nəzərdə tutulmuş cari attestasiyalardan (fənlər üzrə attestasiyalarda) müvəffəqiyyətlə keçmiş tələbələr yekun attestasiyaya buraxılırlar.

                          6.3. Yekun attestasiya bütün təhsilalanlar üçün məcburidir, onun hazırlanmasına və təşkilinə ayrılan müddət 4 həftədir.

                          6.4. Yekun attestasiya ixtisas üzrə buraxılış yekun dövlət imtahanı və ya buraxılış işinin müdafiəsindən ibarətdir.

                          6.5. Subbakalavriat səviyyəsində tələbələrin topladığı kreditlərin sayı 180 olmalıdır. İxtisas üzrə təhsil proqramlarında nəzərdə tutulmuş kreditləri toplayan tələbə həmin proqramı mənimsəmiş hesab edilir. Orta ixtisas təhsili müəssisələrində subbakalavriat səviyyəsinin təhsil proqramı üzrə tədris planını tam yerinə yetirmiş şəxslərə yekun Dövlət Attestasiya Komissiyasının qərarı əsasında 040530 – “Yol hərəkətinin təşkli” ixtisası üzrə “subbakalavr” ixtisas dərəcəsi verilir.

                          6.6. Yekun attestasiyanın təşkili və keçirilməsi qaydaları Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilir.

                          Azərbaycan Respublikası Azərbaycan Respublikası Təhsil Na-

                          Təhsil Problemləri İnsti- zirliyinin orta ixtisas təhsil sektorunun

                          tutunun direktoru müdiri

                          _________ Q.Novruzov _______________K.Mikayılov

                          “___”______2014-cü il “____”____________2014-cü il
                          Texniki və texnoloji ixtisaslar Təhsil Nazirliyinin Elmi-metodik

                          üzrə Dövlət Təhsil Standartları şurasının “Nəqliyyat” bölməsinin

                          hazırlayan işçi qrupunun sədri sədri

                          “____”________2014-cü il “_____”_____________2014-cü il

Comments are closed, but trackbacks and pingbacks are open.