Press "Enter" to skip to content

Devalvasiyanın iqtisadi mahiyyəti və əhəmiyyəti- Azərbaycan nümunəsində. (Məqalə)

4. ƏDV tutulmayan əməliyyatlar hansılardır?

«vergiLƏr və vergitutma» fənninin proqram I

P R O Q R A M I
Azərbaycan Respublikası Təhsil Nazirliyinin Elmi-Metodik Şurasının «İqtisadiyyat» bölməsinin 04.06.2002-ci il tarixli, 16 saylı protokolu ilə təsdiq edilmişdir.

BAKI – 2013
TƏRTİB EDƏNLƏR: i.e.d. KƏLBİYEV Y.A.

i.e.n., dos. MƏHƏRRƏMOV R.B.

i.e.n., b/m MƏMMƏDOVA G.M.

i.e.n., b/m BƏDƏLOV E.Ş.
ELMİ REDAKTOR: «Maliyyə» kafedrasının professoru i.e.d. SADIQOV M.M.
RƏYÇİ: i.e.n., dos. RZAYEV İ.M.

Proqram bakalavr dərəcəsi alan ali məktəb tələbələri üçün «Vergi işinin təşkili və idarə edilməsi» ixtisası üzrə qüvvədə olan tədris planına əsasən tərtib edilmiş, Azərbaycan Dövlət İqtisad Universitetinin «Vergi və vergiqoyma» kafedrasında müzakirə edilmiş və Universitetin Tədris-Metodiki Şurasının 25 fevral 2002-ci il tarixli iclasının (4 saylı protokol) qərarı ilə təsdiq edilmişdir.

GİRİŞ

Ötən əsrin 90-cı illərinin ikinci yarısından başlayaraq Ümummilli liderimiz H.Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən əsaslı islahatlar vergi sistemində də köklü dəyişikliklərə gətirib çıxarmışdır. 2001-ci ilin əvvəlində qüvvəyə minən Vergi Məcəlləsi ölkənin vergi siyasətində əhəmiyyətli dəyişiklik edərək, vergi münasibətlərinin tənzimlənməsi sahəsində islahatların aparılmasına imkan verməklə yanaşı çevik maliyyə siyasətinin həyata keçirilməsinə də şərait yaratmış oldu.

Azərbaycan Respublikasında ümumi iqtisadi savadın artırılması, bazar iqtisadiyyatı şəraitində çevik qərarların qəbul edilməsi, işgüzarlıq, təşəbbüskarlıq, sahibkarlıq fəaliyyətinin tələbələr arasında inkişaf etdirilməsi, iqtisadi sahədə vergi mədəniyyətinin yüksəldilməsi, təhsil sahəsində vergi problemləri ilə bağlı biliklərin əldə edilməsi mühüm əhəmiyyət kəsb edir.

İqtisadi təhsilin tərkib hissəsi olan vergi təhsilinin əhəmiyyəti durmadan artır. Vergitutmanın əsaslarının öyrənilməsi müasir iqtisadi təhsilin ayrılmaz tərkib hissəsidir. Ölkənin iqtisadi qüdrətinin artması, vergilərin cəmiyyətin həyatında rolunun yüksəlməsi vergitutmanın tədrisi sahəsində də işlərin canlanmasına səbəb olmuşdur. Hal-hazırda Azərbaycanın bir çox universitetlərində iqtisadiyyat yönümlü fakültələrdə vergitutma ilə bağlı fənlər tədris olunur.

Hazırda tədris olunan «Vergilər və vergitutma» fənni müvafiq ixtisas üzrə təhsil alan tələbələr Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələrini, vergi nəzarətinin forma və metodlarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydalarını öyrənirlər. Bu ixtisas fənni həmçinin vergitutma ilə bağlı digər fənlərin mənimsənilməsinə istiqamət verir və tələbələrin bu istiqamətdə fəaliyyətini əsaslandırır.

Tərtib olunmuş bu proqram bakalavr pilləsində təhsil alan tələbələrin vergi və vergitutma ilə məsələlərin mənimsənilməsinə istiqamət verəcək və onların bilik səviyyəsinin artırılmasına kömək edəcəkdir.

Mövzu 1. Vergilərin yaranma və inkişafı tarixi – 2 saat
Vergitutmanın ilkin forması. Vergitutmanın inkişafının mərhələləri. Qədim Misirin, Yunanıstanın və Roma dövlətinin vergi sistemi. İmperator Avqust Oktavianın dövründəki vergilər. XVII əsrin sonu – XVIII əsrin əvvəllərində Avropa ölkələrində vergi sisteminin inkişafı.

Vergilər iqtisadi kateqoriya kimi. Vergilərin bir iqtisadi kateqoriya kimi əsas əlamətləri. Vergilərin obyektiv zəruriliyi. Vergilərin digər ödənişlərdən fərqləri.

  1. Vergitutmanın ilkin forması necə olmuşdur?
  2. XVII-XVIII əsrlərdə Avropa ölkələrində vergi sistemi necə olmuşdur?
  3. Bir iqtisadi kateqoriya kimi vergilərin hansı əlamətləri vardır?
  4. Vergilərin digər ödəniş və rüsumlardan fərqi nədədir?
  5. Vergitutma elementləri hansılardır?
  6. Vergilərin funksiyaları hansılardır?

Mövzu 2. Vergi nəzəriyyələri və onların təkamülü – 2 saat
Vergi nəzəriyyəsi anlayışı. Mübadilə nəzəriyyəsi. Sebasten Le Pretr de Vobanın və Şarl Lui Monteskyenin atomistik nəzəriyyəsi. Zövq (ləzzət) nəzəriyyəsi. Vergilər sığorta mükafatı kimi.

A.Smitin «Xalqların sərvətinin təbiəti və səbəbləri haqqında tədqiqatında nəzəri baxışları. Adam Smitin vergitutma nəzəriyyəsinin klassik prinsipləri: ədalət, müəyyənlik, münasiblik, sadəlik. Klassik vergi nəzəriyyəsi.

Qurban nəzəriyyəsi. Kollektiv tələbat nəzəriyyəsi. Keyns nəzəriyyəsi. Monetarist nəzəriyyə. Təklif iqtisadiyyatı nəzəriyyəsi.

Tomas Qobsun «Levifian» siyasi-fəlsəfi traktatı. İngilis iqtisadçısı U.Pettinin «Vergilər və yığımlar haqqında» traktatı. Fransız naziri Abbat Terrenin vergilər haqqında düşüncələri. F.Akvinskinin vergilər haqqında fikirləri. F.Kenninin və D.Rikardonun vergilər haqqında mülahizələri. Adolf Vaqnerin vergitutma prinsipləri. Milton Fridmanın monetarist vergi nəzəriyyəsi. A.Laffer əyrisi.

K.Marks və F.Engels vergilər haqqında.

  1. Vergitutmanın kiassik nəzəriyyəçiləri kimlərdir?
  2. A.Smitin vergitutma nəzəriyyəsinin klassik prinsipləri hansılardır?
  3. Keynsin nəzəriyyəsinin mahiyyəti nədən ibarətdir?
  4. A.Laffer əyrisinin mahiyyəti nədən ibarətdir?

vergi islahatları – 2 saat
Bazar iqtisadiyyatının modelləri.

Vergi tənzimlənməsinin məzmunu və məqsədi. İqtisadiyyatın dövlət tənzimlənməsində vergilərin rolu. Dövlət tənzimlənməsinin üsulları.

Vergi siyasətinin mahiyyəti. Vergi siyasətinin formaları. Vergi siyasətinin məqsədi.

Vergi siyasətinin tipləri: maksimal vergilər siyasəti; optimal vergilər siyasəti; sosial yönümlü yüksək dərəcəli vergilər siyasəti.

Vergi yükü. Makrosəviyyədə vergi yükünün hesablanması qaydası. Vergi yükünün iqtisadi inkişafa təsiri.

Vergi islahatlarının aparılması istiqamətləri. Vergi islahatları aparılarkən nəzərə alınan əsas prinsiplər.

Azərbaycanda aparılan vergi siyasətinin əsas istiqamətləri.

Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsi.

Vergi siyasətinin strateji istiqamətləri: birbaşa vergilərin təkmilləşdirilməsi üzrə strateji istiqamətlər; dolayı vergilərin təkmilləşdirilməsi üzrə strateji istiqamətlər. Vergi inzibatçılığının təkmilləşdirilməsinin strateji istiqamətləri.

Avropa İttifaqına daxil olan ölkələrin vergi siyasətinin qısa təhlili və mütərəqqi vergi sisteminin əsas prinsipləri.
Nəzarət sualları:

1. İqtisadiyyatın dövlət tənzimlənməsində vergilərin rolu nədən ibarətdir?

2. Vergi siyasətinin iqtisadi mahiyyəti nədir?

3. Vergi siyasətinin hansı tipləri vardır?

4. Makro səviyyədə vergi yükü necə hesablanır?

5. Vergi islahatları aparılarkən hansı prinsiplər nəzərə alınmalıdır?

6. Azərbaycanda aparılan vergi siyasətinin əsas istiqamətləri hansılardır?

7. Vergi siyasətinin strateji istiqamətləri hansılardır?

8. Avropa Birliyinə inteqrasiya şəraitində Azərbaycan hansı vergi siyasətini yürüdür?

Ədəbiyyat (13,14,41,46,47,48,49,51,53,61,71)
Mövzu 4. Vergi ödəyicilərinin hüquqları, vəzifələri və məsuliyyəti.

Vergi agenti. Daimi nümayəndəlik. Dövlət vergi orqanları, onların hüquq və vəzifələri – 2 saat
Vergi ödəyicilərinin Vergi Məcəlləsi ilə müəyyən edilmiş hüquqları. Vergi ödəyicilərinin mövcud vergi qanunvericiliyində informasiya alması hüquqları. Vergi qanunvericiliyinin tətbiqi məsələlərində vergi orqanları tərəfindən yazılı izahatların verilməsi qaydaları. Artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılması və əvəzləşdirilməsi hüquqları. Vergilərin ödənilməsi və geri qaytarılması qaydaları. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi hüquqları.

Vergi ödənilməsi üzrə vəzifələr. Vergi orqanlarında uçota qoyulma vəzifələri. Uçota qoyulma yeri. Uçota qoyulma qaydaları. Vergi ödəyicisinə eyniləşdirmə nömrəsinin verilməsi. Gəlirlərin, xərclərin və vergitutma obyektlərinin uçotunun aparılması vəzifələri.

Vergi məsuliyyəti. Vergi hüquq pozuntuları və onların növləri. İnzibati məsuliyyət. Cinayət məsuliyyəti. Vergi cinayəti anlayışı.

Vergi agenti. Vergi agentinin hüquq və vəzifələri.

Daimi nümayəndəlik, onların hüquq və vəzifələri.

Dövlət vergi orqanları və onların təyinatı. Vergi orqanlarının fəaliyyətinin hüquqi əsasları. Vergi orqanları işçilərinin sosial müdafiəsinin dövlət təminatı. Vergi orqanlarının maddi həvəsləndirmə və inkişaf fondu.

Vergi orqanlarının hüquqları. Vergi orqanlarının vəzifələri.

Vergitutma sahəsində dövlət gömrük orqanlarının hüquq və vəzifələri.

Vergi orqanlarının vəzifəli şəxsləri, onların təyinatı və vəzifədən çıxarılması. Vergi orqanlarının vəzifəli şəxslərinin rütbələri. Vergi orqanlarının və onların vəzifəli şəxslərinin kommersiya (vergi) sirrinin saxlanması.

Vergi orqanlarının vəzifəli şəxslərinin vəzifələri.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Mərkəzi aparatının strukturu. Ərazi üzrə vergilər idarələrinin strukturu. Ərazi üzrə vergilər şöbəsinin strukturu. Bakı şəhəri üzrə Baş Vergilər İdarəsinin strukturu.

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Mərkəzi aparatının funksiyaları.

  1. Vergi ödəyicilərinin hüquqları hansılardır?
  2. Vergi ödəyicilərinin vəzifələri hansılardır?
  3. Vergi hüquq pozuntularına qarşı hansı məsuliyyət növləri tətbiq olunur?
  4. Vergi agentinin hüquq və vəzifələri hansılardır?

6. Vergi orqanlarının fəaliyyətinin hüquqi əsasları hansılardır?

7. Vergi orqanlarının sosial müdafiəsi necə təmin olunur?

8. Vergi orqanlarının vəzifəli şəxslərinin hüquq və vəzifələri hansılardır?

9. Azərbaycan Respublikası Vergilər Nazirliyinin strukturu necədir və onların funksiyaları hansılardır?

Ədəbiyyat (2,46,51,61)
Mövzu 5. Vergi ödəyicilərinin uçotu – 2 saat
Vergi nəzarəti və onun həyata keçirilməsi üçün əsas şərtlər.

Vergi ödəyicilərinin uçotunun aparılmasının əsas məqsədi.

Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması qaydaları. Vergi orqanlarında dövlət qeydiyyatına alınması üçün kommersiya qurumlarının zəruri sənədləri. Hüquqi şəxsin dövlət qeydiyyatından (vergi uçotundan) çıxarılması.

Qeyri-kommersiya hüquqi şəxslərin vergi uçotuna alınması qaydaları.

Fiziki şəxsin sahibkarlıq uçotu haqqında. Fiziki şəxsin vergi uçotundan çıxarılması.

Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması.

Nəzarət – kassa aparatının qeydiyyata alınması (qeydiyyatdan çıxarılması).

Uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma.

Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələri.
Nəzarət sualları:

1. Vergi ödəyiciləri nə üçün vergi uçotuna alınır?

3. Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı necə aparılır?

4. Qeyri-kommersiya hüquqi şəxslərin vergi uçotu necə aparılır?

5. Fiziki şəxsin sahibkarlıq uçotu necə aparılır?

6. Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyatı hansı qaydada həyata keçirilir?

7. Nəzarət – kassa aparatı qeydiyyata necə alınır?

8. Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı hansı vəzifələri vardır?

Ədəbiyyat (2,11,27,30,31,32,39,40,44,46,51,59,61)

Movzu 6. Vergi nəzarəti: kameral və səyyar vergi yoxlamaları.

Operativ vergi nəzarəti – 2 saat

Vergi nəzarətinin üsulları: uçotun və hesabat göstəricilərinin yoxlanılması, lazım olan sənədlərin tələb olunması, vergi ödəyicilərinin izahatlarının alınması; mütəxəssislərin və ekspertlərin, şahidlərin cəlb edilməsi; gəlir əldə edilməsi üçün istifadə edilən ərazilərə baxılması. Vergi yoxlamaları vergi nəzarətinin bir forması kimi. Kameral və səyyar vergi yoxlamaları.

Kameral vergi yoxlamalarının həyata keçirilməsi üzrə vergi orqanlarının işinin təşkili qaydaları. Kameral vergi yoxlamalarının həyata keçirilməsi məqsədləri. Kameral vergi yoxlamalarının həyata keçirilməsi metodikası. Kameral vergi yoxlamalarının nəticələrinin rəsmiləşdirilməsi qaydaları.

Növbəti və növbədənkənar səyyar vergi yoxlaması. Səyyar vergi yoxlamalarının nəticələrinin rəsmiləşdirilməsi. Səyyar vergi yoxlamasının keçirilməsi üçün vergi orqanlarının vəzifəli şəxslərinin ərazilərə və ya binalara daxil olması. Baxış. Sənədlərin tələb edilməsi. Sənədlərin və nümunə kimi əşyaların götürülməsi. Ekspertiza. Vergi yoxlamasının keçirilməsinə köməklik göstərilməsi üçün mütəxəssisin dəvət edilməsi. Tərcüməçinin iştirakı. Müşahidəçilərin iştirakı.

Vergi yoxlamasının həyata keçirilməsi üzrə hərəkətlərin icraatı zamanı tərtib edilən protokola dair ümumi tələblər. Vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə qərarın çıxarılması.

Operativ vergi nəzarətinin keçirilməsinin zəruriliyi. Operativ vergi nəzarətinin keçirildiyi yerlər. Operativ vergi nəzarətinin keçirilməsi üçün əsaslar.

Operativ vergi nəzarətinin həyata keçirilməsi üzrə vergi orqanlarının işinin təşkili.

Əmək müqaviləsi bağlamadan işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə operativ vergi nəzarətinin həyata keçirilməsi. Xronometraj metodu ilə müşahidə aparılması.

Operativ vergi nəzarətinin həyata keçirilməsi ilə əlaqədar tərtib edilən sənədlərin doldurulması.

Azərbaycan Respublikası nəzarət-kassa aparatları üzrə sahələrarası ekspert Komissiyası haqqında Əsasnamə. Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının satışı, istismarı, servis-texniki xidmət və təmiri qaydaları.

Aksiz markası ilə markalanmamış və ya saxta aksiz markası ilə markalanmış malların siyahıya alınması və məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markası ilə markalanmış malların satışının təşkili. Aksizli mallar istehsal edən vergi ödəyicilərinin müvafiq binalarında və ya anbarlarında nəzarət postlarının təşkili.

  1. Vergi nəzarətinin formaları hansılardır?
  2. Bankların vergi ödəyicilərinin uçotu ilə bağlı vəzifələri hansılardır?
  3. Vergi nəzarətinin üsulları hansılardır və onları izah edin.
  4. Kameral vergi yoxlaması necə həyata keçirilir?
  5. Növbəti səyyar vergi yoxlaması necə həyata keçirilir?
  6. Səyyar vergi yoxlaması necə həyata keçirilir və yoxlamanın nəticələri necə rəsmiləşdirilir?
  7. Vergi yoxlamalarının materiallarına baxıldıqdan sonra hansı qərarlar çıxarılır?

9. Xronometraj metodu ilə müşahidə necə aparılır?

10. Operativ vergi nəzarəti hansı sahələri əhatə edir?

11. Operativ vergi nəzarətinin nəticələri necə rəsmiləşdirilir?

12. Aksiz markalı mallara operativ vergi nəzarəti necə həyata keçirilir?

13. Nəzarət-kassa aparatları ekspertizadan necə keçirilir?

Ədəbiyyat (2,12, 17, 18,34,35,36,44,46,51,59,61)

Mövzu 7. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət – 2 saat

Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb olunmanı istisna edən hallar. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar. Vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə məsuliyyətə cəlb etmənin və maliyyə sanksiyalarının alınmasının müddəti.

Hesabatın vaxtında verilməməsinə görə maliyyə sanksiyaları. Vergilərin azaldılmasına görə maliyyə sanksiyaları. Ödənilmə vaxtı keçmiş və artıq ödənilmiş vergilər üzrə faizlər. Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına tətbiq olunan maliyyə sanksiyaları.

Vergi orqanlarının və onların vəzifəli şəxslərinin məsuliyyəti.

Vergi orqanlarının qərarlarından (aktlarından) və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət verilməsi.

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin vergitutma ilə bağlı müddəaları.

  1. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmənin qaydaları hansılardır?
  2. Əməliyyatların həyata keçirilməsində vergi qanunvericiliyinin pozuntusu aşkar edildikdə hansı maliyyə sanksiyaları tətbiq olunur?

4. Banklara və bank əməliyyatlarının ayrı-ayrı növlərini həyata keçirən digər kredit təşkilatlarına hansı maliyyə sanksiyaları tətbiq edilir?

  1. İnzibati Xətalar Məcəlləsinə əsasən vergi qanunvericiliyində hüquq pozuntularına görə nəzərdə tutulan cərimələr hansılardır?
  2. Cinayət Məcəlləsinə əsasən vergi qanunvericiliyində hüquq pozuntularına görə nəzərdə tutulan məsuliyyət tədbirləri hansılardır?

Mövzu 8. Vergilərin hesablanması və ödənilməsinin

ümumi əsasları – 2 saat

Vergitutma obyektinin müəyyən edilməsi. Vergitutma bazasının müəyyən edilməsi. Vergi dərəcəsinin seçilməsi. Vergi güzəştlərinin tətbiq edilməsi. Vergi məbləğinin hesablanması.

Verginin hesablanması zamanı vergi ödəyicilərinin təqdim etdikləri sənədlər.

Vergi ödəyiciləri və vergi orqanları tərəfindən vergilərin hesablanması.

Vergitutmanın formaları. Vergilərin mənbələri. Vergilərin ödənilməsi günləri. Vergilərin büdcəyə artıq keçirilməsi halları. Bəyannamənin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti.

Vergi öhdəlikləri. Vergi öhdəliklərinin yerinə yetirilməsi. Vergi öhdəliklərinin hesablanması və ödənilməsi qaydaları.

Vergilərin ödənilməsi. Vergilərin ödənilməsi haqqında bildiriş. Vergi öhdəliklərinin yerinə yetirilməsi müddəti və bu müddətlərin dəyişdirilməsi. Vergilərin ödənildiyi yer, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və vergilər üzrə borcların ödənilməsi.

Vergilər üzrə borcların alınması qaydası

Vergilərin vergi ödəyicilərinin əmlakı hesabına alınması qaydaları. Vergilərin ödənilməməsi və ödəmə mənbəyində tutulmamasına görə məsuliyyət, ümidsiz borcların silinməsi və sübut etmək vəzifəsi.
Nəzarət sualları:

1. Vergilərin hesablanması qaydası necədir?

2. Vergilərin hesablanması zamanı vergi ödəyicilərinin təqdim etdikləri sənədlər hansılardır?

3. Bəyannamələrin təqdim edilməsi və vergilərin ödənilməsi müddəti hansılardır?

4. Vergi öhdəliklərinin yerinə yetirilməsi qaydaları necədir?

5. Vergilər vergi ödəyicilərinin əmlakı hesabına necə alınır?

Ədəbiyyat (2,6,7,17,37,46,51,61)

Mövzu 9. Fiziki şəxslərin gəlir vergisi – 2 saat

Fiziki şəxslərin gəlir vergisinin iqtisadi mahiyyəti. Onun fiskal və tənzimləyici funksiyaları. Fiziki şəxslərin gəlir vergisinin formalaşması prosesi.

Rezident və qeyri-rezident vergi ödəyicilərinin gəlirləri və onların vergiyə cəlb edilməsi qaydaları.

Muzdlu işlə əlaqədar əldə edilən gəlirin məbləğinin əldə edilməsi. Muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlirin məbləğinin müəyyən edilməsi.

Vergitutma obyektinin müəyyən edilməsi. Aylıq gəlirin vergiyə cəlb edilməsi qaydaları. İllik gəlirin vergiyə cəlb edilməsi qaydaları.

Fiziki şəxslərin gəlir vergisindən azad olan hissəsi. Vergi güzəştləri.

  1. Fiziki şəxslərin gəlir vergisinin formalaşması prosesi necədir?
  2. Muzdlu işlə əlaqədar alınan gəlirlər hansılardır?
  3. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlirlər hansılardır?
  4. Aylıq gəlirdən vergi necə tutulur?
  5. İllik gəlirdən vergi necə tutulur?
  6. Gəlir vergisindən azadolmalar və güzəştlər hansılardır?

Vergitutma obyekti. Verginin dərəcələri.

Mənfəət vergisinin formalaşması prosesi.

Vergi uçotunun kassa və hesablama metodu ilə aparılması.

Mənfəət vergisindən azadolmalar və güzəştlər.

Gəlirin əldə edilməsi ilə bağlı xərclərin gəlirdən çıxılması. Gəlirdən çıxılmayan xərclər. Ümidsiz və şübhəli borcların gəlirdən çıxılması. Amortizasiya ayırmalarının və əsas vəsaitlərin gəlirdən çıxılan hissəsi. Təmirlə bağlı xərclərin gəlirdən çıxılması.

Ödəmə mənbəyindən verginin tutulması.

Qeyri-rezidentlərin gəlirlərinin ödəmə mənbəyində vergiyə cəlb edilməsi.

Gəlirin və xərcin uçotu qaydası.

Hüquqi şəxslərin ləğvi, yaradılması və yenidən təşkili. Hüquqi şəxs üzərində sahibliyin dəyişdirilməsi.

  1. Mənfəət vergisinin formalaşması prosesi necədir?
  2. Vergi uçotunun kassa və hesablama metodu ilə aparılmasının mahiyyəti nədən ibarətdir?
  3. Mənfəət vergisindən azadolmalar və güzəştlər hansılardır?
  4. Ödəmə mənbəyindən vergilərin tutulması qaydası necədir?

6. Amortizasiya ayırmalara hansı norma çərçivəsində gəlirdən çıxılır?

7. Ödəmə mənbəyindən vergilər hansı dərəcələrlə tutulur?

8. Qeyri-rezidentlərin gəlirləri vergiyə necə cəlb edilir?

9. Gəlirinin və xərclərin uçotu necə aparılır?

10. Cari vergi ödmələri necə həyata keçirilir?

Ədəbiyyat (2,15,20,28,45,46,51,61)

Movzu 11. Əlavə dəyər vergisi və onun tətbiqi xüsusiyyətləri – 2 saat
ƏDV anlayışı. ƏDV-nin ödəyiciləri. ƏDV-nin formalaşması prosesi.

Vergi ödəyicisinin ƏDV-nin məqsədləri üçün qeydiyyatın qüvvəyə mindiyi tarix. Qeydiyyatın ləğv edilməsi.

Vergitutma obyekti. Vergi tutulan əməliyyatın dəyəri. Vergi tutulan idxalın dəyəri. Vergi tutulan dövriyyənin qiymətləndirilməsi. Vergi ödəməkdən azad edilmə. Verginin sıfır (0) dərəcəsi ilə tutulması. Vergi tutulan əməliyyatların aparıldığı vaxt.

Malların təqdim edildiyi yer. İşlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer. Qeyri-rezidentin vergiyə cəlb edilməsi.

ƏDV-nin dərəcəsi. Vergi hesab-fakturaları.

Vergi tutulan dövriyyədən büdcəyə ödənilən və əvəzləşdirilən ƏDV, əvəzləşdirilən vergi məbləğinin hesablanmış vergi məbləğindən artıq olduqda büdcə ilə münasibətlər.

Vergi ödəyicisinə verilmiş vergi – hesab fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları.
Nəzarət sualları:

1. ƏDV-nin formalaşması prosesi necədir?

2. ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında ərizənin verilməsi qaydası necədir?

3. Vergi tutulan dövriyyənin qiymətləndirilməsi qaydası necədir?

4. ƏDV tutulmayan əməliyyatlar hansılardır?

5. Vergi hesab-fakturasının təqdim edilməsi qaydası necədir?

6. ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkti, ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi necə həyata keçirilir?

Ədəbiyyat (2,3,,26,28,45,46,51,61)
Mövzu 12. Aksizlər – 2 saat
Aksiz vergisinin iqtisadi mahiyyəti. Aksizlərin formalaşması prosesi.

Vergi ödəyiciləri. Vergitutma obyektləri. Aksizli malların satış qiymətinin müəyyən edilməsi. Vergi tutulan əməliyyatın vaxtı. Aksizli malların siyahısı və vergi dərəcələri.

Aksizdən azad olunan mallar. Azərbaycan Respublikası ərazisindən tranzitlə daşınan mallar.

Aksizli mallar üzərində vergi nəzarəti. Vergi haqq-hesabı.

Nəzarət sualları:

1. Aksizlərin formalaşması prosesi necədir?

2. Aksizli malların satış qiymətinin müəyyən edilməsi qaydası necədir?

3. Hansı mallar hansı dərəcələrlə aksiz vergisinə cəlb olunurlar?

4. Hansı əməliyyatlar aksizlərdən azaddırlar?

5. Aksizli malların markalanması qaydası necədir?

Ədəbiyyat (2,3,21,23,25,28,35,38,45,46,51,61)

Mövzu 13. Əmlak vergisi. Yol vergisi. – 2 saat

Əmlak vergisinin iqtisadi mahiyyəti. Əmlak vergisinin ödəyiciləri. Vergitutma obyektləri. Hüquqi şəxsin əmlak vergisinin formalaşması prosesi. Fiziki şəxsin əmlak vergisinin formalaşması prosesi.

Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası. Müəssisənin əmlak vergisinin hesablanması və ödənilməsi. Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası.

Yol vergisinin tətbiq edilməsinin məqsədi.

Vergi ödəyiciləri. Vergitutma obyekti.

Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq vergi dərəcəsi. Ağır çəkili yük avtomobilləri, qoşqulu və yarımqoşqulu avtonəqliyyat vasitələri ilə yüklərin daşınmasına görə vergi dərəcəsi. Təhlükəli yüklərin daşınmasına görə artırılan vergi məbləği. Azərbaycan Respublikası ərazisində qalma müddətinə görə avtomobil vasitələrinin vergi məbləğinin artırılması.

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan şəxslərin (fiziki və hüquqi) illik yol vergisinin həcminin müəyyən edilməsi.

  1. Fiziki şəxslər əmlak vergisinə necə və hansı dərəcələrlə cəlb olunurlar?
  2. Hüquqi şəxslər əmlak vergisinə necə və hansı dərəcələrlə cəlb olunurlar?
  3. Əmlak vergisi üzrə güzəştlər və azadolmalar hansılardır?
  4. Fiziki şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası necədir?
  5. Hüquqi şəxslərdən əmlak vergisinin hesablanması və ödənilməsi qaydası necədir?

7. Nəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisi hansı dərəcə ilə vergiyə cəlb olunurlar?

8. Yol vergisinin tutulması qaydası necədir?

Ədəbiyyat (2,3,22,28,29,45,46,51,61)
Mövzu 14. Torpaq vergisi. Mədən vergisi. – 2 saat
Torpaq vergisinin ödəyiciləri. Vergitutma obyekti. Vergiyə cəlb edilən torpaq sahələri.

Vergi dərəcələri. Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar üçün vergi dərəcələri. Yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və kənd təsərrüfatı üçün istifadə edilən torpaqlar, vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üçün vergi dərəcələri.

Vergi güzəştləri və vergidən azadolmalar.

Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları.

Mədən vergisinin iqtisadi mahiyyəti. Mədən vergisinin ödəyiciləri. Vergitutma obyekti. Vergitutma bazası.

Mədən vergisinə cəlb olunan filiz faydalı qazıntıları və onların dərəcələri. Mədən vergisinə cəlb olunan qeyri-filiz faydalı qazıntıları və onların dərəcələri.

  1. Vergiyə cəlb edilən torpaq sahələri hansılardır?
  2. Torpaq vergisinin dərəcəsi necə müəyyən olunur?
  3. Hansı torpaqlar vergidən azaddırlar?
  4. Torpaq vergisinin hesablanması və ödənilməsi qaydası necədir?
  5. Mədən vergisinin ödəyiciləri kimlərdir?
  6. Mədən vergisinə hansı faydalı qazıntılar hansı dərəcələrlə cəlb olunurlar?
  7. Mədən vergisinin hesablanması və ödənilməsi qaydası necədir?

Vergitutma obyekti. Sadələşdirilmiş vergi ödəyən müəssisələrin digər vergilərdən azad olunması.

  1. Sadələşdirilmiş verginin ödəyiciləri kimlərdir?
  2. Sadələşdirilmiş verginin ödəyicisi olan müəssisənin ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməsi qaydası necədir?
  3. Sadələşdirilmiş verginin hesablanması və ödənilməsi qaydası necədir?

MÖVZULAR ÜZRƏ SAAT BÖLGÜSÜ

Mövzuların adı

Seminar

  1. Azərbaycan Respublikasının Konstitusiyası
  2. Azərbaycan Respublikasının Vergi Məcəlləsi
  3. Azərbaycan Respublikasının Gömrük Məcəlləsi
  4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi
  5. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
  6. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
  7. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
  8. Azərbaycan Respublikasının Əmək Məcəlləsi
  9. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi (5, 49 və 50-ci maddələr)
  10. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu
  11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu, 29 dekabr 2012-ci il
  12. “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 509-IVQD nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı
  13. «Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında» Azərbaycan Respublikasının Qanunu
  14. Vətəndaşların, müəssisə və təşkilatların şikayət ərizələrinə baxılması qaydaları haqqında» Azərbaycan Respublikasının Qanunu
  15. Avropa İttifaqı və Azərbaycan arasındakı qonşuluq siyasəti çərçivəsində qəbul olunmuş fəaliyyət Planı
  16. Avropa Şurasının 1999/49, 2005/92/EC nömrəli Direktivi
  17. «Vergi ödəyicisinin əldə etdiyi mənfəəti birbaşa müəyyən etmək mümkün olmadığı hallarda mənfəətin hesablanması Qaydaları» barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 №-li 01.03.2001-ci il tarixli Qərarı (Dəyişikliklərlə)
  18. Azərbaycan Respublikasının Nazirlər Kabineti. Hasil edilmiş neftin və qazın texnoloji proseslə əlaqədar quyuya geri vurulma normativlərinin təsdiq edilməsi haqqında Qərar № 11. Bakı 12 yanvar 2001-ci il. Nasil edilmiş neftin və qazın texnoloji proseslə əlaqədar quyuya geri vurulma normativləri
  19. «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli 48 №-li Qərarı (12.06. 2003-cü il tarixli 81 №-li Qərarla dəyişikliklərlə)
  20. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2003-cü il tarixli 82 nömrəli Qərarı
  21. Azərbaycan Respublikasının Nazirlər Kabineti. «Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları»nın təsdiq edilməsi haqqında Qərar № 9. Bakı, 18 yanvar 2003-cü il
  22. «Əmək haqqından tutulan vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 saylı Qərarı
  23. «Aksiz tutulan mallara, o cümlədən idxal mallarına aksiz markalarının tətbiqi qaydalarının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 yanvar 2001-ci il tarixli 10 №-li Qərarı
  24. «Binalar üzrə əmlak vergisinin tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.02.2001-ci il tarixli 46 №-li Qərarı
  25. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin «Vergi hesab-fakturalarının tətbiqi qaydaları» haqqında I-194 №-li 29 dekabr 2000-ci il tarixli Əmri
  26. Azərbaycan Respublikasının Nazirlər Kabineti. «İqtisadi fəaliyyət növləri üzrə kiçik sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarının hədlərinin təsdiq edilməsi haqqında Qərar № 57. Bakı 20 aprel 2004-cü il
  27. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2006-cı il tarixli 54 №-li Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası ərazisində Pos-terminalların istismar və istifadə edilməsi Qaydaları”na əsasən, Nazirlər Kabinetinin 3 fevral 2006-cı il tarixli 33 №-li Qərarı
  28. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin «Vergi hesab-fakturalarının tətbiqi qaydaları» haqqında I-194 №-li 29 dekabr 2000-ci il tarixli Əmri
  29. Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş
  30. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 30 dekabr 2005-ci il tarixli F-363 saylı Əmri
  31. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Ə-8 saylı 17 yanvar 2006-cı il tarixli Əmri. 30 dekabr 2005-ci il tarixli F-363 nömrəli Əmrə qismən dəyişiklik edilməsi haqqında
  32. Azərbaycan Respublikası vergilər nazirinin 30 dekabr 2005-ci il tarixli F-364 saylı Əmri
  33. Azərbaycan Respublikası vergilər nazirinin 29 aprel 2005-ci il tarixli F- 128 saylı Əmri
  34. Azərbaycan Respublikası vergilər nazirinin 19 aprel 2004-ci il tarixli F- 89 saylı Əmri
  35. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 27 fevral 2004-jü il tarixli F-39 saylı Əmri
  36. Azərbaycan Respublikası vergilər nazirinin 29 aprel 2004-cü il tarixli F-100 saylı Əmri
  37. Azərbaycan Respublikası vergilər nazirinin 28 avqust 2003-cü il tarixli «A-163» saylı Əmri
  38. Azərbaycan Respublikası vergilər nazirinin 24 yanvar 2003-cü il tarixli A-17 saylı Əmri
  39. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 28.08.2003-cü il tarixli A-163 saylı Əmri ilə təsdiq olunmuş Metodiki göstərişlər
  40. Azərbaycan Respublikası Vergilər Nazirliyinin 24.01.2007-ci il tarixli 0717040100046700 saylı Əmri
  41. Vergi orqanlarında kommersiya qurumlarının dövlət qeydiyyatının aparılmasına dair Metodiki Göstəriş. Azərbaycan Respublikası vergilər nazirinin 29 mart 2008-ci il tarixli 0817040100256800 nömrəli Əmri ilə təsdiq edilmişdir
  42. Vergi orqanlarında vergi ödəyicilərinin uçotunun aparılmasına dair Metodiki Göstəriş. Azərbaycan Respublikası Vergilər Nazirinin 12 yanvar 2008-ci il tarixli 0817040100022500 №-li əmri ilə təsdiq edilmişdir
  43. Azərbaycan Respublikasında vergi sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər plani (2008 – 2012-ci illər)
  44. Azərbaycanın vergi xəbərləri . Jurnal
  45. «Vergilər» qəzeti
  46. Bağırov D.A. Vergi nəzarəti. Bakı, 2006
  47. Bədəlov Ş.Ş., Məhərrəmov R.B., Qurbanov F.Ə. Büdcə sistemi. Bakı, 2003
  48. Kəlbiyev Y.A. Vergilər və Vergitutma: Sxem və cədvəllərdə. Bakı 2004
  49. Kəlbiyev Y.A. Fiskal siyasət və milli iqtisadiyyatın tənzimlənməsi problemləri. Monoqrafiya. Bakı. Elm. 2005
  50. Musayev A.F., Rzayev Z.H., Süleymanov Q.S. Vergi sistemi. Dərs vəsaiti. Bakı, 1998
  51. Musayev A.F., Kəlbiyev Y.A., Hüseynov A.A.. Azərbaycan Respublikasının vergi xidməti: islahatlar və nəticələr. Bakı, 2002
  52. Məmmədov F.Ə., Musayev A.F., Sadıqov M.M., Rzayev Z.H., Kəlbiyev Y.A. Vergitutmanın nəzəri və metodoloji əsasları. Bakı, 2001
  53. Məmmədov F.A., Musayev A.F., Sadıqov M.M., Kəlbiyev Y.A., Rzayev Z.H. «Vergilər və vergitutma» Bakı, 2010
  54. Məmmədov S.M. Maliyyə. Dərslik. Bakı, 1997
  55. Məmmədov S.M. Vergi və vergi sistemi. Bakı, 1998
  56. Məhərrəmov R.B. «Tarixi keçmişimizin vergi və mükəlləfiyyət sistemindən». Bilgi dərgisi. Sosial bilgilər seriyası, № 4, Bakı, 2000
  57. Nəbiyev N. İqtisadiyyat, cəmiyyət və ətraf mühit. Bakı, 2000
  58. Həsənli M.X. Vergilər. Bakı, 1998
  59. Rzayev Z.H.. Vergi menecmenti. Dərslik. Bakı, 2007
  60. Vəliyev D.Ə., Balakişiyeva Y.N., Rəfibəyli İ.R., İmanov E.E., Qarabalov E.M. Vergi hüququ. Dərslik. Bakı, 2003
  61. Бaгиров Д.А. Налоговая проверка Баку, 1997
  62. Гасанлы М.Х. Налоговая система. Учебное пособие. Санкт-Петербург, 1997
  63. Мусаев А.Ф., Садыгов М.М., Магеррамов Р.Б., Салаев Р.А. Налоги и налогообложение в Азербайджане. Баку, 2005
  64. Садыгов М.М., Зейналов В.З., Садыгова Г.М. Рыночная экономика: финансы и налоги. Баку, 2001
  65. Дернберг Р.Л. Международное налогобложение. Москва, 1997
  66. Кугаенко А.А., Белянин М.П. Теория налогообложения. Москва, 1999
  67. Миляков Н.В. Налоги и налогообложение. Москва, 1999
  68. Налоги и налогообложение. Учебник. Под ред. Г.И.Русаковой. Москва, 1998
  69. Пансков В.Г. Налоги и налогообложение в Российской Федерации. Учебник. Москва, 2005
  70. Черник Д.Г. Налоги в рыночной экономике. Москва, 1997
  71. Ютнина Т.Ф. Налоги и налогообложение. Учебник. Москва, 1999
  72. Сутырин С.Ф., Погорлецкий А.И. Налоги и налоговое планирование в мировой экономике. Москва, 1998
  73. Экономика налоговой политики. Под ред. М.П.Девере. Москва, Филинъ, 2002

QEYDLƏR
________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________________

Dostları ilə paylaş:

Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2023
rəhbərliyinə müraciət

Devalvasiyanın iqtisadi mahiyyəti və əhəmiyyəti- Azərbaycan nümunəsində.(Məqalə)

The article explains devaluation as policy weapon and represent different conditions which occur during long and short term. Also try to show all possible obstacles and key points to challenge with different situations. Additionally text explains package of measures designed by Azerbaijanian government to increase competitiveness and performance of economy.

Dünya iqtisadiyyatında baş verən dəyişikliklər- neft birjalarında qara qızılın kəskin enişi, güclü iqtisadiyyata sahib ölkələrin monetar siyasəti Azərbaycanda da iqtisadi siferada müəyyən işlər görməyi labüd etdi. ABŞda dolların uçot dərəcəsinin aşağı salınması və Çində yuanın devalvasiyası fonunda neft gəlirlərimizdəki kəskin enişin xarici valyuta ehtiyatlarının tükənməsinə səbəb olması Hökumətin manatı iki dəfə devalvasiya edərək onun dəyərini xarici valyutalara nisbətdə aşağı salmağa vadar etdi. Bunun nəticəsində dollara nisbətdə manat öz dəyərini ikinci devalvasiya sonrası 49% faiz itirdi. 1 dollar 1.04 manatikən devalvasiya sonrası 1.55 manat dəyərincə bahalaşdı.

Qrafik-1. Azərbaycan manatının 21.12.2015 tarixindəki devalvasiyadan əvvəl və sonra dollara nisbətdə məzənnəsi.( Qeyd: statistik məlumatlar Azərbaycan Mərkəzi Bankın rəsmi internet saytından götürülərək müəllif tərəfindən hazırlanmışdır)

Devalvasiya proses olaraq sabit(fiksə edilmiş) məzənnə sisteminə xasdır, ani və gizli şəkildə hökumətlər tərəfindən həyata keçirilir. Hərfi mənada “enmə“,“ düşmə“ kimi tərcümə olunsa da iqtisadi ədəbiyyatlarda yerli pulun dəyər itirməsi və ya xarici pulun məzənnəsinin yüksəlməsi kimi izah edilir. [1] Devalvasiyadan sonra ölkəmizdə üzən məzənnə sisteminə keçid oldu və beləcə mannatın kursunu bazarda olan tələb-təklif münasibətləri formalaşdırmağa başladı. Üzən məzənnə sisteminə valyuta məzənnəsində kiçik həcmli dalğalanma xasdır, yəni praktiki olaraq devalvasiya mümkün deyil. Qrafik-2 dən göründüyü kimi devalvasiya sonrası manat və dollar arasındakı məzzənə fərqi 0.10 azn civarında kiçik dalğalanma göstərməkdədir.

Qrafik-2. Azərbaycan manatının 21.12.2015 tarixindəki devalvasiyadan sonra dollara nisbətdə dalğalanan məzənnəsi.( Qeyd: statistik məlumatlar Azərbaycan Mərkəzi Bankın rəsmi internet saytından götürələk müəllif tərəfindən hazırlanmışdır)

Dünya praktikasında yalnız ölkələrin 30 % i üzən məzənnə sistemindən istifadə edir və onların təqribən yarısı isə minumal müdaxilələrlə məzənnələrə təsir edirlər. [5]
Devalvasiya bir iqtisadi-siyasi fəaliyyət olaraq ölkənin sahib olduğu xarici valyuta ehtiyatlarının sərfiyyatının azaldılması, ticarətdə idxalın azaldılması, ixracin canlandırılması, xarici investorların ölkəyə təşviqi, yerli məhsulların istehsalı və sahibkarlığın dəstəklənməsi, rəqabət qabiliyyətli məhsul istehsalının təmin edilməsini ehtiva edir. Məhz bütün bunları piroritet seçərək hökumətlər devalvasiyaya getsələr də onlar ilkin mərhələlərdə bir sıra problemlərlə qarşılaşırlar. “Economics“( Jack Atkinson and Alain Andersan “Economics”. Pearson Education Limited-2012. 435s.) kitabında devalvasiyadan sonra iki əsas problemin-J effekti və inflyasiya baş verdiyi qeyd edilir. Belə ki, devalvasiya sonrası ölkə iqtisadiyyatında kanyuktura sarsılır və şok effekti yaranır. Yerli pulun dəyər itirməsi xarici bazarla ticari əqdlərdə daha çox valyuta sərfinə səbəb olur. Amma müəyyən zaman keçəndən sonra idxal azalmağa və ixracın əməliyyatlatı isə əhəmiyyətli miqdarda artım baş verir və iqtisadi durğunluq canlanma ilə əvəz olunur. Bütün bu prosesin ölkənin sahib olduğu valyuta ehtiyyatları fonunda yaratdığı situasiya J əyrisi effekti adlanır. [2]
Bu effektin əmələ gəlməsində bir sıra təsirlər-devalvasiya sonrası idxal və ixrac əməliyyatlarının daha öncə bağlanmış müqavilələrə əsasən aparılması, istehlakçıların dəyişmiş yeni qiymətlərə alışmasının və istehlak vərdişlərinin dəyişməsinin müəyyən vaxt tələb etməsi, devalvasiya sonrası iqtisadi əlaqələrin yeni situasiyalarda bərpasının müəyyən vaxt aparması, bəzi bazar iştirakçılarının gözləmə mövqeyi tutması xüsusi rol oynayır.

Şəkil-1. Devalivasiya sonrası ölkə valyutasında baş verən ümumi dəyişiklik. Ilkin olaraq çökmə(A nöqtəsindən) daha sonra isə canlanma müşahidə edilir.

Devalvasiya sonrası təbii olaraq dəyişmiş valyuta məzənnələrindən asılı olaraq əmtəəəə və xidmətlərin dəyərlərində qiymət artımı müşahidə olunur. Bu artımın bir dəfə və devalvasiya edilən həcmindən çox olmayaraq baş verməsi qəbul ediləndir, amma bu qiymət artımları spiralvari formada davam edərsə artıq bu inflyasiya yaradacaq. Məhz devalvasiya sorası qiymətlərin tənzimlənməsi hökumətlərin qarşısında duran əsas məsələlərdəndir. [2]
Hökumətlər devalvasiya edərkən ticarət balansında idxalın daralması siyasəti ilə daha az valyuta sərf etməklə yanaşı, ixracı canlandıraraq daha çox xarici valyutanın ölkəyə gətirilməsinə çalışırlar. Amma bütün bunlar bir çox inkişafda olan ölkələrdə, o cümlədən, Azərbaycanda da olduğu kimi bir sıra səbəblərə- beynəlxalq iqtisadi sistemdə istehsalın zəifliyi, yəni təmərküzləşmənin olmaması, ishehsalın az olması və ya dar istehsal sahələrinin olması, idarəetmə və texnologiyalarda olan geriliyə görə lazımi effekti vermir.

Devalvasiya sonrası sağlam iqtisadi mühitin yaradılması üçün nələr edilməlidir?

Devalvasiya sonrası iqtisadi proses və situasiyalar hesablanması, müsbət tendensiyalı olması üçün bir sıra kompleks tədbirlər həyata keçirilməlidir. Məhz bütün bunların məntiqi davamı olaraq ölkələr devalvasiya sonrası qiymətlərin sabit qalması üçün inzibati və iqtisadi metodlardan istifadə etməlidirlər. Bu sahədə Azərbaycanda ilk aylarda ciddi işlər aparıldı, xüsusilə böyük firmaların süni qiymət artımı siyasəti sərt intizam-cəza tədbirləri ilə İqtisadiyyat Nazirliyi tərəfindən alındı. Amma bu işin davamı istənilən həcmdə gəlmədi və hətta yerli istehsal məhsulları təkrarlanan qiymət artımlarına məruz qaldı.
Devalvasiya sonrası ixracın artan tredli olması üçün ölkələr mütləq mənada ehtiyat əmtəəəələrə sahib olmalıdırlar. Əgər ölkədə tam məşğulluqdursa, yəni iqtisadiyyat tam həcmdə fəaliyyət göstərirsə bu halda ya xammal mənbələrinin əlyetərliliyi yaxşı səviyyədə olmalı və qısa müddətdə dövriyəsi reallaşmalı, ya da ki, “nontrade“ məhsullar-binalar və s ixrac edilməlidirlər(icra, satış və.s).
Həmçinin hökumətlər dövriyədə olan pulun həcmini də artımalıdırlar, çünki idxal edilən məhsulların artan qiymətlər(məzənnə fərqindən yarana) insanların daha çox pul sərf etməyə vadar etdiyindən yerli əmtəəəllərin istehlakı üçün əlavə vəsaitə ehtiyac duyulacaqdır. Buna görə dövrüyyəyə əlavə vəsaitin cəlb edilməsində əsas diqqət ediləcək nüans pul aqreqatlaının həcmidir. Bu həcm devalvasiya sonrası yaranan əlavə pul tələbindən çox olmamalıdır.
Sabit bazarlar və istehlakçi vərdişləri də diqqət ediləcək nöqtələrdəndir belə ki, əgər istehlakçılar təklif edilən əmtəənin keyfiyyətsiz olduğu inamına sahibdirlərsə qiymətlərin aşağı olması heç də həmin əmtəəənin tez və çox miqdarda reallaşacağı demək deyil. Məhz buna görə ölkələr bu kimi hallarda uğurlu reklam siyasəti də işləyib hazırlamalıdırlar.
Pulun devalvasiya edildiyi faiz də gələcək inkişaf üçün çox əhəmiyyətlidir. Əgər pulun devalvasiya edilmiş faizi ölkə xarici və ölkə daxili inflyasiya faizlərinin fərqinə bərabərdisə, onda real və nominal kurslar bərabərləşdiyi üçün uzunmüddətli inkişafa imkan yaranmır. Məhz buna görə də devalvasiya bu fərqdən kəskin fərqlənən böyük həcmdə olmalıdır ki uzun müddətli iqtisadi inkişafa nail oluna bilinsin. [3]
Devalvasiya zamanı Ölkəmizdə mövcud vəziyyət və görülən işlər.
Azərbaycanda devalvasiyadan sonra iqtisadi konyukturada kəskin dəyişikliklər baş verdi. Əsas yeyinti məhsullarının və gündəlik tələbat mallarının idxala əsaslanması qısa müddətli olsa da ölkədə qıtlığa səbəb oldu. İlkin olaraq əhalidə təşviş yarandı və qiymət artımının gözlənilməsinə adekvat reaksiya olaraq kütləvi alışlar baş verdi. Bu da ani olaraq ölkədaxili tələbi kəskin artıraraq ehtiyatda olan ərzaq məhsullarının qısa zamanda qeyri-bərabər istehlakına səbəb oldu. Devalvasiyanın məntiqi davamı olaraq qiymət artımı baş verdi. Ölkənin xarici bazardan asılı olduğu sektorlar və əmtəəəələr qısa müddətdə bahalaşaraq qıtlaşmağa başladı. Kütləvi informasiya vaistələrində savadsız və səhv olan informasiyaların yayılması və işbazların bu sahədə dırnaqarası uğurlu ticarəti Azərbaycan hökumətini açıq iqtisadi fəaliyyətə- inzibati və iqtisadi müdaxilələrlə atılmağa vadar elədi. [4]
Devalvasiya zamanı baş verən hadisələrin axarını nəzarətdə saxlamaq və devalvasiya siyasətinin uğurlu olması üçün bir sıra işlər görülməyə başladı. Belə ki, ölkədə fəaliyyət göstərən valyuta dəyişmə məntəqələrinin fəaliyyəti sonlandırıldı. Bu səlahiyyətin ancaq banklara verilməsi qara bazar ticarətinin qarşısının alınmasına, süpekilatif addımların önlənməsini nəzərdə tuturdu.
Qeyd etdiyimiz kimi bir çox gündəlik tələbat mallarının idxala əsaslanması və xüsusən bəzi növ əmtəəəələrin istehsalında idxala əsaslanan xammalın istifadə edilməsi ölkədə ciddi problemlər yaratmağa başladı. Xüsusən çörək və un məhsulunun xammalının 80% nin idxala əsalanması kəskin və ani qiymət artımına səbəb oldu. Qiymətlərin bəzi məhsullarda və sahələrdə sabit qalması üçün adekvad addımlar atılmağa başladı və bu işin məntiqi davamı olaraq 15 yanvar 2016 cı ildə un və buğda idxalı ƏDV dən azad edildi.
Devalvasiya sonrası qiymət fərqilə yerli məhsulların dünya bazarında rəqabəti artıracaq üstünlük qazanması ölkəmiz üçün piroritet olan istehsal sahələrinin genişləndirilməsi zərürəti yaratdığından aqrar sahənin fəaliyyətinin canlandırılması üçün “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam (11 aprel 2016-cı il) imzaladı.
Qeyri-neft ixrac potensialının artırılması, idxalın əvəzlənməsi, o cümlədən yerli sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, mövcud iqtisadi potensialdan, əlverişli investisiya mühitindən daha səmərəli istifadəni, bu sahədə təşviqat və ictimai iştirakçılıq sistemlərinin tətbiqi məqsədi ilə “İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi” publik hüquqi şəxsi yaradıldı. Həmçinin, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətlərinin hazırlanması və müvafiq icraatlara başlanılması, investisiyanın həyata keçirildiyi iqtisadi fəaliyyət sahələri, investisiya layihəsinin həcmi ilə bağlı minimal məbləğ və investisiya layihəsinin həyata keçiriləcəyi inzibati ərazi vahidlərinin formalaşdırılması bu işin uğurla icrası üçün atılan addımlardandır.
Devalvasiya sonrası iqtisadi siferada yaranan pul tələbinə adekvat olaraq əhalinin müxtəlif təbəqələrinin maaşlarında artım həyata keçirərək hökumət dövrüyəyə əlavə pul kütləsi daxil etdi.
Ölkəmizdə yaranan səmərəli investisiya mühitə dəstək olaraq Azərbaycan Respublikası Prezidenti “investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər“ haqqında Fərmanı imzaladı. (18 yanvar 2016-cı il) [6]

Devalvasiya sonrası yaranmış iqtisadi situasiyalardan effektiv şəkildə faydalanmaq üçün nələr etmək olar?

Devalvasiya pulun dəyər itirməsi olsa da, obrazlı desək iqtisadiyyata bir çox faydalar qazandıra bilər. Devalvasiya sonrası sağlam və rəqabət qabiliyyətli iqtisadi sistem qurmaq devalvasiya zamanı ölkə iqtisadiyyatının ümumi halından, istehsal gücü və sferalarından, ölkənin xammal təminatı, satış bazarlarına yaxınlığı və inzibati-admistrativ quruluşu, hüquqi-qanunverici bazanın effektivliyindən asılı olmaqdadır. Devalvasiya sonrası proseslərin müsbət məcrada davam etməsi üçün bir sıra əlavə tədbirlərin görülməsi fikirimizcə daha da effektiv olacaqdır. Birinci olaraq devalvasiya sonrası ucuzlaşan xidmət sahəsinin təmsilində turizmə diqqətin artırılması lazımdır. Məhz bu ilin(2016) mart ayında 3min turistin 1 həftə ərzində İrandan Azərbaycana gəlməsi devalvasiyanin uğurunun göstəricisi saymaq olar və Azərbaycanın qonşu ölkələr, xüsusən, İran və orta Asiya üçün kifayət qədər cazibədar turistik ölkə olduğunu unutmamaq lazımdır. Sadəcə, bu işin dəstəyi üçün- viza rejimi sadələşməli, təbliğat kompaniyaları aparılmalı və bu sahədə dövlət dəstəyinin artırılmalıdır. Bütün bunlar ölkəmizə daha çox turis cəlb etməkdən, Azərbaycana xarici valyuta gətirməkdən əlavə xidmət siferasını canlandıra bilər. İkinci olaraq onu əlavə edim ki, devalvasiya sonrası durğunluq bir çox sahibkar və investorları( xüsusən riskdən qaçan ) gözləməyə, yada daha risksiz sektorlara yönəlməyə vadar edə bilər. Buna görə də bəzi müəssisə və firmaların( xüsusən istehsal və kənd təsərrüfatında) dövlət xətti ilə yaradılmasını, daha sonra (1-2 il və ya daha uzun müddətə) dövlətsizləşdirmə və ya özəlləşdirmə ilə investor və sahibkarlara ötürülməsini məqsədə uyğun sayıram. Nəzərə alsaq ki, kənd təsərüffatının riskli olması və bəzi həsas nöqtələrin(məsələn suvarma sistemlərinin, bazarların tapılması və avadanlıqlarının bahalı olması) sahibkarlara maniələr yaratması, sahibkarlar üçün fəaliyyətdə olan və qazanc gətirən , qurulmuş bir firmaya sahib olmağın 0 dan başlayaraq yenidən qurulmaqda olan bir müəssədən daha cazibədar olması və bürokratik əngəllərin, bir çox rəsmi pürosedurların, süründürməçilik hallarının olması dövlət xətti ilə müəssisələrin qurulmasını daha da vacib edir. Bütün bunlarla paralel xarici investorların ölkəyə gətirilməsi üçün xüsusi proqramlar işlənib hazırlanmalıdır. Bu sahədə xüsusən xarici investorların sığortalanması və onlara dövlət güvəncəsinin verilməsi çox əhəmiyyətli nüanslardır. Xarici valyutanın dəyər qazanması, ölkədə istehsal ediləcək məhsulun qiymət rəqabətində öz mövcudluğunu saxlaya bilməsi xarici investorlar üçün ölkəni daha cazibədar hala gətirir. İnvestorların cəlb edilməsi üçün bir sıra situmullaşdırıcı tədbirlər( mənffətin 50 faizindən vergi tutulması) edilsə də, lazimi hüquqi və iqtisadi bazanın formalaşdırılması daha həsas önəmə sahibdir. [7]
Hazırki situasiyada iqtisadi sferanın canlandırılması, yerli istehsalın təşviqi, ölkənin ərzaq təhlükəsizliyinin təmini, xarici investorlar başda olmaqla regionlarda innovativ istiqamətli investisiya layihələrinin təşkili Azərbayran üçün ən mühüm vəzifələrdən hesab edilir.

Ədəbiyyat siyahısı:

Comments are closed, but trackbacks and pingbacks are open.