Press "Enter" to skip to content

Stiven Hokinq – “Zamanın Qısa Tarixi” əsəri ilə tanışlıq və qısa məzmunu

Kainat daima var olmuş olsun, ya da olmasın, zamanın qavramının yaranmasından bü günə qədər kainat mövcuddur. Kainatın başlanğıcından əvvəl zaman qavramının heç bir mənası yoxdur. Bunu ilk dəfə Aziz Augustinus vurğulamışdır. Ona sual olunur: “Tanrı kainatı yaratmazdan əvvəlnə edirdi?” Augustinus bu suala “Bu tip suallar verən insanlar üçün cəhənnəmi yaradırdı” cavabını deyil, onun yerinə “Zamanın tanrının yartdığı kainatın bir mülkü olduğunu və kainatın başlanğıcından əvvəl zamanın da var olmadığını” cavabını verər. Bu sualın həqiqi cavabını bir çoxları metafizika və din ilə əlaqələndirməyə çalışır.

Stephen William Hawking “Zamanın Qısa Tarixi” PDF

Hokinqin elmi çalışmalarının başlıca mövzusu dünyanın yaranışı, bu yaranışa səbəb olması güman edilən Böyük Partlayış və həmçinin, qara dəliklər adlanan fiziki hadisələrlə bağlıdır. Bununla yanaşı, Hokinqin elmi fəaliyyəti ümumi nisbilik nəzəriyyəsi ilə kvant mexanikasını bir araya gətirməklə, Kainat üçün vahid bir elmi nəzəriyyə yaratmaq istiqamətinə yönəlib.
Kitabın maraqlı cəhətlərindən biri – burada Eynşteynin məşhur E=mc2 tənliyindən başqa heç bir formuldan istifadə olunmayıb. Stiven Hokinqin özünün də qeyd etdiyi kimi o, bu kitabında mürəkkəb riyazi-fiziki hesablamalardan istifadə etməməklə, geniş oxucu çevrəsinin anlaya biləcəyi bir dildə, müasir elmin dünyanı dərk etmək yolunda keçdiyi mürəkkəb yolu və gəldiyi son nəticələri incələməyə çalışıb.

Telegram kanalı : elektron_kitab

Mir.az-a Dəstək üçün ianə edin!

Saytımızın aktiv qala bilməsi üçün Patreon hesabı açdıq və dəstəyinizi gözləyirik. Bir neçə dollar olsa belə, töhfəniz bizim üçün çox şey deməkdir. Niyə dəstəyə ehtiyacımız var?

Stephen William Hawking “Zamanın Qısa Tarixi” PDF
Kitabı yalnız qeydiyyatdan keçmiş istifadəçilər yükləyə bilər.

Azərbaycanca.pdf
English.pdf

Saytımızdakı kitablar tanıtım məqsədi ilə oxuculara təqdim olunur. Bu kitablar müxtəlif mövzularda və müxtəlif müəlliflər tərəfindən yazılmış əsərlərdir.
Unudulmamalıdır ki, müəlliflərin və nəşriyyatların zəhməti ilə üzə çıxan bu əsərlər bir çox çətin proseslərdən keçərək kitab halına gəliblər. Buna görə də müəlliflərə və nəşriyyatlara dəstək olmaq üçün kitabları almağı tövsiyə edirik.

Stiven Hokinq – “Zamanın Qısa Tarixi” əsəri ilə tanışlıq və qısa məzmunu

İngilis fiziki və kosmoloqu Stiven Uilyam Hokinq,çətin həyat sürməsinə baxmayaraq, ”Haradn gəldik?” “Kainat hansı formadadır?” kimi suallardan yola çıxaraq, araşdırdığı məslələr barədə bilikləri bir araya toplayaraq “Zamanın Qısa Tarixi” (ing. A Brief History of Time ) əsərini qələmə aldı. 1988-ci ildə işıq üzü görən kitab, oxucuların bir çox yerlərini başa düşməkdə çətinlik çəkməsinə baxmayaraq, bir çox suallara cavab verərək kainata dair bir çox mövzunu özündə əks etdirir. Qırx dilə tərcümə olunan əsər, bu günə kimi doqquz milyondan çox nüsxə ilə satılaraq elmi ədəbiyyata öz damğasını vurmuşdur.

Kitab müəllif tərəfindən o dövrlərdə kainatın təbiəti haqqında ilkin bilikləri özümdə əks etdirməsi üçün qələmə alınmşdı. Digər tərəfdən, o gündən bu günə qədər kainat haqqında biliklər daha da inkişaf etdirilmiş, eyni zamanda kainatı izləmək üçün istifadə edilən texnologiyalarda xeyli dərəcədə irəliləyiş qeydə alınmışdır. Texnoloji inkişafı nəticəsində Hokinqin irəli sürdüyü bir çox fərziyyələr dünya alimləri tərəfindən yekdilliklə qəbul olundu. Bu fərziyyələrə eyni zamanda, Hokinqin kosmos-zaman qırışıqlığı haqqında qeyd etdiyi və Kosmik COBE peykinin də təsdiqlədiyi fərziyyələr daxildir.
Qələmə aldığı mətnlərə özünün son araşdırmalarını və son gəldiyi elmi fərziyyələri də əlavə edən Hokinq,bu əsərində eyni zamanda soxulcan dəlikləri və zamanda səyahət kimi anlayışlara da toxunmağı unutmayıb.

Əsərin çapından sonra Time qəzeti əsərlə bağlı belə bir açıqlama vermişdi;

“Cismi əlil arabasında olmasına baxmayaraq, Hokinqinn zehni kosmosun sonsuzluqlarında hər bir nöqtəyə çatmağı bacararaq, kainatın sirlərini bizə açıqlayır.” – Time

Zamanın Qısa Tarixi : Kainatın ya əzəldən bu günə qədər dəyişməyən bir vəziyyətdə olması, ya da keçmişdə sonlu bir zaman içərisində bu gün də müşahidə edə bildiyimiz forması ilə yaranması bir çoxları tərəfindən mübahisəsiz olaraq qəbul olunur. Bunun səbəbi, qismən insanların əzəli və əbədi həqiqətlərə inanması, qismən də özlərinin qocalaraq öməsindən sonra belə, kainatın sonsuz və dəyişməz qalacağı düşüncəsində tapdıqları rahatlıq hissi ilə izah olunur.

Kainat daima var olmuş olsun, ya da olmasın, zamanın qavramının yaranmasından bü günə qədər kainat mövcuddur. Kainatın başlanğıcından əvvəl zaman qavramının heç bir mənası yoxdur. Bunu ilk dəfə Aziz Augustinus vurğulamışdır. Ona sual olunur: “Tanrı kainatı yaratmazdan əvvəlnə edirdi?” Augustinus bu suala “Bu tip suallar verən insanlar üçün cəhənnəmi yaradırdı” cavabını deyil, onun yerinə “Zamanın tanrının yartdığı kainatın bir mülkü olduğunu və kainatın başlanğıcından əvvəl zamanın da var olmadığını” cavabını verər. Bu sualın həqiqi cavabını bir çoxları metafizika və din ilə əlaqələndirməyə çalışır.

Bu gün fizikadaki ən əmmalı fəaliyyətlərdən biri və bu kitabın da ana mövzusu olan iki fərziyyəni birləşdirən yeni fərziyyə, bir Kvantum Kütlə Cazibə teoriyası istiqamətində aparılan araşdırmalardır. Çünki kainatın heçdə təsadüfi olmadığına və bəlli qanunların əsasında genişləndiyinə inanırıq.
Zamanın kainatdan tamamilə ayrı və asılı olmadığını, onunla birləşərək kosmos-zaman deyilən bir nəsnəni formalaşdırdığını qəbul edən Hokinq,bir çox açıqlamalarını şəkillər üzərində izah etmişdir.

Eynşteynin kosmos-zamanı əhatə edən Xüsusi Nisbilik Nəzəriyyəsi, Böyük Partlayış (Big Bang) ilə başlayaraq Qara Dəliklərilə sonlandığını göstərəndə yenə Stiven Hokinqdir.

Hokinq, Penrouzun Böyük Partlayışla bağlı teoremini oxumuş və öz araşdırmalarını əsaslandırmaq üçün bu teoremdən istifadə etmişdi. Nəticədə birlikdə işləməklərinin davam etməsinə bir çox etirazlar gəlsə də, ikisinin bir yerdə gəldiyi qənaətlər normal bir şəkildə qəbul olundu.

Hokinq bu gün səsini itirmiş, əlil arabasına yerləşdirilmiş yazıları səsə çevirən kompüteri vasitəsi ilə insanlarla ünsiyyət qura bilsə də, fenomen halına gələn və milyonlarla nüsxə ilə satılan bu əsəri ilə elm dünyasında da rekorda imza atmışdır.

Xüsusi ilə fizika elmi ilə yaxından maraqlananlar üçün anlaşıqlı, hətta əyləncəli olan ”Zamanın Qısa Tarixi”-də, kainatla bağlı məlumatlar, kosmos və zaman, genişlənən kainat, qara dəliklər, kainatın başlanğıcı və taleyi, zaman oxu, soxulcan dəlikləri və zamanda səyahət kimi mövzularla bərabər, axıcı və əyləncəli üslubda olan təsiredici mövzularla qarşılaşmaq mümkündür.

Sonda onu da qeyd edim ki, 2014-cü ildə Stiven Hokinqin həyatını əks etdirən “The Theory of Everything” filmi işıq üzü görmüşdür.

Əsərin Türk dilində PDF formatında elektron versiyasını oxumaq istəyənlər aşağıdakı e-keçiddən yükləyə bilər.

Comments are closed, but trackbacks and pingbacks are open.