Evdən hansı təbiət görünür, qonşunun yataq otağı? – Zeynal Məmmədli telekanalları SİLKƏLƏDİ
Son günlər Azərbaycan Dillər Universitetinin keçmiş dekanı Vüsalə Ağabəyli və keçmiş əməkdaşı Pərvin Mürsəlova universitetin təkcə rektoru ilə bağlı deyil, burada çalışan ayrı-ayrı şəxslərlə də bağlı qarayaxma kampaniyaları aparır. Bəzi mətbuat orqanları isə bu “qalmaqal”dan şou düzəltməyə cəhd edir, şər və iftiralarla dolu bu yazıları ictimaiyyətə əsaslı şəkildə təqdim etməməklə məsələnin bilavasitə şişirdilməsinə çalışır.
Zeynal məmmədli
Son günlər Azərbaycan Dillər Universitetinin keçmiş dekanı Vüsalə Ağabəyli və keçmiş əməkdaşı Pərvin Mürsəlova universitetin təkcə rektoru ilə bağlı deyil, burada çalışan ayrı-ayrı şəxslərlə də bağlı qarayaxma kampaniyaları aparır. Bəzi mətbuat orqanları isə bu “qalmaqal”dan şou düzəltməyə cəhd edir, şər və iftiralarla dolu bu yazıları ictimaiyyətə əsaslı şəkildə təqdim etməməklə məsələnin bilavasitə şişirdilməsinə çalışır.
Unikal.org. xəbər verir ki, mövzu ilə əlaqədar tanınmış jurnalist, media eksperti Zeynal Məmmədli fikirlərini bildirib.
– Zeynal müəllim, mətbuat nümayəndələri baş vermiş münaqişələrlə bağlı məsələyə necə yanaşmalı və proseslər necə işıqlandırılmalıdır?
– Öncə bir məqam aydınlaşdırılmalıdır ki, gerçəkdən münaqişə varmı, yoxsa sadəcə, diqqət çəkmək üçün olaya “münaqişə” adı qoyulub. İctimaiyyət üçün düşüncələrin, baxışların, proseslərin münaqişəsi, toqquşması ön planda olmalıdır, şəxslərin deyil. Məsələni işıqlandıran media münaqişənin predmetini, mahiyyətini diqqət hədəfində saxlamalı, onu şəxsiləşdirmək cəhdlərinə yol verməməlidir. Deməli, məsələnin ictimai önəminin açıqlanması həlledici çıxış nöqtəsidir. Münaqişə tərəflərinin də çoxsaylılığı, münaqişənin miqyası, bunun həllindən cəmiyyətin qazancı, çıxmaza dirənməsindənsə, itirdikləri diqqətdə saxlanmalıdır. Sualınıza maksimum qısa cavb budur, məncə.
– ADU ilə bağlı qalmaqallarda media hansı məqamlara diqqət yetirməyib və boşluqlar özünü nədə biruzə verir?
– İlk sualınızda “münaqişə”, indisə “qalmaqal” sözünü işlətdiniz. Razılaşarsınız ki, bunlar fərqli anlayışlardır. Bunları detallaşdırmadan, müxtəlif saytlarda çıxan yazılara baxsaq, görərik ki, tərəflərdən biri haqsızlığa uğrayan, əzilən kimi qələmə verilir. Sanki qarşıdurmanın iştirakçıları zəif gənc qadın – keçmiş dekan (olay irəlilədikcə daha 2 qadın ortaya çıxır) və güclü, qüdrətli, həm də ağsaqqal bir kişidir – rektor.
– Belə yanaşmanın hədəfi nədir ki?
– Belə yanaşmanın hədəfi aydındır: Olay nə olur-olsun, qoy güclü kişi və zəif-zərif qadın qarşıdurması kimi qavransın və oxucu qadının taleyinə acısın. Beləcə, adi bir olay qalmaqala çevirib münaqişə təsəvvürü yaratsın. Çox qeyri-peşəkar yanaşmadır, mentalitet özəlliklərimizdən də faydalanıb, duyğu istismarına yönəlib. Nəticədə olayın mahiyyəti ya arxa planda qalır, ya tam önəmsizləşir. Halbuki media niyə bu məsələyə üz tutduğunu dəqiq və yığcam diqqətə çatdırmalı, olaya qatılan bütün tərəflərin iddialarını öyrənməli, səbəb və ya səbəblər üzə çıxarılmalıydı.
– Axı “qarşı tərəfin də fikrini verməyə hazırıq” cümləsini işlədirlər. Belə olmaz ki?
– Bir tərəfin iddialarını yaymaq və “qarşı tərəfin də fikrini verməyə hazırıq” cümləsiylə mümkün yalandan sığortalanmaq ciddi media bir yana qalsın, heç yalnız sensasiya ardınca qaçıb oxucu-tamaşaçı-dinləyici qazanmaq istəyən sarı mediaya da yaraşmaz. Özünü peşəkar və demokratik adlandıran media bu halda məsələyə “Rektor dekan davası qızışır” şəklində yanaşmaqdansa bütövlükdə təhsilin təşkil və durumu kontekstində baxmağa borcludur. Medianı iddia, yalan, böhtan və ya ictimai önəmsiz doğrucuqlarla doldurmaq ona inamı sarsıtmaq, onu qaranlığa gömmək deməkdir. Lap niyyət işığa qovuşmaq olsa da…
– Bir media eksperti deyil, bir müəllim – keçmiş universitet əməkdaşı kimi bu münaqişəyə münasibətiniz necədir?
-Düzü, Kamal Abdullanın hələ Slavyan Universitetində rektor çalışdığı müddətdə bir neçə uğuruna indiyədək qibtə edirəm. Birincisi, “Filoloqun kitabxanası-100” silsiləsindən çox qiymətli elmi əsərləri orijinaldan tərcümə etdirib kitab şəklində nəşr etdi. Universitet kitabxanasını necə zənginləşdirdi. Kitab həmin universitetin vizit vərəqinə çevrildi. İkincisi, jurnalist tələbələrə neçə-neçə qiymətli dərsliklər nəşr edildi. Üçüncüsü və ən başlıcası, rektor-tələbə, müəllim-tələbə ünsiyyəti məhz gərəkən səviyyəyə yüksəldildi. Rektoru dost sifətində görmək tələbələrin adi özəlliyinə çevrildi. Dördüncüsü, xanımların “xəlifə-qulam” adıyla aşağıladığı unikal bir təşəbbüs baş tutdu – tələbələr, yanılmıramsa, ildə bir dəfə rektor və dekan vəzifələrini icra etdilər. Başqa sözlə, önəmli məsələlərə, öz tələbə talelərinə qərarvermə məsuliyyətinə yiyələndilər və s. Saymaqla bitməz. İndi “üsyan bayrağı qaldıran” xanımlar, yanaşı universitetdən xəbərsiz olublar yəqin, əks halda belə yazmazdılar:
“Siz ali-savadlı, gənc kadrları universitetdən kənarlaşdırmaqla və rəhbər vəzifələri səlahiyyətsiz şəxslərə həvalə etməklə, eyni zamanda tələbələrin təhsil səviyyəsini artırmaq məqsədindən uzaqlaşdırmaqla həm xalqa, həm dövlət və dövlətçiliyə ciddi şəkildə xəsarət yetirirsiniz və daha doğrusu, siz xalqa xəyanət edirsiniz”.
Və ya: “Fənn müəlliminin belə imtahan otağında otuzdurularaq tələbələrin suallarına cavab verilməsinə məcbur edilməsi müəllim şəxsiyyətinə təhqirdən başqa bir şey deyil”.
Belə çıxır tələbələrin fənni öyrənməsi üçün bütün vasitələrdən yararlanmaq, tutalım, onların cavablarını bilmədiyi suallara müəllimlərin cavab verməsi onların şəxsiyyətinə təhqirdir?
Xanımlar imtahanlarda lüğətdən istifadəni, proqramlardan yararlanmanı da məsxərəyə qoyurlar. Belə “tələbkarlıq”dan məhz kimlərin faydalana biləcəyini ağıllarına gətirmirlər? Gerçək müəllimlər “hər şey tələbə üçün” devizini müqəddəs bilir və bu yolda hər cür əziyyətə dözməyi bacarırlar. Düşünürəm ki, zaman keçər və bu gənc xanımlar da yaşları irəlilədikcə bunu da, özəl əxlaqla ictimai əxlaq, tənqidlə təhqir arasındakı fərqləri də anlayar. Beləcə, təkəbbür selində üzməyin fəsadlarından dərs çıxarmağa çalışar.
Zeynal məmmədli
Ana Səhifə Maqazin “Evdən hansı təbiət görünür, qonşunun yataq otağı?” – Zeynal Məmmədli telekanalları SİLKƏLƏDİ
!Reklam – Qarabag
Yeni Çağ Media Qrupu – Mart 27, 2020 – 12:11
!Reklam – Yazi
“”Evdə qal təbiəti seyr et” kimi mənasız sloqanlardansa, insanların gününü maraqlı etmək üçün çıxış yolları axtarılmalıdır. Evdən hansı təbiət görünür, qonşunun yataq otağı? Bu gün pandemiya ilə bağlı telekanalların izləyiciləri sürətlə artır. Bundan istifadə edərək maraqlı verilişlər hazırlamağın zamanıdır”.
Tanınmış televiziya mütəxəssisi Zeynal Məmmədli Yenicag.az-a açıqlamasında telekanalların üzərinə düşən məsuliyyətdən danışarkən belə deyib. O, verilişlərin formatında dəyişikliyin zəruri olduğunu vurğulayıb: “Koronavirusun aktuallığını qorumaqla verilişlərin formatını dəyişmək lazımdır. Çoxlu sosial çarxlar, reklamlar çəkilməli və efirə verilməlidir. O çarxlar insanların beyninə və ürəyinə toxunmalıdır. Təhsildən qalan uşaqlar üçün onların marağına səbəb ola biləcək proqramlar hazırlanmalıdır. Dərs saatları ilə bağlı verilişə baxdım, gülməyim gəldi. Mədəniyyət kanalında müəllimlərin interaktivlik qabiliyyəti çox aşağıdır, bu dərslər parodiyadan ibarətdir, biabırçılıqdır. Uşaqlar bunu necə qavrayacaq? Tək bu kanal deyil, digər telekanallarda da vəziyyət eynidir. Efirdə maarifləndirməklə yanaşı, maraqlı, yumorlu verilişlər, eləcə də yarışlar hazırlanıb, təqdim olunmalıdır”. Cəvahir
www.yenicag.az
- ANDROID əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- iOS əməliyyat sistemli smartfonlar üçün tətbiqi YÜKLƏ !
- Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
Comments are closed, but trackbacks and pingbacks are open.