Ziya bünyadov vasim mmmdliyev quran trcümsi
– Peyğəmbərimiz ildə bir neçə dəfə yağışın düşdüyü Səudiyyə Ərəbistanında yaşayıb. Əgər bu möhtəşəm insan, Ərəbistanda deyil, Sibirdə yaşasaydı, oranın iqliminə uyğun paltar geyinəcəkdi. Bu gün əfsuslar olsun ki, Azərbaycanda elə anlayış var ki, din adamı deyəndə əlində təsbeh, başında əmmamə, saqqalını müəyyən formada uzadan insanlar ağıla gəlir. Bu, İslam deyil. Bu hallar İslam dini adından istifadə edərək başqalarına müştəri gözü ilə baxmağın təzahürüdür. Mən geyimimə fikir verirəm. Hətta idman stilini də sevirəm. Bəzən üzümə maska taxıb, şəhərdə velosiped də sürürəm. Mən özüm Yevlaxdanam. Bir dəfə Yevlaxın deputatı İlham Məmmədov məni bulvarda velosiped sürəndə gördü. Dedi ki, bu nə vəziyyətdir? Mən də dedim ki, sadəcə bu, mənim idman tərzimdir. Bunlar təbii bir şeydir. Bu gün din xadimi anlayışı özü belə düzgün deyil.
“Quran”ı Vasim Məmmədəliyevlə Ziya Bünyadov tərcümə etməyibmiş – Rafiq Əliyev faktları açıqladı
“Vasim Məmmədəliyevə hörmətim var. Tariyel Həsənovla bir yerdə işləmişəm. “Qurani-Kərim”in tərcüməsini əlyazma şəklində Tariyeldən almışdım. Tariyel 6 ay “Quran”ın üzərində işləmişdi. Hətta onun həyat yoldaşı Südabə xanım deyirdi ki, Tariyel dəli olacaq, çünki gecə-gündüz işləyir. Onlar İraqa gedəsi oldular. Tariyel həmin əlyazmanı gətirib mənə verdi. Dedi ki, sənə inanıram, istəyirəm bu əlyazmanı düzəldib, qaydaya salasan, ikimizin adından çap edəsən. O “Quran”ın tərcüməsinin əsasını Tariyel Həsənov edib. Mənim isə onu çap etməyə imkanım yox idi, çünki mən quranşünas deyiləm və elə bir işi öz üzərimə götürə bilməzdim. İkincisi, Tariyelin yazdığı “Quran”ın altından öz adımı yaza bilmərəm. Bu, ən böyük əksiklikdir. Dedim ki, Tariyel, mən sənə kömək edə bilmərəm”.
KONKRET.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyev ilahiyyatçı Elşad Mirinin “Youtube” kanalına müsahibəsində deyib.
R.Əliyev bildirib ki, o, imtina etdikdən sonra T.Həsənov həmin əlyazmanı aparıb Vasim Məmmədəliyevə verib: “Vasim müəllimlə Ziya Bünyadov Şeyxülislamı özlərinə şərik götürdülər. 100% bilirəm ki, Şüyxülislam o tərcümə ilə məğul ola bilməz. Şeyxülislamın ərəb dilində, Ərəb tarixində də o qədər səriştəsi yoxdur. Bilirəm ki, rəhmətlik Ziya Bünyadov da “Qurani-Kərim”i tərcümə etmək iqtidarında deyildi. Çünki bir dəfə “Quran”ın “Fatihə” surəsini tərcümə edib, gətirib mənə vermişdi. Baxdıq ki, Ziya müəllim “əlhəmdülillah” sözünü “Allaha eşq olsun” kimi tərcümə etmişdi. “Fatihə” surəsini biz yenidən tərcümə etdik. Bizim üçün çox çətin idi. Çünki nə Əbu Talıb, nə də quranşünas deyildik. Nəhayət, iki aya “Fatihə” surəsini tərcümə edib qaydaya saldıq və Ziya Bünyadovun adından onu çap etdilər. Z.Bünyadovun adından orda ancaq müəyyən tarixi şərhlər verə bilərdilər. Tərcümədə isə onun heç bir rolu olmayıb”.
R.Əliyev deyib ki, həmin “Quran”ın Azərbaycan dilində tərcümə kitabını Vasim Məmmədəliyev Tariyel Həsənovla şərikli etməli idi: “Çünki tərcüməni Tariyel Həsənov etmişdi. Vasim müəllim isə onu redaktə etməli idi. Tariyel gəlib görəndə ki, bu kitab ancaq 3 nəfərin adından çap olunub və Tariyelin adı heç redaktor kimi də getməyib, Tariyelin özü yox, xanımı onları məhkəməyə verdi. Uzun müddət məhkəmə çəkişməsi getdi. Onun xanımı demişdi ki, həyat yoldaşımın tərcüməsini mənimsəyib, öz adlarından çap ediblər. O hətta əlyazmanı da məhkəməyə təqdim etmişdi. Aydındır, orda akademik, Şeyxülislam var, professor Vasim Məmmədəliyev də vəzifədə idi. Həmin vaxt o, Şərqşünaslıq İnstitutunun dekanı vəzifəsində çalışırdı. Onlara qarşı Südabə xanımın o qədər də gücü yox idi. Həm də o, xəstə idi…”//Pravda.az
Ziya bünyadov vasim mmmdliyev quran trcümsi
Elşad Miri: “Şiələr, sələfilər 9 yaşlı qızlarını 53 yaşlı birisinə ərə verərlərmi?!”
“Adama deyərlər Məşhədə, Kərbəlaya gedib neyləmisən?”
Modern.az dini mövzuda müsahibələrini davam etdirir. Bu dəfəki həmsöhbətimiz ilahiyyatçı Elşad Miridir. Onunla söhbəti təqdim edirik.
– Adətən din adamları, ilahiyyatçılar dedikdə, dini qaydalar çərçivəsində geyinən insanlar təsəvvürdə canlanır. Amma siz belə bir təəssürat yaratmırsınız. Mənə elə gəlir ki, siz dindardan çox, ilahiyyat elmini araşdıran bir şəxssiniz.
– İslam dinində dinin uniforması yoxdur. Uniforma polislərdə, hərbi xidmətdə olanlarda və digər dövlət işlərində çalışanlarda olur. İslam dinində geyim məsələsi sonradan ortaya çıxıb. Misal üçün, keçmişdə hüquqşünaslar bir peşə sahibi kimi fərqli geyimdə olurdular. Amma din bir peşə deyil. Peyğəmbərimizə 40 yaşında peyğəmbərlik verilib. Elə isə sual olunur? 40 yaşına qədər peyğəmbər nə geyinib? Əlbəttə ki, Məhəmməd peyğəmbər adi ərəblərin geyim formasından istifadə edib.
Bəs peyğəmbərlikdən sonra onun geyimi dəyişdimi? Yenə də yox. Məhəmməd peyğəmbərin geyimini kafirlərin, müşriklərin geyimlərindən fərqləndirən bir şey yox idi.
Sonra gələk ikinci mərhələyə. Bilirsiniz ki, peyğəmbərimiz Məkkədən Mədinəyə hicrət etmək məcburiyyətində qalmışdı. O, Mədinədə şəhər dövlətinin rəhbəri olaraq da geyimi ilə yəhudilərdən fərqlənmədi.
– Amma bizdə və müsəlman dünyasında dini uniformalı ilahiyyatçılar var və heç şübhəsiz ki, onların da istinad etdiyi dinin özüdür.
– Peyğəmbərimiz ildə bir neçə dəfə yağışın düşdüyü Səudiyyə Ərəbistanında yaşayıb. Əgər bu möhtəşəm insan, Ərəbistanda deyil, Sibirdə yaşasaydı, oranın iqliminə uyğun paltar geyinəcəkdi. Bu gün əfsuslar olsun ki, Azərbaycanda elə anlayış var ki, din adamı deyəndə əlində təsbeh, başında əmmamə, saqqalını müəyyən formada uzadan insanlar ağıla gəlir. Bu, İslam deyil. Bu hallar İslam dini adından istifadə edərək başqalarına müştəri gözü ilə baxmağın təzahürüdür. Mən geyimimə fikir verirəm. Hətta idman stilini də sevirəm. Bəzən üzümə maska taxıb, şəhərdə velosiped də sürürəm. Mən özüm Yevlaxdanam. Bir dəfə Yevlaxın deputatı İlham Məmmədov məni bulvarda velosiped sürəndə gördü. Dedi ki, bu nə vəziyyətdir? Mən də dedim ki, sadəcə bu, mənim idman tərzimdir. Bunlar təbii bir şeydir. Bu gün din xadimi anlayışı özü belə düzgün deyil.
Peyğəmbərimiz din xadimi ya da ilahiyyatçı olub? Xeyr. Məhəmməd peyğəmbərə Allah “Quran”da buyurur: “De ki, mən də sizin kimi bir bəşərəm, insanam”. Peyğəmbərin bir fərqi o olub ki, Allahdan gələnləri yaşayaraq insanlara çatdırıb.
– Bəs geyim formanıza görə sizə irad tutanlar varmı?
– Bəli, bunu bəzən mənə irad tuturlar. Mən bəzən qolu qısa bir şey geyəndə, deyirlər ki, bu nə geyimdir? Deyirlər ki, belə bir geyim din adamına yaraşmır. Vallah utanıram belə şeylərə cavab verməyə.
–Yəni, dediklərinizdə belə nəticəyə gəlımək olar ki, Elşad Miri din adamı deyil?
– Aqşin bəy, mən sizə bir şey deyim. Bu gün Qafqaz Müsəlmanları İdarəsinə tabe olanları din xadimi adlandırırlar. Din xadimləri bu gün dindən biznes kimi istifadə edənlərdir. Dindar isə öz dinini yaşayandır. Azərbaycandakı dindarlıq isə, təəssüflər olsun ki, belə deyil. Bizdəki dindarlıq dini darlıqdır. Dini o qədər daraldıblar ki, məsələyə at eynəyi ilə baxırlar. Daha geniş düşünə bilmirlər.
– Mən düşünürəm ki, ilahiyyatçı kəlməsi Azərbaycanda bəzən öz təyinatı üzrə işlənmir. Siz hansı qənaətdəsiniz?
– Təəssüflər olsun ki, bəzən bu kimi hallar mediaya sırınır. Mollanı da, axundu da, dini təhsili olmayanı da, “AZİ” məzunu olanı da ilahiyyatçı kimi təqdim edirlər. İlahiyat elmləri ilə məşğul olmayan insanları necə ilahiyyatçı adlandırırsan? İlahiyyatçı adında sadəcə olaraq bir müasirlik olduğuna, dilə yaxşı yatdığına görə bu ifadədən istifadə edirlər. Açığı mən özümə ilahiyyatçı deyəndə də utanıram. Sadəcə öz adımı, soyadımı qeyd edirəm, vəssalam. Dinə biznes kimi baxmaq olmaz. Dini insanın yaşayış tərzi kimi dəyərlənmdirmək lazımdır.
– Mənim üçün maraqlıdır. Elşad Miri dini ibadətləri edirmi, yoxsa sadəcə olaraq dini araşdırır?
– Mən bütün ibadətlərimi vaxtlı-vaxtında yerinə yetirirəm. Allaha şükürlər olsun! Bəzən elə ibadətlərim olur ki, çalışıram ki, bu göstəriş olmasın. Mən özümü dindar yox, müsəlman adlandırıram. Mən ibadət məqsədi ilə ziyarətə gedəndə dostlarımdan xahiş edirəm ki, bu barədə məlumat yaymasınlar. Bu il təkbaşına Ümrə ziyarətinə getmişdim.
– Dəfələrlə demisiniz ki, Həcc ziyarəti zamanı qara daşın ətrafında fırlanmağın bir mənası yoxdur. Şəxsən mənə sizin bu fikriniz, bir az qəribə gəlir.
– Sadəcə Həcc ziyarəti zamanı qara daşın, bəzi əşyaların müqəddəsləşdirilməyinə qarşıyam. Ümumiyyətlə, müqəddəs anlayışı doğru deyil. Bu ifadə yalnız Allaha məxsusdur. Yalnız Allah bir şeyin müqəddəs olduğunu deyə bilər. Allah “Qurani-Kərim”də isə heç yerdə belə bir şey deməyib. Qara daşın funksiyası odur ki, insanlar təvaf edərkən həmin yer olduğu bilinsin.
– Ümumiyyətlə, qara daşın mənşəyi ilə bağlı din tarixində müxtəlif versiyalar var. Bəziləri onun meteor olduğunu iddia edir. Siz hansı versiya üzərində dayanırsınız?
– Onun bir funksiyası yoxdur. Mən ona elə qara daş kimi baxıram. Daş daşdır. Onun meteor olması onu müqəddəs etmir. Mən xeyli vaxt əvvəl Həcc ziyarətində olanda, təvaf zamanı qara dərili bir müsəlman qara daşı öpməyə elə cəhd etdi ki, ayağımın üstünə çıxdı və barmağımdan qan açıldı. Mən onu saxladım və dedim ki, sənin bu hərəkətin əslində haramdır. Çünki mənə əziyyət verirsən. Dedim ki, qara daşı öpməyin sünnədir. Yəni öpsən də, öpməsən də bir mənası yoxdur. Amma sən bu zülmü mənə edəndə hallalıq almalısan. Təbii ki, o da məndən üzr istədi. Bu gün Həcc ziyarəti zamanı qara daşı öpmək üçün elə hücumlar edirlər ki, sanki öpməsələr, Həccləri qəbul olunmayacaq. Bu, İslam deyil axı. Qara daşı, əşyaları bütləşdirmək fetişizmə gətirib çıxarır. Halbuki, İslam belə şeylərin əleyhinədir.
– Bayaq toxunduğumuz geyim məsələsinin üzərinə qayıtmaq istəyirəm. Azərbaycanda dini geyim geyinənlər arasında dini kifayət qədər yaxşı bilən, savadlı, intellektual insanlar da var. Konkret ad da çəkəcəyəm: Hacı İlqar İbrahimoğlu. Məgər onlar da İslam dinini bilmir?
– Onlar İranda təhsil alıb gələn insanlardır. Belələri, İrana uyğun olaraq geyinirlər. Məsələn, ağ əmmamə başqa, qara əmmamə isə başqa-başqa məqamlarda qoyulur. Təbii ki, onların gördükləri, bildikləri budur. Bu gün Azərbaycanda ilahiyyatçı olaraq təqdim olunan insanların çoxunun öyrəndikləri “kopi-past”dır. Kim özünü necə sayır, saysın, bunu özü bilər. Mənim mövqeyim budur ki, insanları düzgün şəkildə haqqa çağırsınlar. Əslində, hansısa dindarın adının hacı ilə çağırılması da doğru deyil. Özlərini hacı, məşədi, kərbəlayi adlandıran öz düşüncələrinin darlığını, dünyagörüşünün səviyyəsini ortaya qoyurlar. Sizlər niyə gətirib dini bu cür qəlibləşdirirsiniz? Sanki kiməsə hacı deyəndə, o süddən çıxmış ağ qaşıq olur. Ya da kimsə özünə məşədi deyilməsi ilə fəxr edir. Adama deyərlər Məşhədə, Kərbəlaya gedib neyləmisən?
Turist kimi gedib gəlirsiniz də. Bir şey ki, 200-300 manata başa gəlir. Peyğəmbərimizin vaxtında belə şeylər olubmu?! Məsələyə bu cür yanaşmaq lazımdır. İnsan hərəkətləri, danışığı, davranışı, etdiyi xoş əməllərlə müsbət insan obrazını yaratmalıdır.
– “Quran”da yalnız Həcc ziyarəti vacib buyurulur. Bu gün isə sizin də dediyiniz kimi Məşhədə, Kərbəlaya ziyarətə gedirlər. Bəs niyə bu ziyarətləri İslam adına bağlayırlar?
– Bunlar İslamda olmayan məsələlərdir. Bu ziyarətlərə İslam adı ilə gedib, ona İslam donu geyindirirlər. Çünki peyğəmbərin özünün sağlığında onun 3 övladı, 3 xanımı, əmiləri ölüb. Bu gün onlardan hansı birinin qəbri ziyarətgaha çevrilib?! Bu gün belə bir şey varmı ki, Uhud dağında Həmzənin qəbrini ziyarət edəsən, ordan qayıdanda sənin adı ola “həmzəyi”. Belə şeylər yoxdur axı. Görün vəziyyət nə yerə çatıb ki, “Quran” da vacib buyurulan Həcc ziyarəti də doğru yerinə yetirilmir. Çünki, ikinci xəlifə Ömərin dövründə belə bir ənənə var idi ki, Həcc ziyarətini bitirən insanlar dərhal dağılışıb getmirdilər. Ömər hamını bir araya yığıb təklifləri, şikayətləri dəyərləndirirdi. Şikayətlər əsasında bəzi məsul şəxslər vəzifəsindən azad olunurdular. Amma bu gün hamı gedib ibadətini edən kimi geri qayıdır. Müsəlmanlar arasında bir qaynaşma olmalıdır, münasibət qurulmalıdır.
– Deyirsiniz ki, din adamları insanları haqqa çağırmalıdır. Sözsüz ki, haqq deyəndə İslam dinini nəzərdə tutursunuz. Bu öz yerində. Amma sizin qəbul etmədiyiniz ilahiyyatçılar da da insanları İslam dininə ibadət etməyə çağırır. Niyə aranızda hətta konfliktə gətirib çıxaran fərqlər mövcuddur?
-Məsələn, nəyi deyə bilərsiniz?
-Bu dəfə sual özümə ünvanlandı. Götürək elə Məhərrəmlik məsələsini. Şiə din xadimləri bunu İslam dini əlaqələndirir, siz isə yox. Başqa misllar da çəkə bilərəm.
– (Gülür). Mən demirəm ki, Elşad Mirinin dediyi düzdür, filankəsin dediyi səhvdir. Mən deyirəm ki, “Quran” dediyi düzdür. Kim “Quran”a üstünlük verirsə, ona baxmaq lazımdır. Bu gün isə dindarlar “Quran”dan başqa hər şeyə üstünlük verirlər. “Qurani-Kərim” isə qalıb bir qıraqda. Bu gün yalnız “Quran”dakı hərflər oxunur. Özü də neçə dəfə savab qazanmaq adı ilə. Allahın göndərdiyi, insanlar çatdırmaq istədiyi mesajları niyə oxumurlar? Konflikt də belə şeylərdən qaynaqlanır. Mən deyirəm ki, “Qurani-Kərim”də Məhərrəmliklə bağlı bircə cümlə, söz keçirmi?! Keçirsə, başım üstdə yeri var.
Belə bir şeylər “Quran”da yoxdursa, niyə bunu din adı altında insanlara sırıyırsan. Məhərrəmlik ayının dekabr, yanvar ayından bir fərqi varmı?! Yoxdur. Yoxdursa, bunu niyə müqəddəsləşdirirsən. Sonra imam Hüseyn məsələsi də mübahisələrə yol açır. İmam Hüseynin başımız üzərində yeri var. O, başımızın tacıdır. Amma deyirəm ki, gəlin məsələyə bir az real yanaşaq.
Bəziləri deyir ki, imam Hüseyn ölməsə idi, İslam yayılmazdı. Allah mənə ağıl, məntiq, düşüncə verib. Mən buna uyğun düşünüb qərar verməliyəm. 12 imam deyirlər. Mən isə sual edirəm. Niyə imam Əliyə bu qədər önəm verilmir? Niyə imam Həsənə bu qədər önəm verilmir? Niyə təkcə, imam Hüseynə bu qədər dəyər verilir? Niyə imam Hüseynin ölüm gününü əzbər bilən insanlar, peyğəmbərin ölüm gününü bilmir? Niyə peyğəmbərlə bağlı bu qədər yas keçirilmir? Niyə peyğəmbərimizin özündən əvvəlki peyğəmbərlər üçün yas saxlamayıb? Nümunə peyğəmbərimiz deyilmi?! Peyğəmbərimiz öz övladları öləndən sonra onlara yas saxlayıbmı?!
– Yaxşı, Məhərəmmlikdə imam Hüseyn məsələsinin bu qədər ön plana çıxmasının səbəbi nədir? Təkcə, Kərbəlada öldürülməsimi?
– Mən bu məsələlərin kökünü araşdırıram. O dövrlərdə iki super dövlət var idi. Biri Bizans, digəri isə Sasani imperiyası idi. Sasani imperiyasını xəlifə Ömər darmadağın etdi. Sasani imperiyasının axırıncı hökmdarı isə III Yezdəgird idi. Onun qızı Şəhrəbanu imam Hüseynin arvadı olub. Bütün bunlardan görürəm ki, Məhərrəmlikdə imam Hüseyn məsələsinin qabardılması fars şovinizmi ilə əlaqədardır. Bunun insanlara qəbul elətdirməyin ən asan yolu məsələni dinlə əlaqələndirib təqdim etməkdir. Aşura günü burada insanlar gedib özünü çırpanda, şaxsey-vaxsey edəndə, mən “Apple” firmasında kurs keçirdim. Yəni mən istəyirəm ki, insanlar elmi öyrənsinlər.
İnsanlar Aşuraya gedib nə öyrənirlər?! Ora gedən insan nəsə öyrənirmi?! Onlar Aşurada sadəcə ciblərindəki 5-10 manatı nəzir verməklə, qollarına bez bağlamaqla, şaxsey-vaxsey vurmaqla günlərini keçirir. Din budurmu?! Aşurada Allahda, peyğəmbərdən çox imam Hüseynin adı çəkilir. Mən səhv deyirəmsə, məni qəbul etməsinlər. Düz deyirəmsə, Elşad Mirini yox, fikirlərini qəbul etsinlər.
– Sizin belə fikirləriniz, heç də birmənalı qarşıılanmır. Yəqin ki, sizi vəhhabilikdə də ittiham edəcəklər. Necə ki, bu vaxta qədər belə ittihamlar səslənib.
– Mən vəhhabilik anlayışına da qarşıyam. Məzhəb, təriqət anlayışlarına qarşıyam. Qamət Süleymanov fikirlərimə görə mənə qarşı mətbuatda açıqlamalar verib. Mənə çoxlu sayda sələfi etiraz edir. Başım üstdə hamısının yeri var. Nə deyim daha! Mən Allahın “Quran”da buyurduqlarını deyirəm. Əsas, doğru budur. Hacı Qəmət deyir ki, mən ilahiyyatçı yox, jurnalistəm. Mən orta məktəbdə ilahiyyatı bitirmişəm. Sonra ərəb dili və şəriəti üzrə mədrəsəni qırmızı diplomla qurtarmışam. Universiteti ilahiyyat üzrə bitirmişəm. İndi mən özümə nə deyim?! (gülür). Peyğəmbərin Aişə ilə 9 yaşında evlənməsi ilə bağlı qondarma iddiaları gündəmə gətirirəm. Bu gün ərəblərin özü belə, öz qızlarını 9 yaşında ərə vermirlərsə, bu iddianı edən şiələr, sələfilər öz qızlarını 9 yaşında olarkən 53 yaşlı birisinə ərə verərlərmi?! Xeyr. Verməzlərsə, bəs onda niyə görə peyğəmbərə böhtan atırsan.
– Amma peyğəmbər özündən kifayət qədər kiçik olan Aişə ilə evlənmişdi. İndi Aişənin 9 ya da 13 yaşlı olmasının elə də bir fərqi yoxdur, nəticə budur ki, hər iki yaşla götürəndə də peyğəmbər ondan çox böyük olub. Bu haqda nə deyə bilərsiniz?
– Aişənin evlənərkən 20 yaşı var idi. Siz 20 yaşa kiçik deyirsinizsə, daha mən sizə bir şey deməyəcəm.
-Yaxşı deyək ki, Aişənin 20 yaşı var idi, yenə də kəskin yaş fərqi sezilir axı.
– Məsələnin belə qoyuluşu düz deyil. Peyğəmbər 20 yaşlı yetkin bir xanımla evlənib. Evlənən qız da razıdır, atası da, anası da. Burada heç bir problem yoxdur. Bu günün özündə 50 yaşlı bir kişi nikah yaşı çatmış 18 yaşlı bir qızla evlənmək istəsə, buna qadağa qoyulmur. Amma 18 yaşından aşağı olarsa, buna artıq cinayət işi də açıla bilər.
– Mən dinlə az-çox maraqlanmışam, amma Aişənin 20 yaşında ailə həyatı qurmasını birinci dəfədir sizdən eşidirəm.
– Mənim bu məsələlərlə bağlı çox ciddi araşdırmalarım var. Gəldiyim qənaət budur ki, Aişə evlənərkən 19-22 arasında olub. Bu araşdırmalarımı kitab halına salacağam.
– Cənnətdə hürilərin olması ya düzgün başa düşülmədiyinə görə, ya da başqa səbəblərdən fərqli-fərqli izah olunur. “Quran”da isə cənnətdə həqiqətən də hürilərin olmasına dair ayələr var.
– Ərəb dilində ümumi cins isimləri var. Bu, həm kişi, həm də qadınlar üçün işlənir. Mən bu sözün etimologiyasını araşdırmışam. İslamda hüri kimlərdir?! Belə izah edim. Məsələn, Azərbaycan dilində atalar sözü anlayışı var. Bu o demək deyil ki, bu sözləri ancaq kişilər deyib. Və ya ana torpaq, ana vətən deyirlər. Ərəb dilində də belədir. Hər iki cins üçün ümumi anlayışlar var. Hüri sözü hər iki cins üçün işlənir.
“Qurani-Kərim”də İsa peyğəmbərin həvariləri sözü var. Həvari sözü ərəb dilində hüri sözü ilə eynidir. Hamı bilir ki, həvari deyiləndə, İsa peyğəmbərin ətrafındakı köməkçilər nəzərdə tutulur. “Quran”da hüridən başqa “ğılman”, “vildan” sözləri keçir. Bunlar da köməkçi mənasındadır. Lakin bizdə hürilər məsələsini necə başa düşürlər? Bu dünyada özünü saxla, o biri dünyada, cənnətdə kef çəkəcəksən. Guya bu dünyada haram olanlar, o biri dünyada halal olacaq. Düşünürlər ki, guya bu dünyada bara getməsən, o biri dünyada, möminlərə bar, diskoteka təşkil ediləcək.
– “Quran” dəyişikliyə məruz qalıbmı?
– “Quran”ın özünün yazılması ilə bağlı heç bir təhrifdən söhbət gedə bilməz. Allah özü də “Quran”da qeyd edir ki, “Quran”ı qoruyacaq. İlk xəlifə Əbu Bəkr dövründə “Quran” bir kitab halına gətirilir. Ona görə də “Quran”da hər hansı bir cümlənin, sözün təhrif olunmasından söhbət gedə bilməz. Problem müsəlmanların “Quran”ı düzgün çatdıra, düzgün məna verə bilməməsidir. “Quran”ın ilk əmri oxumaqla bağlıdır.
Yəni “Quran”dakı oxumaq əmri kainatı, ətraf aləmi oxumaqdır. Yəni ki, insan elmi, həyatı öyrənməlidir. Təəssüflər olsun ki, buna baxmayaraq bu gün dünyada oxumaq, yazmağı bacaranların azlığı müsəlman ölkələrinin payına düşür. Bu, BMT-nin statiskasıdır. Digər problem “Quran”ın tərcümələri ilə bağlıdır. Dünya ölkələrindən edilən tərcümələrin çoxundan böyük xətalar var. Tərcümələrin çoxu kişilər tərəfindən edilib. “Nisa” surəsindəki bir ayəni “qadınlarınızı döyün” kimi təqdim ediblər. Halbuki, bunun əsl mənası elə deyil. Əslində “Quran”da qadının döyülməsi əmr olunmayıb. Peyğəmbərimiz özü də qadınlara qarşı zorakılığa qarşı olub.
– Sözünüzü kəsməli olacağam. Mən bir neçə ayəni türkcə, rusca, ingiliscə və azərbaycanca tutuşdurmuşam. Hamısı eyni mənanı ifadə edir. Yəni tərcümə edənlər hamısı eyni səhvə yol verir? Bir az qəribə deyilmi?
– Bəli, səhv başa düşürlər, buna görə də düzgün tərcümə etmirlər. Sözlərin etimologiyasının araşdırmırlar. Sizə akademiklər Vasim Məmmədəliyev və Ziya Bünyadovun ilk çapdan çıxan “Quran” tərcüməsini göstərirəm (onların tərcüməsindəki “Quran”ı açıb vərəqləyir). Vasim Məmmədəliyev və rəhmətlik Ziya Bünyadov “Bəqərə” surəsini burda şərh edərkən göstəririrlər ki, macar islamşünası Qoldsenin mülahizlərinə görə bu surədə Darvinizmin əlamətləri var. İndi buna düz demək olarmı?! Halbuki, “Qurani-Kərim”də Darvinizm məsələsi yoxdur. Məgər VII əsrdə Darvinizm var idi?!
– Ziya Bünyadovla Vasim Məmmədəliyev burda siz dediyiniz kimi səhvlərə yol veribsə, yəqin bu fikirdəsiniz ki, onlar başqa ayələrin tərcüməsində də xətalar ediblər.
– Bəli, başqa yerlərdə də səhvlər var. Məsələn, ayələrin biri belə tərcümə olunur ki, Allah istədiyini doğru yola yönəldər, istədiyini isə azdırar. Mən bu ayəni, ümumiyyətlə “Quran”ı bu cür tərcümələrdə oxuyub ateist olan insanlar tanıyıram. İnsan deyir ki, Allah istədyini yolundan döndərəcəksə, mən niyə ibadət etməliyəm?!
Deyir ki, mən illərlə namaz qılıcam, ibadət edəcəm və sonda Allah məni yolumdan döndərəcək? Əslində isə “Allah istədiyini” yox, “Allah istəyəni” tərcümə olunmalıdır. Ərəb dilində bu belədir. Mən araşdırıram, lüğətlərə baxıram və görürəm ki, “Quran” düzgün tərcümə olunmayıb. Bəs niyə düzgün tərcümə olunmur? Çünki tərcümə edənlərin əksrəiyyətinin işi özlərindən əvvəlki tərcümələrə baxmaq və onun əsasında nəsə yazmaqdır.
– Yəni, Vasim Məmmədliyevlə Ziya Bünyadovun “Quran”ı dərindən bilən şəxs olmadıqları qənaətindəsiniz?
– Vasim Məmmədliyev mənim müəllimim olub. O, ərəb dilçisidir. Vasim müəllim, ilahiyyatçı, din elmləri üzrə mütəxəssis deyil. O, ərəb dili üzrə alimdir.
Mən bir neçə il bundan qabaq ““Quran” tərcümələrindəki xətalar” adlı məqalə yazmışdım. Vasim Məmmədəliyev, Nəriman Qasımoğlu buna görə məndən incimişdilər. Mən Vasim Məmmədəliyevin yanına getdim. Mənə dedi: “Sən heç yaxşı oxuyan tələbə olmamısan”. Mənim isə cavabım belə oldu: “Əksinə, birinci yerə çıxdığıma görə, mənimlə şəkil də çəkdirmisiniz”.
Ziya Bünyadova gəlincə, deyə bilərəm ki, o, çox böyük alim olub. Mənim onunla heç bir ünsiyyətim olmayıb. Onu sözünü deyən bir insan kimi xatırlayıram.
Azərbaycanda din sahəsində çox böyük problemlər var. “Quran” düzgün şəkildə təqdim edilmir, ilahiyat elmindən xəbəri olmayanlar ilahiyyatçı kimi camaatı sırınır. Bu gün ANS mənə qadağa qoydurub, efirə din eksperti kimi çıxartdıqları insanların hamısı İrana bağlı şəxslərdir. Bir az araşdırsanız görərsiniz ki, ANS-in efirinə çıxanların çoxu İranda dini təhsil alıb. Mən bəzən televiziyalara çıxandan sonra aparıcılara rəhbərlikləri irad bildirib ki, məni niyə dəvət ediblər.
– Azərbaycanda hazırkı vəziyyətdə cəmiyyətin, dövlətin dinə münasibətlərini necə qiymətləndirirsiniz?
– Bilirsiniz ki, din-dövlət münasibətlərini tənzimləyən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi var. Bu komitə yarandığı ilk vaxtlarda mən orda işləmişəm. Lakin sonrakı dövrlərdə dramaturq Hidayət Orucov bu komitəyə rəhbər gəldi. Hamı ondan din siyasəti ilə bağlı mütərrəqqi addımlar gözləyirdi. Amma Hidayət Orucovun zamanında dini komitə Qafqaz Müsəlmanları İdarəsinin bir qurumu kimi fəaliyət göstərməyə başladı.
Çünki Hidayət Orucovun heç dindən xəbəri yox idi. O, özündən əvvəlki rəhbərliyin izlərini silmək üzərində öz siyasətini qurdu. Sonra Elşad İskəndərov dini komitəyə rəhbər gəldi. O da İran yönümlü çıxışlar, hərəkətlər edirdi. Elşad İskəndərov müəyyən yerlərə mənimlə bağlı qadağalar da qoymuşdu. İndi isə Mübariz Qurbanlı bu quruma rəhbərlik edir. Mən ondan çox ümidliyəm. Çünki Mübariz müəllim həm siyasəti bilən, həm də enerjili insandır.
Mübariz Qurbanlı şübhəsiz ki, komitədə ilahiyyatçı olan insanlardan fikirlər alır. Mübariz Qurbanlı ehsan məsələsində israfçılığa yol verməməklə bağlı tədbirlər görməyə çalışdı. Bu, xalqın xeyrinə olan bir məsələ idi. Amma Qafqaz Müsəlmanları İdarəsinin sədri və idarənin qaziləri vasitəsi ilə bu məsələnin üzərinə gedildi. Bu gün din sahəsindəki ən böyük problem Qafqaz Müsəlmanları İdarəsidir. Oradakı yaşlı insanlar hansısa yeniliyin olmasını istəmirlər. Bu qurum gəncləşməlidir, yeniliyə açıq olmalıdır. Amma işləri gücləri Həcc ziyarəti üçün qiymətləri qaldırmaqdır.
– Dediniz ki, Elşad İskəndərov sizinlə bağlı qadağalar qoymuşdu. Bu qadağalar nədən ibarət idi?
– Mən bu haqda danışmaq istəmirəm. Çünki, bu üzdə olan məsələ deyildi. Bu barədə dostlarımdan öyrənmişdim. Buna da daha girişmək istəmirəm.
-Bu sualıma səmimi cavab almaq istəyirəm. Əvvəllər nurçu olmusunuz?
– Mən ilk vaxtlar şiə olmuşam. Sonra türklərdən “Quran”ı daha mükəmməl öyrənməyə başladım. Sonradan mənə məlum oldu ki, həmin insanlar Fətullah Gülənlə əlaqədədirlər. Mən gözümü açıb bunları görmüşdüm. Sonra Fətullah Gülənin din alimi olaraq qəbul edib, onun çıxışlarına qulaq asmışam, kitablarını oxumuşam. Mən orta məktəbdə də nurçuların məktəbində oxumuşam. Amma mən heç vaxt özümə nurçu deməmişəm, özümü nurçu hesab etməmişəm. O zamanlar bunlar çox səmimi idilər, siyasətə, dövlət işlərinə qarışmırdılar. Amma sonrakı dövrlərdə onlar güclənəndən sonra bəzi məsələlərdən buynuz çıxarmağa başladılar. Dövlət də bu buynuzu kəsmək məcburiyyətində qaldı.
– Yəqin ki, “Quran”ın yeni tərcüməsi üzərində işləyirsiniz?
-Bəli. Bu tərcüməmdən sonra mənə qarşı çıxış edəcəkləri də gözə almışam.
-Sonuncu sual. Övladlarınızın dindar olmasını istəyərdinizmi?
-Üç övladım var. Mən istəyirəm ki, onlar dinini yaşasınlar.
– Vaxtınızı ayırıb, suallarımı cavablandırdğınız üçün təşəkkür edirəm!
-Mən də sizə təşəkkür edirəm!
Aqşin KƏRİMOV
***
Həmçinin oxu:
Mirzə Sakit: “Azərbaycandakı ilahiyyatçıların hamısı nağılbazdır” – MÜSAHİBƏ
//modern.az/articles/81291/1/
““Quran”ı, “Tövrat”ı, “İncil”i Allahın göndərdiyinə inanmıram” – MÜSAHİBƏ
//modern.az/articles/81123/1/
Rəsul Quliyev: “Cənnət-cəhənnəm ideyası insanları mütiləşdirmək üçün uydurulub” – MÜSAHİBƏ
//modern.az/articles/80501/1/
Siyavuş Novruzov: “Adama deyərlər, əməl etməyəcəkdinsə, Həccə turist səfərinə getmişdin?!” – MÜSAHİBƏ
//modern.az/articles/80918/1/
“Siğə oteldə yüngül əxlaqlı qadınla bir yerdə qalmaq kimi bir şeydir” – MÜSAHİBƏ
//modern.az/articles/82623/1/
“Dediklərim Allaha xoş getmirsə, qoy vurub məni öldürsün” – MÜSAHİBƏ
//modern.az/articles/83027/1/
“Darvinin nəzəriyyəsinə ciddi cavab verə biləcək bir elmi nəzəriyyə yoxdur” – MÜSAHİBƏ
//modern.az/articles/83913/1/
Sərdar Cəlaloğludan qalmaqallı MÜSAHİBƏ: “Məhərrəmlik xristianlıqdan götürülmüş bir adətdir”
//modern.az/articles/88433/1/
“Sərdar Cəlaloğlu ədəbazlıq, Mirzə Sakit isə kafirlik edir” – MÜSAHİBƏ
//modern.az/articles/88864/1/
“Anam ateist olmağımdan çox həyəcan keçirirdi” – MÜSAHİBƏ
//modern.az/articles/89875/1/
Comments are closed, but trackbacks and pingbacks are open.