Аскеров, Зияфет Аббас оглы
Ulu Öndər Heydər Əliyev düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, gələcək inkişafın strateji hədəflərini müəyyənləşdirdi və Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi.
Ziyafət Əsgərov: Ulu Öndər Heydər Əliyev uzaqgörən siyasəti ilə Azərbaycan üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi
Ulu Öndər Heydər Əliyev düşünülmüş və uzaqgörən siyasəti sayəsində Azərbaycan üçün, xalqımız üçün mümkünsüz görünən hər şeyin öhdəsindən uğurla gəldi, ölkəmizin müstəqilliyini dönməz, əbədi və daimi etdi, gələcək inkişafın strateji hədəflərini müəyyənləşdirdi və Azərbaycan demokratik, hüquqi dövlət quruculuğu yolu ilə əzmlə irəlilədi.
Day.Az Trend-ə istinadla xəbər verir ki, bunu Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü Ziyafət Əsgərov deyib.
Ziyafət Əsgərovun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin 1969-cu ilin 14 iyulunda Bakı şəhərində keçirilmiş Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin Plenumunda yekdilliklə Azərbaycan KP MK-nın Birinci katibi vəzifəsinə seçilməsi Azərbaycanın gələcək inkişaf yoluna üfüqdən doğan günəşin şəfəqləri kimi aydın işıq saçdı. Həmin tarixdən bizi ayıran ötən 50 ilin parlaq və şanlı səhifələri Ulu Öndərin mənalı və şərəfli ömür yolu ilə ayrılmaz vəhdət təşkil edir.
MM sədrinin müavini əlavə edib ki, 1969-1982-ci illər ərzində Azərbaycanın gələcək müstəqilliyi üçün zəmin hazırlayan Ulu Öndər respublikada milli ruhun və azərbaycançılığın sovet ideologiyası çərçivəsində sıxışdırılmasının qarşısını almaqla onun dirçəldilməsi istiqamətində böyük işlər gördü, mövcud imkanlardan bacarıqla istifadə etdi: “Təhlil və araşdırmaların təsdiq etdiyi kimi, xalqın tarixi yaddaşının özünə qaytarılması ideoloji təməl prinsipləri əsasında milli ruhun yeni yüksəlişini təmin etdi. Hər bir azərbaycanlının qəlbində illərdən bəri sönməyən milli dövlətçilik ideyasının gələcəkdə böyük hərəkətverici qüvvəyə çevrilməsi üçün respublikada sağlam mühit formalaşdırdı, xalqın maddi rifah halının yaxşılaşması üçün yeni mərhələyə keçməyə şərait yaratdı. Heydər Əliyevin qətiyyəti sayəsində sovet hökuməti Azərbaycanla bağlı hərtərəfli tərəqqini və dayanıqlı inkişafı nəzərdə tutan mühüm qərarlar qəbul etdi. Azərbaycanın inkişafı üçün tarixi əhəmiyyət daşıyan bu mühüm qərarlar həmin dövrdə və daha sonrakı perspektivdə ölkənin sosial-iqtisadi inkişafının əsas istiqamətləri üzrə kompleks məsələləri müəyyən edirdi. Cəmiyyətin ictimai-siyasi quruluşundan asılı olmayaraq, Heydər Əliyevin bütün dövrlərdə xalqın dəstəyini hiss edərək Azərbaycanı inamla irəliyə apardığını vurğulayan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev demişdir ki, sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olurdu”.
Z.Əsgərov qeyd edib ki, ölkədə inkişaf proqramlarının reallaşdırılması ilə paralel olaraq milli mənəviyyatın təşəkkül tapması, tarixi soy-kökə qayıdış, azərbaycançılıq dünyagörüşünün bərqərar olunması həyata keçirilən siyasətin əsas xəttini təşkil edirdi. Bu dövrdə milli təhsilin, elmin, mədəniyyətin inkişafına göstərilən diqqət və qayğı Azərbaycanda hazırda, sözün əsl mənasında, intibah dövrü kimi qəbul olunan inkişaf mərhələsinin əsasını qoydu. Heydər Əliyev SSRİ-nin ali hərbi məktəblərinə oxumağa gedən gənclərin milli tərkibinə də xüsusi əhəmiyyət verirdi. Məhz Ulu Öndərin təşəbbüsü sayəsində xarici ölkələrin ali məktəblərində təhsilalanlar sonradan Azərbaycana qayıdaraq xalqa, millətə, vətənə ləyaqətlə xidmət etdilər. Bu xidmətin yüksək səviyyədə həyata keçirilməsi Azərbaycanın inkişaf və tərəqqisində də özünü təsdiqləyirdi.
Vitse-spiker bildirib ki, Heydər Əliyev ittifaqda artan nüfuzundan və yüksək vəzifənin açdığı imkanlardan istifadə edərək, ittifaq büdcəsindən Azərbaycana daha çox vəsait ayrılmasına, bir sıra ittifaqmiqyaslı layihələrin Bakıya yönəldilməsinə nail oldu. Bir sözlə, Heydər Əliyevin qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan Sovet İttifaqının qabaqcıl respublikalarından birinə çevrildi: “Müstəqilliyin ilk illərində ölkəmiz üçün olduqca mürəkkəb və çətin bir dövrdə öz xilaskarlıq və quruculuq missiyasını şərəflə yerinə yetirən Heydər Əliyev respublikada baş alıb gedən xaos və anarxiyaya qısa zaman kəsiyində son qoydu. 1993-cü ilin iyunun 9-da Bakıya gələn və iyunun 15-də Ali Sovetin Sədri seçilən Ulu Öndərin qətiyyəti sayəsində Azərbaycan dövlətçiliyinin mövcudluğuna böyük təhlükə olan 1994-cü il oktyabr və 1995-ci il mart dövlət çevrilişi cəhdlərinin, eləcə də ölkədə cinayətkarlığın qarşısı alındı, qanunsuz silahlı dəstələr ləğv olundu, mütəşəkkil ordu yaradıldı və dövlət müstəqilliyi qorunub saxlanıldı. Ulu Öndər Azərbaycanın ilk demokratik Konstitusiyasının hazırlanmasına və qəbul edilməsinə nail olmaqla ölkədə hüquqi demokratik dövlət quruculuğunun əsasını qoydu”.
Z.Əsgərov vurğulayıb ki, bu gün Prezident İlham Əliyev əsası ümummilli lider tərəfindən qoyulan daxili sabitlik sahəsində qazanılmış nailiyyətləri siyasi həmrəyliyin təmin olunması və milli birliyin möhkəmləndirilməsi istiqamətində daha da inkişaf etdirmiş, faktiki olaraq, dönməz etmişdir. Prezident İlham Əliyevin həyata keçirdiyi, elmi cəhətdən əsaslandırılmış, məqsədyönlü iqtisadi siyasət nəticəsində ölkəmiz böyük uğurlar qazanmış, regionun lider dövlətinə çevrilmişdir.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Аскеров, Зияфет Аббас оглы
Закончил с отличительным дипломом юридический факультет Бакинского Государственного Университета. Кандидат юридических наук, профессор. Автор одной учебной книги и многочисленных учебных пособий. Знает русский и французский языки. Входил в рабочую группу Комиссии по созданию первой Конституции Азербайджанской Республики 1995 года. Член Комиссии по борьбе с коррупцией при Совете Управления Государственной Службой Азербайджанской Республики.
С 1990 года работал преподавателем, главным преподавателем, доцентом, заместителем заведующего кафедрой, заместителем декана юридического факультета кафедры конституционного права БГУ. В настоящее время является профессором кафедры конституционного права Бакинского Государственного Университета. Женат. Отец двоих детей.
Политическая карьера
Является членом политического совета партии «Ени Азербайджан». Был депутатом Милли Меджлиса Азербайджанской Республики первого и второго созывов. 24 ноября 2004 года был избран вице-спикером парламента, а также являлся председателем постоянной комиссии по вопросам безопасности и обороны.
6 ноября 2005 года был избран депутатом Милли Меджлиса третьего созыва от 76-го Ленкорань-Астаринского избирательного округа. Со 2 декабря 2005 года первый вице-спикер парламента. Вновь стал председателем постоянной комиссии по вопросам безопасности и обороны. Глава азербайджанской делегации в Парламентской Ассамблее НАТО.
Ссылки
См. также
- Персоналии по алфавиту
- Родившиеся 24 октября
- Родившиеся в 1963 году
- Родившиеся в Бабекском районе
- Депутаты Милли Меджлиса Азербайджана
- Вице-спикеры парламентов
- Юристы Азербайджана
Wikimedia Foundation . 2010 .
Comments are closed, but trackbacks and pingbacks are open.