MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU
Təhsilin məzmunu bütöv təlim prosesinin mühüm bir ünsürü kimi, özündən əvvəl gələn ünsürlə – təlimin məqsədi ilə şərtlənir. Bəs təlimiн başlıca məqsədi nədir?
Zülfiyyə veysova və malik aranlı milli kurikulum
Dekabrın 15-də “Milli Kurikulum Çərçivəsi: tədqiqatlar və perspektivlər” mövzusunda hesabat tədbiri keçirilib.
UNİCEF -in maliyyə dəstəyi ilə Təhsil İnstitutu nun hazırladığı Milli Kurikulum Çərçivəsinə dair keçirilən tədbirin məqsədi bu sahədə aparılan tədqiqatları və gələcək perspektivləri müzakirə etmək olub.
Tədbirdə təhsil nazirinin müşaviri Həsən Həsənli, Təhsil İnstitutunun direktoru vəzifəsini icra edən Emin Əmrullayev, UNİCEF -in, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun və Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri, təhsil ekspertləri, müxtəlif fənlər üzrə ekspertlər və məktəb direktorları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Emin Əmrullayev cari ildə təhsil sahəsində əldə edilmiş nailiyyətlərdən, UNİCEF-lə səmərəli əməkdaşlıqdan danışıb və bu əməkdaşlığa görə təşkilatın Azərbaycandakı nümayəndəliyinə təşəkkürünü bildirib.
UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Min Yuan “Alternativ tədris proqramlarının təbliği” layihəsinin uğurla həyata keçirilməsini diqqətə çatdıraraq bu cür təşəbbüslərə dəstək verməkdən məmnun olduqlarını bildirib.
Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, təhsil eksperti Zülfiyyə Veysova və Milli Təhsil Texnologiyaları Mərkəzi İctimai Birliyinin sədri Şamil Suleymanlı Milli Kurikulum Çərçivəsinə dair təqdimatlarla çıxış ediblər.
Tədbirdə layihəyə əsasən görülən işlərlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib.
Milli Kurikulum Çərçivəsinin ilkin versiyası UNİCEF-in maliyyələşdirdiyi “Alternativ tədris proqramlarının təbliği” layihəsinə əsasən hazırlanıb. UNİCEF Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə imzalanmış “2016-2017-ci illərə dair Dövri Fəaliyyət Planı”nına uyğun olaraq Təhsil İnstitutuna beynəlxalq təcrübənin yerli mühitə uyğunlaşdırılması, onun əsasında alternativ və variativ kurikulumlarının hazırlanması işlərində maliyyə dəstəyi göstərib. Layihə çərçivəsində təmayüllər üzrə təhsil alan 10-cu siniflər üçün 7 istiqamət üzrə tədris proqramları tərtib edilərək çap olunub. Xarici ölkələrin Milli Kurikulum çərçivələri araşdırılıb və Azərbaycan Respublikası Milli Kurikulum Çərçivəsi üçün təlimat hazırlanıb. Milli Kurikulum Çərçivəsi 10-dan çox xarici ölkənin kurikulum çərçivəsi ilə müqayisə edilib.
MİLLİ KURİKULUM,DÖVLƏT TƏHSİL STANDARTLARI,TƏHSİLİN MƏZMUNU
Təhsilin məzmunu didaktikanın əsas problemlərindən biridir. Təhsilin məzmunu bir neçə amillə müəyyən edilir:
a) cəmiyyətin tələbatı, elm və texnikanın inkişaf səviyyəsi, ictimai quruluşun xarakteri ilə;
b) təlimin məqsəd və vəzifələri ilə;
c) şagirdlərin real təlim imkanları ilə.
Təhsilin məzmunu bütöv təlim prosesinin mühüm bir ünsürü kimi, özündən əvvəl gələn ünsürlə – təlimin məqsədi ilə şərtlənir. Bəs təlimiн başlıca məqsədi nədir?
Bu sualla bağlı pedaqogika tarixində təhsilin məzmununa dair müxtəlif nəzəriyyələr mövcud olmuşdur: formal və maddi təhsil nəzəriyyələri (XVIII-XIX əsrlərdə).
Formal təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi şagirdlərin ağlını, zehni qabiliyyətlərini inkişaf etdirməkdir. Bu mövqedə duran pedaqoqların fikrincə, elmi bilikləri öyrənmək üçün məktəb illəri kifayət deyildir. Zehni cəhətdən inkişaf edən insan istədiyi biliyi müstəqil əldə edə bilər. Bu nəzəriyyə məktəbdə zehni inkişafa imkan verən fənləri – qədim və müasir dilləri, riyazi fənləri keçməyi təklif edirdi. Vaxtilə klassik gimnaziyalarda, mədrəsələrdə təlim bu səpgidə qurulurdu.
Maddi təhsil nəzəriyyəsinə görə, təlimin məqsədi həyatda bilavasitə lazım olan praktik bilik və bacarıqlar verməkdən ibarətdir. Bu mövqedə duran pedaqoqların fikrincə, məktəbdə faydalı həyati biliklər verən fənlər – təbiətşünaslıq, botanika, biologiya, kimya, fizika və s. keçiлməlidir. Vaxtilə real məktəblərdə təlim bu cür qurulurdu.
Göstərilən hər iki nəzəriyyə birtərəflidir, çünki onlar təlimin əsas məqsədlərini ayırır və bir-birinə qarşı qoyurdu.
2. Azərbaycan Respublikasında Ümumi Təhsilin Konsepsiyası (Milli Kurikulum). Təhsilin məzmunu özündə şagird və tələblərin mənimsədiyi biliklər, formalaşan bacarıqlar və vərdişlər sistemini əhatə edir. Təhsilin məzmunu dedikdə, şagirdlərin müxtəlif dərslərdə yiyələnməli olduqları bilik, bacarıq və vərdişlərin həcmi və xarekteri nəzərdə tutulur ki, bunlar Ümumi Təhsil Konsepsiyasında – Milli Kurikulimda, dövlət təhsil standartlarında, tədris planında, tədris proqramlarında, dərslik və dərs vəsaitlərində öz əksini tapır. Milli Kurikulum 2006-ci ildə qəbul olunmuşdur. Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabinetnin 30 oktyabr 2006 –cı il tarixi qərarında deyilir ki, o, ümumi təhsil üzrə təlim nəticələrini, məzmun standartlarını, ümumi təhsilin hər bir pilləsində nəzərdə tutulan fənləri, həftəlik dərs və dərsdən kənar məşğələ saatlarının miqdarını, pedaqoji prosesin təşkili, təlim nailiyyətlərinin qiymətləndirilməsi və monitorinqi üzrə əsas prinsipləri və ayrı-ayrı fənn kurikulumlarının strukturunu əhatə edir.
Kurikulum latın sözü olub, kurs, istiqamət, təlim kursu deməkdir. Təlim kurikulumlarından ilk dəfə ABŞ-da (1918) istifadə olunmuşdur.
Kurikulum tədris planlarını, tədris proqramlarını, metodik işləmələri, qiymətləndirmə meyarlarını, şagird və onun hazırlıq səviyyəsinə verilən tələbləri, hər bir dərsin konkret inkişafetdirici məqsədini, metodik təminatı, dəyərləndirmə modelini, texniki təchizatı və pedaqoji texnologiyaları özündə birləşdirir.
Azərbaycan Milli Kurikulumuna dair hesabat tədbiri keçirilib
Azərbaycan Milli Kurikulumuna dair hesabat tədbiri keçirilib Bakı. 15 dekabr. REPORT.AZ/ Milli Kurikulum Çərçivəsinə dair “Milli Kurikulum Çərçivəsi: tədqiqatlar və perspektivlər” mövzusunda hesabat tədbiri keçirilib.
15 Dekabr , 2017 13:06
https://static.report.az/photo/05b214a7-077f-40b3-888b-ec49d1a56315.jpg
Report/ Elshan Baba
Bakı. 15 dekabr. REPORT.AZ/ Milli Kurikulum Çərçivəsinə dair “Milli Kurikulum Çərçivəsi: tədqiqatlar və perspektivlər” mövzusunda hesabat tədbiri keçirilib. “Report”un məlumatına görə, YUNİSEF-in maliyyə dəstəyi ilə Təhsil İnstitutunun keçirdiyi tədbirin məqsədi Milli Kurikulum Çərçivəsi sahəsində aparılan tədqiqatları və gələcək pespektivləri müzakirə etmək olub. Tədbirdə çıxış edən Təhsil İnstitutunun direktor vəzifəsini icra edən Emin Əmrullayev “Alternativ tədris proqramlarının təbliği” layihəsi haqqında iştirakçılara məlumat verib. Tədbirdə layihəyə əsasən görülən işlərlə bağlı müzakirələr aparılıb, təkliflər səsləndirilib. Həmçinin Təhsil İnstitutunun direktor müavini Ənvər Abbasov, təhsil eksperti Zülfiyyə Veysova və Milli Təhsil Texnologiyaları Mərkəzi İctimai Birliyinin sədri Şamil Süleymanlı Milli Kurikulum Çərçivəsinə dair təqdimatlarla çıxış ediblər. Qeyd edək ki, Milli Kurikulum Çərçivəsinin ilkin versiyası YUNİSEF-in maliyyələşdirdiyi “Alternativ tədris proqramlarının təbliği” layihəsinə əsasən hazırlanıb. Layihə çərçivəsində təmayüllər üzrə təhsil alan 10-cu siniflər üçün 7 istiqamət üzrə tədris proqramları tərtib edilərək çap olunub. Xarici ölkələrin Milli Kurikulum Çərçivələri üçün təlimat hazırlanıb. Bu istiqamətdə Azərbaycanın Milli Kurikulumu 10-dan çox xarixi ölkənin kurikulum çərçivəsi ilə müqayisə edilib.
Comments are closed, but trackbacks and pingbacks are open.