Qədim Gəncənin müasir rəmzi – Zəfər tağı – FOTO
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son 3 ildə Gəncədə minlərlə qonağın, xarici turistin ziyarət etdiyi və qədim şəhərin müasir rəmzinə çevrilən tikililərindən biri də Zəfər tağıdır. Əzəmətli və yaraşıqlı tikili olan bu müasir mühəndis qurğusu hazırda 450 hektarlıq sahəsi ilə Avropanın ən böyük mədəni-istirahət mərkəzi olan Heydər Əliyev Park Kompleksinin giriş hissəsində inşa edilib.
Zəfər tağı
– Yox, özümüzü demirəm. Zəmanəni deyirəm, lənətə gəlmiş zəmanəni! Ölən həmişə odur, yaşayansa biz! Yuxudan ayılanda dünya gözünə bahar görünür, yuxuya dalanda isə hər şey payıza çevrilir, arada da neçə qış, neçə yay ötüb keçir. Əgər biz bir-birimizi ürəkdən seviriksə, demək, yağış kimi, külək kimi əbədiyik, ölüm bizə yaxın düşə bilməz. Bizə nə qalırsa, günlərdən qalır, gülüm, illər heç nə vermir.
D [ redaktə ]
- Dost kimi qalmaq? Soyumuş lavanın ortasında sönmüş hisslərlə kiçik bağ salmaq? Xeyr, bizim üçün deyil. Bu, yüngül davalardan sonra olur, lakin çox saxta formada. Sevgini dostluqla ləkələməzlər. Son sondur.
H [ redaktə ]
- Həmişə bir pərdə tapıb arxasında gizlənməyə nə var?! Hər böyüyün də bir böyüyü var!Əmrlər, göstərişlər, borc, vəzifə və bir də yeddi başlı əjdaha – əxlaq norması, məcburiyyət, sərt gerçəklik, məsuliyyət… daha nə bilim nələr… Adicə insanlıq qanunlarından çıxıb arxasında gizlənmək üçün pərdə tapmağa nə var…
- Həyatı həyat kimi yaşamaq nə qədər də şirin imiş! İnsan ancaq səadətdən doyanda sakitləşir, çünki başqa heç nə istəmir.
X [ redaktə ]
- Xeyr, sənə hər zaman yalnız ehtiras və zəfər qazanmaq lazım olub. Elə bir insan istəyirsən ki, o əriyib sənə qarışmağa hazır olsun, lakin bunu etməyi bacarmasın. Sən çılğınlığı, coşqunluğu sevirsən, elə buna görə də ürəyin hər zaman boş qalacaq. Çünki insan ancaq öz qəlbində olan şeyləri əlində saxlaya bilər. Bu cür tufanlı qəlbdə isə heç nə qala bilməz. Onlar yalnız tənhalığın zülmət gecələrində bitir. Ancaq bir şərtlə ki, ümidsizliyə qapılmamalısan. Sənin bunlardan xəbərin varmı?
K [ redaktə ]
- Kimsə səni təhqir etdikdə, cavabını verirsən. Mərhəmət göstərdikdə isə qalırsan belə.
- Kömək et. Sevirəm. Qayıtdım. Artıq səninəm. – bunların hər biri şirin sözlərdir. Lakin elə təkcə sözlərdir, vəssalam. İki bədənin vəhşicəsinə bir-birinə qovuşması kimi adicə bir şey üçün gör nə qədər söz var! Bu sözlərdə də nə qədər yalan, uydurma, saxta hisslər, özünüaldatma gizlənib! Sən elə bir üfüqsən ki, bütün düşüncə və hisslərim orada birləşir…
Q [ redaktə ]
- Qadınlar hər zaman kişilərin unutduqları şeylər üçün narahatlıq keçirir. Kişilər isə bu narahatlığı qadınların xatırladıqları şeylər üçün keçirir.
M [ redaktə ]
- Məhəbbət! Bircə sözdə gör nə qədər şey gizlənir! Onda şəhvət hissindən tutmuş, müqəddəs qəlb çırpıntıları, ailə qurmaq həvəsi, vəhşi ehtiras və Yakobun məlakə ilə təkbətək döyüşünə kimi hər şey var!
- Mən onun yanında dayanıb, ona qulaq asırdım, gülürdüm və düşünürdüm ki, bu cür qadını sevib, eyni zamanda kasıb olmaq necə də dəhşətlidir.
S [ redaktə ]
- Sənin nə etməyindən asılı olmayaraq həyat yenə öz həyatlığında qalır – ya ümumiyyətlə heç nə olmur, ya da hər şey birdən baş verir.
- Sərbəstliyi itirmək olmazdı. Hər şey yavaş-yavaş, tədrici asılılıqdan başlayır. Adam fikir vermir, bir də görür ki, adətlərin toruna düşüb. Bu adətlərin çox adı olur, onlardan biri də sevgidir. Gərək heç vaxt, heç kimə çox öyrəşməyəsən.
Y [ redaktə ]
- Yox, cəld dedi. “Belə deyil. Dost qalmaq? Solğun hisslərin soyudulmuş lavasına tərəvəz bağçası əkmək üçün? Xeyr, bu sizin və mənim üçün deyil. Bu, yalnız kiçik intriqalardan sonra baş verir və hətta bu, olduqca saxtadır. Sevgi dostluqla ləkələnmir. Axır sondur.
Qədim Gəncənin müasir rəmzi – Zəfər tağı – FOTO
Tarixi abidələr, əzəmətli tikililər, müasir mühəndis qurğuları hər bir xalqın keçdiyi inkişaf yolunu, onun maddi mədəniyyət tarixini, eləcə də estetik zövqünü özündə əks etdirməklə yanaşı, yüksək memarlıq nümunələri kimi mövcud olduğu şəhərin vizit kartına çevrilib, çoxsaylı turistləri özünə cəlb edir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son 3 ildə Gəncədə minlərlə qonağın, xarici turistin ziyarət etdiyi və qədim şəhərin müasir rəmzinə çevrilən tikililərindən biri də Zəfər tağıdır. Əzəmətli və yaraşıqlı tikili olan bu müasir mühəndis qurğusu hazırda 450 hektarlıq sahəsi ilə Avropanın ən böyük mədəni-istirahət mərkəzi olan Heydər Əliyev Park Kompleksinin giriş hissəsində inşa edilib.
Qədim yunan-Roma arxitekturasının ənənələri ilə Şərq-müsəlman, xüsusən də orta əsrlər Azərbaycan memarlıq elementlərinin üzvi şəkildə əlaqələndirildiyi Zəfər tağının eni 20, uzunluğu 50, hündürlüyü isə 38 metrdir. Zəfər tağının üst mərtəbəsində ətrafı seyr etmək üçün 30 metr hündürlüyündə meydança var. Buradakı meydançada quraşdırılan müşahidə qurğusu vasitəsilə parkın ərazisini, eləcə də daha geniş panoramda şəhəri seyr etmək mümkündür. Meydançaya Zəfər tağının birinci mərtəbəsindəki girişdən daxil olaraq pilləkənlərlə, yaxud liftlə qalxmaq lazımdır. Məhz Gəncədəki Zəfər tağı üçün düşünülmüş bu cür mühəndis həlli onu həm də Avropada antik və orta əsrlərin bütün dövrlərində inşa olunan memarlıq abidələrindən əsaslı şəkildə fərqləndirir.
Səhərlər əzəmətli görkəmi, axşamlar isə işıqlar altında bərq vuran yaraşıqlı mənzərəsi ilə görənləri heyran edən Zəfər tağı 15 iyun – Azərbaycan xalqının Milli qurtuluş gününün rəmzi olaraq ucaldılıb. Zəfər tağı park kompleksindəki xiyabanı Heydər Əliyev Mərkəzi ilə birləşdirən yüksək mühəndis layihələndirməsidir. Gəncədəki bu tikilinin layihələndirilməsində Avropada antik və orta əsrlərdə inşa olunmuş Zəfər tağlarının təsiri aydın hiss olunur. Bununla belə, tikilidə Avropadakı Zəfər tağlarına xas təmtəraq müşahidə olunmur. Lakin abidənin ölçüləri – eni, uzunu, xüsusən də hündürlüyü ondakı əzəmətli görkəmi təmin edir.
Gəncədəki Zəfər tağı Avropada antik dövrün məbəd tikintisində geniş istifadə olunan sadə stereobat və stilobatı təşkil edən tava daşlar üzərində tikilib. Tağ iki – şərq və qərb fasadlarından ibarətdir. Fasadların üzərində hər hansı barelyef, yaxud karelyeflərdən istifadə olunmayıb. Tağın fasadındakı mərkəzi hissəsi aşağıdan yuxarıya doğru şüşələrlə, onların üzəri isə Azərbaycan memarlıq məktəbinin ən gözəl nümunələrindən olan həndəsi ornamentlərlə bəzədilib. Məhz tikilinin inşasında bu cür Şərq elementlərindən istifadə olunması Zəfər tağının ümumi formasına xeyli millilik statusu qazandırıb. Zəfər tağının divarlarının hər yandan qarşısını, ümumilikdə, 24 kolon əhatə edib. Kolonların baza hissəsi dor sütunlardakı sadə altlıqlardan və oturacaqlardan ibarətdir. Zəfər tağının qövsşəkilli yuxarı hissəsində (bilavasitə damının altında) nəbati görkəmli rozetlər yerləşir. Tağın yuxarı hissəsini antik memarlıq ənənələrinə uyğun olaraq antabliment davam etdirir. Bu hissədə arxitrav, friz və karnizlər müşahidə olunsa da, bunlar da digər tarixi zəfər tağlarından fərqli olaraq sadə görkəmlidir. Tağın friz hissəsində metopları sadə lövhələr, triqlifləri isə pəncərələr əvəzləyir. Nəhayət, Zəfər tağının yuxarı hissəsini forma və elementlərin aşağı mərtəbələrdəki bənzəri olan fronton tamamlayır. Lakin tikilinin bu hissəsində də digər tarixi abidələrdə olduğu kimi, əlamətdar günün əzəmətini özündə əks etdirən heykəllər, simvollar, eləcə də digər arxitektura elementləri müşahidə olunmur.
Zəfər tağı son illər Gəncədəki iqtisadi-sosial, mədəni inkişafı əks etdirən və şəhərə gələn xarici qonaqları, turistləri özünə cəlb edən, eləcə də bir sıra beynəlxalq əhəmiyyətli tədbirlərin, yürüşlərin və marafonların keçirildiyi məkan kimi şöhrət qazanıb.
Milli.Az
Перевод “Zəfər tağı” на русский
триумфальная арка — это перевод «Zəfər tağı» на русский. Пример переведенного предложения: «Tit Zəfər Tağı»nın içəri hissəsində məşhur bir tarixi hadisənin təsvir olunduğu iki böyük relyef var. ↔ Арку Тита украшают два больших барельефа, изображающих хорошо известное историческое событие.
Zəfər tağı
+ Добавить перевод Добавить Zəfər tağı
“Zəfər tağı” в словаре азербайджанский – русский
триумфальная арка
Показать алгоритмически созданные переводы
Автоматический перевод ” Zəfər tağı ” в русский
Glosbe Translate
Google Translate
Переводы «Zəfər tağı» на русский в контексте, память переводов
Совпадение слов
все точно любой
«Tit Zəfər Tağı»nın içəri hissəsində məşhur bir tarixi hadisənin təsvir olunduğu iki böyük relyef var.
Арку Тита украшают два больших барельефа, изображающих хорошо известное историческое событие.
Bu gün «Tit Zəfər Tağı» hər il Romaya ziyarətə gələn yüz minlərlə insanı heyran edir.
Сегодня полюбоваться аркой Тита каждый год приходят сотни тысяч туристов, которые посещают Римский форум.
Comments are closed, but trackbacks and pingbacks are open.