Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar
törədilmiş xəta az əzəmiyyətli olduqda″.
Zəruri müdafiə cinayət məsuliyyətinə səbəb olurmu?
Əməlin ictimai-təhlükəliliyini aradan qaldıran hallar elə hallardır ki, bu halların mövcud olması ilə zahirən cinayətə bənzəyən əməllər qanunauyğun davranışa çevrilmiş olur. Cinayət hüquq nəzəriyyəsində qeyd edilən halların təbiətinə müxtəlif cür – əməlin ictimai-təhlükəliliyini, bəzən əməlin cinayət və cəzalanmalı olmasını, bəzən də qeyri-hüquqiliyini aradan qaldıran hal kimi qiymət verilmişdir.
Azərbaycan Respublikasının qüvvədə olan Cinayət Məcəlləsində beş hal – «Əməlin cinayət olmasını aradan qaldıran hallar» adı altında xüsusi fəsildə müəyyən edilmişdir. Belə hallara zəruri müdafiə (maddə 36), cinayət törətmiş şəxsin tutulması (maddə 37), son zərurət (maddə 38), əsaslı risk (maddə 39), əmrin və ya sərəncamın yerinə yetirilməsi (maddə 40) kimi hallar daxildir.
Bu məqalədə əməlin cinayət olmasını aradan qaldıran hallardan biri olan “zəruri müdafiə”dən ətraflı bəhs ediləcəkdir. Öncə cinayət qanunvericiliyimizdə bu məsələnin necə tənzimləndiyinə nəzər salaq:
– Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır. (maddə 36.1)
– Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur. (maddə 36.2)
– Qəsdin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir. (maddə 36.3)
Qanun ictimai-təhlükəli qəsdə məruz qalan şəxsin həmin qəsddən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət hakimiyyəti orqanlarına kömək üçün müraciət etmək imkanına malik olmasından asılı olmayaraq zəruri müdafiədən istifadə hüququ verir. Buna görə də hücuma məruz qalan şəxs ona qarşı yönələn qəsdi başqa vasitələrlə aradan qaldırmaq imkanı olduğu halda, zəruri müdafiə hüququndan istifadə edərək qəsd edənə zərər vurmaq yolu ilə (zəruri müdafiə həddini aşmamışsa) mövcud qəsdi aradan qaldırmışsa, belə fəaliyyət qanunauyğun hesab edilir.
Əgər qanunvericiliyimizdə belə bir müddəa öz əksini tapmışdırsa, düşünürəm ki, oxuyucularımızın da bunun səbəbini və hüquqi-fəlsəfi mahiyyətini bilməsi məqsədəuyğun olar. Ümumiyyətlə özünümüdafiə bütün cəmiyyətlərdə və bütün zamanlarda hüquqauyğun sayılan bir hal olmuşdur.
Zəruri müdafiənin hüquqi təməli ilə bağlı bir sıra hüquqi-fəlsəfi fikirlər mövcuddur:
“Təbii hüquq” ideyasına görə, özünümüdafiə təbii hüquqdur və bu hüquq özünüqoruma instinktinin nəticəsi olaraq meydana gəlir. İnsanlar bəzən bu hüquqlarından cəmiyyətin xeyrinə imtina etsələr də, cəmiyyətin onları qoruya bilmədiyi anlarda onlar bu hüquqlarından istifadə edirlər. İnsanın özünü müdafiə etməsini hüququ normaları ilə qadağan etmək mümkün deyildir.
“Legitimlik” ideyasına görə, özünü müdafiə etmək məcburiyyətində qalan şəxs yalnız özünü müdafiə etmək məqsədi ilə hərəkət edər. Bu isə hüquqauyğun bir məqsəddir. Bu səbəbdən də, həmin şəxsə cəza verilməsi doğru deyildir.
“Hüquqların toqquşması” ideyasına görə iki hüquq qarşı-qarşıya gəldikdə dövlət daha üstün olan hüququ qorumaq məcburiyyətindədir. Zəruri müdafiədə üstün olan hüquq qəsdə (hücuma) məruz qalan tərəfin hüququdur və bu səbəbdən də, hücuma məruz qaldığı üçün zəruri müdafiə hüququndan istifadə edən tərəf cəzalandırılmaz.
“Cəmiyyətin mənafeyi” ideyasına görə isə zəruri müdafiə halında edilən hərəkət cəmiyyətin mənafeyinə zidd deyildir və hücuma məruz qalanın hüququ hücum edənin hüququndan daha üstündür.
Mövcud mənəvi normalar ictimai təhlükəli qəsdin qarşısını alan belə hərəkətlərə haqq qazandırır, ictimai və şəxsi mənafeyin pozulmasına qarşı, ədalətsizliyə qarşı barışmazlığı, ictimai borcun dərk edilməsini yüksək prinsip kimi elan edir. Zəruri müdafiə vəziyyətində yol verilən müdafiə hərəkəti ictimai faydalı olduğundan, hüquq qaydalarının möhkəmlənməsinə xidmət edir. Qeyri-hüquqi sayılmadığından belə hərəkətlərdə cinayət tərkibi olmur.
Cinayət hüququ zəruri müdafiə vəziyyətində icra edilən müdafiə hərəkətlərinə haqq qazandırmaqla yanaşı, bu hərəkətlərin hüquqi hesab edilməsi üçün müəyyən şərtlər nəzərdə tutur. Yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir:
- Qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqilik şərtləri
- Müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtləri
Qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtlərinə aşağıdakılar aiddir:
- Qəsd ictimai təhlükəli olmalıdır – ancaq cinayət xarakterli qəsd zəruri müdafiə vəziyyəti yarada bilər. Belə qəsdlər cinayət qanunu ilə qorunan ictimai münasibətlərə ziyan yetirir. Buna görə də ictimai təhlükəli qəsd (hücum) zəruri müdafiənin əsası olur. İctimai təhlükəli qəsd yoxdursa, zəruri müdafiə vəziyyəti də yaranmır və müdafiə hərəkətinə də yol verilə bilməz.
- Qəsd mövcud olmalıdır – ictimai təhlükəli qəsd obyektiv kateqoriya olduğu üçün onun başlanğıcı və sonu vardır. Mövcud qəsd başlanmış, davam edən və hələ başa çatmayan ictimai təhlükəli qəsdi nəzərdə tutur.
- Qəsd həqiqi olmalıdır – qəsdin həqiqi olması onun obyektiv olaraq varlıqda yaşamasını və ictimai münasibətlərə real ziyan yetirməsini nəzərdə tutur. Təxəyyüldə yaşayan, əslində mövcud olmayan qəsd ictimai münasibətlərə ziyan yetirə bilməz.
Müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüquqilik şərtlərinə aşağıdakılar aiddir:
- Müdafiə hərəkətlərinə ancaq zəruri müdafiə vəziyyəti yaradan ictimai-təhlükəli qəsdlərə qarşı yol verilir – cinayət qanunvericiliyi müdafiə edilən obyektlərin dairəsini konkretləşdirir. CM-in 36-cı maddəsi belə obyektlərə özünü müdafiə edənin şəxsiyyətini və hüquqlarını, habelə başqa şəxslərin şəxsiyyətini və hüquqlarını, eləcə də dövlət mənafeyini, ictimai mənafeyi aid edir. Sadalanan obyektlərə qarşı yönələn ictimai təhlükəli qəsdlər zəruri müdafiə vəziyyəti yaradır və belə vəziyyətdə müdafiə hüququndan istifadə edilə bilər. Zəruri müdafiə vəziyyəti yaratmayan qəsdlərə qarşı müdafiə hüququ yaranmır.
- Zəruri müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir – qəsd edənə zərər vurmaqla həyata keçirilən müdafiə hərəkətləri ancaq qəsd davam edən müddət ərzində mümkündür. Qəsd sona çatmışdırsa, yaxud onun qarşısı alınmışsa, şəxs qəsdi davam etdirməkdən imtina etmişdirsə, bundan sonra zəruri müdafiə vəziyyəti olmadığından, yol verilən və zərər yetirən hərəkətlər müdafiə hərəkəti kimi qiymətləndirilmir və ümumi əsaslarla cinayət məsuliyyəti yaranır.
- Müdafiə hərəkətinin qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə uyğun olması – müdafiə hərəkətləri qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə uyğun olmadıqda, zəruri müdafiə həddini aşma vəziyyəti yaranmış olur. Cinayət Məcəlləsinin 36.3-cü maddəsinə əsasən, qəsdin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə açıqdan-açığa uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşma hesab edilir.
Zəruri müdafiə həddini aşma ictimai təhlükəlidir və buna görə də cinayət məsuliyyəti yaranır. Zəruri müdafiə həddini aşmanın tərifinə görə müdafiə ilə qəsd arasında açıqdan-açığa uyğunsuzluq olmalıdır. Müdafiənin və qəsdin açıqdan-açığa uyğun olmaması, bunların zahiri tərəflərinin də uyğun olmamasını nəzərdə tutur. Belə uyğunsuzluq, ilk növbədə, müdafiə hərəkətlərinə yol verən şəxsə bütün aydınlığı ilə bəlli olur. Məsələn, bağından meyvə oğurlandığını görən bağ sahibinin oğurluq edən şəxsi odlu silahdan atəş açaraq öldürməsi. Bu nümunədə müdafiə hərəkəti açıqdan-açığa qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə uyğun olmadığından, edilən “müdafiə” hərəkətləri qeyri-hüquqidir.
Zəruri müdafiə ilə “Əməlin cinayət olmasını aradan qaldıran hallar”dan biri olan son zərurət arasında müəyyən oxşarlıqlar olduğundan, bəzən bu iki hal bir-biri ilə qarışdırılır. Bu səbəbdən də, hesab edirəm ki, zəruri müdafiə ilə son zərurət halları arasında olan mühüm fərqlər də diqqətə çatdırılmalıdır. Zəruri müdafiə və son zərurəti bir-birindən fərqləndirən əsas cəhətlər aşağıdakılardır:
- Zəruri müdafiə vəziyyətində yaranan təhlükə həmişə insanın ictimai təhlükəli əməli ilə bağlı olsa da, son zərurətdə təhlükənin dairəsi daha genişdir.
- Zəruri müdafiə vəziyyətində təhlükə hücum və ya qəsd edənə zərər vurmaq yolu ilə aradan qaldırılsa da, son zərurət vəziyyətində təhlükə üçüncü şəxslərə zərər vurmaq yolu ilə aradan qaldırılır.
- Zəruri müdafiə vəziyyətində vurulan zərər, qarşısı alınan zərərdən az, ona bərabər, bəzi hallarda isə ondan çox ola bilər, son zərurət vəziyyətində vurulan zərər isə qarşısı alınan zərərdən az olmalıdır.
- Zəruri müdafiədə qəsd başqa vasitələrlə də aradan qaldırıla bilər, son zərurətdə isə edilən hərəkət yeganə çıxış yolu olmalıdır.
- Zəruri müdafiədə qəsd edənə yetirilən zərərə görə mülki hüquq məsuliyyəti yaranmır, son zərurət vəziyyətində isə üçüncü şəxsə yetirilən ziyan ödənilir.
Son olaraq, xarici ölkələrin nümunəsində zəruri müdafiə vəziyyətinin tənzimlənməsinə nəzər salaq. Amerikada mövcud olan “Qala doktrinası” şəxsə onun əmlakını, şəxsiyyətini və ictimaiyyəti təhdid edən hər şeydən onlara qarşı cinayət məsuliyyətindən qorxmadan müdafiə etməyə imkan verir. “Qala doktrinası” termininin özü 1604-cü ildə İngiltərənin Baş prokuroru ser Edvard Koka aid edilir və o, Semaynenin işində (1604) bildirir ki, “hər kəsin evi onun üçün qaladır, müdafiəsi, rahatlığı üçündür.” Bəzi dövlətlər qala doktrinasını şəxsin iş yerinə və avtomobilinə qədər genişləndirir.
Sonda isə bildirmək istəyirəm ki, zəruri müdafiə yalnız yazılı qanun deyil, doğuşdan bəri var olan qanundur. Biz bunu yaratmırıq, təbiətin özündən həqiqət kimi qəbul edirik.
İbrahim Hüseynov
“Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili
Mövzu №1: ″″″″ darəetmənin, dövlət idar
olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüquq vardır″.
Bu məqsədlə də XM-nin 18-19-cu maddələrində son zərurət və zəruri müdafiə halları
müəyyən edlmişdir. Vətəndaşlar da son zərurət və zəruri müdafiə hallarında öz konstitusion
hüquqlarını müdafiə etdikdə inzibati məsuliyyətdən azad edilirlər.
Azərbaycan Respulikasının inzibati xətalar qanunvericiliyi inzibati məsuliyyəti istisna
edən halları, inzibati məsuliyyətdən azadetmənin əsaslarını, şərtlərini, nəticələrini və inzibati
məsuliyyətin məhdudlaşdırılması hallarını müəyyən edir.
nzibati məsuliyyəti istisna edən hallar
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi inzibati məsuliyyəti
istisna edən aşağıdakı 3 (üç) halı müəyyən etmişdir:
Son zərurət ( XM-nin 18-ci maddəsi).
Zəruri müdafiə ( XM-nin 19-cu maddəsi).
Anlaqsızlıq ( XM-nin 20-ci maddəsi).
Azərbaycan Respublikasının XM-nin 18-ci maddəsi: ″Son zərurət″. Bu Məcəllənin
Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun gəlmiş olsa da, son zərurət
vəziyyətinə, yəni dövlətin və cəmiyyətin mənafeyini, həmin şəxsin və ya başqa şəxsin
sağlamlığını, hüquqlarını və qanuni mənafelərini qorxu altına alan təhlükəni aradan
qaldırmaq üçün edilmiş hərəkət, əgər bu təhlükə başqa vasitə ilə aradan qaldırıla bilməzdisə
və əgər vurulmuş zərər qarşısı alınmış zərərdən daha az əhəmiyyətli olmuşsa, bu, inzibati
xəta hesab olunmur.
Son zərurət zamanı iki marağın toqquşması baş verir, yəni son zərurət halında hüquqla
mühafizə olunan bir mənafelərə zərər vurma təhlükəsi digər mühafizə olunan mənafelərə az
həmiyyətli zərərin vurulması ilə qarşısı alınır. Son zərurət institutu insanların sosial
fəallığın artmasına, hüquq qaydalarının mühafizəsində iştirak etməsinə şərait yaradır.
Son zərurət halı mühafizə olunan mənafelərə qarşı həqiqi, real, cüzi olmayan təhlükə
Son zərurət zamanı yaranan təhlükənin mənbəyi aşağıdakılar ola bilər:
a) təbii fəlakət qüvvələri: daşqın, zəlzələ, yanğın, sel və s.;
b) vəhşi və ev heyvanları (insanlara hücum etdikdə);
v) yüksək təhlükə mənbələri (məsələn, nasaz maşınlar və s.);
q) insan orqanizmində baş verən fizioloci və bioloci proseslər (məsələn, xəstəlik,
Hüquqla mühafizə olunan mənafelərə qarşı təhlükəni aradan qaldıran şəxsin hərəkəti
Azərbaycan Respublikasının XM-nin müvafiq maddələrində nəzərdə tutulmuş bir və ya bir
neçə inzibati xətanın tərkibini formal surətdə yaradır. Məsələn, sürücü Məmmədov yol
hərəkəti qaydalarını pozaraq hərəkət hissəsinin qarşıdan gələn nəqliyyat vasitələri üçün
nəzərdə tutulmuş hərəkət zolağına çıxmış və bununla da qəza şəraitini yaratmışdır
(Azərbaycan Respublikası XM-nin 151.3-cü maddəsi), belə ki, qarşı hərəkət zolağı ilə
yaxınlaşan sürücü Həsənov yol nəqliyyat hadisəsinin qarşısını almaq məqsədilə idarə etdiyi
nəqliyyat vasitəsini yolun hərəkət hissəsindən kənara çıxartmış və yolun çəpərləyici
qurğusunu zədələmişdir (Azərbaycan Respublikası XM-nin 151.7-ci maddəsi).
Son zərurət vəziyyətinin müəyyən edliməsi üçün iki qrup halların araşdırılması
1. yaranan təhlükəyə aid olan hallar:
hüquqla mühafizə olunan mənafelərə qəsd edən təhlükənin yaranması;
yaranmış təhlükə həqiqi olmalıdır, onun reallığı şübhə yaratmamalıdır;
yaranmış təhlükənin həmin vəziyyətdə başqa vasitələrlə aradan qaldırılması
2. təhlükənin qarşısının alınması fəaliyyətinə aid olan hallar:
dövlətin və cəmiyyətin mənafeyini, həmin şəxsin və ya başqa şəxsin sağlamlığını,
hüquqlarını və qanuni mənafelərinin müdafiə edilməsi üzrə zərər vurulmalıdır;
bir qayda kimi zərər üçüncü şəxslərə vurulmalıdır;
vurulmuş zərər qarşısı alnımış zərərdən daha az əhəmiyyətli olmalıdır.
Qeyd etmək lazımdır ki, yuxarıda göstərilən hər iki qrup halların mövcudluğunda
törədilmiş hərəkət inzibati xəta hesab edilmir və şəxs inzibati məsuliyyətə cəlb edilmir.
Son zərurət vəziyyətini aşağıdakı sxem şəklində təsvir etmək olar:
Son zərurət vəziyyətində hətta bərabər zərərin vurulmasının da sadəcə olaraq
həmiyyəti yoxdur. Buna görə də inzibati xətalar qanunvericiliyi son zərurət vəziyyətində
edilmiş hərəkətlərin qanuniliyini qarşısı alınan zərər ilə müqayisədə daha az zərər vurulması
rtinin yerinə yetirilməsi ilə əlaqələndirilir.
Bu şərt qanunla qorunan mənafelərin mühafizə edilən və zərər vurulan mənafeləri hər
dəfə dəyərləndirmək, onların əhəmiyyətini müqayisə etmək zərurətini nəzərdə tutur.
Məsələn, insanın həyatı və sağlamlığı əmlak mənafeyindən daha mühüm əhəmiyyət kəsb
edən mənafedir. Deməli, əmlaka vurulan zərər insanın sağlamlığına vurulan ərərdən az
nzibati məsuliyyəti istisna edən hallardan biri də zəruri müdafiə vəziyyətidir.
Azərbaycan Respublikasının XM-nin 19-cu maddəsi: ″Zəruri müdafiə″″″″.
Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş əməllərin əlamətlərinə uyğun
gəlmiş olsa da, zəruri müdafiə vəziyyətində, yəni dövlətin və cəmiyyətin mənafeyinə, özünü
müdafiə edənin və ya başqa şəxsin sağlamlığına, hüquqlarına və ya qanuni mənafeyinə qəsd
edənə zərər vurmaq yolu ilə hüquqazidd qəsddən qoruyarkən edilmiş hərəkət inzibati xəta
Azərbaycan Respublikasının XM-də nəzərdə tutulmuş zəruri müdafiə hüququ
dövlətin və cəmiyyətin mənafeyinə, özünü müdafiə edənin və ya başqa şəxsin sağlamlığına,
hüquqlarına və ya qanuni mənafeyinə qarşı törədilən istənilən qəsddən qorumaq üçün
konstitusiyada nəzərdə tutulan huquqlarının həyata keçirilməsində vətəndaşlara verilən ən
vacib təminatlardan biridir. Zəruri müdafiə hüququ əhalinin inzibati xətalarla mübarizəyə,
onların xəbərdar edilməsinə və qarşısının alınmasına cəlb etməyə zəmin yaradır.
Zəruri müdafiə zamanı qarşısı alınan qəsd Azərbaycan Respublikasının XM-nin 19-
cu maddəsində göstərilən hüquq və mənafelərə zərər vurmalı, ya da belə zərərin vurma
təhlükəsini yaratmalıdır. Zəruri müdafiə zamanı qarşısı alınan qəsd hüquqazidd olmalıdır,
yəni XM-nin xüsusi hissəsində inzibati xəta kimi qeyd edilməlidir. Qəsdin həmin anda
təqsirli olması vacib deyil. Zəruri müdafiə eyni zamanda azyaşlı və anlaqsız şəxslə qarşı da
nəzərdə tutulub. Lakin bu zaman müdafiə edilən şəxs mümkün dərəcədə elə tədbir seçməlidir
ki, onlara az zərər yetirilsin və ya zərər ümumiyyətlə, yetirilməsin. Eyni zamanda vəzifəli
xslərin qanunauyğun hərəkətlərinə qarşı zəruri müdafiənin həyata keçirilməsinə yol
verilmir. Məsələn, pois əməkdaşı xırda xuliqanlıq törətmiş şəxsi yaxaladıqda.
Zəruri müdafiənin müəyyən edilməsinin iki qrup şərtlərinin araşdırılması zəruridir:
1. qəsdə aid olan şərtlər:
qəsd ictimai təhlükəli olmalıdır;
qəsd mövcud olmalıdır;
qəsd real olmalıdır.
2. müdafiəyə aid olan şərtlər:
dövlətin və cəmiyyətin mənafeyini, özünü müdafiə edənin və ya başqa şəxsin
sağlamlığına, hüquqlarına və qanuni mənafeyinin müdafiəsinə icazə verilir;
müdafiə zamanı zərər yalnız qəsd edənə vurulmalıdır;
müdafiə zəruri müdafiə həddini aşmamalıdır.
Zəruri müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir, son zərurətdə isə
zərər üçüncü şəxsə vurulur. Məsələn: Azərbaycan Respublikasının XM-nin 305-ci
maddəsində ″Yaşayış məntəqələrində. odlu silahın atəş açmağa görə – silah və döyüş sursatı
müsadirə edilməklə və ya edilməməklə şərti maliyyə vahidi məbləğinin on mislindən iyirmi
mislinədək miqdarda cərimə edilir. Lakin əgər şəxs özünü və ailəsini silahlı basqından
müdafiə etməsi silahından atəş açırsa, aydın məsələdir ki, o, inzibati məsuiyyətə cəlb edilə
bilməz, ona görə ki, o, zəruri müdafiə vəziyyətində silahdan atəş açıb.
Son zərurətin zəruri müdafiədən fərqi aşağıdakı meyarlar əsasında aparıla bilər:
1. Təhlükə mənbəsinə görə:
– son zərurətdə – nəinki, insanın ictimai təhlükəli əməlləri, eləcə də təbii fəlakətlər,
vəhşi və ev heyvanları və s. ola bilər;
– zəruri müdafiədə – yalnız insanın hüquqazidd, ictimai təhlükəli əməlləri təhlükə
mənbəyi ola bilər.
– son zərurətdə – zərərin vurulması yaranmış təhlükənin aradan qaldırılmasının yeganə
– zəruri müdafiədə – zərərin vurlması həm də qəsdən qaçmaq və ya kömək üçün başqa
xsə və ya başqa orqana müraciət etmək imkanı olduqda mümkündür.
3. Vurulmuş zərərə görə:
son zərurətdə – zərər üçüncü şəxslərə vurulur;
zəruri müdafiədə – zərər yalnız qəsd edənə vurulur.
4. Qarşısı alınmış və vurulmuş zərərin nisbətinə görə:
– son zərurətdə – vurulmuş zərər qarşısı alınmış zərərdən az əhəmiyyətli omalıdır.
zəruri müdafiədə – qəsd edənə vurulan zərər qarşısıalınan zərərlə bərabər və ya ondan
nzibati məsuliyyəti istisna edən hallardan biri də inzibati xəta törətmiş şəxsin anlaqsız
Azərbaycan Respublikasının XM-nin 20-ci maddəsi: Anlaqsızlı _ğın_tibbi_meyarı’>Anlaqsızlı q
Hüquqazidd əməl (hərəkət və ya hərəkətsizlik) törədən zaman şəxs anlaqsızlıq
vəziyyətində olduqda, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması,
kəmağıllılıq və ya başqa psixi xəstəlik nəticəsində öz əməlinin faktiki xarakterini və ictimai
təhlükəliliyini dərk etmək və ya onu idarə etmək iqtidarında olmadıqda o, inzibati
məsuliyyətə cəlb edilmir″.
Bu maddədə nəzərdə tutulmuş anlaqsızlıq iki meyardan ibarətdir:
tibbi meyar – xroniki psixiki xəstəliyi, psixi fəaliyyətin müvəqqəti pozulmasını,
kəmağıllığı və başqa psixi xəstəliyi əhatə edir;
hüquqi meyar – şəxs öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk
etmək və ya onu idarə etmək iqtidarında olmamasını əhatə edir.
Qeyd etmək lazımdır ki, şəxsi anlaqsız hesab etmək üçün onda eyni zamanda həm
tibbi, həm də hüquqi meyarlar cəmləşməlidir. Və əgər inzibati xəta törətmiş şəxsdə hər hansı
bir psixi xəstəliyinin olması barədə kifayət qədər məlumat və ya şübhə varsa, psixiatriya
ekspertizası təyin olunmalıdır. şin materialarında da ekspert rəyi olmalıdır.
Anlaqsızlığın tibbi meyarı xroniki psixi xəstəlikdən, psixi fəaliyyətin müvəqqəti
pozulmasından, kəmağıllıqdan və ya başqa psixi xəstəlikdən ibarətdir.
Xroniki ruhi xəstəlik dedikdə, daimi və ya uzun müddət fasiləsiz olaraq davam edən,
çətin müalicə olunan və daimi güclənməyə meyil göstərən psixi xəstəlik başa düşülür.
Burada şizofreniya, epilepsiya, proqressiv paraliç, maniakal-depressiv psixozlar,
beyin sifilisi və başqa xəstəliklər aiddir.
Ruhi f əaliyyətin müvəqqəti pozulması dedikdə, müəyyən müddətə davam edən və
xsin sağalması ilə nəticələnən (şəxsi tutmalarla xarakterizə olunan) psixi xəstələnmə başa
Burada qısamüddətli, qəflətən baş verən və tezliklə ötüb keçən psixi vəziyyətlər,
patoloci affekt, patoloci sərxoşluq, alkoqol psixozla, kəskin infeksion psixozlar aid edilə
Kəmağıllılıq (oliqrofreniya) – anadan gəlmə və ya uşaqlıq dövründə meydana gələn,
ya da getdikcə şiddətlənən bu və ya digər psixi xəstəlik nəticəsində inkişaf edən əqli zəiflik
Kəmağllılığın üç forması mövcuddur:
idiotizm – psixi cəhətdən inkişaf etməmənin ən dərin forması;
inbesillik – kəmağıllılığın az ağır forması;
debillik – kəmağıllılığın ən yüngül forması.
Başqa psixi xəstəlik – psixi pozuntusunun ağır formalarını əks etdirən müxtəlif
xəstəliklərdir. Məsələn: psixopatiyanın bəzi formaları, ruhi pozuntular, narkomanlarla
abstinensiya (lomka) və s.
Anlaqsızlığın hüquqi meyarı şəxsə öz əməlinin faktiki xarakterini və ictimai
təhlükəliliyini dərk etmək (qiymət vermək) və ya onu idarə etmək (rəhbərlik etmək)
iqtdarında maneçilik törədən psixi xəstəliyin olmasıdır.
Anlaqsızlığın hüquqi meyarı iki ünsürdən ibarətdir:
intellektual, yəni şəxsin öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyni dərk
etmə iqtidarında olmaması;
iradəvi, yəni şəxsin öz əməlini idarəetmə iqtidarında olmaması.
gər şəxs öz əməlini dərk etmirsə (ona qiymət verə bilmirsə), deməli, o, əməlini də
idarə edə bilməz. Eyni zamanda öz hərəkətlərinə qiymət verməsi şəxsin iradəsinin
zəiflənməsi nəticəsində öz hərəkətlərinin idarəetməsi istisna etmir. Məsələn, şəxs öz
məlinin hüquqazidd xarakterini dərk edir, lakin psixi xəstəliyin təsiri altında özünü belə
məldən çəkindirə bilmir (məsələn, piromanlarda – bu şəxslər oda baxmağı sevirlər,
kleptomanlar – bu şəxslər alınmaz istək nəticəsində oğurluq edirlər).
Azərbaycan Respulikasının inzibati xətalar qanunvericiliyi inzibati məsuliyyətdən
azad etmənin əsaslarını, şərtlərini və nəticələrini müəyyən edir.
nzibati məsuliyyətdən azad etmənin əsasları, şərtləri və nəticələri Azərbaycan
Respublikasının XM-nin 15.2-ci və 21-ci maddələrində qeyd edilib.
Azərbaycan Respublikasının XM-nin 15.2-ci maddəsi: ″ şin konkret halları, psixi
inkişafı, həyat şəraiti, səhhəti və təhsili nəzərə alınmaqla inzibati xəta törətmiş on altı
yaşından on səkkiz yaşınadək şəxslər yetkinlik yaşına çatmyanların işləri və hüquqlarının
müdafiəsi üzrə komissiyalar tərəfindən inzibati məsuliyyətdən azad oluna və onların
barəsində ″Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar
haqqında Əsasnamə″ ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər.
Ümumiyyətlə bu maddənin Azərbaycan Respublikasının XM-də olması inzibati
məsuliyyətdən azad etmənin əsaslarından biridir.
nzibati məsuliyyətdən azad etmənin şərtləri: inzibati xəta törətmiş on altı yaşından on
səkkiz yaşınadək olan şəxsin psixi inkişafı, həyat şəraiti, səhhəti, təhsili və işin konkret
halları nəzərə alınmaqla şəxs inzibati məsuliyyətdən azad edilə bilər.
nzibati məsuliyyətdən azad etmənin nəticəsi: şəxs inzibati məsuliyyətdən azad edilə
və onlar barəsində ″Yetkinlik yaşına çatmyanların işləri və hüquqlarının müdafiəsi üzrə
komissiyalar haqqında Əsasnamə″ ilə müəyyən edilmiş təsir tədbirləri tətbiq edilə bilər.
nzibati məsuliyyətdən azad etmənin əsası Azərbaycan Respublikasının XM-nin 21-ci
maddəsi: ″ nzibati xəta az əhəmiyyətli olduqda daha yüngül inzibati tənbeh tətbiq etmə və ya
inzibati məsuliyyətdən azadetmə.
Törədilmiş inzibati xəta az əhəmiyyətli olduqda inzibati tənbeh tətbiq etmə hüququ
olan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta törətmiş şəxslər barəsində tətbiq
edilməsi nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə və ya
həmin şəxsi inzibati məsuliyyətdən azad edə bilər″.
Bu maddədə inzibati məsuliyyətdən azadetmənin vahid bir şərti göstərilmişdir:
törədilmiş xəta az əzəmiyyətli olduqda″.
nzibati xətanı az əhəmiyyətli kimi qiymətləndirmək üçün aşağıdakıları nəzərə almaq
inzibati xətanın tərkibini;
törədilmiş xətaya görə nəzərdə tutulmuş sanksiyanı;
inzibati xətanın törədilməsinin səbəb və şəraitini;
inzibati xətanın xarakterini və s.
Məsuliyyətdən azad etmənin nəticələri ilə işə baxan hakim, səlahiyyətli orqan
(vəzifəli şəxs) tərəfindən şəxs inzibati məsuliyyətən azad edilə bilər.
Azərbaycan Respublikası nzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində göstərilən
müddəanı: ″. nəzərdə tutulan inzibati tənbehi daha yüngül inzibati tənbeh növü ilə əvəz edə
. bilər″ məsuliyyətdən azad etmə halı kimi qiymətləndirilə bilməz, ona görə ki, şəxs burada
faktiki olaraq inzibati məsuliyyətə cəlb edilir, yəni maddənin sanksiyasında nəzərdə tutulmuş
inzibati tənbeh daha yüngül inzibati tənbeh növü ilə əvəz edilir.
nzibati məsuliyyəti istisna edən halları. nzibati məsuliyyətdən azad etmənin hallarını
inzibati məsuliyyəti məhdudlaşdıran hallardan fərqləndirmək lazımdır.
Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyi inzibati məsuliyyətin
məhdudlaşdırılması hallarını aşağıdakı meyarlara görə fərqləndirir:
inzibati xətanın subyektinə görə;
inzibati tənbehlərin tətbiq edilməsinə görə;
inzibati tənbehlərin icrasına görə.
nzibati xətanın subyektinə görə inzibati məsuliyyətin məhdudlaşdırılması halları:
Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının
Daxili şlər Naziliyi, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi, Azərbaycan
Respublikası Ədliyyə Nazirliyi, Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və
darəetmə Orqanlarının Baş Mühafizə darəsi və Azərbaycan Respublikası Hərbi Əks-
Kəşfiyyat xidməti əməkdaşları intizamnamələrində bilavasitə nəzərdə tutulmuş hallarda
inzibati xətalara görə intizam məsuliyyəti daşıyırlar, qalan hallarla ilə ümumi əsaslarla
inzibati məsuliyyət daşıyırlar (Azərbaycan Respublikasının XM-nin 15.3-cü maddəsi).
Azərbaycan Dövlət Dəmir Yolunda və Azərbaycan Dövlət Xəzər Dəniz
Gəmiçiliyində qulluq vəzifələrinin icrası zaman inzibati xətalar törətməyə görə intizam
nizamnamələrində və ya intizam haqqında Əsasnamələrdə bilavasitə nəzərdə tutulmuş
hallarla intizam məsuliyyəti, qalan hallarda isə ümumi əsaslarla inzibati məsuliyyət daşıyırlar
(Azərbaycan Respublikası 15.4-cü maddəsi).
Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən,
Azərbaycan Respublikasında toxunulmazlıq hüququndan istifadə edən əcnəbilərin
Azərbaycan Respublikasının ərazilərində törətdikləri inzibati xətalara görə məsuliyyət
məsələsi beynəlxalq hüquq normalaıına uyğun olaraq həll edilir (Azərbaycan
Respublikasının XM-nin 15.7-ci maddəsi).
nzibati tənbehin tətbiq edilməsinə görə inzibati məsuliyyətin məhdudlaşdırılması
əsas dolanacaq mənbəyi ov olan şəxslərin odlu silahı, döyüş sursatı və digər ov
alətləri müsadirə edəilə bilməz (Azərbaycan Respublikasının XM-nin 27.3-cü maddəsi);
nəqliyyat vasitələrini sərxoş halda idarəetmə halları istisna olmaqla, nəqliyyat
vasitələrindən əlilliyi ilə əlaqədar istifadə edən şəxslərin nəqliyyat vasitələrini idarəetmə
hüququ məhdudlaşdırıla bilməz (Azərbaycan Respublikasının XM-nin 28.2-ci maddəsi);
əsas dolanacaq mənbəyi ov olan fiziki şəxslərin hüququ məhdudlaşdırıla bilməz
(Azərbaycan Respublikasının XM-nin 28.4-cü maddəsi);
hamilə qadınlar və ya himayəsində azyaşlı uşağı olan qadınlar, on səkkiz yaşına
çatmayan şəxslər, birinci və ya ikinci qrup əlillər, habelə altmış yaşına çatmış qadınlar və
altmış beş yaşına çatmış kişilər barəsində inzibati həbs tətbiq edilə bilməz (Azərbaycan
Respublikasının XM-nin 30.2-ci maddəsi);
Azərbaycan Respublikası Müdafiə Nazirliyi; Azərbaycan Respublikası Daxili şlər
Nazirliyi; Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyi; Azərbaycan Respublikası
dliyyə Nazirliyi; AR DH və OBM və ARƏKX əməkdaşlarına inzibati həbs tətbiq edilə
bilməz (Azərbaycan Respublikası XM-nin 15.3-cü maddəsi);
müddətli həqiqi hərbi xidmət qulluqçularına inzibati həbs və inzibati cərimə tətbiq
edlə bilməz (Azərbaycan Respublikasının XM-nin 15.3-cü maddəsi).
nzibati tənbeh tətbiq etmə haqqında qərarın icrasına görə inzibati məsuliyyətin
– yetkinlik yşına çatmayanın müstəqil qazancı olmadıqda, inzibati cərimə onun
valideynləri və ya onları əvəz edən şəxslərdən tutulur (Azərbaycan Respublikasının XM-nin
– nəqliyyat vasitələrini idarə etmə hüququnun və ya ov hüququnun uzun müddətə
məhdudlaşdırılması barədə qərar qəbul etmiş səlahiyyətli vəzifəli şəxs göstərilən hüququn
məhdudlaşdırlıması müddətini, təyin edilmiş müddətin azı yarısı keçdikdən sonra nəqliyyat
vasitələrini idarə etmə hüququ və ya ov hüququ məhdudlaşdırılmış şəxsin işlədiyi və ya
oxuduğu müəssisənin, idarənin, təşkilatın vəsatəti ilə azalda bilər (Azərbaycan
Respublikasının XM-nin 455.5-ci maddəsi).
Mühazirəmizi yekunlaşdıraraq qeyd etmək istərdim ki, 01.09.2000-ci il tarixdən
qüvvəyə minmiş inzibati xətalar qanunvericiliyi ilə əlaqədar olaraq bu günkü mühazirəmiz
həm nəzəri, həm də təcrübi cəhətdən böyük əhəmiyyət kəsb edir.
Mühazirəmizin birinci sualının açıqlanmsı ilə qeyd etdik ki, köhnə ″ nzibati
hüquqpozmalar haqqında Məcəllədən″ fərqli olaraq, qüvvədə olan ″ nzibati Xətalar
Məcəlləsinin″ müvafiq maddələrinə əsasən inzibati xətalar qanunvericiliyi ilə inzibati
məsuliyyətin əsasları, inzibati xətalar qanunvericiliyinin prinsipləri müəyyən edilmişidir.
nzibati xətalar qanunvericiliyindən irəli gələn tələblərə riayət etməklə insan və vətəndaşların
hüquq və azadlıqları təmin edilmiş olar.
Mühazirəmizin ikinci sualının açıqlanması vasitəsi ilə nzibati Xətalar Məcəlləsinin
müvafiq müddəalarına müvafiq olaraq inzibati xəta haqqında, onun növləri, fiziki, vəzifəli və
hüquqi şəxslərin məsuliyyətləri barədə nəzəri biliklər əldə etmiş olduq.
n nəhayət, mühazirəmizin üçüncü sualının açıqlanması vasitəsi ilə nzibati Xətalar
Məcəlləsinin müvafiq müddəalarına əsasən inzibati məsuliyyəti istisna edən hallar barəsində
hüquqi biliklər əldə etmiş olduq.
Bu günkü mühazirəmizin müddəalarının açıqlanması vasitəsi ilə əldə etdiyimz nəzəri
biliklərin əhəmiyyəti və mahiyyəti ondan ibarətdir ki, hər bir hüquqşünas və inzibati xətalar
haqqında işlər üzrə icraatı həyata keçirən səlahiyyətli vəzifəli şəxslər tərəfindən onlara riayət
edilməklə qanunçuluğa, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsinə
nail olmuş olarıq.
SON DƏQİQƏ
Zəruri müdafiə dedikdə ictimai təhlukəli qəsdən hücum edənə zərər vurmaq yolu ilə qanuni olaraq mühafizə olunmaq başa düşülür.Əvvəlcə Azərbaycan Respublikasının Cinayət məcəlləsinin 36-ci maddəsinə nəzər yetirək:
Zəruri müdafiə vəziyyətində,yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır.
Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər.Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur.
Qəsddin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə açıq-aşkar uyğun gəlməyən qəsdən törədilən hərəkətlər zəruri müdafiə həddini aşmaq hesab edilir.
Zəruri müdafiədə qəsdə və müdafiəyə aid şərtlər mövcuddur.
Zəruri müdafiədə qəsddə aid olan hansı şərtlər vardır?
1.Sizə aid olan qəsd ictimai təhlükəli xarakterə malik olmalıdır.Əgər qəsd ictimai təhlükəli deyildirsə ona qarşı zəruri müdafiəyə yol verilmir.Əməl şəxsiyyətə,cəmiyyətə yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli yaxud zərər yetirmək təhlükəsi yaratmalıdır.
2.Qəsd həqiqi,yəni real olmalıdır.Obyektiv olaraq baş verməlidir.Yəni qəsd müdafiə edənin yanlış təsəvvürü ilə uydurulmamalıdır.Heç bir əsas olmadan qəsdin olduğunu zənn edirsə,o zaman müdafiə hərərkətləri məsuliyyətə səbəb olacaqdır.
3.Qəsd mövcud olmalıdır.Başqa sözlə kriminal qəsd başlamalı davam etməli hələ qurtarmamış olmalıdır.
Bəs Müdafiəyə aid şərtlər hansılardır?
1.Qanunla təkcə özünün deyil,həmçinin başqa şəxslərin, cəmiyyətin və dövlətin mənafeyinə qarşı yönəlmiş ictimai təhlükəli qəsdlərdən müdafiə hərərkətlərinə yol verilir.
2.Müdafiə yalnız qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir.
- Müdafiə qəsdin xarakteri və təhlükəlilik dərəcəsini aşmamaqla həyata keçirilir.
Sağlamlığa yetirilən zərər qarşı habele adam öldürməyə qarşı zəruri müdafiə mümkündür.Dalaşan şəxslərin heç birinin qarşı tərəfin təhlükəli əməllərinnən qorunmaq niyyəti yoxdursa və tərəflər bir birini intiqam hissi ilə döyməyə,xəsarət yetirməyə səy edirsə belə hallarda zəruri müdafiə hüququ yaranmır.Dalaşmanın gedişində tərəflərdən biri soyuq silahdan yaxud da odlu silahdan istifadə etməklə sağlamlığa ağır zərər yetirmək və ya qarşı tərəfi öldürmək fikrinə düşərsə belə halda dalaşmanın xarakteri dəyişir.Qarşı tərəfin daha təhlükəli olan əməldən müdafiə olunmaq hüququ yaranır.Əgər dalaşan tərəflərdən biri öz hərərkətlərinə son qoyarsa məsələn zərbədən yıxılır və hücum etmək imkanı aradan qalxır yaxud könüllü olaraq imtina edir.O biri tərəf bundan sonra yenə hücumu davam etdirərsə, dalaşmaya son qoyan şəxsin belə hücumdan zəruri müdafiə hüququ yaranır.
Zəruri müdafiə qəsd edənə zərər vurmaq yolu ilə həyata keçirilir.Qəsd edənin mənafeyinə zərər vurmaq yolu ilə qəsdin qarşısını almaq zəruri müdafiənin vacib şərtlərindən biridir.Müdafiə tədbiri nəticəsində nəyinki qəsd edənin sağlamlığına,həyatina habelə onun əmlak mənafeyinə də zərər yetirilə bilər.
Müdafiə hərəkəti qəsdin xarakteri və təhlükəlilik dərəcəsini aşmamalıdır.Qanunun mənasına görə həyata qəsd edən hərəkətlərdən müdafiə olunarkən hücum edənin öldürülməsi zorlama,quldurluq,oğurluq,banditizm xüsusi ilə qərəzli xuliqanlıq zamanı isə hücum edənin sağlamlığına ağır zərər vurulması hallarında müdafiə hərəkəti qəsdin xarakterinə və təhlükəlilik dərəcəsinə uyğun olacaqdır.Qəsdən müdafiə olunarkən zəruri müdafiənin şərtlərinə riaət edən şəxs əgər qanunsuz gəzdirdiyi odlu yaxud soyuq silahdan istifadə edərsə bu zaman müdafiənin hüquqiliyi dəyişmir.Başqa sözlə şəxs zəruri müdafiə vəziyyəti yol verdiyi hərəkətə görə məsuliyyət daşımır.Onun baresində yalnız qanunsuz silah gəzdirməyə görə məsuliyyət yaranır.Çalışın sizə qarşı kriminal qəsdlərdən müdafiə olunarkən hadisədən videogörüntülər əldə edin.
Rauf CƏFƏROV
Sədərək rayon prokurorluğunun müstəntiqi
Comments are closed, but trackbacks and pingbacks are open.