Zərərli vərdişlər
Narkotiklər – kişilərin ən təhlükəli düşmənləridir. Onlar yalnız cinsi refleksləri boğmur, hormonların hasilatını azaltmır, həm də normal ereksiyaya mane olurlar. Narkotik vasitələr cinsi mərkəzlərə pis təsir edirlər və cinsi həvəsi pozurlar. Hesab olunur ki, narkotiklər seksuallığı şiddətləndirir, əslində isə bu yalnız illüziya və özünü aldatmadır. Bir çox kişidə narkotiklərin uzun müddətli qəbulundan sonra cinsi funksiya gələcəkdə bərpa olunmur.
Narkotiklərin istifadəsi (əhəmiyyətli deyil, siz zəif narkotik vasitə istifadə edirsiniz, məsələn həşiş, və ya güclü təsirə malik narkotiklərdən istifadə edirsiniz, məsələn, heroin və kokain) ereksiya və eyakulyasiyanın uzun müddətli pozulmasına səbəb olur. Narkotiklər əvvəlcə cinsi həvəsi gücləndirə bilər, lakin gec-tez bu potensiyaya mənfi təsir göstərəcəkdir, insan orqanizminə narkotiklərin çox saylı digər zərərli təsirləri haqqında heç danışmırıq.
Narkotiklər nə yaş, nə ictimai mövqe tanımır, onlar sadəcə insanı məhv edirlər. Və ən əsası – vaxtında dayanmaqdır. Düşünün: əgər vaxtında dayansanız, hətta potensiyanı bərpa etmək olar, dolğun həyatla yaşamağa başlamaq olar, onun verdiyi hər bir şeydən zövq almaq, əbəs yerə yaşamadığına görə sevinmək olar.
Zərərli vərdişlər beyin xəstəliyidir… – Araşdırma
Çox vaxt normal zənn etdiyimiz və fərqində olmadığımız vərdişlər həyatımızda əsaslı dəyişikliklər yarada bilir. İlk günlər həzz verən vərdişlər bir müddətdən sonra bizi incitməyə başlayır. Psixoloqlar hesab edir ki, heç bir vərdiş doğulmur. Yaşadığımız müddətdə meydana gəlir və həyatımızı ələ alır.
Bəs istəmədən qazandığımız zərərli vərdişlərdən xilas ola bilərikmi?
“Vərdişini tanı, qəbul et və onunla mübarizə apar”
Türk psixoloq Sərhat Yabancıya görə, vərdişdən qurtulmağın ilk yolu onun zərərli olduğunu qəbul etməkdir: “Çox vaxt hansısa vərdişə meyilli olan insanlar onu problem kimi qəbul etmir və inkar edirlər. Məsələn, “İstədiyim vaxt bundan imtina edə bilərəm”, “Mən bu vərdişdən əyləncə üçün istifadə edirəm” kimi düşüncələrlə özlərini aldadırlar. O sizə, elə gəlir ki, istədiyiniz vaxt illərdir etdiyiniz vərdişi ata bilərsiniz. Axı, o illərdir sizinlədir və bunu rahatlıqla tərk edə bilməzsiniz. Bu səbəbdən problem olduğunu qəbul edib, həll yollarını düşünməlisiniz. Vərdişini tanı, qəbul et və onunla mübarizə apar”.
“Zərərli vərdişlər bizə həzz verir”
Psixoloq Orxan Oruc bizimlə söhbətində bildirdi ki, zərərli vərdişlər orqanizmə mənfi təsir etsə də, beyinə yanlış həzz siqnalları ötürməklə insanın özünü yaxşı hiss etməsinə səbəb olur: “Əslində bizə həzz verən vərdişlərimiz çoxdur, amma bunların bir qismi zərərlidir. Amerika Tibb dərnəyinin açıqlamasında zərərli vərdişlər beyin xəstəliyi kimi qiymətləndirilir. Çox təəssüf ki, hər bir insanın zərərli vərdişinin olması ehtimalı həmişə var. Çünki insan beyninin həzz nöqtələrini aldatmaq mümkündür. Zərərli vərdişlərin yaranması da insanın əli çatan imkanlar daxilində olur. Məsələn, ailədə siqaret çəkən varsa, uşaq bir iki dəfə cəhd edib gizlicə istifadə edir. Bir müddət sonra bu, zərərli vərdişə çevrilir. Digər vərdişlər də təxminən eyni qaydada, ilk dəfə alınan həzzin axtarışında olmaqla başlayır və davam edir. Bəzi zərərli vərdişlər isə hər hansı kənar vasitəylə deyil, insanın bioloji imkanları daxilində formalaşır. Məsələn, dırnaqyemə, barmaq sümüklərinin səs çıxaracaq şəkildə hərəkət etdirilməsi və s”.
“Vərdişinizin sizə vurduğu maddi zərəri hesablayın”
Psixoloq hesab edir ki, bu vərdişlərə başlamaq nə qədər asandırsa, ondan qurtulmaq da bir o qədər çətindir: “Bu, tamamilə psixoloji prosesdir. Zərərli vərdişdən xilas üçün öncə bu vərdişin necə, nə zaman, hansı vəziyyətdə yarandığını insan şəxsən özü və ya mütəxəssisin köməkliyi ilə analiz etməlidir. Məsələn, insan hansı vəziyyətlərdə daha çox spirtli içki içmək ehtiyacı hiss etdiyini anlayarsa, bu, qismən də olsa zərərli vərdişlə mübarizə aparmağa köməklik edir. Daha sonra zərərli vərdişlə bağlı siyahı tutmaq olar. Məsələn, gündə neçə dəfə siqaret çəkdiyini, hansı saatlarda, istəyin yaranma səbəblərini qeyd etməklə, bu zərərli vərdişin tərgidilməsinə köməklik etmək olar. Həmçinin zərərli vərdişin günlük, aylıq və ya illik nə qədər maddi zərəri olduğunu da qeydlər vasitəsilə hesablamaq olar. Bu kiçik görünən rəqəmlərin yaratdığı böyük rəqəmlər ətrafında insanın zərərli vərdişini tərgitməsi üçün əlavə iradi təsirin yaranmasına köməklik edə bilər. Məsələn, gündə siqaret üçün 5 manat pul xərcləyən adam, bir ayda 150 manat, bir ildə 1800 manat pul xərcləmiş olur. 1800 manatla başqa nələr etmək olar sualına cavab tapıb, bunu zərərli vərdişdən qurtulmaq üçün motivasiya kimi istifadə etmək olar. Məsələn, 1800 manata hər hansı bir ölkəyə 1 həftəlik səyahət mümkündür. Bu kiçik motivasiya uzun müddət formalaşmış zərərli vərdişdən xilas üçün yaxşı vasitədir”.
Psixoloq deyir ki, zərərli vərdişi birdən tərgitmək də doğru deyil. Onun sözlərinə görə, bunu hissə-hissə və ya başqa bir zərərsiz vasitəylə əvəz etmək daha doğrudur: “Məsələn, gündə bir qutu siqaret çəkən adam hər gün bir siqaret azaltmaqla zərərli vərdişdən daha asan qurtula bilər. Beynin həzz mərkəzini birdən bundan mərhum etmək başqa psixoloji problemlər və ya zərərli vərdişlərlə nəticələnər. Həmçinin, bir neçə zərərli vərdişə malik adamın qəfildən bütün vərdişlərindən azad olması da doğru deyil. Çox yaxşı olar ki, zərərli vərdişlərin təngidilməsi üçün ardıcıllıqla az zərər verəndən çox zərər verənə doğru gedilsin. Bundan əlavə, zərərli vərdişlərdən uzaqlaşmaq üçün şərait imkanlarını dəyişdirmək də məsləhətdir. Məsələn, hər axşam dostlarla görüş zamanı içki qəbul edilirsə, bu görüşlərin vaxtını və məkanını dəyişməklə zərərli vərdişin icrası üçün yaranmış şəraitə mane ola bilərsiniz. Ümumiyyətlə, zərərli vərdişdən xilas üçün, insan əvvəlcə bunu istəməlidir və istəməsi üçün bir neçə konkret səbəbi olmalıdır”.
“Zərərli vərdişlərdən qurtulmağın ən gözəl yolu idmandır”
Məşqçi Elnur Rzayev isə deyir ki, zərərli vərdişlərdən xilas olmağın ən gözəl yolu idmandır. Müsahibimizin sözlərinə görə, idman xüsusilə gənclərdə məsuliyyət duyğusunu artırır, hissləri idarə edə bilmə qabiliyyətini gücləndirir və çevikliyi təmin edir: “İdman etmək diqqət dağınıqlığını aradan qaldırır. İdmanla məşğul olan uşaqlar enerjilərini idmanda sərf etdikləri və yorulduqları üçün başqa alışqanlıqlara vaxtı qalmır. İdmanla məşğul olmaq sağlamlıqdır. Belə insanlar içkidən də, siqaretdən də uzaq olurlar”.
15 ildir idmanla məşğul olan Nicat İbrahimxəlilov da hesab edir ki, idmanın hər bir insanın həyatında olması vacibdir: “İlk növbədə sənin sağlamlığın idman etməyənlərlə müqayisədə qat-qat yaxşı vəziyyətə olur. İkinci növbədə, gücün yerində olur. Üçüncüsü, görünüş, dördüncüsü isə həyatın rejimə düşür. İdman edən insan düzgün qidalanır. Vaxtında yeyir və vaxtında yatır. İdman insanın həyatını qaydaya salır. Hər kəs idmandan faydalansa, bunun xeyrini görüb əl çəkməyəcək. Sağlam cəmiyyət üçün sağlam gənclik lazımdır. İdman edən zaman, həqiqətən, zərərli vərdişlərə yiyələnməyə vaxt qalmır”.
Zərərli vərdişlər
Zererli verdishler ve seks – zereli verdisler ve seks – zererli verdislerin cinsi guce tesiri
Vərdiş – insanın müəyyən dövrilik ilə təkrarladığı əməldir, bu zaman o, həmişə başa düşmür ki, bunu niyə və nə səbəb görə edir. Zərərli vərdişlərə ənənəvi olaraq siqaret çəkmə, alkoqol və narkotik asılılıq aid edilir. Asılılıq və vaxtaşırı istifadə arasında dəqiq sərhəd müəyyən etmək bəzən çox çətin olur. Təsəvvür edin ki, sizin qarşınızda seçim var – ya sevdiyiniz vərdişdən məhrum olmaq (içki içmək, siqaret çəkmək və s.), ya da həmişəlik olaraq potensiya və orqazmı itirmək.
Soruşulur, onda niyə biz özbaşına özümüzü tam dəyərli kişi olmaq həzzindən məhrum edirik ? Pozulmaların açıq – aydın əlamətlərini aşkar etdikdə isə – müalicə olunmuruq, problemin “üstünü örtürük” və inanırıq ki, hər şey öz – özünə keçib gedəcək. Elə bu cür özünə güvənmə də ona gətirib çıxarır ki, kişi onun üçün bəlkə də ən dəyərli keyfiyyət olan – potensiyanı itirir.
Siqaret çəkmə və seks
Kişilər çox zaman siqaretlə hələ gənc yaşda tanış olurlar ki, yaşıdlarına öz kişiliklərini və böyük olmalarını sübut etsinlər. Daha sonra onlar siqaret tüstüsü ilə öz cinsi nəaliyyətlərini möhkəmləndirirlər və zənn etmirlər ki, məhz siqaret çəkmə onların cinsi bacarığına güclü ziyan vurur.
Nikotin – bizim udduğumuz tütün tüstüsündə olan ən əsas zərərli maddədir. Sinir zəhəri olaraq, nikotin ilk növbədə sinir sistemini, o cümlədən onun cinsi davranış və reproduktiv orqanlara görə cavabdeh olan sahələrini pozur. Təəccüblü deyil ki, yaş artdıqca siqaret çəkənlərdə cinsiyyət sisteminin vəziyyəti proqressiv şəkildə pisləşir.
Nikotinin əsas patoloji təsiri – cinsi orqanı qanla təchiz edən damarların davamlı spazmıdır (yəni daralmasıdır). Nikotin və tütünün digər zəhərləri kişi cinsi hormonlarının sintezinin azalmasına səbəb olur, bu da insanda seksual həvəsin azalmasına gətirib çıxarır.
Siqaret çəkmək ən böyük ziyanı kişi spermasının keyfiyyətinə vurur: həm spermatozoidlərin sayı, həm də onların keyfiyyəti azalır.
Çoxları deyir ki, guya biz daim siqaret çəkirik, seks isə əla olub, və elə də əla qalır. Əlbəttə, bəlkə bu elədir, bəlkə onlarda seksdə hər şey tam qaydasındadır, yalnız onlar müqayisə edə bilməzlər ki, əgər siqaret çəkməsəydilər, seks necə ola bilərdi. Lakin siqaret çəkən kişilərin ən geniş yayılmış şikayəti – cinsi funksiyanın çox erkən sönməsidir. Əlbəttə ki, siqaret çəkmə əsas səbəb deyil, lakin o, insanın intim həyatını çətinləşdirir.
Cinsi gücün artırılması üçün siqaret çəkməyi atmaq kifayətdir!
Alkoqol və seks
Alkoqolun potensiyaya neqativ təsir etməsi barədə insanlar çoxdan bəri bilirlər. Qədim həkimlərin arasında aşağıdakı cümlə geniş yayılmışdır: «Çaxır həvəsi oyadır, lakin onu həyata keçirmək imkanından məhrum edir».
Bir çox kişi hesab edir ki, alkoqol cinsi həvəsi stimullaşdırır. Həqiqətən, bəzən az miqdarda spirtli içkilərin qəbulu cinsi həvəsi gücləndirə, eləcə də eyakulyasiyanın gecikməsi hesabına cinsi əlaqəni uzada bilər. Bu gərginliyi aradan qaldırır, cinsi aktivliyi qaldırır, qanın kiçik çanaq orqanlarına axmasına səbəb olur. Lakin alkoqolun müntəzəm, daimi qəbulu nəticədə tənasül sistemi fəaliyyətinin pisləşməsinə, cinsi həvəsin azalmasına və alkoqol asılılığına gətirib çıxarır.
Alkoqol kişilərin tənasül sisteminə üç istiqamətdə təsir edir :
• xaya hüceyrələrini öldürür ;
• normal spermatozoidlərin sayını azaldır ;
• beyin və cinsi orqanların qarşılıqlı əlaqəsini pozur.
Bundan başqa, prostat vəzi də alkoqola qarşı kifayət qədər həssasdır. Spirtli içkilərin müntəzəm istifadəsi zaman prostatit (prostat vəzinin ltihabı) yaranma ehtimalı artır.
Bəzən içki içənlərin özlərindən aşağıdakı fikirləri eşitmək olar : «Mənim bir tanışım var, o, bütün ömrü boyu içir, sekslə isə hər gün məşğul olur». Ola bilsin, bu mümkündür. Çox yüksək cinsi imkanları olan şəxslərə rast gəlinir ki, onlarda hətta uzun müddətli alkoqol qəbulu cinsi həvəsi zəiflətmək iqtidarında deyil. Bu cür şəxslər çox azdır, əksər hallarda isə spirtli içkilərin istifadəsi tezliklə cinsi zəiflik probleminin yaranmasına gətirib çıxarır.
Buna görə də intim sağlamlığı və cinsi həvəsi uzun illər boyunca qoruyub saxlamaq üçün alkoqolun istifadəsini minimuma endirmək lazımdır.
Seks və narkotiklər
Narkotiklər – kişilərin ən təhlükəli düşmənləridir. Onlar yalnız cinsi refleksləri boğmur, hormonların hasilatını azaltmır, həm də normal ereksiyaya mane olurlar. Narkotik vasitələr cinsi mərkəzlərə pis təsir edirlər və cinsi həvəsi pozurlar. Hesab olunur ki, narkotiklər seksuallığı şiddətləndirir, əslində isə bu yalnız illüziya və özünü aldatmadır. Bir çox kişidə narkotiklərin uzun müddətli qəbulundan sonra cinsi funksiya gələcəkdə bərpa olunmur.
Narkotiklərin istifadəsi (əhəmiyyətli deyil, siz zəif narkotik vasitə istifadə edirsiniz, məsələn həşiş, və ya güclü təsirə malik narkotiklərdən istifadə edirsiniz, məsələn, heroin və kokain) ereksiya və eyakulyasiyanın uzun müddətli pozulmasına səbəb olur. Narkotiklər əvvəlcə cinsi həvəsi gücləndirə bilər, lakin gec-tez bu potensiyaya mənfi təsir göstərəcəkdir, insan orqanizminə narkotiklərin çox saylı digər zərərli təsirləri haqqında heç danışmırıq.
Narkotiklər nə yaş, nə ictimai mövqe tanımır, onlar sadəcə insanı məhv edirlər. Və ən əsası – vaxtında dayanmaqdır. Düşünün: əgər vaxtında dayansanız, hətta potensiyanı bərpa etmək olar, dolğun həyatla yaşamağa başlamaq olar, onun verdiyi hər bir şeydən zövq almaq, əbəs yerə yaşamadığına görə sevinmək olar.
Sağlam həyat və zərərli vərdişlər
Yeniyetmələrin cinsi yetkinlik zamanı, sağlamlığın yeganə qarantı kimi, sağlam həyat tərzinin əsası qoyulmalıdır. Sağlam həyat tərzi – orqanizmin iş qabiliyyətinin olmasını güman edən, insanın həyat ritminə, fəaliyyətinin məzmununa kompleks şəkildə yanaşmaq deməkdir. Sağlam həyat tərzi – digər insanların sağlamlığına zərər vurmadan öz sağlamlığının saxlanmasına və möhkəmlənməsinə yönəldilmiş tədbirlərin məcmusudur. Sağlam həyat tərzi hamıya məlum olan bir çox sadə qaydalara əməl edilməsini nəzərdə tutur: mümkün qədər fiziki fəallıq, orqanizmin möhkəmləndirilməsi; səmərəli (orta dərəcədə, həddən çox olmayan və müntəzəm) qidalanma, normal yuxu, sinir sisteminin həddən artıq gərginlikdən qorunması, zərərli vərdişlərdən çəkinmək.
Hamıya məlumdur ki, qidalanmada mötədillik, fiziki inkişaf, fəallıq, zərərli vərdişlərdən imtina etmək, şəxsi gigiyena qaydalarına riayət etmək, insanların əmək qabiliyyətini və sağlamlığını qoca yaşlarına qədər qorumağa imkan verir. Buna görə sağlam həyat tərzi əxlaq qaydalarına uyğun, həm də faydalı və əlverişli olmalıdır. Ölkəmizdə gənclərin və yetkinlik yaşına çatmış insanların bərəkətləri davranış normalan əsasında qurulmalıdır. Bizim zəmanədə sağlam olmaq müasirdir, odur ki, yeniyetmələr öz fiziki inkişaflarına, heç vaxt olmadığı qədər, fikir verirlər. Bilərəkdən və ya bilməyərəkdən gənclik sağlamlığı sevir. İnsan yüksək rifaha çatmaq istəyirsə, sağlam həyat tərzinə uyğun üsul seçir. Lakin, cinsi yetişkənlik dövrü, müəyyən şərait üzündən, çox vaxt zərərli vərdişlərlə müşayət olunur – spirtli içkilər, narkotik, siqaret çəkmək.
Zərərli vərdişlər
Sağlamlığın səviyyəsi – insanın sağlamlığının “miqdar” göstəricisidir; Bu, 1 km yolu piyada zorla gedən adamla, marafon məsafəni qət edən adamın fərqində özünü göstərir. Bu, düzgün qidalanan, fiziki cəhətdən aktiv istirahət etməyi bacaran, siqaret çəkməyən, spirtli içki və narkotik isti¬fadə etməyən adamla, əlinə düşəni yeyən, az hərəkət edən, sutkada 3 sa¬at yatan, gündə 2 qutu siqaret çəkən adamın fərqindədir. Narkotik maddələrdən, spirtli içkilərdən, tütün məmulatlarından, toksiki (zəhərli) maddələrdən asılılıq zərərli vərdişlər kimi xarakterizə olunur. “Zərərli” ona görə ki, bu maddələrin həm asılı fərdin orqanizminə, həm də bütövlükdə cəmiyyətə ziyanı vardır. “Vərdiş” ona görə ki, asılılıq çox möhkəm olur və ondan xilas olmaq çətin olur. Lakin, xilas olmaq çətin olsa da , onların istifadəsindən çəkinmək o qədər də çətin deyildir.
Necə olur ki, insanlar asılı vəziyyətə düşürlər? – Keçirilmiş hər hansı bir stressdən, həyəcandan, yorğunluqdan sonra insanın müsbət əhval yaradan hallara ehtiyacı olur. Bir stəkan isti çay və ya bumbuz su (şəraitdən asılı olaraq), dadlı yemək, yumşaq kürsü insanı xoşhallandırır. Bu zaman insanın orqanizmində endorfinlər adlanan maddələr əmələ gəlir. Bunlara “həzz hormonları” da deyirlər. Onlar ağrını kəsir, əhvalı yüksəldir, immuniteti stimullaşdırır. Orqanizmə daxil olan spirtli içkilər və narkotik maddələr bu daxili həzz hormonlarının azad olmasına səbəb olur. Narkotik vasitələrin bəziləri öz quruluşu etibarilə orqanizmdə əmələ gələn endorfinlərə bənzəyir və daxili “həzz hormonlarına” ehtiyac qalmır. Onları yaradan mexanizm zəifləyir, sıradan çıxır.
- Teqlər:
- zərərli vərdişlər
- , sağlam həyat
Comments are closed, but trackbacks and pingbacks are open.