Press "Enter" to skip to content

Öysüzlü xalçası heydər əliyev fond

“Yaddaş. Fotoqrafik tarix”

Öysüzlü xalçası heydər əliyev fond

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da qədim Naxçıvan şəhərində fəhlə ailəsində dünyaya göz açmışdır. Heydər Əliyev Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir.1941-44-cü illərdə o, Naxçıvan Muxtar Respublikasında məs’ul vəzifələrdə çalışmışdır.1944-cü ildən Heydər Əliyev Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində fəaliyyətə başlamış və 1967-69-cu illərdə həmin komitənin sədri olmuşdur. O, dövlət təhlükəsizliyi sistemində yüksək vəzifə tutmuş və general rütbəsini almış ilk azərbaycanlı olmuşdur.
1969-cu ilin iyul ayında Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi və respublikanın rəhbəri seçilmişdir. 1982-ci ilin dekabrınadək o, həmin vəzifəni tutmuşdur. Bu 14 il iqtisadiyyat, mədəniyyət və Azərbaycan xalqının milli özünüdərkinin inkişafına böyük təsir göstərmiş əvəzsiz illər olmuşdur. Bu dövrdə Heydər Əliyev siyasi xadim kimi geniş tanınmışdır.

� 1982-ci ilin dekabrında Heydər Əliyev keçmiş SSRİ Nazirlər Sovetinin sədr müavini vəzifəsinə təyin olunmuş və 1987-ci ilin oktyabrınadək bu vəzifəni icra etmişdir. Eyni zamanda o, Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü, beləliklə , ölkənin rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev 20 il müddətində SSRİ Ali Sovetinin deputatı olmuş, 5 il isə Ali Sovetin sədr müavini vəzifəsini icra etmişdir.

� Müəyyən siyasi qarşıdurmalar və fikir ayrılığı nəticəsində 1987-ci ildə Heydər Əliyev istefa verərək Siyasi Büronu və Nazirlər Sovetini tərk etmişdir.

� 1990-cı ildə sovet qoşunları tərəfindən Azərbaycan xalqına qarşı müdaxilədən sonra Heydər Əliyev törədilmiş vəhşilikləri pisləmiş və bu hadisədə günahı olan bütün şəxslərin cəzalandırılmasını tələb etmişdir.

1991-ci il iyulun 19-da H.Əliyev SSRİ Kommunist Partiyasını tərk etmişdir. O, bu qərarın əsas səbəbi kimi 1990-cı ilin yanvar ayında törədilmiş qanlı cinayətin günahkarlarının cəzasız qalmasını, hər iki tərəfə böyük ziyan vurmuş Ermənistan-Azərbaycan münaqişəsində Mərkəzin riyakar siyasətini və Azərbaycanda demokratik azadlıqların boğulmasını göstərmişdir.

� 1990-cı ildə Heydər Əliyev Azərbaycan Respublikasının deputatı seçilmiş, 1991-1993-cü illərdə Naxçıvan MR-in Ali Məclisinin sədri olmuş, eyni zamanda Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini vəzifəsini icra etmişdir.

� 1993-cü ilin iyun ayında respublika vətəndaş müharibəsi təhlükəsi qarşısında olarkən Azərbaycanda vəziyyəti qaydaya salmaq məqsədilə Heydər Əliyev rəsmi şəkildə Bakıya dəvət edilmişdir.

� 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Ali Sovetinin sədri seçilmiş, iyunun 24-dən isə Milli Məclisin qərarına əsasən prezident səlahiyyətlərinin icrasına başlamışdır. Həmin dövrdə o, Azərbaycanın parçalanmasının və ölkədə vətəndaş müharibəsi təhlükəsinin aradan qaldırılması istiqamətində həlledici addımlar atmış və qısa müddət ərzində cəmiyyətdə daxili sabitlik və milli həmrəyliyin yaradılmasına nail olmuşdur.

� 1993-cü il oktyabrın 3-də keçirilmiş seçkilərdə Heydər Əliyev Azərbaycan Respublikasının prezidenti seçilmişdir.

� 1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə Heydər Əliyev növbəti müddət üçün respublika prezidenti seçilmişdir.

� Heydər Əliyevin həyat yoldaşı – məşhur oftalmoloq, Azərbaycan Elmlər Akademiyasının üzvü, professor Zərifə Əziz qızı Əliyeva 1985-ci ildə vəfat etmişdir. Heydər Əliyevin qızı, oğlu və altı nəvəsi vardır.

HEYDƏR ƏLİYEV və əhalinin sosial müdafiəsi

Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 35 il ərzində xalq üçün, vətən üçün etdiklərini bəzən normal təfəkkürün əhatə dairəsinə sığışdırmaq olmur. Böyük öndərimiz tariximizə xilaskar kimi daxil olub və respublikamıza rəhbərlik etdiyi hər iki dövrdə bu missiyanı çox böyük uğurla yerinə yetirib. Müasir Azərbaycan cəmiyyətinin formalaşması, müstəqil Azərbaycan dövlətinin qurulması birbaşa Heydər Əliyevin adı ilə bağlıdır. Təsadüfi deyil ki, ümummilli liderimiz azərbaycanlı olması ilə fəxr etdiyi kimi, hər bir azərbaycanlı da bu gün Heydər Əliyevin ən böyük sənət əsəri olan müstəqil, inkişaf etməkdə olan Azərbaycanın vətəndaşları olmaqdan qürür duyur, böyük öndərə sayğı və məhəbbətini onun ideyaları ətrafında daha da sıx birləşməklə nümayiş etdirir.
Heydər Əliyev görkəmli dövlət xadimi, ümummilli lider kimi bütün millət tərəfindən tərəddüdsüz qəbul edilən, hələ sağlığında əfsanələşən, ürəklərdə özünə əbədi heykəl ucaldan bir şəxsiyyətdir.
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr ərzində o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərdiyi 10 il ərzində həmişə xalqımızın milli maraqlarını dəqiq müəyyən etdiyini, ictimai, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qazanılan böyük uğurlarının memarı olduğunu görmək çətin deyil. Heydər Əliyev bütün bu illər ərzində xalqın maddi rifahının yaxşılaşdırılması, aztəminatlı əhalinin sosial ehtiyaclarının ödənilməsindən ötrü bütün mümkün tədbirlərin həyata keçməsi üçün yorulmadan fəaliyyət göstərmişdir.
Heydər Əliyevin yaradıcısı olduğu müstəqil Azərbaycan Respublikasının Konstitusiyasında hər bir Azərbaycan vətəndaşı üçün təsbit olunmuş sosial təminat hüququnun həyata keçirilməsinin qarantı kimi qarşıya qoyduğu həlli vacib məsələlərdən biri də sosial ədalət prinsipinin bərqərar olması, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsidir. Pensiya və müavinətlərin məbləğləri dəfələrlə artırılmış, pensiyaçıların, o cümlədən ahıl vətəndaşların, əllilərin, şəhid ailələrinin, habelə uşaqların sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bir sıra qanunlar, fərmanlar, sərəncamlar imzalanmış, onların işləmə mexanizmi təmin edilmişdir.
Ölkə iqtisadiyyatında aparılan uğurlu islahatlar sosial sahədən də yan keçməmişdir, daha doğrusu, dövlətimizin sosial siyasəti ilk növbədə yoxsulluğun aradan qaldırılması və xalqın rifah halının yüksəldilməsinə yönəldilmişdir. Əhalinin aztəminatlı təbəqəsinin, xüsusilə pensiyaçı və əlillərin sosial müdafiəsi dövlətin daim diqqət mərkəzində olmuşdur. Belə ki, 1997-ci ilin avqust ayında ölkə üzrə pensiyaçıların yarıdan çoxunun pensiyasının məbləği 2,2 dəfə qaldırılmış, eləcə də əlillərin, tənha və ahıl vətəndaşların, sosial pensiyaçıların pensiyalarına əlavə müavinətlər müəyyən edilmişdir. Başlıcası budur ki, bu siyasət sonrakı dövrdə də davam etdirilmişdir. 1998-ci ilin avqust ayından şəhid ailələrinin, müharibə əlillərinin, qaçqın və məcburi köçkünlərin pensiyalarının məbləği 2 dəfədən çox artırılmışdır. 2000-ci il yanvarın 1-dən pensiya və müavinətlərin ümumi məbləğinin minimum həddi 50 min manata çatdırılmışdır. 2000-ci ilin noyabr ayından sosial pensiyaçıların pensiyalarına əlavə olaraq 10 min manat aylıq müavinət müyyən edilmiş, 2001-ci ilin yanvarın 1-dən isə 20 Yanvar əlillərinin və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda əlil olanların pensiyalarına hesablanan aylıq müavinətlər orta hesabla 1,5 dəfə, aztəminatlı ailələrdə uşaq doğularkən verilən birdəfəlik müavinət 1,4 dəfə, dəfn üçün müavinət 1,5 dəfə, üç uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyətdə olanlara verilən aylıq müavinət orta hesabla 1,8 dəfə artırılmışdır. Pensiyaçıların maddi vəziyyətinin yaxşılaşdırılması məqsədilə dəfələrlə pensiya qanunvericiliyində pensiyaların məbləğlərinin artırılmasını nəzərdə tutan dəyişikliklər edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il 17 iyul tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Pensiya İslahatı Konsepsiyası”nda vətəndaşların pensiya ödənişlərinin etibarlı maliyyə təmiatına nail olunması, pensiya təminatı sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılması və bu sistemin idarə olunmasını təkmilləşdirməklə onun səmərəliliyinin artırılması kimi mühüm vəzifələr müəyyənləşdirilmişdir. Bu Konsepsiyaya və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu hüquqi və fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqqının toplanmasını, əhaliyə ödənilən pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsini təmin etməkdən ötrü qanunvericiliyinin tələbləri çərçivəsində fəaliyyətini qurmuşdur. Yeri gəlmişkən deyək ki, 1998-ci ildə keçirilən prezident seçkisindən keçən dövr ərzində hüquqi və fiziki şəxslərdən toplanan məcburi dövlət sosial sığorta haqqı ilbəil artmışdır. Əgər 1998-ci ildə 606,6 milyard manat məcburi dövlət sosial sığorta haqları toplanmışdısa və Fondun cəmi gəlirləri 946,6 milyard manat olmuşdusa, keçən il bu rəqəm müvafiq olaraq 1 trilyon 800 milyard manat və 1 trilyon 856,6 milyard manat təşkil etmişdir.
Göründüyü kimi, bütün qüvvələr qarşıya qoyulmuş məqsədə çatılmasına, əhalinin sosial müdafiəsinin getdikcə daha da yaxşılaşdırılmasına yönəldilmişdir. Real iqtisadi baza yarandıqca pensiyaların da minimal məbləği artırılır.
Bunun əyani təzahürü kimi, Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 4 avqust 2003-cü il tarixdə imzaladığı üç fərmanı xüsusi qeyd etmək olar. “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında”, “Minimum aylıq əmək haqqının artırılması haqqında” və “Pensiyaların artırılması haqqında” Prezident fərmanları əhalinin sosial müdafiəsinin daha da möhkəmləndirilməsinə, onun həssas qruplarının həyat səviyyəsinin yaxşılaşdırılmasına göstərilən qayğı və diqqətin bariz nümunəsidir.
“Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmanın əsas məqsədi Pensiya İslahatı Konsepsiyasına uyğun olaraq ölkədə dövlət sosial sığorta islahatını sürətləndirmək və onun idarə olunmasını təkmilləşdirməkdən, pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin müəyyən edilməsi və maliyyələşdirilməsi üzrə vahid dövlət pensiya sistemini yaratmaqdan ibarətdir.
Minimum əmək haqqının aylıq məbləğinin mövcud 27.500 manatdan 2003-cü il sentyabrın 1-dən 45.000 manata, 2004-cü il yanvarın 1-dən isə 60.000 manata çatdırılması sığortaedənlərin ödədikləri məcburi dövlət sosial sığorta haqlarının məbləğinin artmasına, bu isə öz növbəsində pensiya və müavinətlərin ödənilməsində Dövlət Sosial Müdafiə Fondunun maliyyə imkanlarının çoxalmasına gətirib çıxarmışdır.
“Pensiyaların artırılması haqqında” Fərmanla 2003-cü il avqustun 1-dən işləməyən əlil pensiyaçıların pensiya və müavinətlərin ümumi məbləğinin minimum həddi 70 min manatdan 100 min manata çatdırılıb. Həmin fərmana uyğun olaraq pensiyaçıların sosial vəziyyətinin yaxşılaşdırılması məqsədilə bir ayda 40,8 milyard manat əlavə vəsait ayrılmışdır. Ötən il təkcə bu artırmaların maliyyələşdirilməsi üçün əlavə olaraq 201,3 milyard manat vəsait tələb olunmuşdur ki, bunun da 112,5 milyard manatı Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin, 89,4 milyard manatı isə dövlət büdcəsinin vəsaiti hesabına təmin edilmişdir.
Eyni zamanda həmin Fərmanla sosial pensiyaların minimum məbləği də artırıldı. Belə ki, 16 yaşına çatmamış əlil uşaqların və 1 qrup əlillərin sosial pensiyalarının minimum məbləği 100 min manata, 2 qrup əlillərin, yaşa, ailə başçısını itirməyə görə sosial pensiyaların məbləği 90 min manata, 3 qrup əlillərin sosial pensiyalarının məbləği isə 65 min manata çatdırıldı.
Fərmanla Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılmışdır ki, pensiya hesablanması üçün respublika üzrə təsdiq edilən orta aylıq əmək haqqının məbləğinin 60 min manatdan 85 min manata çatdırılması haqqında qərar qəbul etsin. Bununla əlaqədar Nazirlər Kabineti 2003-cü il 21 avqust tarixli xüsusi qərar qəbul etmişdir.
Qərarla pensiya hesablanması üçün nəzərə alınan orta aylıq əmək haqqına qoyulan məhdudiyyətlər 180 min manatdan 255 min manata qədər yumşaldıldı. Bu da pensiya məbləği ilə ödənilən məcburi dövlət sosial sığorta haqları arasındakı əlaqənin yaxşılaşdırılması sahəsində müsbət bir addım hesab oluna bilər.
Qərara əsasən yaşa görə pensiyanın minimum məbləği də 18 min manatdan 25500 manata qədər artırıldı. Məlum olduğu kimi, qüvvədə olan qanunvericiliyə əsasən pensiyaların üzərinə çoxsaylı əlavələr hesablanır ki, həmin əlavələr də yaşa görə minimum pensiyanın müxtəlif faizləri ilə müəyyən edilir. Beləliklə edilən əlavələrin də məbləği həmin tarixdən artırılmışdır.
Bütövlükdə Fərmanın icrası ilə əlaqədar 1 milyon 276 min nəfər pensiyaçıdan 1 milyon 185 min nəfərinin pensiyası yenidən hesablanmaqla orta aylıq pensiya məbləği orta hesabla 40 faiz artırılmışdır.
Məhz görülən tədbirlər nəticəsində orta aylıq pensiya məbləği 1997-ci ilin 1 yanvar vəziyyəti ilə müqayisədə 5,1 dəfə artırılmaqla 25500 manatdan 124,5 min manata çatdırılmışdır. Bütövlükdə isə bu müddət ərzində pensiyaçıların maddi vəziyyətinin yaxşılaşdırılması üçün qeyd edilən dövrdə 1 trilyon manatdan artıq əlavə vəsait sərf olunmuşdur.
Azərbaycan Respublikasının Prezidentinin imzaladığı son fərmanlarının icrasına başlanılmış və müəyyənləşdirilmiş vəzifələr ardıcıllıqla həyata keçirilir. “Azərbaycan Respublikasında dövlət pensiya sisteminin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 04 avqust 2003-cü tarixli fərmanında nəzərdə tutulduğu kimi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarının pensiyaların və pensiyalara əlavə olunan müavinətlərin təyin olunması, maliyyələşdirilməsi və ödənişinə nəzarət üzrə funksiyalarının onların həyata keçirilməsini təmin edən müvafiq maddi-texniki baza və ştat vahidləri ilə birlikdə Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna (DSMF) verilməsi nəzərdə tutulan vaxtda, yəni sentyabrın 20-də başa çatdırılmışdır.
Ölkəmizdə islahat nəticəsində üçpilləli pensiya təminatı sisteminin yaradılması müəyyən edilmişdir.
Birinci növ pensiya təminatı məcburi dövlət sığorta sistemini təşkil edən, pensiyanın məbləğinin ödənilən sosial sığorta haqları ilə əlaqəsini təmin edən, güzəşt sistemindən imtinanı özündə əks etdirən əmək pensiyasından ibarət olacaqdır.
İkinci növ pensiya təminatı isə birinci növlə əhatə olunmayanlara, daha doğrusu əmək pensiyasına hüququ olmayanlara sosial kömək formasında həyata keçirilən sosial pensiyalardan ibarət olacaqdır.
Üçüncü növ pensiya təminatı isə qeyri-dövlət (özəl) pensiya fondları vasitəsilə maliyyələşdirilən qeyri-dövlət (özəl) pensiyaların yaradılmasını nəzərdə tutur.
Pensiya sisteminin idarə olunmasını yaxşılaşdırmaq məqsədilə pensiya haqlarının yığılmasının, fərdi uçotun təşkilinin və həyata keçirilməsinin, pensiyaların təyin edilməsi və ödənişinə nəzarətin vahid bir orqanda cəmləşdirilməsi müəyyən edilmişdir.
Pensiya İslahatı Konsepsiyasında nəzərdə tutulan bir sıra tədbirlər artıq uğurla yerinə yetirilmişdir. Belə ki, pensiya islahatının aparılması üçün qanunvericilik bazası yaradılmış, “Sosial sığorta haqqında” “Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanunları qəbul edilmiş, “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada layihəsi hazırlanaraq əlaqədar nazirlik və orqanlarla razılaşdırma mərhələsindədir.
Məcburi dövlət sosial sığorta haqları üzrə işəgötürənlər və işçilər tərəfindən ödənilən tariflər arasında mütənasibliyin gözlənilməsi prinsipinə əməl olunması məqsədilə sosial sığorta qanunvericiliyinə edilən dəyişiklik və əlavələrə əsasən işəgötürənlər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının məbləği 35 faizdən 27 faizə endirilmiş, işçilər tərəfindən ödənilən məcburi dövlət sosial sığorta haqqının məbləği isə 1 faizdən 2 faizə qədər artırılmışdır.
Ölkədə aparılacaq pensiya islahatının əsasını fərdi uçot sisteminin yaradılması təşkil edir. Bu mühüm tədbirin həyata keçirilməsi məqsədilə bir sıra tədbirlər artıq yerinə yetirilmiş, Azərbaycan Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı arasında “Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun potensialının gücləndirilməsi” Layihə sənədi imzalanaraq qüvvəyə minmişdir.
Pensiyaçıların məlumat bazasının yaradılması işinə də başlanmışdır, artıq Bakı və Sumqayıt şəhərləri üzrə pensiyaçılar üçün məlumat bazası yaradılmaqla pensiya ödənişi üzrə hesabatların avtomatlaşdırılmış qaydada aparılması işi həyata keçirilmişdir.
Bundan əlavə ölkənin digər 27 şəhər və rayonu üzrə də pensiyaçılar haqqında məlumat bazasının yaradılması işi yerinə yetirilmiş və bu sahədə aparılan islahatlar davam etdirilməkdədir.
Görülən işlər ümid verir ki, Konsepsiyada nəzərdə tutulan müddətdə, yəni 2005-ci ildə pensiyaların hesablanmasının fərdi uçot sənədləri əsasında avtomatlaşdırılmış qaydada aparılmasına nail olunacaqdır.
Pensiya ödənişi sistemini daha da təkmilləşdirmək məqsədilə Respublika Prezidentinin 2003-cü il 04 avqust tarixli Fərmanına əsasən əhatəli bankomat və nağdsız ödəniş şəbəkəsinə malik beynəlxalq reytinqli ölkə banklarını cəlb etməklə Bakı və Sumqayıt şəhərlərində 2004-cü ilin aprelin 1-dək, ölkənin digər şəhərlərində və rayon mərkəzlərində isə 2004-ci ilin sonunadək kart sisteminə keçidin tətbiqinə nail olunması nəzərdə tutulmuşdur. Artıq Bakı və Sumqayıt şəhərlərində kartların paylanması yekunlaşmaq üzrədir və may ayının pensiyaları plastik kartlarla veriləcəkdir. Rayonlarda isə bu kartların paylanması üçün iyun ayında zonalar üzrə tender elan olunacaq və bu proses ilin sonunadək başa çatdırılacaqdır.
Göründüyü kimi, Heydər Əliyev kursunun real bəhrələrini hər bir Azərbaycan vətəndaşı, o cümlədən əhalinin aztəminatlı hissəsi rifah halının günbəgün yaxşılaşmasında görür və Azərbaycanın daha da inkişif edəcəyinə qətiyyən şübhə etmir. Çünki bunun üçün möhkəm iqtisadi bazanı ümummilli liderimiz artıq yaradıb və əsası möhtərəm Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi kursun cənab Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi gələcəyə nikbinliklə baxmağa əsas verir.

S.Y.MÜSLÜMOV
Azərbaycan Respublikasının Dövlət
Sosial Müdafiə Fondunun sədri

Nəşrlər

Heydər Əliyev Fondunun dəstəyi ilə milli-mənəvi dəyərlərimizin, mədəni irsimizin qorunub saxlanılması, inkişafı və tanıdılmasına yönələn daha bir layihə həyata keçirilib. Layihə çərçivəsində hazırlanan “Azərbaycan xalçası-ilmələrin rəqsi” adlı yeni xalça kolleksiyası və eyniadlı kitab iyunun 3-də Heydər Əliyev Mərkəzində təqdim edilib.

Ermənistanın 1992-ci ildə Xocalıda dinc əhaliyə qarşı həyata keçirdiyi soyqırımının dünyaya çatdırılması çərçivəsində faciənin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan, rus, ingilis və ispan dillərində tərtib edilmiş “Xocalı 30 il: bir soyqırımın tarixi” kitabı və 4 dildə hazırlanmış “Xocalı bu gün” (www.khojalytoday.com) portalının Heydər Əliyev Mərkəzində təqdimatı olub.

Heydər Əliyev Fondu “Qarabağın mədəni irsi” adlı nəşrlər toplusu hazırlayıb. Topluya ədəbiyyat, musiqi, memarlıq sahələrini, xalq sənətkarlığını və xalçaçılıq sənətini əks etdirən 5 nəşr daxildir. “Xalq sənətkarlığı” nəşrində Azərbaycan xalqının zəngin yaradıcılığında mühüm yerlərdən birini tutan, onun həyat və məişət, gündəlik güzaranı ilə bağlı olan xalq sənətlərindən.

Heydər Əliyev Fondu tərəfindən hazırlanan, Azərbaycan bəstəkarlıq məktəbinin görkəmli nümayəndələrinin əsərlərinin notlarından ibarət “Əbədi imzalar” toplusu Şuşa şəhərində keçirilən “Xarıbülbül” musiqi festivalı çərçivəsində təqdim edilib. “Əbədi imzalar” layihəsi Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın.

Fevralın 25-də Bakı Kitab Mərkəzində beynəlxalq münasibətlər üzrə tanınmış israilli ekspert Arye Qut və atası, yazıçı Əmir Qutun birgə qələmə aldıqları ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımından bəhs edən “Ağrı” bədii-sənədli romanının təqdimatı olub. Tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma.

5209 5165 5068 5055 4798

Müəllif hüquqları qorunur © 2023

Öysüzlü xalçası heydər əliyev fond

Vaqif Poeziya Günləri çərçivəsində avqustun 30-də Şuşadakı Yaradıcılıq Mərkəzində “Yaddaş. Fotoqrafik tarix”, Rəsm Qalereyasında “Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir” və Xalçaçılıq Qalereyasında “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” adlı sərgilərin açılışı olub.

AZƏRTAC xəbər verir ki, hər üç sərgidə nümayiş olunan qiymətli sənət nümunələri dünənlə bu günün vəhdətini yaratmaqla yanaşı, xalqımızın bənzərsiz sənətkarlıq xüsusiyyətlərini nümayiş etdirirdi. Burda nümayiş olunan hər fotoşəkil, hər rəsm əsəri, hər xalı nümunəsi təkcə dünən deyildi, həm də sabaha ünvanlanmış bir ismarış idi. Bu əsərlər tariximizin bir parçası olmaq şansını qazanmış sənət inciləri olmaqla yanaşı, onu yaradan sənətkarların timsalında xalqımızın nəyə qadir olduğunu, istedadını göstərir. Bəlkə də elə bu səbəbdən idi ki, hər bir iştirakçı bu sənət nümunələrinə baxmaqdan doymurdu, təkrar-təkrar baxaraq hər rəngdə, hər ilmədə nələrisə duymağa, nələrisə kəşf etməyə çalışırdı. Axı rənglər də bir yaddaşdır, silinməyən, solmayan, unudulmayan bir yaddaş. Bu sərgilər bizə bizim yaddaşımızdan, kimliyimizdən, hansı xüsusiyyətlər və nələrə sahib olmağımızdan xəbər verirdi.

Qonaqların ilk tanış olduğu sərgi “Yaddaş. Fotoqrafik tarix” adlanırdı. Vaxtilə Ağa Qəhrəman Mirsiyab oğlunun Karvansarası olan və ölkə əhəmiyyətli memarlıq abidəsi sırasında olan binada Yaradıcılıq Mərkəzi yaradılıb. Hazırda Yaradıcılıq Mərkəzində Heydər Əliyev Fondu tərəfindən təşkil edilən “Yaddaş. Fotoqrafik tarix” sərgisi nümayiş olunur. Fotosərgi Azərbaycanın qədim tarixini, zəngin mədəniyyətini, gözəl təbiətini, ənənələrini təcəssüm etdirir. Ermənistan vaxtilə işğal altında saxladığı ərazilərdə mədəni irsimizə, tarixi-memarlıq nümunələrinə qarşı vandalizm həyata keçirmiş, düşmən tərəfindən tarixi-mədəni obyektlər, dini ocaqlar məhv edilmiş, bir sıra rayon və şəhərlər yerlə-yeksan edilmişdir.

“Yaddaş. Fotoqrafik tarix”

Ziyarətçilərə məlumat verildi ki, fotosərgidə çinar meşələri ilə məşhur olmuş Zəngilan rayonunun təbiət mənzərələrini, Qafqazın sənət məbədi olan Şuşa şəhərinin tarixi məscidi, məqbərə, bulaq və abidələrini, Qubadlı rayonunun tarixi körpü və ibadətgahlarını, Kəlbəcərin mənzərələrini, İstisu mineral bulağını, Xocavənd rayonunun maddi mədəniyyət nümunələrini, Cəbrayıl rayonunun Xudafərin körpüsü və tarixi abidələrini, eləcə də Qarabağın digər mənzərələrini əks etdirən eksponatlar yer alıb.

Bununla yanaşı, sərgidə tanınmış fotoqraf Yakov Xalipin 1937-ci ildə Şuşa şəhərinə, Daşaltı kəndinə, Turşsu qəsəbəsinə səfəri zamanı çəkilmiş müxtəlif arxiv fotolar da nümayiş olunur. Sərgidə, həmçinin işğaldan azad olunmuş rayon və şəhərlərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklər, dağıntılara dair fotolar yer alıb.

Sərgi zalında təqdim olunan videoçarx da izləyicilərə rayon və şəhərlərimizin işğaldan əvvəl və işğaldan sonrakı vəziyyətini çatdırırdı. Eyni zamanda, Vətən müharibəsi zamanı Ermənistan tərəfindən mülki əhalimizə qarşı törədilmiş cinayətləri əks etdirən fotolar nümayiş olunurdu.

“Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir”

Şuşada yaradılan Rəsm Qalereyasında isə “Qarabağ – Azərbaycan mədəniyyətinin incisidir” sərgisi təqdim edildi. Qarabağ Azərbaycan incəsənətinin və mədəniyyətinin mərkəzi kimi qədim tarixə malikdir. İşğal dövründə talan olunmuş muzeylərdə Azərbaycana məxsus tarix və mədəniyyətin qiymətli nümunələri, dünyada məşhur Azərbaycan xalçaları və Azərbaycanın görkəmli şəxsiyyətlərinin xatirə əşyaları, həmçinin digər dəyərli eksponatlar olmuşdur. Sözügedən məhv edilmiş xəzinələr təkcə Azərbaycanın deyil, həm də bütün dünya mədəniyyətinin nümunələri idi.

Sərgidə nümayiş olunan rəsm və heykəltəraşlıq nümunələri bizi sevincli və kədərli, real və fantastik, açıq və gizli, rəngarəng və monoxrom dünyaya səyahət etdirirdi. Burada nümayiş etdirilən əsərlərdə əsas ilham mənbəyi Qarabağdır. Azərbaycanın tarixi diyarı olan Qarabağ uzun illər ərzində özünəməxsus atmosferi ilə fərqli nəsillərdən və cərəyanlardan olan rəssamların və heykəltəraşların dünyagörüşünə böyük təsir etmişdir.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən sərgidə Böyükağa Mirzəzadə, Toğrul Nərimanbəyov, Maral Rəhmanzadə, Nadir Abdurrəhmanov, Mikayıl Abdullayev, Ucal Haqverdiyev, Müseyib Əmirov və Azərbaycanın digər görkəmli rəssamlarının əsərləri yer alıb. Sərgidə Qarabağın mənzərələri, ədibləri, xalçası, atı, muğamı, Vətən müharibəsində qələbə mövzularına geniş yer verilib.

60-dan çox əsərin nümayiş olunduğu sərgidə Xalq rəssamı Altay Hacıyevin “Məclisi-üns”, Xalq rəssamı Səttar Bəhlulzadənin “Yuxarı Daşaltı”, Əməkdar rəssam İnna Kostinanın “Qarabağın zənginliyi”, Leyla Əliyevanın “Xarıbülbül” əsərləri, Faiq Hacıyevin “Qarabağ atı”, Orxan Nəbizadənin “Qarabağ gözəli” kimi heykəltəraşlıq nümunələri və digər əsərlər nümayiş olunur.

Bu sənət incilərinə baxanlar sırasında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Azərbaycanın Xalq artisti Fərhad Bədəlbəyli də vardı. O, bu unikal sənət incilərinin tariximizin ayrılmaz bir parçası olduğunu vurğulayıb, qısa bir zamanda Şuşada təşkil olunan belə tədbirlərin böyük tarixi əhəmiyyət daşıdığını bildirərək, bu günlərin şahidi olmasından qürur duyduğunu söyləyib: “Xoşbəxtəm ki, bu gün bu tədbirdə iştirak edirəm. Xoşbəxtəm ki, mayın 13-də “Xarıbülbül” festivalında iştirak etmişəm. Şuşa hər bir azərbaycanlı üçün unikal bir şəhərdir. Bütün şəhərlər bizim üçün doğmadır, Naxçıvan da, Kəlbəcər də, Tərtər də, Zəngilan da. Amma Şuşa özlüyündə nadirdir və onun öz yeri var. Ziyalılarla birlikdə bu gözəl tədbirdə iştirak etmək mənim üçün böyük bir şərəfdir”.

“Yenidən doğma diyarda. Qarabağın sənət inciləri”

Heydər Əliyev Fondu tərəfindən Şuşada bərpa və təmir olunaraq yaradılan Xalçaçılıq qalereyasında isə “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi açılmışdı.

Fondun təşkilatçılığı ilə keçirilən sərgidə Azərbaycan Milli Xalça Muzeyinin təqdimatında xovlu və xovsuz xalçalar, xalça məmulatları, milli tikmə və geyim dəstləri, bədii metal nümunələri nümayiş olunurdu. Sərgidə, həmçinin Milli Azərbaycan Tarix Muzeyinin kolleksiyasına daxil olan xalça nümunələri yer alıb.

Qeyd edək ki, yenidən öz doğma diyarında sərgilənən bu eksponatların əksəriyyəti I Qarabağ müharibəsi zamanı Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialından təxliyə edilib.

Burada əsrlər boyu çox yüksək dəyərləndirilən, xarici muzey və şəxsi kolleksiyaların nadir inciləri sırasına daxil olan Qarabağ xalçalarının müxtəlif bölgələrə aid nümunələrini görmək mümkündür. Onlara maldarlıqla məşğul olan əhalinin həyat tərzini əks etdirən damğa naxışlı, həm də şəhər mədəniyyətini özündə ehtiva edən, peşəkar emalatxanalarda toxunan nəbati naxışlı və süjetli xalçalar – “Vərni”, “Zili”, “Çələbi”, “Ləmpə”, “Malıbəyli”, “Qasımuşağı”, “Əyan məclisi” və digərləri aiddir. İri ölçüsü, mükəmməl kompozisiya quruluşu və əlvan koloriti ilə “Ləmpə” dəst xalı-gəbəsi xüsusi maraq doğuran eksponatlardandır.

Sərgiləri böyük maraqla izləyən Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov bu sənət nümunələrinin bənzərsizliyindən və xalqımıza məxsus böyük sənət nümunəsi olduğundan söz açıb. Xalq rəssamı fikirlərini belə ümumiləşdirib: “Şuşa xalçalarını yenidən burada görmək bizdə qürur hissi yaşadır. Şuşa xalçaları doğrudan da möcüzədir. Bu gün biz hədsiz xoşbəxtik. Görürük ki, nə qədər böyük işlər görülüb. Biz doğrudan da yeni həyat yaşayırıq, Vətən müharibəsində Qələbə və bu gün aparılan bərpa işləri bizi bir millət kimi yeni mərhələyə qaldırır. Bir daha Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya bu günü bizə yaşatdıqları üçün təşəkkür edirəm”.

Beləliklə, “Yenidən doğma diyarda. Qarabağın sənət inciləri” sərgisi qədim torpağın ruhunu, əsrlərlə burada yaşayıb-yaradan insanların həyat və məişətini, estetik zövqünü, sənətkarların bədii dünyagörüşünü duymağa, həmin tarixi dövrlərə səyahət etməyə imkan yaradırdı.

Comments are closed, but trackbacks and pingbacks are open.