Özümüzü kəsən qılınc
Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)
XX əsr Azərbaycan ədəbiyyatından
Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” əsərinin başqa adı nədir?
“Göytürklər” |
“Etiraf” |
“Dar ağacı” |
“Vicdan” |
CAVAB DÜZDÜR!
Testin cavabını DÜZ tapdınız. Zəhmət olmasa testin izahını aşağıdakı hissədə yazaraq digərləri ilə paylaşın.
CAVAB SƏHVDİR
Paylaşın – Hamı bilsin
Hörmətli dost! Siz bu gün bizə dəstək olmamısınız. Yuxarıda olan paylaşma yollarından gendə 1 dəfə paylaşanın saytımızda olan bütün hər bir hissəsindən istifadə edəcəksiniz. Əvvəlcədən təşəkkürlər.
Testin cavabını göstər
Bu testə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün yuxarıdakı “Testin izahını yazın” bölməsinə yazın.
Almas ildırım vəfat etmişdir:
1957-ci il Bakıda
1952-ci il Türkiyədə
1952-ci il Dağıstanda
1954-cü il Bakıda
M.Cəlal neçənci ildə anadan olub?
A.İldırımın Türkiyədə çap olunmuş kitabı:
“Azərbaycan mahnıları”
“Dağların səsi”
“Əsir Azərbaycanım”
Almas İldırım neçənci ildə anadan olmuşdur?
Sənətkarı yaxından tanıyan tənqidçi alim kimdir?
Gülrux Əlibəyova
Süleyman Rüstəm
Hüseyn Cavid
Almas İldırım anadan olub:
Çəmbərəkənddə
Bakı şəhərində
Naxçıvanda
Ovçu, insaf elə, keçmə bu düzdən!
O ellər qızını ayırma bizdən!
Bu misralar şairin hansı şeirindəndir?
“ Azərbaycan ”
“ A dağlar ” şeiri nəşr edilmişdir:
“ Füyuzat ” jurnalında
“ Həyat ” jurnalında
“ Molla Nəsrəddin ” jurnalında
“ Şərqi – Rus ” qəzetində
Əhməd Cavadın poeması:
“ Dan ulduzu ”
Mikayıl Müşfiq anadan olmuşdur:
1908 – ci ildə Xızıda
1905 – ci ildə Bakıda
1909 – cu ildə Təbrizdə
1913 – cü ildə Gədəbəydə
M. Müşfiqin ilk kitabı:
“ Vuruşmalar ”
“ Günün səsləri ”
“ Kəndli və ilan ”
“ Gülçin ” təxəllüsü ilə şeirlər yazmışdır:
Əhməd Cavad
Mikayıl Müşfiq
Hüseyn Cavid
Almas İldırım
H. Cavidin dram əsərləri:
“ Topal Teymur ”, “Azər ”
“ Maral ”, “ Səyavuş ”
“ Ana ”, “ Peyğəmbər ”
“ Peyğəmbər ”, “ Azər ”
“Baxdıqca hüsnünə doymayır gözüm, Təbrizim, Təbrizim, gözəl Təbrizim” – misraları kimə məxsusdur?
Mikayıl Müşfiqə
Süleyman Rüstəmə
Səməd Vurğuna
Almas İldırıma
Bulud Qaraçorlu Səhənd neçənci ildə və harada anadan olmuşdur?
1927-ci il-Marağa
1908-ci il-Təbriz
1910-cu il-Naxçıvan
1989-cu il-Şəki
Ç.Aytmatovun ilk böyük yaradıcılıq uğuru hansı əsər sayılır?
“Cəmilə” povesti
“Əsrdən uzun gün” romanı
“Dəniz kənarıyla qaçan Alabaş” povesti
“Qırğız çobanı” hekayəsi
M.Müşfiq neçənci ildə anadan olub:
Biri İsa Hüseynovun povestidir:
“Söyüdlü arx”
Rəsul Rzanın ilk şeir hansıdır?
“Ərk qalası”
“Ayrılmayaq”
“Təbrizli dostuma”
“O, Azərbaycan ədəbiyyatının ağır artilleriyasıdır.” – Süleyman Rəhimov haqqındakı bu fikri kim söyləmişdir?
Səməd Vurğun
Süleyman Rüstəm
Cəfər Cabbarlı
“Ana”dramı məxsusdur:
C. Cabbarlı
Bu əsərlərdən hansı Mirzə İbrahimovun yaradıcılığına daxil deyil?
“Böyük dayaq”
“Gələcək gün”
“Təzə müəllim”
“Kəndçi qız”
Hüseyn Cavid öz əsərlərini daha çox hansı mövzuda yazmışdır?
türkçülük, humanizm ideyaları, insan obrazları
Bu əsərlərdən hansı C.Cabbarlının poemasıdır?
“Uzun dərya”
“Qız qalası”
Samo romanı kimindir?
Bəxtiyar Vahabzadə
Süleyman sanı Axundov
Süleyman Rəhimov
Səməd Vurğunun” dostlar badələri qaldırın içək” cümləsini tamamlayın:
Demirəm məst olub dünyadan köçək
Gecə ulduzludu havada sərin
İsti qucağında qızınaq bir az
Deyirəm mehrib düşüncələrin
Azərbaycanın ilk xalq şairi kimdir?
Əhməd Cavad
M.F.Axundzadə
Hüseyn Cavid
Süleyman Rüstəm
Səməd Vurğun
İsa Hüseynov neçənci ildə anadan olmuşdur?
C.Cabbarlının Oqtay Eloğlu pyesinin baş qəhrəmanı ilə H.Cavidin İblis faciəsindəki Arif surətini birləşdirən xüsusiyyət hansıdır
Hər iki surətin İblisə uyaraq cinayət törətməsi
Hər iki surətin qarşısına konkret məqsəd qoyması
Hər iki surətin müharibəyə nifrət etməsi
Hər iki surətin romantik qəhrəman olması
Hər iki surətin şəxsi ailə həyatini ictimai amalına qurban verməsi
Şəki xanlığı neçənci ildə kim tərəfindən yaradılmışdır?
1943-cü ildə Hacı Çələbi tərəfindən yaradılmış
1067 Hacı Çələbi
1458 hacı Çələbi
1942 Hacı Çələbi
1234 Çələbi
Haqqımızda
Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.
Əlaqə
- Azərbaycan, Bakı şəhəri
- +994 50 686 86 44
- sbabanli@yahoo.com
Abunə
Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)
© Bütün hüquqlar qorunur.
Özümüzü kəsən qılınc
” Özümüzü kəsən qılınc ” Türkiyədə
Xəbər verdiyimiz kimi , Respublika Akademik Milli Dram Teatrı bu günlərdə Türkiyədə qastrol səfərində olmuşdur . Teatr türk dünyasının böyük şairi Bəxtiyar Vahabzadənin ” Özümüzü kəsən qılınc ” tamaşası ilə türk seyrcilərində böyük coşqu yaratmışdır .
Quruluşçu rejissoru xalq artisti Ağakişi Kazımov, bəstəkarı Cavanşir Quliyev olan bu uğurlu səhnə əsəri türklərin qədim Göytürk dövlətinin yaranmasından, fəaliyyətindən bəhs edir. Əsərdə ustad şair və dramaturq Bəxtiyar Vahabzadə fakt olaraq sübut edir ki, nə qədər öz qılıncımız düşməni yox özümüzü kəsəcək, türk böyük ola bilməyəcək. Türkün gücü, türkün böyüklüyü onun birliyindədir. Budur əsərin qayəsi.
Bu çağırış təbii ki, Türkiyədə coşqu ilə qarşılanmalı idi.
Akademik Milli Dram Teatrının aktyor heyəti isə tamaşanın öhdəsindən layiqincə gəlmiş və Türkiyənin Kayseri, Ankara şəhərlərində böyük tamaşaçı auditoriyası qarşısında məharətini və Bəxtiyar Vahabzadənin söz-sənət gücünü göstərmişdir.
. Maraqlı məqam ondan ibarətdir ki, hər tamaşadan qabaq ədəbiyyatımızın canlı klassiki Bəxtiyar Vahabzadənin çıxışı yazılmış lent göstərilmiş və ustad şair zalda əyləşən türk tamaşaçılarına birbaşa müraciət etmişdir. Müraciətində ustad şair səhhəti ilə bağlı Türkiyəyə gedə bilmədiyini, lakin qəlbinin onlarla birgə olduğunu və bütün türklərə sevgilərinin çatdırılmasını söyləmişdir. Bəxtiyar müəllimin çıxışı ayaqüstə alqışlarla qarşılanmışdır.
Bütün bu uğurların səbəbkarları- aktyorlarımızla, həmçinin Akademik Milli Dram Teatrının direktoru Maqbet Bünyadovla dünən görüşdük. Söhbətimiz zamanı birgə tamaşa etdiyimiz həmin təsirli görüntülər qədər maraqlı və qüruryaradan idi ki, bir anlığa özümüzü türk seyrciləri ilə birgə hiss etdik.
Beləliklə, həmsöhbətimiz teatrın direktoru Maqbet Bünyatov, truppa müdiri Elmar Məmmədov və aktyorlardır.
– Maqbet müəllim, Türkiyədə Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşası ilə böyük uğur qazanmısınız. Maraqlıdır, niyə məhz Bəxtiyar Vahabzadə yaradıcılığına müraciət etdiniz? Nəhayət, niyə məhz həmin əsərlə türk tamaşaçılarına hesabat verəsi oldunuz?
– Teatrımızın qastrol səfərləri barədə bir az məlumat vermək istərdim. Biz hələ ötən ilin yayından Türkiyədə keçirilən açıq teatr festivalında Elçin Əfəndiyevin “Qatil” tamaşası ilə iştirak elədik. Yenə də Elçin Əfəndiyevin “Arılar arasında” və Əli Əmirlinin “Mesenat” əsəri ilə Kazan şəhərində qastrolda olduq. Daha sonra yenə də Türkiyənin Trabzon şəhərində 16 ölkənin iştirakı ilə keçirilən beynəlxalq festivalda iştirak elədik. Burada güclü dramaturq İlya İossilyevin “Kaş araba aşmayaydı” tamaşasını nümayiş etdirdik, sonra Konya şəhərinə dəvət olunduq. Bunların ardınca Ankaraya dəvət aldıq.
Bu şəhərlərdə Elçin Əfəndiyevin”Arılar arasında” tamaşası ilə çıxış etdik və çox uğurlu alındı. Repertuarımızda olan 30 tamaşadan 5-ni türkdilli respublikalara və dövlətlərə disk şəklində göndərdik. Yəni seçimi onların öhdəsinə buraxmışıq. Hansı tamaşanı seçsələr bizə məlumat verəcəklər və biz də bu dəvətləri qəbul edəcəyik. Biz internetdə belə bir məlumat da oxuduq ki, Kayserinin böyük şəhər bələdiyyəsi başkanı Mehmet bəydən soruşublar ki, bu ili necə başlamaq istəyirsiniz? O, da belə cavab verib: . Bizim arzumuz budur ki, Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” tamaşası ilə öz mədəniyyət işlərimizi quraq.”
Biz də həmin saytdan istifadə edib, ora bir faks göndərdik ki, bizim repertuarımızda Bəxtiyar Vahabzadənin “Özümüzü kəsən qılınc” və “Fəryad” tamaşaları var. Onlar da “Özümüzü kəsən qılınc” əsərini istədiklərini bildirdilər.
– Türkiyənin Bəxtiyar Vahabzadəyə böyük sevgisinin olduğunu bilirik. Elə bu sevginin nəticəsidir ki, ötən ilin noyabrında İzmir şəhərində böyük bir prospektə ustad şairin adı verilib. İndi siz Bəxtiyar Vahabzadəyə türklərin sevgisinin canlı şahidi olmusunuz. Xahiş edirik, həm də bu tamaşadan qaynaqlanan və şairə olan böyük türk sevgisi barədə təəssüratlarınızı bölüşəsiniz.
– Məlumat üçün deyim ki, Türkiyəyə getməmişdən qabaq biz video operatorla Bəxtiyar müəllimgilə qonaq getdik. Bildirdik ki, sizin əsəri Türkiyəyə aparırıq və türk tamaşaçılarına arzu və istəklərinizi söyləyin. Bəxtiyar müəllim də türk tamaşaçılarına ona göstərdikləri sevgi və sayğılara görə minnətdarlığını bildirərərək qeyd etdi ki, bu əsərlə mən də sizin yanınızdayam və bu əsərin arxasında mən dayanıram, teatrın kollektivi dayanır.
Bu müraciəti orada, özü də hər tamaşadan qabaq səsləndirmişik və türklər onu ayaqüstə, alqışlarla qarşılayırdılar. Mən bir daha əmin oldum ki, Bəxtiyar Vahabzadə türk dünyasının əvəzedilməz ustad şairidir. Bəxtiyar müəllimin çıxışına ayaqüstə o qədər əl çalıb alqışladılar ki, onları əyləşdirə bilmirdik ki, tamaşaya başlayaq.
Bəxtiyar Vahabzadənin o zəif vücudu ilə etdiyi çıxış türklərin milli ruhunu elə coşdurmuşdur ki, alqış sədalarından zal titrəyirdi. Tamaşa başa çatandan sonra türk seyrçiləri yenə də belə gurultulu alqışlarla aktyorlarımıza təşəkkürlərini bildirirdilər. Verilən gül-çiçək dəstələrindən aktyorlar az qala görünməz olurdu. Hər tamaşadan sonra isə bizə ziyafət verilirdi. Axşam saatlarında isə bir dəfə xahiş etdilər ki, Bəxtiyar Vahabzadənin şeirlərindən söyləyək. Burada aktyorlar Nurəddin Mehdixanlı, Laləzar Mustafayeva, İradə Ağasıbəyli, Hacı İsmayılov Bəxtiyar müəllimin müxtəlif mövzulu şeirlərini elə məharətlə söylədilər ki, məclis iştirakçıları olan Kayseri bələdiyyəsinin başkanı, mədəniyyət müşaviri, Kayserinin prokuroru və digərləri dəhşətə gəldilər. Ziyayət məclisi Bəxtiyar Vahabzadənin şeir gecəsinə çevrildi. Ramiz Məlik isə canı və qanı ilə türkçülüyə bağlı olan və elə buna görə də Sibirə sürgün olub orada da dünyasını dəyişən Hüseyn Cavidin “İblis” əsərindən İblisin monoloqunu çox ustalıqla söylədi. Məclis iştirakçıları heyrətə gəldilər.
Açığı, onlar bizim ədəbiyyatımız barədə çox az bilgiyə malikdirlər. Bircə Bəxtiyar Vahabzadəni yaxşı tanıyırlar. Ancaq millətçilik və türkçülük yolunda can qoyan Mikayıl Müşfiqi, Cəfər Cabbarlını, Hüseyn Cavidi, Səməd Vurğunu, Məmməd Arazı, Xəlil Rzanı. yaxşı tanımırlar. Bilmirlər ki, belə qyrətli yazarları Sovet rejimi susdurub, məngənədə sıxıb. Rejimin əlindən salamat qalan və ədəbiyyatımızın indi sağ qalan canlı əfsanəsi- ustad Bəxtiyar Vahabzadədir. Onun 1961-ci ildə yazdığı və Azərbaycanın parçalanmasına həsr olumuş “Gülüstan” poemasının üstündə şairin başına nə oyunlar açdılar. Biz bütün bunlar barədə məclis iştirakçılarına müfəssəl məlumat verdik və çox təəssüfləndilər ki, belə yazarları indiyə qədər dərindən tanımayıblar. Bir sözlə, bu dəfəki səfərimiz Bəxtiyar Vahabzadə əsərinin qüdrəti ilə bir daha uğurlandı. Bunlara görə ustad şairimizə, görkəmli dramaturqumuza minnətdarıq. Türkiyədə isə deyirdilər: siz xoşbəxtsiniz ki, Bəztiyar Vahabzadə kimi dahi şairiniz var.
Müsahibəyə görə təşəkkürlərimizi bildiririk.
Ədalət.- 2009.- 12 fevral.- S. 6.
Özümüzü kəsən qılınc
Bütün dünyada “xalqlar həbsxanası” kimi tanınan SSRİ-nin siyasi həyatında 1980-ci illərin ortalarından başlayaraq ciddi dönüş başlandı. Əslində, ictimai həyatın bütün sahələrində belə bir dönüşə cəhd göstərilirdi. Zəifləmiş iqtisadiyyatı dirçəltmək, inkişaf etdirmək üçün sürətləndirmə adı altında başlanılan proses az sonra yenidənqurma adlandırıldı. Lakin iqtisadiyyatda əhəmiyyətli bir irəliləyişə nail olunmadı. Bütün respublikalarda siyasi-iqtisadi böhran gündən-günə artırdı. Aşkarlıq və demokratiyanın dərinləşməsi sovet quruluşunun eybəcərliyinin köklü şəkildə açıqlanmasına və tənqidinə imkan yaratdı. Milli müstəqillik uğrunda xalq hərəkatı SSRİ adlanan imperiyanın hər yerində baş qaldırdı və gücləndi. Rus çarizminin sınaqdan çıxmış milli ədavətlərin qızışdırılması siyasəti də rus sovet imperiyasına lazımınca yardım edə bilmədi. Soydaşlarımızın Qərbi Azərbaycandan didərgin salınması, 1990-cı ilin qanlı 20 Yanvar faciəsi, Qarabağ uğrunda müharibə, Moskvanın erməni qəsbkarlarına hər cür köməyi, iftira, hiylə və böhtanları xalqımızı azadlıq uğrunda mübarizədən döndərə bilmədi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə gəlişi isə milli müstəqilliyini bərpa edən Azərbaycanın daxilindəki siyasi çəkişmələrə son qoydu.
Çox qısa bir zaman kəsiyində baş verən bu mühüm hadisələr sovet ideologiyası kimi, sosialist realizmini də tarix səhnəsindən süpürüb atdı. 1980-ci illərin ikinci yarısından başlayaraq həyat həqiqətlərinə yeni bədii təfəkkürün işığında yanaşma daha da gücləndi və artdı. Bu, tarixi mövzularda yazılmış əsərlərdə də (İ.Əfəndiyevin “Şeyx Xiyabani”, N.Xəzrinin “Torpağa sancılan qılınc”, F.Kərimzadənin “Çaldıran döyüşü” və s.) özünü göstərirdi. Başqa sözlə, həmin əsərlərdə xalqın taleyi və tarixi şəxsiyyətlər çağdaş yanaşmanın, yeni təfəkkürün prizmasından dəyərləndirilirdi.
Müstəqillik dövründə fəaliyyət göstərən ədəbi qüvvələri müxtəlif nəsillər təmsil edir. Poeziyada böyük təcrübəyə malik B.Vahabzadə, N.Xəzri, Qabil, X.R.Ulutürk, M.Araz, F.Qoca, N.Həsənzadə və digər xalq şairləri ilə bərabər, sonrakı nəsillərin nümayəndələri: F.Sadıq, S.Rüstəmxanlı, R.Rövşən, M.İsmayıl, D.Gədəbəyli, R.Behrudi və b. yazıb-yaradırdılar.
“Şəhidlər” (B.Vahabzadə), “Salatın” (N.Xəzri) poemaları, X.Rzanın “Davam edir 37” kitabında toplanmış əsərlər və çap etdirdiyi digər şeirlər ideya-bədii keyfiyyətinə görə yeni ədəbi hadisə kimi qarşılandı.
Nəsrin zənginləşməsinə müxtəlif nəsillərin nümayəndələri: Ə.Məmmədxanlı, İ.Hüseynov, İ.Şıxlı, S.Əhmədov, Anar, Elçin, Y.Səmədoğlu, S.Səxavət, E.Hüseynbəyli və digər yazarlar az töhfə verməmişlər.
Ədəbiyyata gələn yeni qüvvələr – M.Cəfər, O.Fikrətoğlu, M.Nur, K.Nəzirli, E.Zal, S.Sarvan, imzaları daha sonra görünən R.Nazimqızı, A.Əlizadə, İ.Qismət, C.Zeynalov və b. yaradıcılıq axtarışlarını davam etdirirlər.
Bu illərdə müasir mövzulara müraciət halları az olmamışdır. Xalqımızın qan yaddaşı olan 20 Yanvar, faciələrə yol açmış Qarabağ müharibəsi müxtəlif nəsillərin nümayəndələri üçün mövzu mənbəyi olmuşdur. S.Əhmədlinin hekayələri, S.Səxavətin “Nekroloq”, Ə.Əmirlinin “Meydan”, İ.Məlikzadənin “Qırmızı şeytan” və s. insanlarımızı düşündürən taleyüklü problemlərin uğurlu bədii həllini verən maraqlı əsərlər kimi qarşılanmışdır.
Müstəqillik dövründə dramaturgiya da durğunluq dövrü keçirməmiş, müxtəlif nəsillərə mənsub sənətkarların fərqli mövzularda qələmə aldıqları onlarla əsər meydana çıxmışdır. Tarixi mövzularda yazılan əsərlərin əksəriyyətində (B.Vahabzadə. “Özümüzü kəsən qılınc”,
Comments are closed, but trackbacks and pingbacks are open.