Ülkər əliyeva abş-çin münasibətləri
Amma tərəflər arasında mübahisəli məsələlərin ciddi olduğunu nəzərə alsaq, yaxın gələcəkdə Vaşinqton ilə Pekin arasında əlaqələrin yeni istiqamətdə inkişaf edəcəyini və onlar arasında fikir ayrılıqlarının asanlıqla aradan qaldırılacağını söyləmək çox çətindir.
ABŞ-Çin münasibətləri hara aparır – müharibəyə, yoxsa. – TƏHLİL
“Qədim romalılar məğlubiyyətdən qorxmurdular. Roma da digər böyük imperiyalar kimi, müxtəlif döyüşlərdə uduzar, amma nəticədə, müharibədə qalib gələrdi. Əgər imperiya zərbənin qarşısını ala bilmirsə, o, artıq imperiya deyil”, – deyə Yuval Noah Harrari “Sapiens. Bəşəriyyətin Qısa Tarixi” kitabında yazır.
Bu barədə “Kaspi” qəzetində dərc edilən ABŞ-Çin münasibətlərinə dair təhlildə qeyd olunur.
Şübhəsiz, bu gün dünya imperiyası adına layiq olan yeganə dövlət Amerika Birləşmiş Ştatlarıdır. Eks-prezident Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi olmuş Zbiqnev Bjezinski deyirdi ki, məhz Avrasiyaya nəzarət edən dövlət dünyaya hökmranlıq edir. ABŞ məlum terror hadisəsindən sonra İraq və Əfqanıstandakı rejimləri devirərək bu ölkələr üzərində nəzarəti ələ keçirmişdi. Bununla o, Avrasiyaya, nəticə etibarı ilə dünyaya hökmranlıq edən dövlətə çevrilmişdi. Amma ABŞ qoşunlarının bu yaxınlarda Əfqanıstandan çıxması, əslində, onun dünya imperiyası olması ilə bağlı suallar yaradıb. Artıq onunla rəqabət aparmaq iqtidarında olan fövqəldövlət var. Söhbət, əlbəttə ki, Çindən gedir.
Bəs ABŞ-ın yeni dünya imperiyası olmağa can atan Çinlə əlaqələri hansı istiqamətdə inkişaf edəcək? Adı çəkilən rəqabət iki dövlət arasında müharibəyə səbəb ola bilərmi?
ABŞ-la Çinin qəliz münasibətləri
Vaşinqtonla Pekin arasında əlaqələr son 40 ildə, yəni 1979-2020-ci illərdə enişli-yoxuşlu olub. Amma bu dönəmi iki dövlət arasında dayanıqlı iqtisadi inteqrasiya dövrü kimi də xarakterizə etmək olar. ABŞ-la Çin arasında iqtisadi əlaqələrin dərinliyi, əslində, dünya iqtisadiyyatının daha da qloballaşmasına və iki fövqəldövlət arasında sülhün güclənməsinə töhfə verib. Lakin Co Baydenin hakimiyyəti dövründə ABŞ-Çin münasibətləri qəlizləşməyə və Vaşinqtonla Pekin bir-birindən uzaqlaşmağa başlayıb. Çin artıq 1980-ci illərdəki kimi, ABŞ və müxtəlif ölkələrə yalnız tekstil məmulatları ixrac edən ölkə deyil. O, bu gün müxtəlif dövlətlərə yüksək texnologiyalar tədarük edir və fəal diplomatiya həyata keçirir. ABŞ rəhbərliyi isə regiondakı bu yeni reallığı başa düşmür və Çinlə konstruktiv münasibətlər qurmağa can atmır.
Cənubi Çin dənizində hökmranlıq savaşı
Bu günlərdə ABŞ-ın “Benfold” esminesi Çin hakimiyyətinin icazəsi olmadan Meydzi rifi yaxınlığında Cənubi Çin dənizinə daxil olub. Çin tərəfi ABŞ esminesini Cənub Çin dənizindən çıxarmaq məqsədilə həmin bölgəyə aviasiya və hərbi gəmilər göndərib.
Xatırladaq ki, Vaşinqtonla Çin arasında Meydzi rifi ətrafındakı 12 millik bölgə ilə bağlı fikir ayrılığı var. Əlbəttə ki, ABŞ-ın bu addımı Çinin qəzəbinə səbəb olub. Çinin “Global Times” nəşrində dərc edilən məqalədə ABŞ hərbi esminesinin mübahisəli bölgəyə daxil olması təxribatçı addım kimi xarakterizə edilib: “Çin ABŞ-ın bu addımına laqeyd yanaşa bilməz. Odur ki, rəsmi Pekin cavab tədbirləri həyata keçirməlidir. Vəziyyətin belə davam edəcəyi təqdirdə Cənubi Çin dənizində Çinlə ABŞ arasında hərbi toqquşma baş verəcək. Vaşinqton adı çəkilən dənizdə təhdid yaradan ən böyük dövlətdir. O, zamanla regiondakı sülhü məhv edə bilər”, – deyə məqalədə qeyd edilir.
Əlbəttə ki, Cənub Çin dənizində vəziyyətin gərginləşməsi tərəflər arasında müharibə təhdidini artırır. Bu, təxminedilməz hadisələrə səbəb ola bilər.
Telefon danışığı gərginliyi azalda biləcəkmi?
Doğrudur, bu yaxınlarda ABŞ prezidenti Co Bayden ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında telefon danışığı olub. Onlar ABŞ-Çin əlaqələri, iki dövlət arasında qarşılıqlı maraq doğuran məsələlər haqda fikir mübadiləsi aparıblar. Si Cinpin iki ölkə arasında ciddi çətinliklərlə əhatə olunmuş münasibətlərə yeni istiqamət verilməsinə çağırış edib. Co Bayden isə öz növbəsində Çin liderinə tərəflər arasında yarana biləcək anlaşılmazlıqlarla bağlı xəbərdarlıq edib.

Dünya Qərblə Çin arasında
Böyük Britaniyanın nüfuzlu “The Economist” jurnalının sabiq redaktoru Bill Emmot hesab edir ki, hazırda ABŞ ilə Çin beynəlxalq məsələlərdə birgə hərəkət etmir: “Vaşinqtonla Pekin onlara lazım olan məqamlarda bir-biri ilə danışır”.
ABŞ-Çin əlaqələrində uçurumun yaşandığı dövrdə digər ölkələr bu iki fövqəldövlət arasında seçim etməli olacaq. B.Emmotun fikrincə, məsələn, Yaponiya və Böyük Britaniya yeganə əsas müttəfiq kimi adı çəkilən iki fövqəldövlətdən birini seçməyə məcbur qalacaq.
Beləliklə, yaxın gələcəkdə dünya ölkələrinin Qərblə Çin arasında seçim etməli olacağını söyləyə bilərik. Doğrudur, iki fövqəldövlətin rəqabətini yeni “soyuq müharibə” kimi xarakterizə etmək olmaz. Çünki bu gün onlar arasında ciddi iqtisadi inteqrasiya mövcuddur.
Bir sözlə, ABŞ-ın dünya imperiyası kimi rolunu necə qoruyacağını, Çinlə münasibətlərini hansı istiqamətə inkişaf etdirəcəyini və zərbələrin qarşısını necə alacağını zaman göstərəcək. ABŞ-ın məşhur dövlət xadimi Henri Kissincerin dediyi kimi, “böyük fövqəldövlətdən heç biri həmişəlik geri çəkilmir”.
Milli.Az
Xankəndi
Bir neçə gün əvvəl ABŞ prezidenti Co Bayden və Çinin dövlət başçısı Si Cinpin arasında telefon danışığı olub. Ağ Evin məlumatına görə, iki nəhəng ölkənin liderləri geniş strateji müzakirələr çərçivəsində tərəflərin maraqların toqquşduğu və ayrıldığı sahələrlə bağlı fikir mübadiləsi aparıblar.
Liderlər hər iki qrup məsələlərin açıq və birbaşa şəkildə müzakirə edilməsinə, müntəzəm əlaqələrin yüksək səviyyədə saxlanılmasına dair razılığa gəliblər.
“Financial Times” nəşri isə Baydenin ÇXR sədrinə görüşməyi təklif etdiyini, ancaq rədd cavabı aldığını yazb: “Bu təklif liderlər arasında ötən həftə baş tutan 90 dəqiqəlik söhbət zamanı irəli sürülüb. ABŞ prezidenti Si Cinpinə Amerika-Çin münasibətlərindəki dalandan çıxmaq üçün sammit keçirməyi təklif edib. Ancaq Çin lideri onun təklifini qəbul etməyib və bunun əvəzində Vaşinqtonun qarşısına Pekinlə münasibətdəki sərt tonu azaltmaq şərti qoyub”.
Cinpinin üz-üzə görüşə razılıq verməməsi bir sıra ABŞ rəsmilərində Pekinin Vaşinqtona qarşı çətin oyun oynamaqda davam etməsi təəssüratını yaradıb.
Hindistanın Cəvahirləl Nehru Universitetinin Çinşünaslıq üzrə professoru Srikant Kondapalli Azvision.az – a iki ölkənin münasibətlərinin bundan sonra necə inkişaf edə biləcəyini, mövcud gərginliyin beynəlxalq siyasətə təsirini şərh edib.
O xatırladıb ki, ABŞ vaxtilə Sovet İttifaqına qarşı çıxması üçün Çinin beynəlxalq sistemdə yüksəlməsinə kömək etmişdi. Sərmayələr, ticarət, texnologiyalar, bazarlar, insanlar arasındakı əlaqələrin onilliklər ərzində inlişafda olması Prezident Obamanın 2009-cu ildəki G-2 təklifi (bu, ABŞ və Çinin regional və qlobal təhlükəsizlik mövzusunda koordinasiyalı mövqe nümayiş etdirməsini nəzərdə tuturdu) üçün əsas yaratdı. 70 mindən çox Amerika müəssisəsi Çində fəaliyyət göstərməyə başladı, ölkəyə 700 milyard dollarlıq ABŞ investisiyası qoyuldu. Bununla birlikdə, son dönəmdə (Tramp Adminstrasiyası zamanından) ABŞ-ın Pekinin xeyrinə artan ticarət balansını, maliyyə və investisiya məhdudiyyətlərini şübhə altına alması da daxil olmaqla, bir sıra səbəblər, o cümlədən Sincan, Tibet, Tayvan, Senkaku Adaları, Cənubi Çin dənizi və koronavirus pandemiyası kimi digər məsələlər əlaqələri korlayır.
Ekspert hesab edir ki, həm ABŞ, həm də Çin bir-birini kəskin tənqid edir və görünür ki, 1990 -cı illərin qarşılıqlı anlaşma siyasəti sona çatır.
“Dünyanın müxtəlif yerlərində ABŞ-ın təsirini əvəz etməyə hazırlaşan Çin rəqibinin Əfqanıstandan çıxmasını sərt tənqid etdi. ABŞ isə Çini (və Rusiyanı) “strateji rəqib” adlandırdı. Bütün bunları nəzərə alaraq, ABŞ-Çin münasibətlərinin çətin bir mərhələyə qədəm qoyduğunu söyləmək düzgün olardı” , – Kondapalli deyib.
Bayden və Cinpin arasında son telefon danışığına diqqət çəkən ekspert bildirib ki, prezident Co Bayden yanvar ayında vəzifəsinə başladıqdan sonra, bu, iki ən böyük iqtisadiyyata malik ölkələrin liderləri arasında ikinci telefon danışığıdır:
“Digər səviyyələrdə görüşlər olsa da, liderlər arasındakı ünsiyyət mövcud gərginliyi azaltmaq üçün vacibdir. Bu ilin mart ayında ABŞ-ın dövlət katibi Entoni Blinken və Milli Təhlükəsizlik müşaviri Ceyk Sallivanın Çin Siyasi Bürosunun üzvü Yanq Jieçi və XİN rəhbəri Vanq Yi ilə Anchorage görüşü yalnız iki ölkə arasındakı fikir ayrılıqlarını üzə çıxardı. ABŞ dövlət katibinin müavini Vendi Şermanın bu ilin iyul ayında Tianjində xarici işlər naziri Vanq Yi ilə görüşü də çox müsbət olmadı. Sentyabrın 9-da Prezident Bayden çinli həmkarına zəng etdi. Qərb mətbuatı gərgin münasibətlərin yaxşılaşmasından əvvəl Cinpinin Baydenlə şəxsən görüşə razı olmadığını yazdı. Lakin ABŞ-ın Milli təhlükəsizlik müşaviri Ceyk Sallivan bunu təkzib etdi”.
Hindistanlı ekspertə görə, ABŞ regional və qlobal məsələlərdə “üstünlüyündən” və xaricdəki maraqlarının qorunması məsələsindən narahatdır. Çin isə son vaxtlar ABŞ-ın hərəkətlərini daha çox şübhə altına alır: “Çin ABŞ-ın texnologiyalarından və investisiyalarından bəhrələndi. Çin əvvəlcə ABŞ “imperializminə” qarşı çıxdı, lakin sonradan onu “düşmən və dost olmayan” dövlət kimi xarakterizə etdi. 2017-ci ildə Kommunist Partiyasının 19-cu Konqresində Çin 2049-cu ilə qədər böyük gücə çevrilmək planını açıqladı. Onun “Çin istehsalı 2025″ planı əksər məhsulların yerli istehsalçılardan alınmasını nəzərdə tutur”.
Çin-ABŞ gərginliyinin qlobal siyasətə təsirinə gəlincə, ekspert hesab edir ki, ABŞ və Çin arasındakı gərginlik nöqtələri əhəmiyyətli dərəcədə artdıqca, digər ölkələr də bu münaqişəyə cəlb olunur: “İki ölkənin siyasi fikir ayrılıqları ön plana çıxdıqca və qarşılıqlı tənqidləri kəskinləşdikcə bir çoxları tərəf tutmaq məcburiyyətində qalır. ABŞ son səkkiz onillikdə liberal bir dünya nizamı təklif etsə də və dəstəkləsə də, Çin hələ də digər ölkələrin faydalanacağı və özünü rahat hiss edəcəyi böyük bir strategiya ortaya qoymayıb. ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması və nəticədə yaranan qarışıqlıq, İraq və Suriyada və digər yerlərdəki vəziyyət müttəfiq sistemlərinin çökməsi ilə bağlı fikir yaratdı”.
ABŞ-Çin münasibətləri hara aparır – müharibəyə, yoxsa. – TƏHLİL
“Qədim romalılar məğlubiyyətdən qorxmurdular. Roma da digər böyük imperiyalar kimi, müxtəlif döyüşlərdə uduzar, amma nəticədə, müharibədə qalib gələrdi. Əgər imperiya zərbənin qarşısını ala bilmirsə, o, artıq imperiya deyil”, – deyə Yuval Noah Harrari “Sapiens. Bəşəriyyətin Qısa Tarixi” kitabında yazır.
Bu barədə “Kaspi” qəzetində dərc edilən ABŞ-Çin münasibətlərinə dair təhlildə qeyd olunur.
Şübhəsiz, bu gün dünya imperiyası adına layiq olan yeganə dövlət Amerika Birləşmiş Ştatlarıdır. Eks-prezident Cimmi Karterin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi olmuş Zbiqnev Bjezinski deyirdi ki, məhz Avrasiyaya nəzarət edən dövlət dünyaya hökmranlıq edir. ABŞ məlum terror hadisəsindən sonra İraq və Əfqanıstandakı rejimləri devirərək bu ölkələr üzərində nəzarəti ələ keçirmişdi. Bununla o, Avrasiyaya, nəticə etibarı ilə dünyaya hökmranlıq edən dövlətə çevrilmişdi. Amma ABŞ qoşunlarının bu yaxınlarda Əfqanıstandan çıxması, əslində, onun dünya imperiyası olması ilə bağlı suallar yaradıb. Artıq onunla rəqabət aparmaq iqtidarında olan fövqəldövlət var. Söhbət, əlbəttə ki, Çindən gedir.
Bəs ABŞ-ın yeni dünya imperiyası olmağa can atan Çinlə əlaqələri hansı istiqamətdə inkişaf edəcək? Adı çəkilən rəqabət iki dövlət arasında müharibəyə səbəb ola bilərmi?
ABŞ-la Çinin qəliz münasibətləri
Vaşinqtonla Pekin arasında əlaqələr son 40 ildə, yəni 1979-2020-ci illərdə enişli-yoxuşlu olub. Amma bu dönəmi iki dövlət arasında dayanıqlı iqtisadi inteqrasiya dövrü kimi də xarakterizə etmək olar. ABŞ-la Çin arasında iqtisadi əlaqələrin dərinliyi, əslində, dünya iqtisadiyyatının daha da qloballaşmasına və iki fövqəldövlət arasında sülhün güclənməsinə töhfə verib. Lakin Co Baydenin hakimiyyəti dövründə ABŞ-Çin münasibətləri qəlizləşməyə və Vaşinqtonla Pekin bir-birindən uzaqlaşmağa başlayıb. Çin artıq 1980-ci illərdəki kimi, ABŞ və müxtəlif ölkələrə yalnız tekstil məmulatları ixrac edən ölkə deyil. O, bu gün müxtəlif dövlətlərə yüksək texnologiyalar tədarük edir və fəal diplomatiya həyata keçirir. ABŞ rəhbərliyi isə regiondakı bu yeni reallığı başa düşmür və Çinlə konstruktiv münasibətlər qurmağa can atmır.
Cənubi Çin dənizində hökmranlıq savaşı
Bu günlərdə ABŞ-ın “Benfold” esminesi Çin hakimiyyətinin icazəsi olmadan Meydzi rifi yaxınlığında Cənubi Çin dənizinə daxil olub. Çin tərəfi ABŞ esminesini Cənub Çin dənizindən çıxarmaq məqsədilə həmin bölgəyə aviasiya və hərbi gəmilər göndərib.
Xatırladaq ki, Vaşinqtonla Çin arasında Meydzi rifi ətrafındakı 12 millik bölgə ilə bağlı fikir ayrılığı var. Əlbəttə ki, ABŞ-ın bu addımı Çinin qəzəbinə səbəb olub. Çinin “Global Times” nəşrində dərc edilən məqalədə ABŞ hərbi esminesinin mübahisəli bölgəyə daxil olması təxribatçı addım kimi xarakterizə edilib: “Çin ABŞ-ın bu addımına laqeyd yanaşa bilməz. Odur ki, rəsmi Pekin cavab tədbirləri həyata keçirməlidir. Vəziyyətin belə davam edəcəyi təqdirdə Cənubi Çin dənizində Çinlə ABŞ arasında hərbi toqquşma baş verəcək. Vaşinqton adı çəkilən dənizdə təhdid yaradan ən böyük dövlətdir. O, zamanla regiondakı sülhü məhv edə bilər”, – deyə məqalədə qeyd edilir.
Əlbəttə ki, Cənub Çin dənizində vəziyyətin gərginləşməsi tərəflər arasında müharibə təhdidini artırır. Bu, təxminedilməz hadisələrə səbəb ola bilər.
Telefon danışığı gərginliyi azalda biləcəkmi?
Doğrudur, bu yaxınlarda ABŞ prezidenti Co Bayden ilə Çin Xalq Respublikasının sədri Si Cinpin arasında telefon danışığı olub. Onlar ABŞ-Çin əlaqələri, iki dövlət arasında qarşılıqlı maraq doğuran məsələlər haqda fikir mübadiləsi aparıblar. Si Cinpin iki ölkə arasında ciddi çətinliklərlə əhatə olunmuş münasibətlərə yeni istiqamət verilməsinə çağırış edib. Co Bayden isə öz növbəsində Çin liderinə tərəflər arasında yarana biləcək anlaşılmazlıqlarla bağlı xəbərdarlıq edib.
Amma tərəflər arasında mübahisəli məsələlərin ciddi olduğunu nəzərə alsaq, yaxın gələcəkdə Vaşinqton ilə Pekin arasında əlaqələrin yeni istiqamətdə inkişaf edəcəyini və onlar arasında fikir ayrılıqlarının asanlıqla aradan qaldırılacağını söyləmək çox çətindir.
Dünya Qərblə Çin arasında
Böyük Britaniyanın nüfuzlu “The Economist” jurnalının sabiq redaktoru Bill Emmot hesab edir ki, hazırda ABŞ ilə Çin beynəlxalq məsələlərdə birgə hərəkət etmir: “Vaşinqtonla Pekin onlara lazım olan məqamlarda bir-biri ilə danışır”.
ABŞ-Çin əlaqələrində uçurumun yaşandığı dövrdə digər ölkələr bu iki fövqəldövlət arasında seçim etməli olacaq. B.Emmotun fikrincə, məsələn, Yaponiya və Böyük Britaniya yeganə əsas müttəfiq kimi adı çəkilən iki fövqəldövlətdən birini seçməyə məcbur qalacaq.
Beləliklə, yaxın gələcəkdə dünya ölkələrinin Qərblə Çin arasında seçim etməli olacağını söyləyə bilərik. Doğrudur, iki fövqəldövlətin rəqabətini yeni “soyuq müharibə” kimi xarakterizə etmək olmaz. Çünki bu gün onlar arasında ciddi iqtisadi inteqrasiya mövcuddur.
Bir sözlə, ABŞ-ın dünya imperiyası kimi rolunu necə qoruyacağını, Çinlə münasibətlərini hansı istiqamətə inkişaf etdirəcəyini və zərbələrin qarşısını necə alacağını zaman göstərəcək. ABŞ-ın məşhur dövlət xadimi Henri Kissincerin dediyi kimi, “böyük fövqəldövlətdən heç biri həmişəlik geri çəkilmir”.
Comments are closed, but trackbacks and pingbacks are open.