Press "Enter" to skip to content

Ümumişlək sözlər

Dəbilqə – döyüşçülərin başlarına qoyduqları metal papaq

4. Ümumişlək sözlər nəyə deyilir?
A) məna və şəkil etibarilə yaxın olan sözlərə
B) müxtəlif ixtisas sahələrinə aid olan sözlərə
C) mənası hamı tərəfindən anlaşılan sözlərə
D) yalnız ayrı-ayrı bölgələrdə işlədilən sözlərə
E) başlanğıc formada yazılışı və deyilişi eyni olan sözlərə

Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün “Öz cavabını göndər” düyməsinə tiklayın.!

Fənnə uygun digər suallar

Cərgələrdən birində bütün sözlərin yazlısı səhvdir.
A)məcmeyi, müxbür, güzaran
B)kimyavi, xurmayı, narıncı
C)mailiyyə, göyərtə, sanaye
D)qumbara, kin-küdurət, qurquşun
E)qayınata, sirsifət, kəm-kəsir

”Qonşu payı qarın doyurmaz” cümləsindəki isimlərin hallarını müvafiq ardıcıllıqla müəyyənləşdirin:
1.adlıq
2.yiyəlik
3.təsirlik
A)2,1,1
B)1,3,2
C)2,1,3
D)2,1,2
E)1,2,3

10. Biri məntiqi cəhətdən digərlərindən fərqlənir:
A) görəsən
B) düzü
C) şübhəsiz
D) həqiqətən
E) doğrusu

12. Biri məntiqi cəhətdən fərqlənir:
A) zərf
B) isim
C) zərflik
D) fel
E) say

15. Mürəkkəb cümlə hansıdır?
A) Məhbub xanım gülə-gülə anama nə isə deyir və zabitə baxırdı.
B) Atam bağçadakı gülləri suladı və diblərini boşaltdı.
C) Bilirdim ki, o, kişi adamdır.
D) Havalar qızaraq qarları əritdi.
E) Müəllim gülərək başı ilə Ramini bağışladığını bildirdi.

Günümüzdə yəni hal hazırda -ova,-xana kimi şəkilçilər işlədilir. Onda belə çıxır ki, dilimizdə öz sözlərimizdən çox fars və ərəb mənşəli sözlərdən istifadə olunur?

“şagird” sözü Azərbaycan dilinə hansı dildən keçmişdir?

Termin nedir

mensubiyyet sekilcileri hansilardir

bacariqsizliq sozunun koku

Aşağıdakılardan hansında -dan,-dən şəkilçisi yazıldığı kimi tələffüz olunur?
A)qazandan B)anamdan
C)dayımdan D)qıraqdan

Tesirlik halin suallari hansilardir

Lazim sekil hansi nitq hissesine aiddir?

Budaq cumləsi nəyə deyilir?

Strateji mehsul ne demekdir?

təsirli təsirsiz fellər nəyə deyilir?

Hansi nitq hissesidir ki onda hec vaxt mubtade islesilmirr.

frozeloji birləşmənən əksəriyyəti nədir

Söz birləşmələrinivə cümlələri təşkil edən sözlər arasında neçə cür əlaqə olur və onlar hansılardır?

Hansı cərgədəki bütün sözlərin son samiti “q” ilə yazılmalıdır?
A.[çarx],[marax],[sağlıx]
B.[balıx],[məntik],[sarıx]
C.[layik],[yumşax],[rəng]

baglayicisiz tabesiz murekkeb cumleye aid 5 cumle yazin

Biri güman və şübhə bildirən modal söz deyil?
a)görünür
b)gərək ki
c)məncə
d)deyəsən
e)bəlkə

birdən,zəfliyini tərzi hərəkətkimi gumlə

sozde q-ğ əvəzlənməsi nə zaman baş verir?

isimle feli qarsilasdiran nedir.Yeni cumlelerde hansi sekilcileri eynidir

BUDAQ CUMLE NEYE DEYILIR

Sığınacaq sözündə acaq sözü leksik yoxsa qramatik

sehnemizin wah eserlerinden biri”iblis”aprelin 6-da bu movsumde tamawaya qoyuldu.burada zaman zerfliyi hansi sozdur

isimin hansi hali isimin suallarina cavab verir?

saheler uzre ardicilliq nedir?

Baş-budaq cümlə nədir?

verilmis sozleri hem isim hemde feil kimi cumlede isledib yazin. gorus,qacis,doyus,gulus.

kök və şəkilçi nə deməkdir?

Jest ve mimika nedir?

Konkret və mücərrəd isimlər nədir?

“Ayan fikirli halda zala daxil olanda artıq yıgıncaq çoxdan qurtarmışdı”cümləsinin sintaktik tehlil sxemi necədir?

Esas terefin telebiile asili terefin onunla sexse ve kemiyyete gore uygunlasmasina ne deyilir A)İdare Elaqesi B)Uzlasma elaqesi CYanasma Elaqesi D)Tabesizlik elaqesi

-sul şəkilçisi alınma şəkilçidir,yoxsa qeyri-məhsuldar şəkilçi?

A)Alınma B)Nə alınmadır,nə də qeyri-məhsuldar,məhsuldar və milli mənşəlidir.

müasir azerbaycan ədəbi dili fənninin qarşısında duran vəzifələr

savayi qosmasi hansi halda olan sozlere qosula biler?

duman yola sallanar bu cumlenin obyektini ve subyektini teyin edin

Məqsəd və intonasiyaya görə cümlənin neçə növü var və hansılardır?

Mürəkkəb xitablar nə ilə ifadə olunur?

zərif sözünə yaxın mənalı söz hansıdır

Qrammatika nəyə deyilir?

II növ təyini söz birləşmələrinin arasına söz girə bilmir.Amma bəzi istisna hallar var.Bunlar hansılardır?

belə ki bağlayıcısından sonra vergül qoyulur?
(hədəfdə qoyulmur yazılıb, amma TQDK-da vergül qoyulur yazılıb.)

Leksik şəkilçi nədir?

Emek xosbextliyin acaridir movzusunda insani hardan elde ede bilerem

salam men isdyrem fabrik acim isdyremki azerbaycanin kohnelmis sozlerinen isdifade edem xaiü edsem mene meylme godere bilersiz

Haqqımızda

Bu portalı yaradılmasında məqsədimiz ən tez yenilənən təhsil xəbərlərı məkanı yaratmaq idi. Burada sizlər heç yerdə olmayan testlər, sınaqlar, gündəlik dərslərin yoxlanılması imkanı tapacaqsınız.

Əlaqə

  • Azərbaycan, Bakı şəhəri
  • +994 50 686 86 44
  • sbabanli@yahoo.com

Abunə

Xüsusi kampaniyalar, endirimlər, sınaqlar haqqında ən birinci məlumat almaq üçün abunə olun (PULSUZDUR)

© Bütün hüquqlar qorunur.

Leksika-2

Ümumişlək sözlər
Dilimizdəki sözlər işlənmə dairəsinə görə iki qrupa bölünür: ümumişlək sözlər və ümumişlək olmayan sözlər.
Mənası hamı tərəfindən anlaşılan sözlərə ümumişlək sözlər deyilir.
Dilimizdə işlənən sözlərin böyük əksəriyyəti hamı üçün anlaşıqlı olan ümumişlək sözlərdir. Məsələn: od, su, hava, torpaq, vətən, şən, azad, çalışmaq, oxumaq, öyrənmək və s.

Ümumişlək olmayan sözlər

Hamı tərəfindən istifadə olunmayan və anlaşılmayan sözlərə ümumişlək olmayan sözlər deyilir.
Ümumişlək olmayan sözlər iki qrupa bölünür: dialekt sözləri, ixtisas sözləri (terminlər).
Yalnız ayrı-ayrı bölgə və kəndlərdə işlədilən sözlərə dialekt sözləri deyilir.
Məsələn: döşəkcə ümumişlək sözdür – hamı tərəfindən başa düşülür. Eyni mənanı bildirən nimdər sözü ısə yalnız ayrı-ayrı bölgə və kəndlərdə yaşayanların işlətdiyi dialektsözüdür. Hancarı (necə?), doqqaz (küçə), becid (tez), digə (dağ yerində yaşayış yeri), gəvəzə (çox danışan, boşboğaz), əlardan (dəsmal), manşırlamaq (nişanlamaq), maş (lobya), əppək (çörək), məhrəba (dəsmal), təlis (dəsmal), qarqundey (qarğıdalı), kəbə (qarğıdalı), yerpənək (xiyar), qəlbi (hündür), tapdan (qəfıldən) və s. sözləri də dialekt sözləridir.

Terminlər
(İxtisas sözləri)
Müxtəlif ixtisas və peşə sahələrinə aid sözlərə terminlər (ixtisas sözləri) deyilir. Məsələn: frazeologiya, mübtəda, orfoepiya, folklor, süjet, epitet, subtropik, flora, qələvi və s. Cəmiyyət mədəni cəhətdən inkişaf etdikcə bəzi terminlər get-gedə ümumişlək sözlərə çevrilir. Məsələn: ekran, süita, solo, fauna, flora və s.
Terminlərdən elmi üslubda daha çox istifadə olunur. Bu, elmi üslubu başqa üslublardan fərqləndirən əsas səciyyəvi xüsusiyyədir. Hər elm və ya peşə sahəsinin özünəməxsus terminləri var. Bəzən bədii əsərlərdə də təsvir olunan hadisə ilə bağlı terminlərə rast gəlirik.

Yeni sözlər
(neologizmlər)
İctimai həyat dəyişdikcə baş verən yeniliklərlə bağlı olaraq, dildə ayrı-ayrı anlayış, hadisə və əşyaları bildirən yeni sözlər yaranır. Belə sözlərə yeni sözlər (neologizmlər) deyilir.
Məsələn: özəlləşdirmə, soyqırımı, nəfəslik, işbirliyi, soykökü, bölgə, yayım, açıqca, soyad, soydaş, durum, cangüdən, çağdaş və s. Bu sözlər son beş-on il ərzində dilimizdə yaranan yenı sözlərdir. Yeni sözlərin yaranması daha çox elm və texnikanın inkişafı ilə bağlıdır.
Yeni sözlərin bir hissəsi başqa dillərdən alınma yolla yaranır. Məsələn: investisiya, spiker, birja, kompüter, mer,faks, menecer, biznesmen, ekologiya, internet, distributer və s. Dilin öz söz ehtiyatı hesabına yaranan yeni sözlər daha çoxdur. Yuxarıdakı sözlərin çoxu buna numunə ola bilər. Dildəki yeni sözlərin bir hissəsi zaman keçdikcə ümumişlək sözlərə çevrilir. Məsələn: tozsoran, çimərlik və s. Yeni sözlərin bir hissəsi isə ixtisas sözlərinin sırasına daxil olur. Məsələn: printer, rotoprint, fızioterapiya və s.

Köhnəlmiş sözlər (arxaizmlər)

Dilin lüğət tərkibindəki bəzi sözlər zaman keçdikcə unudulur və ümumişlək xüsusiyyətini itirir. Belə sözlərə köhnəlmiş sözlər (arxaizmlər) deyilir.
Keçmiş həyat və məişət tərzi ilə bağlı olan köhnəlmiş sözlər tarixizm adlanır. Məsələn: dəbilqə (dəmir papaq), çarıq (gön ayaqqabı), daqqa (dəri papaq), darğa (şəhər, vilayət hakimi), toppuz (başı girdə çomaq, qədim silah növü), güyüm (iri mis qab), təknə (ağac kötüyündən hazırlanmış iri qab), yasavul (keçmişdə polis nəfəri), girvənkə (çəki vahidi), xurcun (ikigözlü heybə – torba), kəndxuda (kəndin başçısı), baqqal (ərzaq malları satan dükançı) və s.
Klassik ədəbi əsərlərdə işlənən və hazırda unudulan köhnəlmiş sözlərə isə arxaizmlər deyilir. Məsələn: “Kitabi-Dədə Qorqud” dastanında, Q. Bürhanəddin və İ.Nəsimi şerlərində işlənən ayıtmaq (demək, söyləmək), tanıq (şahid), sayru (xəstə), güz (payız), us (ağıl), əsən (sağ, salamat), əsrük (sərxoş), altun (qızıl), damu və ya tamu (cəhənnəm), uçmaq (cənnət), ün (səs), nəsnə (şey), arı (təmiz), suç (günah), danla (sabah), duş (yuxu), ayaq (qədəh) və s. kimi sözlər arxaizmlərdir.

Frazeoloji birləşmələr

Bütövlükdə bir leksik mənanı bildirən söz birləşmələrinə frazeoloji birləşmələr deyilir.
Frazeoloji birləşmələr tərkibcə dəyisməyən və macazi mənada işlənən sabit söz birləşmələridir.Məsələn: qulaq asmaq (dinləmək), başa düşmək (anlamaq), ürəyinə xal düşmək (şübhələnmək), başa çatdırmaq (qurtarmaq), əldən düşmək (yorulmaq) və s. söz birləşmələri frazeoloji birləşrnələrdir. Belə birləşmələrin tərkib hissələri olan sözlər öz həqiqi mənasını itirir və bütövlükdə cümlənin bir üzvü olur. Məsələn: “Şagirdlər diqqətlə müəllimə qulaq asırdılar” cümləsindəki frazeoloji birləşmə nə edirdilər? sualına cavab olur, deməli, cümlənin xəbəridir.

Alınma sözlər
Dilimizdəki sözlər mənşəyinə görə iki qrupa bölünür: əsl Azərbaycan sözləri, alınma sözlər. Dilimizin lüğət tərkibindəki sözlərin böyük əksəriyyəti (xüsusilə say, əvəzlikfellərin, demək olar ki, hamısı) əsl Azərbaycan sözləridir. Başqa xalqlarla müəyyən əlaqələr nəticəsində dilimizə çoxlu alınma sözlər də keçmişdir. Alınma sözlər iki qrupa bölünür:
1. Ərəb və fars dillərindən alınma sözlər
2. Avropa dillərindən alınma sözlər.
Ərəb və fars dillərindən alınma sözlərin çoxu fəal ümumişlək sözlərdir və onları əsl Azərbaycan sözlərindən fərqləndirmək çətindir. Məsələn: kitab, alim, dünya, məktəb, tələbə, şagird və s. Belə alınma sözləri müəyyən etmək üçün əsl Azərbaycan sözləri üçün səciyyəvi olmayan aşağıdakı xüsusiyyətləri bilmək zəruridir:
1. Sözdə iki saitin yanaşı işlənməsiMəsələn: ailə, zəif, səadət, müəllim, maaş, bədii, mətbəə və s.
2. Sözdə uzun tələffüz olunan saitin islənməsi Məsələn: Arif, aləm, bəzi, məna, elan, mötəbər, xüsusi, musiqi, sufi, həqiqət, səliqə, vəzifə və s.
3. Sözün r samiti ilə başlanması. Məsələn: razı, rahat, rəssam, rəf, rütbə, rəndə və s.
4. Sözdə j samitinin işlənməsi (istər sözün əvvəlində, sonunda, istərsə də ortasında). Məsələn: Jalə, janr, müjdə, əjdaha, qaraj, jurnal, montaj və s.
5. Əvvəllər apostrofla işlənmiş bütün sözlər.Məsələn:şe’r, ne’mət, əla, məna, mö’təbər, vüs’ət, cür’ət, sün’i, məs’ul və s. Belə sözlərin hamısı ərəb mənşəlidir.
6. Vurğusu son hecaya düşməyən sözlərin çoxu(bayaq, bildir, dünən, necə, niyə, ancaq, yalnız, sanki kimi əsl Azərbaycan sözləri istisnadır).
7. Sözdə ahəng qanununun pozulmasıMəsələn: aşiq, məktub, vəfa, ticarət və s. (ilıq, işıq, inam və s. əsl Azərbaycan sözləri istisnadır).
8. Təkhecalı sözlərin sonunda eyni samitlərin işlənməsi.Məsələn: həll, sirr, xətt, hiss, həzz, fənn, tibb, həqq, hədd, qəşş və s.
9. Qoşa yy samitli sözlərin hamısı.Məsələn: xasiyyət, əziyyət, ədəbiyyat, nəqliyyat, təyyarə və s.
Bu xüsusiyyətləri daşıyan sözlərin hamısı alınma sözlərdır.Ərəb və fars dillərindən alınma bəzi sözlər isə la, na, bi, ba ön şəkilçiləri ilə birlikdə dilimizə daxil olmuşdur. Məsələn: laməkan (məkansız), laqeyd (diqqətsiz), naşükür, naməlum, nalayiq, nanəcib, bisavad, biədəb, bişüur, bamazə və s. Məktəb, təhsil, din və ilahiyyətlə bağlı sözlərin çoxu da ərəb və fars dillərindən alınma sözlərdir. Məsələn: məktəb, kitab, dərs, tədris, sinif ,lövhə, tabaşir, elm, təlim, mədrəsə, dəftər, kati, ilahi, peyğəmbər, imam, məscid, səcdə, namaz, dəstamaz, ibadət, molla, möhür, axirət, behişt, camaat, cəhənnəm və s.
Sözün əvvəlində iki samitin yanaşı gəlməsidə əsl Azərbaycan sözləri üçün səciyyəvi xüsusiyyət deyil. Məsələn: plan, prospekt, şkaf, stəkan, tramplin və s. Belə sözlər, əsasən, Avropa mənşəli alınma sözlərdir.
Dilimizdəki Avropa mənşəli alınma sözlərin bir çoxu başqa dillərdə də işlənir. Belə sözlərə beynəlmiləl sözlərdeyilir. Məsələn: respublika, prezident, demokratiya, futbol və s.
Dilimizə müxtəlif dillərdən söz keçdiyi kimi, başqa dillərə də Azərbaycan sözləri daxil olmuşdur. Məsələn, fars dilində işlənən ordu, bağ, boran, boşqab sözləri; rus dilində işlənən kərpic,ütü (utyuq) və s. sözlər bizim dilimizdən keçmişdir.

  • Teqlər:
  • neologizm
  • , arxaizm
  • , ümumişlək sözlər
  • , alınma sözlər

Müasir Azərbaycan dilinin mənşəcə lüğət tərkibi

olan eynilik təsəvvür etmək çətindir” , – deyə ifadə etmişdir.

Azərbaycan xalqı mənşəyinə görə türk dilləri ailəsinə daxildir. Lakin dilimizdə çoxlu

alınma sözlər də vardır. Bu xalqımızın tarixində olmuş hadisələrlə bağlıdır. Belə ki, “yerli

əhalinin dilinin gəlmələrin dili ilə əvəz olunması Azərbaycanda da baş vermişdi..” (“Azərbaycan

tarixi”, I cild, Bakı, 1961, s. 189). Azərbaycan xalqı qonşu xalqlar və bir sıra digər ölkələrlə

həmişə siyasi-iqtisadi və mədəni əlaqədə olmuş, başqa xalqların dilindən Azərbaycan dilinə

çoxlu sözlər keçmişdir. Bu sözlər dilçilikdə alınma sözlər adlanır. Azərbaycan dilinin lüğət

tərkibindəki alınma sözlər muxtəlif dillərdən – fars, ərəb, rus, fransız, ingilis, ispan, italyan,

gürcü və s. dillərdən keçmişdir.

Dilimizin lüğət tərkibində olan sözlər mənşəyinə görə iki qrupa bölünür:

Əsl Azərbaycan sözləri.

Əsl Azərbaycan sözləri

Dilimizin lüğət tərkibindəki sözlərin əsas hissəsini mənşəyinə görə əsl Azərbaycan sözləri

təşkil edir. Əvəzliklər, sadə fellər, saylar ( sıfır, həştad, milyon, milyard, trilyon sayları

istisnadır), bədən üzvlərinin adını və qohumluq münasibətini bildirən isimlər (“əmi” sözü

istisnadır), əsli sifətlər əsl Azərbaycan sözləridir.

Azərbaycan dilinə məxsus sözlərin bir sıra xüsusiyyətləri vardır. Bunlar, əsasən,

Dilimizə məxsus söslərin kökləri əsas etibarilə təkhecalıdır: gəl, get, bax, sel, yol, baş, göz,

at, ot, bir, beş və s.

Ahəng qanununa tabedir: qapı, otaq, uşaq, ipək, düymə və s.

Vurğunun yeri sabitdir və sözün son hecasına düşür: yaşı`l, sürmə`.

Söz əvvəlində və söz sonunda iki samit yanaşı işlənmir.

Sözdə iki sait yanaşı işlənmir.

Fleksiyaya uğrayan sözlər alınmadır (“kiçil”, “alçal”, “saral” və s. sözlər istisnadır).

İltisaqiliyin pozulduğu aşağıdakı sözlər öz sözlərimizdir: ağzım,

alnım, burnum, qarnım, nadinc, natəmiz,nakişi,oğru, ayrı,sarğı və s.

Sonu –aq, -ək, -q ilə ilə bitən sözlər öz sözlərimizdir: daraq, ələk, ipək və s.

Sonu –ar, -ər ilə ilə bitən sözlər öz sözlərimizdir: qatar, çəpər, çapar və s.

Sonu –ır ilə ilə bitən sözlər öz sözlərimizdir: çadır, qatır və s.

Sonu –ma, -mə ilə ilə bitən sözlər öz sözlərimizdir: düymə, qiymə və s.

Sonu –nc ilə bitən təkhecalı sözlər Azərbaycan sözləridir: dinc, tunc, künc və s.

Dilimizdə ı və ğ ilə başlanan sözlərə rast gəlinmir.

Var, ver, vur sözləri və onlardan törəyənlərdən başqa dilimizdə v ilə başlayan milli söz

Mən, min, mırıq, muncuq sözləri; fır, fıs, fış tipli təqlidi sözlər və onlardan törəyənlər;

zoğ, zoğal, hörük, hay, haray, haça, hə, hör, hür sözləri öz sözlərimizdir.

Sonu qoşa samitlə bitən təkhecalı Azərbaycan sözü yoxdur (alt, üst, kənd, dörd, ilk

o, ö, e saitləri şəkilçilərdə işlənməz ( -lov, -sov, -ey istisnadır).

Alınma sözlər

Dilimizin lüğət tərkibində olan sözlərin bir qismini alınma sözlər təşkil edir. Alınma sözlər

də mənşəyinə görə müxtəlifdir. Sözlər bir dildən başqa dilə həm şifahi şəkildə, həm də yazı

vasitəsilə keçə bilər. “Alınma sözlər müəyyən zərurət nəticəsində mədəni, ictimai, iqtisadi və s.

tələbatla əlaqədar alınan sözlərdir. Tamamilə Azərbaycan dilinin leksik sisteminə daxil olub

dilimizə xas olan laeksik mənanı, qrammatik əlaməti qəbul edən, müxtəlif üslublarda işlədilən və

fonetik sistemə müvafiq olaraq səslənən sözlər alınma sözlər adlanır.” (Həsənov H.,”Müasir

Azərbaycan dilinin leksikası”, Bakı, 1988, səh. 120).

Azərbaycan dilinə müxtəlif dillərdən keçən sözlərin xüsusiyyətləri, əsasən, aşağıdakılardır:

Söz əvvəlində, söz sonunda iki samitin yanaşı işləndiyi sözlər alınma-

dır: stol, stul, plan, bank və s.

Tərkibində iki saitin yanaşı işləndiyi sözlər alınmadır: itaət, ailə, saat və s.

Tərkibində uzun saitlərin işləndiyi sözlər alınmadır: [bə:zi], [mə:dən] və s.

Tərkibində r, z, f, j samitləri olan sözlər və v, l, m, g, p, f, x, h ilə başlayan sözlər alınmadır:

rəfiq, zeynal, firqə, jurnal, limon, vedrə, gil, pəri, fələk, xadim, həlim və s.

Fleksiyaya uğrayan sözlər alınmadır: nəzm – nizam – Nizami – Nazim – mənzum və .

Sonu –at² ilə ilə bitən sözlər ərəb mənşəlidir: təşkilat, rəqabət və s. (Gedişat, elat istisnadır).

Ön şəkilçili sözlər alınmadır: la+qeyd, ba+məzə, na+məhrəm, bi+vec, anti+kommunist,

Tərkibində eynicinsli qoşa samitli sözlər (əlli, yeddi, səkkiz, doqquz və digər saylar

istisnadır) alınmadır: təəccüb, əlbəttə və s.

Söz sonunda o, ö, e saitləri işlənən sözlər alınmadır: kino, büro və s.

Söz əvvəlində a saitindən sonra k və f samitlərinin işləndiyi sözlər alınmadır: Akif, Afaq və

Söz əvvəlində ə saitindən sonra b, f, v, q, d, h samitlərinin işləndiyi sözlər alınmadır: əbəs,

əfsun, əvəz, ədəd, əhsən, və s.

“i”“ü” ilə başlayan əksər sözlər alınmadır:izah, inşa, üfüq, ünvan.

Söz əvvəlində q samitindən sonra i və ü saitlərinin işləndiyi sözlər alınmadır: qismət, qüssə

Söz əvvəlində m saimtindən sonra ö və ü saitlərinin işləndiyi sözlər alınmadır: mömin, mülk

Sonu eynicinsli və müxtəlifcincli qoşa samitlə bitən təkhecalı sözlərin çoxu alınmadır: sirr,

hiss, xətt, rəsm, zərb, tərk, zövq və s.

Poetik söz və ifadələrin əksəriyəti fars mənşəlidir: gül, bülbül, bahar və s. (Yayqış sözləri

–dar, -kar, -baz, -pərvaz, -keş, -saz, -xana, -şünas, -pərəst, -stan, -xor və s. şəkilçili sözlər

Uzun tələffüz olunan a, e, i, u saitli sözlər alınmadır: a:rif, e:lan, qəni:mət, höku:mət və s.

Zaman keçdikcə alınma sözlərin əksəriyyəti daxil olduğu dilin qayda-qanunlarına

uyğunlaşır və onları milli sözlərdən ayırmaq olmur. Dilimizdə də belə alınmalar çoxdur: qaidə –

qayda, faidə – fayda, əql – ağıl, rahət – rahat və s.

Dilimizdə elə alınma sözlər vardır ki, ahəng qanununa tabe olur, vurğusu son hecaya

düşür: ağı`ĺ, nəsi`ĺ́́́, raha`t́́, dəftə`r, zehi`n və s.

Dilimizdən də başqa dillərə çoxlu sözlər keçmişdir. Məsələn: otaq, sorağ, ələk, yedək,

qoruq, yazıçı, buzlaq, açar, çəpər, qızıl, külək, tüfəng, sürmə, tütün və s. sözlər fars dilinə;

çörək, çanta, qarpız, qazma və s. sözlər ərəb dilinə; buğa, keçi, xurma, xal, elçi, çoban, otq, şal,

papaq, manat, pul və s. sözlər gürcü dilinə; çamadan, başmaq, aşıq, ağsaqqal, ordu, anbar, saray,

ütü, almaz, karandaş, sandıq, üzüm, qarovul, torba, kişmiş, ayran, maral, kərpic, xan, xanım, bəy,

alça, arşın, qarpız və s. sözlər rus dilinə dilimizdən keçmişdir. Bundan başqa dilimizdən ləzgi,

tat, erməni, udin, lak, aqul, talış və s. dillərə də sözlər ( dolma, tor, motal, bayatı, ox, ipək, sarı,

turp, paltar, ipək, pambıq və s.) keçmişdir.

Rus dili vasitəsilə dilimizə keçən alınma sözlər

Latın sözləri: vena, professor, konstitusiya, respublika, kurs, motor, akvarium, qlobus,

doktor, diktor, direktor, klinika, poliklinika, qonorar və s.

Yunan sözləri: fizika, optika, omonim, sinonim, antonim, qrammatika, dram, mexanika,

pedaqogika, muzey, metro, teatr, dram, lirika, proqram, termos, metod, kosmos, filosof,

leksika, poema, telefon, atom və s.

İngilis sözləri: futbol, basketbol, klub, mitinq, tort, dispetçer və s.

Fransız sözləri: albom, artist, balans, bloknot, balet, roman, loja, mebel, salon, palto,

kostyum, jilet, jaket, tül, janr, odekolon, pomada, pudra, kotlet, kompot, salat, plombir,

marmelad, limonad, krem, mayonez, restoran və s.

Alman sözləri: lift, orden, rota, şirma, stol, stul, qalstuk, şlyapa, vafli, şrift, sex, bint, kurort,

plastır, marka və s.

İtalyan sözləri: opera, valyuta, balkon, kvartet, konsert, novella vəs.

Alınma sözlər nitqi zənginləşdirir, onun daha dəqiq və ifadəli olmasına imkan yaradır.

Lakin onlardan yerli – yersiz istifadə etmək dilə xələl gətirir. Dilimizə ötən əsrdə daxil olmuş bir

qisim sözlər vardır ki, onların dilimizdə qarşılığı olsa da, çox zaman gəldiyi dildə olduğu kimi

işlənməkdədir: olay (hadisə), durum (vəziyyət), uçaq (təyyarə, samalyot), çağdaş (müasir –

sovremennı), açıqca (otkrıtka), sərinkeş (ventilyator), nəfəslik (fortoçka), dabankeş (rajok),

soyuducu (xolodelnik), tozsoran (pılesos), yelçəkər (skvoznyak), çimərlik (plyaj), zəncirbənd

(zamok), çəkmə (sapoşki), işıqfor (svetofor), soyqırım (genosid), millət vəkili (deputat), səndəl

(bosonojka), göstəriş (təlimat, instruksiya), səhər yeməyi (zavtrak), axşam yeməyi (ujin) və s.

Sözlərdən bu kimi istifadə halları dildə yolverilməzdir.

Alınma sözlərin bir qismi bir çox dünya dillərində işlədilir. Belə sözlərə beynəlmiləl sözlər

deyilir: demokratiya, parlament, kompyuter,

monitor, morfologiya, operetta, peyzaj və s.

Dilimizə daxil olan yeni alınma sözlər haqqında “Neologizmlər” mövzusunda geniş

ÜMUMİŞLƏK VƏ ÜMUMİŞLƏK OLMAYAN SÖZLƏR

Dilimizin löğət tərkibində olan sözlər bir-birindən həm də istifadə dairəsinə görə fərqlənir.

Sözlərin bir qismi ümumxalq səciyyəli olub hamı tərəfindən işlənir, bir qismi isə məhdud dairədə

işlədilir. Bu, bir dildə danışanların fərqli biliyə, dünyagörüşünə, fərqli ixtisasa malik olmaları və

Mənası hamıya məlum olan sözlər ümumişlək sözlər adlanır. Bu sözlər insan fəaliyyətinin

bütün sahələrini əhatə edir, ən zəruri anlayışları, əşya, hadisə, hal, kəmiyyət, keyfiyyət, hərəkət

və s. bildirir. Biz gündəlik nitqimizdə, əsaən, belə sözlərdən istifadə edirik. Bu szölər dilimizin

fəal lüğət fonduna daxildir: su, çörək, hava, kənd, şəhər, oxu, yaz, üç, beş, qırmızı, dairəvi və s.

Ümumişlək sözləri, demək olar ki, hər kəs eyni dərəcədə istifadə edir və eyni mənada başa

düşür. Bu sözlər dilimizin lüğət tərkibinin əsas hissəsini təşkil edir. Ümumişlək sözlər

Azərbaycan dilində danışan hamı üçün gündəlik nitqdə lazım olan sözlərdir və həyatın müxtəlif

sahələrini əhatə edir.

Azərbaycan dilinin lüğət tərkibinin bir hissəsini də məhdud dairədə işlədilən sözlər təşkil

Köhnəlmiş sözlər

Dil ictimai hadisə olub cəmiyyətə xidmət edir. Cəmiyyətdə baş verən dəyişikliklər dilin

lüğət tərkibinə də təsir edir: dil daima dəyişir, inkişaf edir, dilə yeni sözlər daxil olur, bir qismi

isə dildən çıxır. Dildən çıxan sözlər ya başqa sözlərlə əvəzlənir, ya da işləkliyini itirib dilin

passiv fonduna keçir.

Bu onunla bağlıdır ki, həyatımıza, məişətimizə yeni əşyalar daxil olduqca

onları ifadə edən sözlər də daxil olur, keçmiş məişət tərzi ilə bağlı, köhnəlmiş məfhumları

bildirən sözlərin isə bəziləri istifadədən qalır.

Dilin lüğət fondunun passiv hissəsinə keçmiş, istifadədən qalan və ya az istifadə olunan

sözlər köhnəlmiş sözlər adlanır. Sözlərin köhnəlmə səbəbləri müxtəlifdir. Bu, eyni əşya və ya

hadisənin bir neçə sözlə adlandırılması, əşya və hadisənin bir qisminin aradan çıxması və s.

Köhnəlmiş sözlər iki yerə ayrılır:

Tarixizmlər

Keçmiş məişət tərzi ilə bağlı, köhnəlmiş məfhumları bildirən, müəyyən əşya, keyfiyyət və

ya hadisənin həyatdan çıxması ilə əlaqədar istifadədən qalan sözlər tarixizm adlanır. Məsələn:

töyçü, girvənkə, naib, kətta və s.

Bəzi tarixizmlərin izahı

Konka- şəhərlərdə dəmir yol üzərində atla hərəkətə gətirilən vaqon

Çuxa- beli büzməli kişi üst geyimi

Dinar – bəzi Yaxın Şərq ölkələrində qızıl pul vahidi

Qorodovoy – keçmişdə aşağı rütbəli polis işçisi

Darğa – şəhər hakimi

Abbası, şahı – pul vahidləri

Batman, misqal, girvənkə – çəki vahidləri

Ağac – uzunluq ölçü vahidi

Dəyə – komacıq, alaçıq, qazma

Aynalı – patronu üstdən qoyulan təklülə tüfəng

Bəndərgah- düşmənin keçə bilməyəcəyi yol, keçid

Dəbilqə – döyüşçülərin başlarına qoyduqları metal papaq

Çarıq – göndən hazırlanan yüngül ayaqqabı

Güyüm – misdən hazırlanmış uzunboğazlı su qabı

Təhnə – iri ağac kötüyündən hazırlanmış bütöv qab

Qalxan – döyüşdə zərbədən qorunmaq üçün əldə tutulan sipər

Xurcun, heybə – palaz kimi toxunan, yaxud tikilən ikigözlü torba

Əllaf – taxıl, un, ot satan

Kəndxuda – kəndin başçısı

Ayıtmaq – demək, söyləmək

Köhnəlmiş sözlərin bir qismi arxaizm adlanır. Arxaizmlər elə sözlərdir ki, onların ifadə

etdiyi əşya və hadisələr indi də mövcuddur, lakin başqa adla ifadə olunur.

Sözlərin arxaikləşməsi iki səbəbdən olur:

Köhnəlmiş sözlərin bəzisi öz mə`nasını tamam dəyişir: dəli (igid), kəpənək (yapıncı), aş

Bə`zisi isə başqa sözlə əvəz olunur: əsrük (sərxoş), yanşaq (aşıq), Tanrı (Allah), ağız

(sərhəd), ud (həya), us (ağıl), suç (günah), tanıq (şahid), görklü (müqəddəs), alp (cəsur), yazı

Köhnəlmiş sözləri belə qruplaşdırmaq olar: vəzifə adları, silah adları, ölçü adları, müəssisə

adları, geyim adları və s.

Köhnəlmiş sözlərdən daha çox elmi və bədii əsərlərdə istifadə olunur. Müəllif tarixi bir

dövrü təsvir etmək, qəhrəmanın xarakterini açmaq, istehza, satira, yumor yaratmaq və s. üçün

köhnəlmiş sözlərdən istifadə edir. Məsələn:

Gündə bir gətirir zakoni – tazə,

Fikri budu xəlqi verə güdazə;

Naməhrəm, füzuli heyvərə,yanşaq.

Gərək bu alımdən eyləmək həzər.

Öz yerində deyil çünki xeyrü şər.

Bihörmət olubdur pədərə pesər,

Yüzdə biri yaxşı olur ittifaq. (Q. Zakir)

Yeni sözlər (neologizmlər)

Neologizmlər elmin, texnikanın, mədəniyyət, incəsənət və s. inkişafı nəticəsində yaranan

məfhum və anlayışları ifadə edən və dilə yeni daxil olan sözlərdir. Yeni sözlər həyatın bütün

sahələrini əhatə edir və ictimai tələbat əsasında əmələ gəlir. Dil bu tələbatı yerinə yetirmək üçün

müxtəlif üsullarla: başqa dildən sözalma, yeni söz yaratma, köhnə sözlərə yeni məna vermə və s.

üsullarla yeni sözlər yaradır. Dilin lüğət tərkibi də əmələ gələn yeni sözlər hesabına zənginləşir.

Yeni sözlər dilin lüğət tərkibinə keçən kimi ümumişlək olmur. Onlar müəyyən müddət ya

köhnə sözlərlə bərabər işlənir, ya da hamı

tərəfindən qəbul edilmir və az işlənir. Yeni sözlər hamı tərəfindən işlənilənə qədər yeniliyini

saxlayır və dilin passiv fondunu təşkil edir.

Neologizmlərin yeniliyi dilin son 5-10 ili ilə müəyyən olunur. Ötən əsrin əvvəllərində

dilimizə yeni daxil olmuş sözlərin bir qismi müəyyən dövrdən sonra ümumişlək sözə keçmiş (

tozsoran, soyuducu, televizor, telefon, avtomobil, seçki və s.), bir qismi ümumişlək olmayan

sözlər sırasında qalmış (rotoprint, okeanavt, nitron və s.), bir qismi isə ümumişlək olduqdan

sonra istifadədən qalmış, köhnəlmiş sözlər cərgəsinə daxil olmuşdur (kolxoz, sovxoz, komsomol,

Dildə neologizmlərin yaranmasının müxtəlif yolları vardır. Neologizmlər ana dilinin öz

daxili imkanları hesabına, alınma sözlər hesabına, şair və yazıçıların yaratdıqları yeni sözlər

hesabına, sözlərin omonimlərə çevrilməsi və s. yolu ilə yaranır.

Son dövrlərdə dilimizə çoxlu sayda yeni sözlər daxil olmuşdur: bilgisayar, manşet,

elektron lövhə, marker, market, avro, sayt, bloq, bloqer, proqramçı və s.

Neologizmlər söz yaradıcılığında da iştirak edərək ədəbi dildə müntəzəm törəyirlər.

Son dövrlər dilimizə çoxlu sayda yeni sözlər daxil olmuşdur. Məsələn:

Ayfo`n – Səs, rabitə və görüntü imkanlarını özündə birləşdirən simsiz multimedia qurğusu.

Aypə`d – İnternetə fərdi qoşulma cihazı, klaviaturasız noutbuk.

Cekpo`t – Lotereyada böyük məbləğli uduş.

Çat – İnternet şəbəkəsi dialoq rejimində qısa mətn məlumatları ilə mübadilənin təşkili. Bu halda

dialoq iştirakçıları klaviatura vasitəsilə sorğu göndərir və displeyin ekranında cavabı alır.

Çip – 1. Mürəkkəb siqnal elementi. Bu siqnalın uzunluğu informasiyalı simvolun uzunluğundan

dəfələrlə azdır. 2. Bir kristal üzərində yarımkeçirici mikrosxem.

Çi`zburqer – İsti qəlyanaltı; ikiyə bölünmüş və arasına kotletlə pendir qoyulmuş ədviyyatlı

Data ka`rt – İnformasiya əməliyyatlarını yerinə yetirmək üçün elektron kart.

Dayce`st – Rəqəmli imza rolunu oynayan qısa şifrələnmiş məlumat. Bu rabitə kanallarında şifrə

edilməmiş məlumatlar birgə ötürülür.

Debe`t – Müəssisənin (bankın) borclarının miqdarını göstərən, mühasibat hesablarının sol

tərəfidir. Aktiv hesablarda debet sayılan məbləğin artmasını, passiv hesablarda isə azalmasını

göstərir. Bütün iqtisadi hesablaşmalar bir hesabın debetinə və digər hesabın kreditinə yazılır.

Debe`t kartı` – Alıcının cari hesabından onun tərəfindən alınmış mal və xidmətlərə görə pul

silinməsini həyata keçirən mikroprosessor kartoçka.

Debi`tor – Kredit (borc) verilmiş hüquqi və ya fiziki (borclu) şəxslərdir.

Devalva`siya – Pul vahidinin, qızıl məzənnəsinin rəsmi azalması, yaxud milli valyutanın qızıla,

gümüşə, xarici valyutaya görə məzənnəsinin aşağı düşməsi deməkdir. İnflyasiya, tədiyyə

balansının defisiti (kəsiri) pul dövriyyəsinin pozulması nəticəsində digər ölkələrin valyutası ilə

müqayisədə bir ölkənin valyutasının dəyişmə məzənnəsinin birdəfəlik aşağı düşməsi,qiymətdən

düşməsidir. Devalvasiya zamanı ixrac olunan mallar ucuzlaşır, idxal olunan mallar isə bahalaşır.

Dərəcə pro`fili – Təhsil proqramı və ya ixtisaslaşma xüsusiyyətlərinin təsviridir. Bu tanıdıcı,

təhsil proqramının məxsusi məqsədlərinə əsaslanan proqramın əsas xüsusiyyətlərini, tədris

olunan fənlərin akademik xəritəsinə və ya tematik təlimlərə necə uyğunlaşmasını və peşəkar

ictimaiyyətə nə dərəcədə aid olmasını göstərir.

Dice`y – Səsyazma daxil edilməklə, şərh, zarafat və reklamla müşayiət olunan musiqili verilişin

və ya əsasən, musiqi üzərində qurulmuş radio

proqramının aparıcısı (əlavə olaraq bax:

Dialekt sözləri

Xalq dili yaranana qədər tayfa dilləri xalq dilinin tərkibində

dialektlər şəklində mövcud olur. Dialektlər xalq dilinin müəyyən mərhələsində əmələ gəlir.

Tayfa dillərinin geniş yayılmış, hamı tərəfindən anlaşılan xüsusiyyətləri xalq dili elementlərinə

çevrilir, məhdud dairədə işlənən elementləri isə dialekt əlaməti kimi yaşayır.

Müəyyən ərazidə məhdud dairədə işlədilən dialekt sözlərinə dialektizmlər deyilir.

Məsələn: deşdəkəbur-tısbağa, qut-tumurcuq və s.

Xalq dilinin ünsiyyət dairəsi genişdir, dialektlər isə dil mövcudluğunun ərazicə məhdud

formasıdır. Azərbaycan dilinin dialekt və şivələri dörd qrupdan ibarətdir:

Şərq qrupu (Bakı, Quba, Şamaxı,

Qərb qrupu ( Gəncə, Qazax, Qarabağ)

Şimal qrupu (Şəki, zaqatala – Qax)

Cənub qrupu ( Naxçıvan, Ordubad, Cənubi Azərbaycan).

Dialektizmləri işlənmə arealına görə müxtəlif qruplara ayırmaq olar:

Yalnız bir dialektlə məhdudlaşan dialektizmlər. Məsələn, savışmaq – bitmək, alana – qaysı

qurusu, zir – nəlbəki, dəç – dolu avıtmaq – sakitləşdirmək və s. sözlər Naxçıvan bölgəsində;

bəgə – məgər, buğur – kök, qallac – səxavətli, dəlay – mübahisə və s. Bakı kəndlərində

Bir neçə dilektdə eyni manada işlənən dialektizmlər: muzalan – ağcaqanad, əfsəl – vacib,

düryə – baş örtüyü, qənbər – daş və s.

Bir neçə dilektdə fərqli manalarda işlənən dialektizmlər: kora – mıx (Gürcüstan), kora – topa

(Quba), kora – kin (Gəncə); aval – mahal

(Qax), aval – bəla (Qazax) və s.

Dialektizmlərin müxtəlif növləri vardır: fonetik, leksik, morfoloji və s. Ədəbi dildən yalnız

fonetik xüsusiyyətlərinə görə fərqlənən dialektizmlər fonetik dialektizmlərdir. Məsələn, ərəbə –

araba; qərdeş – qardaş; h`əyif – heyif; bajı, boci – bacı; öv, öy, əv – ev; udun – odun; sürfə,

sofra – süfrə; qeyçi – qayçı; sögüd – söyüd; popağ – papaq və s.

əlardan, təlis – dəsmal düb – tərs

Comments are closed, but trackbacks and pingbacks are open.