Press "Enter" to skip to content

Rək-damar xəstəlikləri

Kardiologiya – insan orqanizmi üçün həyati vacib sayılan ürək-damar sisteminin quruluş və funksiyalarını, patologiyaların yaranma səbəbləri və əlamətlərini öyrənir. Bundan əlavə ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə üsullarını təkmilləşdirməklə məşğul olur. Burada xəstələrin reabilitasiya məsələlərinə də xüsusi diqqət yetirilir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, son illərdə ürək-damar xəstəlikləri xeyli cavanlaşmışdır. Bu da Səhiyyənin ən aktual probleminə çevrilmişdir.

Ürək damar cərrahiyəsi rezidentura balı

Rəşad Mahmudov: “Psixoloq yanına gedirəm”

Milli Məclisin deputatı, tanınmış ürək-damar cərrahı, Rəşad Mahmudov Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti təqdim edirik.

– Rəşad müəllim, görürük ki, işiniz çoxdur, xəstə qəbulları çox olur, yəqin buna görə gərginsiniz. Amma müsahibəyə giriş üçün bu sualı verək: Necəsiniz?

– Çox sağ olun, yaxşıyıq. Allah həmişə hamını yaxşı eləsin!

– Deputatlıq və həkimlik fəaliyyəti – ikisini bir yerdə necə çatdırırsınız?

Həkimlik sənətimizdir. Hər bir insana həyatda Allah-Təala tərəfindən verilən missiya var. Bu missiya içində həkimlik sənəti mənim həyatımın ayrılmaz hissəsinə çevrilib. Bir insan sənətini həyatının ayrılmaz parçası hesab edirsə, onun içərisində olduğu müddətdə özünü daha rahat hiss edər.

Bu nöqteyi-nəzərdən ürək cərrahiyəsi nə qədər riskli və məsuliyyətli olsa da, biz sənətimizi sevirik. Bizim sənətimiz sənətlər içərisində həyəcanı, çətinliyi və məsuliyyəti bir az çox olandır. Buna baxmayaraq artıq 22-23 il öyrəşmiş olduğum həyatın içərisində zövqlə bu işi görə bilirəm. Bununla da fəxr edirəm.

– Nə qədər peşənizi sevsəniz də, risklər, çətinliklər özü ilə narahatlıq da gətirir. Sizin əsas narahatlıqlarınız nədir?

Nə qədər fiziki və zehni yorğunluq içərisində olsaq da, xəstə yaxşı olduğu müddətdə özünü rahat hiss edirsən. Xəstənin ağırlığı, xəstədə problemlərin olması, bəzən onlara kömək edə bilməmək həkimlik sənəti üçün ən ağrılı məqamlardan biridir. Bu insanın üzərinə böyük yük gətirir, psixoloji olaraq bizi çətinliyə salır. Amma şükürlər olsun ki, bizim sənətin hər nə qədər çətin tərəfləri olsa da, dünya statistikasına görə 98 faizə qədər xəstələrdən gözəl nəticə almaq olur. Bu da bütün narahatlığımıza ən gözəl dərmandır.

– Kömək edə bilməmək. Həmişə həkimləri təqsirləndirirlər, amma başqa səbəblər də ola bilər. İstərdik bu səbəblərdən danışasınız. Niyə kömək edə bilmirsiniz? Bu, tibbi avaqdanlıqların olmamasından, səhiyyəmizin problemlərindən doğur?

-Kömək edə bilməmək hansısa aparatın olmaması deyil. Bu gün dünyada, səhiyyəsi ən inkişaf etmiş Avropa və Amerikada belə ölümün əsas səbəbi ürək-damar xəstəlikləri ilə bağlıdır. Əgər texnologiya bu işi həll edirdisə, bu problem sıfırlanmalı idi. Bu xəstəliyin özünün ağırlıq dərəcəsinə bağlı olan şeylərdir. Bir həqiqəti etiraf edək. Ölkəmizdə texnologiya tərəfindən əskik olan heç bir şey yoxdur. Lakin texnologiya ilə yanaşı insan resurslarının gücünü daha da yüksəltmək lazımdır. İnsan bacarığı, insan təcrübəsi də önəmlidir. Şəxslər deyil, komandalar güclənməlidir, dünyada var olan bilgilərin üzərində davamlı şəkildə işlənməlidir.

Şükürlər olsun ki, mübarizə apardığımız xəstəliklərin böyük bir hissəsi uğurla nəticələnir. Bu da tibbin bugünkü inkişafı və bizə verdiyi imkanlar daxilində mümkündür.

– 22 ildir həkimlik fəaliyyəti ilə məşğulsunuz, bəs necə oldu ki, deputat olmaq qərarına gəldiniz?

– Deputatlıq fəaliyyəti mənim üçün yeni bir şey idi. Sənətimlə deputatlıq arasında müqayisə aparmaq bir qədər çətindir. Amma bunların bir-birinə bənzər də çox tərəfləri var.

Bu günə qədər ölkəmizdə ürək-damar xəstəlikləri üzrə mütəxəssislərin həm Naxçıvanda, həm digər regionlarda hazırlanmasında düşünürəm ki, az da olsa uğurlar qazanmışıq. Xəstəxanalarda gülərüzlü insan resurslarının yaradılması da yaxşı haldır. Həkimlik sənəti insana xidmət sahəsi olduğuna görə, burada gülərüzlü və yüksək peşəkar insanların olması çox vacibdir. İşlərimiz davam edir, bununla yanaşı deputatlıq fəaliyyəti də həyatımda ən şərəfli illərdən biridir. Öz sənətimlə nə qədər qürur duyuramsa, deputatlıq fəaliyyətimlə də bir o qədər qürur duyuram. Deputatlıq fəaliyyətimdə aldığım enerji həkimlik işimi daha da həvəslə yerinə yetirməyə vadar edir. Eləcə də həkimlik fəaliyyətimdən almış olduğum enerji deputatlıq işimə öz müsbət təsirini göstərir. Bu ikisini birlikdə tətbiq etmək təbii ki, psixoloji və zehni yüklər də gətirir. Yaşımızdan ötrü düşünürəm ki, Allahın verdiyi imkanlar daxilində bunların hər birini optimal şəkildə yerinə yetirməyə çalışıram.

– Parlamentdən aldığınız enerjinin bir qismini seçicilərinizə yönəldirsiniz. Deputatı olduğunuz Astara seçicilərinin problemi nədir? Onlar ən çox nədən şikayət edirlər?

– Son 3-5 ildir dünyanın üstünü almış qara bulud hər bir regiona, dövlətə təsir edir. Eləcə də Azərbaycana. Dünyada olan siyasi gərginliklərlə birlikdə iqtisadi gərginliklər də artmağa başladı. Bunlar hər bir ölkəyə və həmin ölkələrin vətəndaşlarına təsir edir. Mən sənətim etibarı ilə hər gün hər bölgədən olan insanlarla qarşı-qarşıyayam. Düşünmürəm ki, Astara regionu ilə digərləri arasında problem baxımından fərqlər olsun. Bu gün problemi olan insanlar əsasən işsizlikdən əziyyət çəkənlərdir. Onların sosial, səhiyyə problemlərinin həlli istiqamətində işlər aparılır. Bunu həll etmək dövlətimizin imkanları daxilindədir. Var olan qanunlar çərçivəsində səhiyyə problemi olan insanlara yardım etmək mənim üçün daha asandır. Boşluqları qapatmaqdan ötrü xəstələr üçün əlçatanlılığı təmin etməyə çalışırıq.

Biz insanlara zamanında cavabların verilməsində maraqlıyıq. Mənə görə insanların şikayətlərinin çoxu onların müraciətlərinə vaxtında baxılıb-baxılmaması ilə bağlıdır. Anında reaksiya vermək çox vacibdir. Bəzən problemin həlli belə olmursa, bunu doğru şəkildə seçiciyə çatdırmağın özü də yaxşı haldır. Seçici özü də sənə təşəkkür edir və “nə gözəl ki, məni bilgiləndirdin, başa düşdüm” deyir.

– Dünyada və dünyanın bir parçası olan Azərbaycanda ürək xsətəlikləri artır. Gəlin, səbəblərindən söz açaq. Nədir axı ürək problemlərinə “stimul” verən amillər?

Sadəcə çox geridə qalmış ölkələrdə ürək xəstəlikləri ikinci sıraya düşür. Çünki belə ölkələrdə insanların çoxu ürək xəstəlikləri qazanmadan başqa səbəblərdən həyatlarını itirir. İnkişaf etməkdə olan və inkişaf etmiş ölkələrdə birmənalı olaraq ürək-damar sistemi xəstəlikləri ölüm və əlilliyə səbəb olur. İkinci sırada isə onkoloji xəstəliklər gəlir, üçüncüdə isə digər xəstəliklər. Ürək-damar xəstəliklərinin artmasına səbəb olan amillər var. İllər keçdikcə, insanlar hərəkətdən uzaq həyat tərzi ilə yaşayırlar. İkincisi stress faktorudur. Stress təkcə almış olduğun məlumatın səndə yaradacağı həyəcan deyil. Stress həm də beyinə normadan çox informasiyanın daxil olmasıdır. 10-15 il bundan qabaq internetin olmaması bəlkə də insan sağlamlığı üçün ən faydalı şeylərdən biri idi. Bu gün isə hamı üçün əlçatan olan internet əsl stress qaynağıdır. Çünki biz bəzən lazım olmayan informasiyalar və onun həyəcanları ilə yüklənirik. Dünyada digər ən böyük problem qida çatışmazlığıdır. Qida çatışmazlığının həlli yönündə aparılan islahatlar daha çox süni və geni modifikasiya olunmuş məhsulları ön plana çıxarmaqla reallaşır. Bu da dünyada ürək-damar xəstəliklərinin gedişatına təsir edən amillərdən biridir.

Lakin tibbin imkanları artdıqca, bu xəstəliklərə qarşı mübarizədə uğurlar da qazanılır. Bu xəstəliklərə qarşı mübarizədə uğur olmasaydı, bu gün orta ömür 100 il içərisində 35-dən 75-80-ə yaxınlaşmazdı.

Gəlin, digər bir amilə diqqət çəkək. İnsan ömrü artdıqca, sağlamlıqda olan problemlərin də sayı artır. Əvvəllər bu problemi orta ömür 50 yaş olanda insanlarda çox az görürdük. İnsan yaşlandıqca problemləri çoxalır. Bu nisbi artım xəstəliyin çoxalması deyil. Sadəcə insanın ömrü uzanıb. Yaşlı populyasiya dünyada artır, gənc populyasiya azalır. Yaşlı populyasiya ilə birlikdə xəstə sayının statistik dəyəri yüksəlir.

– Rəşad müəllim, aktiv həyat tərzi keçirib, gündəlik idmanla məşğul olanlar içərisində də ürəkdən vəfat edənlər olur. Söhbət aktiv həyat tərzindən gedirsə, o zaman belələri, hətta idmançılar niyə ürək tutmasından ölürlər?

– Çox maraqlı bir məqama toxundunuz. Əslində xəstəliyin çoxalmasının səbəbi risk faktorlarından əlavə onun üzəçıxarılma imkanlarının artmasından da ortaya çıxır. Əvvəllər bunların çoxundan xəbərimiz yox idi. Əvvəllər diaqnoz qoyulmadığına görə ani ölümlər olurdu və bu dünya statistikasında bir gün görsənirdi. Bu mənada 10-15 il əvvəllə müqayisədə diaqnostikanın və müalicənin imkanları 7-8 dəfə artıb.

İdmançılara gəlincə. Tam sağlam adamın ani ürək problemi olursa, bunun altında genetik xəstəlik faktoru dayanır. Avropada kimsə uşaq yaşlarından idmançı həyatına başlayırsa, o xüsusi analizlərdən keçirilir və genetik analizlər aparılır. Bu gün 10 yaşında bir uşaq professional idman həyatına başlayacaqsa, o, analizə gedir. Onun ürəyində ola biləcək problemlər, risklər öyrənilir. Və yüksək idman hərəkətləri zamanı onun ürəyinin dözümlülüyü ilə əlaqədar testlər həyata keçirilir.

– Bəs bizdə niyə həyata keçirilmir?

– Bununla bağlı xüsusi məlumatım yoxdur. Bunu daha çox idmanla əlaqəli assosiasiyalar, qurumlar cavablandıra bilər. Genetik testlər vasitəsi ilə insanın idmanda qazanacağı uğurların dərəcəsi belə ortaya çıxarıla bilir. İnsan genomu tam açılandan sonra bunlarla bağlı da uğurlar əldə edilib. Genetik testlə müəyyən olunur ki, uşaq 20 yaşından sonra ciddi şəkildə neqativə gedəcək və ya əksinə.

Yəqin ki, bizdə də bununla bağlı görülən işlər var. Azərbaycan cənab prezidentin idmana göstərdiyi diqqət sayəsində çox böyük uğurlar qazanıb. Bunun gələcək planlarının daha sağlam şəkildə qurulması üçün professionallar tərəfindən həmin prosedurlar sistemli şəkildə tətbiq olunmalıdır.

– El arasında çox eşidirik ki, qadınlardan çox kişilər infarkt olurlar. Belə əsaslandırırlar ki, qadınlar daha çox ağladığına görə, mənəvi aləmlərindəki problemləri azalda bilirlər, kişilər isə yox. İnfarkt nisbəti ilə bağlı fikirlərinizi almaq istərdik: Qadınlarda çoxdur yoxsa kişilərdə?

– Qadınlarla kişilər arasında ciddi fərqlər var. Təbii ki, qadınlar menopoza girənə qədər. Yəni, menopoza girənə qədər qadınlarda estrogen deyilən maddənin birmənalı olaraq ürək-damar xəstəliklərinə qarşı qoruyucu hormon olduğu bilinir. 50-55 yaşlarına qədər qadınlarda infarkt olma riski kişilərə nisbətən dəfələrlə aşağıdır. Ancaq 55 yaşlarından sonra qadınlara estrogen hormonları azalmağa başlayır. Bundan sonra infarkt riski də çoxalmağa başlayır. 65 yaşda isə qadınlarla kişilərin infarkt olma riski bərabərə gəlib çıxır.

– Cəmiyyətdə, mediada Azərbaycandakı ürək əməliyyatların çox baha olması ilə bağlı fikirlər səslənir. Sizə dünya təcrübəsi ilə müqayisədə bahadırmı?

– Sadəcə bir hadisə, bir ölkə üzərindən fikirlər yürütmək doğru deyil. Yüksək texnologiyalı istənilən əməliyyatlarla bağlı ölkələrdəki statistikalara baxmaq lazımdır. Bu gün kriteriya, texnoloji imkanlar olaraq Avropanın ən güclü xəstəxanalarından bir addım belə geri qalmayacaq gücə sahib olan xəstəxanalarımız var. Bu gün Avropanın dövlət xəstəxanalarında və ya özəl xəstəxanalarda sığorta şirkətləri tərəfindən ödənilən maliyyəyə baxdığımız zaman görərik ki, qiymətlər Azərbaycandan dəfələrlə yüksəkdir. İnsanlarda bəzən belə düşüncə yaranır: Avropadır, ona görə bahadır. Xeyr, belə deyil. Avropa bir qəpiyini belə lazımsız yerə dövlət sığortasından xərclətməz.

Xərclər, vergilər, ən yüksək texnologiyalı avadanlıqların, materialların istifadə olunması, tibb personalının davamlı üzərində işləmək imkanı, onların sosial problemləri istiqamətində normal əməkhaqqı sisteminin qurulması, bütün bunlara görə vergilərin verilməsi. Avropada belədir. Xəstəxanalar ciddi bir şəkildə yüksək xərc tələb edən və bahalı avadanlıqların olduğu yerlərdir. Yüksək servis xidməti istəyən xərclər üst-üstə qoyduğumuz zaman düşünürəm ki, Azərbaycanda var olan qiymətlər yüksək deyil.

Bu həftə ərzində Avropanın, İsrailin tibb assosiasiyalarının rəhbərləri Bakıya gələcək. 2018-ci ildə 50 ölkənin iştirakı ilə Avropa Tibb Assosiasiyaların Forumunun Azərbaycanda keçirilməsinə nail olacağıq. Bu mövzuda Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman müəllimlə və səhiyyə naziri cənab Oqtay Şirəliyevlə müzakirələr aparılacaq.

Bu gün qiymətin bahalılığından çox xidmətin əlçatanlılığından söhbət getməlidir. Optimal inkişafın qarşısını almayacaq və inkişafa təkan verə biləcək sığorta sistemi olmalıdır. Dövlətimiz də hazırda bunun üzərində çalışır. Bu sistem tətbiq olunandan sonra xəstə üçün tibbi xidmətin bahalı olub-olmamasının önəmi olmayacaq. Sığortalı olmayan bir xəstənin gedib özünün ödəmə etməsi çətinliklər yaradır.

Azərbaycanda xidmətə görə qiymətlər ucuzdur. Eyni xidmətin məbləği İstanbulda, Avropanın istənilən mərkəzində dəfələrlə bahadır. Bu gün ölkədə anjuqrafiyanın qiyməti 300-600 manat arasında dəyişir. Bu da ortalama olaraq 300 dolların altındakı rəqəmlərdir. Bu Avropada 2 min 3 min dollardır və 12 min dollara qədər dəyişir.

– Azərbaycanda ürək-damar xəstəliklərindən ən çox hansı region əziyyət çəkir?

2 cür bilgi var: təcrübə ilə əldə olunan və elmi əsaslara dayanan bilgi. Elmi əsaslara söykənən bilgidə elmin altında doğru hesablamalar aparılmalıdır. Doğru bir şəkildə bütün parametlərə biçilmiş düzgün statistika aparılmalıdır. Bu gün ölkə içərisində siz dediyiniz mövzu ilə bağlı geniş tədqiqatın aparıldığının şahidi deyiləm. Şəxsi düşüncəmə görə isə bölgələr arasında çox böyük bir fərq yoxdur. Ürək-damar xəstəliklərinin sayında demək olar ki, bərabərlik var. Amma xüsusiyyətlərində fərqlilik mövcuddur.

Mən Naxçıvanda bu günə qədər xeyli sayda açıq ürək əməliyyatı etmişəm. Naxçıvan dəniz səviyyəsindən yüksək olduğuna və atmosfer təzyiqi aşağı olduğuna görə, buranın insanlarında ürək damarlarının keyfiyyəti daha yaxşı görünür. Tibbi olaraq bunun izahı var. Dağlıq yerlərdə bu hal normaldır.

– Cəmiyyətdə səhiyyəyə olan münasibət birmənalı deyil. Bəzən səhv bəlkə də pasientdə olur, bu öz yerində. Bəs həkimlərimiz necə, məsuliyyətlidirmi?

Çox dolğun və uzun cavab tələb edən bir məsələyə toxundunuz. Heç bir zaman düşüncələr və fikirlər birtərəfli ola bilməz. Əgər biz bu gün səhiyyəyə qarşı olan düşüncələri əsas götürsək, bununla problemləri həll etmək olmaz. Səhiyyədəki hər şeyi qara kimi göstərdiyimiz zaman da problemdən çıxış yolu tapa bilmərik. Bunlar düşünən beyinlərin oturub müzakirə aparması ilə həll olunan məsələlərdir. Amma bu gün işin təməlində insanların tibbə əlçatanlığı olmalıdır. Tibbi sığorta olduqdan sonra avtomatik şəkildə münasibətlər tənzimlənəcək. Xəstəxana “bir ödəmə olmayacaq” deyə dərd çəkmir, xəstə də ödəmə edə bilməmək problemini düşünmür. İşin bu mərhələsinə gələndən sonra tibb təhsili güclü olmalıdır. Bir reallığı qəbul edək. Azərbaycanda 1980-ci illərdən sonra, 2000-ci ilə qədər olan müddət içərisində tibb təhsilində çox ciddi əskikliklər oldu. Daha sonra islahatlarla birlikdə yeniliklər qazandıq. Lakin vaxtında buraxılan boşluqların izlərini bu gün hiss etməliyik. Hiss etməsək, o zaman biz inanmayacağıq ki, indi gördüyümüz işlər 10-15 il sonra nəticə verəcək.

Əsas mövzu tibb sahəsi üzrə diplom almaq deyil. Diplomdan sonrakı təhsilin doğru davamlılığını saxlamaq lazımdır. Ölkəmiz üçün ən aktual məsələlərdən biri həkimlərlə birlikdə tibb bacıları və tibb qardaşlarının hazırlanması ilə əlaqədar islahatları daha da gücləndirməkdir. Çünki xidmətin əsas yükü onların üzərindədir.

Azərbaycanda 2011-ci ilə qədər rezidentura proqramının olmaması ölkə səhiyyəsi üçün böyük deffekt idi. Bu, postsovet məkanı üçün xarakterik idi. 6 il tibb təhsili olan birini 1 illik kursla, internatura ilə həkim etmək dünyada uzun illərdir qəbul olunmayan məsələdir. Biz isə rezidenturanı 7-8 il bundan qabaq tətbiq etməyə başladıq, problemdən qurtulduq. Bu islahatların təsirini ölkə vətəndaşları önümüzdəki illərdə daha ciddi bir şəkildə hiss edəcək.

– Rəşad müəllim, bilirik ki, belə bir hüquqi öhdəliyiniz yoxdur, bu mənəvi məsələdir. Pulsuz əməliyyatlar etmisinizmi?

– Əslində dünyada pulsuz əməliyyat deyilən bir şey yoxdur. Dünyada pulun, ödəmənin kim tərəfindən edildiyi əməliyyatlar var. Yəni vətəndaş gəlib ABŞ-da əməliyyat olunur, ödəmə etmir. Lakin bu, o demək deyil ki, həmin əməliyyat pulsuz oldu. Həmin pul sığorta şirkəti tərəfindən, hansısa fond, xeyriyyə cəmiyyəti tərəfindən ödənilir.

Bizdə isə insanları bir şey çaşdırır. Elə bilirlər ki, dünyanın hansısa yerində pulsuz səhiyyə var. Dünyada pulsuz səhiyyə deyilən bir şey yoxdur. Ümumiyyətlə bu kəlimənin terminologiyasında problem var. Dünyada pulun kim tərəfindən verildiyi səhiyyə var.

Heydər Əliyev Fondunun və Dövlət Neft Şirkətinin dəstəyi ilə minlərlə insan üzərində pulsuz, təmənnasız proseduralar həyata keçirmişik. 1500-2000-ə yaxın insanın pulsuz açıq ürək əməliyyatı etmişik. Mən komandanın bütün üzvlərinə təşəkkür etmək istəyirəm. Aprel döyüşlərinin üzərindən 10 gün keçdikdən sonra Füzulinin Böyük Bəhmənli kəndinə gedib orada 10 uşaq üzərində açıq ürək əməliyyatları tətbiq etdik. Deviz olaraq özümüzə bunu seçdik: “Uşaq ürəkləri Qarabağda döyünür”. Biz həm də dünyaya mesaj vermək istəyirdik ki, sülh istəyirik, qan yox.

– Bəzi həkimlər əməliyyat zamanı gərginliyini aradan qaldırmaq üçün mahnıya qulaq asır. Siz də belə edirsiniz?

– Bəli. Müasir əməliyyatxanalarda olduğumuza görə imkanlarımız daha da artıb. Uzun illər birlikdə işlədiyimizə görə komandanın üzvləri sənin ruh vəziyyətinə görə situasiyanı bilirlər. Əməliyyatın ağırlığına görə musiqilər seçib qoyurlar. Əməliyyat zamanı seçdiyimiz musiqi repertuarları genişdir. Biz 90 faiz əməliyyatlarda musiqidən istifadə edirik. Çox əməliyyatlarımızı musiqi sədaları altında həyata keçiririk.

– Ən çox hansı musiqiyə üstünlük verirsiniz?

Sağlıq olsun, bir dəfə əməliyyatxanaya girib repertuarla tanış ola bilərsiniz. Ürək əməliyyatları zamanı daha çox Avropanın və Azərbaycanın klassiklərini dinləyirik. Çünki bu ruh halı üçün o musiqilər uyğundur.

– Deputat Nəriman Əliyevin ürək əməliyyatı 9 saat çəkib. Siz ümumiyyətlə ən çox nə qədər müddətdə əməliyyatda olmusunuz?

– Dayanmdan 24, 26 saata çatan əməliyyatlarımız olub.

– Buna necə dözmüsünüz?

– O işin həyəcanı bəzən başqa şeyləri yaddan çıxardır. Bunu yalnız yaşayan insan başa düşər.

– Tanınmış həkimsiniz, cəmiyyətdə və siyasi elitada kifayət qədər tanınırsınız. Gələcəkdə hər hansı bir vəzifə gözləyirsinizmi?

Birincisi həkim kimi üzərimə kifayət qədər vəzifə və məsuliyyət düşür.Bundan əlavə mənim qanunverici orqan olan Milli Məclisdə üzərimə düşən məsuliyyət kifayət qədər böyükdür. Buna görə də gələcəkdə siz dediyinizlə əlaqədar plan və düşüncələrim yoxdur. Amma əlbəttə ki, dövlətimizin və dövlət rəhbərliyimizin verdiyi tapşırıq, etimad biz tərəfdən əmr kimi həyata keçiriləcək.

– Hansısa yeni qanun layihəsi hazırlamağı düşünürsünüzmü?

– Hazırda əsasən 2 məsələ üzərində iş gedir. Səhiyyə komitəsi bu işlə əlaqədar çox çalışır. Əsasən “Sağlamlığın qorunması haqqında” qanunda ciddi dəyişikliklərin, yeniliklərin olmasına ehtiyac var. İkinci məsələ ürək-damar xəstəlikləri ilə bağlıdır. Biz ürək damar xəstəlikləri ilə bağlı dövlət proqramının hazırlanmasına çalışırıq. Bu, ölkəmiz üçün çox vacibdir. Bu əlçatanlığı və inkişafı paralel saxlayan bir həqiqətdir.

– Rəşad müəllim, Azərbaycanda tanınmış psixoloqlarından biri bizə demişdi ki, onlar belə psixoloji testlərdən keçirlər, müayinə olunurlar. Siz necə, psixoloq yanına gedirsiniz?

Bəli, mütləq. Ehtiyacımız olan zaman psixoloq yanına gedirəm. Normalda hər bir sağlam insanın da psixoloqa ehtiyacı var. “Psixoloqa ehtiyacımız yoxdur” dediyimiz zaman psixoloji problemlər başlayır. Ola bilər ki, psixoloq sənə başqa bir şeyə ehtiyacının olmadığını və doğru yolda olduğunu deyə bilər. Amma o demək deyil ki, psixoloqa ehtiyac yoxdur. Bunun özünü belə psixoloqdan eşitmək çox vacibdir. Xüsusilə həkimlik sənətinin tətbiqində psixoloji dəstəyə ehtiyac olur.

– Münasib bilirsinizsə, ailəniz haqqında da danışardınız.

3 övladım var. Hələ məktəb yaşlarındadırlar. İnşallah, arzumuz budur ki, istədikləri sənətləri seçsinlər, onu sevsinlər, ölkəsinə qiymətli insanlar yetişdirsinlər.

– Siz həkimliyin məsuliyyəti və ağırlığından danışdınız. Bu mənada istərdinizmi övladlarınız da sizin kimi həkim olsunlar?

– Bunlar fərdi hisslərdir. Deməkdə çətinlik çəkirəm. Tək arzum var. Övladlarım özlərini xoşbəxt hiss edəcəkləri sənətə həsr etsinlər. Əmin olsam ki, mənim keçirdiyim hisslərlə həkimlik sənətinə sahib olacaqlar, dünyadakı bütün insanların həkim olmasını arzulayardım. Mən həkimlikdən həddindən artıq zövq alıram, bütün çətinliklərinə baxmayaraq. Övladlarıma da bildirirəm ki, sevdikləri işlər qismət olsun onlara. Bir də sağlam vətəndaş olsunlar. Bu iki amil olduqdan sonra həyatda bacarmayacağın heçnə yoxdur. Və əlbəttə ki, sağlam bədənləri olmaq şərtilə.

Aqşin KƏRİMOV

Mirmahmud KAZIMOĞLU

Ürək-damar xəstəlikləri

Kardiologiya – insan orqanizmi üçün həyati vacib sayılan ürək-damar sisteminin quruluş və funksiyalarını, patologiyaların yaranma səbəbləri və əlamətlərini öyrənir. Bundan əlavə ürək-damar xəstəliklərinin müasir diaqnostika və müalicə üsullarını təkmilləşdirməklə məşğul olur. Burada xəstələrin reabilitasiya məsələlərinə də xüsusi diqqət yetirilir. Lakin təəssüflə qeyd etmək lazımdır ki, son illərdə ürək-damar xəstəlikləri xeyli cavanlaşmışdır. Bu da Səhiyyənin ən aktual probleminə çevrilmişdir.

Kardiologiyanın qolları

Kardiologiya 2 istiqamətdə inkişaf edir: terapevtik və kardiocərrahiyyə. Terapevtik sahədə ürək-damar xəstəlikləri – bradikardiya, taxikardiya, aritmiya, damarların aterosklerozu, stenokardiya, miokard infarktı, ürəyin işemik xəstəlikləri, ürək çatışmazlığ ı və s. konservativ yolla (dərman preparatları, sanatoriyalar) müalicə olunur.

Cərrahi kardiologiyada isə anadangəlmə və qazanılmış ürək qüsurları, o cümlədən ürək-damar sisteminin digər zədələnmələri əməliyyatla aradan qaldırılır. Həmçinin damarlar və qapaqların protezlənməsi həyata keçirilir.

Hazırda erkən ölüm və əlilliyə gətirib çıxaran səbəblər arasında ürək-damar xəstəlikləri ön sıralarda dayanır. Statistik məlumatlara əsasən ümumi ölüm hallarının 40-60%-i kardioloji xəstəliklərin payına düşür.

Ürək-damar xəstəlikləri hansı əlamətlərlə özlərini büruzə verir?

Bu patologiyalardan şübhələnməyə əsas verən simptomlara aşağıdakılar aiddir:

  • döş sümüyü arxasında yaranaraq, sol çiyin və kürəyə yayılan ağrı;
  • təngnəfəslik;
  • yüksəl arterial təzyiqin (AT>140/90 mm.cv.süt.);
  • taxikardiya (ürək vurğularının 1 dəqiqədə 100-dən çox olması) və ya bradikardiya (nəbzin 1 dəqiqədə 50-dən az olması);
  • ürək ritmində kənaraçıxmalar;
  • ödemlər.

İlkin əlamətlərlə qarşılaşdıqda ciddi ağırlaşmalara yol verməmək üçün dərhal kardioloqa müraciət etmək lazımdır. Xəstəliyin başlanğıc mərhələsində orqanın funksiyasını bərpa etmək həm asan, həm də qısa müddətə başa gəlir.

Ürək-damar xəstəlikləri hansı yolla diaqnostika və müalicə edilir?

Kardiologiyada istifadə olunan başlıca diaqnostik üsullara fonokardioqrafiya, elektrokardioqrafiya (EKQ), exokardioqrafiya (ürəyin USM), sutkalıq EKQ-monitorinqi aiddir. Bu prosedurlar ürək əzələsinin yığılma qabiliyyətini, onun və damarların vəziyyətini qiymətləndirməyə imkan verir.

Son illərdə kardiopatologiyalı pasiyentlərin yeni müayinə üsulları: ürək boşluqlarının zondlanması və angiokardioqrafiya aktiv şəkildə inkişaf etməkdədir. Onların köməyilə ürək və tac damarlarda əməliyyatın planlaşdırılması mümkün olur.

Müasir texnologiya və müalicə üsulları əvvəllər sağalmaz sayılan ürək xəstəlikləri ilə mübarizə aparmağa imkan verir. Ürək transplantasiyası bir çox ümüdsüz pasiyentlərin həyatını xilas edir.

Ürək xəstəliklərinin profilaktik tədbirlərinə ağır fiziki yüklənmələrdən, zərərli vərdişlərdən imtina, stresslərin uzaqlaşdırılması, qidalanma və istirahət rejiminin düzgün tərtibi aiddir.

Med-portal.az saytının « Ürək-damar xəstəlikləri » bölməsində kardioloji patologiyaların müalicə və profilaktikası, eləcə də sağlamlığın qorunması mövzusunda axtardığınız bütün suallara cavab tapa bilərsiniz.

Saytda dərc olunan məlumatlar sadəcə maarifləndirici xarakter daşıyır və ixtisaslaşmış tibbi yardımı əvəz etmir. Bu səbəbdən həkimlə məsləhətləşməyiniz vacibdir!

Ürək-damar cərrahiyyə

Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının (ATUTCK) digər şöbələrində olduğu kimi Ürək-damar xəstəlikləri şöbəsi də 24 saat fasiləsiz olaraq əhalinin sağlamlığının qayğısına qalır.

Ürək və damar xəstəlikləri şöbəsi özündə: ümumi kardiologiya, invaziv kardiologiya və ürək- damar cərrahiyyəsini birləşdirir.

Müasir dövrdə kardioloji müayinələrin əhəmiyyəti insan həyatı üçün olduqca böyükdür. Hətta kardioloji şikayəti olmayan şəxslərə belə müayinələrdən keçməsi məsləhət görülür. Özündə hər hansı bir narahatçılıq, diskomfort hiss edənlər elektrokardioqrafiyadan, bəzi laborator müayinələr, ürək qan-damar sistemi tərəfində hansısa dəyişiklik qeyd olunursa, EXO KQ və kardiovaskulyar stress test müayinəsindən keçməlidir. Hər bir müayinə üsulu həkimə lazım olan informasiyanı verir.

Şöbədə olan kardiodiaqnostik aparatlar yüksək keyfiyyətli beynəlxalq standartlara cavab verir. Bizim şöbədə uğurla keçirilən aşağıdakı kardiodiaqnostik müayinə aparatları mövcuddur:

  • EKQ
  • Kardiovaskulyar stress test –fiziki yüklə və farmakoloji (treadmill) EKQ
  • Rəngli Doppler exokardioqrafiya
  • Transezofaqeal exokardioqrafiya (qida borusundan aparılan)
  • Fetal-exokardioqrafiya (dölün exokardioqrafiyası)
  • Stress-exokardioqrafiya
  • 24 saatlıq EKQ monitorizasiyası
  • Pediatrik exokardioqrafiya (uşaqlarda)
  • Ürək damarlarının qeyri-invaziv görüntüləməsi (kompyuter tomoqrafiya koronar angioqrafiya)
  • 24saat fəaliyyət göstərən təcili yardım kardioloji briqadası
  • 24 saat fəaliyyət göstərən ürək kateterizasiya laboratoriyası
  1. koronar angioqrafiya – ürək damarlarının invaziv görüntülənməsi,
  2. koronar angioplastika – ürək damarlarına stent implantasiyas ı
  3. periferik damarlarının angioqrafiya və stentləməsi : böyrək arteriya, aşağı ətrafların angioqrafiya və angioplastikası, beyin damarlarının angioqrafiya və angioplastikası
  4. müvəqqəti və daimi kardiostimulyator və cihaz implantasiyası (VVİ, DDD-R, CRT-D, AİCD)
  5. Anadangəlmə ürək qusurlarının qapalı yolla müalicəsi (valvuloplastika,ASD,VSD,PDA bağlanması)

İixtisaslı həkimlər kompleks müayinə apararaq,xəstənin səhhəti haqqında dolğun informasiya əldə edir, dəqiq diaqnoz qoyulduqdan sonar xəstəyə tam və düzgün müalicə sxemi təyin edirlər.

İnvaziv kardiologiya bölməsində angioqrafiya müayinələri, həmçinin anadangəlmə və qazanılmış ürək qüsurlarında ürək boşluqlarının kateterizasiyası müayinələri aparılıb. Təcili yardım xidmətinə infarkt keçirmiş xəstələr müraciət etdikdə birbaşa olaraq müdaxilə edilib, tutulmuş damarın açılması təmin edilir.

24 saat fəaliyyət göstərən Angioqrafiya laboratoriyasında xəstələri aşağıdakı prosedurlar aparılır: damarlara balon, stentin qoyulması (dərmansız və ya dərmanlı), müvəqqəti və daimi kardiostimulyatorların implantasiyası kimi müalicəvi proseduralar müvəffəqiyyətlə həyata keçirilir.

Klinikanın ürək-damar cərrahiyyə şöbəsində əməliyyatlar müasir metodlarla, yüksək səviyyədə həyata keçirilir. Xəstəxanamızda ən müasir texnika və aparatlarla təchiz olunmuş 18 əməliyyat bloku, 23 çarpayıdan ibarət anesteziologiya və reanimasiya şöbəsi fəaliyyət göstərir. Bütün xəstələrin əməliyyatları,tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən müşaidə olunmaqdadır. Bütün palatalar monitor, kondisioner, telefon, süni ventilyasiya cihazı, xəstə çağırış siqnalı, mərkəzləşdirilmiş qaz və vakuum sistemləri ilə təchiz olunub. Belə ki, bütün müalicə müddətində xəstənin ürək-damar sisteminin fəaliyyəti (arterial təzyiq,nəbz) və tənəffüs sisteminin fəaliyyəti (qanın oksigenlə tachizatı) daimi nəzarətdə saxlanılır.Bütün xəstələrin əməliyyatları,tibbi təqibləri, baxımları 24 saat müddətində təcrübəli həkim və tibb bacıları tərəfindən nəzarət altında olur. Yatan xəstələrə xüsusi tibb personalları tərəfindən yüksək səviyyədə tibbi xidmət göstərilir, həkim dietoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri verilir, xəstə evə buraxılanadək yüksək təcrübəli həkimlərin təqibində olurlar. Klinikada demək olar ki, ürək-damar sisteminin bütün növ cərrahi əməliyyatlar təcrübəli peşəkar həkimlər tərəfindən uğurla həyata keçirilir. Xəstəxanada icra olunan bütün əməliyyatlar zamanı keçirilən anestezioloji xidmətlər beynəlxalq standartlara cavab verir.

Klinikamızın ürək –damar şöbəsində aşağıdakı xidmətlər göstərilir.

Diaqnostik xarakterli xidmətklər:

  1. Sağ və sol ürək kameralarının kateterizasiyası
  2. Döş qəfəsi aortoqrafiyası
  3. Karotis angioqrafiya iki tərəfli
  4. Katerizasıya+koronar angioqrafiya
  5. Koronarangioqrafiya (selektivsağ-solkoronar)
  6. Koronarangioqrafiya+bypass kontrolu
  7. Periferik angioqrafiya (iki tərəfli)
  8. Periferik angioqrafiya (tək tərəfli)
  9. Qarın aortoqrafiyası
  10. Renal angioqrafiya
  11. Sağ və sol ürək kameralarının katerizasıyası (5 yaşa qədər)
  12. Serebral angioqrafiya
  13. Swan-ganzkateterinintətbiqedilməsi

Müalicə məqsədli xidmət:

  1. Perkutantranslyuminalkoronar anqioplastika(PTKA)(tək damar)
  2. ASD
  3. Atrial/ventrikulyar lead repozisiyası
  4. Balon atrial septostomiya
  5. Biventrikulyar İCDtaxılması
  6. Daimi peysmeykerin təmiri
  7. Elektrofiziolojimüayinə
  8. Elektrofiziolojimüayinə+RFablatsiya
  9. İki boşluqlu daimi pacemaker taxılması
  10. İmplant Loop Recorder taxılması
  11. Kardioversiya elektrik
  12. Karotis angioplastika tək tərəfli
  13. Kəskinkoronarsindromdaperkutantransluminalkoronar angioplastika
  14. Koronar aorta-venoz fistul okluziyası
  15. Pacemaker və ya İCD cibinin reviziyası
  16. PDA-nıninvazivyollabağlanması
  17. Periferik angioplastika
  18. Periferikdamarlarda PTKA vəstenttaxılması(tək damar)
  19. Perkutanbalonvalvuloplastika:pulmonar kardioqrafiya daxil
  20. Perkutanintraaortik balontətbiqedilməsi
  21. Perkutanmitralbalonvalvuloplastikası
  22. Peysmeykerin taxılması (daimi)
  23. Peysmeykerin taxılması (müvəqqəti)
  24. PTKA(əlavə hərdamar)
  25. PTKA daxilində və stent tətbiq edilməsi (əlavə damar)-paket
  26. PTKAvəstent(əlavə hərdamar)
  27. PTKAvəstenttətbiq edilməsi(tək damar)
  28. RFablatsiya
  29. Təkboşluqludaimipacemaker
  30. Tək boşluqlu İCD taxılması
  31. VSD
  32. Xronik total okluziyanın retroqrad yolla açılması (retrograd angioplastika)

Açıq Ürək-damar əməliyyatları:

  1. Aorta-koronar şuntlama əməliyyatı
  2. Anadangəlmə ürək qüsurları
  3. Anadangəlmə ürək qüsurları (orta riskli)
  4. Anadangəlmə ürək qüsurları (yüksək riskli)
  5. Aorta disseksiyası
  6. Aorta qapağının protezləşdirilməsi
  7. Aorta qapağının protezləşdirilməsi (orta riskli)
  8. Aorta qapağının protezləşdirilməsi (yüksek riskli)
  9. Aorta qapağının tamiri (David Prosedürü)
  10. Aorta-koronar şuntlama əməliyyatı + bir qapaq protezleşdirilmesi
  11. Aorta-koronar şuntlama əməliyyatı + iki qapaq protezleşdirilmesi
  12. Aorta-koronar şuntlama əməliyyatı (yüksek riskli) + bir qapaq protezleşdirilmesi
  13. Aorta-koronar şuntlama əməliyyatı (yüksek riskli) + iki qapaq protezleşdirilmesi
  14. Aorta-koronar şuntlama + Mitral qapaq plastikası
  15. Aorta-koronar şuntlama + Post MI VSD tamiri
  16. Aorta-koronar şuntlama (yüksək riskli)
  17. Aorta-qapaq + Assendan aorta əməliyyatı
  18. Aorto-koronar şuntlama + LV anevrizması tamiri
  19. Aorto-koronar şuntlama (orta riskli)
  20. ASD-qulaqcıqlararası çəpərin qüsurunun aradan qaldırılması
  21. Benthall əməliyyatı (Asedan aorta qrefti +qapaq protezləşdirilməsi + koronar implant)
  22. Ciddi sol disfunksiyası olan aort qapaq əməliyyatı
  23. Ciddi sol disfunksiyası olan aorta-koronar şuntlama
  24. Ciddi sol disfunksiyası olan mitral qapaq əməliyyatı
  25. Çıxan aortanın protezləşdirilməsi
  26. İki qapaq protezləşdirilməsi və ya təmiri əməliyyatı (orta riskli)
  27. İki qapaq protezləşdirilməsi və ya təmiri əməliyyatı (yüksek riskli)
  28. İki qapaq protezləşdirilməsi (normal)
  29. Kompleks anadangəlmə ürək qüsürları (ciddi risk)
  30. Mediastinal şişin ekstripasiyası
  31. Mediastinal şişin ekstripasiyası (ciddi riskli)
  32. Mitral qapağının protezləşdirilməsi (orta riskli)
  33. Mitral qapağının protezləşdirilməsi (yüksek riskli)
  34. Mitral qapağın plastikası (normal sol mədəcik funksiyaları ilə)
  35. Mitral qapağın protezləşdirilməsi
  36. Parsial Atrio – Ventrikulyar kanal defekti
  37. Post Mİ VSD əməliyyatı (orta riskli)
  38. Post Mİ VSD əməliyyatı (yüksək riskli)
  39. Pulmonar trombo-embolektomiya əməliyyatı
  40. Pulmonar valvulyar və (və ya) infundibulyar stenoz
  41. Qapaq protezləşdirilmə əməliyyatı
  42. Qapaq protezləşdirilmə əməliyyatı (orta riskli)
  43. Qapaq protezləşdirilmə əməliyyatı (yüksək riskli)
  44. Qısa müddətli,süni qan dövranı ilə aparılan az riskli açıq ürək əməliyyatı,məs: ürək daxili miksoma,tromb və digər yad cisimlərin
  45. Tetrado Fallo
  46. Ürək şişlərinin çıxarılması
  47. Ürək şişlərinin çıxarılması (yüksək riskli)
  48. VSD-mədəcik. çəpər qüsur. arad qaldır (orta risk)
  49. VSD-mədəciklərarası çəpərin qüsurunun aradan qaldırılması
  50. VSD-mədəciklərarası çəpərin qüsurunun aradan qaldırılması (ciddi riskli)

Qapalı ürək əməliyyatları:

  1. PDA
  2. Aorta koarktasiyası
  3. Aorta koronar şunt (Beating heart)
  4. Aorta pulmonar şunt
  5. Döş qəfəsi deformasiyasının sümük plastikası
  6. Əməliyyatdan sonra sternumdan sim çıxarılması
  7. Ekspoloarativ torakotomiya
  8. İntrakardiyak kateter taxılması (kateter xaric)
  9. Perikardiektomiya
  10. Perikardiektomiya (ciddi riskli)
  11. Sternum subksifoidal perikardsentez
  12. Toraks boşluğunun drenləşdirilməsi (bir tərəfli)
  13. Toraks boşluğunun drenləşdirilməsi (iki tərəfli)
  14. Yenidoğulmuşlarda anadangəlmə ürək qüsurlarının qapalı əməliyyatı
  1. Peysmekerin taxılması (müvəqqəti)
  2. Peysmekerin taxılması (daimi)
  3. AİCD (kardio-defibrilyator) implantasiyası
  4. CRT (resinxronizasiya) müalicəsi
  5. CRT-D (resinxronizasiya+defibrilyator implantasiyası) müalicəsi
  6. Daimi pacemaker qeneratorunun dəyişdirilməsi
  7. Daimi peysmekerin təmiri

Comments are closed, but trackbacks and pingbacks are open.