Rək xəstəliklərinin əlamətləri
– Əvvəla, onu deyim ki, orqanlarımızın fəaliyyəti üçün lazım olan maddələri daşıyan ürəkdir və bu vəzifəni yerinə yetirmək üçün o, dəqiqədə orta hesabla 70 dəfə döyünür və hər dəfə qanı orqanlarımıza çatdırır. Qan orqanlara damarlar vasitəsi ilə daşınır. Hər orqan kimi ürəyin də qidalanması vacibdir. Ürəyin özünü qidalandıran damarlara “koronar damarlar” (koronar arteriyalar) deyilir. Koronar damarlarda ola biləcək xəstəliklər birbaşa ürəyin fəaliyyətinə və səmərəliliyinə təsir edir.
Ürək damar xəstəlikləri
Kardialgik sindrom ürək damar sistemi xəstəlikləri zamanı xəstələrin əksəriyyətində rast gəlinən simptomlar toplusudur.
Ürək xəstələrində ağrıların təzahür forması müxtəlif olur:
– zəif xoşagəlməz,
– əzabverici,
– dözülməz,
– deşici, kəsici,
– sıxıcı, yandırıcı,
– bərk yad cismin əzməsi.
Çox zaman bu əlamətlərin bir-neçəsi eyni xəstədə baş verə bilir.
Ağrıların lokalizasiyası da olduqca fərqli olur. Ağrılar adətən, ürəyin zirvə nahiyəsində olsalar da körpücükaltı, parastenal, hətta döş sümüyünün arxasında da hiss edilə bilər. Xəstələrin bir çoxu ağrını ürəyin arxa proyeksiyasında, sol kürəkaltı və ya kürəkarası nahiyədə hiss edirlər. Ancaq sinədə, ürək nahiyəsində ağrıların rastgəlmə tezliyi 90% olur.
Ağrıların müddəti olduqca fərqli olur. Bəzən bir-neçə saniyə dəlib keçən ağrı, bəzən isə saatlarla göynədici, dartıcı, təzyiqlə sıxıcı ağrılar baş verir. Ağrılar bəzən tutmaşəkilli də ola bilir. Ağrıların fiziki gərginliklə əlaqədar olması xüsusilə diqqət çəkici olur.
Xəstələrdə ürəkdöyünmə və aritmiyalar da müşayiət edilir. Ürəkdöyünmə həyəcanlanma, bəzən hətta sakitlik dövründə də baş verir. Əsasən fiziki iş, gərginlik, kofe, spirtli içki qəbulu zamanı ürəkdöyünmələrin sayı artır.
Ürək xəstəliklərinin əlamətlərindən biri də tənəffüs pozğunluğudur. Belə xəstələr fiziki gərginlik zamanı, hündürlüyə qalxan zaman onlarda təngnəfəslik meydana çıxır.
Ürək xəstəliklərinin əlamətləri
Kardialgik sindrom ürək damar sistemi xəstəlikləri zamanı xəstələrin əksəriyyətində rast gəlinən simptomlar toplusudur.
Ürək xəstələrində ağrıların təzahür forması müxtəlif olur:
– zəif xoşagəlməz
– əzabverici
– dözülməz
– deşici, kəsici
– sıxıcı, yandırıcı
– bərk yad cismin əzməsi.
Çox zaman bu əlamətlərin bir-neçəsi eyni xəstədə baş verə bilir.
Ağrıların lokalizasiyası da olduqca fərqli olur. Ağrılar adətən, ürəyin zirvə nahiyəsində olsalar da körpücükaltı, parastenal, hətta döş sümüyünün arxasında da hiss edilə bilər. Xəstələrin bir çoxu ağrını ürəyin arxa proyeksiyasında, sol kürəkaltı və ya kürəkarası nahiyədə hiss edirlər. Ancaq sinədə, ürək nahiyəsində ağrıların rastgəlmə tezliyi 90% olur.
Ağrıların müddəti olduqca fərqli olur. Bəzən bir-neçə saniyə dəlib keçən ağrı, bəzən isə saatlarla göynədici, dartıcı, təzyiqlə sıxıcı ağrılar baş verir. Ağrılar bəzən tutmaşəkilli də ola bilir. Ağrıların fiziki gərginliklə əlaqədar olması xüsusilə diqqət çəkici olur.
Xəstələrdə ürəkdöyünmə və aritmiyalar da müşayiət edilir. Ürəkdöyünmə həyəcanlanma, bəzən hətta sakitlik dövründə də baş verir. Əsasən fiziki iş, gərginlik, kofe, spirtli içki qəbulu zamanı ürəkdöyünmələrin sayı artır.
Ürək xəstəliklərinin əlamətlərindən biri də tənəffüs pozğunluğudur. Belə xəstələr fiziki gərginlik zamanı, hündürlüyə qalxan zaman onlarda təngnəfəslik meydana çıxır.
Milli.Az
* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Ürək-damar xəstəlikləri vaxtında aşkarlandıqda, onların müalicəsi daha effektli olur – Şəhla Ağayeva
Hazırda bütün dünyada baş verən ölümllərin əsas səbəbi ürək-damar xəstəlikləridir. XXI əsrdə məhz bu xəstəliklər müxtəlif səbəblərdən geniş yayılmaqdadır. Ürək-damar xəstəliklərindən ölüm hallarının beşdə dördündən çoxu infarkt və insult nəticəsində baş verir, bu ölümlərin üçdə biri vaxtından əvvəldir. Çox təəssüflə qeyd etmək lazımdır ki, hazırda ürək-damar xəstəlikləri xeyli cavanlaşıb. Ürək-damar xəstəliklərinin səbəbləri, əlamətləri hansılardır və xəstəliyin qarşısının alınması üçün nə etmək lazımdır? Bütün bu suallarla Mərkəzi Gömrük Hospitalının invaziv-kardioloqu Dr.Şəhla Ağayevaya müraciət etdik.
– Şəhla həkim, hazırda insanlar arasında ürək-damar xəstəlikləri artır və bu xəstəliklər get-gedə cavanlaşır. Bunun əsas səbəbləri barədə nə deyə bilərsiz?
– Əvvəla, onu deyim ki, orqanlarımızın fəaliyyəti üçün lazım olan maddələri daşıyan ürəkdir və bu vəzifəni yerinə yetirmək üçün o, dəqiqədə orta hesabla 70 dəfə döyünür və hər dəfə qanı orqanlarımıza çatdırır. Qan orqanlara damarlar vasitəsi ilə daşınır. Hər orqan kimi ürəyin də qidalanması vacibdir. Ürəyin özünü qidalandıran damarlara “koronar damarlar” (koronar arteriyalar) deyilir. Koronar damarlarda ola biləcək xəstəliklər birbaşa ürəyin fəaliyyətinə və səmərəliliyinə təsir edir.
Ürəyi qidalandıran koronar arteriyaların daralması və ya tıxanması, ürəyin öz ehtiyacı olan oksigen və qida maddələrini ala bilməməsinə və funksiyalarının pozulmasına gətirib çıxarır ki, bu xəstəliyə ürəyin işemik xəstəliyi və ya koronar arteriya xəstəliyi deyilir. Koronar arteriya xəstəliyi, bütün dünyada olduğu kimi, ölkəmizdə də insanlar arasında ölüm və iş qabiliyyəti itkisinin səbəbidir.
Ürək-damar xəstəliklərinin son vaxtlar artmasının əsas səbəbləri oturaq həyat tərzi, stress, sağlam olmayan qidalanma, az hərəkətlilik, piylənmə, artıq çəki, zərərli vərdişlər: tütün məhsullarından, enerjili və alkoqollu içkilərdən istifadədir.
Digər önəmli risk faktorlarına yanaşı xəstəliklər, o cümlədən şəkərli diabet, xolesterin yüksəkliyi, yüksək qan təzyiqi aiddir. Eyni zamanda digər önəmli səbəb də genetik meyillilikdir.
- Ürək-damar xəstəliklərinin əsas əlamətləri hansılardır? İnsan özündə hansı əlamətləri hiss etdikdə kardioloqa müraciət etməlidir?
- Ürəyin işemik xəstəliklərinin əsas əlamətləri döş sümüyü arxasında yaranan yandırıcı, göynədici xarakterli ağrı, sıxıntı, basqı hissidir. Bəzən əlamətlər kürəyə, çənəyə, çiyinə, sol qola yayılan ağrı şəklində də özünü göstərə bilər. Bu ağrılar hərəkət edərkən artır, dincələrkən azalır və keçir.
Damar tıxanıqlığı olan xəstələrdə bəzən ağrı olmadan sadəcə təngnəfəslik şikayəti ola bilər. Bu səbəblərlə qeyd etdiyim risk faktorları olan insanların kardioloji müayinədən keçməsi mütləqdir.
Bunlardan əlavə, ürəyin işemik xəstəliyinin ağrısız forması – miokardın səssiz işemiyası var ki, bu miokardın qan dövranı çatışmazlığının yalnız obyektiv əlamətlərilə təzahür edir. Xəstəlik zamanı ürəyin işemik xəstəliyinin tipik simptomları – ağrı, təngnəfəslik müşahidə olunmur, lakin diaqnostik müayinələrdə işemiya üçün xarakterik dəyişikliklər qeydə alınır. Bu xəstəlik simptomsuz getsə də, proqnoz qeyri-qənaətbəxşdir.
Profilaktik olaraq mütəmadi kardioloji müayinədən keçmək səssiz işemiyanın vaxtında aşkarlanmasına kömək edir. Ümumiyyətlə, bütün ürək-damar xəstəlikləri vaxtında aşkarlanarsa, onların müalicəsi də effektli olur.
Comments are closed, but trackbacks and pingbacks are open.