Agirdlərin məktəbdaxili qiymətləndirilməsi qaydaları TƏSDİQLƏNİB
Məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında
Qiymet Cedveli 2018 2019 Vesiqe
2018-2019 DƏRİS İLİ ÜÇÜN BİLİK QİYMƏT CƏDVƏLİ Samux rayon Sərkar (kənd ,qəsəbə) Nizami Gəncəvi adına tam orta məktəbin 3² sinif şagirdi ______________________________ (adı soy adı atasının adı) Buraxılmış dərslərin miqdarı I yarım il II yarım il İllik. Показать больше
2018-2019 DƏRİS İLİ ÜÇÜN BİLİK QİYMƏT CƏDVƏLİ Samux rayon Sərkar (kənd ,qəsəbə) Nizami Gəncəvi adına tam orta məktəbin 3² sinif şagirdi ______________________________ (adı soy adı atasının adı) Buraxılmış dərslərin miqdarı I yarım il II yarım il İllik qiymət üzürlü üzürsüz Bal Qiymət Bal Qiymət Bal Qiymət Azərbaycan dili Azərbaycan dili Xarici dili Riyaziyyat İnformatika İKT Həyat bilgisi texnalogiya Fiziki tərbiyə Musiqi Təsviri incəsənət Şahmat Sinif rəh imzası Valideyin imzası 1. Şagirdlərin bilik və bacarıqlarının qiymətləndirməsi “qiymət cədvəlində” öz əksini tapmışdır . 2. Qiymətləndirmə ilin sonuna qədər aparılır. 3. Hər yarımilin sonunda valideyin tərəfindən imzalanlır və sinif rəhbərinə geri qaytarılır. . 4. Cədvəl sinif rəhbəri tərəfindən doldururlur. 5. Bilik qiymətləndirmə cədvəli şagirdin şəxsi işində saxlanılır. 6. Bilik qiymətləri 5,4 ,3 və 2 kimi rəqəmlərlə göstərilməlidir. 7. “Məktəb Pedaqoji Şuranın qərarı” qrafikasında məlumat məktəb direktorunun , sinif rəhbərinin i Спрятать
- Похожие публикации
- Поделиться
- Код вставки
- Добавить в избранное
- Комментарии
Şagirdlərin məktəbdaxili qiymətləndirilməsi qaydaları TƏSDİQLƏNİB
1. Bu Qayda Azərbaycan Respublikasında ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması məsələlərini tənzimləyir.
2. Bu Qayda aşağıdakı şəxslərin attestasiyasına şamil edilmir:
2.1. ümumi təhsil müəssisələrində beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsilalanların;
2.2. xüsusi və ümumi təhsil müəssisələrində (xüsusi təhsil və inklüziv təhsil siniflərində) təhsilə cəlb olunmuş sağlamlıq imkanları məhdud şəxslərin.
3. I sinif şagirdlərinin məktəbdaxili qiymətləndirilməsi aparılmır.
4. II – XI sinif şagirdlərinin tədris ilinin I yarımili üçün yarımillik balları və qiymətləri onların tədris ili üzrə müvafiq olaraq illik balları və qiymətləri kimi qəbul edilir.
5. İllik ballar və qiymət sinif jurnalı və “Məktəbli kitabçası”nda yazılır.
6. Hər hansı fənn üzrə illik qiyməti “2” olan və bu qiymətlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) I yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin həmin qiymətləndirmədə topladığı ballar onun tədris ili üzrə illik balları kimi qəbul edilir və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.
7. Hər hansı fənn üzrə illik qiyməti “3” və ya “4” olan və bu qiymətlərlə razılaşmayan V-VIII və X sinif şagirdlər (onların valideynləri və ya digər qanuni nümayəndələri) illik qiymətin bu Qaydanın 5-ci hissəsində göstərilən qaydada yazıldığı tarixdən 30 gün müddətində məktəbdaxili qiymətləndirmənin təşkili üçün ümumi təhsil müəssisəsinin rəhbərinə müraciət edə bilərlər. Həmin şagirdlərin qiymətləndirilməsi təhsil proqramında (kurikulumda) II yarımil üzrə müəyyənləşdirilmiş məzmun standartları əsasında hazırlanmış qiymətləndirmə vasitələri ilə aparılır. Şagirdin tədris ili üzrə illik balları onun həmin qiymətləndirmədə topladığı balların və tədris ilinin I yarımili üçün yarımillik ballarının ədədi ortası kimi hesablanır və bu Qaydanın 12-ci hissəsində müəyyən edilmiş müvafiq qiymətə uyğunlaşdırılır.
8. Məktəbdaxili qiymətləndirmə növbəti tədris ili başlayanadək ümumi təhsil müəssisələri tərəfindən təşkil edilir.
9. Məktəbdaxili qiymətləndirmənin nəticələri 100 ballıq şkala ilə ölçülür.
10. Məktəbdaxili qiymətləndirmədə tapşırıqvermə üsulundan (test, inşa, imla, çalışma) istifadə olunur.
11. Məktəbdaxili qiymətləndirmədə istifadə olunan qiymətləndirmə vasitələri hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada bölgüsü aşağıdakı kimi nəzərdə tutulur:
– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir;
– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni (və ya 30 bal) təşkil edir;
– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni (və ya 20 bal) təşkil edir.
12. Tədris ili üzrə şagirdin illik ballarının “2”, “3”, “4”, “5” qiymətlərinə uyğunluğu aşağıdakı qaydada müəyyənləşdirilir:
12.1. 30-dək (30 daxil olmaqla) olan ballar “2” qiyməti ilə;
12.2. 30-dan 60-dək (60 daxil olmaqla) olan ballar “3” qiyməti ilə;
12.3. 60-dan 80-dək (80 daxil olmaqla) olan ballar “4” qiyməti ilə;
12.4. 80-dən 100-dək (100 daxil olmaqla) olan ballar “5” qiyməti ilə.
13. Məktəbdaxili qiymətləndirmənin nəticələrinə əsasən şagirdlərin sinifdən sinfə keçirilməsi Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən təsdiq edilən qaydalarla tənzimlənir.
Qərar 2020-ci il oktyabrın 1-dək qüvvədədir. modern.az
Həmçinin oxuyun:
Qiymətindən narazı qalan şagirdlər direktora müraciət edə bilərlər – Nazirlik
Məktəblərdə attestasiyanın aparılması qaydası müəyyənləşdi
Summativ qiymətləndirmənin qaydaları dəyişdirildi
Ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair MÜVƏQQƏTİ TƏLİMAT
Məktəbdaxili qiymətləndirmədə yeni qaydalarla bağlı ən çox verilən suallar və cavabları
Summativ Qiymətləndirmələrlə bağlı ehtimal olunan dəyişikliklər
07.07.2014.Məktəbdaxili qiymətləndirmənin aparılmasına dair müvəqqəti təlimat
Məktəbdaxili qiymətləndirmə ilə bağlı yeni qaydalar
Summativ Qiymətləndirmədə iştirak edə bilməyən şagird üçün yeni suallar tərtib edilməlidir?
Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması QAYDALARI
Məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında
Nazir Müavini təlimat göndərdi
C. Bayramov: “İkinci yarımil üzrə kiçik və böyük summativ qiymətləndirmə aparılmayacaq”
İllik qiymətləndirmədən narazı qalan şagirdlər üçün yeni qaydalar hazırlanır
Təhsil Nazirliyi: Şagirdlərin qiymətləndirilməsi “Virtual məktəb” platforması vasitəsilə aparılacaq
IX sinif şagirdlərinin nəticələri 100 ballıq şkalaya keçirildi
Məktəbdaxili qiymətləndirmə növlərinin təşkilinin təkmilləşdirilməsi haqqında TƏLİMAT 2016
Ümumtəhsil Məktəblərində Məktəbdaxili Qiymətləndirmənin Aparılması barədə TƏLİMAT
Bütün müəllimlərin yararlanacağı summativ hesablanma qaydaları – Sadə izahlarla
Şagirdləri qiymətləndirməyin 3 yolu
Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar
Ümumtəhsil məktəblərində qiymətləndirmə
Bakı məktəblərində I yarımil üzrə yekun qiymətləndirmə aparılır
Ümumi təhsil müəssisələrində şagirdlərin sinifdən-sinfə keçirilməsi haqqında müvəqqəti Qaydalar
Şagirdlərin qiymət cədvəli
2021-01-28 13:58:00
I yarımil üçün şagirdlərin müvəffəqiyyət cədvəli – NÜMUNƏ
Orta məktəblərdə şagirdlərin qiymətləndirilməsi prosesinə başlanılıb. Bu prosses həm elektron vasitələrə, həm də əyani formada keçirilə bilər Sürətli internet bağlantısı və ya internetə çıxışı olmaması səbəbindən şagirdin qiymətləndirmədə iştirak edə bilməməsi halında təhsil müəssisəsi tərəfindən qanunvericiliyin tələbləri gözlənilməklə əyani formada qiymətləndirmədə iştirakı üçün müvafiq şəraitin yaradılması təmin olunur. Qiymətləndirmə “Microsoft Teams”, “Whatsapp”, “Zoom”, “Skype” tətbiqləri vasitəsi ilə keçirilə bilər. Qiymətləndirmədə iştirak etməyən şagirdin balı 0 olacaq. Sinif rəhbərləri yarımillik qiymətləndirmədən sonra ümumi hesabat cədvəli hazırlayır. Həmin cədvəldə fənlər üzrə şagirdlərin müvəffəqiyyət göstəriciləri ilə yanaşı, dərs ilinin əvvəlindən yarımilə qədər sinfin keyfiyyət göstəriciləri, say tərkibi qeyd olunur. Azedu.az həmin nümunəni təqdim edir. qiymət-blankı-balla (1).docx Qeyd edək ki, nümunəni Yardımlı məktəbinin müəllimi hazırlayıb:
Ayşə Müseyib
Bu bölməyə aid digər xəbərlər
124 saylı məktəbdə Novruz şənliyi – Direktorun uğursuz aktyorluğu – VİDEO
2023-03-24 22:00:00
Bakı məktəbliləri Özbəkistanda olub
2023-03-24 16:22:00
Özbəkistan Prezidenti Füzulidə tikilən məktəbin açılışına gələcək
2023-03-24 10:19:17
Vətən müharibəsi iştirakçıları məktəblərdə rəhbər vəzifəyə TƏYİN OLUNDU
2023-03-23 14:04:22
İtkin düşən 4 yeniyetmə tapıldı – YENİLƏNİB
2023-03-20 22:15:00
Vətən müharibəsi qazisi direktor təyin olunub
2023-03-20 10:19:06
Məktəbdə insident – Direktor müavini xəsarət aldı
2023-03-17 17:09:16
Məktəblərdə psixoloji xidmətin monitorinqi aparılır
2023-03-15 09:47:09
Bu məktəbdə kimya, fizika, biologiya, musiqi müəllimi yoxdur – PROBLEM
2023-03-14 12:40:00
FHN orta məktəbdə təlim keçirib – FOTO
Comments are closed, but trackbacks and pingbacks are open.