Ifahi xalq ədəbiyyatında ədəbi növlər və janrlar
Layla beşiyim, layla,
Evim, eşiyim, layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Nadir şah Əfşar
Azərbaycan tarixinin obyektiv tədqiq olunmamış dövrlərindən biri də cəmi 59 il ömür sürmüş, 37 yaşından Şəfəvi şahının yanında sərkədə kimi fəaliyyətə başlamış, 44 yaşından faktiki hakimiyyətə yiyələnmiş, 49 yaşında şah seçilərək 11 il şahlıq etmiş Nadir şah Əfşarın (1736-1747) hakimiyyəti illəridir.
İşğalçı yadelli, yoxsa milli qəhrəman
Rus və sovet tarixşünaslığında Azərbaycanın digər görkəmli şəxsiyyətləri və dövlət xadimləri kimi Nadir şahın fəaliyyəti də saxtalaşdırılmış, ona işğalçı, yadelli damğası vurulmuşdur. Çox təəssüf ki, həmin səhvlər çağdaş Azərbaycan tarixşünaslığında da davam etməkdədir. Hazırda Nadir şaha münasibətdə tarixçilər və əhali arasında müxtəlif fikirlər mövcuddur. Bəziləri onu Səfəvilər sülaləsinə xəyanətdə, bəziləri mərkəzi hakimiyyətə tabe olmaq istəməyən, müstəqillik əldə etməyə çalışan Azərbaycan xanlarına düşmən münasibətdə, bəziləri işğalçılıqda ittiham edirlər.
Onun haqqında özünün sifarişi ilə «Tarix-i Nadir» kitabı və Hind şairi Məhəmməd Əli bəyin «Şahnamə-yi Nadir» poeması yazılmışdır. Bundan başqa Abasqulu ağa Bakıxanovun «Gülüstan-i İrəm», Nəriman Nərimanovun «Nadir şah» əsərləri Nadir şahın fəaliyyətinin öyrənilməsi üçün əhəmiyyətlidir.
Son vaxtlar bəzi qərb müəlliflərinin Nadir şah və digər şəxsiyyətlər haqqında yazdıqları kitabların təcrümə olunması müsbət qiymətləndirilməlidir. Məsələn, Kembric Universitetinin professoru Loupensi Lokkartın 1938-ci ildə yazdığı «Nadir şah. İlkin mənbələr əsasında tənqidi tədqiqat» kitabının 2005-ci ildə rus dilinə tərcümə edilməsi və həmin kitabın müəyyən ixtisarlala azərbaycan dilinə tərcümə edilərək «525-ci qəzetin» 2005-ci ilin aprel-may aylarının şənbə saylarında dərc olunması Nadir şah haqqında oxucuların obyektiv məlumatlar almasına kömək göstərmişdir. Lakin buna baxmayraq son illər Azərbaycan tarixinə aid nəşr olunan və hazırda dərslik kimi istifadə olunan kitablarda Nadir şah haqqında sovet tarixşünaslığündan qalma səhv yanaşmalar davam etməkdədir. Məsələn, Nadir şahın 1735-ci ilin 8 iyununda Eçmiədzin yaxınlığındakı döyüşdə osmanlıları məğlub etməsi və onların Azərbaycanı tərk etməsinin Z.Bünyadov və Y. Yusifovun redaktorluğu ilə 1994-cü ildə nəşr olunmuş «Azərbaycan tarixi» kitabında şərhi rus və sovet taixşünaslığından fərqlənməyərək demək olar ki, onların təkrarıdır. Kitabda bu barədə belə yazılıb: «1735-ci ilin sonunda türk qoşunu büsbütün Ön Qafqazdan qovuldu. Lakin bu, heç də yerli xalq kütlələrinin azadlığa çıxması deyildi. Türk qoşununun Ön Qafqazdan qovulması ilə Azərbaycan xalqının İran müstəbidliyinə qarşı azadlıq mübarizəsinin yeni dövrü başladı. Azərbaycanda İran hakimiyyətinin bərpa olunması xalqı yenidən İran zülmünə düçar etdi» (s.513) Fikrimizcə Nadir şahın mərkəzləşmiş dövləti möhkəmləndirmək istiqamətindəki fəaliyyətini bu cür qiymətləndirmək obyektivlikdən tamam uzaqdır və məsələyə bu cür yanaşılması kökündən səhvdir.
Azərbaycan tarixinin şərəfli səhifələrini təşkil edən Eldəgizlər, Qaraqoyunlar, Ağqoyunlular, Səfəvilər kimi Əfşarlar və Qacarların da hakimiyyət dövrləri bizə yad olmayıb xalqın tarixinin tərkib hissəsidir. Hər bir vətəndaş bu tarixi dərindən öyrənib bu cür qüdrətli dövlətlərin varisi olduğu ilə fəxr etməlidir.
Bəs Nadir şah Əfşar kim olmuşdur?
XVIII əsrdə dünyanın ən görkəmli hökümdarlarından biri Nadirqulu İmamqulu oğlu Əfşar 22 oktyabr 1688-ci ildə Xorasanın Dərəgəz vilayətinin Dəstgird kəndində anadan olmuşdur. O, Azərbaycan xalqının tərkib hissəsini təşkil edən türk tayfalarından biri olan Əfşarlar tayfasına mənsubdur. Tarixçi Rəşidəddin Fəzlullah əfşarları «düzənlikdə yaşayan türk xalqları» kimi səciyyələndirmişdir. Avşar sözünün « öz işini cəld görən» mənası verdiyni də iddia edənlər var. Afşarlar tayfasının adı türklərin əfsanəvi əcdadı Oğuzun ordusunun sağ cinahında vuruşmuş igid sərkərdə Avşarın adından götürüldüyü də etimal olunur.
1738-ci ilin dekabrında Nadir şahla Osmanlılar arasında bağlanmış müqavilədən sonra, o, türk Sultanına məktub yazaraq türklərlə türkmanlar arasında doğmalıq olduğunu bildirir və özünü birmənalı olaraq ikincilərə aid edirdi. Nadir danışıqlarda türk dilindən (cağatay yaxud, şərqi türk dilindən) istifadə etməyə üstünlük verirdi, amma eyni zamanda fars dilini də mükəmməl bilirdi.
Şah II Təhmasibin qoşununda 1726-cı ildə sərkərdə kimi fəaliyyətə başlamış Nadir xanın komandanlığı altında qoşunların müqəddəs Məşhəd şəhərini düşmənlərdən azad etməsi, daha sonra Heratı tutması onun nüfuzunu daha da artırmışdı.
Nadir 1732-ci ilin avqusunda şah II Təhmasibi devirərək onun azyaşlı oğlu III Abbası şah elan etməklə real hakimiyyəti ələ keçirir. O, 1733-cü ildə Bağdad yaxınlığında osmanlıları məğlub etmiş, 1735-ci ilin martında Gəncə yaxınlığındakı düşərgədə Rusiya səfiri Sergey Qolitsınla müqavilə imzalamışdı. Bu müqaviləyə əsasən Bakı və Dərbənddən rus qoşunları çıxarıldı.
Nadir xan 1736-cı ilin fevralında Muğan qurultayında özünü şah elan etdi. Nadirin şah seçilməsini qanunuz sayan Qacar Ziyadoğlular soyundan olan Qarabağ-Gəncə bəylərbəyləri ona qarşı çıxdılar. Onlar iki yüz ilə yaxın irsən Xram çayının üstündəki «Sınıq körpü» («Qırmızı körpü»)-dən Xudafərin körpüsünə kimi uzanan torpaqları, Gəncə şəhəri də daxil olmaqla idarə edirdilər. Nadir Ziyadoğlularına qarşı açıq cəza tədbiri həyata keçirməkdən çəkinsə də, onların gücünü, gəlir və qazanc mənbələrini sarsıtmağa çalışdı. O, Qazax və Borçalı əhalisini Gürcüstan valisinin tabeliyinə verdi. Qarabağ-Gəncə bəylərbəylərinin arxası olan Cavanşir, Otuziki, Kəbirli mahallarının əhalisini Xorasana sürgün etdi. Qarabağın xristian (Vərəndə, Crabert, Gülüstan, Dizak və Xaçın) məliklərini bəylərbəylik tabeliyindən çıxarıb birbaşa şah idarəçiliynə qatdı. Tarixçi Mirzə Adıgözəl bəy bu münasibətlə yazırdı: «Beləliklə, Gəncə xanlarının ixtiyarları tamamilə əllərindən çıxdı. Səlahiyyətləri alındığından, qol qanadları sındı və çox pərişan oldular.»
Səfəvilər sülaləsinin hakimiyyətinə son qoyulması və Nadirin özünü şah elan etməsilə mərkəzləşmiş dövlətin öz nüfuzunu bərpa etməsi uğrunda mübarizənin yeni dövrü başlandı.
Nadirin xidmətləri
Nadir şah hakimiyyəti ələ aldıqdan sonra mərkəzləşmiş dövləti möhkəmləndirmiş, onun sərhədlərini daha da genişləndirmişdir. O, 1737-1739-cu illərdə Əfqanıstana yürüş etmiş, Hindistanda Dehlini tutmuş, 1742-ci ildə Buxara və Xarəzmi ələ keçirmişdi.
Nadir şahı qərb tarixçıləri Napoleon Bonapart, Böyük Fridrix, Hannibal, Velinqtonla, şərq tarixçiləri isə Makedoniyalı İsgəndər, Əmir Teymurla müqayisə edirlər.
Onun həyata keçirdiyi müsbət işlərə konkret olaraq aşağıdakıları aid etmək olar:
— Keçmiş inzibati ərazi bölgüləri – Şirvan, Qarabağ, Çuxur – Səd və Təbriz bəylərbəyiklərini ləğv edərək ilk dəfə olaraq Azərbaycan adı altında vahid inzibati bölgü yaratmışdı;
— Osmanlılarala məzhəb ayrılığna son qoymaq və düşmənçiliyi aradan qaldırmaq üçün bütün əhli sünnət üçün İmam Cəfəri Sadiq məzhəbinin qəbul edilməsini təklif edirdi. (Nadirin din islahatı təkcə Azərbaycan üçün deyil, bütün İranın gələcəyi üçün böyük rol oynaya bilərdi. Abbasqulu ağa Bakıxanov təəssüflə yazırdı: « Lakin bu məsələ dəfələrlə Osmanlı dərbarına təqdim edilsə də qəbul olunmadı»);
-Erkən yaşlarından böyük fiziki qüvvəyə və dözümə malik olmuş, ömrünün 37 ilindən artığını xarici işğalçılara və ölkə daxilində mərkəzi hakimiyyətə tabe olmayan yerli əyanlara qaşı 120-dən artıq müharibə apararaq Səfəvilər hakimiyyətinin sonlarında dağılmaqda olan mərkəzləşmiş dövlətin ərazilərini daha da genişləndirmiş, onu qoruyub saxlamış və nüfuzunu daha da artırmışdı;
— Yürüşlərdə bütün döyüşçülər kimi sadə şəraitdə yaşamışdı;
-Yeni Şamaxı, Nadirabad, Xivaqabad şəhərlərini, Dəstgirdəki mövludxananı Kelatda xəzinəni, Qəzvində və Mazandarandakı Əşrəfdə sarayları tikdirmiş, Məşhəddəki İmam Rza məqbərəsini genişləndirmişdir;
— Məşhədin İmam Rza məscidinin Şah kitabxanasına ən çox ianə vermiş və bura 400 əlyazma bağışlamışdır;
— Özünün xristian təəbələrinə çox dözümlə yanaşırdı, onların azad etiqad hüquqa hörmət edirdi;
— İncili, Tövratı və Quranı təcrümə etdirmişdir və s.
Şifahi xalq ədəbiyyatında ədəbi növlər və janrlar
İstər şifahi xalq ədəbiyyatında, istərsə də yazılı ədəbiyyatda üç ədəbi növ vardır: lirik, epik, dramatik.Folklorun lirik növünün janrları: nəğmələr, mahnılar, bayatılar, ağılar, vəsfi-hallar, laylalar, oxşamalar, yanıltmaclar və s.Folklorun epik növünün janrları: nağıllar, əfsanələr, lətifələr, dastanlar.Folklorun dramatik növünün janrları: xalq oyun-tamaşaları, kukla teatrı tamaşaları.
Nəğmələr – Lirik növün ən qədim janrlarından biridir. Məzmunca bir neçə növü vardır: əmək nəğmələri, mərasim nəğmələri, mövsüm nəğmələri, qəhrəmanlıq nəğmələri. Əmək nəğmələrinin ilk nümunələri qədim insanların birgə əmək prosesində yaranmışdır. Holavarlar və sayaçı sözləri əmək nəğmələrinə daxildir. Holavarlar cütçülük və əkinçiliklə, sayaçı sözləri isə qoyunçuluqla bağlı yaranan nəğmələrdir.
Qara kəlim aranda,
Çıxar gün qızaranda.
Xodaq murada çatar,
Kəlindən bar alanda.
Nənəm, a ağbaş qoyun,
Qarlı dağlar aş, qoyun.
Yağından plov olar,
Quyruğundan aş, qoyun.
Mərasim (məişət) nəğmələri insanların məişəti və dünyagörüşü ilə bağlıdır. Toy mərasimlərində oxunan nəğmələr də mərasim nəğmələridir. Mövsüm nəğmələri daha çox qışın bitməsi və Yeni ilin – Novruzun gəlişi ilə bağlıdır. Qəhrəmanlıq nəğmələrinə, əsasən, Koroğlu, Qaçaq Nəbi haqqında yaranan nəğmələr daxildir.
Mahnılar. Bəzən nəğmələr də adlanan mahnılar nisbətən sonrakı dövrlərdə yaranmışdır. Mahnılar nəğmələrdən fərqli olaraq, musiqi ilə ifa olunur. “Qaragilə”, “Evləri var xana-xana”, “Apardı sellər Saranı”, “Ay bəri bax, bəri bax”, “Küçələrə su səpmişəm”, “Buleyli”, “İrəvanda xal qalmadı”, “Aman nənə”, “Ay lolo”, “Sona bülbüllər”, “Süsən sünbül” və s. ən məşhur xalq mahnılarıdır.
Bayatı. Bayatıların çoxu məzmunca qəmli, kədərli və həzin olur. Qürbət sıxıntısı, ayrılıq, Vətən məhəbbəti ilə bağlı bayatılar daha çoxdur. Məsələn:
Əziziyəm, dilən gəz,
Bağda gülü dilən gəz.
Qürbətdə xan olunca,
Vətənində dilən gəz.
Məhəbbət mövzusunda olan və ictimai məzmunlu bayatılar da çoxdur. Bayatı dörd misradan ibarət olur: birinci, ikinci və dördüncü misralar qafiyələnir, üçüncü misra isə sərbəst olur. Bayatının qafiyə quruluşu bu şəkildə olur: aaba. Bayatıların ilk misraları, bir qayda olaraq, “Mən aşiq”, “Mən aşiqəm”, “Əzizinəm”, “Eləmi” sözləri ilə başlanır. Bayatının forma növlərindən biri də ilk misrası ancaq qafiyədən ibarət olan növdür. Bu cür bayatılara daha çox Kərkük folklorunda rast gəlinir. Bayatıda adətən birinci və ikinci misralar əsas mənanı ifadə etmək üçün hazırlıq rolunu oynayır.
Ağılar. Bayatı şəklində olur və yas mərasimində ifa olunur. Ağılarda qəm, kədər hissləri üstünlük təşkil edir. Vəsfi-hal da bayatı şəklində olur. Fala baxdırma, bəxti, taleyi müəyyənləşdirmə ilə bağlı oxunan mərasim nəğməsidir.
Layla. Ananın və ya nənənin körpə uşağı yatırmaq üçün beşik başında oxuduğu nəğməyə deyilir. Laylalar bayatı şəklində olur. Lakin çox vaxt ona nəqarət hissəsi də əlavə edilir. Məsələn:
Layla beşiyim, layla,
Evim, eşiyim, layla.
Sən get şirin yuxuya,
Çəkim keşiyin layla.
Balam layla, a layla!
Gülüm layla, a layla!
Oxşamalar. Ananın körpə uşağı yuxudan oyanarkən onu əzizləmək, nazlamaq məqsədilə oxuduğu nəğməyə deyilir. Bu xüsusiyyətinə görə oxşamaya “nazlama” da deyilir. Məsələn:
Tüstüsüz damlar,
Sarı badamlar,
Tənbəl adamlar,
Bu balama qurban.
Tapmacalar. İnsanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan janrdır. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir və onun tapılması qarşı tərəfdən tələb olunur. Nəsrlə olan tapmacalar da var. “Mən getdikcə o da gedir”(Kölgə).
Atalar sözləri və məsəllər. Atalar sözləri xalqın həyatda sınanmış, müdrik və nəsihətli fikirlərindən ibarət olur və böyük əxlaqi-tərbiyəvi əhəmiyyət daşıyır. Əsas xüsusiyyəti həcmcə kiçikliyi, lakin mənaca hikmətli və nəsihətli olmasıdır. Xalqın uzun əsrlər boyu əldə etdiyi təcrübələrin ümumiləşmiş yekunu, nəticəsi olan atalar sözü və məsəllər türk xalqları arasında geniş yayılmış, bir çox hallarda cəmiyyətdə əxlaq kodeksini əvəz etmişdir. Bu janrın ilk örnəkləri Mahmud Kaşğarinin “Divanu lüğət-it-türk”, “Kitabi-Dədə Qorqud” kimi klassik yazılı abidələrdə özünə yer tapmışdır. Oğuz tayfalarının müdrikliyini ifadə edən xüsusi atalar sözü topluları – “Oğuznamə”lər də Azərbaycan folklorunun qiymətli abidələrindəndir.
Məsəllər yığcamlığına və hikmətli məzmununa görə atalar sözlərinə oxşasa da, ondan fərqlənir. Atalar sözlərindən fərqli olaraq, məsəllərdə fikir bitkin olmur və müstəqil işlənə bilmir. Məsəl müəyyən bir hadisə və lətifə ilə bağlı olur və məzmunu yalnız müəyyən izahatdan sonra aydınlaşır. Məsələn: “Sən çaldın”, “Qələt yağ küpəsindədir” məsəlləri Molla Nəsrəddin lətifələri ilə bağlıdır.
Əfsanələr. Əfsanələri başqa epik janrlardan fərqləndirən başlıca əlamət – onda fantastik element və hadisələrin iştirak etməsidir. Eyni əlamətin daşıyıcısı olan sehirli nağıllardan fərqli olaraq, əfsanələrdə süjet bitkin xarakter daşımayıb, yalnız bir fraqment şəklində olur. Epik növün bu janrı daha çox xalqın tarixini, dünyagörüşünü, xəyal və arzularını özündə əks etdirir. Azərbaycan əfsanələri, əsasən, aşağıdakı mövzulardadır:
1. Heyvanlar, quşlar haqqında
2. Güllər, çiçəklər, ağaclar haqqında
3. Yer adları haqqında
4. Tayfa, el, xalq, nəsil haqqında
5. Səma cisimləri haqqında
6. Tarixi şəxsiyyətlər haqqında
7. Nizami mövzuları haqqında
8. Ailə-məişət məsələləri və dini baxışlar haqqında.
Azərbaycan ədəbiyyatının qaynağında zəngin və dərin məzmunlu Azərbaycan folkloru durmaqdadır. Mifoloji-bədii dünyagörüşün izləri folklorda və klassik ədəbiyyatda indi də özünü büruzə verməkdədir. Azərbaycan mifologiyası Qədim hind, Qədim yunan mifologiyası qədər sistemli və bütöv xarakter daşımır. Ancaq Azərbaycan folklorunda Azərbaycan mifologiyasının izlərini aşkar etmək mümkündür. Bunlar daha çox kosmoqonik və mövsümi, eləcə də etnoqonik miflərin müəyyən detallarını özündə daşımaqdadır. İnsan cəmiyyətinin ilkin formalaşma dövrünün bədii təfəkkür məhsulları olan bu mifik ünsürlərdə kosmosla xaos, yəni dünya düzəni ilə qarmaqarışıqlıq, nizamsızlıq, dünya düzəninin bu nizamsızlıqdan yaranması və eyni münasibətlərin insan cəmiyyətində əks olunması özünə yer tapmışdır.
Mifik dünyagörüşündə insan cəmiyyətində kosmos, yəni əksər insanlar tərəfindən qəbul edilmiş qayda-qanunlar toplusu əsas etibarilə cəmiyyətin aparıcı nizamını – ailə, məişət, insanla təbiət arasında qarşılıqlı anlaşma proseslərini əhatə edir. Mifoloji dünyagörüşünün ayrı-ayrı ünsürləri indiyə qədər folklorun ovsun, alqış, qarğış, rəvayət, qodu və sayaçı mərasimi ilə ilgili mətnlərdə qorunub saxlanmışdır. Azərbaycan mifoloji mətnlərinin əksəriyyətində qədim türk mifoloji düşüncəsi aparıcı motiv kimi çıxış edir. Bunu istər dünyanın yaranması ilə bağlı olan kosmoqonik miflərdə, istər etnosun mənşəyi ilə bağlı olan etnoqonik miflərdə, istərsə də mövsümi proseslərlə əlaqədar olan təqvim miflərində görmək mümkündür. Mifoloji mətnlərin yaranması və onların folklor mətnlərində ünsürlər şəklində qorunub saxlanması ibtidai insanın təbiətə və təbiət qüvvələrinə baxışı ilə sıx əlaqədardır.
Nağıllar. Şifahi xalq ədəbiyyatının epik növünün ən qədim və daha çox yayılmış janrıdır. Nağıllarda xalqın həyatı və məişəti dünyagörüşü və inancları, arzu və xəyalları əks olunmuşdur. Nağıllar mövzu və məzmunca iki növə bölünür: əfsanəvi nağıllar və realist nağıllar. Əfsanəvi nağıllarda sehrli qüvvələr – uçan xalça, sehirli papaq, sehrli tütək, divlər, yeddibaşlı əjdahalar, əfsanəvi quşlar və s. iştirak edirlər. Realist nağıllar daha çox inandırıcı, real hadisələrdən bəhs edir və ailə-məişətlə bağlı olur. Nağılların çoxu “biri varmış, biri yoxmuş” sözləri ilə başlanır və rəvayət şəklində söylənilir. Bəzən nağılların əvvəlində gülməli məzmunlu və qaravəlli adlanan giriş hissəsi də olur.
Lətifələr. Qaravəlli kimi yumoristik, satirik məzmun daşıyır.Lətifələrdə dövrün eybəcərlikləri, ictimai həyatdakı yaramazlıqlar gülüşdoğurucu şəkildə tənqid edilir. Lətifələrdəki gülüş həm incə yumor,həm də acı istehza və kinayə şəklində olur. Lətifələrin çoxu Molla Nəsrəddinin adı ilə bağlıdır. Azərbaycan lətifələrinin bir hissəsi də Bəhlul Danəndə ilə bağlı yaranmışdır. Lətifələr həcmcə qısa olur və adətən, nəsr şəklində söylənilir.
Dastanlar. Azərbaycan folklorunun özəlliklərindən birini – onun başqa türk xalqlarının folkloru ilə ortaq cəhətlərə malik olması təşkil edir. Bu xalqların şifahi söz sənətində bir çox mətnlərin üst-üstə düşməsi həmin örnəklərin vahid etnocoğrafi məkanda meydana gəlməsini göstərir. Ortaq türk folkloruna aid olan dastanlar arasında “Oğuznamə”lər xüsusi bir silsilə təşkil edir. “Köç”, “Ergenekon”, “Şu”, “Qayıdış” kimi dastanlarda isə bütöv şəkildə prototürklərin mühüm problemləri öz bədii-mifoloji əksini tapmışdır. Həmin dastanların çoxu xülasə şəklində XI yüzillikdə yaşayıb-yaratmış türk alimi Kaşğarlı Mahmudun “Divanu lüğət-it-türk” (“Türk dilinin divanı”) əsərində öz əksini tapmışdır. Bu dastanlar xalqların böyük hicrəti dövrünün bədii-mifik dünyagörüşünü özündə saxlamaqdadır.
Şifahi xalq ədəbiyyatının həcmcə ən böyük janrıdır. Ədəbiyyatşünaslıqda dastana epos da deyilir. Başqa janrlardan fərqli olaraq, dastanda həm nəsr,həm də nəzm hissələri olur. Dastandakı hər hansı bir əhvalat, hadisə nəsrlə söylənilir və yeri gəldikcə mövzu ilə bağlı şe”r parçaları da verilir. Bu xüsusiyyətinə görə dastan bə”zən epik-lirik adlanan xüsusi bir ədəbi növə aid edilir. Dastanın nəzm hissəsi, adətən, qoşma və gəraylılardan ibarət olur və saz havası üstündə oxunur. Dastanlar mövzu və məzmunlarına görə iki növə bölünür: qəhrəmanlıq dastanları, məhəbbət dastanları. Qəhrəmanlıq dastanlarında xalqın həyatı ilə bağlı tarixi hadisələrdən, onun haqq-ədalət və azadlıq uğrunda apardığı mübarizədən bəhs edilir.Belə dastanların qəhrəmanları xalq içərisindən çıxmış mərd və igid insanlar olur. Ən məşhur qəhrəmanlıq dastanları “Kitabi-Dədə Qorqud”, “Koroğlu”,və “Qaçaq Nəbi”dir. Qəhrəmanlıq dastanları, əsasən, xalq qəhrəmanları haqqında olan rəvayət və nəğmələr əsasında yaranır.
Məhəbbət dastanları sayca qəhrəmanlıq dastanlarından çoxdur. Bu dastanlarda əsas mövzu sevən gənclərin saf və təmiz məhəbbəti, düz ilqarı, vəfa və sədaqətdir. Dastan qəhrəmanları daha çox sazın və sözün gücü ilə qalib gəlirlər. “Qurbani”, “Abbas və Gülgəz”, “Aşıq Qərib”, “Tahir və Zöhrə”, “Şah İsmayıl” dastanları ən çox yayılmış məhəbbət dastanlarıdır. Məhəbbət dastanları, ən”ənəvi olaraq ustadnamə ilə başlayır və duvaqqapma ilə bitir. Ustadnamə-hikmətli məzmunlu qoşmaya deyilir. Duvaqqapmada isə sevgililərin bir-birinə qovuşması təriflənir. Duvaqqapmalar könül açan, şən məzmun daşıyır və müxəmməs şəklində olur.
Bir sıra xalq dastanları əsasında operalar yazılmışdır: Ü.Hacıbəyov -“Koroğlu”, Z.Hacıbəyov – “Aşıq Qərib”, M.Maqomayev – “Şah İsmayıl” və s. Məhəbbət dastanlarından fərqli olaraq, “Koroğlu” müxtəlif qolların toplusu olmaqla “Dədə Qorqud” dastanlarının ənənəsini davam etdirir və buna görə də epos adlanır. “Koroğlu” eposunun süjetində konkret tarixi hadisə – XVI-XVII yüzilliklərdə Türkiyə və Azərbaycanda baş vermiş Cəlalilər üsyanı dursa da, formalaşma prosesində abidəyə bir sıra əlavə süjetlər artırılmış, bəzi hallarda mifik motivlərdən də istifadə edilmişdir.
Xalq dramları. Xalqın qədim adət və ənənələri ,mərasim və ayinləri əsasında yaranmış və bayramlarda, el şənliklərində icra edilmişdir. Xalq dramlarına xalq oyun- tamaşaları da deyilir. Ən qədim xalq oyun tamaşalarından biri “Kilimarası”dır. “Kosa-Kosa”, “Qodu-qodu”, “İki qardaş”, “Xəsis”, “Keçəl” oyun-tamaşaları da xalq dramlarıdır. Xalq dramlarında, adətən, nəsr və nəzm hissələri olur. Ailə-məişət mövzusunda da xalq oyun – tamaşaları vardır.
Aşıq yaradıcılığı. Azərbaycan şifahi xalq ədəbiyyatının ayrıca bir sahəsi-qolu da aşıq yaradıcılığıdır. Qədim dövrlərdə “ozan”, “dədə”, “varsaq”, “yanşaq” adları ilə tanınan aşıq öz yaradıcılığında musiqini, rəqsi və şeri birləşdirən el sənətkarıdır. Aşıq həm də şifahi xalq ədəbiyyatı nümunələrinin ifaçısı, söyləyəni və yayanı kimi tanınır. Özləri şeir qoşub yazdıqları şerləri oxuyan aşıqlar ustad – yaradıcı aşıq adı ilə tanınırlar. Qurbani, Aşıq Abbas Tufarqanlı, Xəstə Qasım, Aşıq Alı, Aşıq Ələsgər belə ustad – yaradıcı aşıqlardır. Ustad aşıqların sənətini ifa edən, yayan aşıqlara isə ifaçı aşıq deyilir.
Azərbaycan folklorunda ilk ustad aşıq kimi Qurbaninin adı çəkilir. Əslən Qarabağın Cəbrayıl bölgəsindən olan aşıq Qurbani Şah İsmayıl Xətaidən (1487-1524) yaşca bir qədər böyük olmuş və onunla müəyyən münasibətləri olmuşdur. Səfəvilərin tarixindən və “Qurbani” dastanından bu xalq sənətkarı haqqında müəyyən məlumatlar almaq mümkündür. Azərbaycan aşıq sənətinin üç yüz illik ənənələri XIX əsrdə Aşıq Ələsgər (1821-1926) kimi qüdrətli xalq sənətkarının yetişməsinə təkan vermişdir. Aşıq Ələsgərin yaradıcılığında lirik motivlə əxlaqi-didaktik motiv üzvi şəkildə bir-birinə qovuşmuşdur. Bu el sənətkarı özündən sonrakı aşıq ədəbiyyatının, eləcə də yazılı şeirin inkişafına böyük təsir göstərmişdir. 105 il ömür sürmüş aşığın yaradıcılığında bu dövrün bir çox tarixi hadisələri və şəxsiyyətləri öz əksini tapmışdır.
Aşıq yaradıcılığında qoşma, gəraylı, təcnis, cığalı təcnis, divani, müxəmməs kimi janrlar daha çox yayılmışdır. Aşıq şerinin əsas mövzuları saf məhəbbət və təbiət mənzərələrinin təsviri və tərənnümüdür. Azərbaycan şifahi xalq yaradıcılığı, xüsusən aşıq sənəti qonşu xalqların ədəbiyyatlarına da dərin təsir göstərmiş, bir sıra gürcü və erməni şairləri türk dilində yazıb-yaratmışlar. XVIII əsr erməni şairi Sayat Nova şeirlərinin əksəriyyətini indi onun nəvələrinin bəyənmədiyi türk (Azərbaycan) dilində qələmə almışdı.
Azərbaycan folklorunun ilk örnəkləri yazılı şəkildə qədim yunan tarixçisi Herodotun “Tarix” əsərində (e.ə. V əsr) bizə gəlib çatmışdır. Bunlar – qədim Azərbaycan dövləti Midiyanın süqutunun və İran dövləti tərəfindən işğalının səbəbləri haqqında xalq bədii təfəkkürünün məhsullarıdır. Bu əfsanələr “Astiyaq”, “Tomris” və başqa adlarla Herodotun əsərində yazıya alınmışdır. İndiki mənada tarix əsəri deyil, həm də bədii əsər qələmə almış Herodot, Azərbaycan əfsanələrini də yüksək bədiiliklə işləmiş və təsirli psixoloji səhnələr yaratmağa müvəffəq olmuşdur. “Tomris” əfsanəsi bu baxımdan daha diqqətəlayiqdir. İşğalçılıq məqsədi ilə Midiyaya hücum edib, ölkəni viran qoyan İran şahını məğlub etmiş Midiya sərkərdəsi – qəhrəman qadın Tomris onun başını kəsib bir qan tuluğuna salır ki, yeriklədiyi qandan “doyunca içsin. “
“Astiaq” əfsanəsində mifoloji qat daha güclüdür. Burada əsas hadisələr yuxugörmə və taleyin əvvəlcədən müəyyən edilməsi üzərində qurulmuşdur. İlahi qüvvələrin təyin etdiyi taleyin dəyişdirilməsində insanın nə qədər gücsüz olduğu – Astiaqın faciəsi örnəyində təqdim edilir. Eyni motivlər qədim dünyanın bir çox ədəbiyyatlarında, o sıradan antik yunan ədəbiyyatında geniş yayılmışdır.
Abbasağa Azərtürk
Hüseynov Abbasağa Əli oğlu (Azərtürk) — Azərbaycan şairi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1978).
Abbasağa Azərtürk – 1934-cü il noyabr ayının 24-də Cəlilabad şəhərində anadan olmuşdur.
Ədəbi fəaliyyətə 60-cı illərdən başlamışdır. İlk mətbu şeiri 1964-cü ildə çapdan çıxmışdır.
İlk kitabı “Atlılar” 1964-cü ildə işıq üzü görmüşdur. “Mənim qismətim”, “Od oğlu”, “Anama minnətdaram”, “Cəlilabad dastanı”, “Qaraçı nəğmələri” və “Qaya sükutu” kimi kitabların müəllifidir. Bu kitablarda toplanan şeir və poemalardan odlu-alovlu bir şairin vətəndaşlıq, azadlıq, insan və gözəllik haqqında bədii təsvir vasitələri ilə zəngin ürək sözləri toplanmışdir.
Abbasağa Azərtürk fəhləlikdən şeirə gələn şairlərdəndir. “Qaradağneft” mədənində operator köməkçisi, əsaslı təmir, geoloji-kəşfiyyat, baş tikinti idarələrində, şin və gəmi təmiri zavodlarında fəhlə işləmişdir.
Azərbaycan Dövlət Pedaqoji Universitetinin dil və ədəbiyyat fakultəsini bitirmişdi, 1968-ci ildən ömrünün sonunadək Cəlilabad şəhərindəki 7 saylı orta məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi olmuşdur. Abbasağa Azərtürk həm klassik, həm də müasir janrlarda özünəməxsus, orijinal şeirlər yazırdı.
8 avqust 1998-ci ildə Cəlilabad şəhərində vəfat etmişdir.
- Atlılar. Bakı: Azərnəşr, 1966, 30 səh.
- Mənim qismətim. Bakı: Azərnəşr, 1970, 80 səh.
- Od oğlu. Bakı: Gənclik, 1978, 85 səh.
- Anama minnətdaram. Bakı: Yazıçı, 1978, 177 səh.
- Cəlilabad dastanı (şeirlər və poemalar). Bakı: Yazıçı, 1988, 136 səh.
- Qaraçı nəğmələri. Bakı: Yazıçı, 1993, 235 səh.
Xarici keçidlər
Avqust 12, 2021
Ən son məqalələr
Sürücü
Sürüngəc
Sürünən
Sürünən kəklikotu
Sürünən mahoniya
Sürünən qarağac
Sürünənlər
Sürütlənmə qüvvəsi
Sürüşdürmə registri
Sürüşkən
Ən çox oxunan
Hoqvarts işçiləri
Hor
Hor adı
Horan.
Horadiz
abbasağa, azərtürk, hüseynov, abbasağa, əli, oğlu, azərtürk, azərbaycan, şairi, azərbaycan, yazıçılar, birliyinin, üzvü, 1978, abbasağa, əli, oğlu, hüseynovdoğum, tarixi, noyabr, 1934doğum, yeri, cəlilabad, azərbaycan, ssrivəfat, tarixi, avqust, 1998, yaşında,. Huseynov Abbasaga Eli oglu Azerturk Azerbaycan sairi Azerbaycan Yazicilar Birliyinin uzvu 1978 Abbasaga AzerturkAbbasaga Eli oglu HuseynovDogum tarixi 24 noyabr 1934Dogum yeri Celilabad Azerbaycan SSR SSRIVefat tarixi 8 avqust 1998 63 yasinda Vefat yeri Celilabad AzerbaycanVetendasligi SSRI AzerbaycanHeyat yoldasi XuramanUsaqlari Ulker Anar Eli TuralAtasi EliAnasi UrfetTehsili Azerbaycan Dovlet Pedaqoji UniversitetiIxtisasi Dil edebiyyat muellimiFealiyyeti Sair pedaqoqHeyati RedakteAbbasaga Azerturk 1934 cu il noyabr ayinin 24 de Celilabad seherinde anadan olmusdur Edebi fealiyyete 60 ci illerden baslamisdir Ilk metbu seiri 1964 cu ilde capdan cixmisdir Ilk kitabi Atlilar 1964 cu ilde isiq uzu gormusdur Menim qismetim Od oglu Anama minnetdaram Celilabad dastani Qaraci negmeleri ve Qaya sukutu kimi kitablarin muellifidir Bu kitablarda toplanan seir ve poemalardan odlu alovlu bir sairin vetendasliq azadliq insan ve gozellik haqqinda bedii tesvir vasiteleri ile zengin urek sozleri toplanmisdir Abbasaga Azerturk fehlelikden seire gelen sairlerdendir Qaradagneft medeninde operator komekcisi esasli temir geoloji kesfiyyat bas tikinti idarelerinde sin ve gemi temiri zavodlarinda fehle islemisdir Azerbaycan Dovlet Pedaqoji Universitetinin dil ve edebiyyat fakultesini bitirmisdi 1968 ci ilden omrunun sonunadek Celilabad seherindeki 7 sayli orta mektebde Azerbaycan dili ve edebiyyat muellimi olmusdur Abbasaga Azerturk hem klassik hem de muasir janrlarda ozunemexsus orijinal seirler yazirdi 8 avqust 1998 ci ilde Celilabad seherinde vefat etmisdir Kitablari RedakteAtlilar Baki Azernesr 1966 30 seh Menim qismetim Baki Azernesr 1970 80 seh Od oglu Baki Genclik 1978 85 seh Anama minnetdaram Baki Yazici 1978 177 seh Celilabad dastani seirler ve poemalar Baki Yazici 1988 136 seh Qaraci negmeleri Baki Yazici 1993 235 seh Xarici kecidler Redakte 1 Menbe https az wikipedia org w index php title Abbasaga Azerturk amp oldid 5807373, wikipedia, oxu, kitab, kitabxana, axtar, tap, hersey,
ne axtarsan burda
en yaxsi meqale sayti, meqaleler, kitablar, oyrenmek, wiki, bilgi, tarix, seks, porno, indir, yukle, sex, azeri sex, azeri, seks yukle, sex yukle, izle, seks izle, porno izle, mobil seks, telefon ucun, chat, azeri chat, tanisliq, tanishliq, azeri tanishliq, sayt, medeni, medeni saytlar, chatlar, mekan, tanisliq mekani, mekanlari, yüklə, pulsuz, pulsuz yüklə, mp3, video, mp4, 3gp, jpg, jpeg, gif, png, şəkil, muisiqi, mahnı, kino, film, kitab, oyun, oyunlar.
Comments are closed, but trackbacks and pingbacks are open.