Azərbaycan Milli Elmlər Akademiyası
1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1990-cı ildə professor elmi adını alıb.
Şamil Fətullayev-Fiqarov vəfat edib
AMEA-nın yaydığı xəbərə görə, Dövlət mükafatı laureatı, Əməkdarmemar, «Şöhrət» ordenli, AMEA Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, Azərbaycan Memarlar İttifaqının üzvü, akademik Şamil Fətullayev-Fiqarov martın 9-da ömrünün 87-ci ilində vəfat edib.
Şamil Fətullayev-Fiqarov 1928-ci il dekabrın 24-də Bakıda anadan olub.
1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Memarlıq-inşaat fakültəsini bitirib, 1956-cı ildə AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspirantı olub.
1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1990-cı ildə professor elmi adını alıb.
Elmi fəaliyyəti dövründə bir sıra mükafatlara layiq görülüb. 1986-cı ildə Azərbaycan SSRİ-nin «Şərəf nişanı» ordeni, 2000-ci ildə «Şöhrət» ordeni ilə təltif olunub. 2008-ci ildə Polşanın qızıl medalına layiq görülüb.
Azərbaycan memarlıq tarixinin XIX-XX əsr dövrlərinin tədqiqi məhz onun adı ilə bağlıdır.
Azərbaycan memarlığı və şəhərsalması tarixi üzrə böyükelmi biliyə malik olan Ş.Fətullayevin yaradıcılığı elmi məktəb olub. Bu məktəbin bazasında Zivərbəy Əhmədbəyov, Qasımbəy Hacıbababəyov, Kərbəlayi Səfixan Qarabağı, Məşədi Mirzə Qafar İzmaylov və s. kimi tanınmış memarların həyat və yaradıcılığı gənc alimlərin tədqiqat obyektinə çevrilib.
Azərbaycan milli memarlıq tarixinin dünya miqyasında təbliği istiqamətində də Ş.Fətullayevin xüsusi xidmətləri olub. O, müxtəlif ölkələrdə keçirilmiş beynəlxalq konfranslarda iştirak edib.
Alimin rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktoru yetişdirilib.
Ş. Fətullayev-Fiqarov 150-dən artıq elmi əsərin müəllifidir.
«XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı», «XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı», «Azərbaycan məscidləri», «İran şəhərləri Qacarlar dövründə», «Bakının Memarlıq ensiklopediyası», «Abşeron memarlığı», «Memar-Məşədi Mirzə Qafar İzmaylov» və s. monoqrafiyalar Azərbaycan memarlıq tarixi üçün dəyərli mənbədir.
Azərbaycan Milli Elmlər Akademiyası
Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü Şamil Seyfulla oğlu Fətullayev 24 dekabr 1928-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1953-cü ildə Azərbaycan Politexnik İnstitutunun Memarlıq-inşaat fakültəsini bitirmişdir. 1956-cı ildə AEA-nın Memarlıq və İncəsənət İnstitutunun aspirantı olmuş, 1963-cü ildə namizədlik, 1980-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, 1990-cı ildə professor elmi adını almışdır.
Ş.Fətullayev 2014-cü ildə həqiqi üzvü seçilmişdir.
Azərbaycan memarlıq tarixinin XIX-XX əsr dövrlərinin tədqiqi məhz onun adı ilə bağlıdır. Azərbaycan memarlığı və şəhərsalma tarixi üzrə dərin elmi biliklərə malik olan Ş.Fətullayev öz elmi məktəbini yaratmışdır. Məhz bu məktəbin elmi bazasında ilk dəfə tanınan Zivərbəy Əhmədbəyovun, Qasımbəy Hacıbababəyovun, Kərbəlayi Səfixan Qarabağinin, Məşədi Mirzə Qafar İzmayılovun və b. görkəmli memarlarımızın həyat və yaradıcılığı gənc alimlərimizin tədqiqat obyektinə çevrilmiş, dəyərli elmi əsərlər yazılıb çap etdirilmişdir.
Azərbaycan Dövlət mukafatı laureatı olmuş, Əməkdar memar adını almış, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının prezidenti, Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü (Rusiya), Türk İncəsənəti üzrə Beynəlxalq Konqresin həqiqi üzvü seçilmişdir.
Azərbaycan milli memarlıq tarixinin dünya miqyasında təbliğ olunmasında Ş.Fətullayevin xidmətləri böyükdür. Bu baxımdan o, Polşa (1971), İran (1991-1998), Türkiyə (1991), İordaniya (1996), Hollandiya (1999) və başqa ölkələrdə keçirilən beynəlxalq konfranslarda uğurla çıxış edərək Azərbaycan memarlığını layiqincə təmsil etmişdir.
Alimin rəhbərliyi altında 15 elmlər namizədi, 4 elmlər doktoru yetişmişdir. Ş.Fətullayev 150-dən artıq elmi əsərin müəllifidir. Onlardan «XIX-XX əsrin əvvəlləri Bakının şəhərsalma memarlığı» (1978), «XIX-XX əsrin əvvəlləri Azərbaycanın şəhərsalma və memarlığı» (1986), «Azərbaycan məscidləri» (1996), Tehranda çap olunmuş «İran şəhərləri Qacarlar dövründə” (2000), «Bakının Memarlıq ensiklopediyası» (1998), «Abşeron memarlığı» (2003, 2013), «Memar Məşədi Mirzə Qafar İzmaylov» (2013) monoqrafiyaları xüsusilə qeyd olunmalıdır.
Görkəmli alim elmi fəaliyyəti dövründə bir sıra mükafatlara layiq görülmüş, 1986-cı ildə «Şərəf Nişanı» ordeni, 2000-ci ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə «Şöhrət» ordeni ilə təltif olunmuşdur. Həmçinin 2008-ci ildə Polşa Respublikasının Qızıl medalına layiq görülmüşdür.
Akademik Şamil Fətullayev 2015-ci il mart ayının 9-da Bakı şəhərində vəfat etmişdir.
( 1928- 2015 )
Azərbaycan Prezidenti Şamil Fətullayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb
Azərbaycan Prezidenti Şamil Fətullayevin vəfatı ilə əlaqədar nekroloq imzalayıb Görkəmli alim, təvazökar və səmimi insan Şamil Seyfulla oğlu Fətullayevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır
10 Mart , 2015 19:16
https://static.report.az/photo/eaead608-4f59-48d2-99b1-31d6ac6c6d49.jpg
Azərbaycan Prezidenti İlham Əliyev, dövlət rəsmiləri və ictimai xadimlər respublikanın əməkdar memarı Şamil Seyfulla oğlu Fətullayevin vəfatı ilə bağlı nekroloq imzalayıb. “Report”un xəbərinə görə, nekroloqda deyilir: Azərbaycanın elmi ictimaiyyətinə ağır itki üz verib. Görkəmli memarlıq tarixçisi, dövlət mükafatı laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü, memarlıq doktoru, professor, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, respublikanın əməkdar memarı Şamil Seyfulla oğlu Fətullayev 2015-ci il martın 10-da ömrünün 87-ci ilində vəfat edib. Şamil Fətullayev 1928-ci il dekabr ayının 24-də Bakı şəhərində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, Azərbaycan Politexnik İnstitutunun memarlıq fakültəsində ali təhsil alıb, 1956–1959-cu illərdə isə Azərbaycan Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunda aspiranturada oxuyub. Əmək fəaliyyətinə 1954-cü ildə Bakı Dövlət Layihə İnstitutunda başlayan Şamil Fətullayev 1956-cı ildən etibarən taleyini Azərbaycan Elmlər Akademiyası ilə bağlayıb, burada aspirantura təhsilini başa vurduqdan sonra 1988-ci ilədək Memarlıq və İncəsənət İnstitutunda kiçik elmi işçi, baş elmi işçi və laboratoriya müdiri, 1988-1993-cü illərdə isə direktor vəzifələrində çalışıb. O, 1993-cü ildən ömrünün sonunadək həmin İnstitutda memarlıq, şəhərsalma tarixi və nəzəriyyəsi şöbəsinin müdiri olub. Şamil Fətullayev 1963-cü ildə namizədlik, 1979-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib, 1990-cı ildə professor elmi adını alıb. O, 1989-cu ildə memarlıq ixtisası üzrə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib. Akademik Şamil Fətullayev Azərbaycanda memarlıq tarixi və nəzəriyyəsi, eləcə də milli memarlıq abidələrinin bərpası sahəsində mühüm xidmətlər göstərmiş görkəmli elm xadimlərindəndir. Yarım əsrdən artıq bir müddəti əhatə edən elmi fəaliyyəti ərzində o, Azərbaycan memarlıq tarixinin müxtəlif mərhələlərini araşdıraraq milli memarlığın ayrı-ayrı dövrləri ilə bağlı sanballı əsərlər meydana gətirib. Alimin diqqət mərkəzində XIX əsrin sonu – XX əsrin əvvəllərində memarlıq-planlaşdırma quruluşunda ciddi dəyişikliklərin əmələ gəldiyi Azərbaycan şəhərlərinin tədqiqi dayanıb, Bakı şəhərinin memarlıq tarixi isə bir neçə kitabının başlıca mövzusunu təşkil edib. Azərbaycan memarlığı və şəhərsalma tarixinin araşdırılması istiqamətində əldə etdiyi nailiyyətləri ilə alim dövlət qoruğu kimi təsdiq olunmuş neçə-neçə memarlıq abidəsinin aşkara çıxarılmasında əhəmiyyətli rol oynayıb. Şamil Fətullayev əsas memarlıq üslubları və milli memarlıq ənənələrinə aid 100-dən artıq araşdırmanın və 9 monoqrafiyanın müəllifidir. Alimin “Bakının memarlıq ensiklopediyası” və bir sıra digər fundamental əsərləri xarici dillərə tərcümə edilərək nüfuzlu elm nəşriyyatlarında işıq üzü görüb və elmi ictimaiyyət tərəfindən böyük maraqla qarşılanıb. Mötəbər beynəlxalq simpozium və konfranslarda memarlıq və şəhərsalmanın aktual problemlərinə dair dolğun məruzələri ilə Azərbaycan elmini o, həmişə layiqincə təmsil edib. Məhsuldar elmi yaradıcılıqla yanaşı, yüksəkixtisaslı kadrların hazırlanması üçün də zəngin bilik və bacarığını əsirgəməyən Şamil Fətullayevin rəhbərliyi altında memarlıq üzrə çox sayda fəlsəfə doktoru və elmlər doktorları yetişdirilib. Akademik Şamil Fətullayevin çoxillik səmərəli elmi fəaliyyəti yüksək qiymətləndirilib. O, bir çox mükafatlara layiq görülüb, müstəqil Azərbaycan Respublikasının ali mükafatlarından olan “Şöhrət” ordeni ilə təltif edilib. Görkəmli alim, təvazökar və səmimi insan Şamil Seyfulla oğlu Fətullayevin xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır. Allah rəhmət eləsin! İlham Əliyev Artur Rasizadə Oqtay Əsədov Ramiz Mehdiyev Elçin Əfəndiyev Hacıbala Abutalıbov Fatma Abdullazadə Akif Əlizadə Əbülfəs Qarayev Abbas Ələsgərov Ömər Eldarov Rasim Əliyev Elbay Qasımzadə Gülçöhrə Məmmədova Ərtəkin Salamzadə Nazim Hacıbəyov.
Comments are closed, but trackbacks and pingbacks are open.