Press "Enter" to skip to content

Şefali palçıq vulkanları

2007-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.

Salyanda müalicəvi əhəmiyyətli palçıq vulkanları – Reportaj – VİDEO – FOTO

Dünyada məlum olan 800-dən artıq palçıq vulkanından 350-dən çoxu Azərbaycan ərazisində, 16 min kvadratmetr ərazidədir. Belə vulkanların olduğu rayonlardan biri də Salyandır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Salyanda Şirvan Dövlət Təbiət Qoruğundakı palçıq vulkanları 122 hektar ərazini əhatə edir. Ərazidə yerləşən Bəndovan dağında onlarla palçıq vulkanı bu gün də fəaliyyətdədir. Bəndovan palçıq vulkanı Bakı şəhərindən 80 kilometr cənub-qərbdə, dəniz sahilində yerləşir. Bu, morfoloji cəhətdən oturacağının diametri 2 kilometrdən çox olan dağdır. Dağın şimal-şərq və cənub-qərb yamacları dərin yarğanlarla parçalanıb. Mütləq hündürlüyü 47, nisbi hündürlüyü isə 87 metrdir. Zirvəsi kəskin dərə-təpəli yaylaşəkilli səthdir. Burada qaz, lil, neft qabarcıqlı bulanıq su çıxan çoxlu sayda qrifonlar və salzalar qrupu var. Bəzi salzaların diametri 1-2 metrdir. Vulkan brekçiyasının sahəsi 118 hektar, orta qalınlığı 35 metr, həcmi isə 412 milyon kubmetrdir. Buradakı vulkanlar bir neçə dəfə püskürüb.

Şirvan Milli Parkının direktoru Arzu Mustafayev deyir ki, dünyada olan palçıq vulkanlarının böyük əksəriyyəti – 70 faizə qədəri Azərbaycanda, xüsusən də Abşeron yarımadası, Qobustan ərazisi, Şirvan, Dağlıq Şirvan və Ceyrançöl ərazilərindədir. Dünyadakı ən böyük palçıq vulkanı – Toraqay da Azərbaycandadır. Palçıq vulkanları minlərlə mikroorqanizmlə zəngindir. Mütəxəssislərin fikrincə, palçıq tullantılarının tərkibində karbon, yod, bioloji aktiv maddələr, ion şəklində elementlər və insan orqanizmi üçün əhəmiyyətli olan yüzlərlə mineral var.

Həkim-terapevt Fatma Səmədzadə qeyd edir ki, palçıq vulkanları təkcə neft-qaz yataqlarının axtarışı üçün öyrənilmir. Palçıq vulkanlarının həm də müalicəvi əhəmiyyəti var. Salyan ərazisində təbii palçıq çıxır ki, bu da bir çox xəstəliklərin müalicəsinə kömək edir. Xüsusən sümük, oynaq sistemlərinin, sinir xəstəliklərinin müalicəsində çox gözəl təsirləri var.

Bəndovan palçıq vulkanı təkcə müalicəvi deyil, həm də turizm baxımından əlverişlidir. Arzu Mustafayev deyir ki, Azərbaycana gələn qonaqlar bu əraziyə böyük maraq göstərirlər.

Tarixçi Sahib Həsənov isə bildirir ki, palçıq vulkanları təkcə təbii fəlakət mənbəyi deyil, həm də insanların istifadə etdikləri qiymətli sərvətdir. Palçıq vulkanından istifadə etmək, dənizin havasını qəbul etmək həm yerli sakinlər, həm də turistlər üçün çox faydalıdır.

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Təbiət

Azərbaycan Respublikasında geniş yayılmışdır. Palçıq vulkanlarından başqa onların “pilpilə”, “yanardağ”, “bozdağ”, “axtarma”, “qaynaca”, və s. yerli adları da var. Azərbaycan Respublikasında 220-dən çox palçıq vulkanlar var (Abşeron yarımadasında, Qobustanda, cənub-şərq Şirvan düzənliyində, Samur-Dəvəçi ovalığında, Abşeron və Bakı arxipelaqlarında). Ən böyükləri Qalmas, Torağay, Böyük Kənizdağ və s. Çoxlu kəsik konus şəklindədir. Hündürlüyü 20-400 m, əsasının diametri 100-4500 m olur.

Quruda yerləşən palçıq vulkanlarından başqa, gömülmüş və dəniz palçıq vulkanları da məlumdur. Xəzər dənizində 140-dan çox sualtı palçıq vulkanı var. Bakı arxipelaqında səkkiz ada (Xəzər-Zirə, Zənbil, Qarasu, Gil, Səngi-Muğan, Çigmil və s.) palçıq vulkanı mənşəlidir. Gömülmüş palçıq vulkanları quyularla aşkar olunmuşdur. Onların fəaliyyətinin izlərinə müxtəlif yaşlı layların arasında rast gəlinir. Məlumatlara görə, Azərbaycan Respublikası ərazisində palçıq vulkanlarının ilk fəaliyyəti təqribən 25 mln.il əvvələ aiddir. Adətən palçıq vulkanlarının püskürməsi güclü yeraltı uğultu və partlayışlarla başlanır. Yerin dərin qatlarından yer səthinə çıxan qazlar alışır. Bəzən vulkan üzərində alovun hündürlüyü 1000 m-ə (Qarasu vulkanı) çatır. Azərbaycan Respublikası ərazisində 1810-cu ildən indiyə qədər 50 vulkan təqribən 200 dəfə püskürmüşdür. Lökbatan vulkanında 19 püskürmə qeydə alınmışdır. Palçıq vulkanları sülb, qaz və maye püskürür. Sülb püskürmə məhsullarında 100 dəfə artıq mineral və 30-a qədər mikroelement (bor, civə, manqan, mis, barium, stronsium, litium və s.) iştirak edir. Palçıq vulkanları mənşəcə neft və qaz yataqları ilə əlaqədardır. Palçıq vulkanlarının yerləşdiyi sahələrdə zəngin neft və qaz-kondensant yataqları aşkar edilmişdir (Lökbatan, Neft Daşları, Qaradağ, Mişovdağ və s.). Onların palçığı müalicə məqsədilə işlədilən qiymətli xammaldır.

2007-ci ildə “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu” yaradılaraq 52 palçıq vulkanına dövlət təbiət qoruğu statusu verilmişdir.

Palçıq vulkanı püskürdü – 15 dəqiqə davam edib

Bu gün saat 07 radələrində Keyrəki palçıq vulkanında püskürmə baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, vulkanın püskürməsi ümumən 15 dəqiqəyə yaxın olub. Vulkan püskürmə məhsulları şimal, şimal-şərq və şərq istiqamətlərində iki dil vasitəsilə 3,5 hektara yaxın əraziyə yayılıb. Püskürmə zamanı xaric olmuş püskürmə məhsullarının qalınlığı vulkan krateri zonasında 3 metrə yaxın, kənarlarında isə 0,2-0,3 metr təşkil edib.

Keyrəki palçıq vulkanı Bakı şəhərindən 12 km şimalda yerləşir. Qeyd edək ki, püskürmə zamanı yaxınlıqda yerləşən yaşayış məntəqələrinə hər hansı ziyan dəyməyib. Vulkanın yerləşdiyi tektonik çat zonasında bir neçə fəaliyyətdə olan palçıq vulkanı mövcuddur və onların da aktivləşmə ehtimalı artıb.

Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən püskürmə və onun nəticələri öyrənilir, müvafiq monitorinqlər həyata keçirilir.

Qeyd edək ki, Keyrəki palçıq vulkanı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Bakı və Abşeron yarımadasının palçıq vulkanları qrupu Dövlət Təbiət Qoruğu”nun ərazisinə daxildir.

Bu günədək vulkan 18 dəfə püskürüb. Sonuncu dəfə vulkanın püskürməsi 2014-cü ildə qeydə alınıb.

Comments are closed, but trackbacks and pingbacks are open.