Şirəbənzər
Tanınmış aktyorun iki gün öncə vəfat etdiyi məlum olub. Mərhum aktyor ötən gün dəfn olunub.
Bir cənub şəhərinin dünya vətəndaşı
Valya: – Mən səni hətta haqqında çox dəhşətli bir şey öyrəndiyim halda da sevə bilərəm.
Eldar: – Hətta mənim yaramaz olduğumu aşkar etsən də?
Valya: (çox ciddi): – Hə.
Eldar (gülür): – Təəssüf ki, bunu yoxlamaq mümkün deyil. Hər dəfə üzümü təraş edərkən güzgüyə rahat baxmaq
imkanım mənə o dərəcədə dəyərlidir ki, sənə təbiətinin genişliyini ifadə etmək imkanını yarada biləcəyim çətin
(“Qumluqdakı ev” pyesindən).
Və belə misallar çoxdur – Murad (“Şirəbənzər”), alay oğlu Kostya (“Unudulmuş avqust”), Murad (“9-cu Xrebtovı”), Seyfi və Murad (“İstintaq”), Suxov və Abdulla (“Səhranın bəyaz günəşi”), Əli və Mustafa (“Ad günü”), Murad (“Yaşıl qapı arxasında qadın”), Ənvər (“İşgüzar səfər”), Marat (“Park”), Yusif (“Ölsəm, bağışla”).
Bu cür Vətən daşlarının müəllifinin “Nizami” Kino Mərkəzindəki vida mərasiminə qənaətlərinə, prinsiplərinə sadiq, haqqı nahaqqın ayağına verməyən insanların alnıaçıq, üzüağ gəlməsi, (özünün dediyi kimi “. elə yaşamaq lazımdır ki, dəfninə ləyaqətli adamlar gəlsinlər. ”) qəhərdən boğulması, hönkürməsi mərhumun ruhunun birmənalı şəkildə təntənəsi idi.
Mədəniyyət naziri Anar Kərimov: “Bizim mədəniyyətimiz üçün böyük bir itki baş
verib. Kədərli günlərimizdən biridir. Azərbaycan mədəniyyətinin və incəsənətinin ən
görkəmli şəxsiyyətlərindən, parlaq simalarından biri, Rüstəm İbrahimbəyovu itirmişik.
Onun yaradıcılığı və fəaliyyəti barədə çox danışmaq olar. Həm Azərbaycan, həm də
dünya mədəniyyətinin zənginləşməsində onun əsərlərinin böyük rolu olub. Yazdığı
əsərlərlə həm bizim mədəniyyətimizi zənginləşdirib, həm də onu dünyada tanıtmağa
nail olub. Təbii ki, Azərbaycan kinosu deyəndə, bizim yadımıza onun şəxsiyyəti gəlir”.
2002-ci ildə keçirilən V “Şərq-Qərb” (festivalın adı R.Kiplinqin vaxtilə dediyi “Şərq Şərqdir, Qərb isə Qərb və onlar heç vaxt bir yerdə ola bilməzlər” fikrinə Bakımızın zatən müxalif olduğunu bir daha bəlirtmək üçün seçilib) Beynəlxalq Kinofestivalından bəri mədəniyyət yazarı olaraq hər il iştirak etdiyim sözün əsl mənasında bu kino bayramının, dünyanın seçilmiş müasir ekran əsərlərinin, dəyərli kino xadimlərinin “paradının” sonuncusunun, 2009-cu ildə baş
tutan XI “Şərq-Qərb”in reallaşmasının ilk günündə, Heydər Əliyev Sarayındakı açılış mərasimində festivalın təsisçisi və prezidenti dramaturq, rejissor, prodüser, Azərbaycanın Xalq yazıçısı, Amerika Kino İncəsənəti Akademiyasının üzvü, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov demişdi: “Çox arzulayıram ki, “Nizami”
kinoteatrı ən yüksək səviyyədə təmir və bərpa edilib “Nizami” Kino Mərkəzi kimi fəaliyyətə başlasın, biz də festivalımızı orda daha mükəmməl səviyyədə keçirək. ”.
“Nizami” Kino Mərkəzi əsaslı və zövqlə aparılmış təmir-bərpa işlərindən sonra fəaliyyətini 2011-ci ildə bərpa etdi. 2012-ci ilin yayında isə Rüstəm İbrahimbəyovun sənət dostu, Polşa kinosunun canlı klassiki Kşiştof Zanussi Bakıya gəldi. Səfərin məqsədi C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının bazasında kinorejissorlar üçün ustad dərslərini keçirmək idi. Bu təcrübə mübadiləsi Prezident İlham Əliyevin 4 avqust 2008-ci il tarixli sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan kinosunun 2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilirdi. “Nizami” Kino Mərkəzində təşkil edilmiş mətbuat konfransından sonra ondan aldığım eksklüziv müsahibənin “Siz ilk dəfə deyil ki Bakıdasınız. Ona görə şübhəsiz, Azərbaycan və Azərbaycan kinematoqrafı haqqında artıq müəyyən təsəvvürünüz formalaşıb” qeydimə pan Zanussi belə cavab vermişdi: “Ümumiyyətlə, hesab edirəm ki,
Azərbaycanda mədəniyyət sahəsində ən görkəmli sima Rüstəm İbrahimbəyovdur. Bir şəxsdə ssenari müəllifi, dramaturq, kinorejissor, teatr rejissoru, prodüsser kimi keyfiyyətlərin bu dərəcədə yüksək səviyyədə birləşməsi nadir haldır. Olduqca az ölkə tapmaq olar ki, dərin, daxili mədəniyyətə malik, üstəlik vətəninə hələlik yeganə “Oskar”ı bəxş etmiş (Rüstəm İbrahimbəyovun ssenari müəllifi olduğu “Günəşdən usanmışlar” filmi 1994-cü ildə “Ən yaxşı əcnəbi filmi” nominasiyasında qalib gələrək Amerika Kino Akademiyasının “Oskar” mükafatına layiq görülüb – red.) belə bir dahisi ilə fəxr etmək imkanına malik olsun. Mənim Azərbaycanla tanışlığım da məhz onun sayəsində baş tutub – təşkil etdiyi “Şərq-Qərb” kinofestivalının Münsiflər Heyətinin üzvü kimi Bakıya dəvət olunanda. Əslində, Azərbaycan kinosu haqqındakı təsəvvürüm də Rüstəm İbrahimbəyovun adı ilə bağlıdır. Bu adın nəinki Azərbaycan, dünya
kinematoqrafı üçün necə böyük əhəmiyyət kəsb etdiyini isə bildirdim”.
Ədəbiyyat, teatr və kino Adamı
Onu yalnız ədəbiyyata, yalnız kinoya və ya yalnız teatra aid etmək mümkün deyil. Ədibliyi, yazıçılığı kinodramaturgiyasını, kinorejissorluğunu, kinoprodüserliyini, ssenariçiliyini ikinci plana keçirmir, teatr dramaturgiyası, rejissorluğu, teatr rəhbərliyi bunların heç birinə uduzmur, biri digərini kölgədə qoymur. Bu sırada hətta ilk ixtisası olan dəqiq elmlər də var – Rüstəm İbrahimbəyov 1963-cü ildə Azərbaycan Neft və Kimya İnstitutunu bitirəndən sonra təhsilini Moskvada SSRİ Elmlər Akademiyasının Kibernetika İnstitutunun aspiranturasında davam
etdirib, bir neçə elmi məqalənin müəllifidir.
Rüstəm İbrahimbəyovun müəllifi olduğu 15 pyes dünyanın 100-dən çox teatrında tamaşaya qoyulub – “Yaşıl qapı arxasındakı qadın”, “Kaliforniyada dəfn”, “Qumluqdakı ev”, “Şirəbənzər”, “İlmə” və sair.
1981-ci ildə mərhum Prezident Heydər Əliyevin dəstəyi sayəsində ərsəyə gəlib ekranlara çıxan “İstintaq” ekran əsəri SSRİ Dövlət mükafatına layiq görülmüş yeganə Azərbaycan filmidir.
“Urqa – məhəbbət ərazisi” (1991) — ssenari müəllifi Rüstəm İbrahimbəyov, rejissoru Nikita Mixalkov olan və ABŞ-da “Cənnətə bağlı” (Close to Eden) adıyla tanınan bu film Venesiya Film Festivalının Qızıl Şir mükafatına, Avropanın ən yaxşı filmi kimi Berlində “Feliks” mükafatına, ən yaxşı xarici dildə tərcüməyə görə 1992-ci ildə “Amerika film”də Oskar mükafatına namizədliyi irəli sürülüb.
Ssenari müəllifi olduğu “Günəşdən usanmışlar” filmi (rejissor Nikita Mixalkov) 1994-cü ildə “Ən yaxşı xarici dilli film” kimi Oskar mükafatına, Münsiflərin Böyük Prizinə və 47-ci Kann Beynəlxalq Film Festivalında mükafata layiq görülüb.
Rüstəm İbrahimbəyovla Nikita Mixalkovun daha bir müştərək filmi olan “Sibir bərbəri” 1998-ci ildə Avropanın ən böyük büdcəli filmi sayılıb.
1999-cu ildə Rüstəm İbrahimbəyovun Sergey Bodrovla birgə ssenarisini yazdığı fransız direktivi Régis Wargnier olan “Şərq-Qərb” filmi ən yaxşı xarici film nominasiyasında “Oskar” mükafatına namizədlərdən biri olub.
Rüstəm İbrahimbəyovun ssenarisi əsasında çəkilmiş “Səhranın bəyaz günəşi” filmi indiyə qədər tamaşaçı marağını saxlamaqdadır.
2000-ci ildə İşıl Özgentürklə birgə yazdığı ssenari əsasında türkiyəli kinematoqrafçılar “Balalayka”, 2004-cü ildə isə qazax kinematoqrafçıları onun ssenarisi əsasında (prodüseri də özü idi) “Köçəri” filmini ərsəyə gətirdilər. Hər iki film “Şərq-Qərb” kinofestivalı çərçivəsində “Azərbaycan” kinoteatrında böyük uğurla nümayiş etdirilmişdi.
Ssenari müəllifi və rejissor olaraq (Eldar Şengelaya ilə birgə) sonuncu filmi gerçək əhvalatdan qaynaqlanan və deməli, gerçək simaları, real hadisələri göstərən “Qafqaz triosu” filmi oldu.
2001-ci ildə yaratdığı “İbRus” teatrı Azərbaycanın kamera teatrı estetikasında yeni səhifə açdı. Ən müxtəlif dövr və əsərlərə müraciət edib onları öz prizmasından keçirib elə təqdim etdi ki, teatr fəaliyyətinin bu səhifəsi də “oxunaqlı” və ən əsası ibrətamiz oldu. Rüstəm İbrahimbəyov “İbRus”da “Şirəbənzər”, “İvan Buninin sonuncu qarşıdurması”, “Tartüf Ağayeviç” kimi səhnə əsərlərinə quruluş verir, teatrın Azərbaycan aktyorlarından təşkil edilmiş truppası
paralel olaraq həm Bakıda, həm də Moskvada fəaliyyət göstərirdi. on ildən artıq müddət ərzində “İbRus” teatr aləmində Azərbaycanla dünya arasında ən dayanıqlı körpülərdən idi. Bu teatrın bərpası yaradıcısının mədəniyyətimizdəki misilsiz xidmətinə layiqli töhfə olar; Rüstəm İbrahimbəyov adına hüzn, keçmiş zaman kimi məfhumlar yaraşmasa da.
Azərbaycan Kinematoqrafçılar İttifaqı
1981- ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının V qurultayında qurumun İdarə Heyətinin birinci katibi kinodramaturq Rüstəm İbrahimbəyov seçilir. R.İbrahimbəyovun ömrünün sonunadək rəhbərlik etdiyi bu kino təşkilatında sələfi Həsən Seyidbəylinin yoluna sadiq qalaraq kino yaradıcılığında peşəkarlıq, kino qurumuna rəhbərlikdə mütərəqqi amalları gerçəkləşdirmək yolunda Kinematoqrafçılar İttifaqı İdarə Heyəti katibliyi Azərbaycan milli filmlərinin müsabiqəsini təsis etmiş (1990-cı illərdə bu müsabiqə “Qızıl Çıraq” adını almışdı, 2006-cı ildən isə “Qızıl Çıraq” Milli Kino Mükafatı olaraq hər il 2 Avqust – Milli Kino Günündə təqdim edilirdi), 1996-cı ildə MDB və Baltikyanı ölkələri Kinematoqrafçılar İttifaqları Konfederasiyasının dayağı sayəsində Azərbaycanda Dünya Kinosunun 100 illiyi Fondu və Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən “Şərq-Qərb” Beynəlxalq Kino Festivalını təşkil
etmişdi. əvvəllər Festivallar festivalı – “Filmfest” adı altında keçirilən bu kinoparad fəaliyyət konsepsiyasına, yəni son bir ildə dgər festivallarda uğur qazanmış filmlərin Bakı nümayişini təmin etmək xüsusiyyətinə uyğun olaraq 1999-cu ildə “Şərq-Qərb” adlandırılıb. Mərhum prezident Heydər Əliyevin 23 oktyabr 2001-ci il tarixli sərəncamı ilə festival ənənəsi statusu qazanıb. Nüfuzlu “Şərq-Qərb” kinofestivalı sonuncu dəfə 2009-cu ildə baş tutub. Rüstəm
İbrahimbəyov respublikada kinematoqrafiya fəaliyyətini nizamlayan qanunvericilik bazasının formalaşması təşəbbüsü ilə çıxış etmişdir; 1998-ci ildə AR Milli Məclisi “Kino haqqında” qanunu qəbul etdi.
2007-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqı tərəfindən AR prezidentinin “Azərbaycanda kino sənətinin inkişafı haqqında” 23 fevral 2007-ci il tarixli, 1993 nömrəli sərəncamı əsasında, Nazirlər Kabinetinin qərarına müvafiq olaraq Beynəlxalq Kino Məktəbi (rejissor və ssenari yazarlarının ali kursu) təsis olundu. Kino Məktəbinin tələbələri beş bölmədə təhsil alırlar: “Kinorejissorluq”, Kino dramaturgiya”, Prodüserlik”, “Kinoşünaslıq”, “Aktyor sənəti”,
“Animasiya və multimedia”. Ölkənin və dünyanın bir çox görkəmli kino xadimləri həm ustad dərslərində, həm də adi məşğələlərdə, dərs saatlarında bu kino peşələrinin sirlərini gənc kinematoqrafçılara öyrədirlər. Rüstəm İbrahimbəyov vəfatından bir neçə ay əvvəl mütəmadi Bakıya gəlib dərslərini keçirdi. Kino məktəbinin fəaliyyətinin davamı hər hansı
2008-ci ildə AKİ sədrinin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşü baş tutdu – ölkə başçısı Rüstəm İbrahimbəyovun təklif etdiyi 2008-2018-ci illərdə Azərbaycan kinosunun inkişafına dair Dövlət proqramı”nı təsdiqlədi.
Onun qarşıya qoyduğu məqsəd
Kinorejissor, ssenariçi, prodüser, Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov (məxsusi “Mədəniyyət/Culture” üçün): “Onunla əyani tanışlıq sürpriz olmadı, çünki əsərləri vasitəsilə çox tədqiq etmişdim. Tanışlıq isə o mənim filmlərimə baxandan sonra oldu – özü zəng etdi, xoş sözlər dedi, təkliflər verdi. İdarə Heyətinə üzv seçiləndə isə mən icalsda deyildim, katibliyə seçilməyim sürpriz oldu. O, adam tanıyan idi. Onun həyat taktikası
hücum idi. Hətta İttifaqla bağlı xahiş məktubu yazanda düzəlişlər edirdi ki, xahiş tonunda olmasın, təklif olsun, istədiyiniz iş kinomuzun xeyrinədirsə, deməli hamıya lazımdır. Mənə elə gəlir bu onun müharibə sonrası Bakı məhəllələrindəki gəncliyi ilə, boksçu təcrübəsi ilə bağlıdır.
Bir dəfə soruşdum, necə olur, sırf təşkilatı işlərin dalğasındaykən tez bir zamanda yaradıcı dalğaya köklənə bilirsiniz. Dedi, mən axı yaradıcı dalğadan çıxmıram. Mən həmişə yaradıcı dalğada oluram, sadəcə o dalğada ola-ola təşkilati işləri də edirəm. 83 yaşında da 45 yaşlı idarəçi kimi işləyirdi. Bir tərəfdən bu valeh edirdi, başqa tərəfdən çətinliklər də yarada bilərdi. O, tamaşalara quruluş vermiş rejissor kimi hər hansı bir layihəni, tədbiri tamaşa kimi görürdü və mahir rejissor kimi quruluş verirdi.
Onun İttifaqın qarşısında qoyduğu məqsəd – kino həyatımızı bütünlüklə müəyyən edə biləcək gücdə olmaq idi. İttifaq o qədər nüfuz qazanmalıdır ki, kinorejissor məmurdan asılı olmasın, əksinə məmur kinomuzun inkişafı üçün xidmət etsin”.
Paralel məfhumlar
Qışın son ayında, 1939-cu il fevralın 5-də dünyaya gəlib baharın birinci ayında, 2022-ci il martın 11-də haqq dünyasına qovuşdu. Sanki qışda dünyaya gəlmişdi ki, solmayan yaradıcılıq irsi, vətəndaşlıq və şəxsiyyət nümunəsi olsun, baharda əbədiyyətə qovuşdu ki, bunun məhz belə olduğunu bir daha xatırlatsın.
“. Elə çalışmaq istəyirəm ki, mətnlərimdə şifrələnmiş enerji oxucuya və tamaşaçıya əlçatan olsun. Yazıçılıq və
publisistika ilə məşğul olarkən mən yalnız bir vətəndaş olaraq sərbəst düşünmək hüququmu gerçəkləşdirirəm.
Cavanlıqdan belə yaşamağa adət etmişəm və hamı bilir ki, əsərlərimin uğura aparan yolu heç də hamar olmayıb. ” –
Rüstəm İbrahimbəyov.
Necə çalışmaq istəyirdisə, o cür də çalışdı, yaşadı, yaratdı. Sənətə, işə sadiqliyin nümunəsinə çevrildi. Yer kürəsinin paralellərindən vətəninin və özünün adını paralel keçirən dünya vətəndaşı azərbaycanlı yaradıcı insan olaraq onun ədəbiyyat, teatr, kino, pedaqogikada qoyub getdiyi iz silinməzdir. Bu iz zövq və peşəkarlıq nümunəsidir. Başqa sözlə, biz özümüzü bir daha onun xoşbəxt müasirləri hesab edə bilərik. Bu xoşbəxtliklərin səbəblərinə layiq olmağı
unutmamağı arzulayaq özümüzə.
Samirə Behbudqızı
Xankəndi
Məlumat üçün deyək ki, “Şekspir” əsəri öncə də müxtəlif quruluşlarda səhnə həyatı görüb. İlk dəfə Üns Teatrında Bəhram Osmanovun, daha sonra isə Akamedik Milli Dram Teatrında moldav rejissoru Petru Vutkereunun, habelə Moskvanının Dərviş teatrında, rejissor Mərdan Feyzullayevin “Simurq quşu” adı ilə quruluşlarda təqdim edilib.
Hər biri fərqli səhnə yozumu, səhnə tərtibatı, eləcə də aktyor oyunu ilə bir-birindən köklü şəkildə fərqlənir.
Bəs, rejissor, aktrisa Məlahət Abbasovanın Türkiyə səhnəsində hazırladığı tamaşanın özəlliyi nədən ibarətdir? Yaradıcı heyət əsər və obrazları barədə nə düşünür? Bütün bu sualları müsahiblərimiz elə məşq prosesi zamanı öz sözlərilə cavablayıblar.
MƏLAHƏT ABBASOVA: Azərbaycan əsərinin Türkiyə səhnəsində qoyuluşu ilk hadisə deyil. Daha öncələr də İstanbul teatrlarında Bəxtiyar Vahabzadənin “İkinci səs”, Rüstəm İbrahimbəyovun “Şirəbənzər”, Anarın “Təhminə və Zaur”, Elçin Əfəndiyevin “Ulduzlar altında cinayət” (“Qatil” – S.B.) əsərlərini hazırlaşmışdım. Hazırda üzərində işlədiyimiz “Şekspir” tamaşası da birbaşa İstanbul Bələdiyyəsi Şəhər Teatrının rəhbərliyindən gəldi. “Ulduzlar altında cinayət” tamaşası ilə Bakıya qastrola gəldiyimizdə Nərgiz Paşayevanıən dəvətilə Üns teatrında “Şekspir”ə baxıb elə oradaca qərarını vermişdi. Tamaşadan çıxan kimi “Məlahət, Türkiyəyə dönən kimi sənin ilk işin bu əsəri Türkiyə türkcəsinə uyğunlaşdırıb dövlət repertuarına vermək olacaq” demişdi. Mən də Turkiyəyə qayıdanda yönətmənimiz Hilmi Zəfər Şahinlə birgə əsəri türkcəyə uyğunlaşdırdıq. Repertuara təqdim edəndə də komissiyadan 98 faiz səslə keçdi. Aktyorlarımız da bu əsəri inanılmaz dərəcədə çox sevdilər.
Müəllifin Elçin Əfəndiyev olması isə ayrı bir üstünlükdür. Bütün əsərlərində olduğu kimi yazıçı bəşəri bir mövzuya toxunub. Yəni, sırf Azərbaycana xas özəllikləri olan yox, dünyəvi bir əsərdir. Azərbaycan dramaturgiyasının Türkiyədə tanınması isə qürurverici haldır. Bu işdə payım olduğu üçün çox xoşbəxtəm.
Mənim quruluşumdakı “Şekspir” digər rejissorların quruluşlarına bənzəməyəcək. Ən azından ona görə ki, hər baxımdan fərqlənəcək. Çünki, ideyam da, dünyagörüşüm də, tamaşaçılara vermək istədiyim mesaj da fərqlidir. Daha da detallı deyim. Əsərlə ilk tanışlığımda adının niyə “Şekspir” olmasını düşündüm. Amma sonra bu sirri anladım. Şekspir əsərlərini oxuyan hər kəs orada özündən bir parça görür. Və hətta fakt da var ki, ruhsal xəstələrin belə dəyişmə səbəbləri Şekspir əsərləri olub. Quruluşumdakı özəlliyə gəlincə, həyatım boyu nə bir ruhi, ağıl xəstəsinə dəli olaraq baxmamışam. Bu, beyinlə, beyindəki düşüncə ilə əlaqəli bir şeydir. Yəni, insan vücudunun bütün hərəkət mexanizmini həyata keçirən beyindir. Bir insanın beyni çox, digərininki az işləyə bilər. Bu baxımdan hər bir fərd mənim nəzərimdə əslində beyinin yaratdığı “əsərlər”dir. Hər kəsin öz dünyası, həyata baxışı, nəzər nöqtəsi var. Mənim quruluşumu də fərqli edən nyüans məhz beyinin hakimliyidir. Səhnə tərtibatında, eləcə də aktyor oyununda, geyimlərdə, hətta işıqlarda bunu görükdürməyə çalışmışam.
Qeyd edək ki, “Şekspir” tamaşasında ümumilikdə 8 nəfər aktyor – Sezai Aydın (Stalin), Selma Kutluğ (Sara Bernar), Özgür Bağ (Veneralı), Murat Coşkuner (Drop 13), Hakan Arlı (Baş həkim) Meriç Başaran (doktor ) Nevzat Çankaya (xəstə baxıcısı), Elçin Atamgüc (Ər-arvad) rol alıb. Onların bəziləri Azərbaycan seyrçisinə seriallardan tanışdır.
SELMA KUTLUĞ (Sara Bernar rolunun ifaçısı): Bu tamaşada rol aldığım üçün həm mutlu, həm də həyəcanlıyam. Məlahətlə də ilk əməkdaşlığımdır. Təqaüdçü bir sənətçiyəm, bu tamaşada bu rol üçün “qonaq oyunçu” qismində dəvət olunmuşam. Bu il həm də səhnədə 51-ci ildönümümü qeyd edirəm. Sara Bernar rolunu oynadığım üçün qəhrəmanımın Sara Bernarın həyatını da araşdırdım. Aldiğım bilgilər üzərində xarakteri oturtmağa çalışacağam. Ümid edirəm uğurlu alınar. Ümumiyyətlə, əsərdəki xarakterlərin hamısı bir-birindən çətindir. Obrazlarımızı oyunumuzla mümkün olduğu qədər doğrunu yansıda bilsək, nə mutlu bizə. Zənn edirəm “Şekspir” tamaşası ilə Azərbaycana da gedəcəyik. Bu səbəbdən ikiqat həyəcanlanlıyam. Türkiyə teatr sənətini layiqincə təmsil etmək çox önəmlidir. Ümid edirəm, Azərbaycanın həm seyrçiləri, həm də dəyərli sənətçi həmkarlarımız bizi çox bəyənər.
HAKAN ARLI (Baş həkim rolunun ifaçısı): Həm Azərbaycan əsərində, həm də Məlahət Abbasova ilə ilk işimdir. Baş həkim rolu həyat içində, həm ailədə, həm işində sıxıntıları olan bədbəxt bir insandır. Baş həkim vəzifəsinə gələnədək çox uğraşmış, bəlli bir səviyyəyə çatmaq üçün çox çaba sərf etmiş və qazandıqlarını itirmək istəməyən mutsuz bir adam. Amma xəstələrinə qarşı çox şəfqətli, xoşbəxt anları yalnız onlarla yaşayan biridir. Beynindəkilərinin dəyişməsi də bir xəstəsinin gəlişi ilə başlayır. Sonuc olaraq qəhrəmanım yaxşı bir adamdır deyə bilərəm.
MURAT COŞKUNER (Drop 13 rolunun ifaçısı): Qəhrəmanım Drop 13 kosmosdan gəldiyini iddia edir. Təbii ki, hadisələrin xəstəxanada baş veridiyni bilirik. Dəlilərdən biri olaraq tanınır, amma dəlidirmi, deyilmi, bəlli deyil. Adı heç duyulmamış bir planetdən bəhs edir. Mən qəhrəmanımı dəli olaraq görmürəm. Zatən rejissorumuz Məlahət Abbasova da söylədi: “biz qəhrəmanlarımızı dəli olaraq yox, ağlı başında insanlar olaraq oynayacağıq”. Hətta tamaşada da belə bir kəlmə keçir: “Hansımız dəliyik? Ağıllı kimi bildiklərimiz dəlidir, yoxsa dəli olaraq qəbul etdiklərimiz?” Mən də əksər insanlar kimi ağıl xəstəxanasındakıları dəli olaraq qəbul etmirəm. Drop 13 kifayət qədər nəzakətli biridir, xəstəxanada hər kəsin hörmətini qazanır, hətta baş həkimi də ağıllı, məntiqli sözlərilə təəccübləndirir. Bu obrazının mənim üçün özəlliyi daxili bənzərliyimiz olmasıdır. Yəni, mən də bəzən özümü bu həyatda kosmosdan gəlmiş kimi hiss edirəm. Çox qəribədir. Drop 13 də bir kosmos sakini kimi çox ziddiyyətli şeylər desə də, doğru təsbitlər var. Mənə çox yaxın sözlərdir, düşüncələrimi dilə gətirir sanki. Bu xarakteri çox sevdim.
Yeri gəlmişkən deyim ki, Məlahət Abbasova ilə ilk əməkdaşlığım olsa da, Azərbaycan əsərində və azərbaycanlı rejissorla daha öncələr çalışmışam. İllər öncə rejissor Namiq Ağayevin hazırladığı “Beş mərtəbəli evin altıncı mərtəbəsi” tamaşasında oynamışam. O tamaşa ilə bağlı gözəl xatirələrim var.
ƏSLİ SEÇKİN (Rejissor assistenti): “Şekspir” çox dəyişik bir əsərdir. Ruh və sinir xəstəlikləri xəstəxanasında keçməsi və oyunun “Şekspir” adlanması, aktyorların Şekspir oyunu adı altında ruhsal olaraq birləşmələri çox təsirləndirir. Şizofreniya xəstələri olsalar da təbii yaşamdan tamamilə qopmayıblar. Tamamən ağıl sağlığını itirmiş xəstələr deyil, əslində ağıllı olub, bəzi şeylərə aşırı mübtəlalıq keçirdiklərini görmək çox təsirlidir. Bir teatr adamı olaraq da Şekspir oyununa göndrəmə olması, “Romeo və Cülyetta”dan alıntı olması oyunu daha dəyərli edir. Üstəgəl bizim həyatımızı da sorğulaması gözəl bir şeydir. Zatən oyunun ana fikri də budur. Əcaba normal həyatdakılar, yoxsa xəstəxanadakılar ruh sağlığına sahibdirlər? Yəni, əslində hər birimizin içində xəstələr var. Bunun sorğulanması çox maraqlıdır və bu məqam əsəri, tamaşanı dəyərli edir.
Məlahətlə rejissor assisenti olaraq ilk işimizdir. Ancaq mən həm də bir aktrisayam. 20 il əvvəl Məlahətlə Leonid Hayfets adlı bir rus rejissorun tamaşasında birgə oynamışdıq. Assistent olaraq Məlahətin həm də türkcəsinə, həm də sənətçilərlə ünsiyyətinə yardım edirəm. Ayrıca da bizi dostluq telləri bağladığı üçün həvəslə çalışıram.
Sevda Babayeva, İstanbul
AzVision.az üçün
Şirəbənzər
Azərbaycanlı aktyor Sadiq Əhmədov vəfat edib.
“Qafqazinfo”nun məlumatına görə, 62 yaşlı aktyor ötən gün Bakıda yaşadığı evdə ölü tapılıb.
Tanınmış aktyorun iki gün öncə vəfat etdiyi məlum olub. Mərhum aktyor ötən gün dəfn olunub.
Qeyd edək ki, Sadiq İsa oğlu Əhmədov 1960-cı ildə Şərurda anadan olub. O, “Əlvida, cənub şəhəri”, “Cavid ömrü”, “Qafqaz”, “Məhkumlar”, “Etimad telefonu”, “Səhərə inan. ”, ”Dolu” kimi bədii filmlərdə, “Şirəbənzər”, “Arabir görüşməyə kişi axtarıram” və s. tamaşalarda müxtəlif obrazlar yaradıb.
Emin Səfərov
Son xəbərlər
- 10:50 | Baydendən İranın hücumlarına – Cavab
- 10:30 | Azərbaycan sərhədini pozub Avropaya miqrasiya etmək istədilər – Video
- 10:07 | Şabranda qatarla traktor toqquşdu – Ölən var
- 09:55 | “ChatGPT” işlədəndə ehtiyatlı olun
- 09:41 | “Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı
- 09:26 | Profilində narkotiki təbliğ etdi, həbs olundu
- 09:22 | “İlk qoladək bərabər oyun gedirdi” – De Byazi
- 09:19 | “Ukrayna hələ əks-hücuma başlaya bilməz” – Zelenski
- 01:38 | Millimiz 4 qol buraxaraq məğlub oldu – Yenilənib
- 24.03.2023 23:54 | Naxçıvan DYP İdarəsinin rəisi işdən çıxarıldı – Yenilənib
- 24.03.2023 23:40 | Yem mağazası yandı, sahibkara 20 min ziyan dəydi – Fotolar
- 24.03.2023 23:20 | Belarus AVRO-2024-dən uzaqlaşdırıla bilər
- 24.03.2023 23:12 | Müğənniyə “oxumasan, bokal gələcək” dedi, həbs edildi
- 24.03.2023 22:51 | Son sutkada vaksin vurduran olmayıb
- 24.03.2023 22:49 | Yoluxanların sayı açıqlandı
- 24.03.2023 22:30 | 83 yaşlı kor şəxsin gözləri açıldı – Dünyada ilk
- 24.03.2023 22:04 | “Bavariya”nın yeni baş məşqçisi bəlli oldu
- 24.03.2023 21:55 | “Azərbaycanda Zəfər deyil, səfərbərlik zamanıdır” – “Qalatasaray”
- 24.03.2023 21:43 | Ərbakanın oğlu namizədliyini geri götürdü – Ərdoğanın xeyrinə
- 24.03.2023 21:27 | Ramazanın 3-cü günü – İmsak və iftar vaxtı
- 24.03.2023 21:10 | İrandakı zəlzələdə yaralananların sayı açıqlandı
- 24.03.2023 21:04 | Ermənistan tərəfi mövqelərimizi atəşə tutdu
- 24.03.2023 21:01 | Özcana şillə vuran eks-arvadının cəzası açıqlandı
- 24.03.2023 20:48 | Cüdoçumuz qızıl medal qazandı
- 24.03.2023 20:26 | Makron etirazlara görə Kralın səfərini ertələdi
- 24.03.2023 20:07 | Mark üç qız atası oldu – Foto
- 24.03.2023 19:37 | “Toyota” saxlanıldı, sərnişinin axtarışda olduğu üzə çıxdı
- 24.03.2023 19:15 | Bakıda dəm qazının miqdarı normadan çoxdur
- 24.03.2023 18:55 | İsveç – Azərbaycan matçı qadın referiyə tapşırıldı
- 24.03.2023 18:47 | “Togg” üçün sifarişlər 100 mini ötdü
- 24.03.2023 18:22 | “İran bir neçə aya nüvə silahı istehsal edə bilər”
- 24.03.2023 17:58 | “Ermənistanla Azərbaycan danışıqlarda məqbul ifadələr tapıb” – Mirzoyan
- 24.03.2023 17:25 | Türkiyə-Ermənistan sərhədi üçüncü ölkə vətəndaşları üçün açılır
- 24.03.2023 17:15 | Ermənilər Qarabağda yeni yol çəkir – Video
- 24.03.2023 16:59 | De Byazi 3 futbolçuya ehtiyac duymadı
- 24.03.2023 16:56 | Qaxda gənclər arasında dava – Bıçaqlanan var
- 24.03.2023 16:15 | Güclü geomaqnit qasırğası var – Səhhətinizdə narahatlıq ola bilər
- 24.03.2023 15:57 | Onları MİT-ə aparan yoldan danışdılar – Video
- 24.03.2023 15:29 | “Ermənistan XİN-in tarix dərslərinə ehtiyacı var”
- 24.03.2023 15:15 | Azərbaycanlı polkovnik-leytenant Ukraynada həlak oldu – Foto
- 24.03.2023 15:02 | Şirvan kanalından tapılan meyitin kimliyi müəyyənləşdi – Yenilənib
- 24.03.2023 14:50 | Nazirlikdən oruc tutan şəxslərə müraciət
- 24.03.2023 14:42 | Şəhid anasını çəkiliş adı ilə kim aldadıb?
- 24.03.2023 14:21 | Həsən Hüseynli xanımını da itirdi
- 24.03.2023 14:20 | Zəlzələ ilə bağlı FHN-dən açıqlama
- 24.03.2023 13:48 | Xankəndi yolu ilə növbəti qanunsuz daşımalar – MN video yaydı
- 24.03.2023 13:45 | Qarabağda vurulmuş İran sərnişin təyyarəsi – Araşdırma
- 24.03.2023 13:42 | Süleyman Soylunun səhhətində problem yaranıb
- 24.03.2023 13:30 | “Bu ölkə bizimlə təhlükəsizliklər barədə danışmaq fikrindədir?”
- 24.03.2023 13:02 | Azərbaycanın daha bir rayonunda zəlzələ oldu – Yenilənib
Comments are closed, but trackbacks and pingbacks are open.