Press "Enter" to skip to content

Xsi inkişafın 7 mərhələsi

Savadly.com platformasında keçirilən online şəxsi inkişaf kurslarına daxil olaraq seçdiyiniz mentorlardan şəxsi inkişafla bağlı dəyərli tövsiyələr ala bilər, inkişaf prosesini sürətləndirərək, karyera inkişafınızda və şəxsi həyatınızda böyük uğurlar qazana bilərsiniz.

Düzgün Karyera Planlaması Necə Edilməlidir? – 2023 ƏN YENİ

Karyera-iş həyatında şəxsin müəyyən hədəfə çatmaq üçün əməklə özünü ifadə etmək yoludur. Həyatın hər bir sahəsində olduğu kimi, karyerada da müəyyən hədəflərə çatmaq, istədiklərimizi reallaşdırmaq və potensialımızı üzə çıxartmaq üçün şəxs qarşına hədəflər qoymalarıdır. Bu hədəflər toplusu isə Karyera Planlamasıdır. Bütün bunların reallaşması üçün xatırlamamız gərəkən ən vacib amillər isə çalışma, iradə və düzgün planlamadır. Karyera planlaması iş həyatında uğur əldə etmək istəyən hər bir şəxs tərəfindən edilməlidir.

Karyera Planlamasına Nə Vaxt Başlamalı?

Siz yanlış ixtisas seçimi ilə 4 ilinizi itirə bildiyiniz halda, yanlış karyera seçimi ilə illərinizi hətta bütün ömrünüzü sərf edə bilərsiniz. Bu yanlışı etməmək üçün ilk növbədə düzgün ixtisas seçimi etməli və bu seçimi “Universitetə qəbul balım hara uyğundursa o ixtisasa qəbul olaram” düşüncəsinə, müəllimlərinizə və hətta valideynlərinizə belə həvalə etməməlisiniz. Potensialınıza və bacarığınıza əsasən, həvəs və istəyiniz hansı ixtisasa uyğun gəlirsə o ixtisası da seçməlisiniz. Bir nüansada diqqət etməlisiniz ki, əmək bazarında hansı ixtisaslar aktualdır və seçəcəyiniz ixtisasın gələcəyi nədir.

Əlbəttə ola bilsin ki, siz artıq ixtisasınızı seçmisiniz və təəssüfki gələcəkdə o ixtisası icra etmək istəmirsiniz. Karyera planlaması hər yaşda, istənilən zamanda yenidən edilə bilər. Yeter ki özünüzə inanın və seçəyiniz ixtisası icra etməkdən yorulmayasanız. Bəs düzgün ixtisas seçimində və karyera planlamasında nələrə diqqət etməliyik?

Özünüzü Tanıyın! – bu amil ixtisas seçimində və düzgün karyera planlamasında ən vacib rol oynayır. “Mənim bacarıqlarım və qabiliyyətlərim nələrdir? İş həyatında özümü harda görürəm? İş həyatından gözləntilərim nələrdir? Hansı işi görməkdən zövq alıram və onu icra etməkdən yorulmuram?” Bu sualları özünüzə verin və səmimi şəkildə öz istəklərinizə uyğun, heç kimin gözləntilərini qarşılamadan cavablandırın. Və təbii olaraq bu sualların cavabına bir anda cavab verə bilməzsiniz, lakin zamanla, tələsmədən səbrlə qəlbinizin səsini dinləyərək cavablamağa çalışın. Əsas odur ki, verəceyiniz hər bir qərardan əmin olun və kiçik addımlarla başlayın. Seçəcəyiniz sahəyə uyğun təcrübə proqramlarına və könüllü işlərə qoşulun. Artıq bunları edərkən özünüzə olan inamınız və zamanla təcrübəniz artacaqdır.

Əmək Bazarını Araşdırın! – ilk addımı artıq atdınız özünüzü tanıdız və ixtisasınızı seçdiniz. İkinci əsas addım isə əmək bazarını öyrənmək və əmək bazarının tələblərini bilməkdir. Bunun üçün isə oxuduğunuz və yaxud seçdiyiniz ixtisasa uyğun iş sahələrini və perspektivlərini araşdırmaq və vakansiyalarla yaxından tanış olmaq lazımdır. İş saytlarında mövcud olan bütün vakansiyalara baxa və tələbləri öyrənə bilərsiniz. Məsələn siz Marketinq ixtisasını seçmisiniz. Əmək bazarında bu sahəyə çox böyük tələbat vardır və günü-gündəndə artmaqdadır. Digital dünyanın həyatımızdakı təsiri artmaqlada marketingə olan tələbatla əmək bazarında mütəxəssislərə və menecerlərə olan ehtiyacda artmışdır. Digital Marketing Meneceri və bu sahənin ixtisaslaşmiş SMM Meneceri, Reklam və PR meneceri olaraqda sahələrində freelancer olaraq ofisə getmədən çalışa bilərsiniz. Kifayət olan odur ki, ingilis dil bilikləriniz bu iş sahələrində tələb olunan səviyyədə olsun.

Portfolionuzu və Fəaliyyət Planınızı Hazırlayın! – yəni təhsil, ixtisas, bacarıq, təlim, təcrübə və s. harda və necə iştirak etməyiniz lazımdırsa onu mükəmməl şəkildə hazırlayın və lazımi ünvanlara və şəxslərə müraciət edin. Karyeranız boyu bütün bunlar sizə işıq tutacaq və çatmaq istədiyiniz zirvəyə, hədəfə və nöqtəyə bir o qədər tez çatacaqsınız. Hal-hazırda çalışdığınız ixtisasda daha da irəli getmək üçün lazımi olan bilik və bacarıqlara, texniki detalları bilməyə olan həvəs və zamanınız nə qədər çoxdursa həmin detallarda sizə bir o qədər üstünlük qazandıracaqdır.

Yekun olaraq sizlərə QəbulOl şirkəti adından iş həyatınızda və karyera planlamanızda uğurlar arzu edirəm!

Xaricdə təhsil suallaranızı bizə yaza bilərsiz.

Şəxsi inkişafın 7 mərhələsi

İnsan öz bilik, bacarıq və keyfiyyətlərini ölçüb, onları inkişaf etdirmək üçün şüurlu səy göstərdikdə inkişaf edir. Şəxsi inkişaf – şəxslərin vərdişlərini, davranışlarını və reaksiyalarını yaxşılaşdırmaq üçün istifadə olunan bütün texnikalardır. Bu prosesindən uğurla keçmək istəyən insanlar həqiqətən dəyişmək istəməlidirlər və bu həmişə asan olmadığından, fərdi inkişaf prosesinin də öz çətinlikləri ola biləcəyini anlamaq vacibdir.

İnkişafın 7 mərhələsi

1. Özünü tanı

Şəxsi inkişaf prosesinin ilk və ən kritik mərhələsi özünü tanıma mərhələsidir. Dəyişmək və inkişaf etmək istəyən fərdlər ilk növbədə özlərinə qarşı dürüst olmağı bacarmalıdırlar. Fərdlərin zəif və güclü tərəflərini təhlil etməyə əsaslanan mərhələ, insanın özünü daha yaxından tanıması üçün əhəmiyyətli bir fürsətdir. Şəxsi inkişaf yolunun başlanğıc nöqtəsi olan özünü tanıma mərhələsində fərdlər özlərini tanıdıqca inkişaf sahələrini müəyyən edə bilərlər.

2. Müqayisə et

Bir fərdin özünü başqaları ilə müqayisə etməsi tövsiyə edilmir, ancaq şəxsi inkişaf prosesinin birinci mərhələsi tamamlandıqdan sonra, başqa sözlə, şəxs özünü tanıdıqdan sonra müqayisə mərhələsinə keçmək tövsiyə olunur. Örnək aldığı insanların xüsusiyyətlərini kəşf etməyi özündə birləşdirən müqayisə prosesində, insan onun daha yaxşı bir versiyasına çevrilmək şansı qazanır. Başqalarının uğurlarının sirrini öyrənmək istəyənlər müqayisə edərək öz inkişaf sahələrini təyin edə bilərlər. Bu prosesin uğurla başa çatması üçün fərdlərin qısqanclıq hissindən azad olması lazımdır.

3. Sosiallaş

Yeni insanlarla tanış olmanın, ümumiyyətlə, ünsiyyətcil və sosial insan olmanın əhəmiyyəti göz ardı edilir. Amma inkişaf naminə atılacaq ən böyük addımlardan biri yeni insanlarla tanış olmaqdır. Uğur qazanmaq üçün uğurlu insanlar tanımalı, onlarla vaxt keçirməlisiniz. Belə bir deyim var, “Biz ətrafımızdakı 5 insanın ortalamasıyıq”. Ünsiyyət qurmaq mərhələsini yaxşı mənimsəmək üçün bu mövzuda yazılan şəxsi inkişaf kitablarına müraciət edə bilərsiniz.

4. Səhvlərdən qorxmayın

İnkişaf etmək istəyirsənsə hərəkət etməli və səhvlərə yol verməlisən. Etdiyiniz hər bir səhv, bu səhvlərdən nəticə çıxardığınız müddətcə sizi əvvəlkindən də yaxşı mövqeyə daşıyacaq. Səhv etmək üçün müəyyən mənada risk etməyə başlamalısınız. Məsələn, iş saatlarında ağla gələn fikirlərin neçəsi rəhbərliklə paylaşılır? Bir çox insan səhv etməkdən qorxduqları üçün fikirlərini bölüşmürlər. İnkişaf fəlsəfəsi isə buna tamamilə ziddir. Risk almanın və səhv etmənin yeni şeylər öyrənmək üçün əla bir fürsət yarada biləcəyi iddia edilir. İndiki həyatından məmnun olmayan və daha müvəffəqiyyətli bir insan olmaq istəyən şəxslər, özlərini tanıdıqdan və inkişaf sahələrini təyin etdikdən sonra səhv etməkdən qorxurlarsa, şəxsi inkişaf prosesi də kəsilir.

5. Yeni baxış bucağı kəşf edin

Şəxsi inkişaf səyahətinizdə zəfərlə irəliləmək istəyirsinizsə, dünyagörüşünüzü dəyişdirməli və xüsusən üç keyfiyyət baxımından özünüzü inkişaf etdirməyə çalışmalısınız. Bu keyfiyyətlər – əzmkarlıq, pozitivlik, və özünü dərk etməkdir. Qətiyyətli olmaq, maneələrin öhdəsindən gəlmək riskini alaraq təslim olmamaq və irəliyə getmək deməkdir. Şəxsi inkişaf üçün vacib olan başqa bir keyfiyyət də pozitiv olmaqdır. Həm çətin, həm də kritik əhəmiyyətə malik olan bu xüsusiyyəti inkişaf etdirmək istəyənlər ətraf mühitini gözdən keçirməlidirlər. Fərdi inkişafın davamlı olması üçün fərdin özünü dərk etməsi də inkişaf etdirilməlidir. Ətrafında baş verənlər, hadisələrin səbəbi, insan həm özünü sorğulamalı, həm də bu prosesdə inkişaf sahələrini daim müşahidə etməlidir.

6. Müşahidə

Şəxsi inkişafına əhəmiyyət verən və daha yaxşı bir mövqeyə yüksəlmək istəyən şəxslərin daim müşahidə etmələri lazımdır. Bir hadisə ilə qarşılaşdıqda insanların nə etdiyini, özünə nə edildiyini və nəyə qarşı mübarizə apardığını düşünməlidir. Şəxsi inkişaf prosesində qazanılan qazancların qiymətləndirilməsini tələb edən müşahidə mərhələsi, insanın keçdiyi yolu görməsinə və bu istiqamətdə motivasiya verməsinə əhəmiyyətli zəmin yaradacaq.

7. Mentorlardan kömək alın

Şəxsi inkişaf mərhələsinin özünəməxsus problemləri var. Özüylə üz -üzə gəlmək, çatışmazlıqlarını və güclü tərəflərini dərk etmək, özünə meydan oxumaq, yeni insanlarla tanış olmaq və yaxşı tərəflərini təhlil etmək, keçdiyi dəyişikliyi başa düşmək asan bir səyahət kimi təsvir edilə bilməz. Bəzən insan ətrafda və daxilində baş verən hadisələri təhlil etməsi üçün 3-cü bir gözə ehtiyacı ola bilir. Hansı ki, bu göz bizim keçdiyimiz və keçəcəyimiz mərhələləri uğurla keçmiş və digər insanları da uğurla təhlil edə bilən insanlara aiddir.

Savadly.com platformasında keçirilən online şəxsi inkişaf kurslarına daxil olaraq seçdiyiniz mentorlardan şəxsi inkişafla bağlı dəyərli tövsiyələr ala bilər, inkişaf prosesini sürətləndirərək, karyera inkişafınızda və şəxsi həyatınızda böyük uğurlar qazana bilərsiniz.

Şxsi inkişaf v karyera planlaşdırılması

2021-08-16 14:57:00

MDU-da “Şəxsi inkişaf və karyera planlaşdırılması” adlı təlimlər uğurla başa çatıb

Mingəçevir Dövlət Universitetində (MDU) bir qrup mingəçevirli könüllü gənclər üçün təşkil edilmiş “Şəxsi inkişaf və karyera planlaşdırılması” adlı təlimlər uğurla başa çatıb. AzEdu.az xəbər verir ki, avqustun 9-dan 12-dək davam etmiş təlim proqramı çərçivəsində universitetin təcrübəli akademik və inzibati heyət üzvləri tərəfindən “Komanda ilə işləmə bacarıqları”, “Karyera və şəxsi inkişaf”, “Effektiv ünsiyyət”, “MDU-da təhsil almağın üstünlükləri”, “Əmək bazarı”, “Təqdimat bacarıqları” və “Bədən dili” mövuzlarında təlimlər keçirilib. Təlimlərdə komandada işin təşkili və bölgüsü, sosial məsuliyyət, hədəflərin düzgün seçilməsi, uğura gedən yol və karyera planlaşdırılmasının mərhələləri, fərdin şəxsi inkişafı üçün zəruri olan meyarlar, yumşaq bacarıqlar, cəmiyyətə faydalılıq və karyera yüksəlişi baxımından diqqət yetiriləsi məqamlar, əmək bazarında mövcud vəziyyət və başlıca trendlər, MDU-da təhsilalanların karyera inkişafı imkanları və perspektivləri barədə ətraflı məlumatlar verilib. Proqramın sonunda öz təəssüratlarını bölüşən və yüksək məmnunluqlarını ifadə edən təlim iştirakçıları bu tipli tədbirlərin təşkilində əməyi olan universitetin bütün rəhbər, inzibati və akademik heyət üzvlərinə təşəkkürlərini bildiriblər. Qeyd edək ki, şəhər və ətraf rayonların tərəqqisinə davamlı töhfə verməyi strateji hədəflərindən biri kimi müəyyən edən MDU-da tələbə və əməkdaşlarla yanaşı, yerli gənclərin potensialının hərtərəfli inkişafına xidmət edən müvafiq tədbirlərin keçirilməsinə xüsusi önəm verilir.

Comments are closed, but trackbacks and pingbacks are open.