Press "Enter" to skip to content

Hekayələri kitabla başlayan cütlük – AİLƏ

Qeyd edək ki, kitab 2018-ci ildə nəşr olunub, rus və türk dillərinə ilin sonuna qədər tərcümə edilməmişdi. Readit Azərbaycan oxucularına bu kitabın məzmununu ana dilimizdə çatdırır. Məzmunu buradan oxuya bilərsiniz => http://www.readit.az/az/library/book/78

Şxsi inkişafla bağlı kitablar

ƏN SON MƏLUMATLAR

Şəxsi İnkişaf

Şəxsi inkişafı həyata keçirə bilmək üçün müvafiq stimullar mövcud olmalıdır. Bizi hədəfə bağlayan səbəblər burada ana xəttdir. Hədəf doğrultusunda stimullara bağlı yaratdığımız motivasiya şəxsi inkişaf yolunda enerjimizi tam tutacaq gücdür. Verdiyimiz qısa tərifdən yola çıxarsaq, şəxsi inkişafı özümüzdə təbliğ etmənin əsas yolu olan stimulların bilavasitə hədəflərimizlə bağlı olması səbəbilə hədəflərimizi düzgün müəyyənləşdirməliyik. Yəni, ilk öncə nə istədiyimizi bilməliyik. İstədiyimiz hədəfi dəqiqləşdirdikdən sonra bizi o hədəfə bağlayan səbəbləri tapmalı və özümüzdə təbliğ edəcəyimiz şəxsi inkişafı canlı tutan amillərdən biri olaraq dəyərləndirməliyik. Daha sonra, bizi hədəfə bağlayan və maraq dairəmizi canlı tutan amillər bizim motivasiya qaynağımız olmalıdır. Biz o səbəblərdən güc almalı və hədəf doğrultusunda gedəcəyimiz yolda sağlam addımlar atmağa çalışmalıyıq.Qeyd etmək lazımdır ki, şəxsi inkişafın hədəfi kateqorizasiya ola bilər. Şübhəsiz, gələcəkdə təhsil və ya karyera həyatı ilə bağlı qarşımıza nələr çıxacağını bilməməyimizə rəğmən onlara tam hazırlıqlı olmaq və qarşımıza çıxan fürsətləri yaxşıca dəyərləndirmək, prestij sahibi ola bilmək adına özümüzü daima inkişaf etdirməliyik. Sosyal həyatımızda insanlarla olan kommunikasiyamızda uğur qazana bilmək üçün xarakteristik şəxsi inkişafı heç vaxt göz ardı etməməliyik. Çünki, həyatımızın sosyal məqamında yaşanan bütün hadisələr bizi mental olaraq inkişaf etdirməyə potensial daşıyan hadisələrdir. Onları dəyərləndirməyi, bizdə əksik olan tərəfləri inkişaf etdirməyi və mənfi olan xüsusiyyətləri müsbətə çevirməyi bilməliyik. Hətta, sağlam həyat tərzi yaşamaq üçün də fiziki şəxsi inkişafa da ötəri yanaşılmamalıdır. Əks təqdirdə, paraqrafda qeyd etdiyimiz nailiyyətlərə sağlamlıq olmadan çatmaq mümkün deyildir. Mülahizə, həyatımızda arzularımız doğrultusunda qarşımıza müəyyən hədəflər qoymalı və həyatımızın hər bir məqamında özümüzü inkişaf etdirmək üçün görəcəyimiz tədbirlərə diqqətə laiq yanaşmalıyıq. Beləliklə, həm hədəflərimizə nail ola bilmək imkanına sahib oluruq, həm də özümüzdə psixoloji tərbiyələndirməni tətbiq etmiş oluruq.

Hekayələri kitabla başlayan cütlük – AİLƏ

Sevgi hekayələri zamanı ifadə edən simvolik kitabla başlayıb. “Zaman bizimdir. İstəsək, o kitab heç vaxt bitməz, hər gün birlikdə vərəqləyərik” sözü bir ailənin qurulması ilə nəticələnib. O ailə ki, əsas meyarları bir-birinin azadlıqlarına mane olmamaq, fikirlərinə hörmət etmək, bəzi mental qanunlardan uzaq durmaqdır.

“Kaspi” qəzetinin “Ailə” rubrikasının budəfəki qonaqları Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı, psixoloq, təlimçi, “İnsan Mühəndisliyi” proqramının müəllifi Rövşən Nəcəfov və həyat yoldaşı Səma Qurbandır.

Rövşən deyir ki, Səmanı şəxsi inkişafla bağlı təlim keçərkən tanıyıb. İştirakçı ilə təlimçi arasında körpü olsa da, o, körpünü yıxmağı bacarıb: “Əslində, auditoriyada çıxış edəndə, mənim üçün iştirakçının fərqi olmur. Sadəcə olaraq, bəzən elə bir emosional durum yaranır ki, sən onu anlaya bilmirsən. Bu təlimdə də elə oldu. Sonra bildim ki, bu, sevgidir”.

Səma isə ilk tanışlıqda sevgi hiss etməyib: “Rövşəni gözünün içinə baxaraq, diqqətlə dinləyirdim. Məncə, Rövşən bu baxışdan təsirlənib. Təlimdən sonra qiymətləndirmək üçün kağız paylandı. Heç nə yazmadım. Fikirləşdim ki, hamı tərifləyir, bir tərif də əskik olsun. Bu, Rövşənin diqqətini çəkib. Sonra hamı kollektiv şəkil çəkdirəndə, mən istəmədim, tələsirdim, çıxmaq istəyirdim. Rövşən yaxınlaşdı ki, siz niyə şəkil çəkdirmirsiniz? Dedim ki, çox sevmirəm. Dedi, mən də eləyəm. Ağlıma belə gəlməzdi ki, Rövşənlə evlənərik. Çünki o zaman 3-cü kursda oxuyur, ancaq şəxsi inkişafım barəsində düşünürdüm. Sonra Rövşənlə sosial platformalarda dostlaşdıq. Uzun müddət rəsmi, tələbə-müəllim kimi danışdıq. Mənə şəxsi inkişafla bağlı kitablar verir, onları götürmək üçün görüşürdük”.

Rövşəni də tələbə-müəllim münasibəti narahat edib. Amma vaxtını da itirmək istəməyib: “Əslində, o baryeri görürdüm. Bizim dialoqlar daha çox tövsiyə xarakterli idi. Birinci görüşdən sonra anladım ki, hisslərim fərqlidir və bu insanla sevgi yolunu gedə bilərəm. Fikirlərimi uzatmadan və açıq ifadə etdim. Bəlkə də 1-2 ilə gediləcək yolu, 1 günə getdim. Çünki sevginin vaxtı uzanmamlıdır”.

Səma: “Rövşənin mənə eşq elan etməsini qətiyyən gözləmirdim. Rövşən üçün zaman o qədər dəyərlidir ki, onu boşuna sərf etmək istəmir. Elə ilk hədiyyəsi də zaman və kitabın birləşməsindən ibarət qum saatı idi. Əslində o hədiyyə ilə bütün xarakterini izah etmişdi”.

Rövşən deyir ki, insan sevməyəndə, hisslərini idarə edir və taktikalardan istifadə edə bilir: “İlk dəfə idi ki, hisslərimi necə ifadə edəcəyimi bilmirdim. Götür-qoy edirdim ki, nə etsəm, qarşı tərəfin xoşuna gələr? Yaxud xoşuna gəlməsə, nə edəcəyəm? Sevməyəndə, çox rahatdır. Sən peşəkar yanaşa, taktikalardan istifadə edirsən. Amma hissləri idarə etmək çətindir. Səmanın dərsdən çıxmasını gözləyirdim. Bu vaxtdan istifadə edib, zamanı ifadə edən simvolik kitab aldım. Amma hədiyyə edəcəyimi düşünmürdüm. Səmaya fikrimi deyəndə, emosional mübadilə mənim üçün vacib idi. O enerjini aldım və kitabı verdim. Dedim ki, istəsək, o kitab heç vaxt bitməz və birlikdə vərəqləyərik. Sonra münasibətlər istiləşdi”.

Səma da Rövşənin açıqsözlülüyündən təsirlənib: “Etirafı çox yaxşı idi. O qədər ürəkdən danışırdı ki, çox təsirləndim. Elə həmin gün dedim ki, deyəsən qarşıma düzgün insan çıxıb. O qədər qərarlı idim ki, hətta həmin gün evdə də dedim. 2 il sevgili olduqdan sonra, nişanlandıq, daha sonra toy reallaşdı. Nikahı isə toydan sonra etdik. Dedik ki, bir damın altında yaşayaq, görək, yola gedirikmi?”.
Rövşən: “Nikahı Səmanın doğum gününə saldıq. Strateji davrandım ki, qocalanda unutmayım”. (Gülür – A.Ə)

Rövşən Səmaya kitab da yazıb. 8 illəri tamam olanda, kitabı dərc edəcək: “Kitabın adı “Sevginin rəqəmi”dir. Bizim tanışlığımız 8 noyabrda başlayıb. Mən 8-i əbədiyyət rəqəmi kimi görürəm. O kitabda hisslərimi yazmışam. Orada qeyd etmişəm ki, mənim üçün Səma ifadə olunmayacaq obrazdır. Çünki hər kəs insanın xarakterini olduğu kimi qəbul etmir. Səma məni çətinliklərimlə – istər xarakter, istər həyat tərzi olaraq qəbul edir. Mən xəyallarımın arxasınca qaçan insanam. Yanımda olan xanım da buna icazə verməlidir”.

Səma da Rövşənlə yaşamağın məsuliyyətli olduğunu dərk edir: “Düzünü desəm, Rövşənlə ilk dəfə tanış olanda, kriteriyalarıma uyğun deyildi. Mən daha çox özüm kimi çılğın insan təsəvvür edirdim. Rövşən o qədər dərin insandır ki, onun daxilinə endikcə, tanıdıqca, mənə çox maraqlı gəlirdi. Çətin xarakterli adamdır. Onunla yaşamaq tam məsuliyyətdir. Həyatının əsas hissəsi iş və fəaliyyətdən ibarətdir. Hamı kimi deyil. Bu münasibəti Rövşən başladıb, mən davam etdirirəm. Rövşən səbirsizdir. Bəlkə də bu, uzun müddət tək qərarlar verməyindən irəli gəlir. Amma mən o çətinliyi də zaman keçdikcə sevdim. Düzdür, əvvəl bəzi xasiyyətlərini dəyişdirmək cəhdlərim olub. Amma sonra gördüm ki, bu insan belədir və qəbullandım. Qəbullanandan sonra yaşamaq çox rahatdır. Məsələn, ütünü sevmir. Deyir paltarımı ütüləmə, bu da mənə sərf edir (gülür -A.Ə). O, məndən çox şey istəmir. Sadəcə, öz qaydaları var, sən onlara uyursansa, yaşamaq rahat olur”.

Rövşənin ən ümdə qaydası isə, onu məişət mövzularına qarışdırmamaqdır: “Onu məişətə qatmadınsa, ailədə söz-söhbət olmayacaq. Hərdən izah edirəm ki, biz artıq evliyik. Artıq məişətə girmişik. O deyir ki, məni maksimum uzaq tut. Ona görə də, maddiyyatı çıxmaq şərtilə, digər məsələlər 90 faiz öz öhdəmdədir. Digər məsələlərdə də, söz-söhbət olanda, biz qarşılıqlı əsəbiləşirik”.

Rövşən onsuz da məişət mövzularından anlamadığını vurğulayır: “Düzdür, əsəbiləşmək barədə səddimiz yoxdur. Çünki istənilən halda, evdə yoldaşım, övladım mən qəbul etməsəm belə, öz fikrini ifadə etməkdə azaddır. Həmin an bəlkə də problem olur, amma sonra deyirəm ki, yaxşı edir. Hətta bu, təhqir belə olsa, düşünürəm ki, ifadə olunmalıdır. Səmanın qısqanc olduğunu bilirəm. Amma bunu əvvəllər hiss etdirirdi. Sonra mən ona dedim ki, heç kimlə özünü müqayisə etmə. Çünki mənim seçimim sənsən. Mən bir şeyi etiraf edim ki, Səmaya qədər ailə həyatı quracağımı düşünmürdüm. Elə planım da yox idi. Ailə qurmağın həqiqət olduğunu mənə Səma öyrətdi. Onunla rastlaşmasaydım, yəqin ki, hələ də subay idim. Səmanın məndən ən çox istədiyi ev işlərinə kömək etməkdir, o da məndə yoxdur. Məsələn, evdə su kranı işləmir, həqiqətən, vecimə deyil. Çünki beynim tamam başqa yerdədir. Zamanımı kitablara və araşdırmalara sərf edirəm. Bizdə texniki məsələləri qaynım həll edir. Cəhd etsəm belə, evdə nə xarab olursa, onu düzəltmək qabiliyyətim yoxdur”.

Kişinin qəlbinə gedən yol mədəsindən keçir deyirlər. Rövşən yemək məsələsini heç vaxt problem etmədiyini deyir. Amma onun da öz qaydası var: “Şərt deyil ki, Səma mənə mütləq yemək hazırlamalı, çay süzməlidir. Sadəcə deyirəm ki, evdə yemək olmayanda mənə de. Kişilər ac olanda çox əsəbi olur. O məsələdə razılaşmışıq. Xəbərdarlıq olursa, problem deyil. Məsələn, insanın ən çox əsəbiləşdiyi nüanslardan biri odur ki, evə gəlirsən, süfrəyə oturursan, məlum olur ki, çörək yoxdur. Bunları əvvəldən dedisə, heç bir problem yoxdur. Problem olanda da, Səma məni cəzalandırır. Bilir ki, yeganə yemədiyim yemək lobyadır, onu bişirir”.

Səma deyir ki, lobya küsdüyünü bildirmək metodudur: “Həmişə mən küsürəm. Rövşən heç vaxt küsmür. Ən böyük mübahisədə belə, 2 dəqiqə sonra heç nə olmamış kimi davranır. Mən də həmin axşam qəsdən lobya bişirərəm. Deyir, yeməyə nə var? Deyirəm, lobya. Dəli olur. O, Rövşənin pik nöqtəsidir. Onda bilir ki, ciddi küsmüşəm. Amma yemək mövzusu bizim üçün rahatdır. Sağlam qidalanırıq. Rövşən qarpız, pendir belə olsa, yeyəcək və doyacaq. Şərt deyil ki, ona bozbaş, yaxud dolma bişirəm. Belə yeməkləri anam və qaynanamgildə yeyirik”.

Cütlüyümüz mübahisə vaxtı od olur. Heç kim geri addım atmır. Rövşən deyir ki, əsas məsələ ailədə dialoqun olmasıdır: “Ailədə dialoq varsa, istənilən problem öz həllini tapır. Təbii ki, əks fikirlər olur. Eyni düşünməyə məcbur deyilik. Dialoqdan sonra hər kəs öz fikrində qalır. Amma bu, problemə çevrilmir. Ailə müəyyən mərhələlərdən keçir. Müzakirə, mübahisə, münaqişə və cinayət mərhələsi gəlir. Bizim ailələrin problemi mübahisə mərhələsini keçib münaqişəyə getməyidir. Münaqişədən sonra artıq idarəetmə itir. Ailənin nə böyük gücü qarşılıqlı fikir mübadiləsi aparmasıdır. Ailədə fikir, istənilən mövzuda şərh yoxdursa, o ailə deyil”.

Səma Rövşəni təsdiqləyir və deyir ki, ailədə sükut varsa, deməli, orada problem var: “Ailənin ən böyük mentoru səhvləridir. O mərhələləri keçməsələr, nəyin onları sağlam tutduğunu öyrənə bilməyəcəklər. Hər gün yaxşı olacaq deyə, vəd verilməyib. Bəzən insanlar sevgili mərhələsində bir-birinə vədlər verir. O vədlər reallaşmayanda problem olur”.

Cütlüyümüz bu gün boşanmaların səbəbinin də psixoloji uyğunsuzluq olduğunu düşünür. Rövşən deyir ki, insanlar bir-birini tanımadan ailə qururlar: “Düşünürlər ki, evlənəndə düzələcək, düzəlmirsə, övlad olanda düzələcək. Övlad ailənin seçimi olmalıdır, kənardakıların deyil. Ailə qurmazdan öncə psixoloji uyğunluq testi götürülməlidir. Bizim ailələrin hüquqi və psixoloji maarifləndirməyə ehtiyacı var”.

Səma ailənin sevgi üzərində qurulmasının tərəfdarıdır: “Başqalarının fikri ilə insan özünə həyat yoldaşı seçməz. Ailə qurmaq istəyənlərə təhrik edənlərə səslənirəm ki, heç kimin həyatına qarışmayın. Böyüklər övladlarına səhv etməyə imkanlar tanısınlar. İnsan öz həyat yolunu və yoldaşını özü seçməlidir. O seçim olmayanda hər zaman xəyanət olacaq. Məcburiyyət və xoşbəxtlik eyni anda ola bilməz”.

Cütlüyümüzün Alparslan Nəcəfsoy adında oğlu var. Onların əsas məqsədi onunla daha çox vaxt keçirməkdir. Rövşən deyir ki, uşaqla vaxt keçirməyə ərinən, bundan yorulan insanlar dünyaya uşaq gətirməsinlər: “Bizim ailələrin problemi odur ki, uşaqla yaşamaq istəmir, yorulurlar. Bəzən valideyn elə bir həddə çatır ki, uşağa şiddət tətbiq edir. Valideynliyə hazır olmaq lazımdır. Övlad dünyaya gətirmək məsuliyyət tələb edir. Sən təkcə öz ailənə yox, həm də cəmiyyətə sağlam insan yetişdirməlisən. Biz bu gün öz övladımızı yaxşı böyüdək, amma qonşuda uşaq qışqırığı gəlirsə, bilin ki, orada bir cinayətkar böyüyür. Biganə qaldığımız hər şey və hər kəs bizim qarşımıza çıxmasa da, övladlarımızın qarşısına çıxacaq. Biz anlamlıyıq ki, uşaq bizim şəxsi mülkümüz deyil. Uşağı da cəmiyyətə, dövlətə hazırlamalıyıq. Xüsusən də psixologiyasını sağlam formalaşdırmalıyıq ki, başqalarının həyatına və azadlığına mane olmasın. Övlad zaman istəyir. İnsanların zamanı yoxdursa, övlad dünyaya gətirməməlidirlər. Övlada dərslərindən yox, həyatdan “5” almağı öyrətməliyik”.

Aygün Əziz

Yeni ildə sizi inkişafa aparacaq 10 Kitab

İnsan cəmiyyətdə güclu mövqedə dayana bilməsi üçün daima öz üzərində çalışmalıdır. Bu yolda bizi şəxsiyyətin inkişaf etdirilməsi barədə yazılmış kitablar kömək edir. www.readit.az olaraq bu məqalədə özünü inkişafa gətirib çıxardan kitablar barədə sizi məlumatlandırmaq istərdik. Məqalədə təqdim edilmiş 10 kitabın hər biri milyonlarla insan tərəfindən oxunaraq yüksək qiymətləndirilmişdir.

Şəxsi inkişaf sizi başqa insanlarla daha yaxşı münasibət qurmağınıza, hadisələrə daha pozitiv yanaşmağa və pis hadisələrdən daha az təsirlənməyə gətirib çıxarar. Şəxsi inkişafla siz iş həyatında daha müvəffəqiyyətli, inamlı, faydalı, dəqiq hədəfləri olan birinə çevrilərsiniz. Bu vəziyyətdə uğursuzluga düçar olsanız belə bunu normal qarşılayacaqsınız və səhvləriniz üzərindən uğura doğru addımlayacaqsınız.

Ən çox oxunan və bəyənilən şəxsi inkişaf kitablarının siyahısını hazırlayarkən sizə onların qısa məzmunu haqqında da məlumat verəcəyik. Bununla siz hansı kitabın sizə daha uyğun olduğunu dəqiqləşdirə və addımlarınızı o istiqamətdə ata bilərsiniz.

1. Maykl Hyatt – Sənin ən yaxşı ilin

Hamımız yaxşı bir həyat yaşamaq və öz potensialımızı reallaşdırmaq istəyirik. Ancaq tez-tez müəyyənləşdirdiyimiz hədəflərdən əl çəkir və ya onları unuduruq. İllər keçir, ancaq biz arzularımızı həyata keçirmirik. New York Times jurnalının ən çox satılan müəlliflərindən biri olan Maykl Hyatt “Sənin ən yaxşı ilin” kitabında sizə məqsədlərinizi müəyyənləşdirmək və onları reallaşdırmaq üçün güclü, sübut olunmuş və tədqiqata əsaslanan bir sistem təqdim edir.

Qeyd edək ki, kitab 2018-ci ildə nəşr olunub, rus və türk dillərinə ilin sonuna qədər tərcümə edilməmişdi. Readit Azərbaycan oxucularına bu kitabın məzmununu ana dilimizdə çatdırır. Məzmunu buradan oxuya bilərsiniz => http://www.readit.az/az/library/book/78

Readit-in 2018-ci il layihəsi olan “Daha Ağıllı ol!” kitabı özündə 15 ən məşhur kitabın məzmunu birləşdirir. Kitaba daxil olan məzmunların çoxusu ilk dəfə Azərbaycan dilində nəşr olunduğuna görə yerli auditoriya tərəfindən xüsusi maraqla qəbul edildi. Əgər siz biznes savadınızı yeniləmək və ömürlük konspekt əldə etmək istəyirsinizsə, bu kitabı mütləq oxumalısınız.

Bu kitab özündə 4 kateqoriyanı birləşdirir: Biznes, Menecement, Marketinq və satış, Motivasiya və Strtegiyalar. Kitabın mündəricatı ilə buradan tanış olmaq olar: www.readit.az/book

Kitabın əsas xüsusiyyətlərindən biri də, onun “Oxu və Tədbiq et!” formatında olmasıdır. Təsadüfi deyil ki, “Daha Ağıllı ol!” kitabının əsas alıcı kütləsi top menecerlər, biznes sahibləri və işgüzar insanlardır.

Müvəffəqiyyətli insanlar haqqında danışılan bir hekayə var və həmin hekayədə onların ağıllı və həvəsli olduğu deyilir. Malkolm Qladvel isə bu kitabında müvəffəqiyyətin real hekayəsinin bundan xeyli fərqli olduğunu və bəzi insanların niyə müvəffəqiyyətli olduğunu anlamaq üçün onların ətrafına daha diqqətli baxmalı olduğumuzu iddia edir. Məsələn ailələri, doğum yerləri və hətta doğum tarixləri və s. Müvəffəqiyyətin bu hekayəsi hamının düşündüyündən daha mürəkkəb və maraqlıdır. Bu kitabı oxuduqdan sonra uğurlu insanlar barəsində fikirləriniz tamamilə dəyişəcəkdir. Malkolm Qladvell sanki uğurun formulunu oxucularına çatdırır, belə ki, onun araşdırmasına görə uğurun səbəbi heç də zəka deyil. Qeyd edək ki, bu kitabın məzmunu “Daha Ağıllı ol!” kitabında yer alıb və oxucular tərəfindən yüksək qiymət verilən məzmunlardan biridir.

4. Stiven R. Kovi – Yüksək effektli insanların 7 vərdişi

Yüksək effektli insanların 7 vərdişi ən çox oxunan şəxsi inkişaf kitablardan biri olduğunu əminliklə deyə bilərik. Bu kitab 73 ölkədə və 29 dildə 10 mln-dan çox nüsxə ilə satılmış unikal bir kitabdır. “New York Times” qəzeti onu “beynəlmiləl №1 bestseller”, ABŞ-ın keçmiş prezidenti Bill Klinton isə uğur əldə etmək istəyən hər bir kəsin stolüstü kitabı adlandırır. Kitabda yüksək effektli insanda olması vacib olan 7 vərdiş barədə danışılır.

Kitabdan əsas nəticə: Unutmayın! Siz nə qədər aktiv olsaz (vərdiş 1), bir o qədər şəxsi liderlik keyfiyyətinə (vərdiş 2) və özünü idarəetməyə (vərdiş 3) sahiblənə bilərsiniz. Həyatınızın idarəetməsində effektiv olarsanız (vərdiş 3), bir o qədər 2-ci kvadratda fəaliyyət (vərdiş 7) göstərərsiniz. Siz nə qədər anlamağa çalışsanız (vərdiş 6), bir o qədər sinerji axtararaq “Qalib/Qalib” ruhunda olacaqsınız (vərdiş 4 və 6). Yenilənmə isə – bütün vərdişləri yeniləmə prosesidir (vərdiş 7).

5. Mümin Sekman – Hər Şey Səninlə başlayar

Minlərcə oxucu tərəfindən bəyənilən bu kitab sizə problemləri həll etmək iqtidarında olduğunuzu xatırladacaqdır. Kitabın əsas mövzusu uğur əldə etməyin yollarıdır. Kitab bizə uğursuzluqlardan qurtulmaq üçün nələr etmək lazım olduğunu izah edir. Çünki insan nə üçün uğursuzluğa düçar olmasının səbəblərini özü üçün dəqiqləşdirərsə, onları daha rahat kənarlaşdıra bilər. Müəllif hələ tələbəlik illərindən insanları uğura aparan yollar barədə araşdırmalar aparmışdır. Kitabda müəllif bizə uğur əldə etmək istəyiriksə, nə etməli olduğumuzu, nələri qazanacağımızı ya da etmədiyimiz təqdirdə nələri itirəcəyimizi başa salır.

6. Adam Qrant – Vermək və almaq

İnsanlar çox vaxt uğur əldə etmək üçün rəqibinə qalib gəlməyi düşünür. Halbuki başqalarına bir şeylər verərək də uğura çata bilərsiniz. Adam Qrant tarəfındən yazılmış “Vermək ve almaq kitabı New York Times və Wall Street Journal’da ən çox satılan kitablar siyahısındadır. Müəllifin bizə kitabda vermək istədiyi mesaj uğura sadəcə almaqla deyil, həm də verməklə əldə edə bilməyimizdir. Bu barədə ciddi araşdırmalar aparmış yazıçı fərqli və maraqlı nəticələrlə oxucuları təəccübləndirmişdir. “Vermək ve Almaq“ kitabı uğurla bağlı suallarınızı cavablandırmaqla yanaşı, həm də ona daha tez çatmağınıza yardımçı olacaqdır.

Daniel Qolmanın psixologiya sahəsində yenilik yaradan bu kitabında, emosional zəkanın məntiqdən daha vacib olduğunu sübut edir. Müəllifin tədqiqatlarına görə, emosional zəka insanın bütün fəaliyyətinə təsir edir və onun yoxluğu insanın həm şəxsi, həm də iş həyatında uğur qazanmasına, ictimai münasibətlərinə və sağlamlığına mənfi təsir göstərir. Müəllifin fikrincə, emosional zəka anadangəlmə deyil, fəaliyyət və vərdişlər nəticəsində qazanılır.

Bəs “emosional zəka” nədir? Onu ölçə bilərikmi? “Normal” zəkanı “emosional” zəkadan fərqləndirən nədir? Cavabları bilmək, cəsarətsizlik, əsəb, narahatlıq və depressiyanın öhdəsindən gəlmək, həmçinin uğur qazanmaq istəyirsiniz? Onda bu kitabı mütləq oxumalısınız.

8. Joe Navarro – Bədən dili

“Bədən dili” kitabının müəllifi Joe Navarro keçmiş FBI agenti olmuşdur. 300 səhifədın ibarət olan kitabda müəllifin 25 illik iş həyatı boyunca qazandığı təcübələri toplanmışdır. Müəllif uzun illər ərzində insanların davranışlarını analiz etmiş, insanın hər bir hərəkətini fərqli mənalarda izah etmişdir. Əgər kifayət qədər diqqətlisinizsə və bədən dilinə maraq göstərirsinizsə, bu kitab tam sizin üçündür. Kitabın dili sadə olduğundan hər bir oxucu onu çox asanlıqla anlaya bilər. Əgər bədən dilini öyrənərək hayatınızı necə idarə edəcəyinizin yollarını öyrənmək istəyirsinizsə, bu kitabı mütləq oxumalısınız.

Müəllif uğur və uğursuzluq arasında incə bir xətt olan əlaqələrinin gücünün vurğulandığı “Heç vaxt tək yemə” kitabını 2005-ci ildə yazıb və kitab uzun müddət ABŞ-da ən çox satılan kitablar siyahısında qalıb. Kitabdan öyrənməli olduğumuz ilk məsələ, insanlarla münasibət qurarkən öz mənafelərimizi fikirləşmək əvəzinə, onların fəaliyyətinə necə dəyər əlavə edəcəyimizi düşünməli olduğumuzdur. Keyt Ferrazi rəhbər və konsultant olaraq yaşadığı hadisələri səmimi bir dillə kitabda əks etdirib. Əgər həyatınıza doğru insanları seçərək onlarla dost olsanız, heç bir zaman yalnız qalmazsınız. Bu insanlar sizin ən çətin zamanınızda belə yanınızda olar.

Kitabın məzmununu Azərbaycan dilində buradan oxuya bilərsiniz => http://www.readit.az/az/library/book/66

10. Maxwell Maltz – Xoşbəxtlik də bir vərdişdir

İxisasca estetik cərrah olan Maxwell Maltz bir gün xəstələrin daxili gözəlliklərinin daha önəmli olduğunu düşünür ve bunu onlara aşılamaq məqsədi ilə “Xoşbəxtlik də bir vərdişdir” kitabını yazır. Kitab axıcı bir dilə sahibdir. Bu səbəbdən onu tez bir zamanda oxuyub bitirə bilərsiniz. Müəllif insanların xarici görünüşlərinin çox da önəmli olmadığını yazmışdır. O düşünür ki, düşüncə tərzinizi dəyişdirməklə həyatınızı da dəyişdirə bilərsiniz. Müəllifə görə xoşbəxtlik və ya bədbəxtlik də bir vərdişdir. Hansını seçib vərdiş halına gətirməyiniz isə sizin seçiminizdir. Psixologiya sahəsində olduqca dəyərli əsərlər yazmış Maxwell Maltzın bu kitabı dünyada 30 milyondan çox insan tərəfindən oxunmuşdur.

Nəticə

Sosiallaşmaq, özünəgüvən, motivasiyanın düşürməmək və s. kimi xüsusiyyətlər özünüinkişafa gətirib çıxarır. Ancaq özünüinkişafın bu tərz öyrənilməsi sizin üçün çox da faydalı olmaz. Bu yolda bizə şəxsiyyətin inkişaf etdirilməsi istiqamətində yazılmış kitablar daha çox kömək edər. Hadisələri hekayə formasında verən bu kitablar sahəsində biz fərqində olmadan həyata baxış bucağımız dəyişər, daha pozitiv, daha güclü və inamlı olarıq. Şəxsi inkişaf kitablarını bir dərs kitabı kimi deyil, adi roman kimi oxuduğunuz üçün şəxsiyyətinizdə baş verən dəyişiklikləri də məmnunluqla izləyərsiniz.

Hamınıza 2019-cu ildə maksimum şəxsi inkişaf və uğurlar arzulayırıq 🙂

Comments are closed, but trackbacks and pingbacks are open.