Aqroparklar kənd təsərrüfatının sənayeləşməsini sürətləndirir – FOTO
+ 99422 305 37 37
Şəmkirdə aqropark
+ 99422 305 37 37
+ 99412 585 24 05
Biz həftə içi saat 9:00-dan 18:00-a kimi işləyirik.
- HAQQIMIZDA
- Aqropark
- Missiyamız
- Layihələr
- Laboratoriya
- Çeşidləmə və qablaşdırma xəttləri
- Soyuducu kameralar
- Məhsulların tədarükü
- Logistika və Beynəlxalq yükdaşıma xidmətləri
- Gömrük rəsmiləşdirilməsi xidmətləri
- Bank və sığorta xidmətləri
- Fitosanitar sertifikatın verilməsi xidməti
- Mənşə sertifikatının verilməsi xidməti
- Yeniliklər
- Videoqalereya
- Kompleks Plan
- Karyera
Yeniliklər
Şəmkir Aqropark Şəmkir Rayon İcra Hakimiyyəti və Rayon Məşğulluq Mərkəzinin birgə təşkil etdiyi növbəti əmək yarmarkasında iştirak edib.
“Şəmkir Aqropark”ın əməkdaşları mayın 11-də İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən keçirilən növbəti işgüzar forumda.
“Şəmkir Aqropark”ın əməkdaşları II Milli Sənaye Mühəndisliyi Forumunda
ÜSTÜNLÜKLƏRİMİZ
Mərkəzləşdirilmiş sistəmə inteqrasiya olunmuş elktron tərəzi sistemi
Laboratoriya
Ümumi ( BRİX, Etilen və Turşuluq)
Mikrobioloji analizlər
Texnoloji kart (Saxlama müddətini və saxlama şəraitini müəyyən edən)Ən son texnologilarla təchiz olunmuş regionda analoqu olmayan A klass soyuducu anbarlar
Müvəqqəti saxlama anbarları
Atmosferin tənzimlənməsi
Meyvənin ilkin xassələrinin atmosfer şəratinə nəzarət sistemi ilə qorunub saxlanması
Rütubətə nəzarət sistemi ilə meyvənin qurmasının qarşısının alınması
Şok soyutma texnologiyası ilə meyvənin ilkin formasının saxlanılması
Xurmanın damaq qamaşdırma xüsusiyətinin xüsusi texnologiya vasitəsi ilə aradan qaldırılması
Tam avtomatlaşdırılmış qapalı saxlama şəraiti
Meyvə və giləmeyvələri rənginə, ölçüsünə və xarici qüsurlarına görə skan edə bilən çeşidləmə xətti
Robortlaşdırılmış qablaşdırma, etiketləmə və bar kodlaşdırma xətləri“Bir pəncərə” tipli gömrük xidmətləri
Gömrük rəsmiləşdirilməsi, fitosanitar və mənşə sertifikatın verilməsi qısa zaman ərzində müəssəmizdə yerindəcə həll olunur
Bank xidmətləri
Logistika xidmətləriAqroparklar kənd təsərrüfatının sənayeləşməsini sürətləndirir – FOTO
Milli.Az “Azərbaycan” qəzetinə istinadən yazını təqdim edir.
Dünyada ölkələrin əsas inkişaf göstəricisi iqtisadiyyatın sənayeləşməsi ilə ölçülür. Sənayesi inkişaf edən ölkələr bu imkandan istifadə edərək bol və keyfiyyətli məhsul istehsalına nail olurlar. Məsələn, ərazisi və təbii sərvətləri az olan Yaponiya, Almaniya, Böyük Britaniya Rusiyadan bir neçə dəfə artıq məhsul istehsal edirlər. Bunun da başlıca səbəbi sənayenin inkişafı, elmin və texnologiyaların son nailiyyətlərindən istehsal proseslərində istifadə edilməsidir.
Son dövrlər dünya iqtisadiyyatında yeni bir tendensiya da müşahidə olunur. Əvvəllər aqrar sektorda az istifadə olunan texnika və texnologiyalar indi bu sahədə geniş tətbiq edilir. Yəni artıq kənd təsərrüfatı da sənayeləşdirilir. Məqsəd dünyada ərzağa artan tələbatı ödəmək üçün sənayenin imkanlarından geniş istifadə etməkdir. Digər tərəfdən, dünyada gedən inkişaf prosesləri nəticəsində əksər ölkələrdə əhalinin alıcılıq qabiliyyəti artıb. Bunun nəticəsində kənd təsərrüfatı məhsullarının satış qiyməti yüksəlib. Başqa sözlə desək, aqrar sektor daha çox rentabelli olmağa başlayıb.
İndi dünyada özünü təsdiq edən aqropark biznes modeli olaraq ilk dəfə Niderland Krallığında yaranmışdır. O, kənd təsərrüfatı məhsullarının istehsalını, emalını, logistikasını və digər xidmətləri əhatə etməklə bu zənciri özündə birləşdirən təsərrüfat subyektidir. Aqroparklarda bütün bu proseslər yüksək gəlirlilik şəraitində həyata keçirilir. Bununla yanaşı, ətraf mühitin qorunması, torpaq və su resurslarından səmərəli istifadə, onların mühafizəsi təmin olunur, eləcə də bitkiçiliyin, heyvandarlığın, emal sənayesinin və digər sektorların inkişafı üçün möhkəm əsaslar yaranır. Ərzaq məhsullarının istehsalı ilə bağlı əsas fəaliyyətləri – enerji, su və tullantıların idarə edilməsi, logistika, nəqliyyat, ərazinin planlaşdırılması və digər proseslərin həyata keçirilməsini təmin edən aqroparklar həmçinin davamlı inkişaf prinsiplərinə əsaslanaraq istehsal, emal, tədarük, tədqiqat və inkişaf, ticarət və sosial funksiyaları özündə birləşdirən bir mərkəz kimi xarakterizə olunur.
Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri qeyri-neft sektorunun aparıcı bölməsi olan aqrar sənaye sahəsinin inkişafını təmin etməkdir.
Bu məqsədlə aqrar sektorun innovativ meyarlara uyğun qurulması, o cümlədən aqroparkların yaradılması əsas istiqamətlərdəndir. Dövlət başçısı kənd təsərrüfatında aqroparkların yaradılmasının zəruriliyini vurğulayaraq demişdir: “Hesab edirəm ki, aqroparkların yaradılması üçün şərait artıq yetişib. Bu məsələlərlə bağlı başqa ölkələrin təcrübəsi də öyrənilə bilər, harada ki bu aqroparklar mövcuddur. Hesab edirəm ki, bu da müasir bir yanaşma və kənd təsərrüfatının inkişafı üçün növbəti bir təkan olacaqdır”.
Elə buna görə də ərzaq təhlükəsizliyinin təmin edilməsi və kənd təsərrüfatının, bütünlüklə aqrar sənaye kompleksinin modernləşdirilməsi istiqamətində dövlət tərəfindən yeni yanaşma – aqrar sahədə aqroparkların yaradılması konsepsiyasını irəli sürmüşdür. Hazırda ölkəmizdə 28 rayon üzrə 42 aqroparkın, o cümlədən 15 müasir cins heyvandarlıq kompleksinin və 27 iri bitkiçilik təsərrüfatının yaradılması təşviq olunur. Artıq 3 aqroparkda birinci mərhələ üzrə işlər yekunlaşaraq istifadəyə verilmişdir. Bunlar Xaçmazda “Yalama Aqropark” (gücü saatda 5 ton olan yem zavodu və 4,5 min tonluq taxıl anbarı, 385 hektar ərazidə iri fermer təsərrüfatı və 1000 başı sağılan olmaqla 3000 başlıq müasir heyvandarlıq kompleksi), Şəmkirdə “Şəmkir Aqropark” (tutumu 21,2 min ton olan logistik mərkəz, TIR parkı, avtodayanacaq və laboratoriya) və Cəlilabadda “Günəşli Aqropark”dır (1200 hektar ərazidə iri taxılçılıq təsərrüfatı, 500 başlıq heyvandarlıq kompleksi).
81 min hektar ərazidə 16 aqroparkın yaradılması üzrə isə tikinti-quraşdırma işləri aparılır, 98,4 min hektar ərazidə 23 aqroparkın yaradılması üzrə hazırlıq və təşviqat işləri davam etdirilir. Aqroparklar və iri fermer təsərrüfatlarının 42 min hektaradək ərazilərində müasir suvarma sistemləri (pivot) qurulmuşdur. Ümumilikdə aqroparklar üzrə 136 min hektardan çox ərazidə müasir suvarma sistemlərinin qurulması nəzərdə tutulur. Ümumi dəyəri 350,6 milyon manat olan 13 aqroparkın yaradılmasına 98,6 milyon manat güzəştli kredit, həmçinin 10 aqropark üzrə dəyəri 390 milyon manat olan 13 layihəyə investisiya təşviqi sənədi verilmişdir.
Aqroparkların yaradılması əsasən bağçılıq, quşçuluq və heyvandarlığın xammala olan tələbatının yerli istehsal hesabına ödənilməsi ilə yanaşı, ərzaq məhsullarının idxalının maksimum endirilməsinə və kənd təsərrüfatı məhsullarının ixrac imkanlarının genişlənməsinə imkan yaradacaq. Bundan əlavə, aqroparkların təşkilinin davamlı inkişafın təmin edilməsi baxımından bir çox üstünlükləri var: aqroparkda istehsal, emal, logistika, satış qapalı zənciri yaranır və qurumun hər bir komponenti özünüidarə və özünəcavabdehlik prinsipi əsasında fəaliyyət göstərir ki, bu da ortaq problemlər və ümumi maraqlar ətrafında birləşməklə rəqabətqabiliyyətliyi təmin edir. Həmçinin daxili bazarın yerli məhsullarla təmininə, milli brendlərin, eləcə də ixrac potensialının güclənməsinə, müasir texnologiyaların tətbiqinə şərait yaradır, texnikalardan istifadə əmsalını yüksəldir, bununla da ortaq xərclər minimuma enir. Bunlardan əlavə, istehsalçı ilə emalçı arasında bərabərhüquqlu müqavilə münasibətləri əmələ gəlir, emal müəssisələri potensial gücü ilə işləyir, istehsal prosesində fasiləsizlik təmin olunur, yerli istehsalçılardan məhsulların tədarük olunaraq vahid brend altında satışı reallaşır, ekoloji tarazlıq qorunur, su və torpaq resurslarından səmərəli istifadə olunmaqla onlar mühafizə edilir. Təlim-tədris xidmətinin göstərilməsi isə kənd təsərrüfatı və qida sənayesində kadr hazırlığını stimullaşdırır, kənd təsərrüfatı bitkiləri üzrə ehtimal olunan hər hansı bir xəstəliyin yayılmasını məhdudlaşdırır. Bununla da ərzaq məhsulları istehsalı üzrə müxtəlif fəaliyyətlər bir məkanda cəmləşir və özünü təmin edən vahid sistem yaranır. Aqroparkın təşkili üçün düzgün ərazi seçməklə həm hazır, həm də xammalın daşınması üçün nəqliyyat xidmətlərinə və əlavə nəqliyyat infrastrukturuna olan ehtiyaclar əsaslı şəkildə azalmış olur.
Aqroparklarda istehsalçıların, təchizatçıların və tədarükçülərin eyni bir ərazidə fəaliyyət göstərməsi sayəsində müvafiq biznes subyektlərinin həm resurslar, həm də məhsullar bazarına çıxışı asanlaşır, effektiv biznes strategiyası və innovativ texnologiyalar hesabına müasir tələblərə uyğun rəqabətqabiliyyətli ərzaq istehsalı sistemi formalaşır. Burada müasir texnologiyaların tətbiqi əsasında təşkil edilən yeni istehsal gücləri ərzaq məhsullarına olan tələbatın daxili istehsal hesabına təminatına geniş imkanlar yaradır.
Ənənəvi üsulla həyata keçirilən ərzaq məhsulları istehsalı kənd yerlərindəki dağınıq şəkildə istifadəni sürətləndirdiyi halda, aqroparkların fəaliyyəti bir ərazini əhatə edir. Bununla da kənd ərazilərində təbii resursların qorunması təmin olunur. Aqroparkların ərazisində məhsul istehsalı üzrə keyfiyyətin idarə edilməsi sistemi və digər nəzarət mexanizmləri istehsal olunan məhsulların qida təhlükəsizliyi standartlarına uyğunluğunu təmin etməyə də imkan yaradır. Beləliklə, sahibkarlığın inkişafı təmin olunur, yeni iş yerləri açılır və regionda istehsal olunan kənd təsərrüfatı və digər ərzaq məhsullarının vahid brend adı altında daxili və xarici bazarlara çıxışına şərait yaranır.* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.
Prezident “Şəmkir Aqropark”ın təməlqoyma mərasimində iştirak edib
Şəmkirçay çayı üzərində dəryaçanın inşası region üçün mühüm əhəmiyyətə malik olan yeni aqroparkın yaradılmasına geniş imkanlar yaradıb. Dövlətimizin başçısının tapşırığına əsasən bu imkandan istifadə edilməklə rayonda aqropark tikintisi layihələndirilib.
İqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Prezident İlham Əliyevə “Aqropark” inkişaf konsepsiyası barədə məlumat verdi. Bildirildi ki, bu konsepsiya ölkənin ixrac potensialının artırılmasında və coğrafiyasının genişləndirilməsində, milli brendlərin yaradılmasında, kiçik və orta fermerlərin innovativ qabiliyyətinin artırılmasında, intensiv metodların geniş tətbiqində, kənd təsərrüfatı sahəsində əlaqələndirilmiş vahid sistemin, eləcə də istehsalçı, emalçı və istehlakçı arasında inteqrasiya münasibətlərinin formalaşmasında, yüksək məhsuldarlığın əldə olunmasında, aqrar sahədə ixtisaslı kadrların hazırlanmasında və yeni iş yerlərinin açılmasında əhəmiyyətli rol oynayacaq. Eyni zamanda, aqroparkla “Zəyəm Texnologiyalar Parkı” arasında işgüzar münasibətlərin yaradılması və fermerlər üçün istixana konstruksiyalarının, damla, yağışyağdırma və çiləmə üsulu ilə müasir suvarma avadanlıqlarının istehsalı və quraşdırılması həyata keçiriləcək. Bununla yanaşı, aqropark kiçik fərdi istehsalçı səviyyəsindən geniş miqyaslı aqrar sənaye istehsalına keçidin və xarici bazarlara sabit və etibarlı çıxışın təmin edilməsinə şərait yaradacaq, innovativ texnologiyaların, həmçinin vahid standartların tətbiqi və son məhsulda davamlı keyfiyyətin əldə edilməsini şərtləndirəcək.
Bu yeni xidmət müəssisəsi regionda fermerlərin sahibkarlıq fəaliyyətini gücləndirməklə onlara məsləhət, texniki, aqroservis və logistika xidmətlərinin göstərilməsinə, toxum, şitil, ting, dərman və gübrə ilə təmin olunmasına şərait yaradacaq. Aqroparkın təlim-tədris mərkəzi tərəfindən fermerlərə torpağın tərkibinə uyğun istifadə olunması və düzgün aqrotexniki qulluq göstərilməsi üzrə treninqlər keçiriləcək.
Məlumat verildi ki, respublikada ilk dəfə Şəmkir rayonunda 543 hektar ərazidə yaradılacaq aqroparkda müasir istixana kompleksi, şitillik, tinglik və intensiv bağçılıq təsərrüfatları, meyvə və tərəvəz emalı zavodları, tara istehsalı fabriki, logistika və aqroservis mərkəzi, soyuducu anbar, satış mərkəzləri, avtopark, elmi araşdırma və innovasiyalar mərkəzi, otel və müxtəlif infrastruktur müəssisələri inşa olunacaq. Aqroparkda müasir texnologiyaların tətbiqi ilə istehsal, emal, logistika – məhsulları saxlama, çeşidləmə, qablaşdırma, markalama, daşınma, daxili və xarici bazarlarda satış, yaşıl marketlər və fermer mağazaları üzrə fəaliyyətlərin vahid ərazidə cəmləşməsi rəqabətqabiliyyətli kənd təsərrüfatı və ərzaq məhsullarının istehsalına şərait yaradacaq. “Şəmkir Aqropark”da yaradılacaq müəssisələrin maliyyələşdirilməsinin böyük hissəsi İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun vasitəsilə dövlətin güzəştli kreditləri hesabına həyata keçiriləcək.
Dövlətimizin başçısı aqroparkın təməlini qoydu.
Sonra Prezident İlham Əliyev mənbəyini Şəmkirçay su anbarından götürən kanala baxdı. Bildirildi ki, uzunluğu 11 kilometr və su nəqli saniyədə 4,5 kubmetr olan kanal aqroparkın yaradılmasında mühüm rol oynayacaq. Saniyədə nəql olunan suyun təqribən 1 kubmetri aqropakda istifadə ediləcək, qalan hissəsi isə regionda fəaliyyət göstərən fermerlərin təsərrüfatlarına veriləcək.
Əvvəlki xəbər
Azərbaycanlı hakim UEFA-dan təyinat aldı
Comments are closed, but trackbacks and pingbacks are open.