Press "Enter" to skip to content

Şəmsizadə azərbaycanşünaslıq

Bu da son deyil. İranda həyata keçirilən panfarsçılıq siyasəti səbəbindən ölkə konstitusiyasına əməl olunmur. Nəticədə Güney Azərbaycan ərazisində hazırda türk dilində bir sinif belə, fəaliyyət göstərmir. Azərbaycanın fədakar ziyalıları ana dilini yaşatmaq və fars şovinizminin hücumundan, assimilyasiyasından qorumaq məqsədi ilə zirzəmilərdə gizli şəkildə dərs keçirmişlər. Mürtəce Tehran rejimi buna da mane olub. Azərbaycan türkcəsini tədris edən müəllimlər həbsə atılıblar.

Sərhədsiz düşüncə sahibi. – Nizaməddin ŞƏMSİZADƏ

Hər bir şəxsiyyətin tarixi dəyəri onun öz xalqı və milləti üçün etdiyi xidmətlərlə ölçülür. Millətinə və dövlətinə böyük istedadla, təmənnasız xidmət edən belə şəxsiyyətlərdən biri akademik Nizami Cəfərovdur. O, mənim kiçik qardaşım, böyük dostumdur. Hər yerdə qürurla məni öz müəllimi adlandırır. Bununla həm məni, həm də özünü ucaltmış olur.

Nizami öz varlığında və yaradıcılığında tarixlə müasirliyi birləşdirən alim və şəxsiyyətdir. Mən onun ilahi vergisi olan parlaq istedadına, kamil şəxsiyyətinə dərin hörmət bəsləyirəm. O, bəlkə də, müasir dövrün yeganə alimi, ziyalısı və şəxsiyyətidir ki, mən ondan ürəklə danışa bilirəm.

Nizami Cəfərov görkəmli dilçi-türkoloq, ədəbiyyat tarixçisi, nəzəriyyəçi və peşəkar tənqidçidir. Belə çoxnövçülük onun sərhədsiz təfəkkürünün təbiətindən irəli gəlir. Nizaminin yaradıcılığında dar ixtisaslaşma yoxdur, o, sözün həqiqi mənasında klassik filologiya mütəxəssisidir. Nizamini bu baxımdan yalnız dünyanın böyük dilçilərindən biri, professor Bəkir Çobanzadə ilə müqayisə etmək olar. Ona ədəbi-tarixi mühitdə nüfuz qazandıran ilk əsər, məncə, “Füzulidən Vaqifə qədər” kitabı oldu. Bu kitabda o, mümkün olmayanların mümkünlüyünü sübut etdi. Mən dönə-dönə bu kitabı oxuyuram, burada Azərbaycan ədəbiyyatı təkcə ədəbi-tarixi faktların sistemi kimi yox, həm də Azərbaycan idealı kontekstində təqdim olunur. Kitabda Nizaminin çox gənc bir şəkli də var və o kitabdakı siqlətlə, intellekt ağırlığı ilə bu şəkil heç cür düz gəlmir. Əgər o şəkil olmasaydı, elə bilərdim ki, bu kitabı azı 50 yaşlı bir alim yazıb. O, elmdə yaşından çox-çox qabağa getməyi bacarıb – bax, Nizami fenomeninin sirri də elə bundadır.

Bundan sonra onun “Türk dünyası: xaos və kosmos”, “Eposdan kitaba”, “Azərbaycan türkcəsinin milliləşməsi tarixi”, “Azərbaycanşünaslıq”, “Azərbaycan xalqının tarixi və tərcümeyi-halı”, “Türkologiyanın müasir problemləri”, “Ədəbiyyatın müstəqilliyindən, müstəqilliyin ədəbiyyatına”, “Molla Pənah Vaqif”, “Etnoloji etüdlər”, “Keçən günlərin dastanı” əsərləri meydana gəldi. Bu kitabların hər biri mərhələvi xarakter daşıyır, dövrün, zamanın, milli taleyimizin ehtiyaclarına elmi-nəzəri cavab olaraq yazılıb.

Alimin şərəfli 60 yaşının tamamında niyə bunları bu tərzdə qeyd edirəm?! Nizaminin filoloji fikrimizin tarixində və taleyində həll etdiyi qlobal elmi problemlər var:

1. O, dilin ədəbiyyata, ədəbiyyatın dilə genoloji qarşılıqlı təsiri problemini qoyub həll etdi. Yox, o, təkcə dilçi-tənqidçi olmaqla kifayətlənmədi. Dil tarixinin (geniş planda türk dillərinin) ədəbiyyat tariximizin yaradılışında oynadığı rolun əsas parametrlərini təyin etməyə nail oldu.

2. “Azərbaycanşünaslıq”, “Azərbaycan türkcəsinin milliləşməsi tarixi”, “Azərbaycan xalqının tarixi və tərcümeyi-halı”, “Etnoloji etüdlər” kitablarında Azərbaycanşünaslığın nəzəri-metodoloji fundamentini yaratmağa nail oldu. “Şahnamə”, “İskəndərnamə” kimi dahiyanə əsərlərə yeni bir “Namə” – “Azərbaycannamə”ni də Nizami Cəfərov əlavə etdi.

3. Nizami Cəfərov min illik tarixi olan Azərbaycan ədəbiyyatşünaslığına linqvo – tarixi arsenal gətirdi. Ana dilimizlə ana sözümüzü bir-birinə doğmalaşdırdı. Onların arasında məhəbbət yaratmağa nail oldu. Ədəbiyyatın dili, dilin ədəbiyyatı necə yaratdığını (və yaxud yaratmalı olduğunu!) müəyyənləşdirdi. Həm bunu təkcə yazılı şəkildə yox, həm də AzTV-də müntəzəm apardığı, dəfələrlə mənim də iştirak etdiyim, çox məzmunlu verilişlərdə şifahi tərzdə icra etdi.

4. Nizami Cəfərov böyük maarifçidir, təbliğatçı yox, tədqiqatçı və təqdimatçıdır. O, öz xalqına hansı milli-mənəvi dəyərlərə sahib olduğunu əsərləri və sabitqədəm fəaliyyəti ilə izah edə bildi. Odur ki, bu gün Azərbaycan cəmiyyətində onun vətəndaş və ziyalı kimi nüfuzu və çox böyük halal hörməti var. Nizami Cəfərov Azərbaycan xalqının fəxri, tarixə daxil olmuş mütəfəkkiri, canlı milli dəyər simvollarımızdan biridir.

5. Nizami Cəfərov öz əsərləri və qlobal ictimai fəaliyyəti ilə möhtəşəm türk dünyasının ideoloqu və lideri olmağı bacardı. O, bu gün ümumtürk təfəkkürünün daşıyıcısı, dünya türkologiya elminə və türkçülük məfkurəsinə inam və istedadla istiqamət verməkdədir. Nizami daxilən də, zahirən də əsl türkdür – daxilən Oğuz türklərinə, zahirən qıpcaq türklərinə bənzəyir.

6. Nizami Cəfərovda şəxsiyyətə və intellektual liderə məxsus bir neçə ali keyfiyyət var: dərin nəzəri-tarixi biliyə və eyni zamanda dərin təvazökarlığa sahibdir, gözəl nitq qabiliyyəti və dəmir kimi məntiqi var, qibtəolunacaq qədər səbrli, təmkinli və sabitqədəm adamdır, şəxsiyyətinin səciyyələndirən prinsipləri qorumağı bacarır, şəxsiyyətinə sadiq monolit bir ziyalıdır. Onunla danışmaq asan və maraqlıdır həyatda (xüsusən süfrə arxasında) olduqca səmimidir, elə zəngindir ki, söhbətlərindən və yerli-yerində söylədiyi zarafatlardan doymursan, ləzzət alırsan. Bir sözlə, Nizami Cəfərov əsl İnsan, əsl Alim və Şəxsiyyətdir! Mən onunla bir epoxoda, Azərbaycanın müstəqilliyi dövründə yaşamağımdan, dostluq və qardaşlıq etməyimdən iftixar duyuram.

7. Nizami isti aurası olan, mühit yaratmağı bacaran ziyalıdır. Harada olursa, arılar çiçəklərə qonan kimi insanlar onun başına toplaşır, onun maraq dairəsinə düşməyə çalışırlar. Çünki Nizamidən nurdan yaranmış qədim türkün – əcdadından gələn bir işıq var, bu işıq insanları cəzb edir, onların qəlbini isidir və onlara nəcib təsir bağışlayır. Şəxsiyyət də günəş kimidir, onun nüvəsində tükənməz enerji var. Mən həmişə demişəm: şəxsiyyəti olmayanın heç nəyi yoxdur… Alim və sənətkar üçün şəxsiyyət amili çox vacibdir.

8. Sözün gücü onu deyənin şəxsiyyətindən asılıdır; “salavat gücə bağlıdır”. Nizami Cəfərov Söz deyə bilən, sözü məqamında deyən və sözünün dalında durmağı bacaran adamdır. Bir dəfə BDU-nun Dissertasiya Şurasının iclasında dəyərli ziyalımız Qulu Məhərrəmli dedi: “Nizaməddin Şəmsizadə və Nizami Cəfərov hansı yazıçı haqqında yazırsa o dönüb olur böyük yazıçı. Bu, tənqidçi sözünün sanbalı deməkdir. Tənqidçi ədəbiyyatın sahibidir. Yazıçı sözü yaradır, tənqidçi onu yaşadır. Sözü yaşatmaq tarixin tənqidə həvalə etdiyi nəcib (və çətin) missiyadır. Nizami Cəfərov bədii sözün təmini bilən, ruhunu hiss edən sözü urvatdan düşməyə qoymayan, yüksək dil fəhminə malik peşəkar tənqidçidir.

9. Nizami ilə dostluğumuz onun tələbəlik illərindən istedadına və şəxsiyyətinə hörmətdən başlanıb. Çox gənc yaşlarımızda televiziyada “Vətəndaş” verilişində İçərişəhərdə qala divarlarının üstündə Azərbaycançılıq mövzusunda bir dialoq aparmışdı. Böyük mütəfəkkir Yaşar Qarayev bizi görəndə dedi: “Dağın zirvəsində olan iki qartal kimi döş-döşə vermişdiniz”. Biz o gündən Yaşar müəllimin bizə ünvanladığı o zirvəni fəth etdiyimiz ucalığı qoruyub saxlayırıq.

Tanışlığımızın və dostluğumuzun bu qırx ili ərzində aramızda kiçik də olsa inciklik olmayıb. Bir-birimizi sözsüz başa düşmüşük. Bu, hər şeydən əvvəl, ona görə belə olub ki, Nizami çox ölçülü-biçili adamdır, sözün, fikrin və əməlin ustasıdır. Onun böyüklüyü sadəliyində, səmimiyyətində və mərhəmətindədir. Fəqət millətin, xalqın, dövlətin taleyi ilə bağlı prinsipial məsələlərdə o, sərt və dönməzdir, mövqeyini inadla müdafiə etməyi bacırır. O eyni sərtliklə də lazım gələndə sözü üzə deyir. Mən dəfələrlə bunun şahidi olmuşam.

10. Nizami Cəfərovun ən yaxşı əsərləri (pisi yoxdur!) idrakla fəhmin vəhdətindən yaranıb. Türkologiyaya dair yazılarını oxuyub görürsən ki, o çox həssas dil duyumuna malikdir. Nizami dili canlı varlıq kimi hiss edir. Sonra dildə analitik təhlil aparır və təkcə linqvistik – filoloji qənaətlər yox, həm də ümummilli nəticələr əldə edir. Dil faktoruna dayaqlaşıb xalqımızın etnogenezi, milli-tarixi təkamül yolu, milli-mənəvi yaddaşımız haqqında tutarlı və məntiqli elmi nəticələrə gəlir. Məhz bu istiqamətdə də o, əsas problemləri və prioritetləri düz fəhm bir ağılla müəyyənləşdirməyə nail olur.

11. Nizami Cəfərov öz ömür yolu, yaradıcılığı, taleyi ilə iki əsrin, iki minilliyin üzərindən canlı mənəviyyat körpüsü salan tarixi şəxsiyyətdir. Mənim əksər tədbirlərimə o, cani-dildən rəhbərlik edib, beş il öncə Dövlət Dram Teatrında təntənəli surətdə keçirilən 60 illik yubileyimi Nizami aparıb, geniş və məzmunlu nitq söyləmişdi. Mən də çox istərdim ki, onun yubileyində həm özümün, həm Nizaminin, həm də canımızdan artıq sevdiyimiz müstəqil Azərbaycan elminin və ziyalılığının adına layiq mənalı bir çıxış edim. Fəqət, təəssüf ki, bunu edə bilməyəcəyəm, bunun üçün fiziki imkandan məhrum olmuşam. Elə bu kiçik qeydlərin yekununda xalqımızın böyük oğlu, fitri istedad sahibi, milli təfəkkürümüzün fəal daşıyıcısı adı ilə fəxr etdiyim dostum, nadir şəxsiyyət, akademik Nizami Cəfərovun 60 illik yubileyini böyük qardaş məhəbbəti ilə təbrik edirəm.

20.04.2019

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!

Şəmsizadə azərbaycanşünaslıq

Tehran rejimi Təbriz Universitetinin Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətinin dayandırılması barədə qərar verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Azad İran” teleqram kanalı məlumat yayıb.

Bildirilir ki, Tehran rejimi, həmçinin mərkəzin üzvlərinə qarşı təzyiqləri də artırıb. Bununla bağlı mərkəzin sosial media hesabında paylaşım edilib.

Məlumata görə, mərkəzin Təbrizdən olan iki üzvü, tələbə hərəkatı fəalları Hadi Heydəri Azad və İbrahim Əhmədpur fevralın 27-də həbs ediliblər.

“Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir”, – deyə paylaşımda vurğulanıb.

Son xəbərlər

  • 11:19 | İlham Əliyevdən yunanıstanlı həmkarına təbrik
  • 11:08 | Bakıda “Mercedes” ticarət mərkəzinə girdi – Fotolar
  • 10:50 | Baydendən İranın hücumlarına – Cavab
  • 10:30 | Azərbaycan sərhədini pozub Avropaya miqrasiya etmək istədilər – Video
  • 10:07 | Şabranda qatarla traktor toqquşdu – Ölən var
  • 09:55 | “ChatGPT” işlədəndə ehtiyatlı olun
  • 09:41 | “Yoldaşım şkafı tutdu ki, aşmasın” – İsmayıllıda zəlzələ anı
  • 09:26 | Profilində narkotiki təbliğ etdi, həbs olundu
  • 09:22 | “İlk qoladək bərabər oyun gedirdi” – De Byazi
  • 09:19 | “Ukrayna hələ əks-hücuma başlaya bilməz” – Zelenski
  • 01:38 | Millimiz 4 qol buraxaraq məğlub oldu – Yenilənib
  • 24.03.2023 23:54 | Naxçıvan DYP İdarəsinin rəisi işdən çıxarıldı – Yenilənib
  • 24.03.2023 23:40 | Yem mağazası yandı, sahibkara 20 min ziyan dəydi – Fotolar
  • 24.03.2023 23:20 | Belarus AVRO-2024-dən uzaqlaşdırıla bilər
  • 24.03.2023 23:12 | Müğənniyə “oxumasan, bokal gələcək” dedi, həbs edildi
  • 24.03.2023 22:51 | Son sutkada vaksin vurduran olmayıb
  • 24.03.2023 22:49 | Yoluxanların sayı açıqlandı
  • 24.03.2023 22:30 | 83 yaşlı kor şəxsin gözləri açıldı – Dünyada ilk
  • 24.03.2023 22:04 | “Bavariya”nın yeni baş məşqçisi bəlli oldu
  • 24.03.2023 21:55 | “Azərbaycanda Zəfər deyil, səfərbərlik zamanıdır” – “Qalatasaray”
  • 24.03.2023 21:43 | Ərbakanın oğlu namizədliyini geri götürdü – Ərdoğanın xeyrinə
  • 24.03.2023 21:27 | Ramazanın 3-cü günü – İmsak və iftar vaxtı
  • 24.03.2023 21:10 | İrandakı zəlzələdə yaralananların sayı açıqlandı
  • 24.03.2023 21:04 | Ermənistan tərəfi mövqelərimizi atəşə tutdu
  • 24.03.2023 21:01 | Özcana şillə vuran eks-arvadının cəzası açıqlandı
  • 24.03.2023 20:48 | Cüdoçumuz qızıl medal qazandı
  • 24.03.2023 20:26 | Makron etirazlara görə Kralın səfərini ertələdi
  • 24.03.2023 20:07 | Mark üç qız atası oldu – Foto
  • 24.03.2023 19:37 | “Toyota” saxlanıldı, sərnişinin axtarışda olduğu üzə çıxdı
  • 24.03.2023 19:15 | Bakıda dəm qazının miqdarı normadan çoxdur
  • 24.03.2023 18:55 | İsveç – Azərbaycan matçı qadın referiyə tapşırıldı
  • 24.03.2023 18:47 | “Togg” üçün sifarişlər 100 mini ötdü
  • 24.03.2023 18:22 | “İran bir neçə aya nüvə silahı istehsal edə bilər”
  • 24.03.2023 17:58 | “Ermənistanla Azərbaycan danışıqlarda məqbul ifadələr tapıb” – Mirzoyan
  • 24.03.2023 17:25 | Türkiyə-Ermənistan sərhədi üçüncü ölkə vətəndaşları üçün açılır
  • 24.03.2023 17:15 | Ermənilər Qarabağda yeni yol çəkir – Video
  • 24.03.2023 16:59 | De Byazi 3 futbolçuya ehtiyac duymadı
  • 24.03.2023 16:56 | Qaxda gənclər arasında dava – Bıçaqlanan var
  • 24.03.2023 16:15 | Güclü geomaqnit qasırğası var – Səhhətinizdə narahatlıq ola bilər
  • 24.03.2023 15:57 | Onları MİT-ə aparan yoldan danışdılar – Video
  • 24.03.2023 15:29 | “Ermənistan XİN-in tarix dərslərinə ehtiyacı var”
  • 24.03.2023 15:15 | Azərbaycanlı polkovnik-leytenant Ukraynada həlak oldu – Foto
  • 24.03.2023 15:02 | Şirvan kanalından tapılan meyitin kimliyi müəyyənləşdi – Yenilənib
  • 24.03.2023 14:50 | Nazirlikdən oruc tutan şəxslərə müraciət
  • 24.03.2023 14:42 | Şəhid anasını çəkiliş adı ilə kim aldadıb?
  • 24.03.2023 14:21 | Həsən Hüseynli xanımını da itirdi
  • 24.03.2023 14:20 | Zəlzələ ilə bağlı FHN-dən açıqlama
  • 24.03.2023 13:48 | Xankəndi yolu ilə növbəti qanunsuz daşımalar – MN video yaydı
  • 24.03.2023 13:45 | Qarabağda vurulmuş İran sərnişin təyyarəsi – Araşdırma
  • 24.03.2023 13:42 | Süleyman Soylunun səhhətində problem yaranıb

İranın ikiüzlülüyü: Təbrizdəki Azərbaycanşünaslıq Mərkəzi bağlanıb, Ermənişünaslıq kafedrası açılıb – ŞƏRH

Din pərdəsi altında gizlənən panfarsçı Tehran rejimi saxtakarlığını və ikiüzlülüyünü davam etdirir. Bu hakimiyyət nə Güney Azərbaycana, nə də müstəqil Azərbaycan Respublikasına münasibətdə səmimi olub.

Belə ki, uzun illərdir Təbriz Universitetində Azərbaycanşünaslıq Mərkəzi fəaliyyət göstərirdi. Bu mərkəzə tələbələr, alimlər, həmçinin Azərbaycanın tarixi, ədəbiyyatı və başqa mədəni sahələri ilə maraqlananlar toplanırdılar. Onlar Güney Azərbaycanın və İranın ictimai həyatında da fəal iştirak edən təbəqələrin təmsilçiləridir. Azərbaycanşünaslıq Mərkəzi araşdırma aparmaq, öyrənmək və əldə olunan nəticələri paylaşmaq üçün faydalı mədəni mərkəz sayılırdı.

Bir sözlə, bura Güney Azərbaycanın, xüsusilə Təbrizin elmi-mədəni ictimaiyyətinin toplaşdığı ünvan idi.

Bu məqamda qeyd edək ki, ötən gün İran hakimiyyətinin Azərbaycanşünaslıq Mərkəzini bağlaması barədə məlumat yayılıb. Bildirilib ki, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzinin fəaliyyətini dayandırmaqla yanaşı, hətta onun üzvlərinə qarşı təzyiq və təqibləri də artırıb. Buna cavab olaraq sosial şəbəkələrdə “Təbriz Universitetinin hər yeri Azərbaycanşünaslıq Mərkəzidir” paylaşımları edilib.

Yayılan məlumatlara əsasən, mərkəzin Təbrizdən olan iki üzvü – Hadi Heydəri Azad və İbrahim Əhmədpur – fevralın 27-də həbs olunub.

Yeri gəlmişkən, Tehran rejimi əvvəllər də bu mərkəzin üzvlərinə qarşı təzyiqlər göstərib, onları təqib edib. Məsələn, bir neçə il əvvəl Təbriz Universitetinin Əkinçilik və kənd təsərrüfatı fakültəsinin tələbəsi Əfsanə Toqir həbs edilmiş, işgəncəyə məruz qalmışdı. Bundan başqa, daha əvvəl Azərbaycanşünaslıq Mərkəzinin bir neçə tələbəsi həbs edilib.

Xatırladaq ki, Əfsanə Toqir müxtəlif təşkilatların üzvlərinin, mədəni və ekofəalların Urmiya gölünün qurumasına etiraz olaraq əhalini nümayişlərə çağıran zaman saxlanılmışdı. Mərkəzin üzvləri İran, o cümlədən Güney Azərbaycanın ictimai, mədəni, ekoloji həyatı üçün vacib məsələləri açıq müzakirəyə çıxarıblar. Qeyd etdiyimiz kimi, bunlardan biri Urmiya gölünün qurumasına qarşı keçirilən etiraz aksiyalarıdır. Amma Tehran hakimiyyəti belə ekoloji fəlakətin qarşısının alınması ilə bağlı çağırışları cinayət sayaraq etirazçıları həbsə atıb. O zaman belə bir sual yaranır: bu ölkədə belə bir ekoloji fəlakət yoxdursa, onda İran Prezidenti İbrahim Rəisi niyə Urmiya gölü istiqamətində su kanalının açılışını edib?

Beləliklə, Tehran rejimi Azərbaycanşünaslıq Mərkəzini bağlamaqla özünün də kölgəsindən qorxduğunu sübuta yetirir.

Bu da son deyil. İranda həyata keçirilən panfarsçılıq siyasəti səbəbindən ölkə konstitusiyasına əməl olunmur. Nəticədə Güney Azərbaycan ərazisində hazırda türk dilində bir sinif belə, fəaliyyət göstərmir. Azərbaycanın fədakar ziyalıları ana dilini yaşatmaq və fars şovinizminin hücumundan, assimilyasiyasından qorumaq məqsədi ilə zirzəmilərdə gizli şəkildə dərs keçirmişlər. Mürtəce Tehran rejimi buna da mane olub. Azərbaycan türkcəsini tədris edən müəllimlər həbsə atılıblar.

Azərbaycan türkünün mədəniyyəti, incəsənəti, o cümlədən rəqsi, mahnıları, musiqiləri və s. farslardan fərqlənir. Panfarsçı rejim Güney Azərbaycanda milli mədəniyyəti məhv etmək üçün bu istiqamətdə də assimilyasiya siyasəti yürüdür. Azərbaycan rəqslərini öyrədən fədakar müəllimlər cəzalandırılırlar. Lakin İranın mövcud konstitusiyasında fars olmayanların öz dili, mədəniyyətini inkişaf etdirmək hüququ var.

Tehran hakimiyyəti Cənubi Qafqazda Ermənistanı bütün istiqamətlərdə müdafiə edib dəstəkləməklə regionda təhlükəsizliyə təhdid yaradır. Eyni zamanda, İran daxilində də erməniləri himayə edir.

Azərbaycanşünaslıq Mərkəzini bağlayan İran hakimiyyəti Təbriz Universitetində Ermənişünaslıq kafedrası açıb. Bu mərkəz 2022-ci ilin sentyabrından fəaliyyət göstərir.

İran perspektivdə Təbrizdə Ermənistanın konsulluğunu açmağı da planlaşdırır.

Qeyd edək ki, İranda ermənilərin “Ararat” adlı mədəniyyət mərkəzi, ana dilində məktəbləri və başqa milli-mədəni mərkəzləri fəaliyyət göstərir. Bu məqsədlə İran hakimiyyəti onlara dövlət büdcəsindən yardım da edir.

Bəs sayı 100 min belə olmayan ermənilərə Tehran rejiminin, onun qulluq etdiyi fars şovinizminin bu qədər canıyananlığının səbəbi nədir? Bunun bir neçə səbəbi var: türk düşmənliyi, Azərbaycana qarşı fəaliyyət, Güney Azərbaycanın milli özünüdərkinə mane olmaq və s. Bu rejim ermənilərdən Azərbaycana və Türkiyə qarşı daim istifadə edir.

P.S. Azərbaycan Respublikasında İran səfirliyinin Mədəniyyət Mərkəzi, habelə İranşünaslıq adı altında bir sıra mərkəzlər fəaliyyət göstərir.

“Report” İnformasiya Agentliyi

Comments are closed, but trackbacks and pingbacks are open.